Press "Enter" to skip to content

Neft təsərrüfatı jurnalı

Cədvəl 4-dən görünür ki, 2006-cı ildən başlayaraq, zavodda 11 qudronun emalından 0.398-0.457 t

Neft təsərrüfatı jurnalı

1898-ci ildə Bakı Neft Sənayeçiləri Qurultayları Şurası ilk nəşrini – “Neftyanoe Delo” (“Neft işi”) qəzet-jurnalını təsis etdi. Mətbu orqanın ilk sayı rus dilində 1899-cu il yanvarın 10-da işıq üzü gördü. Beləliklə, bu jurnal nəinki Bakıda, bütövlükdə dünyada neft sənayesinin nailiyyətləri və problemlərini işıqlandıran ilk sahə mətbu orqan oldu.

Azərbaycanda sovet hakimiyyəti qurulanadək jurnal ayda iki dəfə nəşr edilirdi. “Neft işi” (Nİ) jurnalının ilk sayında dərc olunan “Redaksiyadan” adlı müraciətdə qeyd olunurdu ki, bu nəşr bütövlükdə neft sənayesinin problemlərini və ehtiyaclarını, habelə bu və ya digər şəkildə onunla bağlı olan məsələləri əks etdirəcək, neft hasilatı, neft və neft məhsullarının sərf olunması və paylanması, həmçinin neftayırma zavodlarının işi barədə məlumatları dərc edəcək. Habelə neft hasilatının və emalının texniki və iqtisadi tərəflərinə, onun nəqlinə, saxlanmasına və satışına, neft sənayesinin buxar gəmiçiliyi ilə əlaqələrinə, Rusiya (Bakı) və xarici neft bazalarının vəziyyətinin təhlilinə də geniş yer ayrılırdı.

Nİ aparıcı mütəxəssislərin və mədən mühəndislərinin elmi məqalələr toplusuna, bir növ neft sorğu kitabçasına çevrilmişdi. Qəzet-jurnalın ilk saylarından birində Rusiya neft sənayesinə xarici sərmayə qoyuluşu barədə əhatəli analitik məqalə dərc olunmuşdu.

Qəzet-jurnalın səhifələrində sırf neft-qaz sahəsindəki elmi və iqtisadi problemlərlə yanaşı, Rusiyada (o cümlədən Azərbaycanda) və xaricdə neft-mədən geologiyası məsələlərinə, Qafqazda və Abşeronda neft ehtiyatlarının vəziyyətinə, habelə Volqaboyu, Sibir və Uzaq Şərqdə yeni neft rayonlarının mənimsənilməsinin perspektivlərinə xüsusi diqqət yetirilirdi.

Burada müntəzəm olaraq Bakı Neft Sənayeçiləri Qurultaylarının stenoqrafik hesabatları, habelə ildə bir dəfə Rusiya imperiyasının neft sənayesinin əsas aparıcı gücü kimi “Bakı neft sənayesinin xülasələri” dərc olunurdu. Dünyada neft işinin tarixini öyrənən xarici mütəxəssislərin əksəriyyətinin etiraf etdiyinə görə, məhz Neft Sənayeçiləri Qurultaylarının Bakı nəşrinin (“Neft işi” və “Bakı neft sənayesinin xülasələri”) nümunəsi əsas götürülərək gələcəkdə dünyanın bir çox ölkələrində neft statistikasının hazırlanması və işlənməsi prinsipləri müəyyənləşdirilmişdir.

Maraqlıdır ki, jurnalın ayrı-ayrı bölmələrində Bakı Neft Sənayeçiləri qurultaylarında sosial məsələlərin həllinə xüsusi diqqət yetirilirdi. Həmin bölmələrdə “mədən və zavod rayonlarının hüdudları çərçivəsində daxili məsələləri, o cümlədən fəhlələrin və bütövlükdə qulluqçuların həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə və sanitar işinin təşkili, ölüm halları və ya şikəst olduqda fəhlələrin sığortası, nəqliyyat işinin nizamlanması, habelə su təchizatı, ümumtəhsil məktəblərinin, qiraətxanalarının, kitabxanaların yaradılması” məsələləri əks olunurdu.

Qafqazdakı neft nəşrinin özünəməxsusluğu, elm aləmində populyarlığının durmadan artması onun Xəzər regionunun sərhədlərindən kənarda yayılmasına imkan verdi. 1900-cü ildə bu mətbu nəşrin artıq Londonda müxbir bürosu vardı. 1910-cu ildə Rusiyanın bütün iri şəhərlərində abunə məntəqələri fəaliyyət göstərirdi, bir çox yerli və xarici dövri neft nəşrlərilə jurnal mübadiləsi həyata keçirilirdi.

“Neft işi” jurnalında neft sənayesinin əsasını qoyan görkəmli mütəxəssislərin məqalələri çap olunurdu.

Məhz bu jurnalda Peterburqda (1898-ci il) və Bakıda (1904-cü il) təsis olunan və bugünkü ictimaiyyətə az məlum olan Rusiya Nobel mükafatları haqqında tam və dolğun informasiya dərc edilmişdir. Xatırlatmaq yerinə düşərdi ki, Peterburqda təsis edilən, metallurgiya və neft sənayesi sahəsində ən yaxşı tədqiqatlara görə verilən Lüdviq Nobel adına mükafat üç dəfə – 1896, 1898 və 1905-ci illərdə təqdim edilmişdir. Amma Bakıda təsis edilən və neft işi sahəsində ən yaxşı əsərlərə və ixtiralara görə verilən Emanuil Nobel adına mükafat isə dörd dəfə – 1909, 1910, 1911 və 1914-cü illərdə təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, Bakıda verilən mükafat beynəlxalq mükafat hesab olunurdu. Belə ki, mükafatın Nizamnaməsinin 2-ci paraqrafında “həm Rusiya, həm də xarici təbəələr mükafata namizəd ola bilərlər” qeyd olunurdu.

1917-ci il Oktyabr inqilabından sonra “Neft işi” jurnalı Rusiya imperiyasında nəşr olunan əksər jurnallar kimi 1918-ci ilin may ayında bolşeviklərin Xalq Komissarları Bakı Sovetinin qərarına əsasən bağlandı.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin sentyabr ayında jurnalın nəşrini bərpa etdi. 1920-ci ilin martında jurnalın əvvəlki adı ilə son nömrəsi çıxdı.

1920-ci ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Şurasının sərəncamı ilə “Neft işi” jurnalının adı dəyişdirilərək “Azərbaycan neft təsərrüfatı” (ANT) adı altında işıq üzü görür.

Bu gün jurnalda üç dildə Azərbaycan, rus və ingiliscə materiallar dərc olunur. Sahə üzrə ən qocaman mətbu orqan olan bu jurnal böyük nüfuz qazanaraq, nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda da, yüksək peşəkarlıqlı elmi-texniki və istehsalat informasiya mənbəyi kimi tanınmışdır. Fəaliyyətinin bütün dövrü ərzində jurnal öz səhifələrində olduqca sanballı materiallar toplamış, özünəməxsus kiçik bir ensiklopediya rolunu oynamışdır.

Neft sənayesi sahəsində texniki tərəqqinin çoxsaylı başlıca prioritetlərini əks etdirən materialların dərc olunması məhz ANT jurnalına məxsusdur. Jurnalın müəllif kollektivini neft sənayesi və ona yaxın sahələrdə öz intellektual potensialını sərf edən milli və xarici mütəxəssislər, mühəndis və alimlər təşkil edir.

Jurnal neft sahəsi üçün çoxsaylı, tanınmış, yüksəkixtisaslı kadrlar nəslinin yetişdirilməsində də böyük rol oynayır.

Fəaliyyətə başladığı dövrdən indiyədək jurnalın səhifələrində tanınmış alimlər, mütəxəssislər və istehsalat rəhbərlərinin çoxsaylı elmi-texniki məqalələri dərc olunmuşdur.

Jurnala milli neft sənayesinin fəxri sayılan baş redaktorların böyük bir pleyadası rəhbərlik etmişdir. Bunlardan İ.M.Əsədovu, Ə.C.Əmirovu, M.K.Seyid-Rzanı, A.X.Mirzəcanzadəni və başqalarını göstərmək lazımdır. Müxtəlif vaxtlarda akademiklərdən İ.M.Qubkin, Y.H.Məmmədəliyev redaksiya heyətinin üzvləri olmuşlar.

Bu gün redaksiyanın kollektivi neft sənayesinin aparıcı alim və mütəxəssislərindən ibarət redaksiya heyəti ilə birlikdə jurnalın elmi-texniki səviyyəsini, istiqamətini bundan sonra da qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün müəllif aktivi ilə böyük və səmərəli iş aparır.

Jurnal Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bütün müəssisə və təşkilatlarına, sahə elmi-tədqiqat və layihə institutlarına, ali məktəblərə, müştərək müəssisələrə, xarici şirkət və firmalara, eləcə də xarici ölkələrə abunə yazılışı yolu ilə və internet vasitəsilə yayımlanır.

“Azərbaycan neft təsərrüfatı” jurnalının baş redaktoru, akademik

Neft təsərrüfatı jurnalı

“Azərbaycan Neft Təsərrüfatı” jurnalı hakkındaki bilgiler kataloğumuza başkaları tarafından eklenmiştir. İçerik ve link kontrol edilmemiştir.

Azeri Net sadece içerik sağlayıcısıdır. Kataloğumuza site eklemek ücretsizdir. İsteyen sitesini ekleyebilir.

Eklenen siteler yayınlanmadan önce onay beklemktedir. Yöneticiler tarafından onaylanan siteler katalogda yayınlanmaktadır.

Azeri Net katalog reklam kabul etmektedir. Eğer siz de site içeriğinde veya sağ tarafta site linkinizin görünmesini istiyorsanız lütfen bizimle irtibata geçiniz.

Kataloga eklenen sitelerin içeriklerinden kesinlikle sorumluluk kabul etmiyoruz. Tüm hukuki sorumluluk siteleri ekleyenlerdedir. Hukuk mercilerinden bilgi istenmesi durumunda bilgiler verilecektir.

Azerbaycan Eğlence ve Bilgi Poratlı Azeri Net haber, chat, forum, dizin ve diğer bir çok portalı ile hizmetinizdedir.

  1. Oyunlar www.oyun.az
  2. Fıkralar
  3. Nismo Pro Service
  4. Burada sizin link olsun 10AZN
  5. Burada sizin link olsun 10AZN

Azərbaycan neft təsərrüfatı

“Azərbaycan neft təsərrüfatı”.-2015.-№1.-S.50-57.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin neft emal kompleksində

texnologiyanın modernləşdirilməsinın bəzi məsələləri

B.S. Xıdırov, N.Q. Babayev

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti.

“Xatirimdədir, о vaxt, 1976-cı ildə mən Azərbaycan sənayesinin inkişafı üçün Moskvadan böyük bir

qərar almağa, nail oldum. O, sənayenin bütün sahələrini əhatə edirdi. Biz onu müzakirə edəndə mən öz

nitqimdə bir neçə söz dedim.Dedim ki, biz bu proqramı yerinə yetirəndən sonra Azərbaycanda yüz illərdən bəri

Qara şəhər adlanan şəhər ağaracaq, təmizlənəcək burada gül-çiçək əkiləcək və bu, Azərbaycanın gözəl bir

güşəsinə çevriləcəkdir. Mən bu sözləri 1976-cı ildə demişəm. İndi mən xoşbəxtəm. Ona görə xoşbəxtəm ki,

görürsünüz, 24, 25 il bundan öncə mənim qoyduğum səylər, həyata keçirdiyim tədbirlər öz nəticəsini verib və

bəyan etdiyim sözlərin hamısı indi həqiqətə çevrilib, bu günün reallığıdır. ” Heydər Əliyev, 03 noyabr 2000-ci

Məqalədə «Əsrin müqaviləsi»nin imzalanması ərəfəsində ümummilli liderimiz Heydar Əliyevin 1994-

cü ilin 17 sentyabr ayında «Azərneftyanacaq» NEZ-da neftayıranlar ilə görüşü zamanı söylədiyi tövsiyələri

sahənin gələcək inkişafı üçün fəaliyyət proqramı kimi qəbul edilmişdir. Bununla əlaqədar ölkəmizin neft emalı

kompleksini daha da inkişaf etdirmək məqsədilə son 20 ildə aparılmış yeni qurğuların inşası bəzi mövcud

qurğuların modernləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi və bunların bütövlükdə neft emalı

kompleksinin texniki-iqtisadi göstəricilərinə təsiri məsələlərinə baxılır.

Açar sözlər: emal kompleksi, neft emalı zavodları, katalitik krekinq qurğusu, əmtəəlik benzin, neft

məhsulları, istilik enerjisi, infrastrukturun təkmilləşdirilməsi.

Ölkəmizin neft emalı kompleksinə aid müəssisələrinin 1980-ci illərin sonlarında nəinki təkcə bizim

respublikanın, hətta keçmiş Sovetlər İttifaqının iqtisadi potensialının artırılmasında əhəmiyyətli rolu olub.

Həmin dövrdə ittifaq miqyasında emal edilən neftin 4.4 %-nin burada emal olunmasına baxmayaraq, sahə bir

çox göstəricilərinə görə keçmiş ittifaqın neft emalı sənayesini qabaqlayırdı. Belə ki, respublikanın neft emalı

zavodlarında (NEZ) katalitik krekinq və kokslaşdırma qurğularınin-neftin emalına nisbətən gücləri 2.2-3.6 dəfə

çox olub. İttifaq miqyasında istehsal edilən məhsullardan B-91/115 növündən olan təyyarə benzinlərinin 21.2,

etil mayesiz Aİ-93 növündən olan avtomobil benzinlərinin 50.3, neft koksunun 16, transformator yağlarının

38.5 və bütün sürtki yağların 13.9 %-i Bakı NEZ-lərində istehsal edilirdi. Bütün bunlar ulu öndər Heydər

Əliyevin birinci dəfə respublikamıza rəhbərliyi zamanı onun şəxsi təşəbbüsü ilə inşa edilib müvəffəqiyyətlə

fəaliyyətdə olan və hər birinin illik məhsuldarlığı 6.0 mln t olan iki neftin ilkin emalı, məhsuldarlığı1.0 mln t

olan katalitik riforminq, 1.5 mln. t olan qudronun kokslaşdırılması, yağların istehsalı üçün hər birinin

məhsuldarlığı 280-300 min t olan iki parafinsizləşdirmə və məhsuldarlığı 1.0 mln. t olan hidrogenlə təmizləmə

qurğularının istismarı hesabına əldə edilmişdir. 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması ilə

əvvəlki iqtisadi əlaqələrin pozulması respublika sənayesinin digər sahələrində olduğu kimi neft email

kompleksinin işinə də ciddi mənfı təsir göstərdi. Çünki о zaman Bakı zavodlarında emal olunan neftlərin 25 %-

ni Rusiyadan və Qazaxıstandan daxil olan neftlər təşkil edirdi. 1993-cü ildən həmin kənar neftlərin əvvəlki

əlaqələrə əsasən ölkəmizə gətirilməsi tamamilə dayandırıldı. Bundan başqa, həmin ildə 1990-cı ilə nisbətən

respublikamızda neft hasılatı 18 %-ə yaxın azaldı. Nəticədə az vaxt ərzində zavodlarda neft emalı həcmi 39 %

qurğularının gücündən istifadə 43 %, avtomobil benzinləri istehsalı 28 %, kerosin və

dizel yanacaqları istehsalı 39.4 % və sürtki yağları istehsalı isə 3.9 dəfə azaldı. Zavodlarda aşağı qiymətlə satışa

göndərilən soba mazutunun istehsalı 49.4 %, neftin emal dərinliyi isə 47.3 %-ə yaxın təşkil etdi.

1990-cı illərin əvvəllərində Azərbaycan neft emalı sənayesinin kompleks şəkildə yenidən qurulması

məqsədilə Bakı neft emalı zavodunda (BNEZ) 1970-ci illərdən tikintisi yarımcıq qalmış Q-43-107 tipli müasir

katalitik krekinq qurğusunun inşasını başa çatdırmaq üçün müəyyən işlər aparılırdı. 1993-cü ildə Heydər Əliyev

ikinci dəfə respublikaya rəhbərliyə başladıqdan sonra qurğuda işlər sürətləndi və həmin ilin sentyabr ayında

qurğu müvəffəqiyyətlə istismara verildi. 1994-cü ildə, yəni qurğunun istismarının birinci ilində 50 %

məhsuldarlıqla işləməsinə baxmayaraq, onun əsas məhsulu olan yüksəkoktanlı benzin kamponentinin çıxımı

əvvəlki qurğularla nisbətdə 8-10 % artdı və istifadə edilən bahalı katalizatorun sərfi

Açıq rəngli məhsullarin çıxımı, %

Məhsul istehsalına reagent sərfi, %

İstehsal olunmuş məhsulların maya dəyəri, %

Qeyd. Modernləşmədən əvvəlki göstəricilər şərti olaraq 100 % qəbul edilib.

isə 3-4 dəfə azaldı. Bu və digər üstünlüklər nəticəsində zavodda istehsal olunmuş benzin komponentinin maya

dəyəri 19 % azalmış və əmtəəlik Aİ-92 benzinin həcmi iki dəfə artmışdır.

Ölkəmizin neft hasilatı sahəsində yaranan problemlər tam aydınlaşdıqdan sonra ulu öndər Heydər

Əliyev neft emalındakı vəziyyətlə yaxından tanış olmaq məqsədilə “Əsrin müqaviləsi”nin imzalanması

ərəfəsində 1994-cü ilin sentyabrın 17-də hazırda onun adını daşıyan BNEZ-ə görüşə gəldi. Zavodun idarə

həyətinin ərazisinə toplanmış neftayıranların nümayəndələri və görüşə dəvət olunmuş qonaqlarla qısa

tanışlıqdan sonra, əvvəllər onun rəhbərliyi ilə tikilib istismara verilmiş qurğuların işi ilə maraqlandı, ilkin emal,

katalitik riforminq və katalitik krekinq qurğularında çalışan əməkçilərlə görüşdü. Həmin görüşlər zamanı bu

qurğuların tikintisinin çox çətinliklə baş tutduğunu iştirakçıların nəzərinə çatdıraraq onların istismarının daha da

yaxşılaşdırılması üçün öz tövsiyələrini verdi. ED-AVT-6 ilkin emal qurğusu ərazisində burada toplanmış

neftayıranlara müraciət edərək Heydər Əliyev dedi: “Xatırlayıram ki, bu qurğu 1976-cı ilin oktyabrında

istifadəyə verilib. О vaxt biz burada böyük bir mitinq də keçirdik. Demək bu qurğu 18 ildir ki, işləyir. Mən də

sizinlə, Azərbaycanın neftçiləri, zəhmətkeş adamları, vətənpərvər insanları ilə fəxr edirəm. Doğrudur, belə

qurğuların inşası, avadanlıq gətirilməsi, layihələrin hazırlanması üçün mən çalışmışam. Amma bütün bunlar

sizin əllərinizlə yaradılıb. Ona görə mən də sizinlə fəxr edirəm, çünki xalqımız belə böyük işləri görməyə

qadirdir. Xalqımızin içərisində əməksevər, vətəninə sadiq adamlar çoxdur və onlar xalqın böyük əksəriyyətini

təşkil edirlər. Mən sizi görəndə sevinirəm, ürəyim dağa dönür. Düşünürəm ki, çəkdiyim zəhmət əbəs deyil,

Heydər Əliyevin zavoda gəlişindən ruhlanan neftayıranlar onun tövsiyələrini gələcək inkişaf üçün

proqram kimi qəbul edərək NEZ-lərdə irimiqyaslı tədbirlər görüldü. Belə ki, BNEZ-in əməkçiləri ilk növbədə

istismara başladığı vaxtdan layihə qüsurları ilə işləyən və müəssisənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət

kəsb edən ED-AVT-6 qurğusunun modernləşdirilməsinə başladılar. Bunun üçün qurğunun 20 il ərzində

istismarı nəticəsində köhnəlmiş əsas texnoloji avadanlıqların dəyişdirilməsi üçün, yeni avadanlıqların, nəzarət-

ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin alınması məqsədilə Almaniyanın “Qrimma” firması və

qurğunun vakuum bölməsınin təkmilləşdirilməsi üçün isə İtaliyanın “Qlitç” fırması ilə müqavilələr bağlandı.

1996-1998-ci illərdə zavodun əməkdaşları həmin müqavilələrdə nəzərdə

müvəffəqiyyətlə başa çatdıraraq qurğunun köhnəlmiş əsas avadanlıqları yenisi ilə və vakuum bölməsində

«boşqab» adlanan hissələr çox əhəmiyyətli paket halında müasir «boşqablar» ilə əvəz olundu. Daha sonra həmin

qurğunun vakuum bölməsinin səmərəliyini daha da yaxşılaşdırmaq məqsədilə 1999-cu ildə Rusiyanın “NPT.

Corp. LTD” fırması ilə növbəti müqavilə bağlandı. Bu müqaviləyə uyğun olaraq qurğunun vakuum blokunda

“vakuum hidrosirkulyasiya” aqreqatı əsasında vakuum sistemi təkmilləşdirildi. О dövrün məlumatlarına əsasən

aparılmış hesablamalara görə, ED-AVT-6 ilkin emal qurğusunun modernləşdirilməsinin texniki-iqtisadi

göstəricilərə təsiri nəticələri cədvəl 1-də verilir.

Cədvəl 1-dən görünür ki, yenidənqurma işlərindən sonra qurğuda açıq rəngli məhsulların və katalitik

krekinq qurğusu üçün əhəmiyyətli xammal olan vakuum-qazoylun çıxımları xeyli artmışdır.

Emal edilən xammal, %:

Emal edilen xammalın maya dəyəri, %

Katalitik krekinq qurğusunda istehsal olunan

məqsədli məhsulların maya dəyəri, %

Son illərdə həmin qurğuda vakuum-qazoylun istehsalı 29-31 % təşkil edir. Bütün bunların nəti-cəsində zavodda

neftin ilkin emalı zamanı məqsədli məhsul istehsalına sərf edilən reagentlərin miqdarı 6 %, yanacaq və enerji

resurslarının sərfi 12 % və istehsal edilən məhsulların maya dəyəri isə 8 %-ə qədər azaldı. Göstərilən tədbirlərin

istehsalata tətbiqi nəticəsində ED-AVT-6 qurğusunda əvvəlki illərdəkinə nisbətən eyni həcmdə xam neftin

emalından alınmış neft məhsullarının, həmçinin vakuum-qazoylun miqdarı xeyli artdı. Bu, zavodun digər

mürəkkəb qurğularından biri olan katalitik krekinq qurğusunun xammal ilə təchizatını olduqca yaxşılaşdırdı.

Belə ki, əvvəllər zavodun ilkin emal qurğusundakı mövcud problemlər səbəbindən katalitik krekinq üçün tələb

edilən həcmdə vakuum-qazoyl istehsalı mümkün olmurdu. Buna görə zavodun əməkçiləri qurğunun xammalla,

yəni vakuum-qazoylla təminatını yaxşılaşdırmaq məqsədilə alternativ mənbələrdən istifadə edirdilər. 1993-

1996-cı illərin hesabat məlumatlarına görə, zavodun katalitik krekinq qurğusunda emal olunmuş xammalın 25-

28 %-i həmin alternativ mənbələr hesabına təmin edilirdi. Bununla əlaqədar əksər hallarda zavodun krekinq

qurğusunda xammalın keyfıyyətində və həm də onun maya dəyərində müəyyən mənfı dəyişikliklər baş verirdi.

Zavodun ilkin emal qurğusunda modernləşdirmə işləri tam başa çatdıqdan sonra krekinq qurğusu yalnız ilkin

emal prosesindən alınmış vakuum-qazoyl ilə təchiz edilməyə başladı. Katalitik krekinq qurğusunun xammal ilə

təchizatının yaxşılaşdırılmasının qurğuda alınmış məhsulların iqtisadi göstəricilərinə təsiri cədvəl 2-də əks

Modernləşdirildikdən sonra krekinq qurğusunda nisbətən yüksək maya dəyərinə malik, alternativ

üsulla alınmış vakuum-qazoyldan istifadə tam dayandırıldı. Bundan sonra katalitik krekinq qurğusunun

vakuum-qazoyl ilə təchizatı yaxşılaşmış, onun maya dəyəri 10 %-ə və burada alınmış bütün məqsədli

məhsulların maya dəyəri isə 10-12 %-ə kimi azalmışdır.

1990-cı illərin əvvəllərində zavodda istehsal olunmuş bütün dizel distillatı zavod ərazisindən xeyli

uzaqda, keçmiş Ə.Qarayev adına zavodun ərazisində, 34-35 il istismar nəticəsində fıziki və mənəvi aşınmaya

məruz qalmış qurğularda, reaktiv mühərrik yanacağı isə zavodun ərazisində qələviləşdirilirdi. Bunun nəticəsində

il ərzində orta hesabla 20-21 min t-a yaxınm qələvi tullantısı Xəzərə axıdılaraq ekoloji problemlər ilə yanaşı,

dizel distillatının zavoddan kənara nəqli müəssisədə əlavə məhsul itkisi və əməliyyat xərclərinin yaranmasına da

gətirib çıxarırdı. Bu problemin həlli və ümumiyyətlə zavodda istehsal edilən bütün yanacaq komponentlərinin

təmizlənməsi üsulunu təkmilləşdirmək məqsədilə 1996-cı ildə ABŞ-ın “Merikem” fırması ilə dizel yanacağı,

kerosin, birbaşa qovulmuş benzinlərin təmizlənməsi və bunun da nəticəsində alınmış qələvi tullantıların təkrar

emalı yolu ilə naften turşularının istehsalı ilə bağlı texnoloji sənədləri və fırmaya məxsus avadanlıqların

alınması üçün müqavilə bağlandı və 2000-ci ildə bu

avadanlıqların quraşdırılmasına başlandı. 2001-

ci ilin birinci rübündə müqavilədə nəzərdə tutulmuş bütün işlər vaxtından xeyli əvvəl tam olaraq yerinə yetirildi.

Bundan sonra yanacaqların təmizlənməsi ilə yanaşı, yaranan qələvi tullantılarının yeni işə salınmış Merikon

qurğusunda təkrar emalı ilə zavodda ilk dəfə xam naften turşusunun istehsalına başlandı. Bu zaman Heydər

Əliyev adına BNEZ-in potensial imkanından 45-47 % aşağı işləməsinə baxmayaraq, həmin tədbirin tətbiqi

nəticəsində əmtəəlik məhsulun həcmi 1.7 % artdı və istehsal olunmuş məhsulların maya dəyəri 0.8 % aşağı

düşdü. Hazırda 1t xammala görə əməliyyat xərcləri digər yanacaqtəmizləmə qurğularına nisbətən 42-48 % aşağı

olan bu qurğuda reaktiv mühərrik yanacağının təmizlənməsi müvəffəqiyyətlə davam etdirilir.

Q-43-107 tipli katalitik krekinq qurğusu 1993-cü ilin sonlarında inşa edilib istifadəyə verilməsinə

baxmayaraq, tikintisi 1980-ci illərin ortalarında tərtib olunmuş layihəyə əsasən yerinə yetirildiyindən onun

idarəetmə sxemi dövrün tələblərinə cavab vermirdi. Belə ki, onun layihə üzrə idarəetmə sistemini “pnevmatik”

elementlər əsasında qurulmuş cihazlar təşkil edirdi. Həmin cihazların dəqiqliyinin aşağı olması avtomatik

tənzimləmə dövrlərində gecikmənin yüksək olması kimi çatışmazlıqlar müşahidə olunurdu. Bunları nəzərə

alaraq, 1999-cu ildə ABŞ-ın “Honevel” firması ilə bağlanmış müqaviləyə əsasən mürəkkəb idarəetmə

parametrlərinə malik Q-43-107 tipli katalitik krekinq qurğusunun avtomatik idarə olunması üçün TDS-3000

avtomatik idarəetmə sistemi müvəffəqiyyətlə istehsalata tətbiq olundu. Yeni sistemin katalitik krekinq

qurğusunda tətbiqi istehsal olunmuş yüksəkoktanlı benzin komponentinin istehsalını 1-1.5 %-ə kimi artırdı ki,

bu da 20-30 min t yüksəkoktanlı əlavə benzin istehsalı deməkdir.

Neft emalı kompleksində mövcud olan müxtəlif istilik mənbələrindən səmərəli istifadə olunmasında

istilik axınları ilə yanaşı, texnoloji qurğularda quraşdırılmış utilləşdirmə qazanlarının istismarı əhəmiyyətli rol

oynayır. 1990-1996-cı illərdə aparılmış araşdırmalar göstərdi ki, Heydər Əliyev adına BNEZ-də utilləşdirmə

qazanları uzun müddət potensial imkanlarından olduqca aşağı səviyyədə istismar olunurdular. Bunu nəzərə

alaraq, zavodda 1995-ci ildən başlayaraq, bir çox təkmilləşdirmə işləri ilə yanaşı, istilik axınlarından istifadə

təkmilləşdirilmiş və utilləşdirmə qazanlarında keyfiyyətli bərpa işləri aparılmış, bütün qurğuların utilləşdirmə

qazanlarında su buxarı istehsalı yüksək səviyyədə bərpa olunmuşdur. Bunun nəticəsində istilik enerjisi təchizatı

xeyli yaxşılaşmışdır. Təkmilləşdirmədən əvvəl və sonrakı dövrdə zavodun istilik enerjisi ilə təchizatını

xarakterizə edən məlumatlar cədvəl 3-də verilir.

Cədvəl 3-dən görünür ki, istilik axınlarının enerjisindən istifadə yüksəlmiş və qurğuların utilləşdirmə

qazanlarının işinin təkmilləşdirilməsi zavodda istilik sərfini və onun quruluşunu olduqca yaxşılaşdırmışdır.

Bütün bunların nəticəsində za-

İllər üzrə hidrogenlə təmizləmə qurğusunun istehsal həcmi

Əmtəəlik məhsullar, t:

Məişət soba yanacağı

Hidrotəmizlənmiş dizel yanacağı

vodda 1t neftin emalina istilik enerjisi sərfı əvvəlkinə nisbətən 3.6 dəfə aşağı düşmüş və kənardan baha qiymətə

alınan istilik enerjisinin miqdarı ardıcıl azalaraq 2004-cü ildən tam dayandırılmışdır.

Əvvəllər texnoloji qurğuların normal istismarı üçün əhəmiyyətli rola malik inhibitor və

deemulqatorların əksəriyyəti kənardan valyuta ilə alındığından daima müxtəlif problemlər yaranırdı. Bunu

nəzərə alaraq, zavodun mütəxəssisləri 1990-cı illərin ortalarında respublikada yerli xammal əsasında reagent

istehsalının təşkili üçün Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu ilə birgə əməkdaşlığa

başladı. Nəticədə çox qısa müddətdə institutun təcrübə bazasında yerli xammal əsasında inhibitor və

deemulqatorların istehsalına başlandı və 1995-ci ildən BNEZ-in ED-AVT-6 qurğusunda “Kaspi-X” və “Kaspi”

inhibitorları və 1998-ci ildən “Xəzər” deemulqatoru müvəffəqiyyətlə istehsalata tətbiq olunaraq, xaricdən alınan

Proxolit və Yunikor kimi reagentlərin zavodda istifadəsi tamamilə dayandırıldı. 2013-cü ilin faktiki

məlumatlarına görə, respublika NEZ-lərində 1.8 min t-dan çox yerli reagentlərdən istifadə olunub.

2003-cü ilin ikinci yarısında Heydər Əliyev adına BNEZ-in rəhbərliyinin təşəbbüsü ilə 1993-cü ildən

obyektiv səbəblərlə əlaqədar işləməyən vakuum-qazoylun hidrogenlə təmizləmə qurğusunda dizel

yanacaqlarının keyfiyyətini yaxşılaşdırmaq və resursunu artırmaq məqsədilə yanacaqların təmizlənməsi üçün

modernləşdirmə işlərinə başlandı və zavod üçün böyük texniki-iqtisadi əhəmiyyətə malik həmin tədbirin tətbiqi

nəticəsində 2004-cü ilin aprel ayından yanacaqların təmizlənməsi mümkün oldu. Bu tədbirdən sonra hidrogenlə

təmizləmə qurğusunda dizel distillatı ilə yanaşı, kokslaşma qurğusunda alınan yüngül qazoyldan zavodda əlavə

olaraq yüksək keyfıyyətli dizel yanacaqlarının istehsalına başlandı. Zavodda qudronun təkrar emalından alınmış

məhsulların istehsal göstəriciləri cədvəl 4-də verilir.

Cədvəl 4-dən görünür ki, 2006-cı ildən başlayaraq, zavodda 11 qudronun emalından 0.398-0.457 t

dizel yanacağı istehsal olunmuşdur. Beləliklə, son 10 ildə kokslaşdırma qurğusunda qudrondan istehsal olunmuş

yüngül qazoyldan 3 mln. t-a yaxın Avro-3 standartının tələblərinə cavab verən dizel yanacağı istehsal

1990-cı illərin əvvəllərində “Azərneftyağ” NEZ-də sürtki yağlarının istehsalı üçün tələb edilən

distillatlar 25-30 il istismarda olan, mənəvi və fiziki aşınmaya məruz qalmış qurğularda istehsal olunduğundan

keyfiyyətli yağ məhsullarının alınmasında problemlər yaranırdı. Bunu nəzərə alaraq zavodda emal edilən xam

neftin potensialından istifadəni yaxşılaşdırmaq və sürtkü yağlarının keyfıyyətini nisbətən yüksəltmək məqsədilə

1994 – 1995-ci illərdə ABŞ-ın “Petrofak” və Cənubi Koreyanın “Laki-İnjinirinq” şirkətlərinin köməkliyi ilə qısa

zamanda hər birinin illik məhsuldarlığı 2.0 mln. t olan iki müasir ilkin emal qurğusu istismara verildi.

“Petrofak” qurğusunun texniki-iqtisadi göstəriciləri şəkil 1-də əks olunmuşdur.

Şəkil 1-dən göründüyü kimi, «Azərneftyağ»

zavodunda müasir qurğuların işə salınması ilə

açıq rəngli məhsulların çıxımı 11, vakuum-qazoylun isə 12 % artmışdır, 1t xammala sərf edilən əməliy yat

xərcləri yanacaq-enerji resursları hesabına 47, alınmış məhsulların maya dəyəri isə 18 % azalmışdır.

1990-cı illərin ikinci yarısından respublikada yaranmış siyasi sabitlik, iqtisadiyyatın inkişafındakı

müsbət dəyişikliklər və infrastrukturun təkmilləşdirilməsi istiqamətində aparılan işlər neft bitumuna tələbatı

artırdı. Bunu nəzərə alaraq, “Azərneftyağ” NEZ-də əvvəllər zavodun inkişafı üçün nəzərdə tutulmuş və illik

məhsuldarlığı 250 min t olan bitum qurğusunun 1997-ci ildə tikintisinə başlanmış, 2000-ci ilin ikinci yarısında

isə müvəffəqiyyətlə istismara daxil edilmişdir. Bundan başqa, zavodda soba yanacağının hazırlanmasında

istifadə olunan və ucuz qiymətlə satılan qudrondan ildə 300-310 min t yüksək keyfıyyətli bitum istehsal edilərək

istehlakçılara təhvil verilirdi. Son zamanlar zavodda istilik sisteminin təkmilləşdirilməsi məqsədilə aparılmış

ardıcıl tədbirlər qurğularda istilik enerjisinin sərfini xeyli azaltmışdır. Bu tədbirlər nəticəsində təkcə son beş ildə

zavodda emal olunmuş bir ton xam neftə sərf olunan istilik enerjisinin miqdarı 35 % aşağı düşmüşdür. Neft

emalı zavodları arasında inteqrasiya daha da genişlənmişdir. Bunun nəticəsində əvvəlki illərdən fərqli olaraq,

hazırda “Azərneftyağ” NEZ-də istehsal olunmuş bütün açıq rəngli distillatlar Heydər Əliyev adına BNEZ-in

nisbətən müasir yanacaqtəmizləmə qurğularında təkrar emal olunaraq müvafıq mühərrik yanacaqları alınır.

1993-2000-ci illərdə neft emalı kompleksində texniki-iqtisadi göstəriciləri yaxşılaşdırmaq və emalın

səmərəliyini artırmaq məqsədilə sahənin bir çox texnoloji qurğularında müxtəlif modernləşdirmə işləri

aparılmasına baxmayaraq, о zaman mövcud olan ictimai-siyasi hadisələr neft emalının formalaşmış

potensialından tam istifadə etməyə imkan vermirdi. Ölkəmizin yanacaq-enerji balansında yaranmış problemlərlə

əlaqədər NEZ-lər payız-qış və qış-yaz aylarında mazut rejimində işləməklə qarşılaşırdılar. Buna görə də

zavodlarda neftdən səmərəli istifadə göstəricisi, yəni neftin emal dərinliyi çox aşağı səviyyədə idi.

О zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti vəzifəsində çalışan

ölkə başçısı İlham Əliyev dünya miqyasında neft-qaz istehsalının və istehsal olunan neft məhsullarının satış

bazarlarında vəziyyətini dərindən təhlil edərək xam neftin və soba mazutunun qiymətlərinin mavi yanacaqdan

baha olmasını nəzərə alaraq, NEZ-lərin mazut rejimindən imtina edilməsini və enerji istehsalı üçün sərf edilən

soba yanacağının istehsalının formalaşmasında iştirak edən ağır qalıqların təkrar emal qurğularında emal

etməklə qiymətli məhsulların istehsalının artırlmasını təklif etdi. Bununla da artıq istehsal olunmuş məhsulların

ixrac olunmasını və ondan alınan vəsait hesabına Rusiya Federasiyasından təbii qazın idxalını əsas-

Bu tədbir 2000-ci ildən başlayaraq həyata keçirildi və artıq həmin il respublikamızm enerji sahəsi üçün

qaz idxal olundu. Bunun və ölkəmizdə bünövrəsı ümummilli lider Heydər Əliyev tərəfindən

qoyulmuş neft strategiyasının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurlu icrası nəticəsində

respublikanın yanacaq-enerji balansında yaranmış problemlər həll olundu və ölkəmizdə neft emalı kompleksinin

imkanlarından səmərəli istifadə üçün münbit şərait yarandı. Beləliklə, göstərilən tədbirlərin həyata keçirilməsi

ilə son 20 ildə 1994-cü illə müqayisədə neft emalının həcminin 30.2 % azalmasına baxmayaraq, benzin istehsalı

29.8 % və onun tərkibində A-92 və yüksək oktan ədədinə malik növlərin həcmi 38-dən 99.2 %-ə kimi artmışdır.

Bundan başqa, kerosin və dizel yanacaqların həcmi 13 %, koks istehsalı 5.5 və bitum istehsalı isə 4.7 dəfə artdı.

ARDNŞ-in bütün neft emalı kompleksində emal dərinliyi 38.2 % artırılaraq 2013-cü ildə 92.1 %-ə

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 20 il ərzində Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin rəhbərliyi ilə neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində emal kompleksində

nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir (şəkil 2).

Ölkə başçısının məlum sərəncamı ilə keçmiş Sumqayıt “Azərikimya” Dövlət Şirkəti (DŞ) ARDNŞ-in

tabeçiliyinə verildikdən sonra «Azərikimya» Istehsalat Birliyi (İB) təşkil olundu. Neft şirkəti rəhbərliyi

sərəncamdan irəli gələn problemlərin həlli məqsədilə birliyin mütəxəssisləri ilə birgə Səthi aktiv maddələr,

Sintezkauçuk, Üzvisintez və «Etilen-polietilen» zavodlarının fəaliyyətləri nəzərdən keçirildi. Araşdırma göstərdi

ki, 2008-2009-cu illərdə “Azərikimya” DŞ-də istehal edilən bütün əmtəəlik məhsulun 71-75 %-i «Etilen-

polietilen» zavodunda, 17-20 %-i isə həmin zavodda alınan propilen əsasında digər iki müəssisədə istehsal

olunub. Bunu nəzərə alaraq, İB-nin əsas sahələrdə texniki-iqtisadi göstəriciləri və strukturunu yaxşılaşdırmaq

üçün tədbirlər həyata keçirilməyə başlandı. Belə ki, son 3-4- ildə müxtəlif ekoloji və sosial tədbirlər ilə yanaşı,

“Etilen-polietilen” zavodunun piroliz qurğusunun xammalla təminatını nisbətən yaxşılaşdırmaq məqsədilə

Heydər Əliyev adına BNEZ-də əmələ gələn quru və maye qazların Sumqayıta nəqli üçün iki qaz kəməri çəkilib,

piroliz və polimerizasiya qurğularında təkmilləşdirmə işləri aparılıb. Yeni dövri susoyutma və azot-oksigen

qurğuları inşa edilərək istismara verilib. Texnoloji qurğularda müasir DCS idarəetmə sisteminə keçirilib və İB-

nin strukturu xeyli təkmilləşdirilib. Bütün bunların nəticəsində hazırda piroliz qurğusunda yüngül benzinlə

yanaşı, NEZ-lərdə alınan quru və maye qazlar, propan-propilen və butan-butilen fraksiyaları müvəffəqiyyətlə

emal olunur. 2008-2009-cu illərdəkinə nisbətən İB-nin EP-300 piroliz qurğusunda olefin karbohidrogenlərin

xammaldan çıxımı 35-37 %-dən 43-43.6 %-ə qədər artmış və alınan etilen və propilenin istehsalına sərf edilən

elektrik enerjisi 39.5, istilik enerjisi 35, kənardan alınaraq yandırılan təbii qaz 75 və dövri su isə 18.2 %

azalmışdır. Hazırda emal kompleksinə aid bütün müəssələrdə texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması və

istehsal olunmuş məhsulların keyfiyyətinin artırılması məqsədilə ardıcıl iş aparılır.

Ədəbiyyat siyahısı

1. Heydər Əliyev., 2010. Çıxışlar-nitqlər, bəyanatlar-müsahibələr, məktublar-məruzələr, müraciətlər-

fərmanlar, c. 30. – Azərməşr, s.372.

2. Показатели работ нефтеперерабатывающей промышленности // Статистический бюллетень. –

М.: ЦНИИТЭнефтехим, 1989, с. 7-8.

3. Abdullayev R.İ., Məmmədov D.N., İsmayılov M.İ., Xıdırov В.S., 2003. “Azərneftyanacaq” neft

emalı zavodu 1953-2003-cü illərdə // Neft-kimya və neft emalı jurnalı, s. 16-19.

4. Abdullayev R.İ., Xıdırov B.S., 2003. Azərbaycan neftayırma sənayesində Azərneftyanacaq neft

emalı zavodunun rolu. – Baki: Elm, 190 s.

5. Abdullayev R.İ., Məmmədov D.N., Xıdırov B.S., 2007. Azərbaycan neft emalı kompleksinin

inkişafı // Azərbaycan neft təsərrüfatı, № 3, s. 58-61.

6. Abdullayev R.İ., Məmmədov D.N., İsmayılov M.İ., Xıdırov В.S., 2004. Bakı neft emalı zavodunda

təkrar emal qurğularının istismarının yaxşılaşdırılması yolları // Azərbaycan neft təsərrüfatı, № 11, s. 44-47.

Хыдыров Б., Бабаев H., 2013. Развитие нефтеперерабатывающего комплекса

Азербайджанской Республики // Экономист, № 5, с. 54-57

Некоторые вопросы технологической модернизации нефтеперерабатывающего

комплекса ГНКАР

Б.С. Хыдыров, Н.Г. Бабаев

Во время встречи с нефтепереработчиками накануне подписания «Контракта века» 17 сентября

общенациональным лидером Гейдаром Алиевым, были приняты в качестве программы для дальнейшего

развития нефтеперерабатывающего комплекса страны. В этой связи рассмотрены вопросы влияния

строительства новых и модернизации имеющихся технологических установок, а также ряда других мер

на их технико-экономические показатели и в целом нефтеперерабатывающего комплекса за последние

Ключевые слова : перерабатывающий комплекс, нефтеперерабатывающие заводы, установка

каталитического крекинга, товарный бензин, нефтяная продукция, тепловая энергия, совершенствование

Some issues of technological modernization

of SOCAR oil-refining complex

B.S. Khidirov, N.G. Babayev

The recommendations given by national leader Heydar Aliyev in the meeting with oil refiners on the

eve of “Contract of the Century” signing on September 17,1994 in oil refining plant “Azemeftyanajagh” were

considered as a program for further development of oil refining complex of Republic.

In this connection the questions of influence of construction of new and modernization of existing

technological structures, as well as a number of other measures on their technical-economical indexes and oil

refining complex on the whole for last twenty years have been considered.

Keywords: refining complex, oil refineries, catalytic cracking unit, oil products, modernization of

infrastructure, gasoline ernergy.

Comments are closed, but trackbacks and pingbacks are open.