Press "Enter" to skip to content

Ana dilinin qorunması və inkişafı daimi qayğı tələb edir

Təşkilat komissiyası Ümumittifaq Türkoloji Qurultaya hazırlıq üçün görülən bütün işləri işıqlandırmaq üçün “Xəbərlər” nəşr etdirirdi. [8]

Birinci Turkoloji Qurultay – Wikipedia

Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay. [1] Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb.

Birinci Türkoloji Qurultay
Keçirilmə tarixi 26 fevral – 6 mart 1926-cı il
Keçirilən yer İsmailiyyə Sarayı, Bakı şəhəri, SSRİ
İştirakçılar SSRİ-də yaşayan türk xalqları nümayəndələri və xarici qonaqlar
Müzakirə edilən məsələlər SSRİ-də yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti müzakirə edilib
Nəticələr Türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri hazırlanıb

Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. [2] Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. [3] [4] [5]

Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Nahamov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. [6] Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular.

Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğramışdır. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşdilər. [7] Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbayə keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilmişdir.

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Qurultaya hazırlıq
    • 2.1 Məruzələr
    • 2.2 Qurultayda verilən qərarlar
    • 3.1 Qurultay iştirakçılarının taleyi

    Azərbaycan Rusiya tərəfindən ilhaq olunduqdan sonra Yaxın Şərqdə əlifba islahatı məsələsi ilk növbədə görkəmli Azərbaycan mütəfəkkiri, böyük maarifçi Mirzə Fətəli Axundzadə tərəfindən gündəmə gətirilmişdir. Lakin onun bu istiqamətdəki səyləri nəticə verməmişdir. Sonrakı dövrlərdə isə İsmayıl bəy Qaspıralı, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Məmmədağa Şahtaxtılı, Firidun bəy Köçərli, Vəli Xuluflu, Hüseyn Cavid də bu yöndə səmərəli fəaliyyət göstərmişlər. [8] Azərbaycan Xalq Cümhuriyyəti də əlifba islahatını diqqətdə saxlamış, lakin 23 aylıq “ömrü” bu həyati əhəmiyyət kəsb edən məsələni həll etməyə imkan verməmişdi.

    Azərbaycan sovetləşdikdən sonra isə bu məsələ daha da aktuallaşdı. Hələ 1922-ci ildə N.Nərimanovun sədrliyi ilə Bakıda “latın əlifbasına keçid” komitəsi yaradılmışdı və bu prosesə təkcə Bakı alimləri deyil, o zamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan türkoloqlar da xüsusi diqqət yetirirdilər. [9] Artıq 1922-ci ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi altında “Yeni yol” qəzeti latın əlifbası ilə nəşr olunurdu. Eləcə də həmin il “Yeni türk əlifbası” komitəsi yaradılaraq ona Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu rəhbərlik edirdi. Hətta 1923-cü il oktyabrın 20-də Azərbaycan hökuməti Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi adlı qərar da çıxarmışdı. Ancaq yənə də latın qrafikalı əlifba ilə ərəb əlifbasından da istifadə olunurdu.

    Qurultaya hazırlıq

    1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayının çağırılması haqqında qərar qəbul etdi. İlk dəfə qurultayın çağırılması məsələsi hələ bir il əvvəl Azərbaycan SSR höküməti tərəfindən SSRİ rəhbərliyinə təqdim edilmişdi. SSRİ hökumətinin Türkoloji Qurultayın çağırılması barədə qərarından altı ay əvvəl latın əlifbasına keçilməsi məsələlərinin həll edilməsi zərurəti 1-ci Azərbaycan Yerli Diyarşünaslıq Qurultayında və SSRİ Elmlər Akademiyasının və Ümumittifaq Şərqşünaslıq Birliyində qaldırılmışdı. [10]

    SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Qurultayın çağırılmasına hazırlıq üzrə təşkilat komissiyası yaradıldı. Təşkilat komissiyasının tərkibinə Səməd Ağamalıoğlu (sədr), M.Pavloviç, Həbib Cəbiyev, Vasili Bartold, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Q.Broydo, Tyuryakulov, Zifeld, Fitred, Bəkir Çobanzadə, Aşmarin, Odabaş, Novşirvano, Əhməd Baytursunov, Yusifzadə seçildilər.

    Təşkilat komissiyası Ümumittifaq Türkoloji Qurultaya hazırlıq üçün görülən bütün işləri işıqlandırmaq üçün “Xəbərlər” nəşr etdirirdi. [8]

    Qurultayın gedişi

    1926-cı il fevralın 26-da Bakıdakı İsmailiyyə Sarayında Birinci Türkoloji Qurultay işinə başladı. Qurultayda 131 nəfər nümayəndə (20 nəfər beynəlxalq elm ictimaiətinin nümayəndəsi) iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. [11] İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişdilər: Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F. Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Barahov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Şakircan Rahim, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçiliblər. [10]

    İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov təbrik nitqi ilə çıxış edərək Qurultay iştirakçılarını salamlamışdır. Qurultay həm də məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. Qurultayda Bartold, Köprülüzadə, Ə.Hüseynzadə, Krımski, Poppe, Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi.

    Məruzələr

    Qurultayın gedişində bir çox elmi məruzələr edilmişdir. Onların arasında bəziləri xüsusilə diqqətçəkicidir. Belə ki, V.V.Bartold “Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri”, S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları”, A.A.Müller “Türk xalqlarının təsviri sənəti haqqında”, F.Köprülüzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı”, A.N.Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri”, B.Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu haqqında”, H.Zeynallı “Türk dillərində elmi terminologiya sistemi haqqında”, , S.Y.Malov “Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri”, Fərhad Ağazadə “Türk dillərində düzgün yazı”, N.F.Yakovlev “Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri”, C.Məmmədzadə “Türk xalqlarının əlifba sistemləri haqqında”, Kemanov “Türk dillərinin tədrisi metodikasının əsasları”, N.N.Poppe “Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti”, H.Şərəf “Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri”, T.Mensel “Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri” məruzələri ilə Qurultayın işini daha da zənginləşdirmişdilər. [10]

    Qurultayda fonetika üzrə görkəmli alim Lev Vladimiroviç Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti” adlı məruzəsi nəzəri baxımdan olduqca diqqətəlayiq idi. Maraqlıdır ki, erməni dilçisi R.Y.Açaryanın “Türk və erməni dillərinin qarşılıqlı təsiri” mövzusunda məruzəsi türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə təsirinin açıqlanması üzərində qurulmuşdu. Məruzədə əski ermənicədən (qrabardan) yeni ermənicəyə (aşqrabara) keçdin əsas səbəbi və dil stimulu türkcədir ideyası başlıca yer tuturdu. Qeyd edək ki, obyektivliyi ilə seçilən bu məruzə yaşadığımız günlərdə zərərli erməni şovinist millətçi ideologiyasına qarşı güclü elmi arqumentdir. [10]

    Tatarıstandan Birinci Bakı Türkoloji Qurultayda iştirak edən altı nəfərdən ibarət nümayəndənin başçısı, görkəmli yazıçı və ədəbiyyatşünas Q.İbrahimov ərəb qrafikası əsasında yeni əlifbaya keçməyə prinsipcə etiraz etməsə də, “bu məsələdə tələsmək olmaz” fikrini irəli sürmüş və qurultayda bu barədə məruzə etmişdir. Ancaq əslində Q.İbrahimov qurultayda orfoqrafiya məsələsi barədə məruzə etmiş, buna dair təkliflərini vermişdir. Onun məruzəsi üç hissədən ibarət olmuşdur. Birinci hissə XIX əsrin II yarısına qədər mövcud olmuş köhnə orfoqrafiyaların tənqidi təhlilinə, həmçinin uyğur, Orhun və köhnə ərəb əlifbalarının təhlilinə həsr edilmişdir. İkinci hissədə ərəb əlifbasının islahatına və nəhayət, türk xalqlarının orfoqrafiyasının islahatına yönəldilən hərəkətlər təsvir olunmuşdur. [12]

    Müəllif ümumiyyətlə, türk orfoqrafiyasının dəqiqləşdirilməsi üçün türk dillərinin nəzərə alınmalı xüsusiyyətlərini müəyyənləşdirib, qurultay nümayəndələrinin nəzərinə çatdırmışdır. Lakin onun çıxış və təkliflərində əlifbada latınizasiya əleyhinə heç bir işarə olmamışdır.

    S.Mümtaz qurultayın gedişində iştirakçılara “Nəsimi” adlı yeni kitabını tanıdaraq hədiyyə etmişdi. Qurultayda iştirak edənlər arasında tatar ədəbiyyatçı Əziz Qubaydullində var idi. Əziz Qubaydullin qurultayda çıxış edərək Salman Mümtazın azərbaycanlı şairlərin əsərlərini “Kommunist” qəzetində nəşr etdiyini bildirdi və hər bir nəşrdən əvvəl Salman Mümtaz tərəfindən şairlər haqqında yazılan bioqrafiya məlumatlarını “ən qiymətli bioqrafiya məlumatı” olduğunu bildirərək zəhmətini yüksək qiymətləndirdi. [13]

    Qurultayda verilən qərarlar

    Uyğunlaşdırılmış latın qrafikalı ilk ortaq türk əlifbası

    Qurultayın qərarını isə təşkilat komissiyasının həmsədri Cəlaləddin Qorxmazov təqdim etdi. [13]

    Birinci Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı: [14]

    1. Əlifba məsələsi;

    2. İmla-orfoqrafiya problemi;

    3. Termin məsələsi;

    4. Tədris-metodika məsələsi;

    5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;

    6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi;

    7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.

    Bu qərarların qəbul edilməsində bir sıra prinsiplər əsas tutulurdu. Belə ki, İmla-orfoqrafiya məsələsində fonetik prinsipə üstünlük verilməsinə baxmayaraq, morfoloji və tarixi-ənənəvi prinsip məsələləri də nəzərə alınırdı. Termin məsələsində başlıca qaynaq olaraq türk dillərinin öz daxili imkanlarına və beynəlmiləl səciyyəli sözlərə üstünlük verildi. Tədris-metodika məsələlərində ana dilinin tədrisində Avropa standartları ilə yanaşı, milli ənənəyə də əhəmiyyət verilməsi ayrıca olaraq qeyd olundu. Qohum və qonşu dillərin elmi metodlarla öyrənilməsi ilə bağlı müzakirələr zamanı altayşünaslıq və komprativistikanın perspektivlərinin əhəmiyyəti önə çəkildi. [14]

    Birinci Türkoloji Qurultayda türk ədəbi dillərinin norma və üslub xüsusiyyətləri, eləcə də türk xalqlarının ana yurdu məsələsi də müzakirə obyekti oldu. Qurultay nümayəndələri böyük özbək şairi Əlişir Nəvainin 500 illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu qərar məlum səbəblər üzündən baş tutmadı.

    Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tuturdu. [15]

    1923-cü ildən Azərbaycanda Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsinə baxmayaraq, məhz bu qurultaydan sonra rəsmi şəkildə yekdilliklə latın qrafikalı əlifba keçid gerçəkləşdi. Buna qədər respublika ərazisində ərəb yazısından istifadəyə də geniş yer verilirdi. Qurultayın qərarına əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. [16] İri kitab yandırma kampaniyası da bu yazını yaddan çıxartmaq məqsədi güdürdü.

    Qurulytayın qərarı ilə Sovetlər birliyinə daxil olan digər türk respublikalarında da ərəb əlifbasının yerinə latın qrafikalı yazıya keçildi. Bəzi türk respublikalarında bu keçid daha erkən tətbiq olundu. Belə ki, 1927-ci il iyulun 3-də Tatarıstan respublikasının partiya təşkilatı “Yeni əlifba”ya (tatar. Jaŋalif ) keçidi rəsmi şəkildə elan etdi. [17] [18] Azərbaycan SSR latın qrafikalı əlifbaya keçəndən 5-il sonra Türkiyə Cümhuriyyəti də bu əlifbaya keçdi.

    Beləliklə, Qurultayın qərarı nəticəsində bütün türk respublikaları ərazisində 1929–1939-cu illərdə latın qrafikalı əlifbadan istifadə edildi. Lakin 30-cu illərin sonunda Sovet İttifaqı rəhbərliyi tərəfindən latın qrafikalı əlifbanın dəyişdirilməsi yönündə işlərə başlanıldı. [8] 1939-cu ildə isə SSRİ-nin milli respublikalarında ümumi kirill əlifbasından istifadəsi qərarı qəbul edildi. Rəsmi açıqlamaya görə, Latın əlifbasından kiril qrafikasına keçid “zəhmətkeşlərin ümumi istəyi ilə” pərdələndi. [19]

    Qurultay iştirakçılarının taleyi

    30-cu illərin sonlarında qurultayın bir çox iştirakçısı pan-türkçülük, millətçilik, əks-inqilabi fəaliyyətdə günahlandırıldı, repressiya edildi və öldürüldü. [20] Bunların arasında Ruhulla Axundov, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Bəkir Çobanzadə, Osman Akçökraklı, Əhməd Baytursunov, Salman Mümtaz, [21] İsidor Barahov, Hənəfi Zeynallı, [22] Hikmət Cevdet-zadə və başqaları var idi. Ümumilikdə qurultayın 100-dən artıq iştirakçısı müxtəlif formada repressiyalara məruz qaldı. [23]

    Qurultay bitdikdən dərhal sonra bu tarixi hadisənin gedişi haqqında Azdövlətkinoda sənədli film çəkilmişdir. “1-ci Türkoloji Qurultay” filmi 1926-cı ildə istehsalata buraxılmışdır. [24] Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak etmişdilər. Film Türkoloji Qurultayın gedişindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır. [24]

    1976-cı il aprelin 28-də Türkmənistan Elmlər Akademiyasının Maxtumkuli adına Dil və Ədəbiyyat İnstitutunda Birinci Türkoloji Qurultayın 50 illiyinə həsr olunmuş “Türkmən filologiyasının aktual problemləri” mövzusunda gənc filoloqların ikinci respublika konfransı keçirilmişdir. [25]

    Birinci Bakı Türkoloji Qurultayına dövlət səviyyəsində hüquqi qiymət Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra verildi. 2005-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. [26] Həmin sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi. [26]

    10 ildən sonra isə yenə də dövlət səviyyəsində birinci Türkoloji Qurultayın 90 illik yubileyi qeyd edildi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayın 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə 18 fevral 2016-cı ildə sərəncam imzalamışdır. Sərəncamda deyildiyi kimi, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə, Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Sərəncamda xüsusi olaraq vurğulanır ki, Qurultaydan bəri ötən dövr ilk növbədə türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünya miqyasında aparılan türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş və az müddət sonra günahsız repressiya qurbanları olmuş görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir. [27]

    Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasında adı çəkilən yubileyin keçirilməsi istiqamətində tədbirlər planı hazırlanmışdır. 21016-cı il mart ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar Elmlər Bölməsi ilə İctimai Elmlər Bölməsinin birgə yığıncağı keçirilmiş və orada Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsi haqqında müvafiq institutlara və qurumlara göstərişlər verilmiş, bu yöndə görüləcək işlər haqqında fikir mübadiləsi aparılmışdır. [28]

    2016-cı il noyabrın 14 və 15-də isə Bakıda I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans təşkil edildi. [29] Buna qədər isə Azərbaycan Milli Elmlər Akademiyasını institut və təşkilatlarında, Bakı Dövlət Universitetində,Azərbaycan İstiqlal Muzeyində, [30] Türkiyədə bu mötəbər tarixi hadisənin 90-illik yubileyi müxtəlif formada qeyd olundu. [31]

    Ana dilinin qorunması və inkişafı daimi qayğı tələb edir

    Day.Az представляет новость на азербайджанском языке.

    “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var”.

    Heydər ƏLİYEV

    Hər il fevral ayının 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü əsasında belə bir tarixi qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olmuşdur: 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilmiş dinc kütləvi aksiyada qətlə yetirilmiş 4 nəfərin xatirəsinə ehtiram olaraq Banqladeş nümayəndələri fevralın 21-i tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması barədə məsələ qaldırmışlar.

    Beləliklə, BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunmuşdur. Eyni zamanda, təşkilata üzv ölkələrə həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlərin, konfransların, seminarların keçirilməsi tövsiyə edilmişdir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Hər bir kəsin təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər, bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir.

    Fəlsəfi dilçilik məktəbinin banisi, alman alimi, dilçi V.Humboldt yazır ki, “Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan da güclü olan eynilik təsəvvür etmək çətindir”. Millətin dilinin dövlət statusuna yüksəlməsi milli dövlətçilik tarixinin qızıl səhifəsidir, milli özünəməxsusluğun təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil millətin özünü isbatı olmaqla yanaşı, həyat tərzi, mədəni irsidir. Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyidir. Ana dili ünsiyyət vasitəsi, ictimai, mədəni-mənəvi hadisədir və başqa dillərdə yaranmış mədəniyyətləri də özündə etiva edir. Hazırda dünyada 200-dək dövlət olsa da, onların rəsmi dövlət dillərinin sayı 70-i keçmir.

    Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Nizami müdrikliyi, Füzuli məhəbbəti, Nəsimi üsyankarlığı, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.

    Qloballaşan dünyanın yeni çağırışlarına müsbət cavab verən Azərbaycan bu prosesin müəyyən neqativ təsirlərini də nəzərə alır, xüsusən, mühüm siyasi mədəniyyət hadisəsi olan milli dilin təmizliyinin qorunmasına çalışır. Ana dilinə yüksək məhəbbət azərbaycançılıq ideologiyasının milli mahiyyətini açmaqla yanaşı, xalqımızın etnik fərdiliyini özündə təcəssüm etdirən mühüm amildir. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin mühüm atributlarından biri kimi həm də dünya azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinə imkan yaradır.

    Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları vardır. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə min illik tarix yaşaması lazım gəlir. Dilimizin bugünkü inkişaf səviyyəsi bir daha təsdiqləyir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə etdikləri ümumi dil olmuşdur.

    XX yüzillik Azərbaycan ədibi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrü hesab olunur. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan vermişdir. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır. Azərbaycan dilçilərinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanmışdır.

    Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan, qrammatik imkanlarından səmərəli istifadə etməyi bacaran ulu öndər Heydər Əliyev yuksək səviyyəli yığıncaqlarda ana dilində parlaq cıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1977-1978-ci illər isə respublika rəhbərini ciddi cətinliklər qarşısında qoymuşdu. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilmiş, oraya dovlət dili haqqında maddə salınmamışdı. Ayrı-ayrı respublikalar da bundan “nümunə götürərək” öz konstitusiyalarına ana dili haqqında maddə daxil etməmişdilər. Azərbaycanda de-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan ulu öndər Heydər Əliyev isə ana dilinin konstitusiyada qeyd olunmaması ilə heç cür barışmamış, bu məsələdə sonadək prinsipiallıq göstərmişdi. 1978-ci il aprel ayının 2-də doqquzuncu cağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə cıxış edən Heydər Əliyevin təkidi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək qərara alınır: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. İttifaq rəhbərliyinin etirazlarına baxmayaraq Heydər Əliyev bu məsələdə sonadək qətiyyət göstərmiş və istəyinə nail olmuşdur.

    Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Nəhayət, xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir.

    Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi olan Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində mövcud problemlər də geniş təhlil edilmiş, onların həlli yolları göstərilmişdir. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması ulu öndər Heydər Əliyevin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderin 2001-ci il 9 avqustda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir.

    2003-cü ilin yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərilmişdir.

    Fransız yazıçısı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətlidirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətlidir”. Bu mənada, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi ulu öndərin siyasi xəttini son 10 ildə inamla davam etdirən Prezident İlham Əliyevin də daim diqqətindədir. Ölkə rəhbərinin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.

    Yeni dövrün müəyyən reallıqları ilə bağlı olaraq ana dilinin istifadəsi sahəsində yaranmış bəzi problemləri ciddiliklə nəzərə alan Prezident İlham Əliyev 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül və inkişaf mərhələlərinə elmi-tarixi rakursdan nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud problemlər, görülməli olan tədbirlər dolğun əksini tapmışdır. Qeyd olunmuşdur ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərə çarpan boşluq hələ də aradan qaldırılmamışdır.

    “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunması mənəviyyatımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir. Dövlət proqramı 2013-2020-ci illər ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

    Dilin milli varlığın mühafizəsindəki roluna dair dünya xalqlarının mütəfəkkirləri çoxsaylı əsərlər yazmış, zəngin elmi-nəzəri irs qoyub getmişlər. Dil hər bir milli mədəniyyətin canı, cövhəri, mənəvi dəyərlərimizin ən mühüm və davamlı daşıyıcısıdır. Fəqət, ana dilini hifz etmədən, onun inkişafı, zənginləşməsi üçün zəruri tədbirlər həyata keçirmədən xalqın milli özünəməxsusluğunu, milli ruhu qorumaq mümkün deyildir. Prezident İlham Əliyevin ana dilinə qayğı siyasətinin yeni mərhələdə uğurla davam etdirilməsi bütövlükdə qloballaşma şəraitində xalqın milli-mənəvi dəyərlərinin qorunmasından xəbər verir.

Comments are closed, but trackbacks and pingbacks are open.