Press "Enter" to skip to content

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 4. Qanunun pozulmasına görə məsuliyyət

Xankəndi

AzVision.az xəbər verir ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında( aylarında) 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləğləri 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada keçiriləcək.

Əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçiriləcək.

Layihəyə əsasən, vergilərin, gömrük rüsumları və yığımların, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi, kreditlərin verilməsi, stasionar telefon xidmətləri və kommmunal xərclərin ödənilməsi, təhsil haqlarının ödənilməsi, turagentlərə ödəmələr, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi, “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” qanunlarla müəyyən edilmiş ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi qeyd olunub.

ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Qanun layihəsinin məqsədi mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsidir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Maddə 1. Nağdsız hesablaşmaların məqsədi

Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

Maddə 2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik

Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir.

Nağdsız hesablaşmaların tənzimlənməsi

Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar

3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.

3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

3.4.2. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

3.4.8. təhsil haqlarının ödənilməsi;

3.4.9. turagentlərə ödəmələr.

3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu;

3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

Maddə 4. Qanunun pozulmasına görə məsuliyyət

4.1. Bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

4.2. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

Nağdsız hesablaşmalar haqqında qanun

“Nağdsız hesablaşmalar haqqında” Qanun ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minib. Qanunun məqsədi ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffalığını, istehlakçıların hüquqlarınnı müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdən ibarətdir.

Nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Qanunlar ilə müəyyən edilmiş ödənişlər; dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar; stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi; faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması; dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi); təhsil haqlarının ödənilməsi; turagentlərə ödəmələr nağdsız qaydada həyata keçriilməlidir.

“Azərbaycan nağdsız hesablaşmalara hazır deyil”

Qanunun tətbiqilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyir ki, Azərbaycan infrastruktur baxımından nağdsız ödənişlərin həyata keçirilməsinə hazır deyil. O qeyd edir ki, nağdsız ödənişlərin stimullaşdırılması üçün infrastrukturun inkişaf etməsi vacibdir:

“Azərbaycanda nağdsız ödənişlərin reallaşdırılması və eləcə də, plastik kartların işləməsi üçün ölkə üzrə lazımi işlər həyata keçirilməlidir. Aparılan monitorinqlər və təhlillər göstərir ki, Azərbaycan praktik olaraq nağdsız ödənişlərə hazır deyil. İnkişaf etmiş ölkələrdə nağdsız ödənişlərin həyata keçirilməsində problemlərin olmamasının əsas səbəbi, infrastrukturun qurulmasıdır. O ölkələrdə infrastruktur olduğundan nağdsız ödənişlərə tələb olduqca azdır”.

Vətəndaş ödənişi nağdsız hesablaşma üzərindən etmək istəyəndə.

Ekspert bildirir ki, bir çox hallarda nağdsız ödənişlərlə bağlı vətəndaşların hüquqları pozulur.:

“Nağdsız ödənişlər yalnız plastiklarla kartla icra olunmur. Bunun üçün bank və xidmət müəssisələrinin, mağaza və restoranların nağdsız ödənişlərə hazır olmasına, sahibkarların bank transeferlərini apara bilməsinə ehtiyac var. Eyni zamanda, qanunvericilik təkmilləşdirilməlidir. Çünki bəzi hallarda müştəri restoranda yemək yedikdən sonra ödənişi plastik kartdan etmək istəsə də, restoran bu ödənişi qəbul etmir. Bu zaman müştərinin ödəniş etmək və ödəniş vasitəsini seçmək hüququ pozulur. Qanunvericilikdə bu məsələ ilə bağlı cəza, cərimə nəzərdə tutulmur.

Bundan başqa, meydana çıxan problemlərdən biri də pos-terminallarla bağlıdır. Əksər vaxt pos-terminallardan istifadə olunmur. Sahibkar pos-terminalı quraşdırmaqdan imtina etsə də belə, qanunvericilikdə bununla bağlı ciddi cəzalar yaxud cərimələr tətbiq edilmir. Biznesin hazırlanmasında nağdsız hesablaşmalar olduqca vacibdir. Həm infrastruktur, həm ənənə, həm də vərdiş olaraq nağdsız hesablaşmalara hazır olmaq lazımdır. Etiraf etmək lazımdır ki, həm pos-terminalların sayı, həm də bank hesablarının sayında artımlar var. Amma bu artımlar yetərli deyil”.

“Nağdsız hesablaşma vətəndaş üçün daha təhlükəsizdir”

Mütəxəssisin sözlərinə görə, nağdsiz ödənişlər iqtisadiyyat üçün olduqca vacibdir:

“Bu, ilk növbədə vergidən yayınmağın qarşısının alınmasında,şəffaflığın artırılmasında, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsində mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, vərdişdir. Vətəndaşın öz vəsaitini banklarda, plastik kartlarda saxlamağa üstünlük verməsi onun itmə və oğurlanma riskini azaldır. Yəni vətəndaş üçün nağdsız hesablaşmalar daha təhlükəsizdir və plastik karta yüklənən vəsaitdən dünyanın istənilən nöqtəsində istifadə edə bilər”.

Gülşən RAUFQIZI

Comments are closed, but trackbacks and pingbacks are open.