Sabahdan məktəbəhazırlıq məşğələləri başlayır
B u qruplarda gündəlik 3 məşğələ təşkil olunur. Hər məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olur. Bu qruplarda məşğələlər təcrübəli ibtidai sinif müəllimlərinə həvalə edilib. Məktəbəhazırlıq uşağın təlim prosesinə uyğunlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqlar bu prosesi keçdikdən sonra daha aktiv olmaqla yanaşı, sərbəst fikir söyləməyi, özlərini bu və ya digər şəkildə ifadə etməyi bacarır, məktəbə və məktəbdaxili nizam-intizama alışırlar.
Məktəbəhazırlıq məşğələləri üçün müəllim üçün vəsait
G örkəmli alman nəzəriyyəçisi Albert Eynşteyn deyirdi ki, bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. Bəli, bu gün dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə, insanların savadlılıq dərəcəsinə baxsaq, bu ifadənin doğruluğuna tam əmin olarıq.
T əqdiredici haldır ki, son illərdə Azərbaycanda da təhsil sistemi tam təkmilləşdirilib, savadlılıq dərəcəsi, təxminən, 100 faizə çatdırılıb. Ancaq bir faktı da unutmaq olmaz ki, illər öncə bu sahədə müəyyən boşluqlar, çatışmazlıqlar mövcud idi. Yəni təhsil pillələri arasında əlaqə zəif qurulmuşdu ki, bu da, son nəticədə, təhsilin inkişafına mane olurdu. Xüsusilə də hələ məktəbə qədəm qoymayan uşaqların məktəbə alışması uzun vaxt aldığından bu hal həm müəllimləri, həm də valideynləri çox narahat edirdi. Uşaq məktəbəhazırlıq mərhələlərini keçmədən birbaşa məktəbə qəbul olunduğundan dərsləri daha gec qavrayır, müəllimi və sinif yoldaşları ilə ünsiyyətdən çəkinirdi. Yaranan çatışmazlıqlar müəllimlərin işini xeyli çətinləşdirir, tədris prosesini ləngidir. 2016-cı ildən məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə bu hallar aradan qaldırılıb, təkcə ibtidai sinif müəllimlərinin deyil, valideynlərin də çətinlikləri azalıb.
M uxtar respublika rəhbərinin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində məktəbəhazırlıq qruplarının şəbəkəsi genişlənib, məşğələlərin keyfiyyətli təşkili üçün lazımişərait yaradılıb, məktəblərimiz pulsuz dərslik və əyani vəsaitlərlə təmin edilib. Təkcə cari tədris ilində məktəbəhazırlıq qrupları üçün 16 mindən artıq dərs, 400-ə yaxın müəllim üçün metodik vəsaitlər gətirilərək ümumtəhsil məktəblərinə çatdırılıb. Bundan əlavə, ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında tədrisin keyfiyyətini yüksəltmək, müəllimlərin məşğələ prosesini düzgün qurmaları üçün siniflər maqnitli hərflər toplusu və lövhələr, bütün dərsləri əhatə edəcək rəngli tablolarla təchiz edilib. Ümumtəhsil məktəblərində yüksək səviyyəlişəraitin yaradılmasının və elektron lövhəli siniflərin olmasının nəticəsidir ki, müəllimlər məşğələlərdə nümunələri əyani şəkildə göstərə bilirlər.
Y eni dərs ilində muxtar respublika üzrə 124 məktəbdə fəaliyyət göstərən 196 məktəbəhazırlıq qrupunda 3125 uşaq təhsil alacaq. Hər il oktyabrın 1-dən mayın 31-dək səkkiz ay davam edən məktəbəhazırlıq qruplarında beşyaşlı uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə alışması, məktəb təliminə hazırlığı və bacarıq vərdişlərinin formalaşdırılması prosesi qarşıya bir məqsəd kimi qoyulur və buna nail olunur. Keçirilən məşğələlər uşaqların erkən yaş dövründən məktəb dərslərinə hazırlanmalarına imkan verir. Həftənin ilk 4 günü ərzində, hər gün 2 saat müddətində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşağın məktəbə hazırlıqla əlaqədar psixoloji dayanıqlılığını artırmaq, əhatə olunduğu aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.
B u qruplarda gündəlik 3 məşğələ təşkil olunur. Hər məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olur. Bu qruplarda məşğələlər təcrübəli ibtidai sinif müəllimlərinə həvalə edilib. Məktəbəhazırlıq uşağın təlim prosesinə uyğunlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqlar bu prosesi keçdikdən sonra daha aktiv olmaqla yanaşı, sərbəst fikir söyləməyi, özlərini bu və ya digər şəkildə ifadə etməyi bacarır, məktəbə və məktəbdaxili nizam-intizama alışırlar.
Məktəbəhazırlıq təhsilin təməli və hər bir təhsilalanın gələcəyinin təminatı olduğundan Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin bu istiqamətdə fəaliyyəti diqqətdə saxlanılır. Bu qruplarda məşğələlər yalnız ixtisaslı və iş təcrübəsinə malik, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış müəllimlər tərəfindən tədris edilir. Əvvəlki dövrlərdə bu qruplarda müəllimlərin seçilməsi pərakəndə xarakter daşıyırdısa, bu problem 2018-2019-cu tədris ilinin əvvəlində Təhsil Nazirliyinin kollegiya iclasının qərarı ilə aradan qaldırılıb. Həmin qərara əsasən məşğələlər ötən tədris ilində dördüncü sinifdə dərs aparmış müəllimlər tərəfindən tədris olunur. Varislik prinsipi gözlənildiyi halda beşyaşlılar və onların valideynləri artıq bilirlər ki, məktəbəhazırlıq qrupunun müəllimi həm də ibtidai təhsil pilləsini əhatə edən 4 il ərzində bu uşaqlara dərs keçəcək. Belə olan halda uşaqlar məktəbəhazırlıq qruplarında gələcək sinif müəllimlərinə uyğunlaşa bilir və müəllimlər də hər uşağın psixoloji və mənəvi keyfiyyətlərinə qabaqcadan bələd olaraq gələcəkdə şagirdlərə hansı formada yanaşma tərzini əvvəlcədən müəyyənləşdirirlər. Onlar şagirdi olacaq bu balacaları, şagirdlər isə müəllimini daha yaxından tanımaq imkanı əldə edir, ünsiyyətdə çətinlik çəkmirlər. Eyni zamanda məşğələ zamanı hər bir uşağın fərdi xüsusiyyətini öyrənmək müəllimə növbəti ildə dərs deyəcəyi həmin şagirdin potensialının, bilik və bacarıqlarının üzə çıxarılması üçün də vaxt qazandırır.
Onu da xüsusi vurğulamaq yerinə düşər ki, bu gün muxtar respublikanın ən ucqar guşələrində, vaxtilə əlçatmaz hesab olunan dağ kəndlərində belə, məktəb binalarının yenidən qurulması və onların madditexniki bazalarının təkmilləşdirilməsi dövlətimizin təhsilə prioritet sahə kimi yanaşmasından xəbər verir. Zaman keçdikcə bu istiqamətdə görülən işlərin miqyası daha da böyüyür və nəticə etibarilə, təhsilimizin keyfiyyəti yüksəlir, bacarıqlı, savadlı, hərtərəfli dünyagörüşünə malik gənclər yetişir. Təbii ki, hər bir işdə olduğu kimi, təhsildə də təməlin necə qoyulması onun gələcək inkişafında başlıca şərt hesab olunur. Bu baxımdan məktəbəqədər təhsilin düzgün qurulması, məktəbəhazırlıq qruplarının səmərəli təşkili gələcəkdə bu sahədə daha böyük irəliləyişlərin olacağından xəbər verir.
Sabahdan məktəbəhazırlıq məşğələləri başlayır
Sabahdan məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır.
XəzərXəbər xəbər verir ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil müəssisəsində isə 25 189 beşyaşlının təhsilə cəlb olunacağı gözlənilir.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Mövcud pandemiya şəratinə görə bu il hazırlanan yeni Tədris Planına əsasən siniflərdə şagirdlərin sayının 30-dan çox olmasına icazə verilməyəcək.
Yeni tədris planında uşaqların dərs ili ərzində payız, qış və yaz tətilləri də müəyyən olunub. Məşğələlərin mayın 31-də başa çatması planlaşdırılır. Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Məşğələləri yalnız ibtidai sinif müəllimləri aparacaq.
Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zərurət yaranarsa, tənəffüslər uzadıla bilər. Bu qruplarda uşaqlara ev tapşırığı verilməyəcək. Onların nailiyyətləri şifahi formada qiymətləndiriləcək.
Məktəbəhazırlıq məşğələləri üçün müəllim üçün vəsait
2019-07-15 13:00:00
Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlandı
Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı təsdiqlənib. AzEdu.az xəbər verir ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilib. Tədris (məşğələ) planına dair “Qeydlər”də göstərilir: 1. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. 2. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir: – qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 10 uşaq; – şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 15 uşaq. 3. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. 4. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. 5. Məktəbəhazırlıq məşğələləri həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. 6. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. 7. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur. 8. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir. 9. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır. 10.Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür: – I yarımil: 1 oktyabr-26 yanvar; – II yarımil: 1 fevral-31 may. 11. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: – 5 gün payız tətili (16-20 noyabr); – 5 gün qış tətili (27-31 yanvar); – 5 gün əlavə tətil (1-5 may).
Bu bölməyə aid digər xəbərlər
Məktəblərə qeydiyyatdan keçə bilməyənlərə əlavə imkan yaradıldı-VACİB ŞANS
2022-09-19 13:05:00
“Kaspersky”nin bu həlli uşaqların “YouTube”dakı baxış tarixçəsini izləməyə imkan verəcək
2022-06-01 11:16:00
Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin maaşı bu cür hesablanır –Diqqətli olun
2021-12-07 12:44:00
Nazirlik: “Məktəblərin açılması uşaqlar arasında yoluxma hallarını artırıb”
2021-10-15 15:55:00
Məktəbə başlama yaşının 5-ə endirilməsi niyə effektli olmayacaq? -Fazil Mustafa
2021-10-06 17:26:00
Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin sənədləri məktəbə bu tarixədək təqdim edilməlidir
2021-08-10 13:48:00
Valideynlərin nəzərinə! – Övladınız bu hallarda məktəbə götürülməyəcək
2020-11-27 10:36:00
Zəngilanın təhsil statistikası – İnfoqrafika
2020-10-21 10:54:00
Terrorun yararsız hala saldığı məktəbin direktoru: “Çox yer sıradan çıxıb”
2020-10-20 11:53:00
“İlk dərs günləri birincilər üçün qorxunc ola bilər” –Psixoloqdan valideyn və müəllimlərə vacib tövsiyələr
Comments are closed, but trackbacks and pingbacks are open.