Press "Enter" to skip to content

Məktəblilərin informatika olimpiadaları

2023-03-14 12:40:00

Məktəblilərin informatika olimpiadaları

Yüklənir. Zəhmət olmasa gözləyin.

BMU “Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadası”nın Respublika mərhələsinin yarımfinal turu keçirilib

7-8 aprel 2018 ci il tarixində Olimpiadaların Respublika mərhələsinin yarımfinal turunda orta məktəb şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika fənləri üzrə biliklərini sınayıblar. Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən aşağı sinif şagirdləri də öz bilik və bacarığını nümayiş etdiriblər. İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunub. Yüksək səviyyədə təşkil olunan müsabiqədə Bakı, Gəncə, Sumqayıt, Şirvan, Qusar, Mingəçevir, Lənkəran, Kürdəmir, İsmayıllı ümümtəhsil məktəblərindən 107 şagird iştirak edib. İnformatika fənn olimpiadası 3 qrup (5-8, 9, 10-11-ci siniflər) üzrə keçirilib. Bu müsabiqədə ilk dəfə olaraq PC^2 Proqramlaşdırma Müsabiqəsi Nəzarət Sistemindən istifadə edilib və yeni qayda tətbiq olunub. Yarımfinal turundan əvvəl sistemlə tanışlıq məqsədilə sinaq turu keçirilib. Sonra şagirdlərə yarımfınal turunun məsələləri təqdim edilib və 4 saat ərzində 5 alqoritmik məsələnin proqramlarını (C, C++, Python, Pascal, Java proqramlaşdırma dillərində) tərtib etmək və PC^2 sistemində sınaqdan keçirmək tapşırığı verilib. Müvəffəqiyyət qazanan şagirdlər 6 may 2018-ci il tarixində keçiriləcək müsabiqənin final turunda iştirak edəcəklər.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
NAPCAR
BEU ACM & IOI Training Center
BEU ACM Student Chapter
Azerbaijan ACM Chapter


BMU-nun Mətbuat Xidməti

  • Baxış: 8109
    Xəbərin tarixi: 09.04.2018 / 12:25

Məktəblilərin informatika olimpiadaları

2018-09-04 09:00:00

Məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası başlanıb

Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) başlanıb. Hər il iştirakçılarının sayının artdığı Beynəlxalq İnformatika Olimpiadasına bu il 85 ölkədən təxminən 340 nəfər şagird qatılıb. Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, olimpiadanın açılış mərasimi yapon “anime” mədəniyyəti ilə texnologiyanın birləşməsini əks etdirən süni zəka olimpiada simalarının əyləncəli təqdimatı ilə başlanıb. Tədbirin rəsmi hissəsində Yaponiyanın dövlət nümayəndələri, təhsil naziri və digər fəxri qonaqlar iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev və digər nümayəndə heyəti də olimpiadanı izləmək üçün Yaponiyada səfərdədir. Yarışın ilk günündə komandalara informatika ilə bağlı suallar təqdim olunub və bu sualları cavablandırmaq üçün onlara beş saat vaxt verilib. İlk pillədə ABŞ-ı təmsil edən Benjamin QI qərarlaşıb. İlkin göstəricilərə əsasən, Azərbaycanı təmsil edən Abutalıb Namazov minimum bürünc medalı qazandıracaq mərhələni keçməyə çox yaxın nəticə əldə edib. Beynəlxalq İnformatika Olimpiadasının növbəti və həlledici yarışı sentyabrın 5-də keçiriləcək. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov təmsil edirlər. 2019-cu ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə keçiriləcək yarış “ADA” Universitetində təşkil olunacaq. Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində Təhsil Nazirliyi və “Azercell” Telekom MMC–nin dəstəyi ilə hazırlaşıblar. Olimpiada sentyabrın 8-dək davam edəcək.

Bu bölməyə aid digər xəbərlər

Vətən müharibəsi qazisi direktor təyin olunub

2023-03-20 10:19:06

Məktəbdə insident – Direktor müavini xəsarət aldı

2023-03-17 17:09:16

Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır

2023-03-15 09:47:09

Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM

2023-03-14 12:40:00

FHN orta məktəbdə təlim keçirib – FOTO

2023-03-13 16:31:00

Məktəblərdə ağacəkmə kampaniyası davam edir

2023-03-13 15:27:00

Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi

2023-03-13 09:32:06

Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı.

2023-03-11 15:59:00

Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI

2023-03-10 13:27:10

Bakıda tanınmış pedaqoqla görüş keçirilib

31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimi keçirilib – FOTO

31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimi keçirilib – FOTO 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) bağlanış mərasimi keçirilib.

10 Avqust , 2019 16:52

https://static.report.az/photo/2c6705de-9ba2-4e5e-a55e-4894e9df1b06.jpg

31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) bağlanış mərasimi keçirilib. “Report” xəbər verir ki, tədbirdə Təhsil naziri Ceyhun Bayramov , xarici ölkə səfirləri və digər rəsmi qonaqlar iştirak ediblər. Əvvəlcə cari ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin Bakıya gəlişinə həsr olunan qısa videoçarx nümayiş olunub. Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor “Acer” şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib. İKT sahəsində bilik və bacarıqlara yiyələnmənin vacibliyini diqqətə çatdıran Təhsil naziri ölkəmizin təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb. C.Bayramov qeyd edib ki, hər bir gənc dünyanı dəyişmək və daha yaxşı etmək imkanına malikdir: “Əminəm ki, Azərbaycan mədəniyyəti, musiqi və mətbəxi ilə tanışlıq imkanı əldə etdiniz. Ölkəmizdə multikulturalizm hökm sürür. iOi 2019 İT sənayesinin inkişafına töhfə olacaq. Nazirlik olaraq da biz informasiya texnologiyalarının tədrisinə önəm veririk”. Nazir çıxışının sonunda olimpiada qaliblərini təbrik edib. Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb. Ən yüksək nəticə göstərən iştirakçıya qızıl medalla yanaşı xüsusi mükafat da təqdim edilib. IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb. Bağlanış mərasimində iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın Sinqapurda keçiriləcəyi elan edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov və “IOI 2019”-un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub. Daha sonra Azərbaycan haqqında qısa film nümayiş edilib. Tədbir bədii hissə ilə davam etdirilib. Qeyd edək ki, ölkədə ilk dəfə keçirilən olimpiadada Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər. Olimpiada Təhsil Nazirliyi nin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib.

Comments are closed, but trackbacks and pingbacks are open.