Ocaqov mülki müdafiə
3. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Ocaqov mülki müdafiə
18.03.22 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair
18 mart 2022-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və Şirvan Apellyasiya Məhkəməsinin sədri V.Abdullayevin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi X.Sarıyevin mütəxəssis qismində mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 340.2-ci maddəsinin həmin Məcəllənin 324, 389, 337.1 və 337.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan Y.Əliyevin X.Ağayev və qeyrilərinə qarşı pul tələbinə dair mülki iş üzrə müəyyən olunmuşdur ki, Y.Əliyev baş etibarnamə əsasında sahibliyində və istifadəsində olan avtomobili N.Abdullayevə satmış, məbləğin bir hissəsi dəzgahla əvəzləşdirilmiş, qalan hissəsinin isə alğı-satqı rəsmiləşdirilərkən ödənilməsi razılaşdırılmışdır. Həmin müqavilə N.Abdullayevin xahişi ilə Y.Əliyev və X.Ağayev tərəfindən imzalanmışdır. Sonradan alğı-satqı müqaviləsi üzrə məbləğ ödənilmədiyindən, Y.Əliyev X.Ağayev və digərlərinə qarşı pul tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir.
Cəlilabad Rayon Məhkəməsi 21 may 2021-ci il tarixli qətnaməsində müqavilənin Y.Əliyev ilə məhz X.Ağayev arasında bağlandığına əsaslanaraq iddianı sonuncuya münasibətdə təmin etmiş, digər cavabdehlərə münasibətdə isə rədd etmişdir.
X.Ağayev birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək müqavilənin əslində onunla deyil, digər cavabdeh N.Abdullayevlə bağlandığından iddiaçı tərəfindən tələb olunan pulun da məhz sonuncu tərəfindən ödənilməli olduğunu bildirmişdir.
Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən yalan əqdlərin etibarsızlığı ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı və müxtəlif yanaşmaların olduğu müəyyən edilmişdir. Bəzi məhkəmələrin mövqeyinə görə, eyni predmetlə bağlı müqavilələr bağlanarkən subyekt tərkibi baxımından yalan əqdlərin bağlana bilməsi şübhəsizdir. Digər yanaşmaya görə isə yalan əqd yalnız eyni tərəflər arasında yaranmış formal və faktiki münasibətlər zamanı mövcud ola bilər.
Müraciətedən məhkəmə təcrübəsində ikili yanaşmalara son qoyulması, mülki məhkəmə icraatının səmərəliliyinin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar qanunvericiliyin mülki-hüquqi öhdəliklərin yaranmasının ən mühüm əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən yalan əqdlərin əhəmiyyətsizliyi ilə bağlı normalarının açıqlanmasını zəruri hesab edir.
Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).
Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:
– əqdin subyekt tərkibinə dair şərtlər;
– əqdin məzmununa dair şərtlər;
– əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;
– əqdin formasına dair şərtlər.
Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.
Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir:
– görüntüdə bağlanan əqd və ya pərdələyən əqd – tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;
– gizli bağlanan əqd və ya pərdələnən əqd – tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;
– yanlış təsəvvür yaratmaq niyyəti – tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
Bir sıra ölkələrin qanunvericiliyində də yalan əqdlərlə bağlı münasibətləri tənzimləyən eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Belə ki, Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir.
Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir.
Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
– Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
Kafedrasi
1. TEMATİK-METODİK GÖSTƏRİŞLƏR
Azərbaycan Respublikasının bəzi ali məktəblərində (texniki ali məktəblərində) həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar “Mülki müdafiə” fənni ayrı-ayrı tədris edildiyi üçün onların proqramı da müxtəlifdir, proqramlarda çoxlu təkrarlanmalara yol verilir. Humanitar və pedaqoji ali məktəblərdə isə insanların gündəlik fəaliyyətində (işdə, məişətdə və s.) qarşılaşdıqları adi təhlükə hallarından (səs-küydən, tozdan, cərəyandan, qazdan və sairə) mühafizə tədbirləri tədris edilmir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci tarixli 1182 saylı Fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin yaradılması və həyat fəaliyyətinin təhlükəsizliyi ilə əlaqədar məsələlərin Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi, ali məktəblərdə “Mülki müdafiə” fənninin tədrisi məsələlərinə yenidən baxılması gündəmə gəlir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı qərarına görə:
– Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin “Mülki müdafiə” hazırlığı proqramı, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
-“Mülki müdafiə” – ali məktəblərdə əyani və qiyabi şöbələrinin bütün tələbələrinə öyrədilməsi məcburi olan fənn sayılır və tədris planına xüsusi fənn kimi daxil edilir.
– Ali məktəblərin tələbələrinə “Mülki müdafiə” fənni qüvvədə olan proqrama müvafiq tədris edilir.
– Tələbələrə “Mülki müdafiə” fənninin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
– Sülh və müharibə dövründəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;
– Tibbi biliklərin əsasına yiyələnmək və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım göstərməyi bacarmaq;
– Ümumtəhsil məktəblərinin 1, 5, 6 siniflərində “Mülki müdafiə” və “Tibbi-sanitariya hazırlığı” üzrə məşğələlər aparmağı bacarmaq.
“Mülki müdafiə” fənni imtahan verməklə qurtarır.
“Mülki müdafiə” fənnin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir:
– fövqəladə hallar, onların baş vermə səbəblərini;
– fövqəladə hadisələrin xəbərdar edilməsinin növləri və vasitələri;
– davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yolları;
– fövqəladə hallarda əhalinin mühafizəsinin prinsipləri və üsulları;
– fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri;
– zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirə salınmaz işləri;
– fövqəladə hallarda iqtisadiyyat obyektlərinin iş dayanıqlığının təmin edilməsi
yollarıni və üsullarını;
– istehsalat sahəsində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini;
– istehsalat sahələrində insanlar üçün təhlükə törədən amilləri;
– istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və təhlilini;
– zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini.
Bacarmalıdır:
– ehtimal olunan fəlakət barədə əhalinin xəbərdar edilməsinin təşkili;
– əhalinin fövqəladə hallarda mübarizəyə və mühafizəyə hazırlanmasını;
– fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcıllığının təşkilini;
– zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsini;
– fövqəladə hallarda tibb xidmətinin təşkil edilməsini;
– istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və aktın tərtib edilməsini;
– istehsalat sahələrində təlimatların aparılmasını;
– istehsalat sahələrində işçilər üçün təhlükə törədən amillərin aradan qaldırılması
tədbirlərinin həyata keçirilməsini;
– istehsalat qəzalarının və fəlakətlərin proqnozlaşdırılmasını.
Mövzu 1. Fövqəlada hallar və onların xarakteristikası.
Fövqəlada halların təsnifatı, onların yaranma səbəbləri, anlıayışı və təyini.Təbii xarakterli fövqəlada halların qısa xarakteristikaları, onların əhaliyə və obyektlərə təsiri. Texnogen xarakterli fövqəlada hallar, onların baş vermə səbəbləri, istehsalat qəzaları və fəlakətlər, onların xarakteristikaları və nəticələri. Respublikamızın ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəlada hallar (zəlzələ, daşqın, sellər, yanğın, torpaq sürüşmələri və s.), onların nəticələri.
Hərbi xarakterli Fövqəlada hallar, onların əhaliyə və obyektlərə təsiri. Nüvə partlayışının zədələyici amilləri, onların insanlara, bina və qurğulara təsiri, dağılma zonaları, binaların, qurğuların, avadanlıqların dağılma dərəcəsi. İşıq şualanması, yaşayış məntəqələrində, obyektlərdə, meşələrdə yanğınların baş verməsi. Nüfuzedici radiasiya, şualanma dərəcəsi, şua xəstəlikləri. Radioaktiv zəhərlənmə zonaları, radioaktiv zəhərlənmənin nəticələri. İonlaşdırıcı şüalanmaların və elektromaqnit impulsunun insan orqanizminə, elektron və elektrik cihazlarına, avadanlığa təsiri.
Kimyəvi zədələnmə ocağı, xarakteristikası, kimya təhlükəli obyektlərdə qəzalar və onların nəticələri, kimyəvi və bioloji zədələnmə, zəhərləyici və güclü təsirli zəhərli maddələr, onların insan orqanizminə təsiri. Bioloji zədələnmə ocağı, xarakteristikası, karantin və observasiya rejimləri.
Mövzu 2. FH-da fəaliyyət göstərən Dövlət Sisteminin rolu və vəzifələri.
Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri, ümumi məqsədli
xidmətləri, qüvvələri, konsepsiyanın əsas məsələləri. Fövqəlada hallarda fəaliyyət göstərən Dövlət sistemi, onun vəzifələri.
Mövzu 3. Fövqəlada hallarda yaranmış şəraitin qiymətləndirilməsi.
Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış, kəşfiyyatın
məlumatlarına görə həqiqi radiasiya şəraitinin qiymətləndirilməsi. Ehtimal olunan
Kimyəvi şəraitinin proqnozlaşdırılması və kəşfiyyatın məlumatlarına görə qiymətləndirilməsi. Radiasiya və kimyəvi şəraitin qiymətləndirilməsinə aid səciyyəvi məsələlərin həlli.
Nüvə partlayışından sonra radiasiya səviyyəsinin eyni vaxta gətirilməsi. Radiaktiv maddələrlə zədələnmiş ərazidə fəaliyyət zamanı mümkün şüalanma dozasının təyin edilməsi. Zədələnmiş ərazidə insanların təhlükəsiz qalma müddətinin təyini. Fəhlələrin, qulluqçuların, əhalinin və dəstələrin şəxsi heyətinin təyini. Kimyəvi zədələnmə ocağının sərhəddinin, zədələnmə zonalarının sahələrinin, zəhərləyici maddələrin növünün təyin edilməsi. Yerdə və texnikada zəhərləyici maddələrin dayanıqlığının təyini. Zəhərlənmiş havanın yayılma məsafəsinin təyini. Fəhlə və qulluqçuların mühafizə vasitələrində qalma müddətinin təyini. Obyektin (bina, qurğu, kommunikasiya və s.) elementlərinin dağılma dərəcəsinin təyini. Zədələnmə ocaqlarında yanğınların sərhədlərinin təyini. Radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təsnifatı və iş prinsipləri. İonlaşdırıcı şüalanmaların aşkar edilməsi və ölçülməsi üsulları. Radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazlarının əsas xarakteristikaları və onlardan istifadə edilmə qaydaları. Dozanın gücünü və şualanma dozasını ölçən cihazlar: İMD-21 DP-64, DP-22V, İD-1, DP-5A (B, V), DP-24 və Qoşun kimyəvi kəşfiyat cihazı, xarakteristikaları, istifadə qaydaları, təyinatı və quruluşu.
Mövzu 4. Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və
üsulları.
Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Əhalinin köçürülməsi. Mülki müdafiənin mühafizə qurğuları, onların təyinatı, təsnifatı. Radiasiya daldalanacaqları, onların həcmi – planlaşdırma, konstruktiv həlli, mühəndis – texniki avadanlıqlar. Sadə daldalanacaqlar. Mühafizə qurğularının sülh dövründə saxlanması və istifadə edilməsi. Fövqəlada hallarda fərdi mühafizə vasitələrindən istifadə edilməsi, onların təsnifatı, tənəffüs üzvlərinin və dərinin mühafizə vasitələri, tibbi mühafizə vasitələri, yardımçı vasitələr, fövqəlada hallarda obyektlərin iş fəaliyyətinin və əhalinin mühafizə rejimləri. Dozimetrik və kimyəvi nəzarətin təşkili.
Mövzu 5. Fövqəlada hallarda iqdisati obyektlərin işinin dayanıqlığı.
Fövqəlada hallarda obyektlərin iş dayanıqlığı haqqında anlayış, onun mahiyyəti və ona təsir edən amillər. Mülki müdafiənin mühəndis – texniki tədbirlərinin layihələndirilməsi normaları və onların həyata keçirilməsi. Fövqəladə hallar zamanı obyektlərin işinin dayanıqlığının və dayanıqlıq dərəcəsinin qiymətləndirilməsi. Fövqəladə hallarda obyektlərin iş qabiliyyətinin yüksəldilməsi yolları və üsulları.
Mövzu 6. Fövqəlada halların nəticələrinin aradan qaldırılması.
Fövqəlada halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları, bərpa işlərinin növləri. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə işlərin növbəliliyi, ardıcıllığı və mərhələlərlə aparılması, cəlb edilən qüvvə və vasitələr. Xilasetə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsədi, tərkibi və icrasının xüsusiyyətləri, X və DTİ aparılmasının taktiki üsulları, istehsalat qəzaları və fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün qüvvə və vasitələrin qruplaşdırılması. X və DTİ mənəvi və psixoloji hazırlığı.
Zərərsizləşdirmənin növləri, zərərsizləşdirici vasitələr və üsullar, tam və qismən sanitariya təmizlənməsi. Ərzaq və sənaye mallarının mühafizəsi və zərərsizləşdirilməsi.
Mövzu 7. Fövqəlada hallarda rabitə, xəbərdarlığın təşkili və həyat
fəaliyyətinin təhlükəsizliyinin təmini.
Fövqəlada hallar zamanı idarəetmə və idarəetmə məntəqələri, onların təyinatı və yerləşdirilməsi, idarəetmənin növləri, mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri və rabitə xəbərdarlıq vasitələri. Obyektlərdə, şəhərlərdə (rayonlarda) rabitə və xəbərdarlığın təşkili. Xəbərdarlıq siqnallarının verilmə qaydaları və vasitələri, əhalinin idarəetmə orqanlarının, qüvvələrin fövqəladə hallara hazırlığı.
Mövzu 8. Fövqəlada hadisələrdən mühafizə sahəsində əhalinin
hazırlanmasının əsasları.
Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması mülki müdafiənin (FHN) əsas vəzifələrindən biridir. İdarəetmə orqanlarının və qüvvələrinin fövqəladə hallara hazırlığı. Əhaliyə Mülki müdafiənin öyrədilməsinin (tədrisin) təşkili və planlaşdırılması. İşləyən və işləməyən əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsi. Obyektdə Mülki müdafiə üzrə hazırlıq planlarının tərtibi. Obyektdə mülki müdafiə rəhbərinin əmri, tədris ilində Mülki müdafiə üzrə tədbirlərinin təqvim planlarının tərtibi. Mülki müdafiə dəstələrinin hazırlanmasında əsas məqsəd və vəzifələr. Mülki müdafiənin təlimlərinin prinsipləri, metod və formaları. Seminar.
Mövzuların, mühazirə, məşğələ və seminar növləri üzrə
tədris saatlarının paylanması.
Ocaqov mülki müdafiə
“1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə Mülki Müdafiə Qərargahının tədbiri təşkil olunub
Muzeyin Mülki Müdafiə Qərargahının rəisi Rasim Sultanovun təşkilatçılığı ilə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə”mövzusunda tədbir keçirilmişdir.
Tədbir ölkəmizdə koronovirus pandemiyasının geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə məhdud sayda iştirakçı cəlb olunmaqla muzeyin şöbələrində və fondlarında keçirilmişdir. Tədbirdə tibbi fərdi mühafizə vasaitələri nümayiş etdirilmiş və onlardan düzgün istifadə qaydaları haqqında geniş məlumat verildi. İlkin həkimə qədər tibbi yardım metodları, əleyhqazdan və odsöndürücü balonlardan istifadə qaydaları izah edilərək əyani nümayiş etdirildi.
Tarix elmləri doktoru Fərhad Cabbarov məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş tədbirdə çıxış edib
16 mart 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov Elm və .
Hörmətli muzeysevərlər, Novruz bayramı ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi 20-21 mart tarixlərində fəaliyyət göstərməyəcək. Martın 22-dən başl.
Muzeyin əməkdaşı şagirdlərə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı Azərbaycan Qadın və İnkişaf Mərkəzinin .
Muzeydə “İpək yaylığın nağılı” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Novruz bayramına həsr olunmuş “İpək yaylığın nağılı” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən muzeyin elmi katibi.
8 mart- Beynəlxalq Qadınlar günü
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xanımlarını 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara can sağlığı, qadın səadəti və x.
Elmi Şurada yeni ekspozisiyanın qurulması ilə bağlı məsələlər müzakirə olunub
Martın 3-də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Və.
Dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzeyi ziyarət edib
Bu gün məşhur azərbaycanlı fotoqraf Reza Deghati muzey rəhbərliyi ilə görüşüb. Tanınmış fotoqrafla gələcək əməkdaşlıq mövzuları ətrafında söhbət aparı.
Muzeydə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Mü.
Comments are closed, but trackbacks and pingbacks are open.