Press "Enter" to skip to content

Azərbaycanşünasliğin aktual problemləri

…Fel semantik cəhətdən son dərəcə dolğun, ən incə məna çalarlarını ifadə etmək imkanı olan, cümlədə konstruktiv, təşkiledici rola malik bir nitq hissəsidir” (3, 78).

Günahsız günahkar. Roman. Hissə – 2

Сам роман сосредотачивается на одной девушке, которая на протяжении всей своей жизни сталкивается с различными неприятными ситуациями, основанными на реальных событиях. Сюжет повествует о нелёгкой судьбе девушки, которая теряет своих родителей из-за автокатастрофы. На протяжении всего романа она превозмогает боль, помогает таким же беззащитным и беспомощным людям, как она. Несмотря на все унижения и оскорбления со стороны общества, она сохраняет стойкость и мужество. Её сила – это вера в добро.

Сейчас файлы книги недоступны. Мы работаем над их добавлением.
Другие книги автора Fatma Axmed kızı Nabieva

Сам роман сосредотачивается на одной девушке, которая на протяжении всей своей жизни сталкивается с различными неприятными ситуациями, основанными на реальных событиях. Сюжет повествует о нелёгкой судьбе девушки, которая теряет своих родителей из-за автокатастрофы. На протяжении всего романа она превозмогает боль, помогает таким же беззащитным и беспомощным людям, как она. Несмотря на все унижения и оскорбления со стороны общества, она сохраняет мужество. Главная сила – это вера в добро.

Сам роман сосредотачивается на одной девушке, которая на протяжении всей своей жизни сталкивается с различными неприятными ситуациями, основанными на реальных событиях. Сюжет повествует о нелёгкой судьбе девушки, которая теряет своих родителей из-за автокатастрофы. На протяжении всего романа она превозмогает боль, помогает таким же беззащитным и беспомощным людям, как она. Несмотря на все унижения и оскорбления со стороны общества, она сохраняет стойкость. Её сила это вера в добро.

Самое популярное в жанре Триллеры

Олег – неведомая тварь из иных миров, не знающая своего прошлого, скрывается в тёмных уголках города и охотится на людишек. У Олега есть разум и способность быстро всему обучаться, он осваивает языки, крадёт комп и становится игроманом. В Интернетах он знакомится с человеком, они дружат, а потом решают съехаться и жить вместе, разрабатывать свою игру, рубиться в комп и бороться с преступностью… Но они даже не подозревают, что по их стопам шагает всемогущая Организация, борющаяся с силами Тьмы. Книга содержит нецензурную брань.

Москву атакует новый вирус. Злоумышленники выводят на острова Вануату огромные суммы с помощью коня. Герой, угнетенный семейным конфликтом и угрозой ареста, сбегает в Паттайю. Но судьба неумолимо ведет его в подземелье, скрывающее страшную тайну. Книга содержит нецензурную брань.

Юля устраивается домработницей через особую организацию. Они якобы проверяют чистоту вакансии, чтобы не было обмана. Юля уже устраивалась на работу через эту фирму, и поэтому полностью им доверяет. После собеседования ей говорят, что свободных мест нет, но при выходе из здания её догоняет молодой человек в деловом костюме. Он утверждает, что произошла ошибка, и работодатель готов познакомиться с ней уже сейчас. Она не понимает, что это не сотрудник фирмы и попадает в руки похитителей.

История о человеке, оказавшемся экспериментом спора нескольких могущественных людей, в котором каждый поставил на него часть своей жизни.

Что делать, когда враг объявляет твоей Родине химическую войну и начинает убивать мирное население при помощи наркотика, который изготавливается в Амстердаме и поставляется в Россию хитроумным способом? Конечно же, разгадать головоломку, найти и наказать виновных! И девчонки блестяще справляются с новым заданием!

Произведение небольшое, временами непонятное. Действия происходят в окраине города Лассия. История о том, как главный герой, Чи-Джей, пытается наладить контакт со взрослыми, но выходит как всегда.

Короткий мистико-психологический рассказ от лица девушки, невесте некоего Алекса, с которым она находится в затянувшихся отношениях. Путешествуя по торговому центру, девушка размышляет, анализирует, приходит к выводу. И вывод этот влечет неожиданный неизбежный финал.

После трагической смерти своих родителей в автокатастрофе Антон впадает в депрессию, вследствие чего уходит с работы и пытается полностью отстранится от окружающего мира, погружаясь в тёмные воды наркотических грёз. Единственное, что как-то мотивирует Антона жить – это давняя детская мечта написать сборник стихотворений, но сможет ли он справиться с этой задачей, если личность его начинает распадаться на части, а по ночам его посещают пугающие видения, которые всё труднее отличить от реальности? Книга содержит нецензурную брань.

Azərbaycanşünasliğin aktual problemləri

Yağ * (nəticədə alınacaq „yağ” „yağlı” „yağış” „yağıntı”, „yağlamaq” ).

Məlumatın müxtəlif axtarış maşınlarının köməyi ilə geniş axtarışı

Bu axtarışı icra edərkən internetdə layihənizin portfoliosu üçün faydalı olan məlumat mənbələri tapa bilərsiniz. Onları “ Favorites ” (seçilmiş) qovluğunda saxlamaq lazımdır. Bunu necə etmək lazım olduğu isə aşağıda yazılıb.

1. Layihənizin mövzusunun internetin veb-səhifələrində axtarılması üçün lazım olacaq ümumi sözləri, cümlələri və adları müəyyən edin.

2. Brauzerin pəncərəsini bağlayın.

3. Eyni tapşırığı müxtəlif axtarış sistemlərində ardıcıl olaraq yerinə yetirərək cədvəli doldurun:

Ünvan sahəsində axtarış sisteminin ünvanını daxil edin

Search sahəsinə layihənizə aid olan ümumi sözü əlavə edin. Enter klavişini basın.

Neçə veb-səhifə tapılmışdır?

Veb-saytların təsvirlərinə yenidən baxaraq axtarışın səmərəliliyini müəyyən edin*.

Axtarış sisteminin ana səhifəsinə qayıtmaq üçün Back (Geri) düyməsinə basın.

Search ( Axtarmaq) sahəsinə ümumi sözlə birgə “dırnaq” arasına alıb lazımı cümləni yazın. Enter düyməsini basın.

Neçə veb-səhifə tapılmışdır?

Bu axtarış səmərəli oldumu?

Axtarış maşınının ana səhifəsinə qayıdın.

Sorğuya axtarış üçün ümumi sözdə cümlənin qarşısına „–” simvolunu əlavə edin. Enter düyməsini basın.

Neçə veb-səhifə tapılmışdır?

Bu axtarış səmərəli oldumu?

* Səmərəli axtarış, axtarılan məlumatı özündə saxlayan saytların tapılması ilə bitməlidir.

İki müxtəlif axtarış maşınının köməyi ilə alınmış nəticələri müqayisə edin. Axtarışların səmərəliliyindən nəticə çıxarın.

4 Tapılmış veb-səhifələrdən layihəniz üçün faydalı olan lazım Portfolionuzun qovluğunda olan əlavə _materiallar qovluğunda saxlamaq olar.

eyd: Müxtəlif axtarış maşınları və tematik kataloqlar müxtəlif nəticələr verirlər. Əgər siz lazımı məlumat əldə edə bilmədinizsə, onda axtarış sorğusunu dəyişmək və başqa axtarış maşınına və ya tematik kataloqa müraciət etmək lazımdır.

5. Bundan sonra Məktub yaz əmrini seçin və elektron məktubları göndərmək üçün lazımı sahələri doldurun

6. Məktubun mətnini daxil edin və Göndər düyməsini basın.

İnternet vasitəsilə tədqiqat təşkil edərkən, şagirdlərə Ümumdünya şəbəkəsindən alınmış materialları qiymətləndirməyi öyrətmək vacibdir. Şagirdlər çox vaxt elə fikirləşirlər ki, internetdə olan məlumat hər zaman dəqiq və səhvsizdir. Onları, saytda olan məlumatların dəqiq, dolğun, köhnəlməmiş, etibarlı olub-olmamasını təyin etməyə və alınmış məlumatları tənqidi qəbul etməyə, təhlil etməyə öyrətmək lazımdır.

В работе рассматривается практическая значимость действий направленных на тематический поиск в паутине глобальной сети Интернет. В средней школе и в процессе обучения стадии бакалавр необходимо правильно и с определенной точностью обучать и школьников и студентов точному и правильному использованию практических действий для поиска источников тематики в работе сети Интернет. Даны точные и краткие последовательные шаги для поиска тем. Даны различные варианты для поиска тем.

In work the practical importance of actions directed on thematic search in a web of a global network the Internet is considered. In high school and in the course of training of a stage the bachelor it is necessary correctly and with certain accuracy to train and schoolboys and students in exact and correct use of practical actions for search of sources of subjects in work of a network the Internet. Exact and short consecutive steps for search by that are given. Various variants for search by that are given.

İBTİDAİ SİNİFLƏRDƏ MORFOLOGİYANIN TƏDRİSINİN LİNQVİSTİK ƏSASLARI

Morfologiya qrammatikanın əsas şöbələrindən biridir. Morfologiyada sözün morfoloji-qrammatik səciyyəsi əsasdır. Mor­fo­logiyanın tədqiqat obyektinə daxil olan anla­yışlardan bəhs edərkən qrammatik ka­teqoriyalar üzərində dayanmaq lazımdır. Qram­matik kateqoriya-müəyyən qrammatik mənanın paradiqmatik planda, xüsusən sözdəyişdirici şəkilçilərlə sistem şəklində ifadəsinə deyilir. Qrammatik kateqo­riyaların varlığı hər bir dilin səciyyəvi xüsu­siyyətini təşkil edir. Azərbaycan dilində qrammatik kateqoriyaları əhatə dairəsinə görə iki yerə bölmək olar: ümumi qram­matik kateqoriyalar, xüsusi qrammatik kateqo­riyalar.

Morfologiyanın əsas anlayışlarından biri də nitq hissələridir. Nitq hissələri əsas və köməkçi olmaqla iki qrupa bölünür. Əsas nitq hissələri müəyyən lüğəvi məna daşıyır, morfoloji formaya malik olur, cümlədə konkret sintaktik vəzifə daşıyır, köməkçi nitq hissələri isə ancaq qrammatik mənaya malikdir. İsim, sifət, say, əvəz­lik, fel, zərf əsas nitq hissəsi; qoşma, bağlayıcı, ədat, modal sözlər və nida köməkçi nitq hissəsidir.

Elmi ədəbiyyatda isim daha geniş tədqiq edilmiş nitq hissələrindən biridir. Elmi qrammatikalarda isimlər “bütün varlıqların adlarını bildirən sözlər”, “canlı və cansız əşyaların adlarını bildirən” sözlər kimi xarakterizə edilir.

Dilimizdə ümumi qrammatik kateqoriyalar aşağıdakılardır:

1. Kəmiyyət kateqoriyası. 2. Mənsubiyyət kateqoriyası. 3. Hal kate­qori­yası. 4. Xəbərlik kateqoriyası.

Bu ümumi kateqoriyalar, yalnız isimlərə aid deyildir: bunlar sifət, say, əvəzlik, fel və köməkçi nitq hissələrinə aiddir. İsimlərə daha çox aid olduğu nəzərə alındıqda bunların isim bəhsində izah edilməsi münasib­dir. (4, 42).

Bu fikirlə razılaşmaq olmaz, çünki hal və mənsubiyyət kateqoriyası yalnız ismin morfoloji əlamətidir. “Sifət, say və başqa nitq hissələri öz-özlüyündə yox, yalnız əşyalaşdığı zaman hal kateqoriyasını qəbul edir” (4, 50).

Kəmiyyət və xəbərlik kateqoriyaları ümumi kateqoriyalar kimi xarakterizə edilə bilər, çünki həmin kateqoriya şəkilçilərini qəbul etdikdə nitq hissələri öz keyfiyyətlərini itirmirlər.

Elmi ədəbiyyatda sifət əşyanın əlamət və keyfiyyətini bildirən nitq hissəsi kimi xarakterizə edilir.

Sifət məzmunu öz ifadəsini birinci növbədə sifət anlayışı ilə bağlı olan ayrı-ayrı lüğət vahidlərində aşkara çıxarır, yaxud birinci növ təyini söz birləşmələrinin tərkibində daşıdığı vəzifə ilə müəyyənləşir. Belə sifətlər çox zaman isimlərlə uyğun gəlir. Məsələn: acı badam, şirin meyvə, uzun yol, qırmızı parça, ağ tut, dar küçə, al bayraq və s.

Bunun kimi tərkiblərin birinci tərəfi, əsasən, ikinci tərəfin müəyyən xü­susiyyətlərini və əlamətlərini bildirir. Qızıl qaşıq, gümüş saat, taxta sandıq, mis kəf­kir, yun parça kimi tərkiblərin də birinci tərəfi vəzifə etibarilə birincidə olduğunun eynidir. Bu oxşarlığa baxmayaraq acı, şirin, uzun sifət, qızıl, gümüş taxta isim olaraq qalır.

Əlbəttə, sifətlərin özünəməxsus morfoloji əlamətlərinin olması, sifətin isimlə eyniyyət təşkil etmədiyini göstərir. Çünki isimlər hər hansı bir əşyanın və ya əşyalıq məfhumu daşıyan sözlərin adını bildirdiyi halda, sifət kateqoriyasına daxil olan sözlər həmin əşyanın əlamətini, keyfiyyətini, xasiyyətini bildirir

Ə.Fərəcov elmi qrammatikalarda sifətin əlamət və keyfiyyət bildirməsini, dərsliklərdə sifətin necəlik bildirməsi kimi xarakterizə edilməsini qəbul etmir. Müəllif yazır: “Əvvələn, necəlik sözü bir elmi termin kimi yaramır: necəlik ismi necə sual əvəzliyindən əmələ gəldiyi üçün onun, lüğəti mənasında suallıq çalarlığı qalır. Sual isə bu və ya digər qrupa məxsus sözlərin formal əlaməti olsa da, həmin sözlərin lüğəti mənasını açmağa, onları müəyyən­ləşdirməyə xidmət edə bilmir. Necəlik sözü üslubi cəhətdən də yaramır. Biz əşya bildirən söz, kəmiyyət bildirən söz, hərəkət bildirən söz deyə bildiyimiz halda, necəlik bildirən söz deyə bilmirik” (3, 71). Belə ki, “Əlamət məfhumu sifətin bütün məna cəhətlərini, o cümlədən, key­fiyyətini də əhatə edir. Gerçək aləmdə əşyalar öz rənglərinə, həcmlərinə, dadına, maddi əsaslarına və s. görə bir-birindən fərqlənir. Bütün bu cəhətlər nəticə etibarı ilə əşyaların əlamətləri kimi çıxış edir. Sifəti başqa nitq hissələrindən ayıran əlamətlərdən ən başlıcası onun dərəcə­ləridir. Azərbaycan dilində sifətin üç dərəcəsi vardır: 1) adi dərəcə; 2) çoxaltma dərəcəsi; 3) azaltma dərəcəsi

Elmi qrammatikada sifətin qoyuluşu və həllinə uyğun olaraq şagird­lər sifətin aşağıdakı əlamətlərini mənimsəyirlər: 1) sifətin əşyanın əlamətini bil­dirməsi; 2) sifətin sualları (necə? nə cür?); 3) sifətin dərəcələri; 4) düzəltmə sifətlər; 5) sifətin sintaktik rolu.

Saylar lüğəvi məna etibarilə əşyanın kəmiyyətini, miqdarını, sırasını bildirir. Say sözləri birləşmə daxilində tutduğu yerinə və daşıdığı məzmuna görə sifət­lərə daha çox oxşayır, çünki birləşmə daxilində sifət olan bu və ya digər bir söz özündən sonra gələn sözün –ismin keyfiyyətini və ya əlamətini bildirir. Say özündən sonra gələn sözün miqdarını və ya sırasını bildirir, başqa sözlə desək, ismi kəmiy­yətcə təyin edir. Bu cəhətdən sayla sifət arasında müəyyən qədər bənzəyiş vardır. Sayların mənası indiyədək aşağıdakı kimi təsnif edilir: miqdar, sıra, kəsr və qeyri-müəyyən saylar.

“Miqdar sayı əşyanın ya dəqiq, ya da qeyri-müəyyən miqdarını, ya da bütövün müəyyən hissəsini bildirir. Buna görə də miqdar sayları üç yerə bölünür: a) müəy­yən miqdar sayı, b) qeyri-müəyyən miqdar sayı, c) kəsr sayı” (1, 74).

Ə.Fərəcov sayın ənənəvi “əşyanın miqdarını və sırasını bildirən nitq hissəsinə say deyilir” tərifi ilə razılaşmır. Müəllif yazır: “…tərifdə elə növ fərqi gös­təril­məlidir ki, o say qrupuna daxil olan bütün sözləri əhatə edə bilsin; belə bir növ fərqini “kəmiyyət” termini ilə əhatə etmək mümkündür” (3, 132). Bu tərif, həqi­qətən, sayın bir nitq hissəsi kimi daha xarakter xüsusiy­yətini əks etdirmiş olardı.

Morfologiya bəhsində öyrənilən əsas nitq hissələrindən biri də əvəz­likdir. Əvəzliklər məna və vəzifə cəhətdən demək olar ki, özünəməxsus­luğunu həmişə saxlamışdır. Tarixi inkişaf prosesində əvəzliklər ya səs cəhətdən dəyişikliyə uğra­mış, ya da bəzi əvəzliklər yeni əvəzlik sözlərlə işlənmişdir.

“Müasir Azərbaycan dili” kitabında əvəzliyin tərifi belə verilmişdir: “Əvəzlik başqa nitq hissələrinin (isim, sifət, say və zərfin) yerində işlənən, mənaca onu əvəz edən və həmin sözün funksiyasını yerinə yetirən nitq hissəsidir”.(4)

Əvəzlik isim, sifət, say və zərfdən fərqli olaraq, əşya, əla­mət, keyfiyyət və s. bildirmir. Ancaq onlara işarə edir. Əvəzliklər məhz konkret əşya, əlamət, kəmiyyət ifadə edə bilməməsi ilə digər nitq hissələrindən fərqlənir. Ona görə də əvəzliklər nitqdən kənar çox ümumi və mücərrəd məna kəsb edir. Əvəzliyin mənası başqa nitq hissələrinə nisbətən işləndiyi mətndən çox asılı olur.

Əvəzlik lüğəti-semantik əlamətinə, sintaktik vəzifəsinə, formal əlamətinə görə başqa nitq hissələrindən fərqlənir. Belə ki, o, şəxs və ya əşyanı adlandırmır, ancaq işarə edərək onu əvəz edir. Lakin onu da qeyd etmək lazımdır ki, əvəzlik həmişə əvəz etmir, çox vaxt bu və ya digər əşyaya işarə edir (məsələn, işarə əvəzlikləri).

Beləliklə də, əvəz etdiyi nitq hissəsinin mənası ilə əlaqədar olaraq müxtəlif sintaktik funksiya ifadə edir. Bu nitq hissəsi öz həqiqi mənasını cümlə içərisində tapır. Əvəzlik mətndən kənarda götürüldükdə tamamilə mücərrəd olub, konkret bir anlayış ifadə etmir. Bu halda onlar ümumi mənada ya əşyaya, ya da onun xüsusiy­yətinə, əlamətinə işarə edir

Əvəzlik haqqında deyilənlərə nəzərən belə bir qənaət hasil olur ki, əvəzliyin ilk funksiyası adından göründüyü kimi digər nitq hissələrini əvəz etməsidir, daha sonra işarə etmək, ümumilik bildirmək əvəzliyin xarakter xüsusiyyətləri kimi özünü göstərir. Dil funksiyasına nəzərən belə bir fikir özünü doğruldur ki, əvəzlik isim, sifət, say və zərfləri əvəz etməklə yanaşı, felləri də əvəz edə bilir. Buna görə də əsas kursda əvəzliyin isim, sifət, say, fel, zərfdən sonra tədrisi daha məqsədəuyğundur. Azərbaycan dili dərsliklərində isə əvəzliyin aşağıdakı tərifinin verilməsi məqbul hesab edilməlidir:

“İsim, sifət, say, fel və zərfin yerində işlənməklə onları ümumi şəkildə ifadə edən nitq hissəsinə əvəzlik deyilir” (2, 112).

Fel Azərbaycan dilinin orijinal, tarixi inkişaf prosesində əsas xüsusiyyətlərini qoruyub saxlayan leksik cəhətdən zəngin nitq hissəsidir.

Əlbəttə, Azərbaycan dilinin milli özünəməxsusluğunun simvolu olan fellərin məktəb kursunda tədrisi müəyyən qədər çətin və çoxcəhətlidir. Çünki feli tədris etmək üçün ona xas bütün əlamət və xüsusiyyətləri bilmək lazımdır. Şagirdlərə fel haqqında hərtərəfli bilik vermək üçün fellərin nəzəri cəhətdən diqqətlə araşdırıl­ması, öyrənilməsi, felə dair tədqiqatlarla tanışlıq vacibdir. Nəzəri və metodik ədə­biyyatda, felə verilən tərif və xarakteristikadan məlum olur ki, fel ən mürəkkəb nitq hissələrindən biridir. “Fel əşyanın iş, hərəkət və halını bildirən bir nitq hissəsidir” (4, 133).

…Fel semantik cəhətdən son dərəcə dolğun, ən incə məna çalarlarını ifadə etmək imkanı olan, cümlədə konstruktiv, təşkiledici rola malik bir nitq hissəsidir” (3, 78).

Deyildiyi kimi, fellər hərəkət (məsələn, gəlmək, getmək, qaçmaq), iş (mə­sələn, yazmaq, silmək, yoğurmaq), hal-vəziyyət (məsələn, ağarmaq, bozarmaq, sa­ral­maq), nitq (məsələn, danışmaq, qışqırmaq, pıçıldamaq), təfəkkür (məsələn, dü­şünmək, fikirləşmək, anlamaq) və s. prosesləri ifadə edir. Fellər mənaca nə qədər müxtəlif olsa da, onların hamısında hərəkət anlayışı vardır.

Ona görə məktəb kursunda fellər hərəkət bildirən nitq hissəsi kimi tədris olu­nur. Buna baxmayaraq felin digər ifadə vasitələri praktik şəkildə şagirdlərə çatdırılmalıdır.

Fellərin qrammatik kateqoriyaları onları digər nitq hissələrindən fərqləndirən əlamətlərdir. Fel hal və hərəkət bildirir, zamana görə dəyişir, nə edir? nə etdi? nə edəcək? suallarına cavab verir, cümlədə xəbər olur.

Başlanğıc mərhələdə felin məhz bu şəkildə tədrisi doğrudan da qənaətbəxş­dir. Felə dair bu və digər məsələlərin tədrisi əsas kursda nəzərdə tutul­malı­dır. Başlanğıc kursda felin qeyd olunan xüsusiyyətləri ilə yanaşı onun (felin) cümlədə, əsasən, xəbər (predikat) olması, yəni sintaktik rolu da misallar üzə­rində şagirdlərə çatdırılmalıdır.

Zərf əsas nitq hissələrindən biridir. İş və hərəkətin tərzini, zamanını, yerini, miqdarını, əlamətini, səbəbini bildirən nitq hissəsinə zərf deyilir.

Bir nitq hissəsi kimi zərfin əsas qrammatik semantikası əlamətdir: zərf həmişə hərəkətin və əlamətin əlaməti kimi səciyyələndirilir. Düzdür, zərfin bilavasitə özünəməxsus forma göstəriciləri azdır. Ancaq bu, həmin nitq his­səsinin leksik-qrammatik müəyyənliyini inkar etmir.

Zərfin də başqa nitq hissələri ilə şəkilcə eyniliyi vardır. Bunları bir-birindən ayırmaq üçün cümlədəki yerini, daşıdığı vəzifəsini, əşyaya və ya hərəkətə, hadisəyə aid olmasını nəzərə almaq lazımdır. Sifət əşyaya, zərf isə hərəkətə (felə) aid olur. Zərflərin mənaca dörd növü vardır: 1) tərzi-hərəkət zərfi; 2) zaman zərfi; 3) yer zərfi; 4) kəmiyyət zərfi.Məktəb kursunda isə yuxarıda göstərilən məna növlərinə səbəb və məqsəd zərfləri əlavə edilmişdir.

Ə.Fərəcov göstərir ki, məktəbdə zərfin tədrisi prosesində aşağıdakı xüsusiy­yətlər nəzərə alınmalıdır: 1. Zərf hərəkətin əlamətini bildirən nitq hissəsidir. Başqa sözlə, zərflər hə­rəkətin icra tərzini, zamanını, yerini, miqdarını, səbəb-məqsədini bildirir. 2. Zərf də­yişməyən, yəni sözdəyişdirici şəkilçi qəbul etməyən nitq hissəsidir. 3. Zərflər cüm­lədə, adətən, fellə ifadə olunmuş cümlə üzvünə aid olur. 4. Zərflər cümlədə, əsasən, zərflik olur. 5. Zərflər quruluşca üç növə ayrılır; sadə, düzəltmə, mürəkkəb (3,81).Uzun müddət başlanğıc kursda (ibtidai siniflərdə) zərf tədris olunma­mış­dır. Bunun səbəbi bəlkə də zərfin bir nitq hissəsi kimi başqa nitq hissələrindən semantik differensiallaşma yolu ilə əmələ gəlməsi və Azərbaycan dilçiliyində zərf kate­qoriyasının yaranma prosesinin düzgün izah edilməməsi olmuşdur.

Başlanğıc kursda zərfin tədrisi digər nitq hissələri ilə müqayisəli şəkildə aparıldığı üçün şagirdlərin linqvistik duyumunun güclənməsinə, morfologiyaya dair biliklərin daha dolğun mənimsənilməsinə güclü təsir göstərir. Zərfin tədrisi şagirdləri Azərbaycan dilinin zənginliyi ilə tanış edir, onların morfologiyaya və sintaksisə dair biliklərini daha da genişləndirir.

Köməkçi nitq hissələrinə gəlincə isə onların adlarının (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida və yamsılamalar) və nitq prosesindəki rolunun şagirdlərin nə­zə­rinə çatdırılması zəruridir. Köməkçi nitq hissələri haqqında prof. Y.Seyidovun fikirləri böyük maraq doğurur. (5) Prof. Y.Seyidov yazır: “Köməkçi nitq hissələri” adı ilə lüğəvi mənası olmayan sözlərin hamısını nəzərdə tuturuq. Bu sözlərin “köməkçi nitq hissələri” və “xüsusi nitq hissələri” adları ilə iki qrupa ayrılmasını istər elmi baxımdan, istərsə də tədris baxımından əsaslı hesab etmirik. “Köməkçi nitq hissələri” ifadəsi anlaşıqlıdır. Mənası odur ki, bu nitq his­sələrinin əhatə etdiyi sözlər nitqin təşkilində bilavasitə iştirak etmir, onlar nitqin təşkilində köməkçi rol oynayırlar.

  1. Azərbaycan dilinin qrammatikası, 2 hissəli, I hissə (morfologiya), Bakı: Elm, 1960, 320 s.
  2. Bayramov İ.O. Azərbaycan dili morfologiyası tədrisinin elmi-metodik əsas­ları. Bakı: Maarif, 1983, 220 s.
  3. Fərəcov Ə.D. Qrammatik məfhum və onun mənimsənilməsinin bəzi mə­sələləri. Bakı: Maarif, 1970, 134 s.
  4. Hüseynzadə M.H. Müasir Azərbaycan dili. 4 hissəli. III hissə (Morfologiya). Bakı: Maarif, 1983, 320 s.
  5. Seyidov Y.M. Azərbaycan dilinin qrammatikası. Morfologiya. Monoqrafik dərs vəsaiti. Bakı: Bakı Universiteti, 2000, 375 s.
  6. Zeynalov F.R. Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü. Bakı: Azər­bay­can Dövlət Universiteti, 1957, 64 s.

Comments are closed, but trackbacks and pingbacks are open.