Mətbuat xidməti əməkdaşlarının stolüstü kitabı
Mərasimdə çıxış edən B.Aslanbəyli deyib ki, Azərbaycanda ilk dəfə məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi bu həcmdə və əhatəli vəsait işıq üzü görür: “Bu layihəni xüsusi olaraq elə hazırlamışıq ki, ondan uşaq psixologiyası ilə məşğul olan hər kəs faydalana bilsin. Sözügedən mövzu məktəblilərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi va fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusilə aktualdır. Müəlliflər kitabı hazırlayarkən onun məktəb psixoloqlarının və valideynlərin əsas istinad mənbəyi olmasını təmin etməyə çalışıblar. Bunun üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə sıx əməkdaşlıq edilib”.
Məktəb psixoloqları üçün stolüstü kitabın təqdimatı olub
Məktəb psixoloqları üçün stolüstü kitabın təqdimatı olub BP şirkəti və AzEdu təhsil portalının birgə layihəsi əsasında dərc olunan “Məktəb psixoloqunun stolüstü kitabı”nın təqdimatı keçirilib.
1 İyul , 2022 12:59
https://static.report.az/photo/f731ee66-4358-3a15-ac48-b514a61fabb3.jpg
BP şirkəti və AzEdu təhsil portalının birgə layihəsi əsasında dərc olunan “Məktəb psixoloqunun stolüstü kitabı”nın təqdimatı keçirilib. “Report”un məlumatına görə, tədbirdə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən B.Aslanbəyli deyib ki, Azərbaycanda ilk dəfə məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi bu həcmdə və əhatəli vəsait işıq üzü görür: “Bu layihəni xüsusi olaraq elə hazırlamışıq ki, ondan uşaq psixologiyası ilə məşğul olan hər kəs faydalana bilsin. Sözügedən mövzu məktəblilərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi va fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusilə aktualdır. Müəlliflər kitabı hazırlayarkən onun məktəb psixoloqlarının və valideynlərin əsas istinad mənbəyi olmasını təmin etməyə çalışıblar. Bunun üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə sıx əməkdaşlıq edilib”.
Bəxtiyar Aslanbəyli
AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı qeyd edib ki, qurum artıq təhsillə bağlı üçüncü kitab nəşr edir: “Yeni nəşr olunan kitab geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodları, eləcə də yanaşmaların praktiki tətbiqini əhatə edən bir mənbədir. Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib. Əsas məqsəd məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir”.
Elşad Eyvazlı
Təhsil nazirinin müşaviri Elnur Nəsibov söyləyib ki, təhsillə əlaqəli bütün nəşrlər ancaq təhsilin xeyrinədır: “Etiraf etməliyik ki, məktəblərdə uşaq başına düşən psixoloq sayı, onların bilik və bacarıqlarının davamlı şəkildə istifadəsinə önəm verilməlidir. Yeni nəşrin bu işə töhfə verəcəyinə də şübhə etmirəm. Təklif edərdim ki, vəsaitin elektron variantda əlçatanlığı da təmin edilsin. Xüsusilə də bölgələrdəki işçilər üçün kitabın istifadəsində əlçatanlıq mümkün olsun”. Nazirin müşaviri onu da vurğulayıb ki, yeni tədris ilindən 15 məktəbdə “Məktəb, Ailə, İcma Birliyi” layihəsinin tətbiqi planlaşdırılır.
Çıxışların davamında bildirilib ki, kitaba daxil edilmiş geniş əhatəli mövzuları həmin sahənin mütəxəssisi olan yerli ekspertlər yazıb. Nəşrin doqquz müəllifi var. Müvafiq fənlər üzrə ixtisaslaşan universitet tələbələri, habelə məktəblilərin valideynləri də kitabdan istifadə edə bilərlər. 368 səhifəlik “Məktəb psixoloqunun stolüstü kitabı”nın nəşrində məqsəd məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək olmaqdır. Layihənin müddəti yeddi ay, ümumi dəyəri isə təxminən 54 min manat təşkil edib. Qeyd edək ki, layihəni BP-nın dəstəyi ilə yerli təşkilat AZEDU MMC həyata keçirib. “Məktəb psixoloqunun stolüstü kitabı”nı Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, ADPU-nun Şəki filalının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev, Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şəbəsinin müdiri, dosent Laləzər Cəfərova, Bakı şəhər 11 saylı xüsusi təhsil məktəbinin müəllimi, klinik psixoloq, loqoped Babək Əlizadə və başqaları hazırlayıblar.
Mətbuat xidməti əməkdaşlarının stolüstü kitabı
2020-02-12 12:41:00
Bəşarət Məmmədov: “Mətbuat xidməti işini səmimiyyət üzərində qurmalıdır”
- Məmmədov bildirib ki, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunda 6 əməkdaş fəaliyyət göstərir. Sektor tərəfindən mütəmadi olaraq KİV-lərə idarənin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumatlar verilir. İdarə tərəfindən təşkil olunan bütün tədbir və mətbuat konfranslarına ölkədə fəaliyyət göstərən KİV nümayəndələri dəvət olunur: “İşimiz təkcə məlumatın ictimaiyyətə ötürülməsi ilə bitmir. KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılır, paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrinə mediaturlar təşkil olunur, sektora həvalə edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr yerinə yetirilir. İdarənin bütün məlumatlarını KİV-lə yanaşı sosial şəbəkələr vasitəsilə yeni məlumatları, idarənin fəaliyyətini, həyata keçirdiyi layihələri ictimaiyyətə çatdırılır. Bu gün sosial şəbəkələrdən istifadə edən insanların sayı həddən ziyadə çoxdu. Sosial media operativlik baxımından bir çox hallarda ənənəvi median üstələyir. İnsanların böyük əksəriyyəti də xəbərləri sözügedən şəbəkələrdən əldə edirlər. Bütün bunları nəzərə alaraq idarənin bütün məlumatları sosial şəbəkələrdə yerləşdirilir. Obrazlı desək, bizim işimizdə gün bitir, amma iş bitmir. Bəzən elə olur ki, iş saatı bitdikdən sonra paytaxt məktəblərində hər hansı bir gözlənilməz hadisə baş verir. Media və ya ictimaiyyət məsələylə bağlı rəsmi açıqlama gözləyir. Bu halda dərhal ictimaiyyətə doğru məlumatı təqdim etmək əlavə şayiə və dezinformasiyaların yayılmasının qarşısını alır. Bu baxımdan peşəkar medianın rolu əvəzsizdir. Nə yaxşı ki, bu gün ictimaiyyətin inandığı, etibar etdiyi peşəkar media orqanları var”.
HARDAN HARA, BURDAN HARA
B.Məmmədovun sözlərinə əsasən, o BDU-nun tarix fakültəsini bitirib, ixtisasça tarixçidir: “Taledən, qismətdən, bu sahəyə olan böyük maraqdan jurnalistika sahəsində çalışmışam, bu gün də media ilə əlaqəli çalışıram. Həyatda nəyinsə təsadüf olduğuna heç vaxt inanmamışam. Mənim orta məktəb illərindən qəzet oxumağa, mətbuatı davamlı izləməyə böyük marağım var idi. Mən o dövrdə nəşr olunan “Azərbaycan”, “Aydınlıq”, “Xalq qəzeti”, “Yaddaş” və digər bütün qəzetləri demək olar ki, hamısını alır və böyük maraqla oxuyurdum. Birinci səhifəsindən sonuncu səhifəsinə kimi. Oxuduqdan sonra da onları saxlayırdım. Bu gün də bizim rayondakı evimizdə mənim orta məktəb illərində oxuduğum bütün qəzetlər qalır. Rayona gedən zaman vaxt olanda mən o qəzetləri yenidən vərəqləyir, bəzi qəzetlərin kənarlarında apardığım qeydlərə nəzər salıram. Mən jurnalist kimi fəaliyyətə başlayan zaman o dövrdə oxuduqlarımın mənə çox köməyi oldu. Yəni məlumatın necə yazılması, yazının necə işlənilməsi mexanizmini oxuduqlarımdan öyrənmişdim. Sanki praktik olaraq bu yolu keçmişdim. Bu sahəni seçmək baxımından peşmançılıq məndə heç vaxt olmayıb. Əksinə bu sahəni sevmişəm. Bir şeyi də qeyd edim ki, qismətdən həmişə qarşıma yaxşı insanlar çıxıb. Bu səbəbdən də peşmançılığı rəvac verən səbəblər, pessimistik, ruhdan düşmək kimi nüanslar olmayıb. Əslində xaraktercə də çox optimist insanam. Özünə inanan, pozitiv və hadisələrə real baxmağı bacaran biriyəm. Mən düşünürəm ki, hadisələrə münasibətdə, insanlarla münasibətdə ədalətli baxış çox mühümdür. Səhv özündədirsə, onu görməyi və etiraf etməyi bacarmalısan. Heç olmasa səhvini özünə etiraf elə ki, təkrar etməyəsən. Əgər öz səhvini görməsən, həmişə ittihamçı tərəf kimi çıxış etsən, nəinki səhvindən, sonunda həyatdan da heç bir nəticə çıxara bilməyəcəksən. Şükürlər olsun ki, real düşünə bilən, ədaləti görən, səhvləri bağışlaya bilən, istiqamət verməyi bacaran insanlar həyatda kifayət qədərdir. Mən inanıram ki, cəmiyyətdə belə insanların sayı artdıqca, xeyirxah əməllər davam etdiyi müddətcə hamının həyatı öz axarı ilə gedəcək. Hər şey daha da yaxşı olacaq. Mən buna əminəm. Hələ uğurlar qarşıdadır və daha yaxşı günlər, işlər bizi gözləyir. Ona görə nədənsə qorxan, pessimist insanları tam anlaya bilmirəm. Yaxın ətrafıma da həmişə tövsiyəm odur ki, inamlı olun, problemlərdən, qarşınızdakı maneələrdən qorxmayın və xeyirxah olmağa çalışın. Müəllifini unutduğum yaxşı bir deyim var: “Bütün gözəl şeylər qorxunun o üzündədir”. Hər kəsə həmin “o üzü” görməyi arzulayıram”.
Bu bölməyə aid digər xəbərlər
Comments are closed, but trackbacks and pingbacks are open.