Press "Enter" to skip to content

Nesiman Yaqublu – Wikipedia

Nəsiman Yaqublu 1962-ci ildə anadan olub. Zəngilan rayonunda orta təhsilini başa çatdırdıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq çalışır.

Книга Bakının qurtuluşu. Qafqaz İslam ordusu, автор Nəsiman Yaqublu Qanun Nəşriyyatı, 208 стр

Kitabda XX əsr Azərbaycan Milli İstiqlal mübarizəsi tarixinin ən mühüm hadisələrindən olan Bakının Qurtuluşu araşdırılıb. Müəllif kitabda tarixi sənədləri, yazıları, faktları toplayıb oxuculara çatdırmağa çalışıb. İlk öncə Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə nəşr edilmiş yazılar, sonr adan isə mühacirətdə yaşamış azərbaycanlı siyasətçilərin və ziyalıların məqalələri toplanıb oxucuya təqdim edilib. Eyni zamanda tanınmış Azərbaycan şairlərinin Qafqaz İslam Ordusuna, qəhrəman türk əsgərlərinə həsr etdiyi şeirlər də kitaba daxil edilib. Kitab müəllim, aspirant və tələbələr üçün faydalı olmaqla yanaşı, Azərbaycan- Türkiyə əlaqələri sisteminin, mühacirət mətbuatımızın öyrənilməsi üçün də əhəmiyyətlidir.

Рейтинг и отзывы о товаре

Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв

Описание

Kitabda XX əsr Azərbaycan Milli İstiqlal mübarizəsi tarixinin ən mühüm hadisələrindən olan Bakının Qurtuluşu araşdırılıb. Müəllif kitabda tarixi sənədləri, yazıları, faktları toplayıb oxuculara çatdırmağa çalışıb. İlk öncə Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə nəşr edilmiş yazılar, sonr adan isə mühacirətdə yaşamış azərbaycanlı siyasətçilərin və ziyalıların məqalələri toplanıb oxucuya təqdim edilib. Eyni zamanda tanınmış Azərbaycan şairlərinin Qafqaz İslam Ordusuna, qəhrəman türk əsgərlərinə həsr etdiyi şeirlər də kitaba daxil edilib. Kitab müəllim, aspirant və tələbələr üçün faydalı olmaqla yanaşı, Azərbaycan- Türkiyə əlaqələri sisteminin, mühacirət mətbuatımızın öyrənilməsi üçün də əhəmiyyətlidir.

Nesiman Yaqublu – Wikipedia

Yaqublu Nəsiman Qara oğlu — azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Nəsiman Yaqublu
Nəsiman Qara oğlu Yaqublu
“M.Ə.Rəsulzadə Ensiklopediyası”nın təqdimatı, 17 may 2013
Doğum tarixi 1962
Doğum yeri Zəngilan rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan
Elm sahəsi Tarix
Elmi dərəcəsi tarix elmləri namizədi
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Sankt-Peterburq Dövlət Universiteti
Mükafatları Həsən bəy Zərdabi Mükafatı, Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafat

Nəsiman Yaqublu 1962-ci ildə anadan olub. Zəngilan rayonunda orta təhsilini başa çatdırdıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq çalışır.

BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Nəsiman Yaqublu iyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)” yubiley medalı ilə təltif edilmişdir.

  • Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990;
  • Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991;
  • Xocalı qırğını. Bakı: Azərnəşr, 1992;
  • Müsavat partiyasının tarixi. Bakı: Ay-Ulduz, 1997;
  • Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə. Bakı: “TS” firmasının mətbəəsi, 2001;
  • Azərbaycan legionerləri. Bakı: Bakı Universitetinin Nəşriyyatı, 2002;
  • Azərbaycan legionerləri. Bakı: Çıraq, 2005;
  • Xarici ölkələrin jurnalistikası. Bakı: Adiloğlu, 2007 (həmmüəllif);
  • Azərbaycan-Polşa əlaqələrində M. Ə. Rəsulzadənin rolu. Bakı: Adiloğlu, 2007;
  • Bakının qurtuluşu. Bakı: Adiloğlu, 2008;
  • Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı: Adiloğlu, 2008;
  • Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı: Abşeron Nəşr, 2009;
  • Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi. Bakı: Abşeron Nəşr, 2009;
  • Azərbaycanda yaşayan milli azlıqların nəşrləri. Bakı: Elm və təhsil, 2010;
  • Bakının qurtuluşu. Bakı: Elm və təhsil, 2010;
  • Azərbaycan mühacirət irsi. Bakı: Elm və təhsil, 2011;
  • “Kaspi” qəzetinin yaranması və fəaliyyəti. Bakı: Zərdabi, 2011;
  • “Kaspi” qəzetinin yaranması və fəaliyyəti. Bakı: Qanun, 2011;
  • Qafqaz İslam ordusu və Nuru paşanın Azərbaycanda izləri. Bakı: Adiloğlu, 2012;
  • Xocalı soyqırımı. Bakı: Elm və təhsil, 2012;
  • Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu, 2012;
  • Biz o yurdlara qayıdacağıq (material. topl. nəşrə haz. N. Yaqublu). Bakı: QHT Nəşriyyatı, 2013;
  • Azərbaycanın ilk qeyri-hökümət təşkilatları (materialları hazırlayan və elmi red. N. Yaqublu). Bakı: Elm və təhsil, 2013;
  • Qafqaz İslam ordusunun Azərbaycanda. Bakı: “OL” MMC, 2013;
  • Ermənilər türklərə qarşı (Rusiya arxivlərinin izi ilə). Bakı: E. L, 2013;
  • Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: Kitab Klubu, 2013;
  • Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: “OL” MMC, 2013;
  • Azərbaycan mühacirət mətbuatı (dərs vəsaiti). Bakı: Elm və təhsil, 2014;
  • Məhəmməd Əmin Rəsulzadə. Bakı: Mütərcim, 2014;
  • Məhəmməd Əmin Rəsulzadə. Biblioqrafiya (materialları toplayıb nəşrə haz., giriş sözün müəl. və red. N. Yaqublu). Bakı: Kitab Klubu, 2015;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: Kitab Klubu, 2015;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: OL NPKT, 2017;
  • Qafqaz İslam ordusunun Azərbaycanda izləri. Bakı: Nurlar, 2018;
  • Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun, 2018;
  • Cümhuriyyət qurucuları. 100 il. Bakı: Nurlar, 2018;
  • Bakının qurtuluşu. Qafqaz İslam ordusu. Bakı: Qanun, 2021;
  • Polyakların Azərbaycanda fəaliyyəti. Bakı, 2022;
  • Nizami Gəncəvi. Unudulmuş nəşrlər. Bakı, 2022;
  • Şuşa ziyalıları. Unudulmuş irs. Bakı, 2022;
  • Azərbaycan mətbuatı: gizli nəşrlər. Bakı, 2023.

Comments are closed, but trackbacks and pingbacks are open.