Press "Enter" to skip to content

Oliver Tvistin macəraları

– Niyə ağlayırsan? – deyə soruşdu.

Текст книги “Oliver Tvistin macəraları”

Yenicə dünyaya gəlmiş körpə qışqırırdı. Ana zəif səslə dedi:

– Uşağı mənə göstərin, sonra ölüm.

– Allah eləməsin! – xəstə baxıcısı olan sərxoş arvad sözə qarışdı. – Görün uşağınız nə qəşəngdir!

Ana əlini uşağa uzatdı. Həkim uşağı götürüb onun qucağına qoydu. Ana solğun dodaqlarını körpənin alnına yapışdırdı. Əlini onun üzünə çəkdi və çılğın bir halda ətrafa baxdı. Birdən titrəyib sarsıldı, başı yastığa düşdü və …öldü.

– Hər şey bitdi, missis Tinqami! – deyə həkim handan-hana dilləndi.

– Hə, elədir, hər şey bitdi. Ah, yazıq!

Xəstəyə baxan arvad əyilib uşağı anasının qucağından götürdü.

– Əgər uşaq ağlayıb-qışqırsa, dalımca adam göndərməyin, – həkim dilləndi. – Ona duru sıyıq verərsiniz.

Həkim otaqdan çıxarkən soruşdu:

– O, haradan gəlmişdi?

Qoca arvad dedi:

– Bunu heç kəs bilmir.

Həkim əyilib ananın sol əlini qaldırdı və:

– Nişan üzüyü də yoxdur… – dedi.

Həkim getdi. Sərxoş arvad stula əyləşdi, uşağa balaca bir köynək geyindirdi və bələməyə başladı.

Uşağı burada qeydə aldılar, qoluna yarlıq bağladılar. Bununla da müəyyən edildi ki, o, yurdsuzlar evində doğulub, yetimdir.

Uşaq bərk qışqırırdı. Əgər bilsəydi ki, doğulduğu ilk gündən yetimdir, daha bərk qışqırardı. Ona Oliver Tvist adı verildi.

Onu əmziklə yedizdirirdilər. Oliverə dayə tapılmadığı üçün məhəllə hakimiyyəti onu “ferma”ya göndərməyə qərar verdi.

Ferma adlanan yerdə iyirmi-otuz uşaq yemək və paltarın nə olduğunu bilmir, bütün günü quru döşəmənin üstündə eşələnib, qaynaşırdı. Onlara yaşlı bir qadın nəzarət edirdi. Həmin qadın, yəni missis Mann aldığı pulun böyük hissəsini özünə xərcləyir, uşaqları ac qoyurdu. Aclıqdan hər on uşaqdan səkkizi ölürdü. Bəziləri ocağa düşüb yanırdı. Bəzisinin üstünə qaynar su tökülərək ölümcül bişirdi.

Məhəllə şurası arabir gəlib uşaqları yoxlayırdı. Yoxlama gələndə bidl əvvəlcədən xəbər verərdi. Bidl şurada ən aşağı vəzifə idi. Bu vəzifəni isə mister Bambl icra edirdi. Yoxlama gələndə uşaqları səliqəli geyindirir, sıraya düzürdülər. Məhəllə şurası da onlara baxıb razı qalırdı.

Oliver Tvist doqquz yaşına çatanda bənizi solğun, boyu balaca, cılız bir uşaqdı. Amma xoşxasiyyət idi. Bir dəfə ad günündə möhkəmcə kötəklənib iki uşaqla birlikdə kömür anbarına salınmışdı. Onlar ac olduqlarını cəsarət edib söylədiklərinə görə cəza almışdılar.

Həmin səhər mister Bambl qəflətən fermaya gəldi. Missis Mann onun gəldiyini görəndə qulluqçuya dedi:

– Oliveri və o biri iki uşağı gətir, tez əl-üzlərini yu!

Özü isə bidlin qarşısına çıxaraq hündürdən dedi:

– Mister Bambl, sizi görməyə necə də şadam!

Mister Bambl cüssəli adam idi. Missis Mann onun əsasını və üçkünc şlyapasını alıb masanın üstünə qoydu. Mister Bambl oturub alnının tərini sildi. O dedi:

– Missis Mann, bir iş üçün gəlmişəm. O sizdəki Oliver Tvistin bu gün doqquz yaşı tamam oldu. O vaxt məhəllə şurası onun atasının tapılması üçün on funt1 1
funt və ya funt sterlinq – Böyük Britaniyada bu günədək istifadə olunan qədim pul vahidi

[Закрыть] mükafat təyin etmişdi, sonra iyirmi funta qaldırdı. Yenə də onun atasının kim olduğu bilinmədi.

Miss Mann heyrətlə ona baxırdı:

– Elə isə bəs ona soyadı necə vermişlər?

– Özüm uydurmuşam. Hə, məhəllə şurası onu yurdsuzlar evinə qaytarmağı qərara alıb. Gəlmişəm onu aparım.

– Bir dəqiqə, – deyə missis Mann otaqdan çıxdı.

Oliverin üzündə qartmaq bağlamış çirki mümkün qədər yuyub təmizləmişdilər. Missis Mann onu otağa gətirdi və Oliverə bidlə təzim etməyi əmr etdi. Oliver təzim etdi.

Mister Bambl vüqarla soruşdu:

– Mənimlə getmək istəyirsənmi, Oliver?

Oliver hazır idi desin ki, böyük bir həvəslə buradan gedər. Lakin gözlərini azacıq yuxarı qaldırıb bidlin oturduğu stulun arxasında missis Mannın qəzəbli sifətini və hədələyici yumruğunu gördü. Nitqi qurudu. Bu yumruqlar ona yaxşı tanış idi. Yazıq Oliver soruşdu:

– Tərbiyəçimiz də mənimlə gedəcək?

– Yox, o gedə bilməz. Amma hərdənbir gəlib sənə baş çəkəcək.

Ağlı kəsdi ki, hiylə işlətməlidir. Özünü elə göstərməlidir ki, guya buradan böyük təəssüflə ayrılır. Odur ki, bir az ağladı. Missis Mann onun öpdü, uşaq ac görünməsin deyə, üstünə yağ çəkilmiş bir parça çörək mükafat verdi. Oliverin ehtiyacı elə ən çox bu çörək parçasına idi.

O, bidlin yanına düşüb getdi. Onu kədərləndirən yeganə şey bu dünyadakı yeganə dostlarından ayrılması idi.

Mister Bambl küşə ilə iri addımlarla gedir, Oliver onun yanınca yorğalayırdı.

Oliver cəmi dörd saat olardı ki, yurdsuzlar evinə gəlmişdi. Ona verilmiş ikinci çörək tikəsini yenicə yeyib qurtarmışdı ki, mister Bambl qayıdıb gəldi. Elan etdi ki, Oliver məhəllə şurasına çağırılır.

Oliver məhəllə şurasının nə olduğunu bilmirdi. Karıxıb qalmışdı. Mister Bambl onu əsası ilə vurdu. Sonra əhənglə ağardılmış böyük bir otağa apardı. Masanın arxasında səkkiz-on nəfər kök centlmen əyləşmişdi. Oliver baş tərəfdə, daha hündür kresloda əyləşmiş qırmızısifət bir centlmen gördü.

– Məhəllə şurasına təzim et, – deyə bidl ona əmr etdi.

Oliver gözündəki damcıları birtəhər sildi və uzun masanı gördü. Təzim etdi. Hündür kresloda əyləşmiş centlmen soruşdu:

– Adın nədir, oğlan?

Oliver bu qədər centlmeni görüb titrəyirdi. Bidl onu arxadan bir yumruğa qonaq elədi. Bu da onu ağlamağa vadar etdi. Nəhayət, o, özünə gəlib cavab verdi.

– Bura bax, oğlan, – deyə hündür kresloda əyləşmiş centlmen ona müraciət etdi. – Yetim olduğunu, yəqin ki, bilirsən, hə?

– O, nə olan şeydir, ser? – deyə Oliver soruşdu.

– Bu oğlan lap axmaqdır ki! Mən elə baxan kimi bilmişdim, – ağ jiletli centlmen dedi. – Deyirəm ki, yəni sənin atan və anan yoxdur… Elədirmi?

Oliveri ağlamaq tutdu. Ağ jiletli centlmen təəccüblə:

– Niyə ağlayırsan? – deyə soruşdu.

– Doğrudan da, qəribədir! Axı bu uşaq nə üçün ağlasın? – bunu başqa bir centlmen dedi.

Sonra onu böyük bir otağa apardılar. Orada o, dəmir çarpayının üstündə yuxuya gedənə qədər ağladı.

Zavallı Oliver! Yaxşı ki, heç nədən xəbəri yox idi. Məhəllə şurası bir müddət əvvəl çox müdrik bir qərar qəbul etmişdi. Onlar bu qərara gəlmişdilər ki, yoxsullar yurdsuzlar evini yaman çox sevirlər! Bura onlar üçün müftə aşxanadır – səhər yeməyi, nahar və axşam yeməyi müftə. Əsl cənnət! İş yox, güc yox. Ona görə də məhəllə şurası buna belə əncam çəkmişdi: uşaqlara gündə üç dəfə yarma horrası, həftədə iki dəfə bir baş soğan və bazar günlərində isə para bulka verilməsini qərara almışdılar.

Yarım il idi ki, bu qayda tətbiq edilirdi. Amma tabut ustasının işi artmışdı. Bir-iki həftə yarma yeyəndən sonra yoxsullar arıqlayıb çöpə dönür, sayları sürətlə azalırdı.

Oğlanlara böyük bir otaqda yemək verirdilər. O başda tiyan vardı. Yemək vaxtı nəzarətçi önlüyünü taxıb həmin tiyandan horra paylayırdı. Hərəyə bir kasa verilirdi. Bundan artıq olmazdı. Hərə bir parça da çörək alırdı. Kasaları heç vaxt yumaq lazım gəlmirdi. Uşaqlar kasaları qaşıqla elə qaşıyıb təmizləyirdilər ki, içi yenə əvvəlki kimi parıldayırdı. Kasa təmizləmək işini bitirən kimi gözlərini dikirdilər tiyana.

Oliver və yoldaşları aclıqdan yavaş-yavaş əriyib çöpə dönür və o qədər hərisləşirdilər ki, hətta ağıllarını itirirdilər. Onların arasında yaşına görə ucaboy bir oğlan vardı. Bir gün bu uşaq qaşqabağını töküb demişdi ki, əgər ona bir kasa da horra verməsələr, qorxur ki, gecənin birində yanında yatan zəif uşağı basıb yeyər. Uşaqlar onun parıldayan gözlərinə baxıb qorxuya düşmüşdülər.

Nə isə, yığışıb məsləhətləşdilər. Həmin gün axşam yeməyindən sonra bir nəfər əlavə horra istəməli idi. Püşk atdılar, bu iş Oliverin öhdəsinə düşdü.

Axşam oldu, hərə öz yerini tutdu. Aşpazla köməkçilər tiyanın yanını kəsdirdilər. Horra kasalara töküldü. Yeməkdən əvvəl uzun bir dua oxundu. Dua bitən kimi horra da yoxa çıxdı. Uşaqlar pıçıldaşır, Oliverə göz vurur, dürtmələyirdilər. Nəhayət, Oliver masanın arxasından qalxdı, kasa əlində nəzarətçiyə yaxınlaşdı. Ürkək bir səslə dedi:

– Bağışlayın, ser, mən yenə istəyirəm.

Aşpaz yekəpər adam idi. O, bu sözü eşidəndə heyrətdən quruyub qaldı. Bir neçə saniyə bu kiçik üsyankara baxdı. Nəhayət, dillənib zəif bir səslə dedi:

– Bağışlayın, ser, mən yenə istəyirəm.

Aşpaz əlindəki çömçəni Oliverin başına vurdu, sonra da əllərindən tutub dəli kimi bağırdı, bidli çağırdı.

Mister Bambl məsələni öyrənib dəhşətə gəldi. Şuraya gedib hündür kresloda əyləşən centlmenə müraciət edərək dedi:

– Mister Limkins, məni əfv edin, ser! Oliver Tvist daha bir qab horra istəyib!

Dəhşətdən hamının üz-gözü əyildi.

– Yenə istəyib?! – deyə mister Limkins soruşdu. – Sakit olun, Bambl və mənə ağıllı-başlı bir cavab verin. Deməli, öz horra payını yeyəndən sonra yenə istəyib, hə?

– Bəli, bax o cür olub, ser.

Ağ jiletli centlmen dedi:

– Bu oğlanın son yeri dar ağacıdır. Bəli, mən bilirəm: ömrünü orada tamamlayacaq.

Qızğın müzakirə başlandı. Sərəncam belə oldu: Oliver dərhal həbsə alınsın.

O biri gün isə darvazaya belə bir elan vuruldu: Oliver Tvisti öz yanına hansısa sənət köməkçisi götürmək istəyən adama beş funt mükafat təklif olunur.

İş yüngül, maaş isə yaxşı ola bilməzdi

Oliver bir həftə qaranlıq otaqda dustaq qaldı. Az qalırdı burun dəsmalını boğazına bağlayıb özünü divardakı mıxdan assın. Lakin onun cib dəsmalı yox idi. Çünki yurdsuzlar evindəki yoxsullara burun dəsmalları verilmirdi.

Oliver bütün günü ağlayırdı. Gecə düşəndə isə qaranlığı görməmək üçün əlləri ilə gözlərini örtürdü. Bir küncə çəkilib yatmağa çalışır, tez-tez diksinib yuxudan ayılırdı.

Havalar soyuq keçirdi. Oliverə icazə verilmişdi ki, hər səhər həyətə çıxıb soyuq su ilə əl-üzünü yusun. Bu zaman mister Bambl da mütləq orada olmalı idi. O qayğıkeşlik göstərirdi ki, uşağa soyuq dəyməsin. Bu məqsədlə Oliverin bədəninə əlindəki əsa ilə qızışdırıcı zərbələr endirirdi.

Oliveri uşaqların nahar etdiyi otağa gətirir, hamıya dərs olsun deyə onların gözü qabağında döyürdülər. Hər axşam dua oxunan saatda onu yumruqlayıb uşaqların qarşısına çıxarırdılar. Məhəllə şurasının qərarı ilə duanın sonuna əlavələr edilmişdi. Bu əlavələrdə uşaqlar Allaha yalvarırdılar ki, onları Oliver Tvistin bəd əməllərindən qorusun. Deyilirdi ki, Oliver cin və şeytanların tilsiminə düşübdür.

…Həmin günlərin birində bacatəmizləyən mister Gemfild küçə ilə gedirdi. Borcunu verə bilmədiyi üçün fikir-xəyal içində idi. Beş funtu heç cür tapıb düzəldə bilmirdi. Yurdsuzlar evinin qabağına çatanda divarda yazılmış elanı gördü. Mister Gemfild eşşəyinə səsləndi:

Eşşək də fikir-xəyal içində idi. Arabadakı yükdən nə vaxt xilas olacağını düşünürdü. Fikirləşirdi ki, bundan sonra ona bir-iki kələm özəyi qismət olacaqmı? Ona görə də əmri eşitmədi.

Mister Gemfild hirslənib eşşəyə lənətlər yağdırdı. Sonra qaçıb arabanı saxladı. Eşşəyin başına elə bir zərbə ilişdirdi ki, eşşəyin başqa yeri olsaydı, partlayardı. Belə etməkdə məqsədi o idi ki, sahibinin kim olduğunu ona başa salsın. Eşşək də insafən başa düşdü. Sonra eşşəyə daha bir zərbə ilişdirdi ki, yerindən tərpənməsin.

Ağ jiletli centlmen iclasda bir neçə dərin fikir söyləyib indicə bayıra çıxmışdı. Mister Gemfild ilə eşşək arasında baş verən incikliyi gördü. Onun elanı oxumaq üçün yanaşdığını görüb gülümsədi. Başa düşdü ki, Oliver Tvistə ağalıq edə biləcək adamdır.

Mister Gemfild də başa düşdü ki, bu uşaq balaca və sısqadır. Mükafat isə şirnikdirmək üçündür. Amma bacaları təmizləmək üçün çəlimsiz uşaqlar əlverişlidir.

Mister Gemfild dedi:

– Əgər məhəllə şurası arzu etsə ki, bu uşaq xoşagələn bir peşə sahibi olsun, mənə belə bir şagird lazımdır.

Ağ jiletli centlmen dedi:

İçəridə məhəllə şurası üzvləri oturmuşdular. Limkins dedi:

– Baca təmizləmək çox sarsaq sənətdir.

– Uşaqlar bacaların içində boğulur, – deyə o biri centlmen əlavə etdi.

Mister Gemfild izahat verib dedi:

– Elədir, amma bunun səbəbi var. Uşaqlar çox tərs və tənbəl olur. Onlar bacada yuxulayırlar. Onları oradan çıxmağa məcbur etmək üçün qızğın alovdan yaxşı çarə yoxdur. Uşağı bütünlüklə yandırmırsan ki… Ancaq aşağıdan onun ayaqlarını bişirirsən. Uşaq hiss edəndə ki, dabanı bişir, o saat var qüvvəsi ilə bacadan çıxmağa çalışır.

Bu izahat ağ jiletli centlmenə ləzzət elədi. Şura üzvləri öz aralarında pıçıltı ilə danışdılar. Nəhayət, pıçıldaşma qurtardı. Mister Limkins dedi:

– Biz təklifi qəbul etmirik.

Mister Gemfild öz işini bilən adam idi. Əvvəllər üç-dörd uşağı ölüncəyədək kötəkləyib döymüşdü. Ağlından keçdi ki, şura üzvləri, yəqin, o işləri xatırlayıblar. Dedi:

– Deməli, centlmenlər, siz onu vermək istəmirsiniz?

– Vermirik, – deyə Limkins cavab verdi. – Hesab edirik ki, mükafatın qədərini azaltmaq lazımdır.

Mister Gemfildin qaşqabağı açıldı:

– Yaxşı, bəs neçə verəcəksiniz, centlmenlər? Mən də kasıb adamam, elə edin hamı razı qalsın.

– Üç funt on şillinq2 2
şillinq – Böyük Britaniyada XVI əsrdən başlayaraq 1966-cı ilə qədər dövriyyədə olan pul vahidi. 20 şillinq 1 funt sterlinqə bərabər idi.

[Закрыть] , vəssalam, – deyə Limkins cavab verdi.

Gemfild tərəddüd edirdi. Ağ jiletli centlmen dedi:

– O uşağı ki, biz tanıyırıq, onu mükafatsız-filansız götürüb aparmağa dəyər. Al, götür get də, nə axmaq adamsan! Az yemək ver. Hərdənbir sal ağacın altına – bu, onun xeyrinədir. Ha-ha-ha!

Mister Gemfild razılaşmalı oldu. Qərara alındı ki, məhkəmədən də razılıq alınsın.

Oliveri həbsdən azad etdilər. Ona təmiz köynək verilməsi əmr olundu. Mister Bambl şəxsən özü ona bir kasa horra və bayram günlərində verilən miqdarda çörək gətirdi.

Oliver ağladı. Fikirləşdi ki, şurada onu öldürməyə qərar verilib. İndi onu son dəfə yedizdirirlər.

Mister Bambl dedi:

– Ağlama, Oliver. Horranı ye, Allaha şükür et. Səni şagirdliyə verməyə hazırlaşırlar.

– Hə, Oliver, şagirdliyə. Bir sənət öyrənər, adam olarsan. Məhəllə şurasına bu çox baha – üç funt on şillinqə başa gələcək.

Uşaq acı-acı ağlayırdı.

– Bəsdir daha! Oliver! Gödəkcənin qolu ilə gözünü sil. Göz yaşını horranın içinə tökmə.

Doğrudan da, bu cür yaramazdı, çünki horranın özündə kifayət qədər su vardı.

Hakimin yanına gedəndə mister Bambl onu başa saldı ki, özünü çox razı və xoşbəxt göstərsin. Hakimə cavab versin ki, şagirdliyə getməyə ürəkdən razıdır.

…Bura pəncərəsi olan geniş bir otaq idi. Yuxarı başda iki qoca centlmen əyləşmişdi. Biri qəzet oxuyur, o biri isə diqqətlə bir kağıza baxırdı. Eynəkli qoca kağıza o qədər baxdı ki, birdən mürgülədi. Mister Bambl sükutu pozdu:

– Budur həmin uşaq, möhtərəm hakim.

Qəzet oxuyan qoca centlmen başını qaldırdı və yanındakı o biri qocanın qolundan dartdı. O da yuxudan ayıldı.

Oliver hörmətlə təzim etdi.

Qoca centlmen dedi:

– Hə, çox gözəl. Zənn edirəm ki, baca təmizləmək sənəti çox xoşuna gəlir, eləmi?

– Bəli, o sənətdən ötrü dəli-divanədir, möhtərəm hakim, – deyə mister Bambl cavab verdi.

– Deməli, bacatəmizləyən olmaq istəyir, eləmi?

– Başqa bir sənətə qoysaq, o saat qoyub qaçar.

– Bu adam ki, gələcəkdə onun ağası və sahibi olacaqdır… Sizi deyirəm, ser… Siz, yəqin ki, onunla yaxşı rəftar edəcəksiniz. Yemək verəcəksiniz, eləmi?

– Əlbəttə, bir halda ki, boynuma götürürəm, – mister Gemfild bir qədər qaşqabaqlı cavab verdi.

– Siz kobud danışırsınız, dostum. Amma ürəyiaçıq adama oxşayırsınız, – deyə qoca centlmen eynəyini düzəldib bu adama baxdı.

Gemfildin iyrənc görkəmi onun rəhmsiz adam olduğunu göstərirdi. Lakin məhkəmə hakiminin gözü yaxşı görmürdü.

– Ümid edirəm ki, elədir, ser, – deyə mister Gemfild çox iyrənc bir təbəssümlə cavab verdi.

Qoca centlmen mürəkkəbqabını tapmaq üçün yan-yörəsinə göz gəzdirməyə başladı.

Oliverin həyatında həlledici dəqiqə idi. İndicə hakim qələmin ucunu mürəkkəbə batırıb kağıza qol çəkəcəkdi və Oliveri götürüb aparacaqdılar. Lakin mürəkkəbqabını görə bilmirdi. Birdən onun nəzəri qarşısında dayanmış Oliverin solğun və ürkmüş sifətinə sataşdı. Uşaq qorxu və dəhşət içində öz gələcək ağasının iyrənc sifətinə baxırdı. Qoca centlmen bu qəribə mənzərəni görəndə əl saxladı və qələmi bir kənara qoydu. Ucadan səsləndi:

Oliver diksindi. Çünki bu sözlər nəvazişlə deyilmişdi. Oliverin bütün bədəni sarsıldı, hönkürüb ağlamağa başladı.

– Oğlan, – deyə qoca centlmen təkrar etdi, – sən həyəcanlısan, rəngin də solğundur. De görüm axı nə olub?

– Siz onun yanından kənara çəkilin, bidl… – deyə o biri hakim əlindəki qəzeti bir kənara qoyub maraqla irəliyə boylandı. – Hə, oğlan, indi izah elə, görək nə olub? Qorxma, danış.

Oliver diz çökdü və əllərini sıxaraq yalvarmağa başladı ki, qoy onu yenə də qaranlıq otağa salsınlar… ac saxlasınlar… döysünlər… Əgər istəyirlər lap öldürsünlər, lakin onu bu dəhşətli adama verməsinlər.

– Sən bir buna bax a! – deyə mister Bambl gözlərini bərəltdi. – Belə de! Sən bir bu yetimə bax!

Mister Bambl bunu deyəndə ikinci qoca centlmen ona müraciət etdi:

– Danışığını bil, dilini saxla, bidl!

Mister Bambl qulaqlarına inanmadı:

– Möhtərəm hakim, bu sözü mənə dediniz?

– Bəli. Danışığını bil.

Mister Bambl heyrətdən yerində donub qaldı. Bidlə əmr edirlər ki, dilini saxla! Belə də şey olar? Deməli, dünyanın sonudur! Qiyamət günüdür!

Qoca centlmen dönüb öz həmkarına baxdı. O isə çox mənalı tərzdə başını tərpətdi.

– Biz bu müqaviləni təsdiq etmirik.

Qoca centlmen kağızı bir kənara tulladı. İkinci centlmen dedi:

– Uşağı qaytarıb aparın yurdsuzlar evinə. Özü də onunla yaxşı rəftar edin.

O biri günün səhəri elan edildi ki, Oliver muzdurluğa verilir. Onu almaq istəyənə beş funt mükafat veriləcək.

Oliverə başqa bir yer təklif edirlər

Məsləhət belə oldu ki, bəlkə, Oliveri dəniz səfərinə göndərsinlər. Yaşamaq üçün deyil, məhv olmaq üçün. Günün birində onu gəmidə sərxoş matros ya ölüncəyədək döyəcək, ya da dəmir linglə vurub başını partladacaq. Vəssəlam.

Hamı pu plana razılıq verdi. Mister Bamblı göndərdilər ki, gedib bir kapitan tapsın, bəlkə, ona gəmidə işləmək üçün şagird lazım oldu. Bambl qapıda mister Sauyerberi ilə rastlaşdı. Bu adam – tabutdüzəldən idi.

Mister Sauyerberi ucaboy, arıq və sümüklü bir adam idi. Köhnə qara kostyum geymişdi.

Onlar yurdsuzlar evində ölənlər üçün düzəldilən tabutlar barədə söhbətə başladılar. Lakin tabutçunun fikri divardan asılmış elanda idi. Odur ki, söhbət hərlənib Oliverin üzərinə gəldi. Tabutçu dedi:

– O oğlanı özüm götürəcəyəm.

Mister Bambl tabutçunun qoluna girdi və içəri apardı. Şura üzvləri razılığa gəldilər. Qərar belə oldu ki, Oliver günü bu gün tabutçunun yanına gedəcək. Sınaq müddəti qoyulacaq. Sahibkarın ixtiyarı vardı ki, uşağı kifayət qədər işlətsin, onunla öz bildiyi kimi rəftar etsin.

Elə həmin axşam kiçik Oliveri “centlmenlərin” yanına gətirdilər. Ona deyildi ki, əgər şikayətlənmək fikrinə düşsə, yaxud yurdsuzlar evinə qayıtmaq istəsə, onu ya dəniz səfərinə göndərəcəklər, ya da vurub başını partladacaqlar. Oliverdə təşviş və həyəcanını qətiyyən büruzə vermədi. Mister Bambla əmr etdilər ki, onu götürüb aparsın.

Oliver onların düşündüyü kimi duyğusuz bir uşaq deyildi. O, çox həssas idi. Yeni iş haqda xəbəri tam sükutla qarşıladı. Şələ-küləsini yığışdırdı. Onun bütün əşyaları kiçik bir torbanın içinə yerləşdi. Papağını gözünün üstünə basıb bidlin yanına düşdü.

Mister Bambl küçədə vüqarla gedirdi. O Oliverin ümumi görünüşünə nəzər saldı və ona xas olmayan mərhəmətli bir tərzdə dedi:

– Papağını çək alnına, başını qaldır və dik tut!

Oliver bu əmri o saat yerinə yetirdi. Başını qaldıranda onun gözlərində yaş damlaları parladı. Bu yaş damlaları yanaqlarından aşağı axırdı. Oliver nə qədər çalışırdısa da, göz yaşlarını kəsə bilmirdi.

– Belə de! – deyə mister Bambl ucadan dedi və ona acıqlı-acıqlı baxdı. – Belə de! Ömrümdə gördüyüm nanəcib və pozğun uşaqlardan, Oliver, sən…

– Yox, yox, ser! – Oliver hönkürə-hönkürə ucadan səsləndi. – Yox, yox, ser, bacararam. Axı mən hələ çox balacayam, ser. Özüm də elə… belə…

– Belə – yəni necə? – mister Bambl heyrətləndi.

– Belə də, kimsəsizəm, ser. Lap kimsəsizəm, heç kəsim yoxdur. Hamı mənə nifrət edir. Ah, ser, yalvarıram, mənə acığınız tutmasın!

Uşaq bu sözləri deyib, göz yaşları içində dönüb yanındakı yol yoldaşına baxdı.

Mister Bambl onun bu yalvarıcı baxışlarına bir qədər təəccüb etdi. Əmr etdi ki, gözünü qurulasın və yaxşı oğlan olsun. Sonra dinməzcə yoluna davam etdi.

Bidl içəri girəndə tabutçu öz haqq-hesab kitabında nə isə yazırdı. O, başını qaldırdı və dedi:

– Hə, sizsiniz, Bambl? Deməli, bu, həmin uşaqdır, elədirmi? Missis Sauyerberi, bir bura gəl, mənim əzizim.

Dükanın arxa tərəfindən ortaboy, qup-quru qurumuş, sifətindən hiyləgərlik yağan qadın gəldi.

– Əzizim, sənə yurdsuzlar evindən gələn bu oğlan haqqında danışmışdım.

Oliver baş əyib təzim etdi.

– Ah, ilahi! Nə yaman balacadır! – deyə tabutçunun arvadı səsləndi.

– Bəli, doğrudur, boydan balacadır, – mister Bambl razılaşdı və Oliverə elə baxdı ki, sanki boyunun çıxmadığına təqsirkar elə uşaq özü imiş. – Lakin böyüyəcək, missis Sauyerberi, boyu çıxacaq.

– Boyu çıxmağına çıxacaq, elədir! – deyə ledi bir qədər əsəbi cavab verdi. – Amma gərək bizim çörəkdən yesin ki, boyu da çıxsın. Bu yurdsuzlar evinin uşaqlarından hələ bir xeyir görməmişəm… Yaxşı, düş aşağı görək, sür-sümük torbası!

Tabutçunun arvadı yan tərəfdəki qapını açdı və Oliveri oradan aşağı enən pilləkənə sarı itələdi. Onu rütubətli və qaranlıq zirzəmiyə apardı. Burada çirkli paltarlı, ayaqqabıları köhnəlmiş, göy corabı yırtıq bir qız oturmuşdu. Missis Sauyerberi qıza dedi:

– Şarlott, orada Trip üçün saxlanmış soyuq ətin qalanını ver bu oğlana. Trip səhərdən evə gəlməyib. Yeməsə də, keçinər. Bu oğlan isə o qədər şıltaq deyil ki, ətdən imtina eləsin. Elədirmi, oğlan.

“Ət” sözünü eşidəndə Oliverin gözləri parıldadı. Bütün bədəni cuşa gəlib titrədi. Suala tez təsdiqləyici cavab verdi. Bir az keçmiş qabaqdan qalma qırıntıları bir boşqabda gətirib onun qabağına qoydular.

Həmin an ona baxan olsaydı, elə düşünərdi ki, Oliveri aylarla tamamilə ac, bir tikə çörək belə vermədən saxlayıblar! Çünki Oliverə verilən o qırıntıları itin qabağına atsaydın, yeməzdi. Dəhşətli aclıqdan əzab çəkən Oliver isə acgözlüklə o qırıntıları çeynəyib yeyirdi.

Oliver yedikcə qadın dinməzcə dayanıb ona baxırdı. Həyəcan içində fikirləşirdi ki, belə getsə, gələcəkdə bu uşağın iştahası necə olacaq?

– Hə, bitirdinmi? – tabutçunun arvadı soruşdu.

Yaxınlıqda yeməyə bir şey görməyən Oliver təsdiq cavabı verdi.

– İndi dalımca gəl. Sənin yatağın piştaxtanın altındadır. Tabutların arasında yatmaqdan qorxmazsan, eləmi? Bir də ki, sənin üçün yatmağa ayrı yer yoxdur.

Oliver itaətlə öz yeni sahibinin ardınca getdi.

Oliver Tvistin macəraları

Bu əsər ingilis ədəbiyyatında baş qəhrəmanı uşaq olan ilk romandır. Romanda ingilis cəmiyyətində baş alıb gedən haqsızlıqlar, uşaq əməyindən istifadə, cinayətkarlığın geniş yayılmasından bəhs olunur.

Полная версия

Читать онлайн

Отзывы о книге Oliver Tvistin macəraları

Нет отзывов

Добавить отзыв

Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться

  • Последние новинки библиотеки
  • Совет недели

Библиотека

  • Зарубежная фантастика
  • Русская фантастика
  • Cаморазвитие, личностный рост
  • Зарубежная психология
  • Попаданцы
  • Боевая фантастика
  • Героическое фэнтези
  • Еще жанры
    • Cовременные детективы
    • Любовное фэнтези
    • Личная эффективность
    • Зарубежные детективы
    • Cовременные любовные романы
    • Боевое фэнтези
    • Триллеры
    • Cовременная русская литература
    • Практическая психология
    • Зарубежная деловая литература
    • Космическая фантастика
    • Современная зарубежная литература
    • Л. Савенко «Путешествие в неизвестность»
    • Л. А. Савров «Оставаться собой»
    • Т. В. Иванько «В стране слепых я слишком зрячий, или Королевство кривых»
    • С. Кутузов «На рубежах тысячелетий»
    • О. Е. Пауллер «Псы войны. Противостояние»
    • Н. А. Соколов «Хмарь II. На распутье семи дорог»
    • В. Тутенко «Бабочки улетают в рай»

    Обратная связь

    • F.A.Q.
    • Обратная связь
    • Политика приватности данных
    • Наша почта: [email protected]

    Çarlz Dikkens-Oliver Tvistin macəraları

    Çarlz Dikkens 1812-ci il fevral ayının 7-də İngiltərənin Portsmut şəhəri yaxınlığındakı Lendport qəsəbəsində anadan olmuşdur.Az yaşlarında çətin həyat sürmüş və işləməyə başlamışdır.
    Dikkens öz yaradıcılığına “Bozun oçerkləri” adlı kitabı ilə başlamış,sonra Pikvik klubunun qeydləri” adlı romanını və bunun ardınca “Oliver Tvist”i yazmışdır.

    Oliver Tvistin macəraları adlı bu roman məşhur ingilis yazıçısı Çarlz Dikkensin yaradıcılığında böyük yer tutur və öz dərin ictimai məzmunu,həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır.
    Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü.Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi.Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz,nə xoş bir baxış görməmiş,həmişə aclıq və sıxıntı ilə yaşamışdır.
    Bir dəfə onu yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir.Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur.Noe həmişə onu təhqir edib ələ salsada,Oliver heç vaxt ona fikir vermir.Lakin bir gün Noe Oliverin anası haqqında nalayiq sözlər deyir,Oliver bundan bərk qəzəblənib ona zərbə endirir.Noe ona şər atıb,hamıya deyir ki,guya onu öldürəcəkdi.Onlar Oliveri bərk cəzalandırıb döyürlər.Oliver isə buna dözməyib oradan qaçır.

    Londona gedən yol işarəsini görüb ora qaçmaq niyyətinə düşür.Küçələrdə yatır,günlərlə ac qalır.Nəhayət yeddinci gün öz yaşıdı olan Cek Daukins adlı oğru ilə tanış olur.Cek onu yedizdirib,doydurur və söz verir ki,ona Londona getməyə kömək edəcək.Və Oliveri ogruların başçısı olan yəhidu Fecin ilə tanış edir.Fecin ona söz verir ki,ona iş verəcək.Bir gün o Cek Daukins bə Beytslə birlikdə işə gedirlər.Oliver onları kənardan müşahidə edib görür ki,onlar qoca bir kişinin cibindən (mister Braunlou) oğurluq edirlər.Kişi bunu hiss edir.Bundan həyəcanlanan Oliver qaçmağa başlayır.Hamı elə bilir ki,oğurluğu o etmişdir.Onun tutub döyürlər və həbsxanaya aparırlar.Mister Braunlounun isə balacaya yazığı gəlir və onu azad etdirib öz evində saxlayır.Oliver xeyli müddət xəstə yatır.Ona orda missis Beduin qulluq edir.Və həmişə orda divardan asılan bir portretdəki qadınla onların bir birinə nəqədər oxşamasına məəttəl qalır.

    Fecin isə qorxur ki,Oliver onları ələ versin.Ona görə də onu oğurlayıb öz yanında saxlayır.Bu zaman onlar yeni bir oğurluq planı hazırlayırlar.Türmədən yeni çıxmış Billi Sayksa isə Oliver kimi oğlan uşağı lazım olur.Belə ki,onlar bir yerdə həmin evə gedirlər.Oliveri pəncərədən içəri salırlar ki,qapını açıb onları içəri buraxsın.
    Lakin Oliver qəti qərara alır ki,içəridə qışqırıb hamını oyatsın.Elə bu zaman evin gözətçiləri güllə atmağa başlayırlar.Oliver isə bu zaman yaralanır.Sayks onu götürüb qaçır.Lakin sonra isə tab gətirə bilməyib,onu qanovda yerə atır.Oliver oyandıqda çox halsız olur.Həmin evə geri qayıdıb kömək istəyir.Orda onu missis Meyli və Roz xoş qaşılayırlar və onu polisə verməkdən imtina edirlər.

    Bu vaxt Oliverin böyüdüyü yurdsuzlar evində onun anasına qulluq etmiş və öləndə yanında olmuş qoca qadın can verir.O nəzarətçi missis Kornini yanına çagırtdırıb deyir ki,o Oliverin anasının verdiyi əmanəti oğurlamışdır.(Bəlkə də bu əmanəti kimsə bilsəydi o vaxt həmin uşağa qarşı yaxşı rəftar edilərdi.).Qoca Salli sözünü axıra qədər deyə bilməyib ölür.Ovucundakı qəbzi isə ona verir.

    Oliverin taleyindən xəbərsiz və narahat olan Fecin Sayksın rəfiqəsi olan Nensinin yanında qışqırıb,Oliverin böyük pullara dəydiyini söyləyir.Nensi özünü sərxoş göstərib Fecinin arxasıyca düşüb,naməlum bir şəxslə gizlin söhbətinə qulaq asır.Məlum olur ki,Fecin bu naməlumun tapşırığı ilə Oliveri oğruya çevirmək niyyətində olur.Və söz verir ki buna nail olacaq.

    Oliver missis Meyli və Rozun himayəsi altında bə onların dostu həkim Losbernin köməkliyi ilə tez sağalır və onlara həyatındakı hır bir şeyi danışır.Bir gün mister Braunlounun evinə getmək istəyir,lakin xəbər tutur ki,o Hindistana köçmüşdür.
    Sonra Oliver həmin xeyirxah qadınlarla onların yay evinə gedir və xoş günlər keçirir.Lakin bir gün isə oturduğu otağın pəncərəsindən Fecinin üzünü görür.Tez qışqıraaq hamını köməyə çağırsada heç kim orda Fecini görmür.

    Monks isə vaxtını boş itirmir.O qoca Sallinin danışdığı nəzarətçi missi Kornidən 25 funt əvəzində Oliverin anasına məxsus kisəni alır.Kisənin içində bir medalyon və üzük olur.Medalyonun içində “Aqnes” adı olur.Bir tərəfində isə Oliverin anadan olmasına bir il qalmış olan tarix yazılır.Monks bu kisəni çaya atır və birdəfəlik yoxa çıxardır.
    Bundan sonra o Fecinə hər şeyi danışır.Qardaşı haqqında olan son sübutları da məhv etdiyini və əgər missis Meyli və Rozun Oliverin kim olduqlarını bilmələri üçün nə qədər pul xərcləyərdilər sözlərini deyir.Bunlara yenidən qulaq asan Nensi Sayksa yuxu dərmanı verib,missi Rozun yanına gəlib hər şeyi danışır.Və növbəti dəfə görüşmək ümidi ilə ayrılırlar.

    Bir gün Oliver küçədə mister Braunlounu görür və bunu Roza deyir.Roz onunla birlikdə ora gedir.Mister Braunlou çox sevinir.Daha sonra isə Roz təklikdə mister Braunlouya hər şeyi açıqlayıb deyir.

    Beləliklə mister Braunlou və Roz Nensi iə gizlin görüşürlər.Fecin isə öz sahibini soyub qaçarq Londina gəlmiş Noeni Nensini izləmək üçün onun arxasınca yola salır.Nensi onlara hər şeyi danışır,Monksun əlamətlərini,gəlib getdiyi yerləri deyir.Lakin Nensi istəmir ki,onun əlbir olduqları o biri oğrular ələ keçsin.Bu onların razılaşması olur.

    Bütün bunlara qulaq asan Noe gəlib hər şeyi Fecinə danışır.Bundan xəbər tutan Sayks isə Nensini qəddarcasına öldürüb aradan çıxır.

    Bu müddət ərzində Mister Braunlou öz təhqiqatını aparır.Belə ki,Edvin Lifordun (Monskun) atası onun köhnə dostu olur.O öz nigahında xoşbəxt olmur.Buna görə də boşanır.Daha sonra o Aqnes Fleminqi sevir. Lakin iş üzündən başqa ölkəyə getməli olur.Rimdə xəstələnir və ölür.Onun birinci arvadı və oğlu vəsiyyətdən məhrum olma qorxusu ilə Rimə gəlirlər.Onlar atasını sənədlərini arasında mister Braunlounun ünvanına yazılmış bir konvertə rast gəlirlər.Bu konvertdə Aqnesə yazılmış məktub olur.Məktubda o Aqnesdən üzr istəyir və bunu müqabilində ona bir üzük və medalyon hədiyyə edir.Vəsiyyətnamə də isə birinci arvadına və oğlu Monska 800 funt miras qoyur.Qalanını isə həmin yazıq Aqnesə və onun doğulacaq körpəsinə qoyur.Şərt belə olur ki,əgər qız olarsa mülkiyyət dərhal ona qalacaqmış,yox əgər oğlan olsa o öz familyasına ləkə gətirməmiş halda bu mirasa sahib olacaqdı.
    Monskun anası bu vəsiyyatnaməni yandırır.Məktubu isə Aqnesi biabır etmək üçün saxlayır.
    Biabırçılıq üzündən Aqnesin atası familiyasını dəyişdirib iki qızı ilə yaşadığı yerdən qaçır.Sonra isə dünyasını dəyişir.Kiçik qızı Roz əvvəlcə kəndçilərin himayəsində qalır.Daha sonra isə missis Meyli onu övladlığa götürür.

    18 yaşında Mosk anasını oğurlayıb qaçır,çirkin işlərlə məşğul olur.Anası isə sonra onu tapıb,bütün sirrləri ona deyir və ölür.Monsk isə öz qəddar planını hazırlayır.

    Sübutlar nəticəsində Mister Braunlou Monksu atasının arzusunu həyata keçirtmək üçün və bundan sonra başqa ölkəyə getməyə məcbur edir.

    Bundan sonra Oliver öz xalası Roz və yaxınları ilə xoşbəxt həyat keçirir.
    Sayks çox agır ölümlə ölür,Fecin isə tutulub ölüm cəzasına məhkum edilir.

    • Teqlər:
    • Çarlz Dikkens
    • , Oliver Tvistin macəraları

Comments are closed, but trackbacks and pingbacks are open.