Press "Enter" to skip to content

Nağdsız hesablaşmalar haqqında azərbaycan respublikasının qanunu

4.2. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

VERGİLƏR

Nağdsız hesablaşmalar haqqında qanunvericiliyin əsas məqsədi dövriyyədə olan pul kütləsinə nəzarətin, vergi öhdəliklərinin yerinə yetirilməsi sahəsində şəffaflığın gücləndirilməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Mülki Məcəllənin 971-ci maddəsində nağd və nağdsız əməliyyatların aprılma sahəsi göstərilib: “Fiziki şəxslərin iştirakı ilə hesablaşmalar onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı deyilsə, məbləğ məhdudlaşdırılmadan nağd və ya nağdsız qaydada aparıla bilər. Nağdsız hesablaşmalar banklar, müvafiq hesabların açıldığı başqa kredit təşkilatları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır”.

Mülki Məcəllənin 972-ci maddəsində isə nağdsız hesablaşmaların formaları göstərilib. Nağdsız hesablaşmalar ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalar ilə, inkasso üzrə, çeklər ilə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalar ilə, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə alətləri ilə nəzərdə tutulmuş digər formalarda aparıla bilər.

Nağdsız hesablaşmaların aparılması və bundan yayınma halları “Nağdsız hesablaşmalar haqqında” Qanunla tənzimlənir. Bu qanunun 3.3-cü maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Yalnız nağdsız qaydada həyata keçirilən hesablaşmalar bunlardır:

  • vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
  • Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunları ilə müəyyən edilmiş ödənişlər;
  • dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
  • əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiya və təzminatlar;
  • stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
  • faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
  • dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
  • təhsil haqlarının ödənilməsi;
  • turagentlərə ödəmələr.

Qanunvericiliyə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

  • kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsulları;
  • əlvan və qara metal qırıntıları;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlər.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə riayət edilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Qanunvericiliyin pozulmasına görə Vergi Məcəllənin 58.7-1-ci maddəsinə əsasən, müvafiq maliyyə sanksiyaları nəzərdə tutulub. Qanunsuz aparılan əməliyyatın ümumi məbləğinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

  • təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi;
  • təqvim ili ərzində ikinci dəfə yol verdikdə aparılan əməliyyatların 20 faizi;

• təqvim ili ərzində üç və daha çox dəfə yol verdikdə isə aparılan əməliyyatların 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” qanunvericiliyə riayət edilməməsinə görə məsuliyyət əməliyyatın növündən asılı olaraq nağd ödənişi edən və qəbul edən şəxslər arasında bölüşdürülür”.

Fərqanə ALLAHVERDİQIZI

Nağdsız hesablaşmalar haqqında azərbaycan respublikasının qanunu

Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-12-2016, Nəşr nömrəsi: 287), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2053)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201612160461
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Nağdsız hesablaşmalar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Ümumi müddəalar

Maddə 1. Nağdsız hesablaşmaların məqsədi

Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

Maddə 2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik

2.1. Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir.

2.2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik Ələt azad iqtisadi zonasına şamil edilmir. [1]

Nağdsız hesablaşmaların tənzimlənməsi

Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar

3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.

3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. [2]

3.3-1. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir. [3]

3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

3.4.2. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər; [4]

3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə (bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla) ödənilən xidmət haqları və digər yığımlar; [5]

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

3.4.8. təhsil haqlarının ödənilməsi;

3.4.9. turagentlərə ödəmələr;

3.4.10. ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər;

3.4.12. tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər; [6]

3.4.13. “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları); [7]

3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər;

3.4.15. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər;

3.4.16. rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər. [8]

3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu;

3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

3.5.5. xam dərinin tədarükü (alışı). [9]

3.6. Bu Qanunun 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir. [10]

Maddə 4. Qanunun pozulmasına görə məsuliyyət

4.1. Bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

4.2. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2016-cı il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 13 iyun 2017-ci il tarixli 729-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1288)

2. 28 dekabr 2018-ci il tarixli 1411-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 28 )

3. 1 may 2020-ci il tarixli 77-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 16 may 2020-ci il, № 95 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 527 )

4. 6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 24 noyabr 2020-ci il, № 245 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1333 )

5. 3 dekabr 2021-ci il tarixli 411-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 30 dekabr 2021-ci il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1310 )

6. 9 dekabr 2022-ci il tarixli 687-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286 )

7. 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 28 dekabr 2018-ci il tarixli 1411-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 28 ) ilə 2-ci maddənin mətni 2.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 2.2-ci maddə əlavə edilmişdir.

[2] 6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 24 noyabr 2020-ci il, № 245 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1333 ) ilə 3.3-cü maddədən “ticarət və (və ya)” sözləri çıxarıl mışdır.

[3] 1 may 2020-ci il tarixli 77-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 16 may 2020-ci il, № 95 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 527 ) ilə yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir.

[4] 13 iyun 2017-ci il tarixli 729-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1288) ilə 3.4.2-ci maddədə “sığorta” sözü “sığortalar” sözü ilə əvəz edilmişdir.

[5] 9 dekabr 2022-ci il tarixli 687-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286 ) ilə 3.4.3-cü maddəyə “publik hüquqi şəxslərə” sözlərindən sonra “(bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

[6] 9 dekabr 2022-ci il tarixli 687-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286 ) ilə 3.4.12-ci maddəyə “tibb müəssisələri” sözlərindən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilmişdir.

[7] 3 dekabr 2021-ci il tarixli 411-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 30 dekabr 2021-ci il, № 285 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1310 ) ilə 3.4.9-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 3.4.10-3.4.13-cü maddələr əlavə edilmişdir.

[8] 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı , 31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23 ) ilə 3.4.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.4.14-3.4.16-cı maddələr əlavə edilmişdir.

[9] 1 may 2020-ci il tarixli 77-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 16 may 2020-ci il, № 95 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 527 ) ilə 3.5.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.5.5-ci maddə əlavə edilmişdir.

[10] 13 iyun 2017-ci il tarixli 729-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1288) ilə yeni məzmunda 3.6-cı maddə əlavə edilmişdir.

Nağdsız hesablaşmalar haqqında azərbaycan respublikasının qanunu

Nağdsız hesablaşmalar haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq , Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir .

Ümumi müddəalar

Maddə 1. Nağdsız hesablaşmaların məqsədi

Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını , istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək , nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla � əvəzlənməsini stimullaşdırmaq , BANK sisteminin inkişafını sürətləndirməkdir .

Maddə 2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik

Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu qanundan , Azərbaycan Respublikasının Mülki Məcəlləsindən , Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir .

Nağdsız hesablaşmaların tənzimlənməsi

Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar

3.1. Nağdsız hesablaşma dedikdə aşağıdakılar nəzərdə tutulur :

3.1.1. bir şəxsin BANK hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri ( ödəniş kartları , ödəniş tapşırığı və s.) və ödəniş vasitələri ( mobil telefon aparatları , kompüter və digər avadanlıq ) ilə həyata keçirilən hesablaşmalar ;

3.1.2. ödəniş terminalları � ilə həyata keçirilən hesablaşmalar ;

3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar .

3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər .

3.3. Bu qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla , ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında ( aylarında ) iki yüz min manatdan artıq olan ticarət və ( və ya ) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan , digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir .

3.4. Bu qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir :

3.4.1. vergilərin , gömrük rüsumları və yığımlarının , qanunla müəyyən edilmiş inzibati cərimələrin , maliyyə sanksiyalarının və faizlərin , lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi ;

3.4.2. � Sığorta fəaliyyəti haqqında � və � İcbari sığorta haqqında � Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər ;

3.4.3. dövlət orqanlarına , dövlət mülkiyyətində olan və paylarının ( səhmlərinin ) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə , büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar ;

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında ( aylarında ) iki yüz min manatadək olan pərakəndə ticarət , iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla , digər şəxslər tərəfindən ödənilən əməkhaqları (o cümlədən işəgötürən tərəfindən ödənilən , qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər ), pensiya , təqaüd , maddi yardım , müavinətlər (o cümlədən birdəfəlik müavinətlər ), kompensasiyalar və təzminatlar ;

3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi ;

3.4.6. faizsiz pul vəsaitlərinin ( vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla ), digər ayırmaların ödənilməsi və qaytarılması ;

3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi ( xərclənməsi );

3.4.8. təhsil haqlarının ödənilməsi ;

3.4.9. turagentlərə ödəmələr .

3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər :

3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu ;

3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu ;

3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız , şüşə və plastik məmulatların qəbulu ;

3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu . ����

Maddə 4. Qanunun pozulmasına görə məsuliyyət ������

4.1. Bu qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir .

4.2. Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur .

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında ( aylarında ) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir .

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri , 16 dekabr 2016-cı il

Azərbaycan.- 2016.- 25 dekabr.- S. 7.

Comments are closed, but trackbacks and pingbacks are open.