Neft və qaz quyularının qazılması zamanı atılan tullantıların bbq
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Neft-qaz quyularinin tamamlanmasi
MÖVZU-1.
GIRIŞ.
NEFT-QAZ SƏNAYESININ INKIŞAF
MƏRHƏLƏLƏRI
Tarix göstərir ki, 2200 il bundan əvvəl Xəzər dənizinin
cənub-qərb sahələrində neft çıxarılmışdır.
Neft, qədim midiyalıların «nafta» (sızan) adlandırdıqları
mayedir. Midiya dövləti eramızdan əvvəl XI-IX əsrlərdə indiki
Cənubi Azərbaycan və İranın Şimal-Qərb ərazisində yerləşirdi.
Qədim sivilizasiyalar dövründə insanları neftin yapışqanlıq
xüsusiyyətləri cəlb edirdi. Tarixi mənbələrdə göstərilmişdir ki,
Babil qülləsinin və Fərat çayındakı hidrotexniki qurğuların
tikilməsində asfaltdan yapışqanlıq xüsusiyyətinə görə qatran
kimi istifadə olunmuşdur. Qədim yunanlar müharibələr zamanı
nefti xüsusi qablarda yandırıb göyə atmaqla düşməni vahiməyə
salırdılar. Qədim romalılar isə nefti uzun müddət isti havada
saxladıqdan sonra onun yağ şəklində qalığından müalicə
məqsədilə istifadə etmişlər.
915-ci ildə Bakıda olmuş ərəb səyyahı və tarixçisi Məsudi
Əbdül Həsən ibn Hüseyn öz qeydlərində göstərmişdir ki, bu
ərazinin bəzi yerlərində ağ və sarı, digərlərində isə qara və göy
rəngli neft çıxarırlar.
XVI-XVII əsrlərdə Azərbaycanda olmuş tarixçi, səyyah və
tacirlərin qeydlərinə əsasən belə nəticəyə gəlmək olar ki, həmin
dövrlərdə Abşeronda 500-dən artıq quyudan neft çıxarılmışdır.
1594-cü ildə Abşeronda (Balaxanıda) usta Allahyar tərəfindən
dərinliyi 35 m olan ilk neft quyusu qazılmışdır.
Alman səyyahı Enqelbert Kempfer XVII əsrdə Azərbaycan
ərazisində olmuş və 1684-cü ildə Avropa ədəbiyyatında ilk dəfə
olaraq Bakı neft mədənlərinin təsvirini vermişdir.
1733-cü ildə Rusiyanın İrandakı səfirliyinin həkimi İoann
Lerkxe Abşeronda əsrlər boyu neftin hasil edilməsini təsdiq
etmişdir.
1798-ci ildə dənizdə ilk dəfə Bibiheybət körfəzində iki quyu
qazılmışdır.
1847-ci ildə F. N. Semyonovun təşəbbüsü ilə Bibi-heybətdə
sənaye üsulu ilə ilk dərin quyu qazılmışdır.
1863-cü ildə Bakıda Cavad Məlikov ilk kerosin zavodunu
tikmişdir.
1872-1873-cü illərdə ilk dəfə olaraq Bibiheybət və sonra
Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan
sənaye əhəmiyyətli neft alınmışdır.
1872-1873-ci illərdə ilk dəfə Xəzər dənizində taxta barjlardan
istifadə edilməklə neft nəql olunmuşdur.
1878-ci idlə qızdırma üçün işlənən ağ neftin nəql edilməsi üçün
ilk metal gövdəli “Zərdüşt” adlı tankeri istifadəyə verilmişdir.
1881-ci ildə dünyada ilk dəfə olaraq Bakıda neft məhsulları
çənlərdə dəmir yolu ilə nəql edilmişdir.
1883-cüi ildə ilk dəfə olaraq zərbə-ştanq üsulu ilə quyu qazılmış
və bu üsul ”Bakı üsulu” kimi məhşurlaşmışdır.
1899-1901-cü illərdə neft sənayesi sürətlə inkişaf etmiş, ildə
11,5 mln ton neft hasil edilmişdir. Azərbaycan bu göstəriciyə
görə dünya liderinə çevrilmişdir. Həmin dövrdə ABŞ-da ildə
yalnız 9,1 mln ton neft hasil edilmişdir.
1897-1907-ci illərdə Bakı neftini Avropaya çıxarmaq üçün 833
km-lik Bakı-Batumi neft kəməri tikilmişdir.
1911-ci ildə rotor qazma üsulu ilə ilk quyu Suraxanıda
qazılmışdır. 1915-ci ildə ilk dərinlik quyu nasosları Ramana
yatağında tətbiq olunmuşdur.
1952-ci ildə neft yataqlarının işlənməsi və istismarı üçün kut
quyuların qazılması və başqa mütərəqqi metodlar işlənmiş-dir.
Azərbaycan torpağı qədim zamanlardan bütün dünyada neft
sənayesinin vətəni və uzun müddət neft sənayesinin yeganə
mərkəzi olmuşdur.
XVII əsrin axırlarında Bakı neft mədənlərində hər gün 3500
kiloqramadək neft çıxarılırdı. O zaman neft əsasən Bakıda hasil
edildiyindən, bu əslində bütün dünyada istehsal olunan neft idi.
1777-ci ildə akademik S.Q.Qmelin (1745-1774) Bakıya səfəri
haqqında hesabatlarında neftin quyu ilə hasil edilmə texnikasını
təfsilatı ilə təsvir etmişdir.
1781-ci ildə Xəzər ekspedisiyasının rəisi, admiral M. Voynoviç
Xəzər dənizinin coğrafi və geoloji xarakteristikalarını öyrənərək
Renos (indiki Jiloy) adası yaxınlığında neftin və qazın dənizin
dibindən üzə çıxdığını aşkar etmişdir.
1803-cü ildə Bakı sakini Qasımbəyin Bibi-Heybət buxtasında
sahildən 18-30 km məsafədə qazdığı iki quyu vasitə-silə
dənizdən neft hasil edilmişdir.
1873-cü ildə Robert Nobel ilk dəfə Abşerona gəlir;1878-ci ildə
Bibi-Heybətdə ilk neft fontanı vurur.
Bakıya gələn Robert Nobel Qara şəhərdə fotogen («açıq rəngli
neft») zavodu alır. 1876-cı ildə neft hasilatı və emalı üzrə
«Nobel qardaşları» cəmiyyəti təsis edilir, yeni neft emalı zavodu
inşa edilir və oraya Balaxanı yatağından boru kəməri çəkilir.
Eləcə də kiçik neft donanması yaradılır, bir sıra şəhərlərdə neft
saxlama anbarları tikilir. 1899 – 1901-ci illərdə Abşeronda
dünyada ən yüksək neft hasilatı (ildə 11,5 milyon ton), yaxud
ümumdünya hasilatının 50-%-i əldə edilir. ABŞ-da ildə 9,1
milyon ton neft hasil olunur. 1901-ci ildə Bibi-Heybət
buxtasının torpaqlanması haqqında qanun qəbul edilir və 350
hektar sahə yalnız 20 ilə torpaqla örtülür.1918-ci il avqust ayının
1-də Azərbaycan Demokratik Respublikası yaradıldıqdan sonra
milliləşdirmə ləğv edildi. Azərbaycan neft sənayesinin tarixində
1920-1991-ci il illər sahənin inkişafında yenidən milliləşdirilmə
dövrü hesab olunur. Bu dövrdə dəniz neft hasilatı başlanmış,
yeni neft yataqları – «Sahil limanı», «Darvin bankası», «Neft
Daşları», «Qum adası», «Pirallahı» yataqları açılmışdır.
1920-ci il 13 noyabr taxində Avropa və Asiyada ilk ali məktəb-
Azərbaycan Politexnik İnstitutu təşkil olunmuşdur. 1921-ci ildə
ilk dəfə olaraq “Azərbaycan Neft sənayesi” jurnalı nəşr
olunmuşdur. 1924-cü ildə ilk dəfə olaraq Suraxanıda dərin
quyunun qazılmasında Bakı mühəndisi M.A.Kapelyuşnikovun
ixtirası olan turboburdan istsfadə edilmişdir. 1930-cu ildə
Bakıda ilk dəfə olaraq elektrik karotajı və qazmada əyriliyin
olçülməsi tətbiq olunmuşdur. 1934-cü ildə ilk dəfə olaraq
Pirallahı adasında maili quyu qazılmışdır. 1946-cı ildə Gürgan-
dəniz yatağında (Bakı yaxınlığında) qazıma üçün özüldən
istifadə olunmuşdur. 1949-cu il 7 noyabr tarixində açıq dənizdə
sahildən 40 km və Bakıdan 90 km aralı “Neft Daşları” yatağında
ilk quyu fontan vurmuşdur.
Neft və qaz quyularının qazılması zamanı atılan tullantıların bbq
TƏLİMAT QUYULARIN QAZILMASI VƏ İŞLƏNMƏSİ PROSESLƏRİ ZAMANI Tehlukesizlik qaydalari 1.TƏHLÜKƏSİZLİYİN ÜMUMİ TƏLƏBLƏRİ. 1.1.Geofiziki tədqiqat işləri Mədəngeofizika İdarəsi ilə qazma işləri aparan və ya neft-qaz hasil edən İdarələr arasında bağlanılmış müqavilə əsasında aparılır. Həmin müqavilədə tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən olunmalıdır. 1.2.Qazma prosesi zamanı görüləcək geofiziki tədqiqat işlərinin (GTİ) kompleksi və həcmi, borularda lay sınaq işlərinin aparılma texnologiyası, partlayış-atma işləri, həmçinin bu işlərin aparılmasında təhlükəsizlik tələbləri quyunun texiki lahiyəsinin müvafiq bölmələrində öz əksini tapmalıdır. 1.3.Geofiziki tədqiqat işləri “Radiasiya təhlükəsizliyi normaları”, “Radioaktiv maddələrlə işlər zamanı əsas sanitar qaydaları”, “Neft qaz sənayesində təhlükəsizlik qaydaları”, “Elektrik qurğularının istismar qaydaları”, “Partlayış işlərində vahid təhlükəsizlik qaydaları” və başqa fəaliyyətdə olan digər normativ sənədlərin tələblərinə uyğun aparılmalıdır. 1.4.Quyuda geofiziki tədqiqat işlərinə rəhbərlik etməyə ali, və ya xüsusi orta texniki təhsili, həmçinin ali və ya orta texniki təhsil bazası əsasında bu işləri görməyə icazə verən kursları bitirmiş şəxslər buraxılır. 1.5.Geofiziki cihaz və avadanlıqlara xidmət etməyə əsas və köməkçi peşələr üzrə öyrədilən və biliyi yoxlanılan şəxslər buraxılır. 1.6.Quyunun açıq lüləsini öyrənmək üçün tətbiq edilən geofiziki tədqiqat işlərinə aşağıdakı karotaj növləri daxildir: Elektrik karotajı, elektromaqnit karotajı, akustik karotaj, radioaktiv karotaj, hidrodinamik karotaj, kavernomer, rezistimetr, naklanomer, nüvə-maqnit karotajı və s. 1.7.Quyuda görüləcək geofiziki tədqiqatlar quyunun tikinti lahiyəsində müəyyənləşdirilir. Qiymətləndirmə, axtarış, kəşfiyyat və qabaqlayıcı kəşfiyyat-istismar quyularının açıq lülələrində geoloji məsələləri həll etmək üçün vahid tip kompleks nəzərdə tutmaqla, buraya mütləq və əlavə tədqiqat növlərini, həmçinin quyunun texniki vəziyyətinin öyrənilməsi üçün kömpleks tədqiqatlar daxildir. 1.8.Quyularda geofiziki tədqiqat işləri geofiziki cihaz, avadanlıq və kabelin tətbiq edilməsi ilə, müəyyən olunmuş qaydalar üzrə aparılır. Müqavilədə nəzərdə tutulmamış quyu işlərini yalnız Mədəneofizika İdarəsi və sifarişçi təşkilatın razılığından sonra aparmaq olar. 1.9.Bütün tətbiq edilən cihaz, avadanlıq, və texnologiyaların istismar edilmə sənədləri olmalıdır. 1.10.Cihaz və avadanlıqların konstruksiyalarında hər hansı dəyişikliyi yalnız onu hazırlayan müəssisə ilə razılaşdıqdan sonra aparmaq olar. 1.11.İstismar müddəti başa çatmış və ya işləmə ehtiyatı tükənmiş cihaz və avadanlıqların yenidən istismara buraxılması sınaq komissiyası tərəfindən verilən akta əsasən həyata keçirilir. Aktda növbəti yoxlama (sınaq) vaxtı göstərilməlidir. 1.12.Karotaj stansiya laboratoriyası tətbiq ediləcək geofiziki tədqiqat işlərinin (GTİ) tam kompleksini 0,2 – 0,5 metr kvant addımı ilə rəqəmsal, ilkin və hesablanmış məlumatları 1:20 – 1:1000 miqyasında analoq qeydetməni təmin etməlidir. Bu zaman qeydedicinin tezlik oynama xətası əyrilərin təhrif olunma tezliyi arasındakı fərq1,5 Hs-dən az olmamalıdır. 1.13.Karotaj qaldırıcısı stansiya (sonralar – qaldırıcı) geofiziki kabelə bağlanılmış quyu cihazını 100-10000 metr/saatla quyuya buraxıb-qaldırmağı təmin etməlidir. 1.14.Geofiziki kabel aşağıdakıları təmin etməlidir: 1.14.1.Geofiziki quyu cihazını (GQC) quyuya endirib-qaldırmağı; 1.14.2. Geofiziki quyu cihazını elektrik cərəyanı ilə; 1.14.3.Laboratoriyadan siqnalları geofiziki quyu cihazına ötürməyi; 1.14.4. Geofiziki quyu cihazıdan siqnalları laboratoriyaya ötürməyi; 1.14.5. Geofiziki quyu cihazının hansı dərinlikdə olmasını müəyən etməyi və s. 1.15.İstifadə ediləcək geofiziki kabelin seçilməsi aşağıdakı amillərdən aslıdır: 1.15.1.Quyuda hansı geofiziki tədqiqat növlərinin tətbiq edilməsindən; 1.15.2.Quyunun dərinliyindən; 1.15.3.Quyudakı teromobarik şəraitdən; 1.15.4.Quyu şəraitindən aslı olaraq lübrikator tətbiq edilməsindən və s. 1.16.Köməkçi avadanlıqlar aşağıdakıları təmin etməlidir: 1.16.1.Quyu cihazının quyuda hərəkətinin indikasiyasını; 1.16.2.Geofiziki kabelin quyuya hansı sürətlə buraxılıb-qaldırılmasını təyin etməyi; 1.16.3.Geofiziki kabelin gərilməsinin ölçülməsini; 1.16.4.Geofiziki kabelin uzunluğunu ölçülməsini; 1.16.5.Geofiziki kabeli quyuya istiqamətləndirməyi; 1.16.6.Geofiziki kabeli geofiziki quyu cihazına birləşdirməyi; 1.16.7.Laboratoriya və qaldırıcının iş salonlarında havanın temperaturunun normal şəraitdə saxlamağı və s. 1.17.Qaldırıcıların, stansiyaların, konteynerlərin gövdələrinin, ümumi dayaqda quraşdırılmayan (yerləşdirilməyən) yerüstü cihazların, üzərində torpaqlama xəttinə birləşdirmək üçün metaldan olan bolt sıxıcıları olmalıdır. Yerüstü cihazlarda, onun elektrik cərəyanına qoşulmasını göstərən qırmızı rəngli işıq indikasiyası və həmçinin cərəyan qoruyucusu olmalıdır. 1.18.Qaldırıcı asqı və istiqamətləndirici rolikin həmçinin blok balansla işləməyə imkan verən qaldırıb-endirmə sistemi ilə komplektləşdirilməlidir. 1.19.İstiqamətləndirici rolikin birləşmə yerlərinin möhkəmliyi ən azı 3 dəfə, asqı rolikinin birləşmə yerlərinin möhkəmliyi isə ən azı 4 dəfə geofiziki kabelin qırılma qüvvəsindən artıq olmalıdır. 1.20.Diyircəyin birləşmə yerlərinin möhkəmliyi onu hazırlayan zavod tərəfindən zavodda yoxlanılır. Bundan sonra isə ildə 1 dəfədən az olmayaraq və hər təmirdən sonra yoxlanılmalıdır. 1.21.Qaldırıcının konstruksiyası aşağıdakıları təmin etməlidir: 1.21.1.Geofiziki kabeli avtomatik olaraq bucurqadın barabanına sıx və bir-birinin üstünə minmədən sarınmaqla yiğmağı; 1.21.2.Baraban silindrinin diametri ona sarınacaq geofiziki kabelin diametrindən ən azı 40 dəfə böyük olmalıdır; 1.21.3.Barabanda axırıncı cərgənin yarısı qədər kabel qalana qədər geofiziki quyu cihazını maksimal dərinliyə buraxmağı (Geofiziki kabeli ən maksimal dərinliyə buraxdıqda barabanda axırıncı cərgənin yarısından çox kabel saxlanılmalıdır); 1.21.4.Bucurqad, yükgötürməsinin qadağan həddini aşa bilməməsi üçün onun mühərriklə əlaqəsinin kəsilməsi imkanları olmalıdır; 1.21.5.Bucurqadın mühərriklə qoşqusunun söndürülmüş vəziyyətində istənilən anda kabelin buraxılması və saxlanılması imkanları olmalıdır. 1.22.Geofiziki quyu cihazının konstruksiyası aşağıdakıları təmin etməlidir: 1.22.1.Cihazın quyuda qırılıb qalması və ya pərçimlənməsi zamanı onun quyudan çıxarılmasını; 1.22.3.Ölçmə intervalında olan hidrostatik təzyiq və temperatur, cihaz üçün nəzərdə tutulmuş maksimal təzyiqdən 20% və temperaturda işləməsindən 150 C artıq olarsa onun adi şəraitdə işlədiyinin ən azı 10%-i qədər işləməsini; 1.22.4.Geofiziki quyu cihazının ən böyük hissəsinin diametri idarə olunan və idarə olunmayan sıxıcı qurğuları ilə birlikdə istifadə olunan qazma baltasının diametrindən ən azı 25 mm, içərisindən buraxılmağı nəzərdə tutulmuş boruların ən kiçiyinin diametrindən isə 10 mm az olmalıdır. 1.23.Geofiziki quyu cihazlarının konstruksiyası ionlaşdırılmış şüa mənbələrindən (İŞM) istifadə zamanı aşağıdakıları təmin etməlidir: 1.23.1.İŞM-nin bütövlüyünü (tamlığını) ; 1.23.2.Bütün istismar rejimlərində İŞM lahiyədə nəzərdə tutulmuş vəziyyətdə saxlamağı; 1.23.3.Cihazın yaxşı təmizlənməsi və ya dezaktivasiya etmək üçün cihazın xarici səthi hamar olmalı, onun üzərində çatlar olmamalıdır. 1.24.Quyularda geofiziki tədqiqat işləri zamanı tətbiq edilən geofiziki kabel aşağıdakı tələblərə cavab verməlidir: 1.24.1.Tələb olunan temperatur və təzyiqə dözməli; 1.24.2.Elektrik parametri: 1km polad-mis qarışıqlı geofiziki kabelin mərkəzi damarının 20 dərəcə hava şəraitində elektrik müaviməti 40 Om-dan, misdən olduqda isə 25 Om-dan çox olmamalı; 1.24.3.20 dərəcə temperatur və 80% rütübətdə 1km təzə geofiziki kabelin mərkəzi damarı ilə izolyasiyası arasındakı elektrik müqaviməti ən azı 15 MOm olmalı; 1.24.4.Son hədd şəraitində kabelin işçi uzunluğu izolyasiyasının elektrik müqaviməti 2,5 MOm-dan az olmamalıdır. 1.25.Geofiziki kabel quyu cihazına standart hallarda kabel başlığı vasitəsi ilə birləşdirilməlidir. 1.26.Geofiziki kabelin zirehinin vəziyyəti aşağıdakı kimi yoxlanılmalıdır: 1.26.1.Hər 200 km qaçışdan 1000 km qaçışa qədər kabelə baxış keçirməklə; 1.26.2.Hər 1000 km qaçışdan sonra hər sonrakı 300 km qaçışdan bir kabelin diametrini ölçməklə; maddələr (duzlu turşular, kükürdlü hidratlar və s.) olan quyularda istifadə olunubsa, kabelin qırılma müqaviməti də yoxlanılmalıdır. 2.İŞƏ BAŞLAMAZDAN ƏVVƏL TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ 2.1.Geofiziki tədqiqat işləri ancaq xüsusi hazırlanmış quyularda aparılmalıdır. Quyunun hazırlanması geofiziki cihaz, avadanlıqların təhlükəsiz istismarını və geofiziki quyu cihazlarının tam kompleksinin yerinə yetirməsinə lazım olan müddətdə quyuya maneəsiz olaraq buraxılmasını və qaldırılmasını təmin etməlidir. Quyunun hazırlanması “Quyunun geofiziki tədqiqat işlərinə hazırlıq akt”ı ilə təsdiq olunur. 2.2.Geofiziki qurğu və avadanlıqların yerləşdirilməsi üçün hazırlanan meydança aşağıdakı tələbləri ödəməlidir: 2.2.1.Araları ən azı 3 metr olmaqla 2 ədəd geofiziki texnikanın yerləşdirilməsini (meydança 10X10 metrdən az olmamalıdır, əyər radioaktiv mənbədən istifadə ediləcəksə 20X10m); 2.2.2.Qaldırıcı və laboratoriyanın horizontal vəziyyətdə yerləşməsini, maşınçının iş yerindən (bucurqadı idarəetmə şöbəsindən) quyunun qəbul körpüsünü, quyu ağzı meydançanı, rotorun, quyu ağzının, istiqamətləndirici və asma diyircəklərin normal görməsini; 2.2.3.Qəza zamanı qaldırıcı və laboratoriyanı öz hərəkəti və ya qoşqu ilə maneəsiz çıxarılmasını təmin etmək üçün çıxış yollarının olmasını; 2.2.4.Sutkanın qaranlıq vaxtı quyuda iş yerləriin süni işıqlandırılması ən azı aşağıdakı göstəricilərdən az olmamalıdır. 2.2.4.1.Asma diyircəyin, rozetkaların, elektrik açarlarının yeri közərmə lampaları ilə -50lk, lümineses lampaları ilə -75lk; 2.2.4.2.Torpaqlama kabellərinin birləşdiyi və geofiziki kabelin keçdiyi yerlər közərmə lampaları ilə -50 lk, lüminises lampaları ilə 75 lk; 2.2.4.3.Asma diyircəyin bağlanıldığı, geofiziki quyu cihazlarının əllə daşındığı, işçi heyyətin hərəkəti üçün nəzərdə tutulmuş, güc və birləşdirici kabellərin keçdiyi yerlər közərmə lampaları ilə -20 lk, lüminises lampaları ilə 40 lk; 2.2.4.4.Təhlükəli zona -5 lk. 2.3.Geofiziki cihaz və avadanlıqların cərəyan mənbəyinə qoşulması üçün quyunun qəbul meydançasının kənarından 40 metr məsafədən çox olmamaq şərti ilə qoşub-açma açarı ilə təhciz edilmiş elektrik lövhəsi olmalıdır. Lövhə 220V gərginlikli torpaqlanma xətti olan üç kontaktlı (torpaqlaması olan) rozetka ilə təhciz edilməlidir. 2.4.Geofiziki qurğuların torpaqlama kabellərinin qazma quyusunun torpaqlama konturuna birləşdirmək üçün quyuda xüsusi yer olmalıdır. Birləşdirmə bolt və ya sıxıcılar vasitəsi ilə aparılmalıdır. 2.5.Geofiziki işlərin aparılması zamanı istifadə olunacaq quyu avadanlıqları saz vəziyyətdə olmalıdır. Geofiziki işlər zamanı nasaz vəziyyətdə olan quyu avadanlıq və qurğularından istifadə etmək qadağandır. GTİ-nin aparılması zamanı quyu briqadasının vaxtası quyuda olmalıdır. GTİ-ləri zamanı işə cəlb olunan quyu briqadasının işçiləri geofiziki dəstə rəisi tərəfindən xüsusi təlimatla təlimatlandırılmalıdırlar. 2.6.Qazma quyusunun ağzı texniki su ilə təhciz edilməlidir. Əyər ətraf mühitin hərarəti mənfidirsə və ya qazma məhlulu neft mənşəli maddələrdən hazırlanıbsa onda quyu ağzı buxar və ya isti su ilə təhciz edilməlidir. 2.7.Quyunun GTİ-nə hazırlanmasına aşağıdakılar daxildir: 2.7.1.Quyunun bütün açıq lüləsi boyunca quyunun nominal diametrinə uyğun balta ilə, çıxıntiları, sərt (bir diametrdən digər diametrə) keçidləri, daralmaları və tıxacları aradan qaldırmaq məqsədi ilə işlənməsi; 2.7.1.Quyunun tədqiqat işləri aparılacaq bütün açıq lüləsi boyunca yuyucu məhlulun eyni tərkibli olması; 2.7.2.Yuyucu məhlul geoloji-texniki tapşırıqda göstərilən tələblərə cavab verməlidir. Bu zaman yuyucu məhlulun özülüyü 90 saniyədən çox, tərkibindəki bərk hissələr 5%-dən çox olmamalı, quyuda qaz təzahürləri olmamalı, quyuda yuyucu məhlulun udulması və quyudan daşması 15 metr/saatdan çox olmamalıdır. 2.8.Quyunu bu təlimatın tələblərinə uyğun hazırlamaq mümkün olmadıqda onda həmin quyuda GTİ “Mədəngeofizika” İdarəsi və sifarişçi təşkilat tərəfdən hazırlanmış lahiyə üzrə aparılmalıdır. Əgər bu zaman normativ sənədlərdə və qaydalarda reqlament olunmayan tələblər ortaya çıxarsa sifarişçi və podratçı təşkilatların rəhbərliyi işin təhlükəsiz aparılması üçün tədbirlər görməlidir. 2.9.Quyularda GTİ sifarişçinin sifarişi əsasında (hər quyu üçün ayrıca) “Mədəngeofizika” İdarəsinin dəstələri tərəfindən yerinə yetirilir. 2.10.Quyuda GTİ-ni aparmaq üçün verilən sifarişdə aşağıdakı məlumatlar olmalıdır: 2.10.1.Yatağın adı, quyunun nömrəsi; 2.10.2.Quyunun tipi: Vertikaldır, mailidir, horizontaldır və konstruksiyası; 2.10.3.Maksimal zenit bucağı (hansı dərinlikdə); 2.10.4.Tədqiqat intervalı; 2.10.5.Hidrostatik təzyiq və temperaturun maksimal göstəriciləri; 2.10.6.Sifariş edilən kompleks; 2.10.7.Yuyucu məhlulun tipi və növü, səviyyəsi, xüsusi çəkisi, özülüyü; 2.10.8.Yuycu məhlulun qaz təzyiqi tərəfindən quyudan atılma ehtimalı; 2.10.9.İşə başlanılacaq vaxt; 2.10.10.Quyuya hərəkət marşrutu. 2.11.Quyuda GTİ-nin aparılmasına metroloji baxışdan keçmiş və kalibirlənmiş cihazlar buraxılır. Yoxlama və kalibləmə normativ sənədlərin tələblərinə, cihaz və avadanlıqların istismar təlimatlarına uyğun aparılmalıdır. 2.12.Geofiziki quyu cihazı və geofiziki kabel təzyiqi 100 MPa və temperaturu 180 dərəcədən artıq olan quyulara buraxılmazdan əvvəl cihaz və kabel stentdə yoxlanılmalıdır. 2.13. Bazada hazırlıq işlərinə aşağıdakılar daxildir: 2.13.1.GTİ-lərini yerinə yetirmək üçün tapşırığın alınması; 2.13.2.Tədqiqat aparılacaq quyunun geofiziki və geoloji materialları ilə tanışlıq (əyər bunlar yoxdursa qonşu quyuların materialları ilə tanış olmaq lazımdır); 2.13.3.Qaldırıcının, laboratoriyanın, cihazların, alətlərin hansı şəraitdə istifadə olunmasına uyğun olaraq yoxlanılması; 2.13.4.Geofiziki kabelə maqnit nişanlarının vurulması; 2.13.5.Geofiziki kabel başlığının düzəldilməsi; 2.14.Kabel başlığının geofiziki kabelə birləşdirilməsində geofiziki kabelin yalnız üst zirehindən istifadə edilməlidir. 2.15.Zenit bucağı 150-dək olan quyularda işləmək üçün geofiziki kabel başlığına birləşdiriləcək kabel zirehlərinin təxmini sayı aşağıda göstərilən cədvələ əsasən təyin edilməlidir. Zenit bucağı 150-dən artıq olan, həmçinin horizontal və mürəkkəbləşmiş quyularda kabel başlığı qoşan zaman istifadə olunacaq kabel zirehlərinin sayı konkret şəraitə uyğun olaraq təcrübəyə əsaslanmalıdır. Bütün hallarda kabel başlığının geofiziki kabelə birləşdirilmə qaydası “Quyularda geofiziki tədqiqat işlərinin aparılması” təlimatında reqlament olunmalıdır. QEYD: 1. П – Polietilen izolyasiyası olan kabel Ф – ftoroplast 2. 3 – üç damarlı kabel (7+C) – yeddi damarlı və xüsusi kabel 3. İŞLƏRİN APARILMASI ZAMANI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ 3.1.Geofiziki dəstə qazma quyusuna çatdıqda: 3.1.1.Quyunun GTİ-nə hazır olması yoxlanılmalıdır. 3.1.2.İşçi meydançasında yerləşdirilən cihaz, avadanlıq və qurğular qaldırıcı ilə laboratoriya və quyu ağzını yaxşı görməyə maneə törətməməlidir. Bu tələbi yerinə yetirmək mümkün olmadıqda quyu ağzına nəzarət etmək üçün televizor tətbiq edilməlidir. 3.1.3.Qaldırıcı quyu ağzından 25-30 metr məsafədə bucurqadın oxu horizontal vəziyyətdə olmaqla quyu ağzına perpendikulyar vəziyyətdə yerləşdirilməlidir. 3.1.4.Geofiziki quyu cihazları, avadanlıqlar, qurğular, yüklər kiçik mexanizmlər tətbiq edilməklə dəstənin ən azı iki üzvünün iştirakı ilə boşaldılmalıdır. 3.1.5.İstiqamətləndirici rolik kabelin qaçış yolu qaldırıcının bucurqad barabanının ortrasına istiqamətlənməklə quyu ilə qaldırıcı arasında bir düz xətt üzrə və rotordan 2 metrdən çox olmamaqla ona və quyuya perpentkulyar bərkidilməlidir. 3.1.6.Asma blok qazma qurğusunun tal sisteminə möhkəm bərkidilməlidir. Blok qarmağdan ilgək və ya çiyinli həlqə vasitəsi ilə asılmalıdır. Blok quyu ağzından qaldırıla biləcək maksimal hündürlüyə qaldırılmalıdır. 3.1.7.Dərinlik, gərilmə və maqnit nişantutuşu vericiləri quraşdırılmalıdır. 3.1.8.Qaldırıcının və laboratoriyanın torpaqlama kabelləri yoxlanılmalı və quyunun torpaqlama sisteminə birləşdirilməlidir. 3.1.9.Qaldırıcı və laboratoriyanın elektrik, həmçinin onlar arasındakı digər əlaqə kabelləri yer səthindən ən azı 0,5 metr hündürlüklə çəkilməli və üzərindən xəbərdaredici nişan asılmalıdır. 3.1.10.Güc, ölçü və geofiziki kabellərin elektrik müqavimətləri yoxlanılmalıdır. 3.1.11.Qaldırıcı və laboratoriya gərginlik mənbəyinə sifarişçinin eletrotexniki personalı tərəfindən qoşulmalıdır. 3.1.12.Aşağıdakılar yoxlanılmalıdır: 3.1.12.1.Bucurqadın qaldırıcının ramasına bərkidilmə möhkəmliyi; 3.1.12.2.Qaldırıcının müdaifə çəpərinin sazlığı; 3.1.12.3.Əyləc sisteminin sazlığı; 3.1.12.4.Geofiziki kabel istiqamətləndiricisinin işlək vəziyyətdə olub-olmaması; 3.1.12.5.Geofiziki quyu cihazlarını asma rolikə vurulmasının qarşısını almaq məqsədilə geofiziki kabel üzərində xəbərdaredici nişanların (kabel başlığından 5; 50 və 100 metr məsafələrdə) olub-olmaması; 3.1.13.Kabel başlığı geofiziki quyu cihazına quyunun qəbul körpüsündə birləşdirilməlidir. 3.1.14.Cihazın quyu ağzına qaldırılaraq quyuya buraxılması qaldırıcının bucurqadı və ya quyunun tal qurqusunun köməyi ilə həyata keçirilir. Bütün hallarda quyu cihazının çəkisi 40 kq-dan, uzunluğu 2 metrdən çox olduqda, cihazın quyuya buraxılması mexanizmlər vasitəsi ilə həyata keçirilməlidir. 3.1.15.Cihazı quyuya buraxmazdan əvvəl xəbərdaredici səs siqnalı verilməlidir. 3.1.16.Cihaz quyuya buraxılan andan cihazın quyu lüləsi boyunca hərəkəti, kabelin gərilmə göstəricisini və ölçülən parametrlərin qiymətinin dəyişməsini izləməklə daim nəzarətdə saxlanılmalıdır. 3.1.17.Quyu cihazın quyuya buraxılma sürətini, geofiziki quyu cihazlarının hərəkətini izləməyə imkan verməli, artıq buraxılma olmamalıdır. Bütün hallarda cihazın quyuda hərəkət sürəti qoruyucu kəmər buraxılmış quyularda 10000 metr/saatdan, quyunun açıq lüləsində 8000 metr/saatdan, quyu dibinə yaxınlaşanda isə 500 metr/saatdan çox olmamalıdır. 3.1.18.Quyu cihazının quyuya endirib-qaldırılması əməliyyatları zamanı operatorun quyu cihazının hansı dərinlikdə olması barədə informasiyası olmalıdır. 3.1.19.Quyu lüləsində quyu cihazının hərəkət sürəti və kabelin gərilməsi barədə məlumat kəsiləsə qaldırıb-endirmə əməliyyatı, kəsilən məlumatlar bərpa olunana qədər dayandırılmalı, geofiziki quyu cihazı bu zaman quyunun qoruyucu kəmər buraxılan hissəsinə və ya quyu ağzına qaldırılmalıdır. 3.1.20.Quyu cihazının qaldırılma sürəti, QGT-nin normativ sənədlərində göstərilən reqlamentdən asılıdır. Bütün hallarda cihazın quyu dibindən qaldırılma, qoruyucu kəmərin başmağına daxil olma sürətləri 500 metr/saatdan çox olmamalı, geofiziki kabelə kabel başlığından 50metr məsafədə bağlanılmış xəbərdarlıq nişanı göründükdə isə sürət 250 metr/saata qədər azaldılmalıdır. 3.1.21.Əyər quyu cihazının xüsusiyyəti və konstruksiyası imkan verərsə 5000 metr dərinlikdən sonra diaqram həm endirmə həm də qaldırma zamanı qeyd olunmalıdır. 3.1.22.Quyudan qaldırılan zirehli kabel üzərində hər hansı düyün, “fonar”, kabelin zirehlərinin qırılması zamanı qaldırılma dayandırılmalı, zirehli kabelə baxış keçirilməli, kabel gücləndirilməlidir (bondaj qoyulmalıdır). Bundan sonra çənbər (bandaj) qoyulmuş yer barabanda ən azı 5 dəfə fırlanana qədər sürət 1000 metr/saatdan çox olmamalıdır. 3.1.23.Əgər zirehli kabelə baxış və ya çənbər qoyulması, normadan artıq vaxt tələb edərsə kabel 500 metr/ saatdan artıq olmamaq şərti ilə 10-20 metr arasında qaldırılıb-buraxılmalıdır. 3.1.24.Zirehli kabelin quyuya endirib-qaldırılması zamanı aşadıdakılar qadağandır: 3.1.24.1.Zirehli kabelin altından, üstündən keçmək, kabelin üstünə əyilmək və hərəkət edən kabelin yaxınlığında dayanmaq; 3.1.24.2.Kabelə əl ilə toxunmaq, maqnit nişanları tutan cihazı düzəltmək; 3.1.24.3.Qaldırıcının bucurqad və bucurqadı idarəetmə şöbəsində hər hansı bir iş görmək; 3.1.24.4.İstiqamətləndirici rolikin istiqamətini dəyişmək və ya boşalmış boltunu bərkitmək; 3.1.25.Quyuda geofiziki tədqiqat işləri aşağıdakı hallarda dayandırılmalıdır: 3.1.25.1.Neft-qaz təzahürü olduqda və yuyucu məhlul daşdıqda; 3.1.25.2.Yuyucu məhlulun udulması ilə əlaqədar maye səviyyəsinin düşməsi 15 metr/saatdan çox olduqda; 3.1.25.3.Qaldırma zamanı tutulma olduqda; 3.1.25.4.Quyu cihazının buraxılması zamanı tez-tez özbaşına dayanma baş verdikdə (əvvəlcədən məlum olan mane daralma və kavernalar qarşısında dayanmanı nəzərə alınmır); 3.1.25.5.Quyuda geofiziki tədqiqat işləri ilə əlaqəsi olmayan işlərə başlanıldıqda; 3.1.25.6.Qaldırıcıda, laboratoriyada, geofiziki quyu cihazlarında və kabeldə hər hansı nasazlıq olduqda; 3.1.25.7.Hava şəraiti kəsgin pozulduqda, görmə məsafəsi 50 metrdən az, küləyin sürəri saatda 15 metrdən şox olduqda. 3.1.26.Quyuda GTİ-ləri yalnız nöqsan aradan qaldırıldıqdan və hava şəraiti normallaşdıqdan sonra bərpa edilməlidir. 3.1.27.Quyularda kabel vasitəsi ilə lay-sınaq və kabellə hidrodinamik tədqiqat işləri zamanı aşağıdakı təhlükəsizlik tələblərinə əməl edilməlidir: 3.1.27.1.Quyuya buraxılacaq geofiziki quyu cihazları quyu körpüsündə xüsusi dayaqlar üzərində hazırlanmalıdır. 3.1.27.2.İşləri görüb qurtardıqdan sonra geofiziki kabelə verilən gərginlik söndürülməli, qaldırıcı və laboratoriya cərəyansızlaşdırılmalı, güc kabelləri söndürülməli, xarici əlaqələndirmə xətləri demontaj edilməlidir. Torpaqlama kabeli ən sonda açılmalıdır. 3.2.Radioaktiv maddələrdən (RM) istifadə zamanı aşağıdakı tələblərə əməl edilməlidir:3.2.1.RM-lə əlaqəli bütün işlər yerli sanitar nəzarət orqanlarının icazəsi əsasında aparılmalıdır. 3.2.2.Bilavasitə RM-lərlə işləməyə yaşı 18-dən çox və tibbi əks göstəriciyə malik olmayan, öyrədilmiş və biliyi yoxlanılmış işçilər buraxılır. 3.2.3.RM-lər quyuya və ya əksinə bazaya daşınma konteynerlərində, konteyneri qoymaq üçün yeri olan, möhkəm bərkidilən və açarla bağlananılan nəqliyyat vasitələrində daşınmalıdır. Konteynerin və nəqliyyat vasitəsinin üzərində radiasiya təhlükəsizlik nişanı olmalıdır. 3.2.4.Mənbə quyuda işçilərin olduğu yerdən ən azı 10 metr aralı məsafədə daşınma və ya nəql konteynerində saxlanılmalı və yanına 3 metr məsafədən oxunan bilən nişan qoyulmalıdır. 3.2.5.Mənbənin qoruyucu qurğuda 100 metr məsafəyə əllə daşınması dəstənin iki nəfər üzvünün iştirakı ilə uzunluğu iki metrdən az olmayan cubuq vasitəsi ilə həyata keçirilməlidir. 3.2.6.Radioaktiv mənbənin quyuda qorunub-saxlanılmasına iş rəhbəri biavasitə cavabdehdir. 3.2.7.RM-lə iş aparan zaman radiasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə aşağıdakılara əməl edilməlidir: 3.2.7.1.Kənar şəxsləri iş sahəsinə buraxmamaq; 3.2.7.2.Quyu cihazının mənbə kamerası (cihazda mənbənin qoyulduğun yer) işçilər olmayan tərəfə, yerə doğru istiqamətləndirməklə; 3.2.7.3.İşçilərin RM-lərlə iş yerində bilavasitə təmasda olmasını azaltmaqla; bunun üçün RM-lərdən istifadə əməliyyatları zamanı texnoloji ardıcıllığı gözləmək lazımdır. Bu quyularda RM-ləin tətbiqi ilə GTİ-ri təlimatında reqlament olunmalıdır. 3.2.7.4.Quyu cihazı kabel başlığına bağlanıldıqdan sonra mənbə cihazın yanına gətirilməli, mənbə quyu cihazına bağlanılmalı və dərhal quyuya buraxılmalıdır. 3.2.7.5.Geofiziki quyu cihazı quyudan çıxarılan kimi mənbə cihazdan çıxarılıb mühafizə konteynerinə qoyulmalıdır. 3.2.7.6.İQN quyuya 5 metr (yer səthindən) buraxıldıqdan sonra işə salınmalıdır. 3.2.7.7.İQN-i söndürdükdən ən azı 30 dəqiqə sonra quyudan çıxarılmalıdır. 3.2.7.8.Dozimetrik radiasiya nəzarəti aparılmalıdır. 3.2.8.Qısa müddətli ömrü olan izotoplarla işlərin aparılması zamanı, onların tətbiq edilmə təlimatlarındakı reqlamentə ciddi əməl olunmalıdır. 4. QƏZA VƏZİYYƏTİNDƏ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ. 4.1.GTİ-nin təhlükəsiz aparılmasını təmin edən avadanlıq və qurğularda hər hansı nasazlıq müəyyən edildikdə iş dayandırılmalı, təhlükəli sahə tərk edilməli və işlərin təhlükəsiz aparılması üzrə rəhbərə məlumat verilməlidir. 4.2.İş sahəsində qaz iyi hiss edildikdə dərhal iş dayandırılmalı və işçilərin təhlükəli zonadan təxliyyə olunma işlərinə başlanılmalıdır. 4.3.Yanğın hadisəsi baş verdikdə dərhal yanğından mühafizə idarəsinə xəbər verməli və yanğın ocağı söndürülməyə başlanmalıdır. 4.4.Hava şəraitinin kəsgin dəyişməsi (güclü qar və yağış yağması, duman, və s.) zamanı görünüş məsafəsi 50 metrdən az, küləyən sürəti 15 metr/saniyədən çox olduqda cihaz quyunun kəmər buraxılmış hissəsinə qaldırılmalı və iş dayandırılmalıdır. 4.5.Bədbəxt hadisə baş verdikdə dərhal hadisə barədə bilavasitə iş rəhbərinə və ya ekspedisiya rəhbərinə məlumat verilməlidir. 4.6.GTİ-nin aparılması prosesində quyu cihazının, kabelin, qəlibin tutulması ilə əlaqədar olan mürəkkəbləşmələr zamanı dəstə rəisinin göstərişlərinə əməl edilməli, dəstə rəisi isə öz nöbəsində bu barədə Mədəngeofizika İdarəsinin (ekspedisiyasının) və sifarişçi təşkilatın rəhbərliyini məlumatlandırmalıdır. 4.7.Qəzalar “Neft və Qaz Sənayesində Təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun aradan qaldırılmalıdır. 4.8.Quyudan neft və su təzahürlərinin baş verməsi zamanı dəstə heyəti obyektlərdə qəza vəziyyətində təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq fəaliyyət göstərməlidir. Bu qaydalarla dəstə heyəti quyuda sifarişçi tərəfindən təlimatlandırılmalıdırlar. 5. İŞİN SONUNDA TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ. 5.1.Quyuda sifariş olunan GTİ-ni tam yerinə yetirib qurtardıqdan sonra demontaj işlərinin aparılması, təhlükəsizlik tələblərinə əməl edilməklə montaj işlərinin əksi ardıcıllığı ilə aparılmalıdır. 5.2.Qaldırıcı və laboratoriyanın torpaqlama kabelləri yalnız cərəyan kabelləri və digər kabellər yığışdırıldıqdan sonra açılmalıdır. 5.3.Kabel, quyu cihazları və avadanlıqlar çirkdən və neft məhsullarından təmizlənməlidir. 5.4.Qaldırıcı və laboratoriyaya yüklənmiş cihaz və avadanlıqlar möhkəm bərkidilməlidir. 5.5.Bazaya və ya quyuya hərəkət zamanı avtomobillər bir-birini müşayət etməlidir.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Neft-qaz sənayesinin istixana qazı tullantılarını azaltmaq çağırışlarına cavab verməməsi şirkətlərin mənfəətinə mənfi təsir göstərir
Dünyada iqlim dəyişikliyinə qarşı mübarizə səyləri artsa da, qlobal neft-qaz sektorunun enerji transformasiyasını 2030-cu ilədək təxirə salması və karbon emissiyalarının azaldılmaması nəticəsində 1,2 trilyon dollarlıq investisiyanın boşa gedəcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) Dünya İqtisadi Forumu (WEF) ilə birgə hazırladığı “Enerji transformasiyasında neft və qaz sənayesi” adlı hesabatda deyilir.
Hesabatda bildirilir: “Dünyada təmiz enerjiyə keçid üçün sürətli transformasiya baş verir. Neft və qaz sənayesinin istixana qazı tullantılarını azaltmaq çağırışlarına cavab verməməsi şirkətlərin uzunmüddətli mənfəət hədəflərinə mənfi təsir göstərir. Neft-qaz sənayesinin daha çox bərpaolunan enerji mənbələrinə investisiya qoyacağı və aşağı karbonlu texnologiyalara sərmayələrini sürətləndirəcəyi gözlənilir. Artan elektrikləşdirmə, ənənəvi ehtiyatlara tələbatın azalması və təmiz texnologiyalardan daha çox istifadə fonunda neft və qaz şirkətlərinin enerji tranformasiyası prosesinə sürətlə ayaqlaşması vacibdir”.
Belə ki, əgər enerji tranformasiyası 2025-ci ilədək təxirə salınarsa sözügedən şirkətlərin 950 milyard dollarlıq, 2030-cu ilədək təxirə salınarsa isə 1,2 trilyon dollarlıq investisiyası boşa gedəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.