DİL VƏ NİTQ
Şifahi və yazılı nitq: Nitqin şifahi və yazılı növləri arasında əlaqə və bağlılıq
Nitq mədəniyyəti
Dil xalq mədəniyyətinin vasitəsidir. Amma yaxşı getməsi üçün ondan orqanik, gözəl və bacarıqlı istifadə edilməlidir.
Nitq mədəniyyəti təkcə vurğuların faktiki qoyuluşu və sözlərin düzgün istifadəsi deyil, həm də ən zəngin ifadə vasitələrindən məharətlə istifadə etməkdir.
Hər cəhətdən gözəl olan insanla rastlaşanda onun dik duruşu, məlahətli siması, səliqəli geyimi, açıq təbəssümü, təvazökar xasiyyəti, ruhunun saflığı, qəlbinin mehribanlığı bizi valeh edir.
Amma elə olur ki, ağzını açan kimi sehr yox olur: gözəl söhbət əvəzinə daima “yalan” və nəsə “çağırmaq ” niyyəti ilə bizə “sövdələşmə”, yağdırırlar.
Üçüncüsü, o qədər çaşdırıcı “üçqat” məntiqsiz quruluşlar ortaya çıxarır ki, hətta elmlər namizədi filosof belə cümlənin mənasını çıxara bilmir.
İşgüzar görüşlərdə kabinələrdən jarqon eşidilir və internet metropoliten siyasətçilərinin gülməli savadsız sitatları ilə dolur.
Bütün bu linqvistik xaos bir səbəbdən baş verir – nitq mədəniyyətinin qeyri-kafi səviyyədə olması.
Nitq mədəniyyəti nədir?
Şəxsiyyətin nitq mədəniyyəti onun dil normalarını nə dərəcədə yaxşı bilməsi ilə xarakterizə olunur.
Nitq mədəniyyəti dedikdə özünü dəqiq, konkret, yığcam, əlçatan, təmiz, bacarıqlı, mənalı və aydın ifadə etmək bacarığı nəzərdə tutulur.
İnsanın nitq mədəniyyəti onun perspektivi, estetik qavrayışı və dünyagörüşü, o cümlədən şəxsiyyətin mənəvi zənginliyi və ayrılmaz daxili mədəniyyəti ilə bilavasitə bağlıdır.
Mədəni lüğətdən əlavə, nitq mədəniyyəti bölməsində gündəlik nitq formaları, gündəlik sadələşdirilmiş sözlər, jarqon, gənclik jarqonları və sitatlar araşdırılır.
Nitq mədəniyyəti şifahi və yazılı standartlara əsaslanır və onlara yetərli, ədəbi sahib olmağı nəzərdə tutur. Qlobal danışıq mədəniyyəti ana dilinə sevgi və dogmalara hörmətlə yanaşmadır.
İnsanın inkişaf etmiş, ali təhsilli, mədəniyyətli, nəcib kimi müəyyən edilməsi mühüm tələbdir.
Nitq mədəniyyətinə nələr daxildir?
Bu konsepsiyanın mərkəzi nüvəsini ədəbi nitq hesab edilən dil norması təşkil edir. Bununla belə, nitq mədəniyyətinin malik olmalı olduğu bir keyfiyyət də var. “Əlaqədə aktuallıq prinsipi”nin tərifi bacarıq, hər hansı konkret məzmunu yetərli linqvistik formada ifadə etmək bacarığı kimi şərh edilə bilər.
Bu anlayış nitq mədəniyyətinin etik aspekti ilə sıx bağlıdır. Onun fikrincə, aydındır ki, dil ünsiyyətinin bu cür qaydaları praktikantı təhqir və ya aşağılamamaq üçün tətbiq edilir. Bu funksiyadan salamlar, təbriklər, təşəkkürlər, xahişlər və s. üçün istifadə etmək olar. Müəyyən formulları ehtiva edən nitq etiketinə riayət etməyi tələb edir Dilin özünə gəlincə, burada mədəniyyət anlayışı onun zənginliyini və dəqiqliyini, obrazlılığını və təsirliliyini nəzərdə tutur.
Ədəbi dilin normalarının əsasları əsrlər boyu qoyulmuşdur. “Nitq mədəniyyəti” termininin tərifini nitq fəaliyyətinin normallaşdırılması ilə məşğul olan elm anlayışına da şamil etmək olar. Yəni bu elm artıq Kiyev Rusunun qədim əlyazmalarında “sındırılıb”. Onlar yazı ənənələrini təmin etməklə yanaşı, həm də canlı dilin xüsusiyyətlərini əks etdirirdilər.
Artıq qeyd edildiyi kimi, nitq mədəniyyəti anlayışı üç əsas aspekti ehtiva edir: normativ, ünsiyyət və etik. Xarici dilçiliyin bu sahəsinə dair müasir baxışların əsasını nitqin rəsmi düzgünlüyü təşkil etmir. Dilin imkanlarından səmərəli və bacarıqla istifadə etmək bacarığı da az əhəmiyyət kəsb etmir. Bunlara düzgün tələffüz, cümlələrin düzgün qurulması, idiomatik növbələrdən düzgün istifadə daxildir.
Nitq mədəniyyətinin akademik tərifi həm də müasir dilin, funksional üslubların mövcudluğunu nəzərdə tutur, bunlardan bir neçəsi var: məsələn, elmi və danışıq dili, rəsmi iş və jurnalistika.
DİL VƏ NİTQ
Hər kəsin cəmiyyətdə, insanlar arasında, yığıncaqlarda, müxtəlif məclislərdə, ailədə müəyyən ölçülərə sığan, ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti də olmalıdır. Bilindiyi kimi, dilin bütün sahələrində – fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda daxili qanunlar əsasında müəyyənləşmiş normalar var. İnsanların həmin normalara yiyələnməsi və gündəlik ünsiyyətində ona əməl etməsi nitq mədəniyyətidir. Əlbəttə, fonetik tələffüz, leksik, qrammatik normalara bələd olmaq vacibdir. Ancaq əsl nitq mədəniyyəti üçün bu, kifayət deyil. “Gözlədiyimiz yoldaşlar gəlməmişdirlər” cümləsində bütün fonetik, qrammatik tələblərə əməl olunmuşdur. Ancaq bu, süni deyilişdir. “Gözdədiyimiz yoldaşdar gəliblər” deyilişində akademik norma pozulur, lakin təbii danışıq forması gözlədiyi üçün bu variant nitq mədəniyyəti baxımından daha məqbul sayılır.
Məsələnin başqa tərəfi də var. Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil. Nitqin məzmunu gözəl olmalı, danışıq aydın və dinləyənin, ya dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır; Birisi geniş çıxışında məzmuna uyğun olaraq intonasiyasını yerli – yerində dəyişməklə dinləyicilərin diqqətini cəlb edir, onları yorulmağa qoymur – bu, nitqin gözəlliyidir.
Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik və şairlik, rəssamlıq, bəstəkarlıq, müğənnilik kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ancaq hər kəs nitqini tərbiyə etməyə, normaları öyrənməyə çalışmalıdır. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. Təsadüfi deyil ki, bir sıra Avropa xalqlarında “ədəbi dil” adlandırdığımız anlayışa “mədəni dil”, “mədəniyyət dili” deyirlər. Yəni nitqin mədəniliyi dilin – danışığın gözəlliyi bütövlükdə millətin mədəniyyətinin tərkib hissəsidir.
“Mədəniyyət” sözü ərəbcə şəhər mənası verən mədinə sözündəndir. Deməli, vaxtilə şəhər və kənd arasında mədəniyyət baxımından uçurum olmuşdur. İndi ölkəmizdə maarifin – təhsilin, elmin, mədəniyyətin inkişafı, radio – televiziyanın ən ucqar kəndlərin və məişətinə daxil olması ilə bağlı dilimiz kütləviləşmiş, şəhərlə yanaşı, bütün kəndlərimizi də əhatə etmişdir. Bu gün nitq mədəniyyətinə yiyələnmək hamının, hər kəsin işidir.
NİTQ MƏDƏNİYYƏTİ MİLLİ MƏDƏNİYYƏTİN
TƏRKİB HSSƏSİDİR
Hansı millət olursa – olsun, onun mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir (burada həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur). Gözəl nitq üçün, birinci növbədə, aşağıdakılar tələb olunur:
- dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi;
- həmin dildən istifadə edənlərin hazırlığı, yəni dilin səlisliyindən, ifadə
imkanlarının genişliyindən düzgün faydalanmaq vərdişlərinin olması.
Azərbaycan dili həm fonetik, həm keksik, həm də qrammatikquruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir. Bu dil hansı fikri ifadə imkanlarına görə də, musiqililiyi ilə də diqqəti cəlb edir.
İtaliyada musiqi təhsili aldığı üçün italyan dilinin imkanlarına yaxşı bələd olan böyük müğənnimiz Bülbül Azərbaycan dilini dünyanın bu ən musiqili dili ilə müqayisə edir. İtalyancada 6, azərbaycanda 9 saitin olmasını nəzərə alaraq o, Azərbaycan dilini daha musiqili olduğunu söyləyir. – Dilin musiqililiyində saitlərin böyük rol oynadığı məlumdur. Musiqinin mədəniyyət tarixi üçün nə demək olduğunu bilən hər kəs Azərbaycan dilinin Azərbaycan mədəniyyətinin inkişafındakı rolunu aydın təsəvvür edə bilər.
Azərbaycan dilində çox qədim dövrlərin şifahi, eləcədə də yazılı ədəbiyyatı yaranmışdır. Bu dildə “Dədə Qorqud kitabı” kimi dünya mədəniyyətinin nadir incisi yaranıb. Böyük türk alimi Fuad Köprülü deyir ki, bütün türk ədəbiyyatını (yəni bütün türk xalqlarının ədəbiyyatını) tərəzinin bir gözünə, təkcə “Dədə Qorqud kitabı”nı o biri gözünə qoysan, Dədə Qorqud gözü ağır gələr. Bu dildə Nəsimi, Füzuli, M. F. Axundov, M.Ə. Sabir, C. Məmmədquluzadə, Ü. Hacıbəyli və başqa dahi sənətkarlarımızın söz inciləri yaranıb. Həmin ədəbiyyat xalqımızın zəngin nitq mədəniyyətindən xəbər verir. Hər bir azərbaycanlı bu mədəniyyəti dərindən mənimsəməyə, ana dilindən lazımi səviyyədə istifadə etməyə (gözəl danışmağa) borcludur. Öz dilini yaxşı bilməyən adamı yüksək mədəniyyətli adam hesab etmək olmaz, öz dilini yaxşı bilməyən millət isə tədricən mədəni millətlər arasında əriyib gedər.
Xalq ümumən milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısıdır. Böyük söz ustaları həmişə xalqın dilinə əsaslanmış və onun inkişafı, yayılması yolunda çalışmışlar.
NİTQİN NÖVLƏRİ
Şifahi və yazılı nitq: Nitqin şifahi və yazılı növləri arasında əlaqə və bağlılıq
var. Şifahi və yazılı formalaşmasında fizioloji amillərlə yanaşı, görmə, eşitmə kimi hiss üzvləri iştirak edir.
Şifahi nitqin əsas xüsusiyyətləri aşağıdakılardır:
- Şifahi nitq danışılır və eşidilir.
- Şifahi nitq leksikasında hamıya aydın ümumişlək sözlərə daha çox yer verilir.
- Şifahi nitqdə cümlələr, əsasən qısa və sadə olur.
- Şifahi nitqdə danışıq dilin xüsusiyyətləri mühafizə olunur.
- Şifahi nitqdə intonasiya fasilə vurğu və s. vasitələrdən istifadə olunur.
- Mimika, jest və başqa hərəkətlər özünü göstərir.
- Şifahi nitqin axını sürətli olur.
Adi halda insan 1 dəq – də 80 – 100 söz tələffüz edir. Lakin bəziləri isə 1
dəq- də 120 – dən artıq söz tələffüz edir.
Yazılı nitqin xüsusiyyətləri.
- Bu nitq yazılıdır və oxunur.
- Yazılı nitqdə elmi, texniki, siyasi və başqa terminlər çox işlədilir.
- Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir.
- Yazılı nitqdə intonasiya fasilə vurğu və s. şifahi nitq ünsürlərini əks
etdirən durğu işarələrindən istifadə edilir.
- Yazılı nitqdə mimika və jest əsas rol oynamır.
- Yazılı nitq hər hansı məlumatın fikirlərin nəsildən – nəslə keçməsində
əsas rol oynayır.
Monoloq danışanın öz – özünə müraciətlə söylədiyi nitqdir. Monoloji nitq hər hansı bir müəyyən bir ideya, fikir, məsələn, məlum informasiya, xatirə və s. bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərməlidir. Bu nitqdə fasilə sürət, ahəng, ton xüsusi rol oynayır. Buraya mühazirə, məruzə, məlumat, çıxış, məktib, məqalə və s. daxildir. Monoloji nitq müxtəlif məqsədli və məzmunludur: öyrətmə, inandırma, məlumat vermə, müxtəlif təbiət və cəmiyyət hadisələri haqqında daxili fikir, hiss və həyacanları yerinə yetirmə məzmunluluq və s. monoloq daha mürəkkəb formadır. Hər adam monoloji nitqə qabil deyil. Adamların çoxu rabitəli danışa bilmir. Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti tələb edir. Monoloji nitqin aşağıdakı növləri var:
- Nəqletmə monoloqu.
- Təsviri monoloq.
- Məlumatverici.
- İnandırma.
- Təbliği monoloq.
Dioloji nitqin xüsusiyyətləri.
2 və daha çox şəxs arasında gedən qarşılıqlı söhbətdir. Dialoq replikalardan
təşkil olunur. Dioloji nitqin 5 forması var.
- Söhbət və danışıq.
- Sual – cavab.
- Müsahibə.
- Müzakirə
Dialoq mikrodialoq (bir neçə nəfərin qısa mükaliməsindən ibarətdir),
Makrodialoq (bütövlükdə bədii əsərlərin quruluşunu əhatə edir).
Zahiri və daxili nitq.
DİL MƏDƏNİYYƏTİ VƏ NİTQ MƏDƏNİYYƏTİ
Dil və nitq mədəniyyəti ümumxalq səciyyəlidir. Hər ikisi xalq mədəniyyətinin tərkib hissəsidir. Ondan qidalanır, mayalanır. Nitq dilin dinamik hissəsidir. Dilin hazır modellərindən məqsədəuyğun istifadə danışanın və ya da yazanın dünyagörüşündən, onun savad dərəcəsindən, dilə şüurlu münasibətindən, əhalinin mədəniyyət səviyyəsinin yüksəlməsindən, fəallığın artmasından asılıdır.
“Dil” və “nitq mədəniyyəti” məfhumları eyni obyektli müxtəlif planlıdır. Hər iki anlayışlar bir – biri ilə əlaqədardır. Bir – birini tamamlayır. Hər ikisi birbaşa insanların münasibəti davranışı və nitqi ilə bağlıdır.
Dil mədəniyyəti anlayışı genişdir. Dilimizdə dil mədəniyyəti ilə yanaşı, mədəni dil termini də işlədilir. Dil mədəniyyəti dedikdə hər bir xalqın öz dilində öz fikrini bütün incəliyi ilə ifadə edə bilməsi başa düşülür. Hər bir mədəniyyət dili üçün onun ahəngdar fonemlər sistemi, geniş lüğət tərkibi sabit qrammatik quruluşu, mükəmməl və dəyişməz yazı sistemi olmalıdır.
Dil mədəniyyəti anlayışı ümumidir. Burada şifahi və yazılı nitqlər birgə götütülür. Nitq mədəniyyəti əsasən yazılı, şifahi nitqlə bağlıdır.
Dil mədəniyyəti nəzakətli ünsiyyət, xoş rəftar mehribançılıq, qarşılıqlı anlama ilə bağlıdır. Dilin inkişaf tarixində onun bir dövrünün nailiyyəti, o bir dövrdəkindən fərqlənir. Hər hansı bir dilin inkişafı həmin dil üçün böyük mədəniyyət əhəmiyyət kəsb edir. Dil mədəniyyəti tarixi səciyyə daşıyır. Bu ayrı – ayrı dövrlərdə müxtəlif keyfiyyət özünü göstərir. Bu mənada dil mədəniyyəti keçmişin canlı şahidi, müasir mədəniyyətin fəal iştirakçısıdır.
Nitq mədəniyyəti dilin funksional və struktur inkişafının ən yüksək mərhələsidir. Nitq mədəniyyəti geniş mənada fikir, düşüncə mədəniyyətidir.
Öz düşüncəsini düzgün yazmaqla və danışmaqla ifadə edərək kamil nitqə malik olmaq mədəni nitqin əsas əlamətidir.
Nitq mədəniyyəti dilin normalarının və kateqoriyalarının tələbələrinə ciddi əmək edilməsidir. Yüksək nitq mədəniyyəti təfəkkür mədəniyyəti ilə sıx bağlıdır.
DİL VƏ NİTQ
Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi yaddaşıdır. O cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən mühüm şərtdir. XV – XVI əsrlərdə yaşamış alim, mütəfəkkir və yazıçı Makiavellinin sözləri ilə desək, dil insana öz fikrini bildirmək üçün verilmişdir. Həqiqətən dil sehrli bir aləmdir. Dili yaradan yaşadan dəyişdirən, inkişaf etdirən xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Dil olmasaydı şifahi və yazılı ədəb xəzinəsi olmazdı. Dil olmasaydı Homer Esxil, Nizami, Şekspir, Puşkin olmazdı, onların sehrli söz sərvəti olmazdı. Dil millətin ən mühüm nailiyyəti göstəricisi kimi onu daşıyan hər bir şəxsdən ona qarşı qayğılı və diqqətli olmağı tələb edir. Dil insanı hər yerdə və həmişə müşahidə edir, onun işində, düşüncəsində, həyəcanlananda, sevinən də və s. Məhz bu mənada dil təbiətinə görə bəşəri, xidmətinə görə millidir. Əmək prosesi birgə yaşayan insanları bir – biri ilə ünsiyyət yaratmaq, fikirlərini bir – birinə çatdırmaq, bir – birindən kömək almaq ehtiyacı oyatmışdır. Belə ünsiyyət ehtiyacı nitq fəaliyyəti təkan vermiş, nitq fəaliyyəti nitqi, nitq isə nitq vahidlərini sabitləşdirmişdir, onun qaydaları dilin lüğət tərkibi, dilin qanunları yaranmışdır. Dil şüuru, biliyi, təfəkkürü əks etdirir. Dil və nitq bir – biri ilə əlaqədardır və bir – birinə təsir göstərir. Dil ünsiyyətin işarələr mexanizmidir. Dil dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. Dil fəaliyyət prosesində həyata tətbiq edilirsə cansızlaşır, ölü vəziyyətinə düşür. Ü. Hacıbəyov: bir millətin varlığının isbati – vücud etməsinə səbəb onun dilidir. Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Nitq fikirlə yanaşı, insanın iradəsini və estetik vəziyyətini də bildirir. Bir fikir müxtəlif formalarda ifadə edilə bilər. Nitqdə işlənən sözlər dəyişir, bir qismi köhnəlir, digəri yeniləşir.
Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki, dil varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa, nitq prosesi təzahür edə bilməz. Nitq dilin dinamik hissəsidir. Danışıq şəxs dilin daxili qanunları əsasında yaranan bu və ya digər formadan məqsədəuyğun şəkildə istifadə edilir.
Dil və nitqin fərqləri aşağıdakılardır:
- Dil həcmcə nitqdən genişdir.
- Dil ümumxalq nitq fərdi səciyyə daşıyır.
- Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
- Nitq fikrin ifadəçisidir, təfəkkürün formasıdır.
- Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır. Nitqin əsas cəhəti
məzmunluluq, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir.
- Dil nitqin silahıdır, məhsuludur, nitq dilin hər dəfə ünsiyyət vasitəsi kimi işlədilməsidir.
- Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir.
NİTQİN MİLLİ SƏCİYYƏLİLİYİ
Nitq milli səciyyəlidir, millətin ayrılmaz əlamətidir. Dil ümumiliyi psixoloji xarakterlə, maddi yaşayış tərzi və mədəniyyətlə müəyyən edilir. Buna görə də milli nirma bütün bu hadisələrlə əlaqədar təsvir olunmalıdır. Normanın səciyyəsi daxili və xarici tutuşdirma yolu ilə müəyyələşdirilir. Üslubi təsvirə uyğun olaraq normanın səciyyəsini 2 yerə ayırmaq olar:
- Milli normanın xarici təsviri.
- Milli normanın daxili təsviri.
Birində Azərbaycan dilinin norması başqa dillərin normaları ilə müqayisə
edilir. Müqayisə normanın daxili təsvirində danışanın sosial vəziyyətinə işarə edən sosial məlumat verən münasibət və emosional informasiya nəzərdə tutulur. Dildə milli dərq ən ayıq – sayıq müşahidəçilərdə və mənəvi xarakteri isə yazıçılarda öz əksini tapır.
Dil millətin təbiətinin açarıdır.
Azərbaycan dili və nitqində güclü və poetik Azərbaycan xalqı ifadə olunur. Həqiqətən dilimiz musiqili və poetikdir. Lomonosovun müxtəlif dillərin xarakterinə uyğun müəyyənləşdirdiyi müraciət formalarının sintezinin düşmən, dost və qadınla danışıq dilidir, ona görə də Azərbaycan nitqi daha milli səciyyəlidir.
Milli xüsusiyyət insan və təbiətin xarakter təsvirində daha aydın meydana çıxır: portret və mənzərədə, rəssamlıq və ədəbiyyatda. Avropalılar gözəl portretdə üzə, gözə, ələ daha çox diqqət yetirirdi. Lakin vəziyyət çox yeknəsəkdir. Yapon portretlərində əksinə demək olar ki, üz fərqləndirilmir, amma daramaya personajların sosial vəziyyətin səciyyələndirməyə kömək edən mənəviyyatdır. Vəziyyətini verən pozaya bütün dillərini yönəltməyə çalışırlar.
Aəzrbaycan dili elə incə gözəl dildir ki, onu nə türk dilləri ilə, nə də avropa dilləri ilə müqayisə etmək olar. Çünki, o islam dininin əzəmətini, fransız dilinin oynaqlığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, yunan və latın dilinin zənginliyini və yığcamlığının, ərəb dilinin elmiliyini, fars dilinin şeriyyətini özündə birləşdirən musiqili dildir. Başqa sözlə desək, Azərbaycan dili qeyd edilən dillərin hər birinə xas olan xüsusiyyətləri özündə yaşadır.
ÜNSİYYƏT MƏDƏNİYYƏTİ
Nitq etiketi və ünsiyyəti mədəniyyəti bir – biri ilə sıx əlaqədədir. Bunlar bir – birindən ayrılmaz və bir – birini tamamlayan anlayışlar ünsiyyət prosesində şəxsin özünü az formada təqdim edə və ya tanıtdıra bilər:
- Öz hərəkəti, rəftarı təbiəti ilə
- Şəxsiyyətin elmi və mədəni səviyyəsilə
- Kimlə və necə, kimə nədən danışmağıyla.
Ünsiyyət mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəsidir. Danışıq
etikasının aşağıdakı növləri var:
- Müraciət qaydaları
- Şad və qəmli xəbərləri çatdırma qaydaları
- Dinləmə qaydaları
- Söhbətə qoşulma qaydaları
- Verilən suallara mədəni cavab qaydaları.
- Mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları
Azərbaycan dilinin izahat lüğətində ünsiyyət sözünün aşağıdakı mənaları var:
- Qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət mənasında. Hələ bir – birini
tanımayan adamlar heç xəbərləri olmadan bir – birinə yaxınlaşır, onların arasında ülfət və ünsiyyət daha da möhkəmlənməsi nəzərdə tutulur.
- Əlaqə, rabitə, qarşılıqlı münasibət mənasında. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir.
- Xoş münasibət yaxşılıq, mehribalıq mənasında.
Əsl ünsiyyət insanın müraciəti ilə başlanır. Salam vermək, kef – əhval tutmaq müraciətin ilkin şərtidir. Hər bir azərbaycanlı, xüsusən ziyalılar, kimə, harada və necə müraciət etməyi bilməlidir. Ailədə xoş
ünsiyyət mehribanlı, işdə kollektiv arasında səmimi münasibət, qayğı, hörmət yaradır.
N Tusinin danışıq etikası haqqında XII əsrdə dediyi sözlər bu gün üçün də əhəmiyyətlidir. O, demişdir: Az danışmğı, susmğı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətməli, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətmədən utandırmalı, gözəl, zərfi, xoş kəlamlardan istifadə etdikdə isə tərifləməli, belə danışığa adət etməyə hüsnrəğbət oyatmalıdır. Özünə, müəllimə, özündən yaşca böyük olanlara hörmət və xidmət etməyi bilməlidir.
Çox danışmamalı, başqasının sözünü, yarımçıq kəsməməlidir. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə də yavaşdan, müa, nə bərkdən, nə də yavaşdan, mülayim səslə özünü göstərməlidir. Nalayiq sözlər işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deəyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməlidir. Dilinə söyüşə öyrətməməlidir. Hər məclisdə münasib danışmağı bacarmalıdır. Danışıq əl – qolunu işə salmamalı, qaş = gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzarəli və gözəl bir tərzdə göstərmək olar. Qeybət, böhtan, iftira, yalançılıqdan çəkinməlidir. Ümumiyyətlə, az danışmalı, çox eşitməlidir. Bir filosofdan soruşurlar: Nə üçün az danışır çox qulaq asırsan. Dedi: Çünki, mənə iki qulaq veriblər, bir dil. Yəni iki eşit, bir de.
DANIŞIQ ETİKASI VƏ MÜRACİƏT FORMASI
Müraciət formalarının tarixi qədimdir. Qədim insanlar öz emosiya istək və arzularını başqalarına çatdırmaq üçün müraciət formalarından istifadə etmişlər. Müəyyən təhlükə qarşısında qalan, təbiət qüvvələri ilə üzləşən qədim insanlar kömək məqsədilə başqalarını haraylamışlar. İndi dilimizdə ə, əyə, ayə və s. kimi vahidlər qədim müraciət formalarının qalığıdır.
Danışıq etikasını və müraciət formalarını xalqımızın milli ənənəsinə, təfəkkür tərzinə, etik görüşlərinə, şifahi və yazılı ədəbiyyata nəzəri qaydalara Xəqani, Nizami, Ə. Haqverdiyev, S. Vurğun kimi söz sərraflarının əsərlərinə, N. Tusinin “Əxlaqi – Nasir”nə, A. Bakıxanovun “Nəsihətnaməsinə” öyrənmək olar.
Mədəni ünsiyyətin sual – cavab formalı dialoqu əsl müraciət nümunəsidir. Dialoqda əxlaq normaları və ədəb qaydaları gözlənilməli, verilən suallara ya hə, ya da yox, bəli, xeyr sğzləri ilə cavab vermək olar və mədəni təsir bağışlar.
Müraciət formaları müxtəlifdir. Yaş qohumluq, şəxsi münasibətlər əsasən gözlənilməlidir. Etik normaları gözlənilməyəndə insanlar arasında münasibələtr korlanır.
Müraciətdə yaş və vəzifə və münasibət əsas yer tutur. Həmyaşıdlar müraciət edənə bir – birinə öz adlarının, qısa, əzizləmə, qohumluq bildirən sözlərlə müraciət edirlər. Əli – Əliş, bacı, qardaş və s. Yaşca və vəzifəcə vəziyyətdən asılı olaraq rəsmi və qeyri – rəsmi məqamlarda adla, familiya ilə müraciət olunur.
Əksinə müraciət edən , müraciət olunandan yaşca və vəzifəcə kiçikdirsə, “siz” deyə müraciət “fam iliya” rəsmi müraciət formasıdır. Böyüklərə kiçiklərə bala, oğul, qızı və s. deyir belə sözlərqəlbi ovundurur, mehribanlıq yaradır. Tarixən azərbaycanlılar arasında rəsmi müraciət olmamışdır. Rus imperiyası dövründə işlənən yoldaş sözü əsl azərbaycan sözü olsa da indi lazımsı söz kimi kənarda qalmışdır.
Müəllim sözü 60 – 80 rəsmi və qeyri – rəsmi müraciət forması kimi istifadə edilir.
1995 – ci ilin ortalarında sənədlərdə cənab və cənablar sözü işlənməkdədir.
NİTQİN MƏDƏNİ VƏ QEYRİ – MƏDƏNİ FORMALARI
Səlis, qydın, zəngin ifadəli nitqdə ədəbi dilin normalarını və xüsusən də üslubiyyatı üslub qaydalarını vil vahidlərindən məqsədəuyğun istifadə etmə yollarını bilmək əsas şərtdir. Hər bir azərbaycanlı nitq mədəniyyətinə həssasla yiyələnmək üçün qayda və qanunlarını, onun fonetik leksik semantik, orfoqrafik və orfoepik, morfoloji və sintaktik üslubi və fonetik normalarını yaxşı mənimsəməli və onları nitqdə düzgün etməyi bacarmalıdır.
Ədəbi dilin mənimsənilməsi 2 mərhələlidir. Nitqin düzgünlüyü ədəbi dilin mənimsənilməsinin ilkin mərhələsidir. Söhbət ədəbi nitqə və onun normalarına yiyələnməkdən gedir. Mədəni nitq sözün həqiqi mənasında ədəbi dilə yiyələnməyin yüksək mərhələsidir. Savadlanma hər kəsin öz ana dilinə yaxşı bələd olması yazılı və şifahi ədəbi dilin normalarına düzgün riayət etməsi, ona yiyələnmə bacarığı başa düşülür. Nitqi mədəni və qeyri – mədəni forması var. Mədəni nitqin özü də 2 formalıdır. Orta, yüksək.
Yüksək mədəni fikrin dil vasitələri ilə düzgün, dəqiq və ifadəli olması imkanıdır. Orta və mədni nitq dil vasitələrindən istifadə zəifdir, ifadəlilik aşağı səviyyədədir.
Qeyri – mədəni nitqdə normalar pozulur. Ədəbsiz sözlərə yer verilir. Dialektizm və loru sözlər öz əksini tapır. Nitqin hər iki formasından məqsədli istifadə edilmə özünü göstərir. Mədəni nitq özü də məqsədlilik baxımından 2 yerə bölünür. Belə ki, mədəni nitqin bir qismi də məqsəd dinləyicilərə mövzu ilə əlaqədar obyektiv məlumat verməkdir. Belə nitqdə fikir aydın məntiqli ifadəli olunur. Burada təlim – tərbiyə , öyüd – nəsihət, əxlaq qaydalarının təbliği əsas yer tutur.
Savadsız adamların da nitləri müxtəlifdir. Elə savadsız adamlar var ki, həqiqətən onların nitqləri elmi qrammatik və məntiqi cəhətdən dinləyicilərə pis təsir bağışlayır. Lakin elə savadsız adamlar var ki, dilin qrammatik qayda – qanunlarını, elmi əsaslarını bilmir. Amma məntiqli danışır. Nitqi ümumxalq danışıq dili əsasında qurur ki, dinləyicilər onu dəfələrlə dinləmək istəyirlər.
Kollektiv içərisində bir nəfər bədxasiyyət adam olanda bütün kollektivə ləkə gətirir. Onu pis vəziyyətə salır. Ayın işığı, ətri onun xoş rəftarı, xoş xasiyyətidir.
Gözəl və mədəni danışmaq üçün zəngin söz ehtiyatına malik olmaq, dilin qrammatik qaydalarını kamil bilmək, ondan düzgün istifadə etmək lazımdır.
Nitqin gözəlliyi ilə yanaşı, ona xələl gətirən sözlər də var.
Əzizbaycan, vəxtilə, dəvam, hası (hansı)
Nazlı – Naziçka və s. bu cür sözlər nitqdə qüsurdur. Bir qüsur da da vurğu ilə bağlıdır.
Heydər Əliyev və nitq mədəniyyəti
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən biri hesab olunur.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. 2001-ci ilin 18 iyununda Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçdi. 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünya liderləri içərisində, o cümlədən türk dünyasında ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran rəhbər olmayıb.
“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.
Bu sözlərin müəllifi ulu öndər Heydər Əliyevin tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməyi ilə bərabər, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında da rolu əvəzedilməzdir.
Natiqlik məharəti auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin imkanlarını məhz bu cür müəyyənləşdirirdilər. Hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda, Romada natiqlik məharətini öyrənən elmin – ritorikanın əsasını qoyan Aristotel, Sokrat, Platon, Siseron, Kvintilian və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşünü göstərməklə bərabər həmin nitqin ifadə etdiyi dil elementlərini də qeyd edirdilər. Məsələn, Aristotel özünün “Ritorika” əsərində yazırdı ki, “natiqlik məharəti insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər səmimi bilgi tələb edən bir keyfiyyətdir”.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı.
Ulu öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələrini – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi.
Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa və güclü hafizəyə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. Auditoriya Heydər Əliyevi öz qarşısında Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan bir dilçi alim görürdü.
Nitq mədəniyyəti hər bir xalqın əsrlərlə formalaşdırıb bu günə çatdırdığı mədəniyyətin ən vacib, ən mühüm tərkib hissələrindən biridir. Bu baxımdan ulu öndərin XX əsr Azərbaycan siyasi natiqliyinin, ümumiyyətlə, Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında rolu birmənalı şəkildə yüksək qiymətləndirilir.
Heydər Əliyev ən müxtəlif auditoriyalar qarşısında çıxış edirdi. Bu auditoriyaları öz parlaq çıxışları ilə fəth etmək yalnız güclü məntiqə malik təfəkkürdən süzülüb gələn nitqlə mümkün olur. Bütün bunlara nail olmaq geniş ensiklopedik biliklərə söykənməyin nəticəsidir. Müxtəlif peşə sahiblərinin toplaşdığı zallar öz peşələrinə aid olan dəyərli sözləri eşidir, həmin peşələrə xas olan daxili məzmunun incələnməsinin şahidi olur, heyranlıqlarını gizlətmirlər. Bütün bu auditoriyalarda Heydər Əliyevin heç yerdə yazılmayan, heç kəs tərəfindən təkrar olmayan nitqinin şahidi oluruq. Məhz belə nitqlər daimi və yaddaqalan olur. İzahedicilik Heydər Əliyev nitqinə daxilən xas olan bir məziyyətdir.
Hələ məktəbli ikən ulu öndərin rayonumuza səfəri zamanı söylədiyi və sonralar da yüksək tribunalarda şahidi olduğum nitqləri yaddaşımdan silinməyib. Nitqindəki səmimiyyət, qətiyyət, nikbinlik, məntiqi ardıcıllıq və s. prinsipləri onu auditoriyaya daha da yaxınlaşdırırdı. Siyasi lider nitqi ilə izah etməyi bacarırdı. Daima nitqində fəlsəfi fikirlərə üstünlük verir, girişləri və sonluqları mükəmməl qururdu. Bütün bu xüsusiyyətlər onu həmişə yaddaqalan edirdi.
Ulu öndər bütün çıxışlarında mənəviyyat məsələlərinə toxunurdu. O deyirdi: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq, budur vətənpərvərlik”.
Hər birimiz yaxşı bilirik ki, filosoflar çıxış və nitqlərində ana xətti təşkil edən mənəviyyata müxtəlif vaxtlarda özünəməxsus təriflər vermişlər. Mənəviyyat, Heydər Əliyevə görə, mənəvi tərbiyə məsələsidir. Başqa bir məqamda mənəviyyat böyük natiqə görə milli-mənəvi dəyərlərimizdir. Mənəviyyat inkişaf yoluna malikdir. Əxlaq fəlsəfəsinin lüğətində mühüm yer tutan mənəviyyat anlayışına ulu öndərin öz baxışı, öz izahı var idi ki, bu da özünü müxtəlif çeşidli auditoriyalarda göstərirdi.
Heydər Əliyev natiqliyi qarşısında keçilməz auditoriya yox idi. Siyasi liderin nitqinin gücü bir çox nitq elementləri – səmimiyyət, qətiyyət, nikbinlik, poetizm ilə şərtlənir ki, onlardan biri də böyük natiqin nitqindəki fəlsəfi fikirlərdir. Müdrikliyi sevmək kimi qəbul edilən fəlsəfə tarix boyu görkəmli şəxsiyyətlərin sözləri ilə zənginləşib. Heydər Əliyev müdrikliyə elə müdrikcəsinə da tərif verir. Müdriklik təkcə insanların elmi, biliyi, təhsili ilə bağlı deyildir. Müdriklik insanın fitri istedadıdır, insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir.
Nitq mədəniyyətində belə bir məqam özünü həmişə büruzə verir. Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların nitqi, adi söhbətləri təvazökarlıq baxımından sadə və xoşagəlimli olur. Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. Məsələn, “Bizim bu sahədəki nəticələrimiz olduqca faydalıdır”, “Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışaq”. Buradan aydın olur ki, səmimiyyət, təvazökarlıq mədəni nitqin başlıca keyfiyyətlərindəndir. İnsan öz üstünlükləri ilə öyünməməlidir. “Əgər bacarırsansa hamıdan ağıllı ol, amma bu haqda heç kimə danışma”. Ağıllı adamlar “mən” şəxs əvəzliyini az hallarda işlətmişlər. Onlar öz uğurlarından tərəddüdlə danışmış, həm də bunları ümuminin adı ilə verməyə çalışmışlar. Bütün bu insani xüsusiyyətlər siyasi liderin nitqində öz real əksini tapmışdır. Nitqdə ekspressivliyi yüksəltmək baxımından etik və estetik mətnlərdən ustalıqla istifadə etmək hər bir natiqə müyəssər olmur. Ulu öndər öz çıxışlarında bunlara nail olmuşdur.
Etik dəyərlər tarixən dövlət, dövlətçilik anlayışları ilə vəhdətdə olub. Bu cür dəyərlər ulu öndərin çıxışlarında sadə cümlələrlə, publisistik üslubda xalqa çatdırılır.
Sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyev nitqlərinin əsas xüsusiyyətləridir. Azərbaycan dilinə hopmuş poetiklik Heydər Əliyev nitqlərində müxtəlif auditoriyaları bəzəyirdi. Bu bir daha onun Azərbaycan dilinin dərin qatlarına bələdliyi fikrini ortaya qoyur. Heydər Əliyev nitqində poetizm haradandır sualına cavabı 29 oktyabr 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində yaşlı nəsildən olan yazıçıların bir qrupu ilə görüşdə böyük natiqin öz dilindən eşidirik: “Mən sizinlə neçə saat istəyirsinizsə oturmağa hazıram. Çünki ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə bizim mədəniyyətlə görüşmək mənim üçün həmişə çox xoşdur”.
Heydər Əliyevin dünya səviyyəsində siyasi lider, dövlət xadimi kimi tanınmasında onun dövlətçilik fəaliyyəti ilə yanaşı natiqlik məharəti də ön planda olmuşdur.
Bu gün bizim gənclərin şəxsiyyət kimi, gələcəyin lideri kimi formalaşmasında nitq mədəniyyətinə yiyələnməyin böyük rolu var. Natiqliyə nail olmağın yolu isə ana dilimizi mükəmməl bilməkdən, geniş biliyə və mütaliəyə malik olmaqdan keçir. Əsas olan – natiqlik sənətinə yiyələnmə yolundakı səbat, inaddır, çünki mahir natiq olmaq uğurlu insan olmağa oxşayır. Auditoriyalar qarşısında çıxış etməyə hazırlaşan insanlar müasir dinləyicilərin informasiya qəbul etmək qabiliyyətinin yüksək olduğunu bilərək, nitqlərində bəzi nüansları diqqətdə saxlamalıdırlar. Təbliğatçının söhbəti qısa, yığcam, aydın, anlaşıqlı, elmi cəhətdən qüvvətli olmalıdır, bir sözlə, mühazirələr, söhbətlər, çıxışlar həyatın tələbindən doğmalı, onun səsinə səs verməlidir. Natiqlik sənətinə aid olan bütün bu xüsusiyyətləri isə gənclərimiz Heydər Əliyevin nitq nümunələrindən əldə edə bilərlər.
Nəzakət RƏHMANOVA
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Təlim-tədris şöbəsinin müdiri
Comments are closed, but trackbacks and pingbacks are open.