Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabı
Külək elektrik qurğularını kiçik (100 kVt-a qədər), orta (100 – 500 kVt) və böyük gücə (0,5 – 4 MVt) malik olan qurğulara ayırmaq olar. Böyük gücə malik olan külək stansiyalarının qurulması üçün yaşayış yerlərindən uzaq olan böyük ərazilər tələb olunur, onların konstruktiv elementləri metal həcmlidir. Həmçinin onların fəaliyyəti quşların və balıqların miqrasiyasına, radio və televiziya dalğalarının ötürülməsinə, hava nəqliyyatına maneələr törədə bilər.
Azərbaycanda neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.
Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.
Tarixi
Erkən tarixi
Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.
XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.
1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.
XIX əsr
“Balaxanıda neft fontanı” filmindən kadr.
1803-ci ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybətkörfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır. Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur – 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.
1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir.
Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmışdır. Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir. Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Mirzə Əsədullayev, Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.
Şəhərin neft baronları kimyaçı Dmitri Mendeleyev kimi tanınmış şəxslərdən məsləhətlər almağa can atırdılar və burma qazma və qazlift kimi yeni innovasiya texnologiyaları ilk dəfə olaraq Azərbaycanda sınaqdan keçirildi. Lakin ilkin olaraq “aut zərbələr” Azərbaycanda ən çox neft hasilatının payına düşürdü, bu pay 1887-ci ildəki 42%-dən 1890-cu ildə 10,5%-dək azaldı. 1872-ci ildə Nobel qardaşları Bakıda “Branobel” adlı ilk neft şirkətini təsis etdilər. 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv bir donanmaya qədər genişləndi.
1877-ci ildə Qızdırma məqsədi ilə işlənən ağ neftin nəql edilməsi üçün ilk metal gövdəli “Zərdüşt” paroxodu tikilib istifadəyə verilmişdir. 1878-ci Nobel qardaşları şirkətinin maliyyə vəsaiti hesabına mədənlərlə neftayırma zavodlarını birləşdirən dəmir yolunun tikintisinə başlanılmış və inşaat işləri 1879-cu ilin aprelində başa çatmışdır. 1885-ci ildə Neft sənayesi tarixində ilk dəfə olaraq mühəndis Q.V. Alekseyev, Bakıda (S.M. Şibayevin zavodunda) yağlı qudronun krekinqi vasitəsilə benzin və ağ neft istehsal edən sənaye miqyaslı kub qurğusunu işləmiş və quraşdırmışdır.
1892-ci ildə alman mühəndis-konssioneri Y.İ.Eger ilk dəfə naftalançıxarmaq üçün buruq quyuları qazdırmışdır. Hətta o, Naftalan neftindən Naftalan mazı almaq üçün şəhərdə kiçik zavod tikdirmişdir. Həmin zavodda “Naftalan” və “Kojelon” adlı preparatlar hazırlanırdı. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, ABŞ-a, İngiltərəyə, Hollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı. Eyni zamanda o illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət — “Maqdenbuq — Naftalan”, “Drezden — Naftalan” cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı. Naftalan neftinin reklamı ilə əlaqədar Alman dermotoloqu Pol Gerson Unna 1903-cü ildə demişdir:
Kimin Naftalanı varsa, onun hər şeyi var.
Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. Neft atılmaları çox qeyri-qənaətli və ekoloji baxımdan zərərli proseslər kimi qəbul edildi. O vaxtlar neft hasil edən regionlar Bakı ətrafında Sabunçu, Suraxanı və Bibiheybətdə cəmləşmişdi. 1990-cı ilin əvvəllərinə qədər Sabunçuda Bakı neftinin 35%-i, Bibiheybətdə isə 28%-i istehsal edilirdi.
XX əsr
XIX əsrdə Bakıda neft yataqları
Rotşildlər və Nobel qardaşlarıkimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.
1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə sahib olmuşdu. 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi. Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi. Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş, beləliklə, onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır. VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif etməyi qərara aldı.
1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi. 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi. Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi. Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı. 40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə iləyirdi. Neft emalı 3,5 dəfəyə qədər azalmışdı. Həmin ildə, Türkiyənin Bakıdakı səfiri Mahmud Şövkət bəy 1921-ci ilin aprelində Azərbaycan XİK-dən inqilabi Türkiyəyə iqtisadiyyat, neft sahəsində yardım göstərilməsini xahiş etdi. Tezliklə Azərbaycandan Türkiyəyə neft məhsulları göndərildi.
Bibiheybətdə ilk neft yatağları
1921-ci ilin əvvəllərində neft sənayesi ağır vəziyyətdə idi, vəsait çatışmazlığı üzündən, hətta Mərkəzi Sovet dövlətinin gücü ilə də onun yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdı. Azərbaycan neftinin taleyi əsasən Mərkəzi hakimiyyətin əlində idi. 1921-ci il fevralın 1-də RSFSR Xalq Komissarları Soveti qərar çıxardı: Bakının və Qroznının ayrı-ayrı neft rayonlarının, həmçinin başqa mədənlərin konsessiyaya verilməsi əsas etibarilə bəyənilsin. Rusiya XKS-i Ümumrusiya Xalq Təsərrüfatı Şurasına tapşırdı ki, neft çıxarmağı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana biləcək fəlakətlərin səbəblərini öyrənmək üçün Bakıya və Qroznıya komissiyalar göndərsin.
Lakin Bakı fəhlələri arasında belə bir inam var idi ki, onlar öz mədənlərini konsessiyaya vermədən özləri bərpa edə bilərlər. Bu məsələ 1921-ci ilin ortalarında Moskvada keçirilmiş müşavirədə Bakı neftçilərinin nümayəndəsi – Mədən Fəhlələri Həmkarlar İttifaqı MK-nın sədr müavini M.E.Sapunovun məruzəsində qaldırılmışdı. Bu fikirlə tanış olan Vladimir Lenin onu kifayət qədər inandırıcı hesab etməmişdi. Buna görə Bakı neftçiləri öz nümayəndəsini — AHİŞ Rəyasət Heyətinin üzvü A.Nikişini Leninin görüşünə göndərərək, konsessiyalar haqqında müqavilənin bağlanmasını ləngitməyi xahiş etmiş və mədənləri öz qüvvələri ilə bərpa etməyə söz vermişdilər. Onlar verdikləri sözə əməl etdilər. 1921-1922-ci illərdə Bakı fəhlələrinin istehsalat uğurları göstərdi ki, o zaman xarici kapitalın iştirakı olmadan da neft sənayesini dirçəltmək mümkündür. Bakı fəhlələrinin qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa başladı.
1924-cü ildə Bakı mühəndisi Matvey Kapelyuşnikovun icad etdiyi turbobalta ilə Suraxanıda dünyada dərinliyi 600 metrə yaxın olan ilk neft quyusu qazılmışdır. 1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan (№71) sənaye üsulu ilə neft alınmışdır. Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanmışdır. Eyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır.
1929–1934-cu illərdə Bakıda Vladimir Şuxov, Matvey Kapelyuşnikov və Fətulla bəy Rüstəmbəyov tərəfindən boruşəkilli krekinq qurğusu ixtira edilmişdir. Həmin qurğuda həyata keçirilən proses dünya neft tarixinə “sovet krekinqi” adı ilə düşmüşdür. 1930-cu ildə Bakıda ilk dəfə olaraq elektrik karotaj və qazmada əyriliyin ölçülməsi tətbiq edilmiş, həmçinin qazmanın əyriliyini ölçmək üçün cihazların istifadəsinə başlanılmışdır.
1934-cü ildə Pirallahı adasında ilk dəfə olaraq maili istiqamətli quyu qazılmışdır. Bayılda Ağa Nemətulla tərəfindən icad edilmiş turbin üsulu ilə 2000 metr dərinlikdə maili quyu qazılıb istifadəyə verilmişdir. 1940-cı ildə Qala və Suraxanı sahələrində SSRİ-də ilk dəfə olaraq elektrik mühərriki ilə dərinliyi 2500 metr olan neft quyusu qazılmışdır. 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır.
İkinci dünya müharibəsi
Üstündə Bakı şəhəri təsvir edilmiş Hitlerin yeməsi üçün kəsilən tort dilimi
İkinci dünya müharibəsiAzərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.
Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqazərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını “yer anbarları”na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.
Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. 1943-cü ildə dəniz seysmik kəşfiyyat üsulu hazırlanmış, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunmuşdur. İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:
Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü.
O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Marşal Konstantin Rokossovski demişdi:
Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır.
Müharibə illəri Bakının neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. “Pravda” qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki “Azərbaycan bu gün” adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.
Dəniz kəşfiyyatının başlanması
1946-cı ildə “Gürgan” yatağında açıq dənizdə qazma işləri aparılması üçün ilk iribloklu özül qurulmuşdur. 1947-ci ildə metal estakadaların tikintisinə başlanılmışdır. 1949-cu ildə Bakıda “Dənizneftqazlayihə” Elmi-Tədqiqat və Layihə İnstitutu açılmış, burada açıq dəniz şəraitində hidrotexniki qurğuların layihələndirilməsinə başlanılmışdır. 1951-ci ildə ilk dəfə olaraq açıq dənizdə hidrotexniki qurğular kompleksi tikilmişdir. 1955-ci ildə “Qum-dəniz” yatağının işlənilməsinə başlanmışdır. 1954-1959-cu illərdə “Azərneft”in bazasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, 1965-1970-ci illərdə isə Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaradılmışdır. Qurum 1970-ci ilin avqustunda yenidən “Azərneft” adlandırılmışdır.
Neft Daşları
1949-cu ildə açıq dənizdə, Bakışəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarındavuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır. Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür. Sonralar Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca “Gürgan-dəniz”, “Pirallahı”, “Çilov adası” kimi yataqlar mənimsənilmişdir.
21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.
1960 və 1980-ci illərdə offşor kəşfiyyatı
1965-ci ildə Naftalanda Elmi-Tədqiqat laboratoriyasi yaradılmışdır. Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Yusif Məmmədəliyevin, professor T.H.Paşayevin, S.Ə.Quliyevanın və tibb elmləri doktoru Tofiq Hüseynovun böyük xidmətləri olmuşdur. 1966-cı ildə “Kürsəngi” yatağının işlənilməsinə başlanmışdır. 1970–1980-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə “Şelf-2”, “Şelf-3”, “Şelf-4”, “Şelf-5” qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədi ilə “Süleyman Vəzirov”, “İsrafil Hüseynov” kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya gətirilmişdir.
1970–1988-ci illərdə Azərbaycan neftçiləri (“Xəzərdənizneftqaz” İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir. 1971-ci ilin martın 28-də Azərbaycanda milyardıncı (1 milyard) ton neft çıxarılmışdır. 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanmışdır. 1980-cı ildə «Günəşli» yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir. 1985-ci ildə “Çıraq” yatağı kəşf edilmişdir. 1987-ci ildə «Azəri» yatağı kəşf edilmişdir. 1988-ci ildə «8 Mart» yatağının işlənilməsinə başlanmışdır və “Kəpəz” yatağı aşkar edilmişdir.
Erkən 1990-cu illər
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Prezidentinin 3 dekabr 1991-ci il tarixdə imzaladığı Fərmanla “Azərineft” Dövlət Konserni yaradılmışdır. Neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə “Azərineft” Dövlət Konserni və “Azərnefkimya” İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətiyaradılmışdır. 1993-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunda (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) “Katalitik krekinq” qurğusu istifadəyə verilmişdir.
Əsrin müqaviləsi
Əsrin müqaviləsi sazişinin imzalanması anı
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan SarayındaQərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı. “Əsrin müqaviləsi” adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.
Bu müqavilədə Böyük Britaniyanın “BP” (qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco” (2,08 faizi), ABŞ-ın “Amoco” (17,01 faiz), “Unocal” (11,2 faiz), “Pennzoil” (9,81 faiz), “McDermott International” (2,45 faiz), Rusiyanın “Lukoyl” (10,0 faiz), Norveçin “Statoil” (8,56 faiz), Türkiyənin”Türkiye Petrolleri Anonim Ortaklığının” (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var idi.
Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin təzahürü idi. Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir:
1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir.
Əsrin müqaviləsi Azərbaycanda sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət göstərdi. Bununla belə, Azərbaycan hökuməti yaranan nəhəng pul sərvətinin yönəltməsi, ölkəni neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə saldı. 1997-ci ildə Bakı–Novorossiysk Şimal ixrac boru kəməri, 1999-cu ildə isə Bakı–Supsa Qərb ixrac boru kəməri istifadəyə verilmişdir.
1999-cu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə” dair saziş imzalamışlar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən “İstanbul Bəyannaməsini” imzalamışlar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atılmışdır.
1999-cu il 29 dekabrda Azərbaycan Respublikası Dövlət Neft FonduPrezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir.
XXI əsr
Mövcud vəziyyəti
Bakı-Tbilisi-Ərzurum Boru Xəttininxəritəsi
2006-cı ilin payızında “Şahdəniz” yatağından ilk qaz alınmışdır. Həmin ilin mayın 28-də ilk neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Ceyhanlimanına çatmışdır. İyulun 13-də Ceyhan limanında kəmərin rəsmi açılış mərasimi keçirilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum Boru Xətti istifadəyə verilmişdir. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
2012-ci ildə Bloomberg agentliyinin verdiyi məlumata görə, Azəri-Çıraq-Günəşlidən hasil olan resurslar ölkə istehsalının 78 faizini təşkil edirdi. Həmin ilin iyunun 26-da İstanbulda Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə sənədlərin imzalanması mərasimi 2012 keçirilmişdir.
2015-ci ilin 4 dekabr tarixində “Günəşli” neft yatağında yanğınnəticəsində 63 nəfər zərər çəkmiş, onlardan 30 nəfər dünyasını dəyişmişdir. Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. 2016-cı ilin 15 dekabr tarixində aniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçması nəticəsində 10 nəfər nəfər dünyasını dəyişmişdir.
2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.
Siyasətdə rolu
Daxili siyasət
Siyasətşünas Oksan Bayulgenin sözlərinə görə, 1990-cı illərdə xarici neft şirkətləri Azərbaycanın sovet dövründən qalma kommunist elitalarına kənar dəstək və legitimlik gətirdilər. Bəzi mütəxəsisslərin fikrinə görə, 1990-cı illərdən sonra neft bumu Azərbaycanda sosial və iqtisadi bərabərsizliyi artırıb. Ölkə büdcəsində xərclər milyardlarla dollar olsa da, xərclərin çoxu təhsilə, səhiyyə və sosial təminata deyil, infrastruktura, hərbi büdcəyə və hökumət xidmətlərinə investisiya olunub. İqtisadçı Thorvaldur Gylfasonun müşahidələrinə görə, “təbii ehtiyatlarla zəngin olan və pul içində üzən Azərbaycan təhsilin uzunmüddətli perpektivdəki dəyərini lazımınca qiymətləndirmir“.
ABŞ yazıçısı Maykl L.Ross “Neft lənəti: Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır” kitabında, Azərbaycan hakimiyyətinin əhalini neft gəlirləri barədə məhdud məlumatlandırmağın unikal yolunu “tapmasını iddea edib“. Yazıçının fikrincə, hər il parlamentdə büdcə müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb, “ARDNŞ vasitəsilə mənimsənilir“.
Bəzi iqtisadiyyatçıların rəylərinə görə, Azərbaycanda neft sektorundan başqa digər sektorların zəif inkişafı, Holland sindromu yaranması təhlükəsini yaradır. 2015-ci ildə dünya bazarında neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan manatı iki dəfə devalvasiya uğrayıb.
Xarici siyasət
1991-ci ildən Azərbaycanın özəl ixrac boru kəmərinə sahib olması onun Rusiyadan asılılığını zəiflətmiş və onun regional enerji layihələrinə qoşulmasına şərait yaratmışdır. Nəticədə “Nabukko” layihəsi çərçivəsində, ölkə Orta Asiya neftinin və qazının nəqli üçün tranzit ərazisi kimi istifadə oluna bilər.
Britaniyalı jurnalist Tomas de Vaal yazır ki, “neft gəlirləri Azərbaycana 2000-ci illərdə dünyanın ən böyük iqtisadi artımını təmin etmək, qısa müstəqillik dövründə yoxsulluğun kökünü kəsmək və qaçqınları evlə təmin etmək imkanı verib”. 2015-ci ildə Avropanın bir sıra KİV-ləri Azərbaycan hakimiyyətini, işini “kürü diplomatiyası”-nın köməyilə görməyində ittiham edib. Müxtəlif KİV-lərin verdiyi məlumatlara görə, Avropa Şurasının deputatları xərcləri ödənilməklə bahalı səfərlərə dəvət olunurlar və bahalı hədiyyələr alırlar.
Ətraf mühitin çirklənməsi
1929-cu ildə Keşlə kanalı vasitəsilə Böyükşor gölünə neft-mədən suları axıdılmışdır. Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 1970-ci illərdən başlayaraq gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılmışdır. Təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılmışdır ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır. İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olmuşdur. Böyükşor gölünün kompleks bərpası layihəsi prezidentin sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il tarixli fərmana uyğun olaraq, həyata keçirilir.
4 noyabr 2013-cü ildə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, Azərbaycanda neft sənayesinin inkişafı nəticəsində 35 min hektar ərazinin neftlə çirklənməyə məruz qalıb. Bunun nəticəsində, Bakıda və Sumqayıtda olan köhnə zavod və müəssisələr ləğv edilməsinə və Qaradağ ərazisində neft-qaz müəssisələrində müasir avadanlıqların qurulmasına səbəb oldu. Həmin ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Mirsalam Qəmbərov mətbuata müsahibəsində qeyd etmişdir ki, Azərbaycan sahillərində neft çıxarılması və daşınması üzündən Xəzərin çirklənməsi normadan 8-12 dəfə çoxdur.
Müxtəlif səbəblər nəticəsində Xəzərə tökülən neft məhsulları su səthini örtür və oksigenin suya daxil olmasının qarşısını alır. Oksigen çatışmazlığına məruz qalan balıqlar tələf olur. Suya daxil olan həll olmayan liflər, hissəciklər onu zibilləyərək fiziki-kimyəvi proseslərin getməsinə mane olur. Ağac hissəcikləri oksidləşən zaman çoxlu miqdarda oksigen istifadə edir ki, bu da balıqlara və digər canlılara mənfi təsir edir. Radioaktiv maddələr balıqlara, sonra isə digər heyvanların orqanizminə daxil olur.
Mədəniyyətdə
Azərbaycanda neft sənayesinə həsr olunmuş Azərbaycan manatı, 2010-cu il
Azərbaycanı dünyaya tanıdan “qara qızıl” iqtisadi güc və qüdrət olmaqla yanaşı, zaman-zaman müxtəlif səpkili incəsənət əsərlərinə mövzu olub, hətta bəzi sənət növlərinin təşəkkül tapmasına təkan verib. 1921-ci ildə “Azərbaycan neft sənayesi” jurnalı nəşr olunmağa başlamışdır. [2] Ölkənin neft sənayesi 1994-2001-ci illərdə tədavülə buraxılan manatlarda əks olunmuşdur. Neft sənayesinə və onun inkişafına həm də poçt markaları həsr olunmuşdur.
- Azərbaycanda neft sənayesi poçt markalarında
Azərbaycanda neft hasılatı. 1920-ci illər
Neft hasılatı üzrə “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr edilmiş marka.
Bakı — Neft daşları. 1971-cu il.
Ədəbiyyatda
Azərbaycan ədəbiyyatında ölkənin neftlə bağlılığına aid çoxlu tərifli və tənqidli ədəbi əsərlər həsr olunub. Tənqidli şeirlərdən Ramiz Rövşənin“Vətən”, Baba Pünhanın “Pulun göstərir” şeirlərini qeyd etmək olar.
Ramiz Heydərin “Mən Bakı neftçisiyəm” kitabı başdan-başa neftçiləri vəsf edir. Belə ki, o, “Qaradağ simfoniyası” poemasını yazmaq üçün bir neçə il Qaradağda, dəniz sahilində yaşamış, dəniz neft buruqlarında olmuş, neftçilərlə ünsiyyət bağlamış, onların həyatı və məişəti ilə yaxından maraqlanmışdır. R.Heydərin “Dalğalar qoynunda ucalan məzar” poeması (əsər Bayıl neft mədənlərində çalışan polşalı mühəndis Pavel Pototskiyə həsr olunub), “Neft – Vətənin sabahı”, “Sahil ayağa qalxıb”, “Amerikaya axır neftim”, “Qocaman neftçi”, “Dalğalar qoynundayıq”, “Bir batan buruğun dərdi, məlalı”, “Mən Xəzərdə şəhər gördüm”, “Növbədən qayıdır fəhlələr”, “Bakı buruqları Sibirə gəlib”, “Bakının ən böyük buruğu”, “Sən neft havasıyla nəfəs alırsan” və s. şeirləri neftçilərin həyatına, onların romantik aləminə həsr olunub.
Kinoda
Bakıda Pirs Brosnan BMW Z8 ilə Dünya kifayət deyil filminin çəkilişi zamanı
Azərbaycanda neft sənayesinin Azərbaycan kinematoqrafınagüclü təsirini xüsusi qeyd etmək lazımdır. 1898-ci ildə fotoqraf Aleksandr Mişonun tərəfindən çəkilmiş Bibiheybətdə neft fontanı yanğını və 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı adlı kinosüjetlər Bakının neft şəhəri kimi tanınmasına töhfə olmaqla bərabər, həm də Azərbaycan kinematoqrafının yaranmasına zəmin idi.
Sonrakı illərdə də Bakı nefti yeni ekran əsərlərinə mövzu olmaqda davam edirdi. Sovet hakimiyyətinin ilk illərində fəhlələrin həmkarlar ittifaqlarının işindəki problemlər haqqında da filmlər çəkilirdi. 1924-cü ildə rejissor Aleksandr Litvinov bunu komediya janrında göstərdi. “Mədənçi-neftçi istirahətdə və müalicədə” filmində neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açılır. Artıq neft sənayesində olan konfliktlər kinematoqrafçılar üçün əsas mövzulardan biri idi. Litvinovun 1926-cı ildə çəkdiyi “Müxtəlif sahillərdə” detektiv-dramının süjeti də neft mədənlərində gərgin əməklə məşğul olan işçilərə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. O dövrdə Bakıda yerli və gəlmə mütəxəssislər arasında tez-tez münaqişələr yaranırdı. Məhz bu münaqişələr filmin əsasını təşkil edib.
XX əsrin 30-cu illərinin sonlarından başlayaraq neft sənayesinə gənc mütəxəssislər cəlb olunmağa başlandı. Yeni nəsil mütəxəssisləri ilə yaşlı neft ustaları arasında münasibətlər isə rəvan deyildi. Elə rəhbər dairələrdə də qocaman neftçilərə münasibət belə idi. Bu proseslər 1940-cı ildə rejissorlar Ağarza Quliyev və Qriqori Braginskinin birgə çəkdiyi “Yeni horizont” dramında canlanıb.
Neft sənayesi qurudan dənizə daşındıqca filmlərin mövzuları da onları “təqib” edirdi. 1950-ci illərinin sonlarından başlayaraq neft mövzusunda çəkilən filmlər dənizdə qazma işlərindən bəhs edirdi. Rejissor Ağarza Quliyevin 1956-cı ildə çəkdiyi “Qara daşlar” filmi neft kəşfiyyatçılarının dənizdə qazma işləri apardıqları zaman baş verən dramatik hadisələri əks etdirirdi. Bəzi filmlər isə Xəzərin ortasında salınmış Neft daşlarında yaşayıb işləyən neftçilərin əməyinə və məişətinə həsr olunurdu. “Möcüzələr adasında” dramında ömürlərini bu “ada”da keçirən adamların qarşılıqlı münasibətləri haqqında söhbət gedir.
1977-ci ildə isə neft mövzusuna rejissor Eldar Quliyev müraciət edir. Dram janrında olan “Sevinc buxtası” bədii film 1920-ci ildə Azərbaycanın sovetləşməsi zamanı neft maqnatlarının yeni hakimiyyətlə mübarizəsindən söz açır. 1980-ci ildə Mirzağa Mirmövsümovİbrahimbəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin ikinci ekran variantını yazır. “Qızıl uçurum” adlı filmi Fikrət Əliyevçəkir. Filmdə natura səhnələrinin çəkilişi üçün 16 buruq qurulmuş və tonlarla neftdən istifadə edilmişdi. “Qızıl uçurum” filmi 1983-cü ildə XIV Ümumittifaq Kino Festivalında rejissor Fikrət Əliyevə “Uğurlu debütə görə” mükafatı qazandırıb.
Rejissor Murad İbrahimbəyovun çəkdiyi Neft filmi 2003-cü ildə Venesiya Film Festivalında ən yaxşı qısametrajlı film kimi görə film “Gümüş Şir” Mükafatını almışdır. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan Dünya kifayət deyil(ing. The World Is Not Enough) filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.
Azərbaycanın tarixində neftin rolu olan digər filmlərdən Qara qızılın qara üzü, Neft kəşfiyyatçıları, Neft və milyonlar səltənətində, Altıncı hiss, Hədəf Bakıdır, cizgi filmlərdən isə Şahzadə-qara qızılı qeyd etmək olar.
Təsviri incəsənətdə
“Vaxtada”, Tahir Salahov, 1957-ci il
Azərbaycan təsviri incəsənətində neftin təsvirini şərti olaraq bir neçə dövrə bölmək olar: inqilabdan əvvəlki dövr, sovet dövrü və müasir dövr. Müvafiq olaraq müxtəlif dövrlərdə zamanın səciyyəvi xüsusiyyətlərini, habelə konkret zaman kəsiyində cəmiyyətdə mövcud olan tələbləri nəzərə alaraq bu mövzuya yanaşmaların da müxtəlif olduğunu müşahidə edə bilərik.
Tahir Salahov yaradıcılığında neft mövzusuna xüsusi yer verir. O, dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaratmışdır. Salahovun 1960-cı illərdə yaratdığı əsərlər “sərt üslub” epitetinin tənqidinə səbəb olmuşdur. Rəssam bu dövrdə “Neftçi”, “Estakada”, “Neft Daşları”, “Neftçi portreti” yaratmışdır. Onun 1959-cu ildə yaradılmış “Neftçi” əsərində günəşdən dərisi mis rəngində olmuş qəhrəmanın ağzında al-qırmızı rəngli müştük modernist məzmunu üzə çıxarır. Tahir Salahov neftçilərə həsr etdiyi əsərlər barədə danışarkən:
Bakı – neftçi əməyinin romantikasıdır. Şəhər neft ilə, neft hasilatı ilə sıx bağlıdır. Bu mövzu həmişə məni cəlb edib. Buna görə də diplom işimi məhz bu mövzuya həsr etmişəm. Mən iki ay neftçilərin yataqxanasında yaşamışam, onlarla ailəvi dost olmuşam. Bakı – zəhmətkeş şəhərdir, əmək onun canına hopub. Onu başqa cür təsvir etmək də olmaz; məsələn, “Abşeron qadınları” əsəri ana və bacıların öz fəhlə oğullarına, qardaşlarına görə keçirdiyi həyəcanı ifadə edir. Neftçi ailəsi daim gözləyir, daim narahatdır, axı onların əməyi əsl qəhrəmanlıqdır.
Maral Rəhmanzadənin “Neft daşları” seriyasından olan “Bizim qonaqlar”qrafik işində rəssamın qeyri-adi, ekzotik və diqqətəlayiq bir yer kimi Neft daşlarına baş çəkən xarici nümayəndə heyətini təsvir etdiyinin şahidi oluruq. Yumşaqlıq çalarlarına gəlincə isə Səttar Bəhlulzadənin“Xəzər üzərində axşam şəfəqləri” adlı rəsm əsəri — kətan üzərində qüllələr və estakadalar günün ala-toran vaxtında, günəşin artıq qürub etdiyi, lakin qaranlığın hələ tam çökmədiyi dəqiqələrdə təsvir olunmuşdur.
Tofiq Cavadovun neft mövzusunda çəkdiyi rəsmlər formaları mübaliğəli şişirdərək rəngləri daha cəsarətlə daxil edir və parlaq ləkələrə və qara kontura üstünlük verir. Bu baxımdan onun işləri digər Azərbaycan rəssamlarının əsərlərindən daha çox Meksika monumentalistlərinin yaradıcılığı ilə uzlaşır. Onun “Neftçinin portreti” adlı əsəri təsvir üçün bir qədər təvazökar obyekt olmasına baxmayaraq (bütün kətan üzərində yalnız fəhlənin başı təsvir edilib), monumental işi xatırladır.
Memarlıqda
Azərbaycanda neft sənayesinin inkişafı ölkə memarlığına təsir etmişdir. Neft sənayesindən gəlirlər Azərbaycan Xalq Cümhuriyyəti zamanı Səadət Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kimi tikintisinə güclü təkan vermişdir. Müasir memarlıq nümunələrindən SOCAR Tower və Alov qüllələrini qeyd etmək olar.
Ölkədə neftçilərin şərəfinə bir sıra yerlər adlandırılıb. Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçə, Neftçilər prospekti adını daşıyır. Bundan əlavə, Bakı metropolitenində Neftçilər metrostansiyası mövcuddur.
İdmanda
Azərbaycanda neft sənayesinin inkişafı ölkə idmanına da təsir göstərmişdir. 18 mart 1937-ci ildə neftçilər tərəfindən yaranan və Bakışəhərini təmsil edən, Neftçi PFK Azərbaycanın ən məşhur və ən uğurlu peşəkar futbol klublarından biridir. Neftlə əlaqədar olan digər klublardan Azneftyağ Bakı və Neftqaz Bakını qeyd etmək olar. 2010-cu illərdə neftin ucuzlaşması, Azərbaycan futbolunda klubların azalmasına səbəb olmuşdur.
Musiqidə
Azərbaycanda neft sənayesi haqqında bir sıra mahnılar bəstələnmişdir. Bunlardan Rəşid Behbudovun repertuarında Tofiq Quliyevin “Neftçi mahnısı”, “Qaya” Vokal Kvartetinin “Neft daşları” mahnılarını qeyd etmək olar.
Təhsildə
Azərbaycanda neft sənayesinin inkişafı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA Neft-Kimya Prosesləri İnstitutu, Bakı Ali Neft Məktəbi kimi təhsil ocaqlarının yaranmasında rol oynamışdır.
Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabı
Daşqın İskəndərov -DOSYE
Fins.az ” Azneft” İstehsalat Birliyinin Baş direktoru, SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti cənab Daşqın İskəndərovun dosyesini təqdim edir
Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1983 – 1985-ci illərdə hərbi xidmətdə olub və 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olub. 1991-ci ildə institutu bitirərək dağ mühəndisi ixtisasına yiyələnən Daşqın İskəndərov 1991-ci ildə 28 May neft – qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra edib. 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışıb. 2007-2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilib. Daşqın İskəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləyib. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.
Daşqın İskəndərov 2019-cu il 3 dekabrdan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
O, 2013-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Uzun müddət istismarda olan dəniz neft yataqlarının lay-quyu sistemində yaranan mürəkkəbləşmələrə qarşı yeni üsulların işlənməsi və tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Müvafiq olaraq 2014-cü və 2015-ci illərdə nəşr edilən Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabı və Neft və qaz quyularının əsaslı təmiri adlı kitabların müəllifidir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan bir sıra elmi-tədqiqat işlərinin, o cümlədən mədənlərdə keçirilən sınaq işlərinin nəticələri nəşr olunub. 15-dən çox elmi məqalə, o cümlədən dərslik kimi istifadə olunan 2 kitab, 8 ixtira və patent müəllifidir.Müxtəlif elmi jurnallarda çoxsaylı məqalələri dərc olunub.
Azərbaycan Neft Strategiyası haqqında ümumi məlumat
Neft insanların istifadə etdikləri ən əhəmiyyət-li təbii sərvətlərdən biridir. O, aşkar edildiyi ərazilərdə yaşayan xalqların taleyində böyük rol oynamışdır. Məhz buna görədir ki, nefti “qara qızıl” adlandırmış, onun bəşəriyyət ü çün əhəmiyyətini yüksək dəyərləndirmişlər. Neftin tərkibində başlıca olaraq təbii karbo-hidrogen qarışığı ilə yanaşı, kükürd, azot və oksigen birləşmələri də müşahidə olunur. O digər təbii yanacaq növlərindən (daş kömür, yanar şistlər və sairədən) tərkibində hidroge-nin bol olması ilə fərqlənir. Onun mənşəyi ta qədim dövrlərdən insanları maraqlandırmışdır. Ta əlkimya dövründən başlayaraq müasir kompüterlər dövrünə qədər bu problemlə bağlı xeyli iş aparılsa da, neftin mənşəyi haqda hələ də birmənalı cavab tapıl-mayıb. Müasir dövrdə bu problemin aktuallığı yalnız bizi əhatə edən dünyanın dərk edilməsi ilə bitmir. Neftin yaranmasının elmi izahı ilk növbədə onun yataqların yayılması qanuna-uyğunluqlarını müəyyən etməyə imkan verir. Neftin mənşəyinin izahı, eyni zamanda, bizim planetimizin yaranması və Yerdə həyatın ya-yılması ilə bağlı bir çox suallara da cavab verə bilər. Odur ki bu problemin həlli ilə bağlı müxtəlif elm sahələrində dünyanın bir çox aparıcı alimləri – kimyaçılar, geoloqlar, fîzik-lər, coğrafiyaçılar, astronomlar və bioloqlar tədqiqat işləri aparırlar. Yer qabığında neft və qaz ehtiyatlarının yayılma xüsusiyyətlərinin müəyyən edilməsi geoloji axtarış və kəşfîyyat işlərinə düzgün istiqamət verilməsinə imkan yaradır. Bu isə ilk növbədə neftin mənşəyi probleminin həlli ilə bir-başa bağlıdır. Bu yerdə qədim yunan fîlosofu Aristotelin sözlərini yada salmaq yerinə düşər: “Hər bir maddənin əhəmiyyəti onun mənşəyi, Tərkibi və istifadə edilməsi imkanı ilə müəyyən olunur”. Müasir dövrdə geoloji axtarış işlərinə küllü miqdarda vəsait sərf olunur. Geofiziki tədqiqatların nəticələrinin və toplanmış geniş geoloji məlumatın təhlili qazma işlərinin düzgün aparılması üçün əlverişli zəmin yaradır. Lakin bununla belə, dünya təcrübəsi göstərir ki, axtarış işlərinin səmərəliliyi kifayət qədər deyildir. Bir də elə buna görə nef-tin mənşəyi müəyyən edilərsə, ax-tarış işləri daha düzgün istiqamətdə aparılar.
Neftin mənşəyi haqda ilk elmi mü-lahizələr əsasən XVIII əsrdən başlanmışdır. Bu dövrdə əsas fîkir ayrılığı neftin hansı “xammal”dan yaranması idi. Belə ki, artıq XIX əsrin əvvəlində alimlərin bir qismi bu “xammal”ın bitki, digərləri isə heyvan qalıq-larından ibarət olduğunu söyləyirdilər. Bütün bunlara baxmayaraq 1805-ci ildə hərtərəfli ensiklopedik biliyə malik məşhur alman alimi Aleksandr Hümboldt neftin qeyri-üzvi mənşəli olması fîkrini irəli sürdü. O belə bir nəticəyə Venesuelada maqmatik süxurlardan Yer üzərinə neftin sızmasını müşahidə etdik-dən sonra gəlmişdir. A.Hümboldtun qənaətinə görə, neft Yerin dərin qatlarında yüksək təz-yiq və temperaturun sadə dağ süxurlarına təsi-ri nəticəsində əmələ gəlir. Eyni zamanda, alim müəyyən etmişdir ki, lava vulkanları ilə palçıq vulkanları arasmda əlaqə var. Məlum-dur ki, palçıq vulkanları əsasən neftli və qazlı sahələrdə müşahidə olunur. XIX əsrin ortalarında neftin kosmik mənşəli olması haqda yeni bir fərziyyə yaranır. Bu, ilk növbəde astronomiya və fîzika sahəsindəki yeni elmi nailiyyətlərlə bağlı olmuşdur. Belə ki, 1859-ci ildə spektral analiz üsulunun əsası qoyulduqdan sonra alimlər Yupiterin atmosfe-rində karbon və hidrogen birləşmələrinin mövcudluğunu müəyyən etmişlər. 1866-cı ildə müvəffəqiyyətli təcrübələr aparan fransız kimyaçısı M.Bertlo qeyri-üzvi maddələrdən süni sintez yolu ilə müxtəlif kar-bohidrogenlər almışdır. Məhz buna istinadən o qeyd etmişdir ki, neft Yerin derin qatlarında mineral maddələrdən əmələ gəlmişdir. 1877 – 78-ci illərdə digər fransız kimyaçısı S.Kloyes sulfat turşusu və tərkibində 4% karbon olan çuqunla təcrübələr apararaq hidrogen və xeyli miqdarda karbohidrogen əldə etmişdir. Qeyd etmək lazımdır ki, sonralar (XX əsrin ikinci yarısında) alınmış karbohidrogenlərin təbii karbohidrogenlərdən xeyli fərqli olması sübut edilmişdir.
Fransız alimlərinin təcrübələri neftin qeyri-üzvi mənşəli olması ehtimalının daha da güc-lənməsinə səbəb oldu. Eyni zamanda, neftin üzvi qalıqlar əsasında yaranması nəzəriyyəsinin tərəfdarları da müx-təlif səviyyələrdə tədqiqat işləri aparırdılar.
1888-ci ildə balıq yağını 400°C temperaturda qızdıran alman alimləri H.Hefer və K.Enqler ondan karbohidrogenlər, parafîn və sürtkü yağları almışlar.
XX əsrin əvvəllərində digər alman alimi H.Potonye neftin bitki qalıqlarından əmələ gəlməsi nəzəriyyəsini irəli sürür. 1919-cu ildə akademik N.D.Zelinski bu nəzəriyyə əsasında belə bir təcrübə qoyur: Balxaş gölü dibindən götürülmüş bitki qalıqlarıyla zəngin üzvi lili emal edir. Nəticədə benzin, ağ neft, ağır yağlar, metan və digər qazlar alır. Aparılmış bu təcrübələr neftin üzvi mənşəli olmasını bir daha təsdiq edir. Beləliklə, artıq 100 ildən çoxdur neftin mənşəyi ilə bağlı iki ferqli nəzəriyyə mövcuddur. Neftin üzvi mənşəli olması nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki, neft və təbii qaz bitki və heyvan qalıqlarının Yerin dərin qatlarında, çökmə süxurlarda parçalanması nəticəsində əmələ gəlmişdir. Neftin qeyri-üzvi mənşə-yini izah edən alimlər isə onun Yerin mantiya-smında qeyri-üzvi üsulla əmələ gəldiyini sübut etməyə çalışırlar.Birinci konsepsiya, yaxud “üzvi” nəzəriyyə biogen (yunanca “bios” – “həyat”, “genesis” – “mənşə” dəməkdir), ikinci konsepsiya isə abiogen adlanır.
Bütün mübahisə dövrü ərzində neftin mənşəyi haqda 30 mindən çox elmi əsər və məqalənin çap olunmasına baxmayaraq, alim və mütəxəssislər hələ də ümumi bir fikrə gəlməmişlər. Lakin bununla belə, geoloqların əksəriyyəti bio-gen nəzəriyyəsinin tərəfdarıdır, çünki kəşf edilmiş neft və qaz ehti-yatların 99%-i çökmə süxurlarda aşkar edilmişdir. Bu süxurların yayıldığı dərinliklər 2-3 kilometrdən 12 kilo-metrə qədərdir. Özünəçəkmə, hopdurma qabi-liyyəti yüksək olduğundan çökmə süxurlarda neft, qaz və digər mayelərin toplanması çox əlverişlidir.
Biogen nəzəriyyəsi tərəfdarların fîkrincə, geoloji tarix dövründə, min illər ərzində bitki və heyvanat aləminin qalıqları çökmə süxur-larda cəmləşərək neftli-qazlı iri hövzələr ya-ratmışdır. Çökmə süxurların yaranma müddəti təxminən 500 mln. il hesab edilir. Bu isə Yerin yaranma tarixinin 10%-ə qədərini təşkil edir. Yerin dərinliyi artdıqca süxurlardakı təzyiq və temperatur da müvafîq olaraq artır. Bəzi hal-larda çökmə süxurların geoloji xüsusiyyətin-dən asılı olaraq anomal yüksək təzyiq və tem-peratur müşahidə edilir. Bu isə aşkar edilmiş neft-qaz yataqların istismarını mürəkkəbləşdirir.Neftin və qazın, qeyd etdiyimiz kimi, özünə-məxsus fiziki-kimyəvi şəraitdə yaranması on-ların xüsusiyyətlərində əks olunur. Layda mü-əyyən olunmuş neft çıxarıldıqda öz keyfiyyət-lərini dəyişir. Belə ki, yüksək təzyiq və tem- peratur altında neftdə həll olmuş qazlar yerin dərinliklərindən çıxarıldıqda bir hissəsi, sadə-cə, buxarlanır.
Neftin tərkibində müxtəlif kimyəvi maddələr vardır. Çoxsaylı kimyəvi analizlərin nəticələ-rinə görə, neft əsasən 79,5 – 87,5% karbondan, 11 – 14,5% hidrogendən və 0,5 – 8% kükürd, oksigen və azotdan ibarətdir. Bununla yanaşı, neftin tərkibində az miqdarda müxtəlif me-tallar da vardır. Onların xüsusi çəkisi 0,02 -0,03% arasında olmaqla əsasən vanadium, ni-kel, dəmir, alüminium, mis, maqnezium, bari-um, xrom, kobalt, molibden, natrium, sink, kalsium, gümüş və başqalarından ibarətdir. Qeyd etmək lazımdır ki, neftin kimyəvi tərkibi hələ də tam məlum deyildir. Lakin müəyyən olunmuşdur ki, neft 425 müxtəlif karbohidro-gen və digər kimyəvi elementlərin 380 mü-rəkkəb birləşmələrindən ibarətdir. Karbohid-rogen birləşmələri əsasən azot, kükürd və okigenlə reaksiyaya girərək müxtəlif maddələr əmələ gətirirlər. Yeni birləşmələr başlıca ola-raq kükürdlü maddələr yaradırlar. Belə kü-kürdlü birləşmələrə merkaptanlar deyilir. On-lar çox kəskin iyli, zəif turşu xassəli birləşmə-lərdir. Hasil edilən neftdə merkaptanların ol-ması çox xoşagəlməz haldır, çünki kükürdün oksidləşmə məhsulları dəmir boruları qısa müddətdə korroziyaya uğradır və buruq ava-danlığının tez sıradan çıxmasına səbəb olur. Məsələn, bəzi neft yataqlarında (Qərbi Kana-dada, Fransanın Lakk və Qazaxıstanın Tengiz yataqlarında) hidrogen-sulfidin həcmi yüksək (20 – 30%) olduğundan oralardakı mədənlərdə daha davamlı və yüksəkkeyfiyyətli dəmir ava-danlığı işlədilir.Neftin bərkimə və qaynama temperaturu, həll olunması, buxarlanması və yandırıldıqda isti-lik verməsi onun mühüm fiziki xüsusiyyətlə-rindəndir. Məsələn, neftin tərkibindəki karbo- hidrogen 50% aşağı düşürse, o, qır, asfalt, ozo-kerit və digər bərk neft qalıqlarına çevrilir. Başqa bir cəhət: eger neftin tərkibində parafin çoxdursa o, +30°C-də bərkiyir. Bu isə onun nəqlini çətinləşdirir; Qazaxıstanın Mangistau yataqlarının nefti kimi. Neftin fərqləndirici xüsusiyyətlərindən biri də yandıqda yüksək istilikvermə qabiliyyətidir. Bu göstəriciyə gö-rə neft barıtdan, nitroqliserindən və hətta tro-tildən üstündür. 1 kq neftin tam yanmasından 11 min kkal. həcmində enerji ayrılır. Müqayi-sə üçün: 1 m 3 qaz təxminən 9 min kkal., 1 kq daş kömür isə 7 min kkal. enerji verir. Hər bir neft-qaz hövzəsindən çıxarılan neftin özünəməxsus xüsusiyyətləri var; hətta rəngi və qoxusuyla da digəlrindən fərqlənir. Ab-şeron neftini qoxusu və rənginə görə əsla Si- bir və yaxud Yaxm Şərq nefti ilə qarışıq salmaq olmaz. Geniş yayılmış belə bir fîkir var ki, neftin qoxusu, guya, benzin və ağ neftə bənzərdir. Oslində, bu, həqiqətdən xeyli uzaqdır, çünki neftin tərkibində olan hidro-gen-sulfid, bitki və heyvanat qalıqları və digər maddələr neftə xüsusi ətir verir. Dedik ki, müxtəlif yataqlardan çıxarılan neft rənginə görə də bir-birindən fərqlənir. Əgər Azərbaycan neftinin rəngi tünd-yaşıldırsa, Ya-xın Şərq nefti tünd-şabalıdı, Mangistau – tünd-qara, Sibir nefti sarımtıl-qaradır. Digər rəng çalarları olan neftlər də var. Hətta Bakının Ba-laxanı nefti rəngsizdir.
Beləliklə, neft özünəməxsus kəskin qoxulu, əsasən qarayaçalan yağlı maye halında karbo-hidrogen birləşməsidir.
Nabucco boru kemeri – tebii qazın Türkiyeden – Bolqarıstan, Rumıniya ve Macarıstanı keçmekle Avstriyaya qeder daşınması yoludur. Bu kemerin Erzurumdan Avstriyanın en böyük tebii qaz merkezi olan Baumqartene qeder uzanması gözlenilir. Kemer Avropanı tebii qazla temin eden yegane qaz xettine alternativ olaraq Avropanın Rusiyadan olan asılılığını aradan qaldırmağa ve enerji tehlükesizliyini temin etmeye yönelib. Layihe AB ve ABŞ terefinden desteklenir.
Layihenin hazırlıqları 2002-ci ilin fevralında Avstriyanın OMV ve Türkiyenin BOTAŞ şirketleri arasında aparılan danışıqlardan sonra başlayıb. 2002-ci ilin iyununda beş kompaniya Nabucco boru kemerinin tikintisile bağlı razılaşma protokolu imzaladılar ve bunu 2002-ci ilin oktyabrında imzalanan Emekdaşlıq haqqında razılaşma ile tesdiqlediler. 2003-cü ilin dekabrında Avropa Komissiyası layihenin gerçekleşdirilmesinin tehlilleri, o cümleden bazarın tehlili, texniki ve maliye araşdırmaları üçün gözlenilen deyerinin 50% mebleğinde qrant ayırdığını élan etdi. 2005-ci il iyunun 28-de Nabucconun beş terefdaşı arasında “Joint Venture” razılaşması imzalandı. 2008-in fevralında RWE (Almaniya) konsorsiumun aksioneri oldu. 2008-ci il iyunun 11-de Azerbaycan qazının Nabucco boru kemeri ile Bolqarıstana çatdırılması üçün birinci müqavile imzalandı.
Ümumi uzunluğu 3.300 km olan boru kemeri Erzurumdan Baumqartenedek uzanacaq. Bu kemere Erzurum yaxınlığında Tebriz-Erzurum ve Cenubi Qafqaz boru kemeri (Nabucconu planlaşdırılan Transxezer qaz boru kemeri ile birleşdirecek) qoşulacaq. Polşanın PGNİG qaz kompaniyası Polşanın Nabuccoya birleşmesinin mümkünlüyünü öyrenir.
Diametri 1.420mm olacaq borunun ilk illerde 4.5-den 13 milyard kub metredek qaz daşıyacağı gözlenilir. Bu hecmin 2-den 8 mlrd km-e qederi Baumqartene, qalanı ise borunun keçeceyi ölkelerin istifadesine verileceyi planlaşdırılır. 2020-ci ile ise bu hecmin ilde 31mlrd km. çatacağı gözlenilir.
Ümumi deyeri 7.9milyard € olan boru kemerinin tikintisine 2010-cu ilde başlayıb 2013-cü ilde yekunlaşdırılmaq nezerde tutlur. Layihenin aparıcı şirketi Avstriyanın OMV şirketi olacaq. Kemeri qazla temin edecek eseas yataqlardan biri 2013-cü ilde istismara verileceyi gözlenen Azerbaycanın Şah-Deniz yatağıdır. Yatağın ilde 8mlrd km tebii qaz vereceyi planlaşdırılır.
Dauletabad yatağı ile Nabuccoya qoşulacağı gözlenilen Türkmenistanın ilde 10mlrd km qaz vereceyi ehtimal edilir. Türkmenistan Nabuccoya İran erazisinden ve yaxud Transxezer qaz kemerinden qoşula biler.
Nabuccoya qoşulmağı teklif eden İranın bu isteyini AB ve ABŞ redd edib. Qazaxıstanında gelecekde Transxezer qaz kemeriyle Nabuccoya qoşulacağı gözlenilir.
Nil Delta hövzesinde böyük qaz yataqları aşkar edilen Misirin ilde 3-5mlrd km qazla Ereb qaz kemeri vasitesile Nabuccoya qoşulacağı ehtimal edilir. Ele eyni kemer vasitesiyle İraq qazınında Nabuccoya ötürülmesi gözlenilir. Bundan başqa Nabucconun Rusiyanın Mavi Axın qaz kemeriyle birleşeceyi ehtimalları da mövcuddur.
Aksiya sahibi olan şirketler:
Her aksioner şirketin 16.67% payı var.
Fransanın Gaz de France şirketi layihede pay sahiblerinden olmaq istese de, bu istek Türkiye terefinden redd edilib. Konsorsium gelecekde layiheye Azerbaycan Dövlet Neft Şirketini de (SOCAR) celb etmek istediyini bildirib. Herçend, SOCAR bu üzvlüyün bir neçe problemli terefini müeyyen edib. Qazaxstanda bu layiheye qoşulmaq üçün hazır olduğunu bildirib. Hetta Gazpromun bele bu layihede iştirak etmek istediyi barede söhbetler gedir. Avropa Komissiyasının Nabucco layihesi üzre koordinatoru ise Jozias van Aartsendir.
2006-cı ilde Gazprom Nabuccoya alternativ Mavi Axının ikinci hissesi olaraq Qara denizin dibinden Türkiyeye, oradan ise Bolqarıstan, Serbiya ve Xorvatiyadan keçmekle Macarıstanın qerbinedek uzanan xetti teklif etdi. 2007-ci ilde ise Bolqarıstan, Serbiya, Macarıstan ve Avstriyadan keçecek Cenub Axını teklif edildi. Ukrayna ise Ukraynanı Gürcüstanla birleşdiren Beyaz Axın layihesini teklif edib.
Avstriyanın neft qaz şirketi OMV Cenub Axını layihesine qoşulur. Bu addımın hem OMV, hem de Avstriya üçün serfeli olacağını şirketin metbuat katibi Tomas Humer deyib. “Biz eyni zamanda iki qaz xettinden qaz ala bileceyik. Bir halda ki, Nabucco ve Cenub axını reqabet aparmır, bu addım OMV-ye Nabucconun sehmdarı olmağa mane olmayacaq”. Gazpromun icraçı direktorunun müavini A. Medvedev bildirib ki, razılaşma yaxın vaxtlarda imzalanacaq. Xatırladım ki, Nabucconun diger sehmdarlarından olan Bolqarıstan ve Macarıstan Cenub Axınına artıq qoşulublar.
Cenub Axınının qazla techizatı üçün Rusiya 2007-ci ilde Türkmenistan ve Qazaxstanla razılığa gelib. Bunun ardından resmi Moskva qazın Avropaya çatdırılması üçün Bolqarıstan ve Serbiya ile razılığa gelib. Lakin AB ve ABŞ Transxezer qaz boru xettini destekleyir. Türkmenistan qazı bu xetle Azerbaycana, burdan ise Bakı-Tbilisi-Erzurum ile Türkiyeye çatdırılacaq ki, Avropaya ötürülmesi planlaşdırılan qazın Nabucco ile yola düşmesi gözlenilir.
Avropanın enerji tehlükesizliyi tebbi ki, Nabuccodan keçir. Lakin bu layihenin heyata keçmesi çox böyük sual altındadır, çünki Avropanı mümkün qeder özünden asılı veziyyetde saxlamaq isteyen Rusiya buna alternativ ve daha real görünen Cenub Axını layihesini teqdim edir. Real ona göre ki, qaz techizatçısı ölkeler Rusiyadan müeyyen derecede asılıdırlar ve Rusiyanın teklifine qeti şekilde yox deye bilmezler. Diger terefden Nabucconun sehmlerini paylaşan diger ölkeler bele Cenub Axınına isti baxırlar.
Lakin Rusiyadan yaxasını qurtarmaq isteyen avropalılar Nabucconun heyata keçmesi üçün mümkün olan bütün variantlara el atırlar. Tekce bunu qeyd etmek kifayet edir ki, Rusiyanın tezyiq göstere bildiyi ölkeler bele (Türkmenistan, Azerbaycan) ruslarla danışıqlara getmekden başqa bir şey ved etmeyibler. Tebii ki, bu addım qaz ixracatçısı olan ölkelerin mehsullarını ikinci elden avropaya teklif etmek istemediklerini gösterir.
Azerbaycan muxtelif dovrlerde neft hasilatinin miqdari
1917-ci il inqilabından sonra Bakıda Sovet hakimiyyəti elan olundu. Xalq Komissarlarının Bakı Sovetinin 1 iyun 1918-ci il dekretinə əsasən, neft sənayesi, eyni xamanda, Xəzər ticarət donanması milliləşdirildi. Bakıda cəmi 400 özəl neft firması milliləşdirilmişdi. Bolşeviklər 1918-ci ilin 4 ayı ərzində heç bir kompensasiyasız Rusiyaya1,3 milyon ton neft apardılar. 1918-ci ildə Müsavat hakimiyyətə gələn zaman milliləşdirmə prosesi dayandı (6 oktyabr 1918-ci il qərarı) və əllərindən alınan mallar sahiblərinə qaytarıldı. Amma sahiblərin tez-tez dəyişməsi, neft ixracının imkanlarının məhdudlaşdırılması neft sənayesinin ciddi tənəzzülünə səbəb oldu. 1919-cu ildə 3,7 milyon ton neft hasil olundu, bu, 1916-cı ilin hasilatının yarısına bərabər idi.
Sovet Rusiyası üçün Bakı neftinin mühüm əhəmiyyət daşıması 1920-ci ilin aprelində Bakının Qırmızı Ordu tərəfindən işğalını tezləşdirdi. Nəticədə ikili hakimiyyətdə olan Azərbaycan Demokratik Respublikası süqut etdi və Sovet hakimiyyəti quruldu. Təkcə 1920-ci ilin aprelin 30-dan mayın 2-dək, daha doğrusu, Bakıda Sovet hakimiyyətinin qurulmasından dərhal sonra 12 gəmi ilə Rusiyaya 1,3 milyon pud neft və neft məhsulları göndərildi, həmin ilin mayında isə göndərilən neftin miqdarı 15 milyon, iyunda isə 21,2 milyon pudadək artdı. Neft sənayesi tamamən milliləşdirildi.
1921-ci ildə Bakının neft hasilatı özünün ən aşağı səviyyəsinə endi – 2,4 milyon ton. Sovet hökuməti Azərbaycan neftinin əhəmiyyətini gözəl anlayaraq, neft sənayesinin bərpasına və inkişafına yönələn tədbirləri f fəal şəkildə həyata keçirirdi. 1920-30-cu illərdə aparılan işlər nəticəsində 1940-cı ildə Azərbaycanda neft hasilatı 22,2 milyona çatdı, bu SSRİ-də çıxarılan neftin 71,5 faizini təkşil edirdi. Bu mərhələdə yeni neft yataqları kəşf olundu, Bibiheybət buxtasının qurudulması (1927-ci il) və Bakı-Batumi neft kəmərinin tikinti işləri (1925-ci il) və dünyada ilk dəfə dənizdə neft quyusu qazıldı.
Böyük dünya müharibəsi illərində Azərbaycan nefti faşist Almaniyası üzərində qələbədə həlledici rol oynadı. Neftə artan ehtiyacları nəzərə alan şəhər neftçiləri 1941-ci ildə neft hasilatını rekord səviyyəyə – 23.482 milyon tona çatdırdılar. Əvvəllər heç vaxt Bakıda bu qədər neft çıxarılmamışdı və hələ də bu rekord keçilməyib. Minlərlə neftçi cəbhəyə vuruşmağa gedirdi, mədənlərdə onların yerlərini qadınlar tuturdular. 1942-ci ilin yayında neft sənayesində 25 min çalışırdı, bu ümumi işçilərin 33 faizi idi. 1944-cü ildə onların sayı 60 faizə çatdı.
Alman qoşunları Qafqaza yaxınlaşırdılar. Hitler Bakının ələ keçirilməsi tarixini 1942-ci il sentyabrın 25-nə təyin etmişdi. Belə bir şəraitdə evakuasiyaya hazırlıq başladı. 1942-ci ilin payızında, şəhərin düşmən əlinə keçmə təhlükəsi yaranarkən, Bakı neft mədənlərində 764 quyu qapadılmışdı, onlar məhvə hazır vəziyyətdə idi. 81 qazma qurğusu komplekti işçi heyətlə birgə Türkmənistana göndərilmişdi. Eyni zamanda Bakıda quyuların bərpası və istismarı işləri davam edirdi, şəhər cəbhənin neftlə təmin etmək vəzifəsini üzərinə götürmüşdü. Almanlar ənənəvi nəql yollarını mühasirəyə aldıqlarından nefti Mərkəzi Asiyadan keçirmək qərar alındı. Dünya təcrübəsində ilk dəfə neftlə dolu dəmiryol sisternləri dənizlə yedəyə alınaraq Bakıdan Krasnovodska aparıldı.
Müdafiə üzrə Dövlət Komitəsinin qərarı ilə 1942-ci ilin oktyabrında 11 min nəfərə yaxın neft mütəxəssisi və böyük miqdarda neft qurğusu Bakıdan çıxarılaraq Tatarıstana, Başqırdıstana və Rusiyanın başqa bölgələrinə göndərildi. Onların əksəriyyəti Kuybışev şəhərinin (Tatarıstan) ətrafına aparıldı, orada bakılı neftçilərin və avadanlığın köməyi ilə neft hasil olunmağa başladı. Nəticədə bu yerlər «İkinci Bakı» adını aldı.
1943-cü ildən etibarən Bakı ətrafında təhlükə səngiyəndə neft sənayesinin bərpasına başlanıldı. Amma Azərbaycanın sənaye potensialının zəifləməsi nəticəsində neft hasilatının səviyyəsi aşağı düşürdü. 1945-ci ildə bu rəqəm 11,5 milyon ton idi. yalnız 1947-ci ildən etibarən neft hasilatı yenidən artmağa başladı.
1940-cı illərin sonlarında «Neft Daşları»nın tikintisinə başlanıldı. 1948-ci il noyabrın 14-də açıq dənizdəki «Qara daşlar» adlanan qayalar qrupunda, Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə ilk neftçi desantları endirildi. Onlara Nikolay Baybakov rəhbərlik edirdi, arasında dənizdə neft olması barədə ideyanın müəllifi Sabit Orucov, geoloq Ağaqurban Ağayev də vardı. Sonradan onların hamısı canlı qəhrəmanlara çevrildilər. Dirəklər üzərində evcik və elektrostansiyalar tikildikdən sonra M.Kaveroçkinin briqadası 1949-cu il iyunun 24-də ilk quyunu qazmağa başladı. 1949-cu il noyabrın 7-də 1100 metr dərinlikdə quyu gündəlik 100 ton debitlə fontan vurdu. Bu hadisənin şərəfinə «Qara daşlar»ı «Neft Daşları» adlandırdılar. 1951-ci il fevralın 18-də neftlə dolu ilk tanker sahilə yollandı. «Neft Daşları»nın ətrafında 7 min hektar ərazisi olan süni ada yaratmaq qərara alındı. Qonşu adalardan gəmi ilə yarım milyon kubmetr qaya parkas, qum gətirildi. Ətrafda dalğaqıranlar, sahil və gəmilər üçün daldanacaq tikildi. 1952-ci ildə dünya təcrübəsində ilk dəfə süni adaları birləşdirən estakadanın tikintisinə başlanıldı. Vaxt vardı,sonsuz sayda meydançaları birləşdirən estakadanın uzunluğu 300 kilometri aşırdı. Neft Daşlarında əhəng quruculuq işləri 1958-ci ildən başlandı. Açıq dənizdə, Bakıdan 110 kilometr aralıda elektrostansiyalar, beş və hətta doqquzmərtəbəli yataqxana binaları, xəstəxanalar, çörək zavodu, limonad sexi (onun məhsulları da sahilə də «ixrac» olunurdu) mədəniyyət evləri tikildi, park salındı. 1949-cu ildən burada 1940 quyu qazılıb, 160 milyon tondan çox neft, 12 milyard kubmetr qaz çıxarılıb. Hazırda Neft Daşları – ölkənin ən şərqindəki yaşayış məntəqəsidir. Burada indi də 2000 nəfər çalışır.
1964-68-ci illərdə neft hasilatı sabit səviyyəyə çatdı və ildə 21 milyon ton təşkil etdi. 1969-1985-ci illərdə neft hasilatının həcmi ildən-ilə azalmağa başladı. Nəticədə son 5 il ərzində hasilat ildə 13 milyon ton göstərici qalırdı. XX əsrin 60-cı illərində neft hasilatının azalmasının səbəbi quruda neft yataqlarının tükənməsi və dənizdən çıxarılan neftin maya dəyərinin yüksək olması idi. Eyni zamanda Qərbi Sibirdə, Qazaxıstanda və Sovet İttifaqının digər bölgələrində iri neft yataqları tapılmışdı. Bu amillərin hamısı Azərbaycanın SSRi-nin neft hasilatınla payının azalmasına gətirib çıxardı (1950-ci ildə – 39,1 %, 1960-cı ildə – 12 %, 1970-1980-ci illərdə – uyğun olaraq 5,7 və 2,4 %). Nəticədə Moskva Azərbaycanın neft sənayesinə lazımi diqqəti ayırmadı.
Bütün bunlara baxmayaraq, həmin mərhələdə Xəzər şelfində bir neçə iri neft-qaz yatağı istismara verildi, neft emalı və maşınqayırma zavodları quruldu. 1971-ci ildə respublikanın mədən sənayesində milyard ton hasilatı təntənə ilə qeyd olundu. 1981-ci ildə rekord miqdarda – 15 milyard kubmetr – qaz çıxarıldı.
Neft hasilatının növbəti tənəzzül mərhələsi 1990-cı ildən başladı. Bunun əsas səbəbi SSRİ iqtisadiyyatının ümumi tənəzzülü və müstəqillik əldə etdikdən sonra keçmiş ittifaqın subyektləri arasında iqtisadi əlaqələrin pozulması idi.
Neftin emele gelmesi
Hələ orta məktəbin kitablarından bizə məlumdur ki, daş kömür, neft, qaz canlıların qalıqlarından yaranıb. Milyon illər bundan əvvəl heyvanların, ağacların və butun üzvü aləmin qalıqları yerin dərin qatlarında neftə, qaza çevrilib. Daş kömürün içərisindən tapılan ağac qalıqları, heyvanların skeleti bele demeyə əsas verirdi. Daş kömür yataqları yerin üst təbəqəsində yerləşir və üzvü aləmin qalıqlarından yaranması ağlabatandır. Lakin neft və qazı indi yerin dərin qatlarından, təqribən 5-8 km dərinlikdən çıxarırlar. Bəzi neft laylarının 11 km dərinlikdə olduğunu da sübut edirlər. Bu dərinliklərə üzvü qalıqların necə düşdüyü həmişə şübhə doğurmuşdur. Neftin əmələ gəlməsinin başqa hansı mexanizmi ola bilər? Bəs neft 65-150 km dərinlikdə, təqribən Yerin mantiya təbəqəsi ilə litosferin sərhəddində yarana bilməzmi? Amerika, Rusiya və İsveç alimləri ilk dəfə isbat etmişlər ki, etan qazını (C2H5 ) və digər ağır karbohidratları süni yolla üzvü maddələrin iştirakı olmadan da almaq olar. Alimlər ilkin maddə kimi təbii minerallardan sintez edilən metan qazını götürərək yerin dərin qatlarını imitasiya edən (yüksək təzyiq, temperature və s.) şərait yaratmaqla ondan neft almağa nail olmuşlar. Bu təcrübələr Karnegi İnstitutunun geofiziki laboratoriyasında ( Geophysical Laboratory of the Carnegie Institution) həyata keçirilmişdir. Alimlər metan qazını iki almaz təbəqəsinin arasında (təzyiq 20 min atm) lazer şüaları ilə 705 – 1300oC temperatura qədər qızdırmışlar. Bu temperatur və təzyiq Yerin matiya təbəqəsinə yaxın sərhəddə olan şəraitə yaxındır. Bir müddətdən sonra metan tərkibində etan, propan, butan, molekulyar hidrogen, qrafit olan maddəyə çevrilmişdir. Bu təbii qazın tərkibinə yaxındır. Əlbəttdə bu təcrübələr hələ süni neftin və qazın alınmasından çox uzaq olan təcrübələrdir. Ancaq sübut edir ki, qazın və neftin əmələ gəlməsi nəzəriyyəsinə yenidən baxmaq lazımdır
5.Azərbaycanın Yeni Neft Strategiyası
Son illər Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənmiş, ictimai-siyasi sabitliyə nail olunmuş, cəmiyyətdə demokratiya və iqtisadiyyatda bazar münasibətləri daha da inkişaf etmiş, dünya iqtisadiyyatına inteqrasiya üçün şərait yaradılmış və buna başlanılmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli rol oynamağa başlamışdır.
Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ”Xəzərin azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü” üzrə birinci saziş imzalandı. Sonralar bu saziş ”Əsrin sazişi” adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı. 1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 26 saziş imzalanmışdır.
Bu sazişlərin bağlanmasının Azərbaycan Respublikasına və onun vətəndaşlarına nələr vəd edildiyi barədə Azərbaycan Respublikasının Prezidenti Zat-Aliləri İlham Əliyev demişdir: ”Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Amma bu heç də o demək deyil ki, biz gələcəyimizi də yalnız neftlə bağlamaq istəyirik. Neft faktoru bizim üçün vasitədir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən istifadə edirik.
Neftin o vaxt qiyməti olur ki, neft hasil edilir, nəql edilir, satılır və bundan gəlir əldə olunur. Yerin, suyun altında istifadəsiz olan neftin heç bir qiyməti yoxdur. Bəziləri deyirlər ki, o bizim milli sərvətimizdir, ona dəyməyək, onu gələcək nəsillərə saxlayaq. Bu çox yanlış, populist fikirdir.
Yenə də deyirəm, neft bizim üçün vasitədir. Mən hesab edirəm ki, biz bu vasitədən çox səmərəli istifadə etdik. Azərbaycan artıq dünyada tanındı. Ölkəmizə milyardlarla dollardan artıq sərmayə gətirilib qoyuldu. Azərbaycan öz iqtisadiyyatının neftlə bağlı olan digər sektorlarının da xeyrini götürdü, orada inkişaf müşahidə olundu. Azərbaycanda infrastruktur, xidmət sektoru sahəsində böyük irəliləyiş var. Minlərlə gənc vətəndaşımız xarici ölkələrdə, yaxud da xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin təşkil etdiyi kurslarda öz təhsilini təkmilləşdiribdir. Bundan başqa:
• Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır;
• Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir;
• Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir;
• Azərbaycannın böyük miqdarda yeni müəssisələri yaradılacaq və onlar xarici neft şirkətlərinə xidmət göstərəcəklər;
• Bank və sığorta biznesinin inkişafına böyük təkan veriləcəkdir;
• Sivilizasiyalı cəmiyyətin qanunları çərçivəsində işləyəcək sahibkarların sanballı bir təbəqəsi formalaşacaqdır;
• Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır;
• Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacıqdır;
• Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əmək haqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcəkdir.
Nəticədə güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir.
Deyə bilərəm ki, Azərbaycanın neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir”.
6.Neft kimya sintezi
Professor Y.H. Qemberov neft kimyası ve neft-kimya sintezi sahesinde yüksek erudisiyaya malik görkemli alim idi. Onun esas elmi tedqiqatları tebii karbohidrogen xammalının ve onların emal mehsullarının yüksek temperaturda termiki ve hidrogen iştirakı ile çevrilmelerinin öyrenilmesine ve bu yolla kiçik molekullu olefin ve aromatik karbohidrogenlerin alınması üçün yeni yüksek effektivliye malik texnoloji proseslerin yaradılmasına aiddir. Onun rehberliyi ile işlenib hazırlanmış yüksek temizlikli benzolun alınması prosesi geçmiş Sovet İttifaqının bir sıra iri neft-kimya komplekslerinde tetbiq edilmiş ve elece de Sumqayıt EP-300 etilen kompleksinde de heyata keçirilir.
Professor Y.H. Qemberovun rehberliyi altında aparılan elmi-tedqiqat işleri içerisinde olefin ve aromatik karbohidrogenlérin alınması üçün müxtelif ferdi karbohidrogenlerin ve elece de pirolizin maya mehsullarının ve diger menşeli texniki aromatik qatışıqların yüksek temperaturlu termiki çevrilmelerinin herterefli öyrenilmesi mühüm yer tutur. Onun rehberliyi ile hemçinin toluoldan ve diger ferdi alkilaromatik karbohidrogenlérdén termiki ve katalitik hirdodealkilleşme yolu ile benzolun alınması prosesi işlenib hazırlanıb.
Professor Y.H. Qemberovun rehberliyi altında aparılmış geniş tedqiqatlar neticesinde benzolla yanaşı naftalinin, difenilin ve diger qiymetli aromatik karbohidrogenlerin alınması üçün pirolizin maye mehsullarının müxtelif semereli kompleks emalı variantları hazırlanıb ve senayeye tövsiye edilib.
Professor Y.H. Qemberovun apardığı tedqiqatların neticeleri 6 monoqrafiyada, 220 meqalede, o cümleden 40 ixtirada öz eksini tapıb. Onun rehberliyi altında 1 elmler doktoru, 25 elmler namizedi hazırlanıb. O, elmi-tedqiqat işleriyle yanaşı nüfuzlu bir alim kimi elmi-ictimai işlerde de feal iştirak edirdi. Bir sıra elmi-koordinasiya şuralarının ve ixtisaslaşmış şuraların üzvü, Azerbaycan Sovet Ensiklopediyasının ve “Azerbaycan Neft Teserrüfatı” jurnalının redaksiya heyetinin üzvü olub. Professor Y.H. Qemberov sistematik olaraq neft-kimya sintezine dair keçirilen Beynelxalq Simpozium, qurultay ve konfranslarda (Leypsiq, Alma-Ata, Moskva, Leninqrad, Bakı) respublika elmini leyaqetle temsil etmiş ve derin mezmunlu meruzelerle çıxış etmişdir. O, keçmiş Sovet İttifaqının Neft-Kimya Senayesi Nazirliyinin Elmi-Texniki Şurasının ve sosialist ölkelerinin Qarşılıqlı İqtisadi Yardım Şurasının neft-kimya üzre daimi işçi qrupunun üzvü kimi 1972-83-cü illerde bir sıra ölkelerde olub: Çexoslovakiya (1972), Polşa, ADR, Macarıstan, Çexoslovakiya (1973), Bolqariya (1976), Rumıniya (1981), Fransa (1983)
Azərbaycanın neft strategiyasının reallıqları
Respublikamızda keçid dövrünün tələblərinə uyğun inkişaf edən əsas sahələrdən biri neft-qaz sənayesidir. Neft-qaz sənayesi milli iqtisadiyyatın prioritet sahəsi olmaqla xarici investorların diqqətini daha çox cəlb edən sahədir. Dünyanın ən qədim neft rayonlarından biri kimi Azərbaycanın uzunmüddətli hasilat tarixinə, zəngin təcrübəyə əsaslanan sənaye infrastrukturuna malik olması və nəhayət, burada yeni nəhəng karbohidrogen ehtiyatlarının aşkarlanması xarici investorların diqqətini bu regiona daha da cəlb etdi.
Möhtərəm Prezidentimiz Heydər Əliyevin uzaq görən siyasəti sayəsində Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında çox mühüm hadisə baş verdi.
Möhtərəm prezidentimiz Heydər Əliyev cənablarının rəhbərliyi ilə dünyanın aparıcı dövlətlərinin iri şirkətləri Xəzər neftinin çıxarılması və dünya bazarına nəqlinə dair “Əsrin müqaviləsi”ni imzaladılar. Bu günədək həmin müqavilə üzrə 10 milyon tondan çox neft hasil edilmiş, Azərbaycanın aparıcı neft şirkətləri ilə imzaladığı müqavilələrin sayı iyirmi birə çatmışdır. “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini, xalqın öz taleyinin sahibi olduğunu, özünə aid məsələləri müstəqil həll etdiyini göstərməklə yanaşı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasında da mühüm və həlledici rol oynamışdır.
Azərbaycan neft ehtiyatlarının birgə işlənməsi üçün respublikamıza dünyanın bir çox dövlətlərindən xarici şirkətlərin dəvət olunması, müqavilələrin bağlanması və onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması neft strategiyasının siyasi istiqamətinin reallaşması üçün zəmin yaratmışdır.
Azərbaycanda həyata keçirilən neft siyasəti ölkəmizdə xarici sərmayələr ilə yanaşı müasir texnologiyaların, iş təcrübələrinin, yeni idarəçilik qaydalarının, iqtisadi münasibətlərin daxil olması üçün də şərait yaradıb.
Respublika iqtisadiyyatının ümumdünya təsərrüfatı ilə çoxşaxəli və intensiv inteqrasiyası müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət siyasətinin aparıcı istiqamətləridən birinə çevrilmişdir.
Möhtərəm Pezidentimiz Heydər Əliyev cənablarının aparmış olduğu dövlət siyasəti neft-qaz sahəsi ilə yanaşı, xarici ticarət, investisiya, tədiyyə balansı, humanitar və s. sahələrdə də uğurla həyata keçir. Belə ki, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq Respublikamızda milli iqtisadiyyatın formalaşması və inkişafı yalnız daxili imkanlarla deyil, xeyli dərəcədə xarici amillərlə beynəlxalq iqtisadi münasibətlərin bütün formalarından geniş səmərəli şəkildə istifadəsi ilə bağlıdır.
Bu gün Azərbaycan neftinin müştərək mənimsənilməsi üzrə 21 irimiqyaslı konsorsium tərəfindən beynəlxalq kontraktın bağlanması respublikanın ictimai-siyasi, iqtisadi həyatında son dərəcə əlamətdar hadisədir. Bu kontraktların reallaşması üçün 50-60 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşlarının artıq 10-15%-i təyinat obyektinə cəlb edilmişdir. “Çıraq” platformasından hasil edilən neftin miqdarı köhnə yataqlardakı müvafiq istehsal həcminə yüksəlmiş, “Şahdəniz” yatağından qazın sahilə gətirilməsi təmin olunmuş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşaası artıq reallığa çevrilmiş, yeni regional infrastrukturun modernləşdirilməsinə başlanılmışdır.
Bütün bu hadisələr respublika prezidenti Möhtərəm Heydər Əliyev cənablarının adı ilə bağlı olaraq onun uğurla həyata keçirdiyi neft strategiyasının mühüm tərkib hissəsini təşkil edir.
Azərbaycanın iqtisadi inkişafı, qlobal strukturlara inteqrasiyasının genişlənməsi, dünyəvi dəyərlərə əsaslanan möhkəm, sivil bir dövlətə çevrilməsində insan amili ilə yanaşı, güclü amillərdən biri kimi neft-qaz resurslarının mövcudluğunu və onun istismar edilməsini göstərmək vacibdir. Hazırda bu sərvətlərdən daha səmərəli istifadə ümumi milli inkişaf strategiyasının ən mühüm prioritetlərindən birini təşkil edir.
Azərbaycanın iqtisadiyyatında, mədəni inkişafında, əhalinin sosial-mədəni rifahın yaxşılaşdırılmasında neft-qaz ehtiyatları başlıca amillərindən biri kimi təzahür edir.
Son iki əsrdə neft-qaz ehtiyatları Azərbaycanın iqtisadi həyatında mühüm mərhələni formalaşdıraraq, həm də milli dəyərlərdə öz əksini tapmışdır. Ölkəmizin malik olduğu təbii sərvətlərin ən geniş əhatəli hissəsini təşkil edən neft-qaz resursları üzərində qurulan sənaye indi də, iqtisadiyyatımızın aparıcı sahəsi olaraq özünü göstərir. Yanacaq-enerci kompleksinin 2/3 hissəsini özündə birləşdirən neft-qaz sənayesi həm də, respublikanın sosial-iqtisadi inkişafının məhək daşı kimi iqtisadi dirçəlişi stimullaşdıran mühüm sahədir.
Qonşu respublikalarla müqayisə etdikdə görürük ki, Azərbaycanda sənaye istehsalının ümumi həcmində yanacaq-energetika kompleksinin xüsusi çəkisi 1991-ci ildəki 16%-dən artaraq 2001-ci ildə 73%-ə çatmışdır. Əlbəttə bunu normal hal hesab etmək olmaz. Yaxın gələcəkdə başqa sahələrin inkişaf etməsi nəticəsində bu sahənin xüsusi çəkisi azalacaq.
Ölkə iqtisadiyyatının bu gün əsas və aparıcı sahəsi neft-qaz sənayesi hesab edilir.Neft-qaz sənayesi milli və iqtisadi təhlükəsizliyin əsas başlıca komponenti kimi çıxış edir. Ölkə büdcəsinin 60-70%-i onun vəsaiti hesabına formalaşır.
Qeyd etmək lazımdır ki, son dövrdə neft ehtiyatlarının tükənməsi haqqında fikirlər dolaşır. Əlli il əvvəl planetdə neft hasilatı illik 500 milyon ton həddində olanda dünya ehtiyatları 20 milyard ton hesab edilirdi və yaxın 20-25 il ərzində ehtiyatların tükənəcəyi ehtimal olunurdu. Lakin yeni perspektivli nəhəng yataqların kəşfi belə proqnozları reallığa çevirmədi.
Aparılmış tədqiqatlar göstərir ki, ərazi və şelfdə potensial neft ehtiyatlarının 40-50%-i, təbii qazın 80%-i bu gün hələ kəşf edilməmiş qalır.
Geoloci tədqiqatlarda belə bir aşkar müəyyənlik var ki, respublika ərazisinin 12-14%-i, neft-qaz yataqlarının mövcudluğu baxımından kifayət qədər öyrənilməmişdir və burada perspektiv neft-qazlılıq baxımından tam qiymətləndirilməmiş müxtəlif kateqoriyalı ehtiyatların olduğu güman edilir. Bunu isə aşağıdakı cədvəl məlumatlarından daha aydın görmək olar.Neft-qaz sənayesinin texniki-iqtisadi potensialının qiymətləndirilməsində ilk öncə ehtiyatlar və hasilat göstəricilərinə nəzər yetirək. 130 illik tarixi mərhələni aşmış sənaye üsullu hasilat dövründə laylardan 1,8 milyard tondan çox karbohidrogen çıxarılmışdır. Bunun 470 milyard m 3 təbii qaz, qalan hissə isə kondensatla birlikdə neftdir. Hasilat payı: quruda 935 milyon ton neft, 130 milyard m 3 qaz, dənizdə 470 milyon ton neft, 340 milyard m 3 qaz təşkil edir. Quruda rekord hasilat neft 1941-ci ildə 23450 milyon ton, dənizdə 1970-ci il 13 milyon ton, təbii qaz quruda 1970-ci ildə 10 milyard m 3 , dənizdə 1982-ci ildə 14 milyard m 3 olmuşdur.
MDB ölkələrində neft hasilatına diqqət yetirsək aşağıdakı mənzərənin şahidi olarıq.
İndiyədək açlımış 71 neft-qaz yatağının 54-də, o o cümlədən, dənizdə yerləşən 38 yataqdan 17-sində istismar davam edir. Quruda ümumi toplumda indiyədək aşkarlanan 90-dan çox neftli-qazlı sahədən 43-ü sənaye əhəmiyyətli yataq kimi istismara cəlb edilmişdir. Azərbaycan nefti dünya bazarında marker növünə görə, yüksək keyfiyyətli təbii xammal kimi qəbul edilir.
Xəzərdə hasilatda sürətlənən meyllər respublikanın neft-qaz potensialına yeniliklər gətirmirşdir. Hazırda Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının ümumi həcminin 6-8 milyard ton neftə bərabər olması daha çox səslənməkdədir. Quru sahələrində də proqnoz ehtiyatları 1 milyard ton həcmində ehtimal edilir. Ümumilikdə ölkənin karbohidrogen ehtiyatları orta hesabla 8 milyard ton neftə ekvivalent tutulur. Bu, indiki əhali sayında bir nəfər üçün 1000 tona yaxındır. Digər tərəfdən bu göstərici ayrı-ayrılıqda dünyanın inkişaf etmiş 7 sənaye dövlətlərindən xeyli yüksəkdir. Ehtiyatların həcminə görə, respublikamız Şərqi Avropa, Avstraliya və Okeaniya, Cənub-Şərqi Asiya ölkələrində xeyli irəlidə gedir. Bizim Xəzər şelfində aşkarlanan qaz ehtiyatları dünya ehtiyatlarının 1%-i həcmində qiymətləndirilir.
Ölkədə quru sahələrində neft hasilatını artırmaq üçün xeyli ehtiyat imkanları mövcuddur.
Respublika axtarış qazmasının geofiziki üsulları ilə müəyyən edilmiş 32 strukturunda 140 milyon tondan çox neft ehtiyatı vardır. Bununla belə perspektivli sahələrdə 337,3 milyon ton neftin olduğu təsdiqini almışdır. Qaz ehtiyatlarının isə ümumi potensialı 31 milyard kubmetr təşkil edir. Daha nikbin proqnozlara görə, quru sahələrinin ümumi karbohidrogen potensialı qeyd olunduğu kimi 1 milyard ton neftə ekvivalent ehtimal edilir. Hazırki mərhələdə quru ərazilərində axtarış-kəşfiyyat işləri Quba-Xəzəryanı, Candahar-Zarat, Zeyvə, Şurabad, Aşağı Kür, Pirsəhhət, Yevlax-Ağcəbədi çökəkliyində, Şimali Naftalan sahələrində aparılır. Abşeron NQR-nun Zirə yatağında qazma işlərinin intensivləşdirilməsi də planlaşdırılmışdır. Böyük qazma proseslərinin görülməsi ilə müşayət olunacaq pesrpektiv işlər planauyğun reallaşacağı təqdirdə bu sahələrdən hər il 0,4 milyon ton əlavə neft hasil edilməsi nəzərdə tutulur.
Respublikamızda uğurla həyata keçirilən neft strategiyası xarici sərmayələrin güman edilən məbləğinin 50 milyard dollara çatacağından xəbər verir.
Artıq indiyədək neft-qaz hasilatına təqribən 5 milyard dollar sərmayə qoyulmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Ərzurum qaz kəmərinin inşaasına külli məbləğdə – müvafiq surətdə təxminən 2,5 milyard dollar və 1 milyard dollara qədər vəsait sərf ediləcəkdir. 21 müqavilədə nəzərdə tutulan yataqlarda kəşfiyyat işləri uğurla nəticələnərsə, sərmayələrin daha da artırılması prosesini çox gözləmək lazım gəlməyəcəkdir. Bunu isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşaasına başlanılması bir daha təsdiq etdi. Bu isə artıq göstərir ki, bugünkü Azərbaycanın gələcək uğurları neftlə bağlıdır.
Bu gün Azərbaycanın neft sənayesin xarici dövlətlərin investisiya qoymağa böyük marağı var. Bu isə get-gedə ildən-ilə artır. Bunu isə aşağıdakı cədvəl məlumatlarından daha aydın görmək olar.
Son 7 ildə qoyulan birbaşa investisiya Rusiyada 12,7 dəfə, Qazaxıstanda 10,5 dəfə artdığı halda Azərbaycanda 37,6 dəfə artmışdır. Adambaşına investisiyaların həcmi də buna müvafiq olaraq sürətlə artmışdır.
Cədvəl məlumatlarından görünür ki əgər Rusiya kimi nəhəng bir ölkədə 2001-ci ildə adambaşına xarici investisiyalar 27,6 ABŞ dolları təşkil etdiyi halda bu rəqəm Azərbaycanda 154 ABŞ dolları olmuşdur.
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Millət vəkili İlham Əliyev çıxışlarının birində göstərir ki, biz artıq 2008-2010-cu illərdə gündə 2 milyon barrel, yəni ildə 50 milyon ton neft hasil etmək fikrindəyik. “Şahdəniz” qaz-kondensat yatağından həmin müddət ərzində ildə 9 milyard kubmetr qaz hasil etməyi nəzərdə tutmuşuq.
Belə güman etməyə əsas vardır ki, 2010-2020-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı gündə 1,5-2 milyon barrelə çatacaqdır. Yəni ildə 75-100 milyon ton təşkil edəcəkdir. Bütün bunlar çox möhkəm elmi əsasa söykənən reallıqlardır.
Qeyd etmək lazımdır ki, xarici neft şirkətləri ilə Azərbaycanın imzaladığı və “Əsrin müqaviləsi”nin ən əsas mahiyyəti budur ki, bütövlükdə bu saziş yenicə qədəm qoyduğumuz XXI əsrdə respublikamızın dinamik inkişaf yolunu müəyyən etmişdir.
Bir məsələni də qeyd edim ki, 1994-cü ildən bəri dünyanın diqqət mərkəzində olan Azərbaycan neftinin xalqımıza sülh, tərəqqi, firavanlıq gətirəcəyini bir çox ölkələrin ən tanınmış nüfuzlu rəhbərləri, siyasi xadimləri də etiraf ediblər.
Artıq neçə ildir ki, ölkə prezidenti möhtərəm Heydər Əliyevin müdrik daxili və xarici siyasəti öz bəhrələrini verir. Sentyabrın 20-də isə bu siyasətin daha bir məntiqi nəticəsi olan «Əsrin müqaviləsi»nin imzalanmasının 8 ili tamam oldu. 1994-cü il 20 sentyabr tarixli saziş və ondan sonra imzalanmış müqavilələr respublikamızda yüzlərlə istehsal və sosial infrastruktur sahələrinin, minlərlə yeni iş yerlərinin yaranmasına, xalqımızın rifahının yüksəlməsinə xidmət etməyə başladı.
Bu müqavilələr müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin, milli təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasının dərinləşməsinə, investisiya axınının sürətlənməsinə, Azərbaycanın beynəlxalq imicinə əhəmiyyətli dərəcədə təsir etdi. Ölkə prezidentinin «Azərbaycan Respublikasında Dövlət Neft Fondunun yaradılması haqqında» 29 dekabr 1999-cu il tarixli fərman imzalanması və fondun əsasnaməsini təsdiq etməsi isə «Əsrin müqaviləsi»nin və sonrakı müqavilələrin davamı oldu.
XX əsrin 90-cı illərində dünyanın 15-dən çox ölkəsində belə fondlar yaradıldı. Yaranma mənbəyinə, təyinatına, idarə olunma üsullarına görə onlar stabilləşdirmə fondu (Alyaska (ABŞ), Venesuela, Kolumbiya, Küveyt, Nigeriya, Norveç, Çili), gələcək nəsl üçün fond (Alberto, Kiribati, Küveyt, Oman, Yeni Qvineya), büdcə ehtiyatları fondu (Honhonq, Sinqapur, Estoniya, CAR) formasında özünü göstərir.
Qeyd edilməlidir ki, bu fondlar ən ümumi formada dövlət büdcəsinin gəlirləri ilə xərcləri arasında balans yaratmaq və yığım funksiyalarını yerinə yetirirlər. Bir qayda olaraq, stabilləşmə fondlarının gəliri təbii resursların mövcud dünya qiymətlərinin səviyyəsindən, yığım fondlarının gəlirləri isə ölkə ərazisinin təbii sərvətlərlə zənginliyindən asılı olur. Fondların yaradılmasında məqsəd dünya qiymətlərinin kəskin dəyişdiyi dövrlərdə dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığı təmin etmək, eləcə də təbii sərvətlərin ehtiyatları tükəndiyi halda belə gələcək nəsillərin normal yaşamasına, fəaliyyət göstərməsinə və inkişafına şərait yaratmaqdan ibarətdir.
2002-ci ilin ortalarına kimi xarici ölkələrə neft məhsulları satışından və müqavilə iştirakçıları ilə aparılmış digər əməliyyatlardan Azərbaycanın payına düşən gəlir 580 milyon dollardan artıq olmuşdur. Bu vəsaitin hamısı Dövlət Neft Fondunda cəmləşmişdir.
Dövlət Neft Fonduna daxilolmalar mütəmadi olaraq artacaq, yaxın bir-iki ilə 1 milyard dolları ötüb keçəcəkdir. Gələcəkdə DNF-a yığılan vəsait dövlət büdcəsinin gəlirlərindən artıq olacaqdır. Yalnız «Azəri», «Çıraq», «Günəşli» yataqlarından 2000-2005-ci illərdə Azərbaycanın payına çatan mənfəət neftinin və təbii səmt qazının ümumi dəyəri 1 milyard 700 milyon dollara yaxın, 2010-cu ilədək isə 11 milyard dollardan artıq olacağı gözlənilir.
həmin vəsaitdən bu gün xalqımızın rifahının yaxşılaşması üçün istifadə edilir. Möhtərəm prezidentimiz üç fərmanı ilə Neft Fondundan Azərbaycanın qaçqın və məcburi köçkünlərinin sosial problemlərinin həllinə 359 milyard manat – 72 milyon dollar vəsait ayırmışdır.
Bakıda son 4-5 ildə neftçilər üçün tikilib istifadəyə verilmiş çoxmərtəbəli yaraşıqlı binaları göz önünə gətirmək olduqca vacibdir. 90-cı illərin əvvəllərindən başlayaraq ölkə həyatının bütün sahələrində olduğu kimi, neft sənayesində, eyni zamanda sahənin sosial məsələlərinin həllində böyük problemlər yaranmışdır.
Möhtərəm Prezidentimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra həmin problemlərin həllinə başlanıldı. Bir neçə ildən bəri sosial problemlərin məngənəsində olan neftçilərin vəziyyəti 1994-1995-ci illərdən etibarən həll edilməyə başlandı. Bu, özünü ilk növbədə əmək haqlarının artırılmasında və ümumiyyətlə, sosial həyatın canlanmasında göstərdi.
Məlumat üçün bildirim ki, ARDNŞ-in struktur bölmələrinin balansında olan və ümumi sahəsi 3,0 milyon kv.m. təşkil edən mənzil fondunun, o cümlədən ümumi sahəsi 96,5 min kv. m. olan 65 yataqxananın, 60 uşaq bağçasının, 38 yay istirahət düşərgəsinin, evlərin və sağlamlıq ocaqlarının, 360 çarpayılıq birləşmiş xəstəxananın, onun gündə 210 nəfər pasiyent qəbul edən poliklinikasının, 30 tibb məntəqəsinin və 140 nəfərlik sağlamlıq-bərpa mərkəzinin, 13 mədəniyyət sağlamlıq-bərpa mərkəzinin, 13 mədəniyyət evinin və klubların, 30-a qədər idman obyektinin və başqa sosial obyektlərin saxlanıması üçün bütün imkanlardan istifadə edilir.
Milli Olimpiya Komitəsinin sədri Millət vəkili İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında Suraxanı, Sabunçu, Qaradağ rayonlarında olimpiya təlim-idman bazası tikilmiş, Əli-Bayramlı, Naxçıvan şəhərlərində idman kompleksi yenidənqurma və tikinti işlərindən sonra istifadəyə verilmişdir. Respublikamızın prezidenti Möhtərəm Heydər Əliyev həmin obyektlərin açılışnda iştirak etmiş, gənc nəslin sağlam böyüməsinə, ölkədə idmanın inkişafına, xüsusilə də neftçi gənclər arasında idmanın kütləviliyinə nail olmaq üçün bu yeni komplekslərin əhəmiyyətini qeyd etmişdir.
Neft daşlarında və Xəzər dənizindəki digər mədənlərdə çalışan neftçilərin sosial ehtiyaclarının ödənilməsinə, iş yerində onların əsas ərzaq məhsulları ilə təmin olunmasına daim diqqət yetirilir.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Heydər Əliyevin Qarabağ uğrunda döyüşlərdə şəhid omuş insanlara, əlillərə, qaçqın və köçkünlərə qayğı göstərilməsi haqqında göstəriş və tövsiyyələrinə ARDNŞ-də və onun struktur bölmələrində böyük məsuliyyət hissi ilə və dəqiq əməl olunur.
ARDNŞ-in strukturlarında işləmiş və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş 305 nəfərin, əlil olmuş 211 nəfərin ailə üzvlərinə qayğı göstərilməsi daim diqqət mərkəzindədir. Mənzil növbəsində dayanan ailələr mənzillə təmin edilirlər.
Bu gün Azərbaycan neftinin satışından əldə edilən gəlirlər səmərəli istifadə edilir. Neft strategiyasının əsas məqsədlərindən biri də əldə edilmiş vəsaitin Azərbaycan xalqının rifahı naminə düzgün və səmərəli istifadənin təşkil edilməsidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Heydər Əliyev tərəfindən uğurla həyata keçirilən neft strategiyası xalqımızın bu günü və gələcəyi üçün möhkəm təməldir və firavanlıq mənbəyidir.
Respublikada Möhtərəm Prezidentimiz tərəfindən bu gün həyata keçirilən quruculuq işləri xalqımıza böyük nikbinlik və hər bir vətəndaşda vətənə, xalqa, dövlətçiliyə, ölkə iqtisadiyyatının tərəqqi etməsinə şərəflə xidmət etmək hissi yaradır.
Azərbaycanın neft strategiyası və onun reallaşması məsələsi
XX əsrin ən böyük hadisələrindən birini Möhtərəm Prezidentimiz Heydər Əliyev cənabları tərəfindən Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi təşkil edir. Hazırda keçid dövrünün tələblərinə uyğun olaraq respublikada inkişaf edən sənayelərdən biri neft-qaz sənayesidir.
Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın neft ehtiyatlarının və neftçıxarma sahəsi üzrə yerini müəyyənləşdirmək üçün, neft hasil edilən ölkələrdə adambaşına düşən neft hasilatının həcmini müqayisə etmək maraqlıdır. Bundan başqa Azərbaycan adambaşına düşən illik neft hasilatına (1,7 ton) görə bir çox ölkələri əhəmiyyətli dərəcədə qabaqlayır. Bunlar içərisində Argentina, Braziliya, Peru, Venesuella, Misir, İndoneziya, İran, Rumuniya, Türkmənistan və başqalarının adlarını çəkmək olar. Lakin belə bir faktı da nəzərə almaq lazımdır ki, bu ölkələrin hamısı, Türkmənistan istisna olmaqla, əhalisinin sayına görə respublikamızı xeyli dərəcədə üstələyir.
Respublikanın dünya neft sənayesində yeri və rolu haqqında danışarkən həmçinin onun xammal ehtiyatlarından danışmaq lazımdır. Məlum olduğu kimi bu və digər ölkənin neft sənayesinin vəziyyətini qabaqcadan müəyyənləşdirən əsas amillərdən biri də neft ehtiyatlarını mövcudluğudur. Bundan başqa regionun əlverişli coğrafi şəraitdə yerləşməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın xüsusi yeri vardır.
Ekspertlərin hesablamalarına görə dünyada neftin potensial ehtiyatları 540 milyard tona çatır. Sübut olunmuşdur ki, dünya neft ehtiyatlarının 3\4 hissəsindən çoxu OPEK ölkələrində, yarısından çoxu isə 4 Orta Şərq ölkəsində-Səudiyyə Ərəbistanı, İran, Kuveyt və İraqdadır. Dünya neft ehtiyatlarının 1\4 hissəsi və OPEK ehtiyatlarının 1\3 hissəsi təkcə Ərəbistanın payına düşür.
Ekspertlərin fikrinə görə keçmiş SSRİ və Şərqi Avropa ölkələrinin neft ehtiyatları 32,4 milyard ton, başqa sözlə desək, məcmu dünya ehtiyatlarının 6 faizi qədər qiymətləndirilir. Alimlərin fikrinjə bu göstərici regiona kifayət qədər investisiya yönəldiyi şəraitdə texniki tərəqqi və geoloci kəşfiyyat sahəsində mütərəqqi yeniliklər sayəsində əhəmiyyətli dərəcədə artırıla bilər.
Dünya neft ehtiyatları içərisində Azərbaycanın xüsusi çəkisi 0,6 faiz təşkil edir. Əgər bu ehtiyatları dünya regionları ilə müqayisə etsək, onda görərik ki, onun ehtiyatları Cənub-Şərqi Asiya, Avstraliya, Okeaniya ölkələrinin ümumilikdə ehtiyatlarına bərabərdir və Qərbi Avropanın ehtiyatlarını təqribən 2 dəfə üstələyir.
Azərbaycan Dövlət Neft Şirkəti Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin məlumatına görə Azərbaycanın quru və dəniz sektorunda 625-dən çox antiklinal tipli qarışıqlar var. Bunlar çox perspektivli neftli-qazlı laylardır.
Ümumiyyətlə isə, neft sənayesinin bütün inkişafı dövründə 64 neft və qaz yatağı kəşf edilmişdir. Hal-hazırda quruda 37, Xəzər dənizinin Azərbaycan sektorunda 17 yataq istismara verilmək ərəfəsindədir. İndiyə qədər torpağın qatlarından 1,4 milyard ton neft, 450 milyard kub metrdən çox qaz çıxarılmışdır. İlkin neft ehtiyatlarının işlənməsi dərəcəsi quruda 87 faiz, dənizdə 53 faiz təşkil edir.
Azərbaycanın neftçıxartma sənayesinin əsas inkişaf perspektivləri dəniz yataqlarının mənimsənilməsi və Xəzərin potensial strukturlarından asılıdır. Belə ki, respublikanın neft sənayesinin potensial resurslarının təqribən yarısı Xəzər dənizinin Azərbaycan sektorunda cəmləşmişdir. Bir sıra iri neft yataqlarının aşkarlanması bunu bir daha təsdiq edir. Bu resursların geoloci və geofiziki metodlarla öyrənilmə dərəcəsi cəmi 34 faiz təşkil edir.
1994-cü ildə Möhtərəm Prezidentimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında çox mühüm hadisə baş verdi. Belə ki, möhtərəm prezidentimiz Heydər Əliyev cənablarının rəhbərliyi ilə dünyanın aparıcı dövlətlərinin iri şirkətləri Xəzər neftinin çıxarılması və dünya bazarına nəqlinə dair «Əsrin müqaviləsi»ni imzaladılar. Bu günədək həmin müqavilə üzrə 10 milyon tondan çox neft hasil edilmiş, Azərbaycanın aparıcı neft şirkətləri ilə imzaladığı müqaviləlrin sayı iyirmi birə çatmışdır. «Əsrin müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyini, xalqın öz taleyinin sahibi olduğunu, özünə aid məsələləri müstəqil həll etdiyini göstərməklə yanaşı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasında da mühüm və həlledici rol oynamışdır.
Azərbaycanda həyata keçirilən siyasət ölkəmizdə xarici sərmayələr ilə yanaşı müasir texnologiyaların, iş təcrübələrinin, yeni idarəçilik qaydalarının, iqtisadi münasi-bətlərin daxil olması üçün də şərait yaradıb.
Bu gün Azərbaycan neftinin müştərək mənimsənilməsi üzrə 21 iri miqyaslı konsorsium tərəfindən beynəlxalq kontraktın bağlanması respublikanın ictimai-siyasi, iqtisadi həyatında son dərəcə əlamətdar hadisədir. Bu kontraktların reallaşması üçün 50-60 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşlarının artıq 10-15%-i təyinat obyektinə cəlb edilmişdir. «Çıraq» platformasından hasil edilən neftin miqdarı köhnə yataqlardakı müvafiq istehsal həcminə yük-səlmiş, «Şahdəniz» yatağından qazın sahilə gətirilməsi təmin olunmuş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşaası artıq reallığa çevrilmiş, yeni regional infrastrukturun modernləşdirilməsinə başlanılmışdır. Prezident İlham Əliyev tərəfindən bu iş uğurla davam etdilir.
Azərbaycanın neft strategiyasının reallaşmasında Möhtərəm prezidentimiz İlham Əliyev yaxından iştirak etmiş və hazırda bu işə rəhbərlik edir.
Mütəxəsislərin hesablamalarına görə Azərbaycanda 2007-2008-ci illik neft hasilatının 50 milyon tondan çox olacağı gözlənilir. Başqa bir proqnoza görə isə yaxın 10 ildə respublikamızda illik neft hasilatının 80-100 milyon tona çatacağı və bunun 80-100 ilə kimi davam edəjəyi bildirilir. Beləliklə, bütün bu hesablamalar ölkəmizin göstərilən dövrdə dünyada ən uzunmüddətli neft hasil edən 15 əsas ölkədən birinə çevrilməsinə əsas verir.
Enerji mənbələri və onların müasir dövrdə rolu
Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi istehsal olunan enerjinin 13,5 faizi düşür.
a)Alternativ və bərpa olunan enerji nə deməkdir?
Alternativ enerji ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələridir. Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjiyə alternativ, yaxud bərpa oluna bilən enerji deyirlər.
Ötən əsrdən başlayaraq enerjiyə qənaət, israfçılığın qarşısının alınması dedikdə əsasən alternativ enerji başa düşülür. Buna həm də yeni texnologiyalar imkan verir. Məsələn, əvvəllər evi ancaq 100 vatlıq lampa ilə işıqlandırmaq olurdusa, indi daha az enerji aparan, amma daha çox işıq verən lampalar var. Bu gün bazarda 100-lük lampa qədər işıq verən 20 vatlıq lampalar tapmaq mümkündür. Hazırda Almaniyada cəmi 1 vat elekrtik enerjisi sərf edən, amma 60-lıq lampa qədər işıq verən yeni lampa üzərində işləyirlər.
İri avtomobil istehsalçıları – “Mersedes”, “BMW” şirkətləri də bəyan ediblər ki, onlar yeni benzin sərfini bir az da azaldacaqlar. Şirkətlər bu yeniliyi 2015-ci ilədək həyata keçirmək istəyir. 6 min kubsantimertlik mühərrik 1990-cı illərin ortalarına qədər 100 kilometr məsafəni qət etmək üçün 30 litr benzin “içirdi”. Hazırda eyni gücdə olan mühərrik 100 kilometrə 18 litr benzin aparır. Yenilik ondan ibarət olacaq ki, 2015-ci ilə qədər bu rəqəm 10 litrdən də aşağı həddə salınacaq.
b)Alternativ enerji axtarışı – Günəş enerjisi
Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, qaz, kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı.
Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır.
Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır.
Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda.
Günəş enerjisini istiliyə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir.
Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Günəş enerjisinin daha səmərəli istifadəsi onun fotoelementlərdə elektrik enerjisinə çevrilməsi ilə həyata keçirilir. Fotoelementlər işığa həssas yarımkeçirici materiallardan – selen, silisium, qallium arsenidi, kadmium sulfidi və s. materiallardan hazırlanır. Bu materiallarda xüsusi p-n keçidi tərəfindən işığın udulması elektrik cərəyanı yaradır. Fotoelementlərdən minlərlə kvadrat metr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları qurmaq mümkündür. Günəş enerjisinin Günəşin sutkalıq və mövsümi dövriyyəsindən asılı olmaması üçün alınan elektrik enerjisini elektrik akkumulyatorları ilə və ya metalhidrid akkumulyatorlarında hidrogen şəklində toplamaq mümkündür.
Günəş enerjisinin birbaşa istilik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılmışdır və bu, inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. 1997-ci il Kioto razılaşmasının protokoluna əsasən Avropa Birliyi ölkələrində və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək üçün iri miqyaslı stansiyaların tikintisinə başlanmışdır. Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin həcmi elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Belə ki, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və b. səviyyəsindədir.
Hesablamalara görə Günəş energetik qurğularının 50-ci enliliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar bu regionda Günəş energetikasının inkişafı daha perspektivlidir.
Hal hazırda Günəş enerjisinin fotoelektrik çevrilmələri dünyada bərpa olunan enerji mənbələrinin ən tez inkişaf edən istiqamətlərindən biridir. Dünyada qurulmuş Günəş fotoelektrik sistemlərinin ümumi gücü 900 MVt-dan çoxdur. Bunlardan 80 MVt – Yaponiya, 60 MVt – ABŞ, 50 MVt – Almaniya dövlətlərinin payına düşür. Bu dövlətlərdə Günəş enerjisindən istifadə artıq bir neçə ildir ki, “70 min günəşli dam”, “Milyon dam” və “Yüz min dam” adlanan dövlət proqramları çərçivəsində həyata keçirilir.
ABŞ-da, Almaniyada, Yaponiyada və Çində günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən günəş stansiyalarının əsas işçi elementinin (fotoelementin) hazırlanması üçün yüksək səmərəliliyə malik texnologiyalar tətbiq edilir. Onların faydalı iş əmsalı 12-14 faiz təşkil edir. Belə fotoelementlər əsasında yaradılan stansiyaların tutduğu ərazi 1 MVt üçün 2 hektar təşkil edir. Dünyanın inkişaf etmiş ölkələrində fotoelementlərin sahə tutumlarının azaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.
Dünyada günəş batareyası ilə işləyən ən böyük elektrik stansiyası ABŞ-ın Nevada ştatındadır. Hazırda Çinlə ABŞ Monqolustan çöllərində Nevadakından da böyük stansiya tikməyi müzakirə edir.
Avropa alimləri də beynəlxalq alternativ ekoloji yanacaq şəbəkəsi layihəsi hazırlayıblar.
Məsələn, Böyük səhrada quraşdırılmış günəş enejisi şəbəkəsi bütün Avropanı elektrik enerjisi ilə təmin edə bilər. Böyük Britaniya və Danimarkadan külək enerjisi, İslandiya və İtaliyadan geometrik enerji almaq mümkündür. Bu ideya alimlərin alternativ enerji mənbələrinin axtarılması sahəsində layihələrini maliyyələşdirməyə hazır olan bir çox siyasi lider arasında populyardır.
İngiltərənin baş naziri Qordon Braun, Fransa prezidenti Nikola Sarkozi Böyük səhradan günəş enejisi mənbəyi kimi istifadə olunması planını dəstəkləyiblər. Alimlər əmindirlər ki, Böyük səhraya düşən işığın təkcə 0,3 faizi Avropada enerji qıtlığı və bahalığı problemini həll etməyə imkan verər. Amma tədqiqatçılar onu da etiraf edirlər ki, günəşdən, küləkdən, sudan və vulkandan enerji alınmasına dair beynəlxalq şəbəkənin işə düşməsi üçün uzun illər və xeyli maliyyə vəsaiti lazımdır.
c)Külək enerjisi
Bərpa olunan enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. Külək enerjisindən istifadəyə görə Almaniya dünya ölkələri arasında liderdir. Həmin ölkədə «Bərpa olunan enerji mənbələri haqqında» Qanunun qəbul edilməsi bu işə güclü təkan vermişdir. İndi Almaniyada külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır.
Külək enerjisi – ekoloji təmiz, alternativ enerji mənbələrindən biridir. Hərəkət edən hava kütlələrinin enerjisindən istifadə insanları qədimi vaxtlardan cəlb edib. Bu tükənməz enerji mənbəyinin istifadəsi üçün texnikanın indiki inkişafı yeni imkanlar açır.
Hal-hazırda külək energetik qurğularının köməyi ilə küləyin enerjisini elektrik enerjisinə çevirmək mümkündür. Külək qurğusunun gücü rotorun qanadının sahəsi və küləyin sürəti ilə mütənasibdir. Belə ki, yüksək gücə (MVt – diapazonunda) malik olan qurğuların ölçüləri olduqca nəhəngdir. Misal üçün, Almaniyanın “Messerşmit” firmasının layihələndirilmiş 5 MVt – gücündə külək generatorunun qanadının uzunluğu – 74 metr, hündürlüyü isə – 120 metrdir.
Külək qurğularının səmərəli işləməsi üçün onların küləyin potensialı – 2500 saat/il olan ərazilərdə yerləşdirilməsi məqsədə uyğundur. Ərazinin külək potensialını müəyyən etmək üçün ərazidə il ərzində monitorinqin aparılması tələb olunur. Həmçinin qurğuların səmərəli işləməsi üçün layihələşdirilən külək qurğularının parametrləri ərazidə müşahidə olunan külək potensialına uyğunlaşdırılmalıdır. Danimarkalı mütəxəssislərin təklifinə görə külək elektrik stansiyalarının dənizdə qurulması daha səmərəlidir, çünki dənizdə küləyin gücü quruya nisbətən həmişə çoxdur. Hesablamalara görə dənizdə yerləşən 200 külək generatorunun köməyi ilə alınan enerji, 0,5 mln ton kömürün yandırılması nəticəsində alınan enerjiyə bərabərdir.
Külək elektrik qurğularını kiçik (100 kVt-a qədər), orta (100 – 500 kVt) və böyük gücə (0,5 – 4 MVt) malik olan qurğulara ayırmaq olar. Böyük gücə malik olan külək stansiyalarının qurulması üçün yaşayış yerlərindən uzaq olan böyük ərazilər tələb olunur, onların konstruktiv elementləri metal həcmlidir. Həmçinin onların fəaliyyəti quşların və balıqların miqrasiyasına, radio və televiziya dalğalarının ötürülməsinə, hava nəqliyyatına maneələr törədə bilər.
Ekoloji cəhətdən kiçik gücə malik olan külək stansiyaları daha səmərəlidir. Rotorun diametri 6 metrə çatan belə bir stansiyaların gücü 4 kVt-a yaxındır. Bu külək qurğuları elektrik xətlərindən uzaq olan rayonlarda qurula bilər və kiçik fermer təsərrüfatını elektrik enerjisi ilə təmin edə bilər.
Külək olmayan vaxtlarda enerjinin davamiyyətini ehtiyat enerji bloklarının hesabına təmin etmək mümkündür. Belə bloklar elektrik (qurğuşun) və ya yanacaq elementləri ilə təchiz olunan metalhidrid hidrogen akkumulyatorlarından yığıla bilər.
Dünyada qurulan külək stansiyalarının sayına görə ABŞ (1600 MVt) və Almaniya (1500 MVt) dövlətləri liderdir. Bu dövlətlərlə yanaşı külək energetikası Danimarkada (830 MVt), Hindistanda (820 MVt) və Niderlandda (285 MVt) da sürətlə inkişaf edir.
d)Alternativ enerji axtarişi – BİOETANOL
Son zamanlar təbiətdə baş verən İqlim Dəyişmə prosesləri ilə əlaqədar təbii yanacaglara alternativ olan müxtəlif bioloji yanacaq növləri işlənilir. Bu yanacaqlar bərpa olunan yanacaq növünə aiddir və ekoloji cəhətdən nisbətən təmizdir. Birinci növbədə bu yanacaq növlərinə bioloji kütlədən (sellülozdan) alınan bioetanol yanacağını aid etmək olar.
Bu yanacağın alınması üçün tarlalarda buğda, qarğıdalı və s. məhsulların yığımından sonra qalan biokütlə istifadə edilir. Bioetanolun istifadəsi zamanı atmosferə atılan İstilik Effekti Yaradan Qazların (İEYQ) miqdarı xeyli azalır.
İlk olaraq bioetanol Kanadanın özəl Logen Corporation firması tərəfindən alınmışdır və benzin qatışığının tərkibində (85%-ə qədər) avtomobillərdə istifadə olunur. Proqnozlara görə 2050-ci ilə qədər sellülozdan alınan etanol avtomobil nəqliyyatında istifadə edilən neftin yarısını əvəz edə bilər. Hazırda ABŞ-da konversiya texnologiyaların tətbiqi və bioemaledici zavodun qurulması üçün 26 mln. ABŞ dolları məbləgində vəsait ayrılıb.
Digər tərəfdən dünyada bioyanacağın alınmasında xüsusi torpaq ərazilərinin ayrılması ilə gedən tendensiya da müşahidə edilir. Son vaxtlarda bu proses alimlərdə narahatlıq doğurur. Araşdırmalara görə hazırlanma prosesi zamanı karbon atılmalarını nəzərə almaqla bitkilərdən alınan “yaşıl” yanacağın istifadəsi zamanı atmosferə atılan ümumi İEYQ-nin miqdarı ənənəvi yanacaqlardan ayrılan atılmalardan çoxdur. Bu onunla əlaqədardır ki, bioyanacağın alınması üçün təbiətdən ayrılan torpaq sahələrində artıq karbon dioksidinin udulması əvvəlki kimi deyil.
Bir sözlə təbii ekosistemlərin (meşələrin, yaylaqların və s.) məhvi nəticəsində atmosferə İEYQ-nin atılmaları artır və bu onunla əlaqədardır ki, kultivasiyaya uğramış torpaqlarda adsorbsiya qabiliyyəti və karbon qazının udulması qat-qat azalır.Dünya miqyasında bioyanacağın istehsalı yeni-yeni torpaq sahələrini sıradan çıxaracaq, bu isə İEYQ-nin atılmalarının miqdarının artması ilə iqlim dəyişmələrinin sürətlənməsinə səbəb ola bilər.
Qeyd etmək olar ki, bioyanacağın sənaye miqyasında istehsalı neftlə çirklənmiş və rekultivasiya olunmuş torpaqlarda daha məqsədə uyğun olardı.
Belə nəticəyə qəlmək lazımdır ki, alternativ bioyanacaq yalnız təbiətə zədə vurmamaq şərti ilə ekoloji cəhətdən yararlı ola bilər.
e)Azərbaycanda alternativ (bərpa olunan) enerji potensialı
e-1. Külək enerjisi
Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.
Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.
Çoxillik müşahidələr nəticəsində müəyyən edilmişdir ki, ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalardadır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində küləyin orta illik sürəti 3-5 m/san. olduğu üçün bu regionlarda orta güclü külək elektrik qurğularından istifadə etmək olar.
1999-cu ildə Yaponiyanın «Tomen» şirkəti Azərbaycan Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırmış, küləyin sürətinin orta illik qiyməti v = 7,9—8,1 m/san olması müəyyən edilmiş və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır.
2002-ci ildə Azərbaycanın bərpa olunan enerji resurslarının qiymətləndirilməsi həyata keçirilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası iri həcmdə külək enerjisi potensialına malikdir. Uzunmüddətli küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasını göstərir. Şimal DRES-nin yerləşdiyi ərazidən toplanılmış külək enerjisi üzrə statistik məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur.
e-2. Günəş enerjisi
Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500—3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400—3200 saatdır.
Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər.
Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.
e-3. Kiçik su elektrik stansiyaları
Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə istehsal olunan elektrik enerjisinin 2,4 mlrd kVt.s su elektrik stansiyalarının payına düşür ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir.
Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycan Respublikasındakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilmişdir ki, bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür.
Su elektrik stansiyalarının tikintisi—sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasında çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik su elektrik stansiyaları yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd kVts təşkil edə bilər. Yaxın perspektivdə 61 kiçik SES-in tikintisi məqsədəuyğun hesab edilir. Bu SES-lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Ölkədə həmçinin vahid enerji sisteminin elektrik xətlərindən və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər.
Naxçıvan Muxtar Respublikası enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, orta, kiçik, mikro su elektrik stansiyalarının ilk növbədə Naxçıvan MRdə tikilməsi daha məqsədəuyğundur.
e-4. Biokütlə enerjisi
Azərbaycan Respublikasında sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin aşağıdakı mənbələri mövcuddur:
yanma qabiliyyəti olan sənaye tullantıları;
meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantıları;
kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları;
məişət və kommunal sahələrinin tullantıları;
neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılar.
Iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür. Belə ki, Azərbaycan Respublikasında hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2,0 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində ictimai binaların qızdırılmasındakı çətinlikləri aradan qaldırmaqda bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması (emal edilməsi) həmin problemlərin qismən aradan qaldırılmasını təmin etmiş olardı.
Artıq bir çox Avropa ölkələrində bu problemin həlli yolları tapılmışdır. Belə ki, əhalisi sıx olan ərazilərdə zibilyandırma zavodları tikilməklə, orada məişət tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur. Göründüyü kimi, kompleks əhəmiyyəti olan belə zavodların tikilməsi Azərbaycan üçün də çox zəruridir.
e-5. Geotermal enerji
Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.
Azərbaycan Respublikasının ərazisi termal sularla zəngindir. Bunlar Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba ərazisi kimi geniş sahələri əhatə edir. Bu ərazilərdə olan termal suları istifadəyə cəlb etməklə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsini ödəmək mümkündür.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində özəl investisiya mənbələrini cəlb etməklə alternativ (bərpa olunan) enerji mənbələrinin imkanlarından maksimum istifadə edərək ölkənin elektrik enerjisi sisteminə əlavə güclər qoşula bilər.
f)Azərbaycanda vəziyyət. Rəsmi nəticələr
Azərbaycan Sənaye və Energetika Nazirliyi 2015-ci ilə qədər elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin xüsusi çəkisini indiki 1 faizdən 15 faizədək artırmağı planlaşdırır. Bunu “Media forum”a nazirliyin mətbuat katibi Azər Məsimli deyib.
Onun sözlərinə görə, bunun üçün nazirlik Azərbaycanda günəş və külək enerjisindən elektrik enerjisi istehsal etməyə imkan verəcək Avropa şirkətlərinin layihələrini nəzərdən keçirir.
Artıq Azərbaycanda günəş enerjisinin elektrik enerjisinə çevrilməsi tətbiq olunur. “bp” şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir rayonunda günəş batareyaları quraşdırılıb. Bu batareyalar kəndlərdən birinin sutəmizləmə sistemini enerji ilə təmin edir. Sənaye və Energetika Nazirliyi mütəxəssislərinin hesablamalarına görə, Azərbaycan ərazisində 1 kv.metr sahəyə düşən günəş enerjisinin həcmi 1500-2000 kilovat/saat təşkil edir ki, bu da Avropadakı eyni göstəricidən çoxdur, ABŞ və Çinin göstəricilərinə isə bərabərdir.
Azərbaycan kimi neftlə zəngin olan bir ölkənin alternativ enerji mənbələrinə marağının və həm də ehtiyacının bu dərəcədə artması diqqəti cəlb edir. Mütəxəssislər bu əl-ayağa düşməni təsadüfi saymırlar. Hesablamalara görə, Azərbaycan 2024-cü ildən sonra istehsal etdiyi neftlə, bir qədər sonra isə qazla özünü tam təmin edə bilməyəcək. Yəni Azərbaycan həmin tarixdən neft ixrac edən ölkədən neft idxal edən ölkəyə çevriləcək. “bp”nin dəfələrlə yaydığı açıqlamalara görə, 2024-cü ildə Azəri-Çıraq-Günəşli yataqlarından çıxarılacaq neftin ümumi həcmi 4 milyon tonu keçməyəcək. Proqnozlara görə, həmin il Azərbaycanın ümumi neft hasilatı 9 milyon ton səviyyəsinə düşəcək.
O illərdə neftə olan tələbat isə indiki inkişaf səviyyəsi nəzərə alınarsa, 10 milyon tondan az olmayacaq. Lakin 15 ildən sonra Azərbaycanın iqtisadiyyatın bir neçə dəfə böyüyəcəyini, vətəndaşların gəlirlərinin artacağını nəzərə aldıqda neftə tələbatın da artacağı aydınlaşır. 10 milyon ton neft illik tələbatı ödəyə bilməyəcək. Azərbaycan ya milyardlarla pul xərcləyib xaricdən yanacaq almalıdır, ya da alternativ enerji resurslarıdan yararlanmalıdır.
Mütəxəssislər təkcə birinci varianta arxalanmağı riskli sayırlar. Bunu BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin davamlı inkişaf şöbəsinin müdiri Coanna Di Sanonun açıqlamaları da təsdiqləyir. Onun dediyinə görə, son illər ümumiyyətlə dünyada enerji mənbələri 28 faiz azalıb.
Dünya əhalisinin enerjiyə təlabatı isə əksinə – ilbəil artır və 15 ildən sonra daha da yüksələcək. Xüsusilə Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə enerjiyə tələbat çox artacaq. Bu səbəbdən iqtisadçılar vəziyyətdən çıxış yolunu indidən alternativ enerji mənbələrinin inkişaf etdirilməsində, iri neft gəlirlərinin bir hissəsini alternativ enerji mənbələrinin yaradılmasına yönəldilməsində görür.
Azərbaycanda alternativ enerji mənbələri arasında ən səmərəlisi kiçik su elektrik stansiyaları hesab olunur. Ölkənin ümumi hidroenerji potensialı 40 milyard kilovat/saat təşkil edir ki, bunun da 12%i kiçik su elektrik stansiyalarının payına düşür. Kiçik su elektrik stansiylarının tətbiqi layihəsinə Avropa İnkişaf Bankı 40 milyon dollara yaxın vəsait ayırmaq niyyətində olduğunu açıqlayıb. Azərbaycanda 50 kiçik çay var və onların 30u bоlsuludur.
Hesablamalara əsasən, bu çaylardan 4,8 milyard kilovat/saat enerji istehsal etmək olar. Azərbaycandakı 9 kiçik su elektrik stansiyasından indi yalnız ikisi – Şəki və Muğan stansiyaları işləyir. Halbuki vaxtilə Azərbaycanda toplam gücü 25 meqavat olan 16 kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Bu, Azərbaycanda indi istehsal olunan enerjinin 25 faizi qədərdir.
Azərbaycanda su enerjisindən əsasən iri su elektrik stansiyalarında istifadə edilir. Ölkənin illik elektrik enerjisi istehsalının 10 faizi su elektrik stansiyalarının payına düşür. Kiçik çayların da potensialından yararlanmağa başlanması su elektrik stansiyalarının ümumi balansdakı payını artıra, enerji itkisini və qəza riskini azalda bilər.
Məsələ burasındadır ki, Şirvan şəhərindəki Dövlət Rayon Elektrik Stansiyası kimi nəhəng elektrik stansiyalarında qəza halları baş verəndə bunun əziyyətini on minlərlə abonent çəkirsə, kiçik stansiyalarda baş verə biləcək oxşar qəzalar böyük fəsad yarada bilməz.
Azərbaycanda potensialı olan başqa bir alternativ enerji mənbəyi külək enerjisidir.
Ölkədə külək elektrik stansiyaları vasitəsilə elektrik enerjisi istehsalı potensialı 800 meqavata yaxındır. Bu, ildə 4 milyard kilovat/saat, yəni indiki istehsalın 25 faizi qədər enerji deməkdir. Həmin enerji istehsal edilsə, ildə 1 milyon ton şərti yanacağa qənaət edilmiş olar. Lakin avropalı mütəxəssislər külək enerjisinin gücünün daha böyük olduğu qənaətindədir. Abşeron yarımadasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2002-ci ildə apardığı monitorinq nəticəsində külək enerjisinin texniki potensialının 3000 meqavat olduğu aşkar edilib. Bir neçə il bundan qabaq İqtisadi İnkişaf Nazirliyi Abşeronda pilot layihəsi kimi gücü 4 meqavat olacaq külək elektrik stansiyasının tikiləcəyi barədə məlumat yaymışdı. Lakin sonradan bu istiqamətdə işlər səngidi.
Göründüyü kimi, Azərbaycanda geniş alternativ mənbələr var. Sənaye və energetika naziri Natiq Əliyevin qənaətincə, alternativ enerji mənbələrindən istifadə hesabına Azərbaycanda istehsal olunan elektrik enerjisini 5-7, istilik enerjisini isə 10 faizə qədər artırmaq mümkündür.
Avropada ümumi enerji istehsalında alternativ mənbələrin rolu Azərbaycanda olduğu kimi 1 faizlik göstərici ilə ölçülmür. Məsələn, Portuqaliyada alternativ mənbələrin çəkisi 13 faiz, Belçikada 23 faiz, Finlandiyada 24 faiz, İsveçdə 32 faiz, Norveçdə 52 faiz, İslandiyada 73 faizdir.
Neft və qaz hasil edən Azərbaycanın alternativ enerji istehsalına sərmayə qoyması bu ölkənin ətraf mühitin qorunmasına ciddi yanaşmasını sübut edən faktorlardan biridir.
Azərbaycan Diplomatik Akademiyası ilk dəfə olaraq bu regiona “yaşıl” kampus layihəsini gətirmişdir və hazırda həmin layihəni həyata keçirməkdədir. Dədə Qorqud parkının bir hissəsi olan bu layihədə geotermal enerji, külək enerjisi, yağış suları və günəş enerjisindən istifadə olunacaqdır.Bakı küləklər şəhəridir. Bu səbəbdən, külək turbinlərindən əldə edilmiş enerjidən istifadə etmək təklif olunur. Estetik dizayna malik olan külək turbinlərinin dirəklər üzərində qurulması nəzərdə tutulmuşdur. 10 külək turbininin Qayıqçı gölü ətrafında, 6 turbinin isə ADA kampusunun girişinin yaxınlığındakı Vaqif prospektində yerləşdirilməsi layihələndirilmişdir.
Geotermal enerji istehsal edən sahə Cıdır Düzünün altında yerləşəcəkdir. Bakıda su qıtlığını nəzərə alaraq, parkın suvarılması məqsədləri üçün yağış suyundan təkrar istifadə nəzərdə tutulmuşdur.
Elektrik enerjisinin istehsalında suyun potensial-enerjisi ekoloji baxımdan təmizdir. Bu mənbədən alınan elektrik enerjisinin istehsalı 1990-cı ildən başlayaraq yüksələn templə artır. Böyük su ehtiyatlarına malik olan Latın Amerikası, Asiya və Afrikanın bəzi ölkələri, həmçinin Avropanın şimal ölkələri digər alternativ enerji mənbələrindən istifadə etməklə yanaşı, bu mənbədən də istifadə etməyi prioritet istiqamət kimi qəbul etmişlər.
Comments are closed, but trackbacks and pingbacks are open.