Nşriyyat faliyyti
?nvestisiya f?aliyy?ti haqq?nda Az?rbaycan Respublikas?n?n Qanunu .
?nvestisiya f?aliyy?ti haqq?nda Az?rbaycan Respublikas?n?n Qanunu .
?nvestisiya f?aliyy?ti haqq?nda Az?rbaycan Respublikas?n?n Qanunu .
?nvestisiya f?aliyy?ti haqq?nda Az?rbaycan Respublikas?n?n Qanunu .
Create successful ePaper yourself
Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.
İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquqi şərtlərini müəyyənləşdirir. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilmişdir və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. I fəsil. Ümumi müddəalar Maddə 1. İnvestisiya anlayışı İnvestisiya — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlər aşağıdakılardır: • pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar; • daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər); • müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər; • bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilməmiş texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nouhau”); • torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqdan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hüquqları; • başqa sərvətlər.
- Page 2 and 3: • Əsas fondların yaradılmasın
- Page 4 and 5: sahiblik, istifadə və sərəncam
- Page 6 and 7: iqtisadi inkişaf proqramında nəz
- Page 8 and 9: Maddə 16. İnvestisiya fəaliyyət
- Page 10: • onun davam etdirilməsi Azərba
Share
Share from cover
Share from page:
Inappropriate
Flag as Inappropriate Cancel
Inappropriate
You have already flagged this document.
Thank you, for helping us keep this platform clean.
The editors will have a look at it as soon as possible.
Nşriyyat faliyyti
31-01-2019, 10:41
Səhiyyədə könüllülük fəaliyyəti üzrə təlim keçirilib
Bakı 1 nömrəli Tibb Kollecində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsinin növbəti təlimləri keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilən təlimlərdə tibb kollecinin tələbələri iştirak ediblər.
Layihənin rəhbəri Şəhla Mirzəzadə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq olunması, onların arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti barədə məlumat verib.
Təlimin aparıldığı iki gün ərzində tələbələr arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti, layihələrin yazılması və idarə olunması, eləcə də Gənclər Fonduna müraciət qaydaları haqqında interaktiv təlim sessiyaları təşkil olunub.
Ekspert İlahə Mirzəzadə sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyətindən bəhs edib və səhiyyədə könüllülüklə bağlı öz təcrübəsini bölüşüb.
Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlər zamanı tələbələri maraqlandıran suallara cavablar verilib, layihə çərçivəsində çap edilmiş maarifləndirici bukletlər paylanılıb və sertifikatlar təqdim olunub.
Nşriyyat faliyyti
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində yerləşən müəssisələrdə olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aia.az-a bildirilib ki, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla Gəncənin iqtisadi potensialının gücləndirilməsi, sənaye zonasının yaradılması və bu məqsədlə müvafiq ərazinin ayrılması məsələləri müzakirə olunub.
Nazir Gəncədə yerləşən “Azəralüminium” MMC-yə baş çəkib. Ölkəmizin əlvan metallurgiya sənayesində aparıcı şirkətlərdən olan “Azəralüminium” MMC Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısıdır. Şirkətin əsas müəssisəsi – “Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Metal Tökmə və Fasiləsiz Yayma, Elektroliz, Təzyiqlə Emal və Boyama, Anod Prosesləri zavodları) və 2 köməkçi sahə (Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) daxildir. Buradakı zavodların ümumi ilkin alüminium istehsal gücü ildə 50 min tona yaxındır.
M.Cabbarov müəssisənin fəaliyyəti və perspektiv planları ilə tanış olub. Müəssisə rəhbərliyi ilə aparılan müzakirələrdə dayanıqlı xammal təhcizatının təmin olunması, ilkin alüminium istehsalının genişləndirilməsi, dərin emal prosesinin aparılaraq müxtəlif məhsulların istehsalının təşkili, istehsalın optimallaşdırılması və rəqabətqabiliyyətliyinin artırılması məsələləri müzakirə olunub.
Sonra İqtisadiyyat naziri Gəncə Avtomobil Zavodunda olub. Müəssisədə müxtəlif təyinatlı nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası (traktor, kombayn və sair), yük avtomobilləri və sair yığılır. Zavod rəhbərliyi ilə görüşdə müəssisənin mövcud istehsal gücü, yeni növ texnikasının, o cümlədən traktorlar, digər kənd təsərrüfatı texnikası və avtobusların yığımı üçün potensialı və satış imkanları müzakirə edilib, müəssisənin rəqabətqabiliyyətliyinin artırılması zəruriliyi vurğulanıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Comments are closed, but trackbacks and pingbacks are open.