Nəqliyyat və logistika
Hərbi logistika qaynaqların ehtiyac duyulan yer və vaxtda yerinə necə çatdırılmasına yönəlir. Hərb elmində, düşmənin tədarük xətrlərini pozmaq ən vacib hərbi strategiyalardan biridir. Yanacaq, silahı və ərzağı olmayan hərbi qoşun müdafiəsizdir.
Nəqliyyatın logistikası
Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr daşınmaları optimizə etməyi, nəqliyyat vasitələrinin hərəkət rejimi və şərtlərini öyrənir, nəqliyyat daşınmalarında marşurutlar üzrə ixtisaslaşırlar. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi həm yerli,həm də xarici şirkətlərdə çox təlabat olan ixtisasdır. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası qısa formada nəqliyyat logistikası adlanır. Bu ixtisasüzrə təhsilini başa vuran tələbələr logistika ilə məşğul olan şirkətlərdə, nəqliyyat müəssisələrində ,elmi-tədqiqat institutlarında, layihə təşkilatlarında çalışa bilər,yol hərəkəti təhlükəsizliyi mühəndisliyi ,dispetçer,dövlət inspektoru və.s kimi fəaliyyət göstərə bilərlər. Bu ixtisas üzrə təhsilini başa vurmuş tələbələr məhsulu təyinat nöqtəsinə çatdırmaq üçün hesablama, analiz aparan , ən yaxşı variantı seçən, xərci azaldıb, mənfəət yüksəldən mühəndis olacaqdır.
Bu ixtisasda tələbələr hansı bilik və bacarıqlara yiyələnirlər? Ümumiyyətlə, yeni ixtisasda təhsilin üstünlikləri və ixtisasın aktuallığı barədə nələrdir?
Nəqliyyatda servis ixtisası müxtəlif nəqliyyat (hava,dəmir yolu, su və avtomobil) növlərinin istehlakçılarına xidmətlərin göstərilməsini təşkil edən və yerinə yetirən ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətidir.
Nəqliyyatda servis ixtisası servis fəaliyyətinin əsaslarının, nəqliyyat daşımaları prosesində xidmətlərin təşkili, nəqliyyatda təhlükəsizlik, nəqliyyat müəssisəərində servis obyektlərinin ekspertizası, diaqnostikası və sertifikatlaşdırılması, nəqliyyatda servisin təşkili və idarə edilməsi, nəqliyyatda risklərin, sığortanın, tarif tənzimlənməsinin dərindən öyrənilməsi ilə bağlı unikal təhsildir. Bu ixtisas çərçivəsində əldə edilmiş səriştələr sərnişin və yüklərin daşınması ilə məşğul olan istənilən nəqliyyat müəssisəsində aeroportlarda, aviaşirkətlərdə, nəqliyyat xidmətləri satışı agentliklərində, dəmir yolu şirkətlərində, dəniz və çay vağzallarında,avtomobil nəqliyyatı müəssisələrində, nəqliyyat terminallarında, nəqliyyat mərkəzlərində və.s) işləməyə imkan verəcək.
Tədris proqramında tələbələrin nəqliyyat müəssisələri bazasında tədris, istehsalat təcrübələrində professional fəaliyyətin reallıqlarına lazimi qədər dərindən yiyələnməsi nəzərdə tutulur, burada tələbələr peşəkar təcrübə rəhbərlərinin nəzarəti altında nəqliyyatda servis xidmətinin strukturu, işçi prosesin məzmunu və mərhələləri ilə tanış olacaqlar, vərdişlərə yiyələnəcəklər.
Bu ixtisasın aktuallığı əhəmiyyətli dərəcədə böyükdür. Müasir qlobal nəqliyyat bazarında strateji üstünlüklərə nail olmaq üçün nəqliyyatda servis prosesinin səmərəli təşkili və idarə olunmasını təmin etmək üçün yüksək ixtisaslı kadr hazırlamaq məqsədi ilə daşıyan yeni perspektivli təhsil proqramıdır.
Bu ixtisas üzrə harada çalışmaq olar?
- Nəqliyyat Agentliyi
- Azərbaycan Respublikası Baş Dövlət Yol PolİS İdarəsi
- Dövlət Avtomobil Nəqliyyatı Xidməti
- Marpro Logistika MMC
- Dəmir yolu daşımaları
- Dəniz yük daşımaları, Beynəlxalq yük daşımaları
- Multimodal daşımalar
- Asstra beynəlxalq hava yük daşımaları
Nəqliyyat və logistika
Başqa biznes sahələrində olduğu kimi logistikada da auditoriya cəlbetmə mənbələri olmadan fəaliyyət göstərmək olduqca çətindir. Telemarketinq vasitələrindən yararlanmaq müştəri tapmağa və onları geri qaytarmağa kömək edir. Bunu autsorsinq çağrı mərkəzinin köməyi ilə reallaşdırmaq ən sərfəli yoldur. Bu, nəinki istehlakçılara səriştəli məsləhətlər verməyə imkan yaradacaq, həmçinin işçiləri müştərilərin şikayət və suallarından azad etməklə onların iş yükünü azaldacaq və vəzifə öhdəliklərini yerinə yetirməyə şərait yaradacaq.
Logistikada çağrı mərkəzi xidmətlərindən təkcə şirkətlə müştərilər arasında kommunikasiya proseslərinin təmin edilməsi üçün deyil, həm də daxili kommunikasiyaların qurulması üçün istifadə oluna bilər. Logistika biznesində sinxronlaşdırılmış məlumat axınları bütövlükdə şirkətin uğurlu fəaliyyətinin əsasını təşkil edir və çağrı mərkəzi vasitəsilə bütün iş prosesini optimallaşdıraraq şöbələr arasında stabil əlaqə qurmaq mümkündür.
Logistika nedir?
Logistika ; məhsul, xidmət və insan kimi qaynaqların ehtiyac olan yerdə və zamanda təmin edilməsi üçün bir vasitə olaraq təyin edilə bilər. Hər hansı bir marketinq və ya istehsal təşkilatı üçün maddi-texniki dəstək olmadan uğur qazanmaq çox çətindir. Logistika; göndərmə, inventar, saxlama, materialla işləmə və qablaşdırma məlumatlarının birləşdirilməsi daxildir. Logistik idarəetmə məsuliyyəti, xammalın coğrafi yerləşməsi, prosesin istismarı və ehtiyacları mümkün olan ən aşağı xərclə qarşılayaraq işin başa çatmasıdır.
Logistika nədir? Onun tarixi
Logistikaya ; Bir məhsulun nəqliyyat, saxlama, gömrük rəsmiləşdirilməsi, qablaşdırma, paylama kimi ilk istehsalçıdan son istehlakçıya qədər olan bütün prosesləri aiddir. Qısası doğru zamanda, doğru qiymətlə doğru ölçüyə sahib olmaq olaraq təyin edilə bilər. Logistika bir proses elmidir. Bütün sənaye sektorlarında səmərəliliyin, tədarük zəncirinin və layihə istismara verilmə müddətinin istənilən səviyyədə olub olmadığı yoxlanılır.
Logistika – maddi texniki ehtiyyatların və ehtiyyatların axını və saxlanmasının səmərəliliyini planlaşdırma, həyata keçirmə və izləmə prosesidir demək olar.
Universitetlərdə tədris olunan logistika ixtisası köhnə ” Dünya iqtisadiyyatı” ixtisasının adının dəyişdirilməsi ilə yaranmışdır. Beynəlxalq ticarət və logistika ixtisasının haradılma məqsədi belədir: Qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək, öyrəndiklərini biznezin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) praktiki olaraq tədbiq etmək bacarığı olan kadrlar yetişdirmək.
Logistikanın tarixi
Logistika əsgərlərin ehtiyaclarının özləri tərəfindən qarşılanması zamanı ortaya çıxan bir anlayışdır,və bu əsasla yola çıxaraq daha çox irəliyə getmişdir. Qədim Roma, Yunan və Bizans sivilizasiyalarında ehtiyacların paylanması və maliyyələşdirilməsindən məsul olan Logistikas adlanan bölümlər və zabitlər vardı.
Hərbi logistika qaynaqların ehtiyac duyulan yer və vaxtda yerinə necə çatdırılmasına yönəlir. Hərb elmində, düşmənin tədarük xətrlərini pozmaq ən vacib hərbi strategiyalardan biridir. Yanacaq, silahı və ərzağı olmayan hərbi qoşun müdafiəsizdir.
Logistika 1950 ci illərdən sonra iş həyatına uyğunlaşdı. Bu, əsasən dünya miqyasında tədarük, nəqliyyat və təchizat ehtiyacının artması ilə əlaqədardır.
İş dünyasında logistika tədarükçüsündən son istifadəçiyə (tədarük zənciri) doğru bir axında ; həm daxili həm də xarici yada hər ikisinə yönəldilə bilər. Logistik idarəetmənin əsas funksiyaları alış, nəql, saxlama, inventar girişi, düzgün məlumat axının təmin edilməsi və bu fəaliyyətlərin təşkili və planlaşdırılmasıdır. Logistika menecerləri bu funksiyaların hər birindən məlumatları bir təşkilat daxilində əlaqəndirərək birləşdirirlər. Logistika əsasən iki fərqli formaya malikdir: biri anbar və nəqliyyat şəbəkəsi boyunca material axının davamlılığını təmin edir,digəri layihələri yekunlaşdırması üçün mənbələr zəncirini əlaqələndirir.
“Logistika, müştəri ehtiyaclarını qarşılamaq üçün başlanğıc nöqtəsindən (mənbədən) son nöqtəyə ( son istehlakçıya) qədər tədarük zəncirindəki hər növ məhsul, xidmət bə məlumat axınlarının təsirli və səmərəli planlaşdırılması, həyata keçirilməsi, daşınması, saxlamması və idarə edilməsidir. Saxlamaq xidmətidir. “
Logistika həmçinin əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələri ilə də məşğuldur.
XX əsrin əvvəllərində müharibə aparan və yarımmüharibəyə hazırlaşan hərbi hissələrin təchizatı nəticəsində hərbi sursat, nəqliyyat və ehtiyyat hissələrinin göndərilməsi, planlaşdırılması, idarə edilməsi, təminatı kimi məsələlərdə logistik metodlardan geniş istifadə olunurdu.
Logistikanın vəzifələri
Logistikanın ümumi məqsədi budur : yüksək keyfiyyətli məhsul göndərmələri təmin edən material, informasiya, maliyyə, kadr və s axınların funksional menecmetinin səmərəli, interaktiv sistemini yaratmaq.
Logistika istifadəsi müəssisənin mövcud bazar mühitinə uyğunlaşmasını maksimum dərəcədə artırmağa, mənfəət payını artırmağa və birbaşa rəqiblərdən açıq üstünlük əldə etməyə imkan verir.
Logistikanı yalnız bir göndərmə xidməti kimi düşünmək səhvdir. Qablaşdırma, səhm idarəsi, təchizat zənciri və s.məsələlər logistikaya aid edilmişdir.
Logistikanın bölmələri
Logistika aşağıdakı yarımbölmələrə bölünür:
- Hərbi logistika
- Biznes logistika
- Tədarük logistikası
- Paylama logistikası
- Satış logistikası
- Nəqliyyat logistikası
- Ehtiyyat logistikası
- Anbar logistikası
- İnformasiya logistikası
- Kompleks logistika
- Ekoloji logistika
- Qənaət logistikası
- Şəhər logistikası
Logistikanın tədqiqat obyektləri:
Logistikanın əsas tədqiqat obyektləri bunlardır:
- Zəncir
- Sistemi
- Funksiyası
- Məlumat axını
Comments are closed, but trackbacks and pingbacks are open.