Press "Enter" to skip to content

Neft mdn avadanlıqları

“Bakı Neft-Mədən Avadanlıqları” ASC 2019-cu il üzrə maliyyə vəziyyətini açıqlayıb.

Pilləkənlər və meydançalar

1.5.42. Marş pilləkənlərinin mailliyi 60 0 -dən çox (rezervuarlarda 50 0 -dən çox) olmamalı, adi pilləkənlərin eni 0,65 m- dən, ağırlıq daşınan pilləkənlərin isə–1 m-dən az olmamalıdır. Pillələr arasındakı hündürlük üzrə məsafə 0,25 m-dən çox olmamalıdır. Pillələrin içəriyə doğru mailliyi 2-5 0 olmalıdır. Pillələrin hər iki tərəfinin, hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyələri olmalıdır. Pilləkənlərin hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri olmalıdır.

vk.com/club152685050 | vk.com/id446425943 1.5.43. Marş pilləkənlərinin orta tamasası olmaqla iki tərəfli 1 m hündürlüklü məhəccəri olmalıdır. Dirəklər arasındakı məsafə 2 m-dən çox olmamalıdır. 1.5.44. Marş pilləkənlərinin quruluşu, üstündə hərəkət edərkən onun əyilməsini və yerdəyişməsini istisna etməli və 2000N (200 kq) yükə davam gətirməlidir. 1.5.45. Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m- dən az olmamalı, radiusu 0,35-0,40 m olan qoruyucu qövsləri olmalı və onlar da öz növbəsində qoruyucu zolaqlarla bərkidilməlidir. Qövslər arasındakı məsafə 0,80 m-dən çox olmamalıdır. Qövsün pillələrdən ən aralı nöqtəsi 0,70-0,80 m həddində olmalıdır. Nərdivanlar şaqul üzrə bir-birindən 6 m-dən çox olmayan məsafədə quraşdırılmış aralıq meydançalarla təmin edilməlidir. Tunel tipli söykəmə nərdivanların pillələri arasındakı məsafə 0,35 m-dən çox, eni isə 0,6 m-dən az olmamalıdır. 1.5.46. Tunel tipli nərdivanlar və pilləkənlər 2500 N (250kq) yükə davam gətirməlidir. 1.5.47. Tunel tipli nərdivanların və pilləkənlərin yan hissələri (tetiva), keçid meydançasına çıxış yerində onun üzərində 1m hündürlüyündə məhəccərlə qurtarmalıdır. Məhəccərlər meydançaya tərəf əyilməli və ona möhkəm bərkidilməlidir. 1.5.48. Hündürlükdə yerləşən işçi meydançaların döşəmə səthi sürüşməni istisna edən metal təbəqədən və ya qalınlığı 40mm-dən az olmayan taxtadan olmalı, hündürlüyü 1,25 m olan (bir-birindən 0,40 m-dən çox olmayan məsafədə yerləşən uzununa tamasalı) məhəccəri, döşəmədən 1 sm-dən çox olmayan hündürlükdə yerləşən hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyəsi (bortu) olmalıdır. 1.5.49. Keçid meydançaları pilləkənlərə sərbəst keçməyi təmin etməlidir. Onların sürüşməni istisna və atmosfer çökün-

vk.com/club152685050 | vk.com/id446425943 tülərinin axıb getməsini təmin edən metal döşəmələri olmalıdır. 1.5.50. 1 m-dən çox olmayan hündürlükdə yerləşən meydançaların hündürlüyü 1 m olan məhəccərli çəpəri olmalıdır. Məhəccərlərin dayaqları arasındakı məsafə 2 m-dən

çox olmamalıdır. Dayaqlar, aralarındakı məsafə 0,4 m olan
üfqi tamasalarla bir-birinə birləşdirilməlidir.

Meydançanın çəpərinin 0,15 m-dən az olmayan və döşəmədən 1 sm-ə qədər hündürlükdə yerləşən yan haşiyəsi olmalıdır. 1.5.51. Meydançalar və pilləkənlər müntəzəm olaraq qardan, buzdan və çirkdən təmizlənməlidir. 1.5.52. Yanğın və partlayış təhlükəli obyektlərdə (neftin hazırlanması qurğularında, rezervuar parklarında və s.) taxta döşəməli meydançalardan istifadə etmək qadağandır. 1.5.53. Işçinin (xidmət üçün) 0,75 m-ə qədər hündürlüyə qalxması tələb olunan obyektlər (yerlər) pillələrlə, 0,75-dən artıq hündürlükdə isə məhəccərli pilləkənlərlə təchiz edilməlidir.

Daxiliyanma mühərrikləri

1.5.54. Daxiliyanma mühərrikinin işlənmiş qazlar sistemi işlənmiş qazların quyu ağzından 15m-dən az olmayan, intiqal blokunun yan örtüyündən 5m-dən az olmayan (işlənmiş qazlar boru xətti üfqi qoyularsa) və intiqal bloku damının səthindən 1,5m-dən az olmayan hündürlüyə (işlənmiş qazlar boru xətti şaquli qoyularsa) çıxarılmasını nəzərdə tutmalıdır (əgər blok örtüyü yanan materialdan hazırlanmışdırsa). 1.5.55. Işlənmiş qazlar boru xətti qığılcımyağtutanla təchiz olunmalı və buruqdakı iş yerlərinə bu qazların daxil olmasını istisna etməlidir.

Neft mdn avadanlıqları

“Bakı Neft-Mədən Avadanlıqları” ASC 2019-cu il üzrə maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki, ASC 2019-cu ili 197,7 min manat (1,5% və ya 3 min manat) xalis mənfəətlə başa vurub.

“Bakı Neft-Mədən Avadanlıqları”nın əsas əməliyyat gəlirləri 1 milyon 835,7 min manat (1,9% və ya 35,6 min manat artım), əməliyyat xərcləri 1 milyon 588 min manat (2,4% və ya 39,3 min manat azalma) təşkil edib.

Şirkət ötən il əməliyyat mənfəəti 247,1 min manat (1,5% və ya 3,7 min manat artım) olub.

Nəhayət, şirkət 49,4 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 197,7 min manat mənfəətlə başa vurub.

2019-cu ilin sonunda “Bakı Neft-Mədən Avadanlıqları”ın cəmi aktivləri 1 milyon 264 min manat (13% və ya 188,5 min manat), cəmi kapitalı 1 milyon 200,3 min manat (0,7% və ya 7,9 min manat azalma),cəmi öhdəliklər 63,7 min manat (3,8 dəfə və ya 180,5 min manat azalma) olub.

Şirkətin cəmi öhdəliklərinin bu qədər azalmasının əsas səbəbi dividendlər üzrə təsisçilərə olan borclarının 157,5 min manat ödəməsidir. Şirkətin dividendlər üzrə təsisçilərə olan borcları 2018-ci ildə 168,9 min manat, 2019-cu ildə 63,7 min manat olub. Şirkətin dividendlər üzrə təsisçilərə olan borcu 93,3% azalıb.

  • hesabat
  • maliyyə
  • vəziyyət
  • “Bakı Neft-Mədən Avadanlıqları” ASC

Neftyığılan, Nəql Edən Mühəndis Qurğuları Və Avadanlıqları

Dərslikdə neftyığılan və neftsaxlayan terminalların növləri, onların hidravliki və statiki hesablanması, neft boru kəmərlərinin layihələndirilməsi verilmişdir. Relyefdən asılı olmayaraq rast gəlinən ərazilərdən boru kəmərləri trassasının keçirilməsi şərtləri inşaat normaları və qaydaları əsasında müəyyən edilmiş, yerüstü və yeraltı, fəza boru kəmərlərinin möhkəmliyə və dayanıqlığa hesablanması geniş şərh edilmişdir. Neft sənayesində tətbiq olunan hidravliki maşınların tipləri, tətbiq sahələri, nasosun işçi çarxının yonulma dərəcəsinin müəyyən edilməsi öz həllini tapmışdır. Qazın sıxılma və nəqlolunma prosesləri üçün kompressorların hesabi göstəricilərinin təyin olunma metodikaları izahlı olaraq verilmişdir.

Dərslikdən T 37.01.00 – «Dəniz neft-qaz hidrotexniki qurğuları tikintisi» ixtisası üzrə təhsil alan tələbələr, eləcə də elmi – tədqiqat və layihə institutlarında çalışan mütəxəssislər istifadə edə bilərlər.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.