Press "Enter" to skip to content

İmadəddin Nəsiminin “İstəmə” qəzəli və Teymurilərin Əlincəqalanın 14 illik mühasirəsi zamanı qalada baş vermiş hadisələr haqqında

Bir əmin mərhəm bulunmaz, ey Nəsimi, bu gün,

Nəsimi Qəzəlləri

Имададдин Насими – один из великих мастеров слова азербайджанского народа. Он опирался на богатые культурные и духовные богатства Востока и создал самые ценные жемчужины искусства. Единое литературное наследие философских дискуссий философа с глубокими поэтическими мыслями, ставшее ясным выражением научного и философского мышления, представляет собой особую веху в истории азербайджанской литературы с древними корнями и многовековыми традициями.

Насими всегда восхвалял человеческое достоинство, человеческую любовь и личную свободу в своих замечательных произведениях, одном из самых совершенных примеров мировой поэзии. Поэтический поэт играет неоценимую роль в продвижении гуманистических идей, нового содержания, стиля и художественных досок. Яркий стиль источника народного духа Насими отражает значение средневекового азербайджанского языка с его полнотой и разнообразием. Творчество художника оказало мощное влияние на развитие художественной и общественной мысли ряда народов.

İmadəddin Nəsiminin “İstəmə” qəzəli və Teymurilərin Əlincəqalanın 14 illik mühasirəsi zamanı qalada baş vermiş hadisələr haqqında

Böyük Azərbaycan şairi İmadəddin Nəsimi dünya fəlsəfi irsinin unudulmaz simalarındandan biridir. Onun fəlsəfi irsi tarixi faktlarla çox zəngin olduğundan qəzəllərindən həm öz həyatını, həm Azərbaycan tarixinin gizli, diqqətdən kənarda qalmış səhifələrini, həm də təsəvvüf elminin ən dərin incəliklərini öyrənmək mümkündür.

Altı yüz əlli ildir, hürufiliyə aid ideyalarla böyük filosofların düşüncələrini paylaşan Nəsimi öz qəzəlləri ilə Azərbaycan və dünya ədəbiyyatına böyük ədəbi fəlsəfi miras bəxş edib. Fərqli üslubu, bədii dildə yüksək ifadə bacarığı, fəlsəfi düşüncə tərzi Yaxın Şərqdə şöhrət qazanmasına, türk xalqları tərəfindən dərin məhəbbətlə sevilməsinə səbəb olub.

Prezident İlham Əliyevin “ Azərbaycan Respublikasında 2019-cu ilin“Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamı şairin həyat və yaradıcılığına dair yeni tədqiqatların aparılması ilə yanaşı, mütəfəkkir şairin əsərlərinin düzgün təhlillərlə öyrənilməsi sahəsində imkanlar yaradır.

Nəsiminin qəzəllərini təhlil edərkən maraqlı tarixi faktlarla qarşılaşırıq.

Belə ki, onun “İstəmə” qəzəlinin məzmunu və qəzəldə olan adların öyrənilməsi zamanı aydın olur ki, bu qəzəl 1386-1401-ci illərdə Teymurilərin Əlincəni mühasirəyə alan zaman qalada baş vermiş hadisələrə həsr edilib. Mənbələrdən məlumdurki, bəhs etdiymiz illərdə əmirlərdən biri Əmir Altun Əlincəqalanın müdafiə olunmasında mühüm rol oynayıb. Onun dövründə Əlincəqala döyüşçüləri 3 dəfə Təbriz şəhərinə hücum edib hər üçündə Təbrizi tuta biliblər. Bu illərdə Nəiminin də Təbrizdə olması Əlincəqala müdafiəçilərinin Nəimini ona qarşı olan qüvvələrdən qorumağa edilən cəhdlərini göstərir. Əmir Altun 1393-cü ildə xəyanət nəticəsində öldürülür. Bu hadisədən sonra 1394-cü ildə Nəiminin də Əlincəqala ətrafında faciəvi şəkildə edam olunması maraq doğuran tarixi faktlardan biridir. Hadisələrin baş verməsində xronoloji ardıcıllıq bu hadisələrin ard-arda baş verməsinin heç də təsadüfi olmadığını göstərir.

Nəsiminin “İstəmə” qəzəlində olan adları təhlil edərkən maraqlı faktlarla qarşılaşırıq. Qəzəldə qeyd olunan “Altunu tanı”, “sikkəsi fəzli-hünər”,”çinxislət” və yaxud, şairin özünə nəzərən yazdığı “səbəbkar” sözləri bu hadisənin baş vermə səbəbləri barəsində poetik mənalarla tarixi bilgilər verir, bu hadisənin səbəbini işıqlandırır:

Sən sana gər yar isən, gəl, ey könül, yar istəmə,

Yara dildar olsana sən yarı dildar istəmə.

Bivəfadır çün bu aləm kimdən istərsən vəfa,

Bivəfa aləmdə sən yarı vəfadar istəmə.

Gül bulunmaz bu dikənli dünyanın bağında çün,

Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə.

Mərifətdir xalis altun sikkəsi fəzli hünər,

Altunu tanı, zağəlindən arı dinar istəmə.

Təhlili Nəsiminin bu qəzəli Əmir Altunun Əlincəqalaya buraxılmayıb Mərəndə gedərək orada öldürülməsindən sonra yazdığını göstərir. Yuxarıdakı beytlər Nəsiminin arzularının puç olmasını ifadə etməklə yanaşı “Altunu tanı” sözü Əmir Altuna, “sikkəsi fəzli hünər” sözləri skkə zərb olunan Əlincəqalaya və “Fəzl” adı Fəzlullahın bu hadisələrdəki iştirakına nəzərən deyilmiş rəmzi ifadələrdir.

Mənbələrdən Əmir Altunla Sultan Əhməd Cəlairinin oğlu Məlik Tahir arasında ədavət baş verdiyi məlumdur. Bu ziddiyətin ailə-məişət zəminində yaranması göstərilsə də məlum hadisənin Əlincəqala müdafiəçilərinin Əmir Altunun başçılığı ilə Təbrizə hücumlarından sonra başlaması sual yaradır. Qalada Əmir Altunla Məlik Tahir arasında münasibətlər gərginləşir, Əmir Altun 1393-cü ildə ərzaq tədarükü edib qalaya qayıdarkən Məlik Tahirin əmriylə qalaya buraxılmır. Bu zaman təsadüfən Əlincəqalaya gəlmiş 40 minlik Teymuri ordusu ilə döyüşərək mühasirədən çıxan Əmir Altun Mərəndə gedir. Lakin Mərənd hakimi onu xəyanətlə öldürür, başını isə Əmir Teymura göndərir. Əmir Teymur bu hadisədən hiddətlənir, Mərəndi dağıtdırır. Əlincəqalada baş vermiş bu hadisələrlə Nəsiminin “İstəmə” qəzəli arasında məna əlaqəsi hadisəni bu qəzəl əsasında daha aydın təhlil etməyə imkan verir:

Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,

Yoxdur ol çinxislətin zatında iqrar istəmə.

Arı göftar, ey könül, gerçəklərin nitqi dürür,

Hər diləgridə yoxdur arı göftar, istəmə.

Qəzəldəki “arı göftar”(təmiz danışıq-K.G) sözündən Məlik Tahirin Əmir Altuna öz apardığı mübarizədə mane olmayacağı barədə söz verdiyi, amma, “diləgrilik”(yalançılıq-K.G) edərək Əmir Altunun üzünə qala qapılarını bağladığı aydın olur. Bu da Əmir Altunun öldürülməsində mühüm səbəb rolu oynayır. Qəzəldəki “çinxislət” sözü isə Məlk Tahirin monqol soyundan olmasının aydın ifadəsidir.

Cifədir dünya, anın talibləri adı kilab,

Olma kəlb anın kim, oldu adı murdar istəmə,

Şərbəti ağuludur fani cahanın sən anın,

Şırbətindən nuşidarı umma, zinhar istəmə.

Dünyanın sevgisi ağır yük imiş məndən eşit,

Nəfsinə yük etmə anı ey səbəbkar istəmə.

Yuxarıdakı beytlərdə Nəsiminin apardığı mübarizəsinin acı nəticələri qəzəldə aydınlığı ilə təsvir olunub. Burada şair baş vermiş faciə ilə əlaqədar özünü “səbəbkar” adlandırması onun özünün də bu hadisələrdə iştirakını göstərən poetik ifadədir.

Bir əmin mərhəm bulunmaz, ey Nəsimi, bu gün,

Xəlqə faş etmə bu rəmzi, kəşfi əsrar istəmə.

Nəsimi bu hadisədən sonra tək qaldığını, lakin, “xəlqə”, yəni hər kəsə bu sirri açmaq istəmədiyini bildirib.

Mənbələrdə olan məlumatlarla qəzəldəki məlumatları qarşılaşdırarkən Əlincəqala müdafiəçilərinin Nəsiminin vastəçiliyi ilə Nəiminin qorunmasında fəal iştirak etdiyi, Əmir Altunun öldürülməsi ilə hadisələrin məcrasının dəyişməsi aydın olur. Nəiminin 1394-cü ildə Əlincəqala ətrafında faciəvi şəkildə edam olunması Əlicqala müdafiəçiləri ilə hürufilər arasında çox yaxın əlaqələr olduğunu deməyə əsas verir.

Göründüyü kimi, Nəsiminin qəzəllərindəki rəmzi mənalı məlumatlar Əlincəqalanın tarixinin öyrənilməsində mühüm rol oynayır. Nəsimi irsinin ətraflı öyrənilməsi Əlincəqalanın bəzi açılmayan sirrlərinə, tariximizin qaranlıq səhifələrinə işıq sala bilər.

Kamal Xanəgahı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Nəsimi Qəzəlləri

Творчество Имададдина Насими в азербайджанской литературе

Последняя версия

10 апр. 2020 г.
Разработчик
Google Play ID
Количество установок

App APKs

NƏSİMİ QƏZƏLLƏRİ APK

Nəsimi Qəzəlləri APP

Имададдин Насими – один из великих мастеров слова, которым народ Азербайджана даровал мировую культуру. Он опирался на богатые культурные и духовные богатства Востока и создал самые ценные жемчужины искусства. Единое литературное наследие мыслителя в сочетании с глубокими поэтическими философскими взглядами стало ясным выражением научного и философского мышления того периода, особой вехой в истории азербайджанской литературы, с древними корнями и многовековыми традициями.

Популярные запросы

LD Player – #1 Android Emulator

Лучший Эмулятор Андроида для ПК

Приложения · Hot

IronMeta One – Proxy Master IronMeta Studio · Инструменты

Google Play Маркет Google LLC · Инструменты

自由浏览 Greatfire.org · Связь

Instagram Instagram · Социальные

Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники

Популярные

MangaLib Malo Boucé · Книги и справочники

Cool Reader Vadim Lopatin · Книги и справочники

Когда намаз Kogdanamaz · Книги и справочники

Brawl Stars Wiki Fernas Techno · Книги и справочники

Русско-Узбекский Разговорник GK Apps · Книги и справочники

Читы на стандофф 2 на голду Tim_Dev · Книги и справочники

Super PDF Drive Reallyloaded Inc. · Книги и справочники

MangaHub HippoAD · Книги и справочники

Генератор гемов для бравл старс Banza-Dating · Книги и справочники

JW Library Jehovah’s Witnesses · Книги и справочники

APKCombo Installer

Порядок установки XAPK, APKS, OBB?

Comments are closed, but trackbacks and pingbacks are open.