Press "Enter" to skip to content

Nizamnamələr qaravul

Bundan başqa, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

“Azərbaycan Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə dəyişiklik edilib

Layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov məlumat verib.

Z. Əsgərov deyib ki, layihənin məqsədi hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın dövlət bayrağı ilə örtülür. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək.

Bundan başqa, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Layihə səsə qoyularaq qəbul olunub.

Nizamnamələr qaravul

qarovulun nəqliyyat vasitələrinin marşrutunu, hərəkət qrafikini, həmçinin onların fərqlənmə nişanlarını və siqnallarını bildirmək;

postdakı yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq;

bu Nizamnamənin 180-ci maddəsində göstərildiyi kimi əsgəri salam vermək;

obyektin hasarında (postda) hər hansı bir nasazlığı və öz postu, yaxud qonşu postun yaxınlığında hər hansı qayda-qanun pozuntusunu gördükdə, qarovul rəisini çağırmaq;

qarovul itinin hürməsini eşitdikdə, dərhal müəyyən edilmiş siqnalla qarovul otağına xəbər vermək.

Saatdara yatmaq, oturmaq, nəyə isə söykənmək, yazmaq, kitab oxumaq, mahnı oxumaq, danışmaq, yemək, içmək, papiros çəkmək, təbii ehtiyaclarını yerinə yetirmək, kimdənsə nəsə almaq və kiməsə nəsə vermək, zərurət olmadıqda patronu yuvasına yeritmək qadağandır .

Saatdar ancaq qarovul rəisinin, onun köməkçisinin, öz dəyişdiricisinin və yoxlamağa gəlmiş şəxslərin suallarına cavab verməlidir.

Sual və tapşırıqlar

1. Əgər sizi qarovula təyin etsələr, bu işin öhdəsindən necə gələrdiniz?

2. Saatdarın toxunulmaz olması hansı zərurətdən irəli gəlir?

3. Saatdar aşağıdakı hallarbaş verdikdə nə etməlidir?

  • Postdan kənarda iğtişaşlar baş verdikdə;
  • Postda yanğın baş verdikdə;
  • Posta hücum olduqda;
  • Təbii fəlakət baş verdikdə.

4. Postun yanından keçən hərbi hissə komandirinin verdiyi tapşırığı saatdar necə icra etməlidir? Cavabınızı əsaslandırın.

5. “Qaravul xidməti sülh dövründə döyüş tapşırığını yerinə yetirməkdir” fikrinin düzgün olub-olmadığını faktlarla əsaslandırın.

Xankəndi

AzVision..az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, 2014-cü ildə Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin, Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və İntizam Nizamnaməsinin yeni layihələri hazırlanıb.

Onlardan Sıra Nizamnaməsi müdafiə naziri general-polkovnik Zakir Həsənovun 24 dekabr 2014-cü il tarixli qərarı ilə artıq qüvvəyə minib. Digər nizamnamələrin təkmilləşdirilməsi üzərində isə iş aparılır.

Xatırladaq ki, yeni Sıra Nizamnaməsində əsgəri salamlaşmanı başıaçıq da verməyə icazə verilir. Sıra duruşunda və papaq tutuşu və yerişdə salam verərkən sıra addımı ilə yerimək ləğv olunub. “Azad” vəziyyəti buna qədər mərasimlərdə tətbiq olunan “azad” vəziyyəti ilə əvəz olunub. Yəni həm “azad”, həm də “mərasim azad” vəziyyətində əllər arxada olur. Nizamnamədə sıradan kənarda yerində vəziyyətində və hərəkətdə başıaçıq olarkən əsgəri salamlaşma ümumi qaydada, yəni sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmaq, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmaqla verilir.

Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı!

Comments are closed, but trackbacks and pingbacks are open.