Press "Enter" to skip to content

Nəriman həsənzadə 1 cild

KitabYurdu.org 2015 Bütün hüquqları qorunur. Materiallardan istifadə edərkən müvafiq e-keçidin göstərilməsi vacibdir. İstifadəçilərin əlavə etdiyi materiallara görə kitabyurdu.org məsuliyyət daşımır.

Nəriman həsənzadə 1 cild

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, dünyada daim gözəllik, səadət, zəriflik axtaran, olduqca həssas, nəcib bir insanla həmsöhbət olduq bu dəfə. Canına məhəbbət, saflıq, insaniyyət, vətəndaşlıq hissləri hopmuş poeziyası ilə oxucularında dərin maraq oyadan, nurlu siması, həlim xasiyyəti, həssas təbiəti, həzin, mülayim danışıq tərzi ilə xalqın sevimlisinə çevrilən şair, dramaturq, nasir, ən önəmlisi, əsl ziyalı Nəriman Həsənzadə ilə.
Nəriman Həsənzadənin xarakterindəki səmimilik, təbiilik, dilinin şirinliyi əsərlərində də aydın hiss olunur. Onun yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır. Bəlkə elə ona görə o bu qədər sevilir.
Yüksək istedadını əməyi və zəhməti hesabına ortaya qoymağı bacaran, geniş təfəkkürlü, zəngin dünyagörüşlü pedaqoq, Xalq şairi, Əməkdar incəsənət xadimi, görkəmli alim Nəriman Həsənzadə yaradıcılığının bütün dövrlərində zamanın nəbzini tutmağı bacarıb. O, “Nəriman”, “Kimin sualı var”, “Zümrüd quşu”, “Poylu – beşiyim mənim”, “Nizami”, “Nuru Paşa” və s. poemaları, yüzlərlə dərin məzmunlu şeirləri, “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər” kimi əsərləri ilə Azərbaycan ədəbi irsini zənginləşdirib. 80 yaşlı ağsaqqal ziyalımız bu gün də gənclik həvəsi, şövqü ilə bu şərəfli işini davam etdirir.

– Özünüzü necə hiss edirsiniz? Səhhətiniz necədir?
– Açığını deyim ki, səhhətim “əldəqayırmadır”. 3 dəfə ürəyimdən əməliyyat olunmuşam. İkinci əməliyyat Səhiyyə Nazirliyinin vəsaiti hesabına Avropa ölkələrindən birində olub. Buna görə səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarlığımı bildirirəm. Sonuncu dəfə Almaniyanın Münhen şəhərində ağır ürək əməliyyatı keçirdim. Bir də anadangəlmə bir böyrəyim var. Bu da müəyyən problemlər doğurur. Bütün bunlara baxmayaraq, hələ yaşayıram.
– Səhhətinizə qarşı diqqətlisiniz?
– Yox, mən o qisim insanlardanam ki, xəstələnməsəm, həkim yadıma düşmür. Bir də sağlamlığıma zərərli olan qidaları çox sevirəm. Nəyi “yemə” deyirlərsə, onu gizlin yeyirəm. Xüsusən pendirsiz dayana bilmirəm.
– Bəs, içki, siqaret?
– Siqaret çəkmirəm. Əvvəllər “Ədəbiyyat” qəzetində çalışdığım vaxt 10 il siqaret çəkmişəm. Sonra tərgitdim. Ancaq böyrəyimdə problemlər yaratsa da, az-az şərab içirəm.
– Yaradıcılıq səhhətə necə təsir edir?
– Əlbəttə, mənfi. Şair yuxusuz gecələr keçirir. İnsanın normal yuxu rejimi olmalıdır. Mən 4 saatdan artıq yata bilmirəm. Bir də vaxtlı-vaxtında yemək yemirəm, düzgün qidalanma rejimim yoxdur. Buna da əsasən vaxt azlığı səbəb olur. Ancaq məni yaşadan da yaradıcılığımdır.
– Nəriman Həsənzadə şair doğulub, yoxsa şair olub? Yaradıcılığa nə vaxtdan başlamısınız?
– Böyük filosof Siseronun gözəl bir sözü var. O qeyd edir ki, şairlər anadan şair doğulur, natiqləri isə cəmiyyət yetişdirir.
İlk şeirimi altıncı sinifdə oxuyarkən yazmışam. Bir gecə oyandım və Vidadiyə nəzirə kimi “Ağlaram” adlı şeiri yazdım. Müəllim şeirimi divar qəzetinə verdi, oldum məktəbin şairi. Qazaxda şairə böyük adam kimi baxırlar, ona hörmət edirlər. Səməd Vurğun şair adına, onun şəxsiyyətinə böyük hörmət qazandırıb.
Məktəbdə Bayram adlı müəllimim var idi. Mənim haqqımda deyirdi ki, Səməd Vurğundan sonra Nəriman gəlir. Onda hələ bircə şeirim çıxmışdı. İnsanın ürəyini sığallasan, dahi yetişər, başına qapaz vursan, istedadı məhv olar. O zaman mənim ürəyimi elə sığalladılar ki, şeir yazmağı davam etdirdim.
– Uşaqlığınız – ömrünüzün Poylu çağı – necə keçib?
– Əslimiz Qazaxın Qıraqkəsəmən kəndindəndir. Atam dəmir yolunda işlədiyinə görə anamı götürüb Poyluya köçüb. Kür qırağında yerləşən kiçik qəsəbədir Poylu. Mənim nəzərimdə isə ora dünyanın mərkəzidir. Poylu mənim üçün beşikdir. Ancaq Qıraqkəsəmən də Poylu qədər doğmadır.
Hər bir insan üçün, o cümlədən mənim üçün uşaqlıq illəri əvəzsizdir:
Bu dünyanın gözəl vaxtı, Poyluda qaldı,
Göy üzündən ulduz axdı, Poyluda qaldı.
Uşaqlığım – ayaqyalın, başıaçıq gəzdiyim, dünyanın qayğısını bilmədiyim illərim Poyluda qalıb. Nə qədər çətin vaxtlar olsa da, tayı-bərabəri yoxdur o çağların.
Bir də Poyluda bir anam var idi. Anamın ana tərəfi bizim yerlərdə çox məşhur, imkanlı adamlar olub. Onların başıpapaqlılarını həbs ediblər. İyirmi dörd yaşında ikən altmış iki yaşlı kişi ilə ailə qurub. Beləcə, 1931-ci ilin 18 fevralında mən dünyaya gəlmişəm. Atam vəfat edəndə mənim bir yaşım olub. Anam iyirmi altı yaşında dul qalıb və bütün ömrünü mənə həsr edib. Atam anamdan əvvəl evli olmuşdu. Mənim atabir, ana ayrı qardaş-bacılarım var idi. Anam taleyindən heç vaxt şikayətlənməzdi. Allaha şükür edərdi və atama rəhmət oxuyardı ki, məni yadigar qoyub.
Bir anam, bir də mən baş-başa verib yaşayırdıq. Qonşular da bizi çox istəyirdilər. Anam çörək bişirirdi, mən də satırdım, dolanırdıq. Anam həyatımızın bütün sıxıntılarını, qayğılarını təkbaşına çəkmək üçün çarpışırdı. Onun sayəsində mən yetimlik görmədim. Doğru deyirlər ki, adam atadan yox, anadan yetim qalır.
Orta məktəbin dördüncü sinfinədək Poyluda oxudum. Burada məktəb dördüncü sinfə qədər idi. Sonra qonşu kəndlərin məktəblərində – Kəsəmənlidə, Pirilidə, sonra Ağstafada təhsil aldım. Nəhayət, orta məktəbi Kirovkənddə bitirdim. O yolları hər gün piyada gedib-gəlirdim.
Orta məktəbi bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinə daxil oldum. Gəncədə bacımın evində qaldım. Mənə həyatda anamdan sonra bacım Səriyyə dayaq oldu. Bunu heç vaxt unutmaram.
– Yaradıcılığınızda qadına məhəbbət, xüsusi hörmət diqqəti cəlb edir.
– Qadın ilahi varlıqdır. Mən bunu öncə anamın timsalında gördüm. Təəssüf ki, onu da çox tez itirdim.
Gəncə Pedaqoji İnstitutunda təhsilimi başa vurduqdan sonra Bakıya gəldim ki, burada iş tapım və sonra anamı da yanıma gətirim. Balaxanıda axşam məktəbinə işə düzəldim. Onda iyirmi üç yaşım var idi. İlk dərs günü sinif otağında əyləşib şagirdlərimi gözləyirdim. İçəri başı papaqlı 60-65 yaşlı kişilər daxil oldular. Kim olduqlarını soruşdum, dedilər ki, şagirdik. Söhbət əsnasında məlum oldu ki, onlara vaxtilə Mirzə Ələkbər Sabir dərs deyib. Mən onları öyrətməli olduğum halda, onlar mənə müəllim oldular.

Balaxanıda bir ayadək dərs dedim. Sonra məni əsgər apardılar. “Salyan kazarması”nda xidmətə başladım. Əsgərlikdə olarkən anamın ölüm xəbərini eşitdim. Varım-yoxum bircə anamı da itirmişdim. İcazə istədim, ancaq vermədilər, dedilər ki, Qazax rayon hərbi komissarından sənəd lazımdır. Kənddən Qazaxa kim gedəcəkdi. Heç kimim yox idi. Mən də qaçdım əsgərlikdən. Kəndə gedib anamı dəfn elədim.
Məni hərbi tribunala verdilər. Təsadüfən həmin ərəfədə Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri bizim hərbi hissəyə görüşə gəlmişdilər. Onda mən artıq Azərbaycan Yazıçılar İttifaqının üzvü idim. Rəsul Rza və Nigar xanım general Əbilovdan xahiş etdilər, vəziyyətimi ona başa saldılar və məni xilas etdilər.
Həyatımın ikinci ilahi varlığı da ömür-gün yoldaşım Sara xanım oldu. Sara xanım həyatın mənə töhfəsi idi. Həqiqətən də, dünyanı kişilər idarə edir, kişiləri isə qadınlar. Qadın kişinin taleyidir. Qadını olmayan kişi vətənində qürbətdədir.
Ana, qadın mənim üçün həqiqətən müqəddəsdir. Ona görə də əsərlərimdə bu mövzuya geniş yer ayırmışam.
– Sara xanımla necə tanış olmuşdunuz?
– Mən tələbə vaxtı bacım Səriyyəgildə yaşayanda Sara da onlarda qalırdı. Yeznəmin dostunun qızı idi. İnstitutda hansı qızdan xoşum gəlsə, Saraya deyirdim ki, gedib baxsın. O da gəlib pisləyirdi. Demə, ürəyində məni istəyirmiş. Sara məndən 5 yaş kiçik idi. Sonra Gəncədə bacımgildə toyumuz oldu.
– Sara xanım yazıçı qadını olmaqdan şikayətçi deyildi ki?
– Sara çox qəribə qadın idi. Ümumiyyətlə, qadın uşaq kimidir. Gərək xətrinə dəyməyəsən. Sən qadını sevsən, qadın da səni sevəcək. Onun ölümündən bir neçə il sonra Nekrasovun əsərini vərəqləyirdim. Həmin kitabda Saranın öz xətti ilə yazdığı fikri oxudum: “Nekrasovu çox sevirdim. Tale elə gətirdi ki, mənim həyat yoldaşım da şair oldu. Onunla fəxr edirəm”.
Ancaq bir dəfə mənə demişdi ki, qızıma şair elçi gəlsə, vermərəm. Onu başa düşürdüm. Şairin həyat yoldaşı olmaq çətindir.
Rəssam portretimi çəkib, altında bir şeirimdən iki misranı yazmışdı:
“Bir insan ömrünü girov qoymuşam
Bir şair ömrünü yaşatmaq üçün”.
Bir gün İsmayıl Şıxlı bizə gəlmişdi. Portretə baxıb dedi ki, “Nəriman, nə yaxşı düzəlişdi bu”. Baxdım ki, Sara şeirə “düzəliş” edib:
“Bir qadın ömrünü girov qoymuşam
Bir şair ömrünü yaşatmaq üçün”.
Sara cavan getdi. Son anlarına qədər məni düşünürdü: “Necə yaşayacaqsan?” deyirdi.
– Ancaq Sara xanım sizi tək qoymayıb. İki övladınız var.
– Bəli. Özü də çox yaxşı övladdırlar.
İlk övladım – qızım dünyaya gələndə mən Moskvada tələbə idim. Teleqram gəldi ki, qızın olub. Dilxor oldum. Teleqramı gizlətdim. Öz-özümə fikirləşirdim ki, niyə mənim qızım olmalıdır? Gərək oğlum olaydı. Bir neçə gündən sonra bu xəbəri ilk Hikmət Ziyaya dedim. Məni danladı, dedi ki, sən artıq ata olmusan, belə xəbəri gizlətməzlər. Sonra Söhrab Tahir, Məmməd Araz və başqa dostlarımızla birlikdə kiçik məclis qurduq, mənim ata olmağımı qeyd etdik.
Beş il sonra isə oğlum dünyaya gəldi.
– Övladlarınızdan sizin davamçınız olan varmı?
– Qızım musiqişünasdır. Azərbaycan Milli Konservatoriyasında dərs deyir, baş müəllimdir, fəlsəfə doktorudur. Qızım mənə musiqi öyrədir, mən də ona tariximizi, ədəbiyyatımızı. Qızım anama oxşayır. Xasiyyəti, hərəkətləri, müdrikliyi ilə eynən odur. Deyirəm, gərək qızıma anamın adını qoyaydım. Onun da iki övladı var.
Oğlum filoloqdur. Ancaq başqa sahə üzrə çalışır. Qeyri-adi rəsmlər çəkir. Qızım da Rəssamlar İttifaqının üzvüdür.
– Nəriman müəllim, həm yaradıcılıqla məşğul olursunuz, həm də dərs deyirsiniz. Bu, sağlamlığınıza mənfi təsir etmir ki?
– Əlbəttə, edir. Ürəyimi çox yo ruram. Ancaq mən yaradıcılıqdan və tələbələrdən kənar özümü təsəvvür edə bilmirəm. Aspiranturada oxuduğum illərdən dərs deyirəm.
Moskvada institutu fərqlənmə diplomu ilə bitirib Bakıya gəlmişdim. Elə bilirdim ki, məni birbaşa işə qəbul edəcəklər. Ancaq elə olmadı, yenə işsiz qaldım.
“Piyada qalxmışam o pillələri,
Liftlə qalxanları görə-görə mən”.
Gözümün qarşısında həyat yollarını sanki liftlə qalxırdılar. Amma məni idarə edən tale də ağır anlarımda imdadıma çatıb. Yoluma Mircəlal Paşayev kimi yaxşı insanlar çıxıb. Mircəlal Paşayev işsiz vaxtımda məndən nə axtardığımı soruşdu. Bildirdim ki, iş axtarıram. Dedi: “İş axtarma, adam axtar. Adam da mən”. Məni Azərbaycan Dövlət Universitetinə apardı. Aspiranturaya qəbul oldum. Mircəlal müəllim mənim mənəvi atam idi. Heç vaxt məni tək qoymadı. Onun həyat yoldaşı da belə nəcib insan idi. “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda elmi iş yazırdım. Dissertasiyanı oxuduqca Mircəlal müəllim həyat yoldaşına deyirdi: “Görürsən nə yazıb?”. Bəlkə də adi bir şey oxuyurdum. Müəllimim mənim ürəyimi o qədər sığalladı ki, bir il səkkiz aya müdafiə etdim. Onda Mircəlal müəllim mənə institutda qalıb dərs deməyi təklif etdi. İnstitutda yarımştat dərs deməyə başladım.
Mircəlal Paşayev qeyri-adi insan idi. İşi yaxşılıq etmək idi. Özü də heç vaxt etdiyi yaxşılıqlarını dilə gətirməzdi, yada salmazdı. Artıq qırx beş ildir yaşadığım evimi də mənə o verib. Kirayədə yaşayırdım. Öz ailəsinin də evə ehtiyacı var idi. Ancaq Yazıçılar İttifaqının sədri Mehdi Hüseyndən xahiş etdi ki, onun evini mənə versin. Məni oğlu kimi görürdü.
Dünyanın işini bilmək olmur. Uzun illərdən sonra məni yenə Mircəlal Paşayevin oğlu işə çağırdı. İndi görkəmli alimin oğlu, akademik Arif Paşayevin rektoru olduğu Aviasiya Akademiyasında dərs deyirəm, həm də kafedra müdiriyəm. 12 ildir orada çalışıram.
Tanrı mənim qarşıma hər zaman yaxşı insanlar çıxarıb. Onlardan biri də Heydər Əliyev idi. Heydər Əliyevin göstərişi ilə Yazıçılar İttifaqının partiya təşkilatının rəhbəri oldum, “Ədəbiyyat” qəzetinə baş redaktor təyin edildim, Mətbuat Nazirliyində birinci müavin vəzifəsində çalışdım. H.Əliyev mənə “Əməkdar incəsənət xadimi” adını verdi. H.Əliyev sənətimizin, ədəbiyyatımızın hamisi idi.
Hesab edirəm ki, yaxşı insanlar olmasa, cəmiyyət dağılar, insanlar məhv olar.
– Daim gənclərlə ünsiyyətdə olan ziyalı kimi, gələcəyimizin etibarlı əllərdə olduğunu deyə bilərsinizmi? Nədənsə, bu gün yaşlı nəsil gənclərdən çox şikayətçidir.
– Bu, əbədi problemdir. XIX əsrdə Rusiyanın qabaqcıl ziyalıları bildirirdilər ki, bu ölkənin gələcəyini Dobrolyubov, Belinski kimi gənclərə etibar etmək olmaz. Ancaq onlar Rusiya mədəniyyətinin çox gözəl nümayəndələri oldular.
Bu gün Azərbaycanın gözəl, savadlı, dünya mədəniyyətini bilən, filosof gəncliyi yetişir. Ona görə çox sevinirəm. Nöqsanı olanlar da var. Əks halda, tarazlıq pozular, axı. Bəzən deyirlər ki, bir pis insan varsa, o da çoxdur. Mən isə deyirəm ki, bir yaxşı varsa, deməli, çoxdur. Yaxşılar pisləri mütləq üstələyəcək.
– Tələbələrinizin sizə münasibəti necədir?
– Tələbələrimi çox istəyirəm, onlar da məni çox istəyirlər. Tələbələr mənim dərsimdən qalmır, məmnuniyyətlə oxuyurlar. Zorla heç nə əldə etmək olmur. Sevgi göstərsən, qarşılığını alacaqsan.
– Sizcə, sevgi ilə, məhəbbətlə hər şeyə nail olmaq olar?
– Bəli. Bəzi insanlar deyir ki, məhəbbət yoxdur. Belə insanlardan qorxmaq, uzaq olmaq lazımdır. Onlar təhlükəli adamlardır. Sevgi, məhəbbət olmasa, necə övlad, vətəndaş, dost, yoldaş olmaq olar? Qadına, ailəyə, anaya, Vətənə sevgi yoxdursa, o həyat mənasızdır. Məhəbbət olmasa, cəmiyyət çürüyər. Sevmək istedaddır, Allah vergisidir.
Bəzi insanlar ürəklərində sevgi, məhəbbət əvəzinə kin, hərislik, paxıllıq bəsləyirlər. Bəzilərinin dünya malından gözü doymur. Doymadıqca, özünü məhvə aparır. Səadət bir tikə halal çörəyini yeyib, evində gecə rahat yatmaqdır.
Yunus İmrə deyirdi ki, “Məndə bir mən də var, məndən içəri”. İnsan içərisindəki böyüklüyü, güclü, müdrik məni üzə çıxarmalıdır.
– Nəriman müəllim, uzun illər öncə “Bir az möhlət istəyirəm ömürdən” adlı şeir yazmışdınız. Həmin möhləti necə dəyərləndirdiniz?
– Möhlət istəyirdim ki, əlimdə yarımçıq qalan poemamı bitirim. Çox qəribə hissdir şairlik. Gənc vaxtı arzu edirdim ki, “bir şeirim çıxsın, heç bir dərdim olmayacaq”. Şeirim çıxdı. Sonra dedim “kitabım nəşr olunsun”. Elə bilirdim adamın kitabı çıxanda dahi olur. Birinci, ikinci, üçüncü. kitabım çıxdı. Sonra arzuladım ki, teatrda mənim əsərim əsasında tamaşa hazırlansın. Hesab edirdim ki, onda dünyanın ən xoşbəxt insanı olacağam. Bu arzum da yerinə yetdi. Mənim yaradıcılığım dövlət səviyyəsində də qiymətləndirildi. Ancaq insan doymur.
– Yenə ömürdən möhlət istəyirsiniz?
– Yenə möhlət istəyirəm. Hazırda 7 cildliyimi hazırlayıram. Ürəyimdə 3 pyes, 2 povest, 1 poema var. Deyirəm, elə imkanım olsun ki, ürəyimdəkiləri sətirlərə çevirim. Arzudan arzu doğur. İnsan yaşamaq istəyir. Nə qədər əzab, çətinlik olsa da, yaşamaq istəyir. Niyə istəyir, bilmirəm. Yəqin həyat gözəl olduğu üçün. Homerin “İliada” əsərində Axilles deyir ki, yer üzündə bir an yaşamaq, yer altında yüz il yaşamaqdan yaxşıdır. Dünya işıqdır. İşıq səadətdir.
– Sonda sizdən həkimlərə arzularınızı soruşmaq istərdim.
– İnsanları sağaldan həkimlərə sağlam olmağı arzu edirəm.

Ü. FƏRZƏLİYEVA
30 noyabr 2011-ci il. №21-22

Nəriman həsənzadə 1 cild

Həsənzadə Nəriman Əliməmməd oğlu. Azərbaycan dili və nitq mədəniyyəti [Mətn] : dərslik /N. Həsənzadə, G. Pənahova, Ə. Abbasov (tərt.) ; elmi red. N. Q. Cəfərov ; Azərb. Dövlət Neft və Sənaye Un-ti. Bakı: [Ecoprint], 2016.-262, [2] s.: portr., sxem, 20 sm.

Həsənzadə Nəriman. İllər. pillələr. talelər. .. [Mətn] /N.Həsənzadə; Red. Nazim Həsənzadə.- B .: Oğuz eli, 2011.-200 s.

Həsənzadə Nəriman. Kulturologiya [Mətn]: Dünya mədəniyyəti tarixi: Dərslik /N.Həsənzadə; Elmi red.: F.Məmmədov; Red.: G.Pənahova; Rəyçilər: N.Cəfərov, C.Mustafayev.- B . : Polygraphic Production, 2005.- 278 s.

Həsənzadə Nəriman Əliməmməd oğlu. Nizami [Mətn] : Müasirim haqqında poema /N. Ə. Həsənzadə. Tehran: Alp, 2010.- 85 s.: fotoşək., 22 sm.

Həsənzadə Nəriman. Nuru Paşa [Mətn]: poema /N. Həsənzadə; Ön söz: N.Cəfərov; Red. M. Ələkbərli.-Bakı, Oğuz eli, 2010.-104 s

Həsənzadə, Nəriman Əliməmməd oğlu. Poylu-beşiyim mənim [Mətn]: (Poylu eposu) /N.Həsənzadə; Red. G.Əmrullahqızı B.: 2007. 144 s.

Həsənzadə Nəriman. Seçilmiş əsərləri. Şeirlər [Mətn]: /Ön söz: B.Xəlilov. 7 cilddə. 1 cild /N.Həsənzadə.- B.: 2010.- 812 s.

Həsənzadə Nəriman. Seçilmiş əsərləri. Poemalar [ Mətn]: 7 cilddə. 2 cild /N.Həsənzadə.- B.: 2010.-742 s.

Həsənzadə Nəriman Əliməmməd oğlu. Seçilmiş əsərləri. Pyeslər[Mətn] : 7 cilddə. 3-cü Cild /N. Ə. Həsənzadə ; tərt. N. Həsənzadə ; ön söz müəl. İ. Həbibbəyli ; red. G. Əmrullahqızı. Bakı: Prometey, 2011.-354, [2] s.: fotoşək., protr., 22 sm.

Həsənzadə Nəriman. Seçilmiş əsərləri. Nəsr . [Mətn]: /Ön söz: B.Xəlilov. 7 cilddə. 4 cild /N.Həsənzadə.- B.: 2010.- 266 s.

Həsənzadə Nəriman Əliməmməd oğlu. Seçilmiş əsərləri. Elmi, ədəbi-tənqidi əsərlər [Mətn] : 7 cilddə. 5-ci Cild /N. Həsənzadə ; tərt. ed. N. Həsənzadə ; red. G. Əmrullahqızı. Bakı: Prometey, 2011.-606, [2] s.: portr., fotoşək., ill., 22 sm.

Гасанзаде Нариман . А сердце только одно : [Текст]: Стихи и поэмы.- Баку: Язычы, 1987.- 206 с.

Гасанзаде Нариман . Азербайджанско-украинское литературные связи (1941-1945). Автореферат дис. на соискание учен. степени кандидата филолог. наук.- Б.: 1964.- 18 с.


Гасанзаде Нариман. Глаза и судьбы : [Текст]: Переводы.- Б.: Язычы, 1984.- 317 с.

Гасанзаде Нариман. Нариман [Текст]: Поэма.- М.: Советский писатель, 1973.- 110 с.

Гасанзаде Нариман. Хлеб тетушки Набат [Текст]: повесть /Перевод с азерб. Я.Козловского.- М.: Молодая гвардия, 1982.- 192 с.

Гасанзаде Нариман. Я с вами [Текст]: Стихи и поэмы.- М.: Советский писатель, 1961.- 82 с.

Nəriman Həsənzadə – Nuru Paşa

Müəllif əsərdə Türkiyənin hərbi naziri Ənvər Paşanın təşəbbüsü ilə 1918-ci il mart soyqırımı zamanı Bakını, eləcə də Azərbaycanı rus-bolşevik və erməni-daşnak birləşmələrinin işğalından xilas etmək üçün Azərbaycana gəlmiş Qafqaz İslam Ordusunun komandanı, Osmanlı Ordusunun general-leytenantı Nuru Paşanın qəhrəmanlığını poetik dillə tərənnüm etmişdir.

Yükləməyə Keç [1,88 Mb] [ : 61] –>

  • Geri qayıt
  • İnfo
    • Tarix – 01.01.22
    • Müəllif – ayshe.z
    • Oxundu – 862
    • Rəylər – 0

    Telegram Kanalımız

    https://t.me/kitabyurdu

    Müxtəlif mövzularda şerlər dinləmək istəyənlər buyurub abunə ola bilər

    Təsadüfİ kİtab

    Dionisin qələbəsi

    AFORİZMLƏR VƏ HİKMƏTLİ SÖZLƏR

    Harper Lee Bülbülü Öldürmek

    Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış

    AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ

    Ən çox səs verİlənlər

    Əclafın ölümü

    İntiqam Əliyev – Meydan

    Xalid Hüseyni Min möhtəşəm günəş

    AZƏRBAYCAN DİLİ (ABİTURİENTLƏR ÜÇÜN HAZIRLIQ VƏSAİTİ)

    Ən çox rəy yazılanlar

    Elxan Elatli Qan Ləkəsi

    Rəylər – 56

    Xalid Hüseyni Min möhtəşəm günəş

    Rəylər – 42

    Elxan Elatlı Xəyanət

    Rəylər – 37

    Elxan Elatlı O Gecə Yagış Yağırdı

    Rəylər – 27

    Ən çox oxunanlar

    AZƏRBAYCAN DİLİ (ABİTURİENTLƏR ÜÇÜN HAZIRLIQ VƏSAİTİ)

    Oxundu – 133 458

    Elxan Elatlı Xəyanət

    Oxundu – 117 300

    Xalid Hüseyni Min möhtəşəm günəş

    Oxundu – 74 245

    RİYAZİYYAT (MÜHAZİRƏLƏR)

    Oxundu – 72 042

    Qaraqan Bir milyon dollarım olsaydı.

    Oxundu – 64 645

    « Mart 2023 »
    Be Ça Ç Ca C Ş B
    1 2 3 4 5
    6 7 8 9 10 11 12
    13 14 15 16 17 18 19
    20 21 22 23 24 25 26
    27 28 29 30 31

    Etİketlər

    KitabYurdu.org 2015 Bütün hüquqları qorunur. Materiallardan istifadə edərkən müvafiq e-keçidin göstərilməsi vacibdir. İstifadəçilərin əlavə etdiyi materiallara görə kitabyurdu.org məsuliyyət daşımır.

    Ни для кого не секрет, что массаж является приятной подвидом отдыха для значительного числа молодых людей. На веб-ресурсе nizhnevartovsk.erotic-massage.rest вы увидите симпатичных массажисток со всех уголков своего района. | Специально для любителей порно с позой 69, мы создали огромный, ежедневно наполняемый портал с лучшими порно роликами в HD качестве с более чем 150 разделами на любой вкус! Заходи, тебе понравится!

Comments are closed, but trackbacks and pingbacks are open.