Press "Enter" to skip to content

Sona Piri qızı Nuriyeva

Bakı palçıq vulkanlarına oxşayırdı. Mənə görə, bu şəhər iki əsr, beş əsr əvvəl və bu gün də eyni vəziyyətdədir. Daxili qaynar, ilhamlı, yaradıcı. Xaricdən sakit, bir az çəkingən və gözləmə mövqeyində olan.

Səbinə Nuriyeva

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Səbinə Nuriyeva [1] (d. 1 noyabr 1985) — Azərbaycanı təmsil edən həndbolçu. Səbinə Nuriyeva, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Səbinə Nuriyeva
Ümumi məlumatlar
Tam adı Səbinə Adil qızı Nuriyeva
Doğum tarixi 1 noyabr 1985 (37 yaş)
Vətəndaşlığı Azərbaycan
Mövqeyi Qapıçı

Səbinə Nuriyeva, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.

Həmçinin bax Redaktə

İstinadlar Redaktə

  1. ↑”IV İslam Həmrəyliyi Oyunları – Həndbol yarışlarının idmançıları” (PDF) . www.baku2017results.azureedge.net. 2017-09-20 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 20 sentyabr 2017 .

Sona Piri qızı Nuriyeva

Təyyarəçi. Sona Nuriyeva 1915-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1930-cu ildə orta məktəbi bitirmiş və Bakı aeroklubuna daxil olmuşdur. 1932-ci ildə Bakı aeroklubunun məzunu olduqdan sonra 1934-cü ilədək Bakı aeroklubunda təlimatçı vəzifəsində çalışmışdır. 1934-cü ildə SSRİ Mülki Hava Donanmasının Bataysk Təyyarəçilik məktəbinə daxil olmuş və 1936-cı ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan mülki aviasiyasında əmək fəaliyyətinə başlamışdır.
1936-1937-ci illərdə SSRİ Mülki Hava Donanmasının Zaqafqaziya İdarəsinin 222-ci aviadəstəsində təyyarəçi, 1937-1943-cü illərdə Azərbaycan aviaqrupunun 19-cu aviadəstəsində təyyarəçi, 1943-1945-ci illərdə SSRİ Mülki Hava Donanmasının Azərbaycan İdarəsinin 9-cu nəqliyyat aviadəstəsində təyyarəçi vəzifəsində fəaliyyət göstərmişdir.
S. Nuriyeva təyyarəçilik fəaliyyəti ilə yanaşı, respublikanın ictimai həyatında da fəal iştirak etmiş, belə ki, o, 1939-cu ildən 1946-cı ilədək SSRİ Ali Sovetinə deputat seçilmişdir.
1945-ci ildə Moskva şəhərinə ezam edilmiş və 1949-cu ilədək SSRİ Mülki Hava Donanmasının beynəlxalq hava xətlərinin xüsusi aviadəstəsində təyyarəçi kimi çalışmışdır. Bu illər ərzində S. Nuriyeva “Aeroflot”un ən mahir təyyarəçilərindən biri kimi beynəlxalq hava xətlərində – Çexoslovakiya, Yuqoslaviya, Macarıstan, Bolqarıstan, Polşa, Rumıniya səmalarında uçuşlar yerinə yetirmişdir. Sona Nuriyeva 1948-ci ildə səhhətinə görə uçuş işindən uzaqlaşmış və 1949-cu ildən əmək fəaliyyətini dispetçer kimi Azərbaycan mülki aviasiyasında davam etdirmişdir.
1968-ci ilin noyabr ayında təqaüdə çıxmışdır.
Sona Nuriyeva mülki aviasiyada göstərdiyi xidmətlərinə görə Lenin, “Şərəf nişanı” ordenləri, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilmiş, Azərbaycan SSR-nin Fəxri fərmanı ilə mükafatlandırılmışdır.
Azərbaycan Mülki Aviasiya Muzeyi

Könül Nuriyeva – Gerçəkliyin bəlası ( tarixi publisistika)

Gözləri ayrı- ayrı adlandırmaq mümkün olsaydı, birinin adını gerçəklik, o birini bəla qoyardım. Bu gözlərin sahibini isə tarix adlandırardım.

Əhalisi 1820- ci ildə iki min beş yüz nəfər olan Bakı müsavat, proletar, sovet, erməni, soyqırım, işğal, faciə sözlərini özünə yaxın buraxmaq istəmirdi. “ Öz əməyi ilə dolanan fəhlə” proletar kəlməsi ilə eyni mənaya gəlirdi, bu istiqanlılığa baxmayaraq Bakının özünə yad olan terminlərə allergiyası vardı.

Siyasi, iqtisadi, sosial vəziyyətləri kənara qoyaraq, Bakının mədəni halına sehrbaz çubuğu ilə toxunmaq istəyirəm. 1880- ci ildən sonra şəhərdə “ rus- tatar məktəbləri” açılırdı. Çarın ruslaşdırma ideyalarına qarşı yaranan cəmiyyətlər milli tərbiyəyə xidmət etməli idi. 1901- ci ildə Z. Tağıyevin qız gimnaziyasını açmasından sonra, “ Səadət” məktəbi də yaradıldı. Türk kapitalistləri qəzet, jurnallara yardım edir, xaricdə oxuyan tələbələrə pul göndərirdilər.

Üsuli- cədid məktəblərində rus dili ayrı fənn kimi öyrədilirdi. Şamaxıda S.Ə Şirvanin məktəbi belə adlanırdı.

Məktəblər, ziyalılar, nəşriyyatlar, kitabxanalar artıqca, bədii əsərlər yazıldıqca əhali özünün savadsızlığını dərk edirdi. Başdan iylənən balıq misalındakı kimi, idarəetmə güclü və öz mənafeyini güdən əllərdə idi. “ Böyük qardaş bizə baxırdı”.

1905- ci ildə milli hərəkət tərəfdarı olan M. Bağırzadə adlı tacirin köməkliyi ilə Tiflisdə C. Məmmədquluzadə və Ömər Faiqin başçılığı ilə “ Qeyrət” nəşriyyatı yaradıldı. Tarixi xronologiyanı, adları çoxunuz bilirsiniz, qeyd etdiklərimdə incə nüanslar var. Üzdə görünənlərin, tarixin yaddaşında qalanların deyil, fədakar insanları görmyinizi istəyirəm. Bağırzadə kimi, adları tarixin qaranlığında unudulan tacirlər, orta imkanlılar, ümumi işin xatirinə köməyini əsirgəməyənlər bu gün də var. Niyə onlar unudulur? Tarixin gercək bəlalarından biri budur.

Tənqid ədəbiyyat və tarixi birləşdirən vasitədir. Deyərdim ki, əsas vasitədir. Tarixi şəxsiyyət və ədəbi şəxsiyyət qədər kimlər tənqid olundu ki?!

Bakı palçıq vulkanlarına oxşayırdı. Mənə görə, bu şəhər iki əsr, beş əsr əvvəl və bu gün də eyni vəziyyətdədir. Daxili qaynar, ilhamlı, yaradıcı. Xaricdən sakit, bir az çəkingən və gözləmə mövqeyində olan.

Ədəbi tənqidin hər zaman boynu qısıq olub. Ağzını açan kimi güllələyiblər, ya gecə ikən evindən aparıblar, ya əqidəsindən döndəriblər. Bəlkə ona görədir ki, biz tənqidə dözə bilmirik. Qəlbimizə dəyir, əks təsir sindromu yaradır bizdə. Evdə bişməyib, qonşudan gəlməyib ki. Həmişə düşünürəm ki, nəzmin, şeriyyatın orta əsrlərdəm bəri bu günümüzdə səviyyəli olmasının səbəbi nə?

Axı elə orta əsrlərdə nəsr nümunələri də kifayət qədər çox idi, bu gün də çoxdur. İnsanın içini titrədən nəsr yoxdu desəm, xarici yazarlar kimi Azərbaycan nəsri yaxşı mənada cazibəli dağıtmaq effekti vermirsə, bunu etiraf etməliyik. Bu elə tənqidin, məhz özünü tənqidin bir hissəsidir.

1840- cı ildə M. F . Axundov Vaqif və Zakirin şeirlərindən ibarət antologiya tərtib etmiş , bu kitabda “ sənət sənət üçündür” fikrini rədd edərək, “ sənət həyat üçündür” ideyasını müdafiə etmiş və forma üçün mövzunu fəda edən yazıçıları kəskin tənqid etmişdi.

“ Kəmalüddövlə məktubları”nda çox sevdiyim bir cümlə var. “Yeni bir din gətirdiklərini bəhanə edərək , ərəblər ağ ipək üzərində çox qorxu verən və az ümid göstərən bir məktub yazdılar.” Sanki bu sətirlərlə yazıçı 1920- ci ildə Qızıl Ordu tərəfindən işğal gününü göstərir. Axundovun tarix və ədəbiyyatın vəhdətindən, muəyyən mənada təzadından bəhs edən məqalələri dövrünə görə çox irəlidə idi. “Babilik əqidələri” , “ Jon Stüart milli azadlıq haqqında “ ,”Yek kəlimə” buna misal ola bilər. Ədəbiyyatın da tarix səbəbindən geri düşməsi gerçək bəlanın ikinci səbəbidir. İzah edim; əgər milli , iqtisadi, siyasi, elmi sahələr inkişaf etsəydi, yazının işi özünü ədəbiyyata həsr etmək olacaqdı. Axundov və onun timsalında dövrün bütün yazıçıları savadsız qonşunun maddiyatsızlığının, bixəbərliyinin dərdini çəkməkdənsə, ölkənin siyasi geriliyindən məqalə yazmaqdansa, sırf ədəbi lahiyələrlə məşğul olacaqdılar. Bu ədəbiyyatın dərinləşməsinə gətirəcəkdi. Bilirəm, mübahisəli fikirdi. Amma bu gün də, maddiyyatdan əziyyət çəkən yazıçı ədəbi fəaliyyətini sabaha saxlayır. Çünki öhdəlikləri var, ailə qarşısında. Çünki ölkənin siyasi , iqtisadi çətinlikləri birbaşa yazıçının evinə təsir edir. Yazdığı kitaba mane olur. Bu keçən əsrdə də belə idi, indi də.

Geniş mövzu olsa da, sonda tarixlə ədəbiyyatın estetik tərəfinə toxunmaq istəyirəm. Polşa inqilabçısı S. Konarski Bakıda sürgündə idi. Sonralar onun asıldığı dar ağacının kiçik parçalarını boynundan asan Polşalı ədəbiyyatçılar tarixin ədəbiyyat üçün dar ağacı olduğu mənasını vermək istəmişdilər ya yox?!

A.Bakıxanov dekabristlərlə yaxından dost idi. Baxmayaraq ki, xan nəslindən idi, amma çar idarəsinə cəsarətli , milli ideyalara xidmət edən təkliflər verirdi. Onun “Hind nağılı” hekayəsi tarixlə ədəbiyyatın ən estetik nümunəsidir. Yazıçı Azərbaycana “ dövlət, haqq, hüquq, ədalət” fikirlərini gətirənlərdən birincisi olmuşdur. “ Kitabi- Əsgəriyyə” kimi zərif əsərin müəllifi, məhz ətrafdakı gərgin vəziyyəti gücü çatdığı qədər sabitləşdirmək üçün ədəbiyyat dünyasına tarix adlı gücü dəvət etməyə məcbur olmuşdur.

Ədəbiyyatın dili olmasaydı, tarixi gerçəklik, tarixi fəsadlar aradan qalxardımı?!

“Əgər sən azadlığın məşəsini bilsən və insanlığın hüququndan xəbərdar olsaydın, belə zülmə və rəzalətə dözməzdin. Sənə ancaq ürək birliyi və istiqamət birliyi lazımdır ki, inqilab edib itaətdən qurtulasan”

Axundovun bu ədəbiyyat çiçəklərinə bürünmüş tarixi müraciəti , tarixi bəlaların ədəbi gercəkliklə həll olunmasına, düz olanın üzə çıxmasına, ədalətin aşkarlanmasına ən təsirli nümunədir.

Comments are closed, but trackbacks and pingbacks are open.