Press "Enter" to skip to content

Nemətullah naxçıvani

Naxçıvan MR Culfa rayonunun Ərəzin kəndində fars dili müəllimi

Nemetullah Naxcivani – Wikipedia

Nemətullah Naxçıvani (tam adı: Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani [1] ; 1452 , Naxçıvan – 1514 , Türkiyə ) — Mənşəcə Azərbaycan türklərindən olan sufi alimi. Xacə Məhəmməd Parsanın məşhur tələbələrindəndir. Nemətullah Naxçıvani nəqşibəndilik təriqətinin Azərbaycanda ilk təmsilçilərindən olmuş, məşhur mütəfəkkir, ilahiyyatçı, hüquqşünas kimi tanınmışdır.

Nemətullah Naxçıvani
Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani
Doğum tarixi 1452
Doğum yeri Naxçıvan
Vəfat tarixi 1514
Vəfat yeri Akşehir
İxtisası İlahiyyat
Fəaliyyəti alim

Mündəricat

Naxçıvanda anadan olan Mövlana Nemətullah ibn Mahmud Şeyx Əlvan Naxçıvani, zamanın tanınmış xocalarından dərs alıb zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik almışdır.

1498-ci ildə Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə qalaraq, orada Dədə Ömər Rövşəni ilə görüşmüşdür.

Sultan Bəyazidin zamanında (1481-1512) Anadoluya getmiş, Karaman vilayətinin Akşehir şəhərində yaşamış, şöhrət tapmışdır. Akşehirlilər arasında Şeyx Əlva, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət və Nemətullah Sultan kimi adlarla xatırlanan bu böyük Türk-İslam alimi və vəlisi, zamanındakı alim və vəlilərin ən fəzilətlilərindən biri hesab olunurdu. Akşehirdə uzun illər elmə xidmət etmiş və çox sayda müridi olmuşdur. Öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.

Taşköprülüzadənin “Şəqayiqi-Numaniyyə” adlı məşhur əsərində onun haqqında “ülumi-rəbbaniyə mütəbahhir əsrari-ilahiyyə dəryalarına qəriq” (azərb. ilahi elmlərdə dərin, ilahi sirlər dənizinə dalmış ‎) – dediyi Nemətullah Naxçıvani təfsir elmində təsəvvüfi təfsirlər arasında mühüm bir yerə sahib olan “əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə” adlı əsərin müəllifidir. O, bu təfsiri daha öncə yazılmış təfsirlərə müraciət etmədən, öz biliyi əsasında yazması ilə məşhur olmuşdur. Bunlardan başqa, Hidayət-ül-İxvan və Risalət-ül-Vücud adında təsəvvüflə əlaqədar iki risaləsi vardır. “Fəvatih-ul-İlahiyyə” adlı təfsirinin öz əlyazısıyla olan nüsxəsi Topqapı sarayında III Əhməd Xan kitabxanasında saxlanılır. Həmin təfsir 1908-ci ildə, Mətbey-i Osmaniyyədə iki cild halında çap olunmuşdur. Naxçıvani bu əsərini, 1498-ci ildə, Ramazani Şərif ayının ortalarında tamamlamışdır.

Nemətullah Naxçıvaninin bu əsəri o qədər diqqəti cəlb etmişdir ki, XIX əsrdə İstanbul üləması aralarında pul toplayaraq bu əsəri (əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə) nəşr etdirmişdir.

Nemətullah Naxçıvani Qazı Beyzavinin “Ənvarüt-tənzil” adlı təfsirinə və Mahmud Şəbüstərinin “Gülşəni-raz” əsərlərinə də şərhlər yazmışdır. “Hədiqətül-ixvan” adında təsəvvüfi bir əsəri də olan Nemətullah Naxçıvani 1514-cü ildə Akşehirdə vəfat etmişdir. Türbəsi bir neçə dəfə təmir olunmuşdur. Məhəmmədəli Tərbiyət isə onun ölüm tarixini 1497 olaraq qeyd etmişdir.

Nemətullah Naxçıvaninin qəbri akşehirlilərin ən çox ziyarət etdikləri yerlərdən biridir [2] . Əsasən də ziyarətçilər hər il may ayının 4-5-ində – Xıdırəlləz bayramı günlərində məzarın ətrafında toplaşaraq, dualar, diləklər edirlər [2] .

Qəbrin olduğu türbə Türkiyədəki Akşehirdə – vaxtilə Köycəcəyiz məhəlləsində, hazırda isə Çimənli məhəlləsi adlanan ərazidə – Təkkə kəndinə gedən yolun sağında, Akşehir çayının solunda yerləşir [2] . Bir neçə dəfə təmir edilmiş bu türbənin önündə bir hovuz olmuşdur [2] . Lakin sonradan türbə inşaatı ləğv olunaraq, sərdabə normal məzar şəklinə salınmışdır [2] .

Onun məzar sənduqəsində böyüklü-kiçikli 5 ayrı daş kitabə vardır. İkinci daşın kitabəsində belə yazılmışdır:

“Ey dost. Kibari-əhlullahdan və müfəssirini-izamdan xacə Nimətullah kuddisə həzrətlərinin mübarək, nurlu qəbirləridir”. [2]

Üçüncü daşın kitabəsində isə 5 beytdən ibarət şeir yazılmışdır. Bu şeirin ilk misrası belədir:

“Həqiqət(ən) sərəfraz övliyadır Həzrət Nemət baba” [2]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 29 oktyabr 2018-ci ildə “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncam imzalamış və onunla əlaqədar Tədbirlər planını təsdiq etmişdir [1] . Həmin Tədbirlər planına uyğun olaraq, 5-7 iyul 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilmişdir [3] . Müasirləri və sonrakı müəllifləri Baba Nemətullah Naxçıvaninin həm Quranın təfsirinə, həm də təsəvvüfə dair əsərlərini yüksək qiymətləndirmişlər. Əhməd Daşköprüzadə (1495-1599) onu “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri” kimi yad etmişdi, “İlahi açmalar və qeybi açarlar” traktatı haqqında demişdir: “O, Quranın digər təfsirlərinə müraciət etmədən ona təfsir yazmış, orada bir çox şəxslərin dərk etmədiyi incəlikləri və həqiqətləri fəsahətli ibarələrlə və bəlağətli tədbirlərlə aydınlaşdırmışdır”. Quranın təfsirinə dair tarktatlarında hüquq və ilahiyyat məsələlərini araşdıran Baba Nemətullah Naxçıvani sufi-fəlsəfi əsərlərində İbn Ərəbi və Mahmud Şəbüstərinin panteist mövqeyindən çıxış etmişdir [4] . Hazırda Türkiyənin Konya ilindəki Akşehir şəhərində bir küçəyə onun adı verilib; şəhər mərkəzində isə Nemətullah Naxçıvani adını daşıyan məscid və orta məktəb fəaliyyət göstərir [2] . 2003-cü ildə Konya valiliyinin təşəbbüsü ilə Akşehirdə onun adına məktəb tikilmişdir [5] .

  • Hidayətül-ixvan
  • Şərhi-əsrarin-nöqtə
  • Təhqiqat
  • Vücudiyyə
  • Məcmuai-lətaif
  • Hidayə
  • Nikat
  • Mükaşəfə
  • Əsilə vəl əcibə

İstinadlar

  1. 12“Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında”Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 29 oktyabr 2018-ci il tarixli Sərəncamı (az.)
  2. 12345678 Əbülfəz Quliyev. Nemətullah Naxçıvani və Anadolu elləriArxivləşdirilib 2018-12-16 at the Wayback Machine. 525.az, 15.12.2018 (az.)
  3. ↑”Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçiriləcəkArxivləşdirilib 2019-05-13 at the Wayback Machine. edumap.az (az.)
  4. Azərbaycan Milli Elmlər akademiyası. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 51.
  5. ↑Baba Nemətullah Naxçıvaniyə həsr olunan elmi konfrans keçirilibArxivləşdirilib 2019-05-14 at the Wayback Machine. science.az, 19.09.2018 (az.)

Nemətullah naxçıvani

AMEA-nın Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək Orta əsrlər Naxçıvan mühitinin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Nemətullah Naxçıvani ilə bağlı ciddi elmi araşdırmaların aparılması, alimin irsinin öyrənilib tədqiq edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə başlanıldığını deyib. Bildirilib ki, sərəncamla təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Bölməsində Nemətullah Naxçıvani irsinin araşdırılması məqsədilə 7 nəfərdən ibarət tədqiqat qrupu yaradılıb. 2019-cu il 21-25 may tarixlərində Türkiyə Respublikasının Səlcuq Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” mövzusunda konfrans keçirilib, alimin həyat və yaradıcılığı ilə bağlı çıxışlar edilib, tədbirdə “Nemətullah vətəni Naxçıvan” filmi nümayiş olunub. Tədbir çərçivəsində nümayəndə heyəti Nemətullah Naxçıvaninin məzarını ziyarət edib, Ağşəhərdə Nemətullah Naxçıvani adına İmam Hatib dini orta məktəbində olublar. Türkiyədə çap edilən Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı 5 cildlik təfsir də olmaqla ümumilikdə Nemətullah Naxçıvani ilə bağlı 21 adda kitab muxtar respublikaya gətirilib.

Vurğulanıb ki, Naxçıvanda 2019-cu il iyulun 8-də “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə həmin konfransın materialları, Naxçıvan Bölməsində hazırlanan “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitab, eyni zamanda N.Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (Quranm kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) adlı 3 cildlik təfsiri nəşr olunub.

Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli filmi hazırlanıb, Naxçıvanşünaslıq Mərkəzində “Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı” mövzusunda açıq dərslər keçirilib, qəzet materialları hazırlanıb, keçirilən tədbirlər işıqlandırılıb. Türkiyənin Naxçıvandakı Baş konsulu tərəfindən Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazmasının nüsxəsinin elektron variantı Naxçıvan Bölməsinə təqdim edilib.

Məlumat verilib ki, Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurtun 300-dən artıq elmi ədəbiyyatdan bəhrələnərək qələmə alınan “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” adlı monoqrafiyada Nemətulla Naxçıvaninin yaşadığı dövrdə təfsir, hədis, fiqh, kəlam, tibb, tarix, ədəbiyyat kimi elmlər, dini təriqətlər və onların cəmiyyət həyatında rolu təhlil edilib. Müəllif tədqiqat əsərində Nemətulla Naxçıvaninin bütün əsərlərindən bəhs edib, onlar haqqında ümumi məlumat verməklə, əlyazma nüsxələrini oxuculara təqdim edib. Qeyd olunub ki, aparılan tədqiqatlar bu nəticəyə gəlməyə əsas verir ki, Şərqin böyük filosofu və din aliminin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edir. Görkəmli mütəfəkkir məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi bütün dünyada tanınır və böyük ehtiramla anılır. Qeyd olunub ki, monoqrafiya Nemətullah Naxçıvani irsinin tədqiqatçıları, tarixçilər, dinşünas alimlər və ali təhsil müəssisələrinin tələbələri, ümumilikdə Naxçıvanşünaslıq üçün qiymətli mənbə rolunu oynayacaq, gələcəkdə Nemətullah Naxçıvaninin elmi irsinə yeni baxışların və tədqiqatların yaranması ilə nəticələnəcəkdir.

Surə Seyid kitabın müəllifi, professor Yaşar Kurda təşəkkürlərini bildirib və elmi fəaliyyətində ona uğurlar arzu edib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev isə çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın görkəmli şəxsiyyətləri ilə bağlı bir sıra tarixi sərəncamlar verdiyini xatırladaraq bildirib ki, Nemətullah Naxçıvanin həyat və fəaliyyəti Ali Məclis Sədrinin sərəncamından sonra geniş şəkildə tədqiq olunub. O, ictimaiyyətə təqdim olunan kitabı Naxçıvaniyə həsr olunmuş sistemli tədqiqat əsəri olduğunu deyərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə professor Yaşar Qurtun müəllifi olduğu sözügedən kitabı Türkiyə türkcəsindən bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov tərcümə edib.

İsmayıl Hacıyev görkəmli şəxsiyyətlərlə bağlı tarixi sərəncamlarına görə ziyalılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli son 25 ildə muxtar respublikada görülən mühüm işlərdən biri də kitab çapına göstərilən yüksək qayğı olduğunu deyib. O, Bilik Fondu tərəfindən ötən il çap oluna kitabları xatırladıb. Sözügedən kitabın da tərcümə edilərək çap olunmasını yüksək qiymətləndirib.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev isə çıxışında nəşrin dəyərindən bəhs edib.

Tədbirdə kitabın müəllifi Yaşar Kurt çıxış edərək əsərin ərsəyə gəlməsindən söz açıb. Kitabın tərcüməçisi Elxan Məmmədov isə “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” nəşrinin elmimiz üçün əhəmiyyətindən danışıb.

Sonda iştirakçılar nəşr olunan kitabların sərgisi ilə tanış olublar.

Naxçıvan Bölməsinin Mətbuat xidməti üzrə mütəxəssisi

Nemətullah naxçıvani

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

  • ixtisas şifri
  • ixtisasın adı
  • mövzunun adı

09.00.03; 09.00.13
Fəlsəfə tarixi; dinşünaslıq mədəniyyətin fəlsəfəsi
İslamda imamilik

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

Xaricdə çıxmış elmi əsərlərinin sayı

Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

Əsas elmi nailiyyətləri

Naxçıvanın tarix və mədəniyyətinə aid yeni məlumatların əldə olunması və təbliği istiqamətində: Suli Fəqihin “Yusif və Züleyxa” əsərinin tərcümə və tekstaloji tədqiqi, Məhəmməd Naxçıvaninin “Səhab əd-Dumu” əsərinin mətn xüsusiyyətlərinin təhlili, Əliqulu Mirzayi Naxçıvaninin Əqaide-fəlsəfə əsərinin ilk tədqiqi.

Elmi əsərlərinin adları

  1. Suli Fəqih. Yusif və Züleyxa (ərəb əlifbası ilə yazılmış əlyazmadan transliterasiya, ön söz, lüğət və tərtibat). Bakı: MBM, 2008, 400 s.
  2. Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-Dümu” əsərində fəlsəfi düşüncələr. Bakı: AZ.TU Nəşriyatı, 2009, 146 s.
  3. Naxçıvanın milli mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması. Bakı: AZ.TU Nəşriyyatı, 2011, 201 s.
  4. Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-Dümu” əsərində fəlsəfi düşüncələr. I-II cild (metodik vəsait). Naxçıvan: İdeya, 2011, 320 s.
  5. Направления исследований Нахчыванских рукописей (сворник статей). LAPLANBERT Academie Publishing. Германия, 2014, 56 с.
  6. Nemətullah Naxçıvani: XV əsrin görkəmli təsəvvüf və təfsir alimi. Naxçıvan: Əcəmi, 2018, 104 s.

Pedaqoji fəaliyyəti

Naxçıvan MR Culfa rayonunun Ərəzin kəndində fars dili müəllimi

Əsas iş yeri və ünvanı

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu
Az 7000 Naxçıvan şəhəri, Heydər Əliyev pr. 35

Comments are closed, but trackbacks and pingbacks are open.