Nadir Abdullayev Dilci – Wikipedia
Nadir Abdullayev ədəbi-bədii yaradıcılıqla da məşğul olmuşdur və mövzusu real həyatdan, qarşılaşdığı və ya iştirakçısı olduğu gerçək hadisələrdən, zəngin xatirələrdən götürülmüş lirik-psixoloji hekayələrin müəllifidir.
Nitq Mədəniyyəti Referatlar
“Konuşma kültürü” kavramı kendi hacmine, kapsamına göre oldukça geniştir. Kavram kültürel konuşmayı şartlandıran ana faktörleri -konuşma kültürü ve edebi dil normları, konuşma kültürü ve konuşma etiyi,…
Konuşma kültürü deyince herşeyden önce filolojinin dilden iletişim aracı olarak kullanma bilincini, bilimin temelinde öğrenilen alanı öngörülüyor. Aynı zamanda bu anlayıştan şu veya konuşma tezahürünün…
Konuşmanın ifade yöntemlerine, tezahür şekillerine, iletişim amacına, şartlarına, vb. özelliklere göre çeşitli türleri mevcuttur. Onlar belli özelliklerine göre birbirinden farklanırlar. Dil deniz gibidir. Zaman geçtikçe…
Kendisinin sosyal önemli görüşlerini anlaşılır, inandırıcı, etkileyici bir şekilde ifade etmeyi başaran kişi asıl natigdir. Konuşmacının de silahı canlı kelimedir. Peki biz kelimeyi nasıl kullanabiliyoruz? Aslında,…
En çok yuklenenler
- Oyun Yukle
- Telefon Ucun Oyun Yukle
- GTA 5 Yukle
- Masin Oyunlari Yukle
- Milyoncu Oyunu Yukle
- Instagram Yukle
- Whatsapp Yukle
- Whatsapp Plus Yukle
- Ekran Sekilleri
- Google+
Nadir Abdullayev Dilci – Wikipedia
Abdullayev Nadir Əziz oğlu ( 15 avqust 1935 , Qaraman , Göyçay rayonu – 26 dekabr 2022 , Bakı ) — elmlər doktoru, professor, filoloq-dilçi, metodist, pedaqoq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Qabaqcıl təhsil işçisi.
Mündəricat
- 1 Həyatı
- 2 Elmi-pedaqoji fəaliyyəti
- 3 İctimai fəaliyyəti
- 4 Əsərləri
- 5 Xarici keçidlər
- 6 Həmçinin bax
- 7 Xarici keçidlər
- 8 Kateqoriya
Abdullayev Nadir Əziz oğlu 1935-ci il avqust ayının 15-də Göyçay rayonunun Qaraman kəndində anadan olmuş, natamam orta təhsilini həmin kənddəki yeddiillik məktəbdə almışdır. Atası Əziz Qafur oğlu Abdullayev Kürdəmir rayonu Mollakənd orta məktəbində kimya-biologiya müəllimi və məktəb direktoru işləmişdir. İkinci Dünya müharibəsində hərbi xidmətə çağırılmış və cəbhədə həlak olmuşdur. Anası İsmət xanım Bakı şəhərində, tanınmış ziyalı və iş adamı, bir çox mülklərin və ticarət binalarının sahibkarı, məşhur tacirbaşı Rzanın ailəsində anadan olmuşdur. 1920-ci ildə Bakıda fəaliyyət göstərən Müəllimlər Seminariyasını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirən İsmət xanım, təyinatla Göyçay rayonunun Qaraman kənd məktəbində müəllim işləmiş, bu kənddə Əziz Abdullayevlə ailə qurmuşdur. Həyat yoldaşı Əziz müharibəyə gedib həlak olduqdan sonra İsmət xanım iki oğlunu böyütmüş, onlara savad vermiş və ali təhsil almalarına şərait yaratmışdır.
Nadir Abdullayev 1950-ci ildə Qaramanda yeddiillik məktəbi bitirdikdən sonra 1950–1954-cü illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil almış, 1954-cü ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali təhsilini tarix və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirdikdən sonra iki il Sumqayıt peşə məktəbində müəllim işləmişdir.
1962–1965-ci illərdə APİ-də əyani aspiranturada təhsil alıb. 1965-ci ildə aspirantura təhsilini başa vurub və “Şagirdlərin orfoepik vərdişlərinin formalaşdırılması yolları” mövzusunda dissertasiya işini müdafiə edib. Dissertasiya işini müdafiə etdiyi 1965-ci ildən Pedaqoji İnstitutun Filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsində fəaliyyətə başlamışdır. Müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdlr. 1993-cü ildən professor vəzifəsinə təyin olunmuş və 2021-ci ildə təqaüdə çıxana qədər fasiləsiz olaraq həmin kafedranın professoru vəzifəsində işləmişdir.
Elmi-pedaqoji fəaliyyəti
Tələbə olaraq təhsilə başladığı 1954-cü ildən fəaliyyətini ADPU-ya bağlamış Nadir Abdullayevin bu təhsil müəssisəsinin pedaqoji və elmi həyatına, dilçiliyin və Azərbaycan dilinin tədrisi metodikasının, nitq mədəniyyəti, orfoepiya və orfoqrafiya fənlərinin və elm sahələrinin, natiqlik sənətinin inkişafına əhəmiyyətli töhfələri olmuşdur. Nadir Abdullayev 25 adda monoqrafiya, proqram, dərslik və dərs vəsaitlərinin, o cümlədən təlim rus dilində olan orta məktəblərin VII və IX sinifləri üçün “Azərbaycan dili” dərsliklərinin, 100-ə yaxın məqalənin müəllifidir.
2008–2009 və 2009–2010-cu tədris illərində ADPU-da keçirilən “İlin müəllimi” nominasiyasının qalibi olmuşdur. “Nitq mədəniyyəti” fənni üzrə Respublikanın ali məktəblərində istifadə olunan, bir neçə dəfə təkrar dərc edilmiş samballı dərsliyin müəllifidir. Onun həmmüəllifliyi ilə rusdilli oxucular üçün rus dilində nəşr olunmuş “Azərbaycan dili” (“Азербайджанский язык”) dərsliyi müxtəlif xalqların nümayəndələrinin və xarici vətəndaşların dövlət dilimizi öyrənməsində əsas vəsaitlərdən biri kimi istifadə olunmaqdadır.
Təhsil Nazirliyinin təhsil islahatı ilə bağlı keçirdiyi müsabiqədə qalib çıxmış, nazirliyin milli məsləhətçisi kimi Azərbaycan dili və Azərbaycan dilinin tədrisi metodikası fənləri üzrə ilkin müəllim hazırlığı kurikulumunu hazırlamışdır. Bir neçə il həmin fənlərin kurikulumları ilə bağlı ixtisasartırma kurslarında ali məktəb müəllimlərinə mühazirələr oxumuş, təlimati söhbətlər aparmışdır.
On il filologiya fakültəsində dekan müavini, fakültə partiya təşkilatının katibi olmuşdur. Bir çox dissertant və doktorantın elmi rəhbəri və opponenti olmuşdur. Professor Nadir Abdullayev uzun illər universitet və fakültə elmi şuralarının, eləcə də təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə universitetdə fəaliyyət göstərən dissertasiya şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
Elmi-pedaqoji və təlim-tərbiyə sahəsindəki fəaliyyəti nəzərə alınaraq dəfələrlə Universitet rəhbərliyinin fəxri fərman və təşəkkürlərinə, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına və “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
İctimai fəaliyyəti
Professor Nadir Abdullayevin fəaliyyəti yalnız elm və təhsil sahəsi ilə, təlim-tərbiyə işləri ilə məhdudlaşmamışdır. O, fəal şəkildə ictimai işlərlə məşğul olmuş, on beş ilə yaxın “Azərbaycan Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinə sədrlik etmişdir. Birliyin respublikada yaşayan miqrant və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi beynəlxalq və yerli layihə və tədbirlər sırasında onun özünəməxsus payı vardır.
2004-cü ildən təsisçisi və baş redaktoru olduğu “Qarabağın səsi” qəzeti Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində nəşr edilərək dünyanın 64 ölkəsinə yayımlanmaqla Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmışdır.
2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Xocalı soyqırımına həsr etdiyi “Xocalı soyqırımı: milyon imza – bir tələb”, “Şuşa – qədim Azərbaycan diyarı” kimi unikal kitabların müəlliflərindəndir. Həmin nəşrlər ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, Haaqa Beynəlxalq Məhkəməsinə, dünyanın tanınmış kitabxanalarına göndərilmişdir.
Elmi-pedaqoji fəaliyyətinə böyük məsuliyyətlə yanaşan N. Abdullayev universitet və fakültə elmi şuralarının, eləcə də təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə universitetdə fəaliyyət göstərən müdafiə şurasının tərkibində uzun illər səmərəli fəaliyyət göstərmiş, pedaqoji təhsilin inkişafında və müəllim hazırlığında böyük xidməti olmuşdur. Professor Nadir Abdullayevin müəllifi olduğu dərsliklər və dərs vəsaitləri, fənn proqramları, Azərbaycan dilinin müxtəlif sahələrinə, xüsusən dil tədrisinin metodikasına və nitq mədəniyyətinə dair mühazirələri gənc filoloq müəllimlərin formalaşmasında xüsusi rol oynamışdır.
Nadir Abdullayev ədəbi-bədii yaradıcılıqla da məşğul olmuşdur və mövzusu real həyatdan, qarşılaşdığı və ya iştirakçısı olduğu gerçək hadisələrdən, zəngin xatirələrdən götürülmüş lirik-psixoloji hekayələrin müəllifidir.
2021-ci ildən təqaüdə çıxmış professor Nadir Abdullayev səmərəli pedaqoji fəaliyyətinə, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına və Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
Dərslik və vəsaitləri:
- Orfoepiya təliminin metodikasına dair göstərişlər. B., APİ, 1974. 68 s.
- Morfologiya tədrisində ədəbi tələffüz üzrə aparılam işlər. B., “Maarif”, 1974. 22 s.
- Ədəbi tələffüz və intonasiyanın mənimsənilməsində texniki vasitələrdən istifadə. B.,”Maarif”, 1977. 108 s.
- Orfoepik çalışmalar. B., APİ, 1980. 32 s.
- Azərbaycan dili (təlim rus dilində olan məktəblərin 7-ci sinfi üçün dərslik). B., “Maarif”, 1984. 136 s.
- Ədəbi tələffüz təliminin metodikası. B., “Maatif”, 1986,160 s.
- Azərbaycan dili (təlim rus dilində olan məktəblərin 9-cu sinfi üçün dərslik). B., “Maarif”, 1987.
- Mühazirəçinin nitq mədəniyyəti. B., “Qızıl Şərq”, 1988. 52 s.
- Azərbaycan dili və ədəbiyyat təlimində texniki vasitələrdən istifadə. B., APİ, 1988. 88 s.
- Azərbaycan dilini öyrənənlər üçün kurs proqramı. B., “Qızıl Şərq”, 1989. 32 s.
- Azərbaycan dili təlimində ifadəli nitq mədəniyyəti üzrə aparılan işlər. B., “Maarif”, 1996. 188 s.
- Ədəbi tələffüz üzrə çalışmalar. B., ADPU, 1998. 44 s.
- Nitq mədəniyyəti məsələləri. B., ADPU, 1998.74 s.
- Linqvistik təhlil nümunələri. B., “Nurlan”, 1999. 46 s.
- Qrammatik təhlil nümunələri. B., ADPU, 2000. 68 s.
- Düzgün yazı təliminin bəzi məsələləri. B., ADPU, 2003. 107 s.
- Orfoqrafiya-orfoepiya lüğəti. B., ADPU, 2003. 170 s.
- Müəllimin nitq mədəniyyəti. B., ADPU, 2003. 168 s.
- Müasir Azərbaycan dilinin morfologiyası. B., ADPU, 2004. 176 s.
- Ali məktəblərdə Azərbaycan dilinin tədrisi metodikadı istiqaməti üzrə magistr hazırlığı üçün proqramlar. B., ADPU, 2005. 39 s.
- Azərbaycan dili (təlim rus dilində olan məktəblərin 9-cu sinfi üçün dərslik). B., “Maarif”, 2005.
- Н.Абдуллаев,А.Абдуллаев, М.Аскеров.Азербайджанский язык. Б., “Парни из Баку”, 2008. 408 c.
- Orfoqrafiya və orfoepiya təlimi məsələləri. B., ADPU, 2008. 150 s.
- Nitq mədəniyyətinin əsasları. B., ADPU, 2008. 334 s.
- Azərbaycan dili, 9-cu sinif. B., “XXI əsr Yeni Nəşrlər Evi”, 2009. 128 s.
- Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti. B., ADPU, 2013
- Nitq mədəniyyətinin əsasları: dərs vəsaiti. Bakı, ADPU, 2018. 328 s.
- Butalı xalça. Bakı, 2004
- Hekayələr. Bakı, 2011
Xarici keçidlər
Elnare Abdullayeva – Бесплатно скачать Mp3
Здесь Вы можете прослушать и скачать песни по запросу Elnare Abdullayeva в высоком качестве. Для того чтобы прослушать песню нажмите на кнопку «Слушать», если Вы хотите скачать песню или посмотреть клип нажмите на кнопку «Скачать» и Вы попадете на страницу с возможностью скачать песню, прослушать ее и посмотреть клип. Рекомендуем прослушать первую композицию Elnarə Abdullayeva Ay Ömrüm Yeni 2023 длительностью 4.15 MB, размер файла 3 мин и 9 сек.
Все песни были найдены в свободном доступе сети интернет, а файлы с произведениями не хранятся и не загружаются на наш сервер. Если Вы являетесь правообладателем или лицом, представляющим правообладателя, и не хотите чтобы страница с произведением, нарушающие Ваши права, присутствовала на сайте, воспользуйтесь данной формой DMCA.
Сейчас слушают песни
Ромео И Джульетта Соч 64 Танец Рыцарей Оркестр Большого Театра Algis Zhuraitis
Хочу Иметь Себя Но Блин Не Достаю Харламов
Любовь Похожа На Прошедший Дождь Опенинг
История Индейцев Северной Америки
Fa Fa Fafafa Bitch Tiktok
Ты Мне Нитки Не Мотай Дуэт Иван Разумов На Гармони И Сергей Лебедев
Вафли Это В Клеточку Печенье Песня
Amanda Lear Ho Fatto L Amore Con Me 1980 Hq Audio
Рингтон Эды Йылдыз
Le Ley Li Minus Skachat
Михаил Хомич Идея На Миллион 100 Способов Начать Свое Дело
Comments are closed, but trackbacks and pingbacks are open.