Press "Enter" to skip to content

Neft emalı obyektlrind yanğın v partlayış hadislrinin ümumi sciyysi

40-dan 200°C-dək toplanan fraksiya-neftin qazolin fraksiyasıdır və C5H16-dan C11H24-ə qədər karbohidrogenlərə malikdir. Fraksiyanın sonradan distilləşməsi nəticəsində qazolindən təyyarə (40-dan 70°C-dək), avtomobil benzinləri (70-dən 120°C-dək) və s. alınır.

Neft Emalı Zavodunda maarifləndirmə tədbiri keçirildi – FOTO

Publika.az-a FHN-dən verilən məlumata görə, tədbirdə istehsalat müəssisələrində yanğın təhlükəsizliyinə dair tələblər və bu tələblərin təmin olunmasının vacibliyi barədə məlumat verilib, yanğın zamanı zəruri davranış qaydalarından danışılıb, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb. Həmçinin, adıçəkilən obyektdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Maarifləndirmə tədbirində ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularına aid edilən hovuzların, kəmərlərin, çənlərin və hidrantların daimi olaraq saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Sonrakı xəbər

Şavkat Mirziyoyev: “Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir”

Neft emalı obyektlrind yanğın v partlayış hadislrinin ümumi sciyysi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Heydər Əliyev adına neft emalı zavodunun 7 saylı istehsalatın 2 saylı əmtəə parkında 3 nömrəli “Köpük” çağırışı ilə “Çənlərdə neft və neft məhsullarının söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, təlimdə yanğın zamanı Heydər Əliyev adına neft emalı zavodunun texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini məşq etdirmək qarşıya məqsəd qoyulub. Təlimdə, həmçinin vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanması, yerləşdirilməsi və onların idarə olunması, əməliyyat sənədlərinin hazırlanması, yanğın zamanı rabitə və arxa sahənin təşkili, yanğın zamanı ilkin hərəkətlər məşq etdirilib. Döyüş əməliyyatlarının aparılması zamanı şəxsi heyətin texniki təhlükəsizlik qaydalarına riayət etməsi də diqqət mərkəzində duran vəzifələrdən olub.

Təlimdən əvvəl “Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə Təlimat”ın tələblərinə uyğun olaraq, əmtəə parkının ərazisində hər birinin həcmi 10 min kubmetr olan yeddi çənin, köpük generatorunun, ildırımötürücünün, nəfəsalma klapanı və soyutma borusu nasosxanasının, paylayıcı yarımstansiyanın, köpüklə söndürmə və su nasosxanasının, təsərrüfat məişət, istehsalat, sənaye leysan kanalizasiya xətlərinin və s. əməliyyat-taktiki xüsusiyyətləri öyrənilib. Mövcud rabitə vasitələrinin, su təchizatının vəziyyəti təhlil olunub, bu tip obyektlərdə baş verə biləcək yanğınların söndürülməsinin təşkili, şəxsi heyətin hazırlığı və təlimin maddi-texniki təchizatının təmin olunması ilə bağlı zəruri tədbirlər görülüb.

Təlimə cəlb olunmuş DYMX-nin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Neft Emalı Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə qurumlarının, Bakının Nizami, Sabunçu, Nərimanov, Xətai Rayon Dövlət Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri tərəfindən şərti yanğın tam ləğv edilib.

Sonda şəxsi heyətin yaranmış şəraiti düzgün dəyərləndirmək, həlledici istiqamətləri təyin etmək bacarığı qiymətləndirilib, peşə hazırlığının təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

Peşə vərdişlərinə yiyələnmək məqsədilə FHN-in Akademiyasında “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlar yanğın taktiki-təlimi müşahidə ediblər. Onlara “Çənlərdə neft və neft məhsullarının söndürülməsi” mövzusunda məlumat verilib.

Neft emalı obyektlrind yanğın v partlayış hadislrinin ümumi sciyysi

Neftdən böyük praktiki əhəmiyyətə malik müxtəlif məhsullar alınır. Əvvəlcədən neftdən həll olunmuş şəkildə qaz karbohidrogenlərini (əsasən metan), uçucu karbohidrogenləri, həll olmuş duzları, suyu ayırandan sonra nefti emal edirdilər.

Emal prosesinin son mərhələsi distillə, konversiya və təmizləmə qurğularından gələn axınları qarışdıraraq son məhsulun əldə olunmasıdır. Müxtəlif karbohidrogenlərin qarışığından hansı məhsulun əldə olunacağını əvvəlcədən planlaşdırmaq və prosesi izləmək üçün kompüterlərdən və başqa həssas qurğulardan istifadə olunur. Bu daha optimal qarışıqlar əldə etməyə kömək edir, eləcə də prosesə diqqətli nəzarət olunarsa, arzuolunmaz və baha başa gələn təkrar emal və təkrar qarışdırmaya ehtiyac qalmaz. Bu prosedur həm də son məhsulun keyfiyyətinə nəzarətə və emal müəssəsinin məhsul spesifikliyini nəzərə almağa kömək edir.

Ümumiyyətlə, sənayedə neftin 2 cür emalı: ilkin və təkrar emalı aparılır. Neftin ilkin emalı zamanı nefti uçucu karbohidrogenlərdən ayırıb, onu borulu peçdə qızdırıb, rektifikasiya kolonuna daxil edirlər. Bu zaman buxar halında olan karbohidrogenlər kolon boyu yuxarı qalxır və qaynama temperaturundan asılı olaraq müxtəlif hündürlükdə kondensləşir. Bu qayda ilə neftin ayrı-ayrı qarışıqlarını (fraksiyalarını) yığmaq olar. Neftin ilkin emalından alınan asas fraksiyalar aşağıdakılardır.

40-dan 200°C-dək toplanan fraksiya-neftin qazolin fraksiyasıdır və C5H16-dan C11H24-ə qədər karbohidrogenlərə malikdir. Fraksiyanın sonradan distilləşməsi nəticəsində qazolindən təyyarə (40-dan 70°C-dək), avtomobil benzinləri (70-dən 120°C-dək) və s. alınır.

Avtomobil benzinləri neftayırma zavodunun istehsal etdiyi məhsulun yarısını təşkil edir. Bütün avtomobil yanacaqlarının tərkibi əsasən eyni olsa da, onların əhəmiyyətli fərqləridə var. Benzin emal olunmuş karbohidrogen axınlarının qarşığından və qatıqlar əlavə etməklə müxtəlif yollarla istehsal olunur.

Əsasən benzin neft qurğularının üst təbəqələrində toplanan yüngül maddələrin qarşığımndan alınır. Onlar 3 əsas keyfiyyət fərqi nəzərə alınmaqla qarışdırılır. Uçma yaxud buxarlanma qabiliyyəti (mühərriki işə salmağa kömək edən qabiliyyət), təmiz yanma və oktanlılıq (yanma qabiliyyətinin göstəricisi). Kimyəvi qatqılar mühərrikdə çöküntülərin qalmasının, karbüratorun donmasının və başqa potensial problemlərin qarşısını almaq üçündür. Yanacağın su və başqa kənar maddələrdən azad olması da olduqca vacibdir. Qeyd etmək lazımdır ki, avtobenzinlər A-72, A-76, Ai-93, Ai-95, Ai-98 markalarda buraxılır.
Avtomobil benzinləri 2 növdə buraxılır: yay və qış benzinləri. Qeyd etmıək lazımdır ki, qış vaxt, maşının tez işə düşməsi üçün yararlı olan yaxşı buxarlanma qabiliyyəti, yay vaxtı isə buxar tıxacı və tez qızma problemi yarada bilər. Bu emal müəssisələrinin benzin qarışıqlarını mövsümlərə və müxtəlif coğrafi zonalara görə uyğunlaşdırılmasının səbəblərindən biridir.

Aviasiya benzini-kiçik kommersiya təyyarələrində yanacaq kimi təmizlənmiş kerosin istifadə olunur. O konversiya qurğularından çıxan karbohidrogen birləşmələri ilə qarışdıqdan sonra daha yaxşı yanma qabiliyyəti qazanmaq və tüstüyə səbəb ola biləcək aromatik birləşmələrdən təmizlənmək üçün emal edilə bilər. Hərbi təyyarələrdə işlədilən maye yanacağın tərkibində həm də yaxşı emal olunmuş ağ neft və distillə edilmiş başqa yüngül maddələr ola bilər.

Daxiliyanma mühərrikləri üçün istifadə olunan aviasiya benzini və alkoloidli yanacaq, eləcədə avtomobil benzinindəkindən qat-qat yuxarı olan oktanlılıq və buxarlanma standartlarına uyğun gəlmək üçün müəyyən ağ neft fraksiyalarından ibarət olur. Qeyd etmək lazımdır ki, təyyarə benzinləri B-100/130, B-85/130, B91/115, B-70 markalarda buraxılır.

Qaynama temperaturu 180-300°C olan kerosin fraksiyasına C12H26-dən, C18H38-ə qədər olan karbohidrogenlər daxildir. Kerosin təmizləndikdən sonra ondan traktorlar, reaktiv təyyarələr və raketlər üçün olan yanacaq kimi istifadə edilir. Sonrakı fraksiyadan (275°C-dən yuxarı) qazol-dizel yanacağı alırlar. Qeyd etmək lazımdır ki, dizel mühərrikləri üçün yanacaq orta distillə olunmuş maddələrin qarışığından alınır. Mextəlif keyfiyyətləri, o cümlədən tərkibindəki setanın miqdarını artırmaq üçün qatqılardan istifadə olunur. Dizel yanacağında setanın miqdarı yanacağın dizel mühərrikinin silindrdə təzyiq və temperaturun təsiri ilə sponton yanma qabiliyyətini tənzimləyir.

İlkin dizel yanacağı daha çox buxarlanma qabiliyyətli yanacaq növüdür və avtomobillərdə, avtobuslarda, yük maşınlarında və kiçik gəmi mühərriklərində istifadə olunur. «Dəmiryol dizel yanacağı» lokomotivlər və orta ölçülü gəmilər və stasionar mühərriklərin işləməsi üçün istifadə olunur. Daha ağır olan «dəniz dizel yanacağı» isə böyük mühərriklər üçündür. Neftin distilləsindən sonra qalıqdamazutda çoxlu sada karbon atomları olan karbohgidrogenlər olur.

Ümumiyyətlə, mazut neftin ağır fraksiyaları ilə distillə olunmuş daha yüngül maddələrin qarşığından alınır. Yüngül maddələr yanma qabiliyyətini artırmaq üçün və məhsulu nasos ilə axıdılacaq şəklə salmaq üçün qarışdırılır. Sənayedə və elektrik enerjisinin istehsalı üçün, eləcə də bəzi gəmilərdə yanacaq əvəzinə istifadə olunan bu maddə neftayırma müəssisələrinin istehsal gücünün 7-8%-i təşkil edir. İnkişaf etmiş kommersiya avadanlığına malik bəzi zavodlarda isə, ümumiyyətlə, mazut istehsal etmirlər.

Mazutun aşağı təzyiqdə (vakuumda) distilləsindən sürtkü yağları, salyar yağları, dizel yanacağı və s. istehsal olunur. Mazutun distilləsindən sonra qara kütlə qudron qalır. Bəzi növ neftlərin mazutundan vazelin və parafin alınır. Vazelin maye və bərk karbohidrogenlərin qarşığından ibarət olub, tibbdə işlədilir. Onun tərkibində aramatik karbohidrogenlərin olması məqsədə uyğun deyil.

Parafin (bərk karbohidrogenlərin qarşığı) adi kibrit və şam istehsalında istifadə olunur. Qudron yolların salınmasında geniş tətbiq olunur. Qeyd etmək lazımdır ki, neftdən eyni zamanda xüsusi keyfiyyətli məhsullar da istehsal edilir. Xüsusi keyfiyyətli məhsullar müxtəlif neft fraksiyalarının istənilən xüsusiyyətləri qazandıqdan sonra alınan kiçik həcmli, qiymətli maddələrdir. Bir xüsusi keyfiyyətli məhsulun istehsalı zamanı digərləri də əlavə məhsul kimi istehsal oluna bilər; məsələn, sürtkü yağlarının istehsalı zamanı xammaldan ayrılan parafin və aromatik birləşmələri sonra emal edərək qiymətli məhsul əldə etmək olar.

Sürtkü yağlarına – motor yağları, avtomatik transmissiya mayeləri, aviasiya yağları və başqa maşın sürtkü yağı növləri daxildir. Xüsusi qatqıların köməyi ilə yağlar maşın hissələrinin davamlılığını və paslanmaya qarşı müqavimətini artırır. Emal yağları bəzi metalların (məsələn: rezin, dəri və s.) emalı üçün istifadə olunur, yaxud da avadanlığın müxtəlif hissələrində sürtkü yağı kimi deyil, başqa məqsədlər üçün istifadə olunur (transformator yağı, başqa qızdırıcı yağlar kimi ).

Ağ yağlar qida avadanlığında sürtkü üçün, əczaçılıqda və başqa yağın təmizliyinin əsas şərt olduğu sahələrdə istifadə edilən yüksək rafinə olunmuş yağlardır (məsələn, mineral yağları). Həlledicilər-ağ neft, yenidən qurulmuş karbohidrogen atomları və sürtkü yağı xammalından əmələ gələn maddələrdir. Onların tərkibindəki benzol və ya toluol neftkimya müəssisələrində xammal və yarımfabrikat materialları kimi, yaxud tam hazır məhsul kimi-rəng həlledicilər və quru təmizləmə mayeləri kimi istifadə olunur.

Sürtkü-sənaye və maşın sürtkülərinin saysız-hesabsız növləri, maşın yağı ilə yağla qarışmaan maddələrin (bəzən sabun) qarışığıdır. Sürtkü böyük çənlərdə neft və yağlı turşuların qələvilərlə qarışığından alınır. Ümumiyyətlə, emal müəssisələrində istehsal edilən karbohidrogenlərin 6%-ə qədəri kimya zavodlarına xammal kimi istifadə olunmaq üçün göndərilir.

Ötən əsrin son on illiklərində emal edilmiş neft məhsullarına tələbat ildən-ilə artır. Belə ki, 1960-cı ildə, 877,9 mnl. Ton, 1970-ci ildə 1849,1 mln. ton,1975-ci ildə 2050,1 mln.ton neft emal olunmuşdursa, XXI əsrin əvvəllərində bu göstərici 4 mlrd.ton civarındadır. Neft məhsullarına tələbat hər il orta hesabla 2-3% artır.

Comments are closed, but trackbacks and pingbacks are open.