Məmməd araz haqqinda tədbi r
Məmməd Arazın bədii dili bütün əzələləri ilə müasirdir. Onun dili ənənə ilə novatorluğun, bədiiliklə əbədiliyin, əbədiliklə dialektçiliyin və xəlqiliklə qrammatikliyin harmonik rabitəsinə ən parlaq nümunələrdən biridir.
Мамед Араз – Mammad Araz
Мамед Араз (Азербайджанский : Məmməd Araz) (14 октября 1933 г. в Нурсу, Нахчыван – 1 декабря 2004 г. в Баку, Азербайджан ) родился Мамед Ибрагимов, родился азербайджанский поэт. Араз, его псевдоним, определяет реку, которая стала границей, разделяющей современный Азербайджан и Иран, когда Азербайджан был разделен более 180 лет назад.
- 1 Ранняя жизнь
- 2 Поэзия
- 3 Признание
- 4 Источники
Ранняя жизнь
В 1954 году он окончил Азербайджанский педагогический институт по специальности география. Араз также работал в редакциях издательства «Маариф» в Баку, журнала «Улдуз» (1967–1970), газеты «Литература и искусство» (1970–1972) и Азербайджанского государственного издательства (1972–1974). Он также долгое время работал редактором журнала «Природа Азербайджана» с 1974 года.
Поэзия
Мемориальная доска на здании, где жил Мамед Араз Баку
Он также является автором книги « «Мир твой, мир мой» (Дуня Санин, Дуня Маним), ставшее лирикой очень популярного музыкального хита Азербайджана 90-х годов. Первая книга его стихов под названием «Песня о любви» (по-азербайджански – Sevgi nəğməsi) была издана в 1959 году «Азернешр».
Рукопись Маммада Араза – Баку 1992
Некоторые из известных работ Араза включают:
- Если бы не было войны
- Мир ваш, мир мой
- Звук Написано на скалах
- Отец трех сыновей
- Давай, вставай, Азербайджан! (1992)
Его работы, опубликованные на английском языке Бетти Блэр, такие как:
If There Were No War (1956)
Если бы не было войны, Мы могли бы построить мост между Землей и Марсом Расплавить оружие в мартеновской печи. Если бы там было. Тысячелетний урожай мог бы вырасти за один день. Ученые могли принести на Землю луну и звезды.
Признание
Араз имеет отмечен следующими наградами: Заслуженный деятель культуры Азербайджана (1978 г.), Лауреат Государственной республиканской премии (1988 г.) и Ордена «Независимость».
Список литературы
- ^«Мамед Араз, азербайджанский поэт, 1933 г. -2004 ” (PDF).
- ^” Бессмертный Мамед Араз “.
- ^Биография Мамед Араза
- ^” Давай, вставай, Азербайджан ! “.
- ^” Мммед Араз > “. Архивировано с оригинального 06.07.2011. Проверено 12 марта 2009 г.
Məmməd araz haqqinda tədbi r
Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti
Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el- obadan ayrı təsəvvür etmək çətindir.
ümummilli lider
Xalq şairi Məmməd Araz millətimizin mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda yorulmadan çalışaraq qədim və zəngin ənənələrə malik milli poeziyamıza gözəl töhfələr vermişdir. Şairin dərin fəlsəfi məzmunlu lirikası çağdaş Azərbaycan poeziyasını daha da zənginləşdirmiş, Məmməd Araz istedadının, təfəkkürünün bəhrələri olan yüzlərlə şer milyonların qəlbinə yol taparaq əbədi məskən salmışdır. Təkcə rəsmi təltifləri � xalq şairi, əməkdar incəsənət xadimi fəxri adları, Dövlət mükafatı deyil, bənzərsiz sənətindəki millilik, xəlqilik, ənənəyə sədaqət və novatorluq ona xalq məhəbbəti qazandırmışdır.
ümummilli lider
Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri
Məmməd Araz bütün varlığı ilə ana dilinin təbii axarına, folklora, ata- baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkardır. Onun şeir bulağı ictimai yığıncaqların , müxtəlif miqyaslı ədəbi məclislərin xitabət kürsülərində, kitabların səhifələrində,sevgililərin məhəbbət məktublarında, məktəb uşaqlarının şirin dillərində çağlayacaqdır.
ədəbiyyatşünas,tənqidçi
Məmməd Araz zəngin məzmunlu, güclü təfəkkürə malik, daim arayan, axtaran, narahatlıq xoşbəxtliyinə malik şairlərimizdəndir. alim təfəkkürlü bir yaradıcıdır.
ədəbiyyatşünas
Poeziyada yeni təbii iqlimin � çağdaş ekoloji təfəkkürün ilk təməl daşlarını qoyanlardan biri Məmməd Araz oldu.
ədəbiyyatşünas,tənqidçi
Məmməd Arazın bədii dili bütün əzələləri ilə müasirdir. Onun dili ənənə ilə novatorluğun, bədiiliklə əbədiliyin, əbədiliklə dialektçiliyin və xəlqiliklə qrammatikliyin harmonik rabitəsinə ən parlaq nümunələrdən biridir.
Türkoloq,alim
Dilin əlvanlığı, şirinliyi,oynaqlığından,poetik müşahidələrin dərinliyindən və itiliyindən, bəzən gümrah , bəzən ağrılı- acılı düşüncələrin, bəzən fərəhli, bəzən küskün hisslərin vəhdətindən yaranmış Məmməd Araz poeziyasının məhvəri vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında- kürreyi ərzimiz haqqında həm nikbin, həm də nigaran qənaətlərdir.
xalq yazıçısı
Məmməd Araz coğrafiyanı yaxşı bildiyindən ancaq sərvdən, çinardan, palıddan, aslandan, pələngdən və s. deyil, həm də geomorfoloji proseslərdən söhbət açır və oxucuya o prosesin əmələ gəlməsini, inkişafını çox düzgün şərh edir və həm də şerlə çatdırır.
Məmməd Arazın sevgisi qədər nifrəti də dərin və barışmazdır. O, nifrət obyektinə çox qəzəblidir. Ona görə də şair bu hədəfi ən kədərli və ən tutarlı obrazlarla döyməyi, lənətləməyi bacarır. Bu cəhətdən � Məndən ötdü qardaşıma dəydi� şeiri vahid Azərbaycanı xanlıqlara bölən, bizi parçalayan xanlara nifrət və qəzəb nəğməsidir.
Məmməd araz haqqinda tədbi r
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
İsa HƏBİBBƏYLİ
MİLLİ ŞERİN AĞSAQQALI
Sənətkarın tərcümeyi-halı, taleyi və həyatı daha çox onun yaradıcılığında öz əksini tapır. Bunu xalq şairi Məmməd Araz özü də etiraf edir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şerləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir. ”
Məmməd Arazın şerlərindəki tərcümeyi-halı rəsmi tərcümeyi-hal sənədlərindən və ya valideynlərinin, əhatəsində yaşadığı adamların yaddaş materiallarından da dəqiq və mənalıdır:
Məni şerimdə gəz, bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan-bacıdan gizlətdiyimi,
Kağızdan, qələmdən gizlətməmişəm.
Öz yaradıcılığının əsas qəhrəmanı, aparıcı siması olan Məmməd Arazın əsərləri həqiqi bir şair ömrünün pozulmaz səhifələridir. Bir çox istedadlı şairlər kimi M. Arazın da poeziyası onun həyat dastanı, ömürnaməsidir. Hətta tərcümeyi-hala dəxli olmayan digər mətləblər də şairin ömür köynəyindən, qəlbindən keçir. Belə olan məqamlarda “bir qəlbin yükü” az qala bir ömrün yükündən qat-qat ağır olur.
Poeziya, şer, sənət Məmməd Arazın tale yüküdür. Qələmi “söz qardaşı” hesab edən şair cismani ömründən sonrakı taleyini də kağızsız, qələmsiz təsəvvür edə bilmir:
Nə düz deməmisən, düzünü de ki,
Bu torpaq ağartsın üzünü, de ki,
Dünyaya sonuncu sözünü de ki,
Ey qardaş qələmim, desəm-deməsəm,
Mən səni özümlə aparasıyam.
Məmməd Arazın “qardaş qələmi” ilk növbədə öz ömrünü yazmışdır. Şairin taleyi kimi şerləri də bənzərsizdir. M. Arazın şerləri həm də özündən sonrakı ədəbi nəslin bədii yaradıcılığının başlanğıcıdır. Daha doğrusu, poetik dəbdəbə, ritorika, təntənə, zahiri əksetdirmə, ideoloji xəttə sədaqət kimi sənət xəstəliklərindən xilas olmaq Məmməd Araz və onun mənsub olduğu yaradıcı nəsllə əsasən başa çatmışdır. “Ürəyimsiz kəlmə yazan deyiləm” andı tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidinin ifadəsidir. Buna görə də M. Araz sənəti bir tərəfdən yeni tipli yetmişinci illər poeziyasının fəal daşıyıcısı, digər tərəfdən isə 20 il bundan əvvəl ədəbiyyat meydanına qədəm qoyan şairlər nəslinin əsas istinadgahlarından, ilham qaynaqlarından biridir. S. Rüstəmxanlı, Hidayət, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, hətta daha sonrakı nəslin nümayəndəsi Rüstəm Bəhrudi öz ilhamını həm də M. Araz sənətindən almışdır. Başqa sözlə, M. Araz şeri S. Vurğun məktəbi ilə hazırki şer üslubu və ənənələri arasında çox etibarlı varislik körpüsüdür. Poeziyamızın artıq bir neçə nəsli böyük sənət meydanına həmin poetik körpüdən keçib gəlmişdir.
Hazırkı mərhələdə M. Araz milli Azərbaycan şerinin görkəmli nümayəndəsidir. İndiki səviyyədə onun şerləri və poemaları, bədii publisistikası yalnız öz yaradıcısının deyil, mənsub olduğu xalqın da tərcümeyi-halının əsas hissəsidir. İkinci dünya müharibəsindən sonrakı təxminən yarım əsrə yaxın tarixi dövrün bədii, mənəvi tərcümeyi-halı M. Araz sənətində öz əksini tapmışdır. Bu, müdrik, ağır siqlətli, uzaqgörən, kövrək və ağıllı poeziya mənalı ədəbi tarixi salnamədir. Yaxın və uzaq tariximizlə yanaşı, bu günümüzün və hətta sabahımızın böyük ciddi həqiqətləri də “Məmməd Araz karandaşından göyərir”. Yaşının indiki müdrik çağında M. Araz şeri qaynar həyat seli, sehrli mənəvi dirilik çeşməsidir. Dünənimizdən ibrət dərsi almaq, bu günümüzün ab-havası ilə yaşamaq, sabahımızın mənzərəsini ayın-şayın görmək, amalımızı, məqsədimizi müəyyən etmək üçün M. Araz poeziyası ən etibarlı və ağıllı bələdçidir.
Azərbaycan ədəbiyyatında poema janrı M. Arazın poemaları ilə yeni mərhələyə çatmışdır. Lirik psixoloji üslub və düşüncə insan mənəviyyatının dərin qatlarının poetik kəşfi, müasirlik və fəal vətəndaşlıq mövqeyi bu poemaların ana xəttini təşkil edir. M. Arazın “Üç oğul anası” poeması (1957) yazıçı İsa Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol yoldaşıdır. “Araz axır” poemasında (1960) zamanın sözü özünün yüksək bədii-fəlsəfi əksini tapmışdır. “Paslı qılınc” poeması (1964) yazıldığı dövrün “Aygün”üdür. “Əsgər qəbri haqqında ballada” poemasında (1968) ustad S. Vurğunun “Avropa xatirələri”nin, “Qayalara yazılan səs” poemasında (1976) “Muğan” poemasının ənənələri yaxşı mənada davam etdirilmiş, yeni səviyyəyə çatdırılmışdır. Məmməd Arazın “Atamın kitabı” əsəri milli birlik və mənəvi ucalıq haqqında yazılmış ən kamil poetik dastandır. Ədəbiyyatımız bu əsərlərlə zənginləşmiş, nəzərəçarpacaq dərəcədə irəliyə doğru boy atmışdır.
Məmməd İnfil oğlu İbrahimov – Məmməd Araz Azərbaycanın xalq şairidir, əməkdar incəsənət xadimidir. O, milli şerimizin ağsaqqalıdır. Şer-sənət, sözün həqiqi mənasında, böyük ədəbiyyat Məmməd Arazın tale yüküdür.
Comments are closed, but trackbacks and pingbacks are open.