Turk Dunyasi Edebiyat Arastirmalarinda Karşılaşılan Terim Sorunu / Problem of Term in Turkish World Literary Researches
Azərbaycan alimləri Rus, Avropa və şərq dilləri sahəsində də tədqiqatlar aparırlar. M.Tağıyev, F.Hüseynov, F.Veysəlov və digər dilçilərin əməyi qeyd olunmalıdır.
Dilçi
Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs.
Mündəricat
- 1 Dilçi alimlər
- 2 Dilçilərin təsnifi
- 3 Leksikoqraflar
- 4 Azərbaycan leksikoqrafları. İzahlı lüğət yazanlar
- 5 Azərbaycan leksikoqrafları. Tərcümə lüğətləri yazanlar
- 6 Dil tarixi mütəxəssisləri
- 7 Ümumi dilçilik üzrə mütəxəssislər
- 8 Həmçinin bax
Dilçi alimlər Redaktə
8-ci əsrdə Xəlil ibn Əhməd ərəb dilinin qrammatikasını və izahlı lüğətini yazmış (Kitabu`l-Ayn), ərəb dilinin bu günə qədər də bənzəri olmayan ensiklopediyasını yaratmışdı.
Mahmud Qaşqarlı “Divanü Luğat-it-Türk” əsəri ilə türk dilçiliyinin və ümumiyyətlə türkşünaslığın əsasını qoydu (1073-1077-ci illər arasında yazıldığı güman edilir).
Ərəb dilçiliyinin görkəmli nümayəndələri sırasında Xətib Təbrizi nin (1030-1146) xüsusi yeri var.
13-cü əsrdə yaşayıb yaratmış İbni Mühənna türk-fars-monqol lüğəti yazmış, mütəxəssislərin fikrincə sonralar Azərbaycan türkcəsi adlanacaq dilin xüsusiyyətlərini də öz əsərində göstərmişdir. Hinduşah Naxçıvani (1275-1329) də ərəb və fars dillərini cəlb etməklə Azərbaycan türkcəsinin izahlı lüğəti sahəsində maraqlı lüğətin müəllifi kimi tanınmışdır.
Kazan və Peterburq universitetlərinin professoru, görkəmli şərqşünas Mirzə Kazım bəy (1802-1870) “Türk-tatar dilinin ümumi qrammatikası” kitabı (1839, 1848) Avropa üsullu ilk dolğun dərslik olmuş, eyni zamanda türkologiyanın ən dəyərli əsərlərindən biri olaraq qəbul edilmişdir. Müasir dövr türk xalqları dilçiləri arasında Azərbaycandan Türkiyəyə köç etmiş Əhməd Cəfəroğlunun xüsisi yeri var.
Avropada dilçilk elmi 18-ci əsrdə ciddi inkişaf yoluna qədəm qoymuşdur. Məhz bu dövrdə dilçiliyin nəzəri əsasları üzərində tədqiqatlar başlanılmış, böyük lüğətçilik ənənəsinin əsası qoyulmuşdur.
Məşhur müasir dilçilər arasında Naum Xomskinin adı qeyd oluna bilər.
Dilçilərin təsnifi Redaktə
Dilçiliyin istiqamət və bölmələrinə görə aşağıdakı dilçiləri ayırmaq mümkündür:
Dillərə, dil qruplarına, coğrafi bölgələrə görə də dilçiləri təsnif etmək mümkündür:
Dilçiləri digər əlamətlərə görə də təsnif edirlər. Belə təsniflərin nəticəsində strukturalistlər, koqnitivistlər, tətbiqi dilçilər, riyazi dilçilər, deskriptivistlər, funksionalistlər, formalistlər və digər dilçilərdən bəhs etmək olar.
Leksikoqraflar Redaktə
Leksikoqrafiya (yunanca leksikon – söz və qrafo – yazıram, yəni “söz yazıram”) lüğət lərin (sözlüklərin) yazılması və tədqiqi ilə məşğul olan dilçilik sahəsidir. Dilçiliyin bu ən mühüm bölməsi ilə məşğul olan şəxsə leksikoqraf deyilir. Dil normalarının yaranması, dilöyrənmə və dilin tədqiqi məsələləri birinci növbədə məhz leksikoqrafların əməyi nəticəsində mümkün olur. Lüğət, adətən, əlifba sırası ilə verilmiş söz və söz birləşmələri toplusudur. Lüğətdə bu söz və söz birləşmələrinin izahı, şərhi və ya başqa dilə (dillərə) tərcüməsi verilir.
Dilin tam xəzinəsi (dilə daxil olan bütün sözlər) toplusu tezaurus adlanır. Qədim Çin də, Yunanıstan və Roma da lüğətlər tərtib edilirdi. 8-ci əsrdən başlayaraq lüğətçilik İslam dünyasında geniş vüsət tapdı.
Etimoloji, frazeoloji, orfoqrafik, orfoepik, onomastik (xüsisi adlar) lüğətlər, sinonim, antonim, omonimlər lüğətləri, dialektlər lüğəti, tezliklər lüğəti, tərsinə lüğət kimi leksikanın müxtəlif tərəflərini təsvir edən lüğətlər vardır.
1755-ci ildə Samuel Jonson İngilis dilinin ikicildlik izahlı lüğətini çap etdirdi. 1933-cü ildə 424825 vahiddən ibarət (!) Oxford English Dictionary nəşr edildi (bu nəhəng layihənin birinci nəşri 1884-ə təsadüf edir. Amerikada “An American Dictionary of the English Language” 1828-ci ildə Webster tərəfindən nəşr edildi, 1961-ci il nəşri 450000 (!)vahiddən ibarət idi.
Rus dilinin izahlı lüğəti sahəsində V.İ.Dal, D.N.Uşakov, S.İ.Ojeqov kimi leksikoqraflar böyük əmək sərf ediblər. Bunlar, eləcə də 17 cildli “Müasir rus ədəbi dilinin lüğəti” (təxminən 120 söz) və 4 cildli akademik “Rus dili lüğəti” (təxminən 82000 söz) rus dilinin normalaşdırılması məsələsinə öz dəyərli töhfələrini verdi.
Azərbaycan leksikoqrafları. İzahlı lüğət yazanlar Redaktə
Azərbaycan dilinin izahlı lüğəti 1966-1987-ci illərdə dörd cild olaraq nəşr edilmişdir. Müəlliflər: Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə, Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə. 40000-dən artıq sözü izah edən və yazılı qaynaqlar vasitəsilə şərh edən bu lüğətin yazılması və nəşrini Azərbaycan dilçiliyinin və ümumiyyətlə Azərbaycan elmi və mədəniyyətinin mühüm hadisəsi hesab etmək olar. 2006-cı ildə bu dördcildlik Azərbaycan-latın əlifbasında kiçik düzəliş və cüzi əlavələrlə yenidən nəşr edildi. 1985-ci ildə “Ərəb və fars sözləri lüğəti” (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün) adlı sözlüyün nəşri də lüğətçilik üzrə faydalı işlərdən biridir. Təxminən 16000 söz və söz birləşməsini izah edən bu lüğətin müəllifləri: M.Ə.Əsgərli, H.H.Zərinəzadə, B.T.Abdullayev. Təəssüf ki, son 20-22 il ərzində Azərbaycan dilinin izahlı lüğətinin yazılması istiqamətində ciddi irəliləyiş olmadı.
Azərbaycan leksikoqrafları. Tərcümə lüğətləri yazanlar Redaktə
Qafqaz ın Rusiya ya birləşdirilməsindən sonra Azərbaycanlılar arasında, təbii olaraq, rus dili nin öyrənilməsi mühüm məsələyə çevrildi. Bu ehtiyacı ödəmək üçün rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlərin yazılması ehtiyacı yarandı. Mirzə Şəfi Vazeh və V.V. Qriqoryev, L. Budaqov 19-cu əsrdə, Ü.Hacıbəyov və Qarabəy Qarabəyov 20-ci əsrin əvvəllərində rus və Azərbaycan türkcəsi tərcümə lüğətləri nəşr etdirdilər.
1940-cı ildən başlayaraq Heydər Hüseynov un, Ə.Ə.Orucovun, Z.Tağıyevanın və digər leksikoqrafların səyi və əməyi nəticəsində Rusca-Azərbaycanca lüğət lər yazıldı və nəşr edildi. 2005-ci ildə Ə.Ə.Orucovun redaktəsi ilə Zərnigar Tağıyevanın hazırladığı 3 cildli Rusca-Azərbaycanca Lüğət in son variantı nəşr olundu.
Azərbaycanca-Rusca lüğət tərtib edənlər arasında Ruhulla Axundov, Heydər Hüseynov, Xudadat bəy Əzizbəyov, M.T.Tağıyev kimi leksikoqrafların əməyi xüsusi qeyd edilməlidir. 2006-cı ildə Bakı Slavyan Universitetində M.T.Tağıyevin rəhbərliyi və redaktorluğu ilə 4 cildli Azərbaycanca-Rusca Lüğətin son nəşri işıq üzü gördü (müəlliflər: M.T.Tağıyev, İ.M.Aydınov, İ.M.Kərimov, R.İ.Qurbanova, O.M.Hacəliyev, M.Z.Mövsümov).
Sanballı “Farsca-Azərbaycanca Lüğət” yalnız 1999-cu ildə Nəyyerzaman Səqəfi (Hatəmi) və ya Səğəvi tərəfindən yazılıb nəşr olundu.
Avropa dillərinin öyrənilməsi və o dillərdən Azərbaycancaya və tərsinə tərcümə məsələlərinin həlli üçün uyğun ikidilli tərcümə lüğətlərinin yazılması işi böyük əhəmiyyət kəsb edir.
1996-cı ildə kiril və sonra Azərbaycan-latın əlifbası ilə nəşr olunan bircildli “Azərbaycanca-ingiliscə lüğət” təxminən 40000 sözdən ibarətdir. Tərtibşilər: O.İ.Musayev, T.Ə.Abasquliyev, M.A.Pənahi, E.İ.Hacıyev, İ.X.Rüstəmov, A.H.Qarayev, İ.O.Musayev, redaktoru O.İ.Musayevdir. Leksik genişlik və məqalələrin dərinliyi baxımından nöqsanları olsa da, bu əsərin lüğətçilikdə müəyyən boşluğu doldurduğuna şübhə yoxdur.
İngiliscə-Azərbaycanca lüğətlərin Azərbaycanla dünya arasında ünsiyyət körpüləri rolu oynadığı barədə geniş danışmağa ehtiyac yoxdur. Lakin son zamanlara qədər bu sahədə səviyyəli böyük lüğətlərin yazılmaması təəccüblüdür və təəssüf hissi doğurur. Bütün bu zəifliklərin fonunda 6 cildli (!) “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət”in meydana çıxması Azərbaycan lüğətçiliyinin çox böyük uğuru kimi qiymətləndirilməlidir. Təxminən 250000 söz (!) və ifadələri özündə ehtiva edən bu əsər Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzi tərəfindən yazılmışdır. Birinci və ikinci cildin tərtibçiləri Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyev dir. 3-6-cı cildlərin tərtibçiləri Hamlet İsaxanlı, Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyevdir. Hal-hazırda korrektura edilib çap olunma mərhələsində olan bu böyük lüğətin 3 cildi çapdan çıxmış, digər cildlər də çapa hazırlanmaqdadır.
“Khazar English-Azerbaijani Comprehensive Dictionary (in 6 volumes) – Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət (6 cilddə)” Azərbaycan lüğətçiliyinin, dilçiliyinin, ümumiyyətlə Azərbaycan elminin və Azərbaycan mədəniyyətinin ən monumental əsərlərindən biridir. Qeyd edək ki, təxminən iki əsr Rusiya və Sovet tərkibində və təsirində olan Azərbaycanda yazılan Rusca-Azərbaycanca lüğətlər belə bu lüğətlə yarışda geri qalırlar. 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət” böyük dünya dillərində yazılan ən böyük lüğətlərlə müqayisəoluna biləndir!
Dil tarixi mütəxəssisləri Redaktə
Tarixi dilçilik və ya Diaxronik dilçilik dillərin tarixi və təkamülü ilə məşğul olur. Etimologiya – yəni ayrı-ayrı sözlərin tarixinin öyrənilməsi, eləcə də dil ailələrinin müəyyən edilməsi və öyrənilməsi də tarixi dilçiliyə aiddir. Tarixi dilçiliyin, xüsusi halda türk dilləri tatixinin ən qüdrətli tədqiqatçılarından biri Əhməd Cəfəroğlu dur. Bəkir Çobanzadəni (1893-1937) müasir dövr Azərbaycanda tarixi dilçiliyin və ümumiyyətlə dilçiliyin ilk peşəkar nümayəndəsi hesab etmək olar. Tarixi dilçiliyin Azərbaycanda inkişafına ən çox töhfə verənlər arasında Bəkir Çobanzadə və Ə.M. Dəmirçizadə birinci hesab olunurlar. N.N.Məmmədov, H.İ.Mirzəzadə, T.İ.Hacıyev, C.B.Qəhrəmanov və başqa dilçilər də 19-20-ci əsrlər Azərbaycan türkcəsinin təkamülü və xüsusiyyətləri barədə tədqiqatlar aparmışlar.
Ümumi dilçilik üzrə mütəxəssislər Redaktə
- Noam Çomski
- Joseph Greenberg
- Morris Halle
- Roman Jakobson
- Barbara Partee
- Edward Sapir
- J.R.R. Tolkien
- Max Weinreich
- Qilad Tsukerman
Fonetika, Qrammatika, Leksikologiya, dialektologiya və digər sahələrə öz töhfəsini vermiş dilçilərdən Muxtar Hüseynzadə və Məmmədağa Şirəliyevi ayrıca qeyd etmək doğrudur. Ağamusa Axundov, Afat Qurbanov, N. Məmmədov, Z.Budaqova, M.Ə.Mahmudov və onlarla digər dilçilər öz tədqiqat, monoqrafiya və dərslikləri ilə Azərbaycan dilçiliyinin inkişafında rol oynamışlar.
Azərbaycan alimləri Rus, Avropa və şərq dilləri sahəsində də tədqiqatlar aparırlar. M.Tağıyev, F.Hüseynov, F.Veysəlov və digər dilçilərin əməyi qeyd olunmalıdır.
Turk Dunyasi Edebiyat Arastirmalarinda Karşılaşılan Terim Sorunu / Problem of Term in Turkish World Literary Researches
In recent years, mutual language and literature researches have increased in Turkish world. However researchers have difficulty to explain or find out meaning of some terms in the field. Even if there is some studies about using common terms in Turkish World, it’s appeared that those are not in desired level. In this research after general information about conducted the studies on common terms are given, thoughts concerning main reasons of the problem are explained with examples. Furthermore, some solutions and recommendations are presented.
See Full PDF
See Full PDF
Related Papers
Download Free PDF View PDF
TÜRK DÜNYASI İNCELEMELERİ DERGİSİ
Download Free PDF View PDF
Download Free PDF View PDF
Download Free PDF View PDF
Download Free PDF View PDF
Download Free PDF View PDF
Download Free PDF View PDF
Download Free PDF View PDF
VI. ULUSLARARASI DÜNYA DİLİ TÜRKÇE SEMPOZYUMU BİLDİRİLERİ
ÖZET Bu bildiride Grek harfleriyle Türkçe olarak 1909’da Atina’da yazılmış Hekaye-i Şah İsmail ve Gülüzar Hanum adlı eserde geçen halk söyleyişleri ele alınmıştır. Yazıldığı dönem, hitap ettiği kitle ve içeriği açısından önemi büyük olan eser, genel olarak klasik Osmanlı Türkçesi yazım geleneğinin etkisi altında bulunsa da halk ağzına ait ögeler bakımından da oldukça zengindir. Son yıllarda sayısı hızla artan Grek harfli Türkçe araştırmalarına ve bu yolla Osmanlı Türkçesi bilgi dağarcığına katkı sağlamak, bu çalışmanın temel amaçlarından biridir. Osmanlı coğrafyasında özel bir topluluk oluşturmuş Karamanlılar tarafından yazıya dökülen bu halk hikâyesi, aynı zamanda onların Türk ve Anadolu kültürünün ayrılmaz bir parçası olduğunu göstermektedir. Anahtar Sözcükler: Grek harfli Türkçe, Karamanlıca, halk söyleyişleri, Osmanlı Türkçesi. ABSTRACT In this paper, written in Greek letters in Athens in 1909 as the Turkish, Hekaye-i Şah İsmail ve Gülüzar Hanum’s public utterances have been discussed. The work whose is of great importance in terms of the time of writing, addressed the audience and content, generally, is under classic Ottoman Turkish orthography influence. However this story is very rich in terms of colloquial speech elements. In recent years the rapidly increasing numbers of Greek-letter Turkish research and in this way to contribute to the knowledge base of Ottoman Turkish research is one of the main objectives of this study. This folk story was written by Karamanlides who are a private community in the Ottoman geography. Furthermore, it is an integral part of their Turkish and Anatolian culture shows that. Key Words: Greek letters Turkish, Karamanlidika, public utterances, Ottoman Turkish
Comments are closed, but trackbacks and pingbacks are open.