Press "Enter" to skip to content

Məşğulluq

Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.

Məşğulluq

Əmək bazarına dair göstəricilər. Məşğulluq.

I. Metodoloji təyinat

  • Baxılan dövr üçün, işçi quvvəsinə dair keçirilən müayinələr zamanı isə bir həftə ərzində, iqtisadi əmək fəaliyyətilə məşğul olan 15 və yuxarı yaşda şəxslər məşğul əhali sayılırlar.
    • muzdla iş görmüş – “işləyənlər”: pul və ya natura şəklində əmək haqqı və ya məvacib almaq məqsədi ilə hesabat dövrü ərzində iqtisadi əmək fəaliyyətilə məşğul olan şəxslər;
    • “iş yeri olan, lakin müvəqqəti işləməyən”: indiki iş yerində işləmiş, lakin ayrı-ayrı səbəblərə görə hesabat dövründə müvəqqəti olaraq işləməyənlər və həmin iş yerinə qayıtmağa ehtimalı olan şəxslərdir;
    • “xüsusi müəssisə və ya xüsusi işə malik olan və orada işləyən”: hesabat dövründə gəlir və ya ailə qazancı əldə etmək üçün müəyyən iqtisadi əmək fəaliyyətilə məşğul olan şəxslərdir;
    • “xüsusi müəssisə və ya xüsusi işə malik olan, lakin işləməyən”: xüsusi müəssisə və ya xüsusi işə malik olan və orada işləyən, lakin baxılan dövrdə hər hansı səbəbdən işdə olmayan şəxslər məşğul əhali sayılırlar, əgər onların olmadığı dövrdə müəssisə (iş) fəaliyyətini davam etdirmişdirsə.
    • Əmək haqqı hesablanmış ümumi ödəmələrə aiddir (yəni qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulmadıqdan əvvəl hesablanan) – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə işlənilməyən vaxta görə ödəmələr (əmək məzuniyyəti, bayramlar), edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur.
    • İşləyənlərə pulsuz verilən yeməyin və qida məhsullarının dəyəri, işçilərin yaşayış yeri üçün çəkilən xərclər, işçilərin dəmir yolu, hava yolları, dəniz, avtomobil nəqliyyatı və sairə yol xərclərinin ödənilməsi və digər natura formasında ödəmələr.
    • Sosial büdcədənkənar fondların vəsaiti hesabına müavinət və başqa ödəmələr – müvəqqəti əmək qabiliyyətini itirməyə görə, hamiləlik və doğuşla əlaqədar, uşağa qulluq edilməsi ilə əlaqədar, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzündən ictimai siğorta ödəmələri və sair daxildir.
    • Əmək sahəsinə dair milli qanunvericiliyə və sosial sığorta sahəsinə aid normativ-hüquqi aktlara cavab verməyən əmək münasibətləri iqtisadiyyatın qeyri-rəsmi sektorunda məşğulluq kimi hesab edilir.
    • İqtisadi fəaliyyət növü – Avropa Birliyində İqtisadi Fəaliyyətin Əsas Sahə Təsnifatı (NACE) üzrə qurulmuş İqtisadi Fəaliyyət Növlərinin Milli Təsnifatı əsasında təyin edilir.
    • Peşə – Məşğulluğun Beynəlxalq Standart Təsnifatı (ISKO-88) əsasında hazırlanmış Milli Məşğulluq Təsnifatı ilə təyin edilir.
    • Məşğul əhalinin status üzrə bölgüsü Beynəlxalq Standart Məşğulluq Statusu Təsnifatı əsasında təyin edilir.
    • Təhsil – Təhsilin Beynəlxalq Standart Təsnifatı (ISCED 97) əsasında hazırlanmış Azərbaycanın Milli Təhsil Təsnifatı ilə təyin edilir.

    II. Məlumatların əhatəsi

    • * Sahə üzrə əhatə. Bütün iqtisadi fəaliyyət növləri üzrə statistik vahidlər daxil olunur, hansılar üçün məşğulluğun səviyyəsi qiymətləndirilir.
      * Peşə əhatəsi. Milli Məşğulluq Təsnifatına uyğun olaraq həyata keçirilir.
      * Coğrafi əhatə. Ölkənin bütün iqtisadi rayonları, işğal olunmuş ərazilər istisna olmaqla.
      * Əhatə olunan əhali. Ölkədə daimi yaşayan 15 və yuxarı yaşda olan şəxslər, o cümlədən müvəqqəti 6 aya qədər xaricə gedənlər.
      Əhatə olmayanlar:
      – 15 yaşı tamam olmayan şəxslər;
      – 6 aydan artıq xaricdə olan şəxslər;
      – həqiqi hərbi xidmətdə olan şəxslər;
      – xəstəxanalarda 6 ay və ondan çox müalicə olunanlar;
      – məhkəmənin qərarına görə cəza çəkənlər;
      – əcnəbilər.
      * Əhatə olunan mövzular. Məşğulluq, natamam məşğulluq, faktiki iş vaxtı, məşğulluğun müddəti, əmək fəaliyyəti ilə məşğul olmayan işçilər, müvəqqəti işçilər, məşğulluq statusu, işçinin cinsi, təhsilin və ixtisasın səviyyəsi, əlavə iş.

    III. Mühasibat uçotunun qaydaları

    IV. Bazis məlumatlarının xarakteristikası

    • * Seçimin həcmi və strukturu. Hər rüb 4725 ev təsərrüfatı.
      * Seçimin məcmuəsi. İldə 18900 ev təsərrüfatı.
      * Seçimin təzələnməsi. Hər rüb 100 faiz dəyişdirilir.
      * Məlumatların yığılması.
      • məlumatların əldə olunması üçün istifadə olunan sorğu növü. Sorğu vərəqəsində qələmlə.
      • yerlərdə işin davamiyyəti. 30 gün.
      • məlumatların toplanması dövrü. 25 gün.
      • statistik müayinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əmək statistikası şöbəsi aparır yerli statistika orqanlarının iştirakı ilə.

      V. Məlumatların hazırlanmasına dair təcrübə

      • Məşğulluq statistikasını qiymətləndirmək üçün istifadə olunan düsturlar.
        Məşğulluğun səviyyəsini hesablamaq üçün istifadə olunan düstur:
      • Sm – məşğulluğun səviyyəsi, M – məşğulluq, İf – iqtisadi fəal əhali
      • İşsizliyin səviyyəsini hesablamaq üçün istifadə olunan düstur:
      • Si – işsizliyin səviyyəsi İ – işsizlik, İf – iqtisadi fəal əhali

      VI. Digər aspektlər

      • * Çatışmayan mənaların əks olunması. Əhali tam əhatə olunub, cavab verməyən olmur.
      • * Siyahıda olan uçot vahidlərinin əvəz edilməsi. Son seçməyə düşmüş vahidlər əvəz olunmurlar.
      • * Mövsüm ilə əlaqədar aparılan düzəlişlər. Əldə olunan nəticələrdə mövsüm ilə bağlı heç bir düzəliş aparılmır.
      • * Məlumatların yenidən baxılması siyasəti. Məşğulluq üzrə yekun məlumatlardır və onların dəyişilməsi barədə əlavə olaraq məlumat veriləcək.

      VII. Keyfiyyət

      • Sənədlərin metodologiyası:
      • Dövlət Statistika Komitəsinin nəşr etdiyi külliyatlarda məşğulluq haqqında məlumat onun metodoloji təyinatı ilə, anlayışlarla və izahatlarla müşahidə olunur. Hər il nəşr olunan “Azərbaycanın statistik göstəriciləri” və “Əmək bazarı” məcmuələrində göstəricilərə dair qısa metodoloji izahatlar verilir. İstifadə olunan metodologiya Beynəlxalq Əmək Təşkilatının tövsiyələri əsasında qurulub.
      • Məlumatların əsaslandırılmasını təsdiq etmək və çarpazlaşma nəzarətə dəstək verilməsi üçün: Məşğulluq statistikası üzrə geniş məlumatlar öz əksini “Azərbaycanın statistik göstəriciləri” və “Əmək Bazarı” məcmuələrində tapır. Bu məcmuələrdə fəaliyyət növləri, cins, yaş qrupları və mülkiyyət üzrə məlumatlar çap olunur.

      VIII. Təkmilləşmə ilə əlaqədar planlar

      • Təkmilləşmə ilə əlaqədar yaxın vaxta görülmüş işlər:
        • 1. 2005-ci ilin mart ayında “Uşaq əməyindən istifadə edilməsinə dair” ev təsərrüfatlarında seçmə statistik müayinə keçirilmişdir.
        • 2. 2006-cı ilin noyabr ayında “Qadın və uşaq əməyindən istifadə edilməsinə dair” ev təsərrüfatlarında seçmə statistik müayinə keçirilmişdir.
        • 3. 2008-ci il avqust ayında Bakı şəhəri üzrə “Gənclərin (30 yaşadək) iqtisadi fəallığına dair” ev təsərrüfatlarında seçmə statistik müayinə keçirilmişdir.
        • 4. 2009-cu ilin oktyabr ayında “Ev təsərrüfatlarının qeyri-rəsmi əmək fəaliyyətinə dair” seçmə statistik müayinə keçirilmişdir
          Qısamüddətli planlar:
        • 5. Hər rüb 4725 ev təsərrüfatlarında “Əhalinin iqtisadi fəallığına dair” seçmə statistik müayinə keçiriləcəkdir.
          Ortamüddətli planlar:
        • 6. Sağlamlıq imkanları məhdud olan şəxslərin iqtisadi əmək fəaliyyətinə cəlb olunması şərtləri barədə statistik müayinənin keçirilməsi nəzərdə tutulub.
          Texniki yardım/Maliyyə tələbatı/Digər şərtlər:
          Qısamüddətli:

          Yuxarıda qeyd olunan fəaliyyət Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin öz gücü hesabına həyata keçiriləcək.

        Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
        Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

        Tel: (+994 12) 377 10 70
        Faks: (+994 12) 538 24 42
        E-poçt: sc@stat.gov.az

        Qaynar xətt:
        (+994 12) 377 10 70, 33-00
        Mətbuat xidməti:
        (+994 12) 377 10 70, 22-66

        Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
        (+994 12) 377 10 70, 22-38

        Saytdakı məlumatlardan istifadə edərkən
        istinad etmək zəruridir.

        İstifadə sayğacı

        © 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

        Məşğulluq

        Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.

        Aktiv məşğulluq tədbirləri – işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlərdir.

        İşaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir.

        İşsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

        Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar.

        İşaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.

        Peşəyönümünə dair məsləhət xidmətləri gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin, habelə onların valideynlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirilməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləridir

        Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və ya yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil almasıdır.

        İşsiz şəxslərin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur.

        Peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayan şəxslər və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.

        Peşə hazırlığı aldığı dövrdə işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

        DOST Agentliyinin missiyası əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu missiya innovativ həllərin tətbiqi ilə həyata keçirilir.

        Xidmətlər
        • Arayışların verilməsi
        • Əmək münasibətləri
        • Əlillik
        • Məşğulluq
        • Əmək pensiyası və sosial müavinətlər
        • Övladlığagötürmə
        • Ünvanlı dövlət sosial yardımı
        • Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
        • Sosial sığorta
        • Sosial xidmətlər
        • Yardımçı xidmətlər
        Bizi izləyin

        © 2023 DOST – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi

Comments are closed, but trackbacks and pingbacks are open.