Namaz qılmağı öyrənirəm (Şəkilli izah)
Onun qaydası budur ki, birinci rükətdə “Həmd” surəsi oxuduqdan sonra bir dəfə “Ayətül-kürsü”, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsi oxunmalıdır.
Necə namaz qılaq?
Hər bir müsəlmаnа gündə 17 rəкət nаmаz qılmаq vаcibdir. Sübh 2 rəкət, zöhr 4 rəкət, əsr 4 rəкət, məğrib (şаm) 3 rəкət, işa namazı isə 4 rəкətdir. Аllаh-taаlа Qurаni-Кərimdə buyurur: “Həqiqətən, nаmаz insаnı çirкin işlərdən və pis əməllərdən qоruyur”. (“Ənkəbut” surəsi, аyə 45)
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Namaz qılmayan mənim ümmətimdən deyildir”. (Biharül-ənvar 79/136)
İmamlarımız həzrət Peyğəmbərdən (s) belə nəql ediblər: “Qiyamət günü bizim şəfaətimiz namazı yüngül hesab edən şəxslərə çatmayacaq”. (Biharül-ənvar 47/2)
Dəstəmaz
Milli.Az muselman.az-a istinadən bildirir ki, dəstəmaz namazın müqəddiməsidir. Namaza başlamazdan əvvəl mütləq dəstəmaz alınmalıdır. Dəstəmazsız namaz düzgün deyildir və batildir.
Dəstəmazın şərtləri
Dəstəmazda aşağıdakı şərtlərə riayət olunmalıdır:
1. Dəstəmazın suyu pak, mübah olmalı və qəsbi olmamalıdır.
2. Dəstəmaz üzvləri pak olmalıdır.
3. Dəstəmazda ardıcıllığıa riayət edilməlidir və suyu bütün dəstəmaz üzvlərinə çatdırmaq lazımdır.
4. Niyyətdə qürbət qəsdi olmalıdır (yəni Allaha yaxınlaşmaq niyyəti ilə alınmalıdır).
Dəstəmazın qaydası
1. Sağ əllə üzü alının tük bitən yerindən çənənin axırına qədər və eni baş barmaqla orta barmaq məsafəsində üzü aşağı yumaq lazımdır.
2. Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.
3. Sonra sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.
4. Sağ əldə qalmış suyun nəmliyi ilə başın ön (təpə) hissəsindən uzunluğu bir barmaq və eni 3 bitişik barmaq məsafəsində üzüaşağı məsh çəkilməlidir.
5. Sağ əllə sağ ayağın barmaqlarından yuxarıya – topuğa doğru məsh çəkilməlidir.
6. Sol əllə sol ayağın barmaqlarından yuxarıya – topuğa doğru məsh çəkilməlidir.
Dəstəmazı batil edən amillər
Aşağıdakı amillər dəstəmazı batil edir:
1. Bövl etmək. (Sidik)
2. Qait. (Böyük bayıra çıxmaq)
3. Qaitin məxrəcindən xaric olan mədə və ya bağırsaq yeli.
4. Yatmaq. (Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu. Göz görməsə, lakin amma qulaq eşidərsə, dəstəmaz batil olmaz)
5. Ağılı aradan aparan şeylər. (Məsələn, dəlilik, məstlik, huşu itirmək və s. kimi)
6. Qüsul alması lazım olan işlər.
Təyəmmüm
Su olmadıqda, yaxud kifayət qədər olmadıqda, yaxud su tapmaqdan ümidsiz olduqda, yaxud zərər və ya xəstəliyə səbəb olacağı təqdirdə, ya da susuzluq və ya ölüm təhlükəsi olduğu hallarda namaz qılmaq üçün təyəmmüm alınmalıdır.
Təyəmmümün şərtləri
1. Su olan yerdə təyəmmüm batildir.
2. Təyəmmüm edərkən məsh yerləri pak olmalıdır. Əgər suya çəkmək mümkün olmasa, eləcə təyəmmüm edilməlidir.
3. Dəstəmazı batil edən şeylər təyəmmümü də batil edir.
4. Təyəmmüm edərkən ardıcıllığa riayət olunmalıdır.
5. Qürbət qəsdi niyyəti ilə (qürbətən iləllah) olmalıdır. (Təyəmmüm edirəm qürbətən iləllah)
Təyəmmümün qaydası
1. Niyyət belədir: “Təyəmmüm edirəm qürbətən iləllah” Sonra iki əlin içini üzərinə təyəmmüm edilməsi səhih olan (məsələn, torpaq, qum, kəsək, daş və sair bu kimi) şeylərə vurmaq lazımdır.
2. Sonra hər iki əl alının tük bitən yerindən qaşların və burunun üzərinə qədər çəkilir.
3. Ardınca isə sol əlin içi sağ əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.
4. Sonra isə sağ əlin içi sol əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.
Namazın şərtləri
1. Namaz qılanın yeri pak, mübah olmalı və qəsbi olmamalıdır.
2. Alının səcdəyə qoyulduğu şey pak olmalıdır.
3. Torpağa, daşa, yarpağa, quma, yeməli və geyməli olmayan şeylərin üzərinə səcdə etmək olar. Müstəhəbdir ki, İmam Hüseynin (ə) türbətindən olan möhür üzərinə səcdə edilsin.
4. Namaz qılarkən üzü qibləyə dayanmaq lazımdır.
Namazdan əvvəl azan demək müstəhəbdir.
Azanın qaydası belədir:
Allahu Əkbər – 4 dəfə (Allah böyükdür!)
Əşhədu ən la ilahə illəllah – 2 dəfə (Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur)
Əşhədu ənnə Muhəmmədən Rəsulullah – 2 dəfə (Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın Elçisidir)
Əşhədu ənnə Əliyyən vəliyyullah – 2 dəfə (Şəhadət verirəm ki, Əli (ə) Allahın Vəlisidir)
Həyyə ələs-səlat – 2 dəfə (Namaza tələsin!)
Həyyə ələl-fəlah – 2 dəfə (Nicat tapmağa tələsin!)
Həyyə əla xəyril-əməl – 2 dəfə (Yaxşı işlərə tələsin!)
Allahu əkbər – 2 dəfə (Allah böyükdür!)
La ilahə illəllah – 2 dəfə (Allahdan başqa heç bir məbud yoxdur)
İqamə
Allahu Əkbər – 2 dəfə (Allah böyükdür!)
Əşhədu ən la ilahə illəllah – 2 dəfə (Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur)
Əşhədu ənnə Muhəmmədən Rəsulullah – 2 dəfə (Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın Rəsuludur)
Əşhədu ənnə Əliyyən vəliyyullah – 2 dəfə (Şəhadət verirəm ki, Əli (ə) Allahın Vəlisidir)
Həyyə ələs-səlat – 2 dəfə (Namaza tələsin!)
Həyyə ələl-fəlah – 2 dəfə (Nicat tapmağa tələsin!)
Həyyə əla xəyril-əməl – 2 dəfə (Yaxşı işlərə tələsin!)
Allahu əkbər – 2 dəfə (Allah böyükdür)
Qəd qamətis-səlat – 2 dəfə (Namaz bərpa olmuşdur)
La ilahə illəllah – 1 dəfə (Allahdan başqa heç bir məbud yoxdur)
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Namaz qılmağı öyrənirəm (Şəkilli izah)
Dəstəmaz alınıb, ayaq üstə qibləyə tərəf dönülür. Ayaqların arası dörd barmaq açıqlıqda olur. Qadınlar bədənin şəkli bəlli olmayacaq şəkildə təpədən dırnağa qədər örtünür. Yalnız əllər və üz açıq qalır. Namazda qadınlar üçün ən yaxşı örtülü olmağın ən asan şəkli əllərini də örtəcək geniş bir baş örtüsü və ayaqlarını da örtəcək geniş və uzun bir ətəkdir. Niyyət edilir. Məsələn, “Allah rizası üçün bu günkü sübh namazının fərzini qılmağa niyyət etdim” deyilir.
2 — “ Allahu əkbər ” deyərək iftitah təkbiri alınır. Kişilər təkbir alarkən, əllərin içi qibləyə qarşı və barmaq araları normal açıqlıqda olur. Baş barmaqlar qulaq yumşağına dəydirilərək əllər yuxarıya qaldırılır. Qadınlar təkbir alarkən, əllərin içi qibləyə qarşı, barmaq araları normal açıqlıqda və barmaq ucları çiyinlərin səviyyəsinə gələcək şəkildə əllərini yuxarıya qaldırarlar.
3- QİYAM Kişilər “Sağ əlin ovucu sol əlin üzərində və sağ əlin baş və kiçik barmaqları sol əlin biləyini tutaraq əllərini göbək altında bağlayarlar.” Qadınlar “Sağ əl sol əlin üzərində olacaq şəkildə əllərini sinə üstünə qoyarlar. Kişilərdə olduğu kimi sağ əlin barmaqları ilə sol əlin biləyini tutmazlar. – OXUNACAQLAR: Gözləri, səcdə ediləcək yerdən ayırmadan: a) “Sübhanəkə” oxunur. b) Əuzu Bəsmələ- dən sonra “Fatihə” oxunur. c) Fatihədən sonra bəsmələ oxunmadan
bir zammı surə (məsələn; Kəvsər surəsi ) oxunur.
4- RÜKU. “ Allahu Əkbər ” deyərək rükuya əyilir. Kişilər rükuda barmaqları acıq olaraq əlləri ilə dizlərini tutub belini dümdüz tutarlar. Dizlərini və dirsəklərini tam açıq tutarlar. Qadınlar rükuda tam düz durmazlar, barmaqlarını açmayaraq dizləri üzərinə qoyarlar və dizlərini bir az bükülü tutarlar. OXUNACAQLAR:“ Subhanə Rabbiəl-Azım ” 3 dəfə
Sonra “ Səmi-Allahu limən hamidəh ” deyərək qalxarkən, şalvar çəkilməz və gözlər səcdə yerindən ayrılmaz. Tam dik durunca “ Rabbəna ləkəl hamd ” deyilir. Daha sonra “ Allahu Əkbər ” deyərək əvvəlcə dizlərimizi, sonra əllərimizi və ondan sonra burnumuzu və alnımızı yerə qoyaraq səcdəyə gedirik,
5- SƏCDƏ . Əl və ayaq barmaqlarımızı qibləyə tərəf çeviririk, Başımızı əllərimizin arasına qoyuruq, Dirsəklərimiz yerə toxunmur, qarnımız dizlərimizlə birləşmir. (Qadınlar səcdədə dirsəklərini yerə qoyur və qarınları ilə dizlərini sıx saxlayırlar. OXUNACAQLAR: “ Subhanə Rabbiyəl-Əalə ” – 3 dəfə.
Sonra “Allahu Əkbər” deyərək dikəlirik. “ Allahü-əkbər ” deyərək sol ayaq yerə yayılır, sağ ayağın barmaqları qiblə istiqamətində bükülür və budlarının üzərində oturulur. Ovuclar dizin üzərinə qoyulur və barmaqlar sərbəst buraxılır. Qadınlar təşəhhüddə budunun üzərinə oturur. Yəni sağ və sol ayaqlar sağ tərəfdə olub, sol budunun üzərinə oturur. Budları üzərində artıq durmadan “ Allahü-əkbər ” deyərək, təkrar səcdəyə gedilir. Səcdədə yenə ən az üç dəfə “ Sübhanə Rabbiyəl-əalə ” dedikdən sonra “Allahü-əkbər” deyərək ayağa qalxılır. Ayağa qalxarkən əllərlə yerdən qüvvət alınmaz və ayaqlar oynadılmaz. Səcdədən qalxarkən öncə alın, sonra burun, sonra da sol əl və sağ əl, sonra sol diz və sağ diz yerdən qaldırılmalıdır. Beləliklə birinci rəkatı başa vurmuş oluruq.
İKİNCİ RƏKAT
Ayaq üstə ikən bəsmələdən sonra “ Fatihə ” və bundan sonra bir zammı-surə (məsələn; ixlas surəsi ) oxunub, “ Allahü-əkbər ” deyərək rüküyə əyilir. İkinci rükət də birinci rükətdə tərif edildiyi şəkildə tamamlanır. Yalnız ikinci səcdədən sonra “ Allahü-əkbər ” deyincə ayağa qalxmayıb ombalar üzərinə oturulur və: a) “ Əttəhıyyatü ”, “ Allahümmə salli ”, “ Allahümmə bərik ” və “Rabbəna ətinə” dualarını oxuduqdan sonra,
Öncə sağa “Əssəlamü aləyküm və rahmətullah”, sonra sola “Əssəlamü aləyküm və rahmətullah” deyə salam verilir . b)Salam verdikdən sonra “ Allahümmə əntəssəlam və minkəssəlam təbəraktə yə
zəl-cələli vəl-ikram” deyilir
[ ə̂ â î ü̂ û – uzatma hərfləri ]
SUBHANƏKƏ DUASI: “Sübhânə kəllâhümmə və bi hamdik. Və təbə̂ra kəsmük. Və təâlə̂ cəddük və lə̂ ilə̂hə ğayruk”
ƏUZÜ BƏSMƏLƏ Əûzü billə̂hi minəş-şeytânir-racîm. Bismillə̂hir-Rahmə̂nir-Rahîm.
FATİHƏ SURƏSİ: “Əl-Hamdu lillə̂hi Rabbil-âləmîn. Ər-Rahmə̂nir-Rahîm. Mə̂liki yəvmid-dîn. İyyə̂kə nəabüdu və iyyə̂kə nəstəîn. İhdinəs-sırâtal-müstəqîm. Sirâtalləzînə ən amtə aleyhim ğayril-məğdûbi aleyhim vələd-dâ̂llîn.
KƏVSƏR SURƏSİ: İnnə̂ əataynə̂ kəl-kəvsər. Fəsalli lirabbikə vənhar. İnnə şə̂niəkə hüvəl-əbtər”
İXLAS SURƏSİ: Qul hü vəllâhü əhad. Allahüssaməd. Ləm yəlid və ləm yü̂ləd. Və ləm yəkün ləhü̂ küfüvən əhad.
ƏTTƏHIYYATÜ DUASI: Əttəhıyyə̂tü lillə̂hi vəssaləvə̂tü vəttayyibə̂t. Əs-sələ̂mü aleykə əyyühən-Nəbiyyü və rahmətullâhi və bərakə̂tüh. Əs-sələ̂mü aleynə̂ və alə̂ ibə̂dillə̂his-Salihîn. Əşhədü ən lə̂ ilə̂hə illəllâh və əşhədü ənnə Muhammədən abduhü̂ və Rasûlüh.
ALLAHÜMMƏ SALLİ Allahummə salli alə̂ Muhammədin və alə̂ ə̂li Muhamməd. Kəmə̂ salleytə alə̂ İbrahîmə və alə̂ ə̂li İbrahîm. İnnəkə hamîdun məcîd.
ALLAHÜMMƏ BARİK Allahummə bərik alə̂ Muhammədin və alə̂ ə̂li Muhamməd. Kəmə̂ bəraktə̂ alə̂ İbrahîmə və alə̂ ə̂li İbrahîm. İnnəkə hamîdun məcîd.
RABBƏNA ƏTİNƏ DUASI: Rabbənə̂ ə̂tinə̂ fid-dünyə̂ hasənətən və fil-ə̂xirati hasənətən və qınə̂ azəbən-nə̂r.
Vəhşət namazı necə qılınmalıdır? Bu namazı nə vaxt qılaq?
Cavab: Meyyitin qəbrə qoyulduğu birinci gecədə onun üçün iki rükət vəhşət namazı qılmaq müstəhəbbdir.
Onun qaydası budur ki, birinci rükətdə “Həmd” surəsi oxuduqdan sonra bir dəfə “Ayətül-kürsü”, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsi oxunmalıdır.
Namazın salamından sonra:
اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ابْعَثْ ثَوابَهَا اِلَى قَبْرِ فُلاَنٍ
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb’əs səvabəha ila qəbri fulan» demək lazımdır. «Fulan» kəlməsinin əvəzinə meyyitin adı deyilməlidir.
Vəhşət namazını qəbrin birinci gecəsinin istənilən vaxtında qılmaq olar. Lakin gecənin əvvəlində, işa namazından sonra qılmaq daha yaxşıdır.
Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa bir səbəbdən onun dəfni tə’xirə düşsə, vəhşət namazını meyyitin qəbrə qoyulduğu birinci gecəyə qədər tə’xirə salmaq lazımdır.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, “Tovzihul-məsail”,məs.644
Comments are closed, but trackbacks and pingbacks are open.