Canlılar aləmi
Əməliyyatlar tədqiqi və sistemli təhlil
Zoologiya
Zoologiya heyvanat aləmini öyrənən elmdir. Zoologiya yunan sözü olub, zoon — heyvan, loqos — elm deməkdir. Geniş mənada isə zoologiya heyvanat aləminin müxtəlifliyini, heyvanların quruluşunu və həyat proseslərini, onların inkişafını, həyat tərzini, yayılmasını, xarici mühitin müxtəlif amillərdən asılılığını, heyvanat aləminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.
Heyvanat aləmi təbiətin maraqlı, insanları özünə aludə edən cazibədar bir hissəsidir. İnsanlar onlardan maddi nemətlər istehsal etməklə yanaşı, həm də onlardan mənəvi zövq alırlar. Məhz buna görədir ki, insanlar yarandıqları ilk dövrlərdən heyvanlarla maraqlanmış və onlara sıx bağlanmışlar. Onlar heyvanları vəsf etmiş, onların şəklini ağac, daş üzərinə həkk etmiş, sonradan büstlərini qoymuş, müqəvvalarını düzəltmişlər. Get-gedə insanlar faydalı heyvanları özlərinə alışdırmış və bəzilərini əhliləşdirə bilmişlər. Zoologiya elminin vəzifəsi heyvanat aləmini hərtərəfli öyrənməkdən ibarətdir.
İnsanların həyatı tarix boyu heyvanlarla bağlı olmuşdur. Onlar heyvanlardan qida məqsədilə, bəzək şeylərinin hazırlanmasında xammal olaraq, sonralar onların dərisindən geyim, paltar kimi, eyni zamanda yazı ləvazimatı və digər məhsullar hazırlamaq üçün istifadə etmişlər. Tədricən müxtəlif heyvan növləri ovçuluq və balıqçılıq obyektinə çevrilmiş, bəziləri isə əhliləşdirilmişdir.
Bütün bunlara baxmayaraq o zamanlarda zoologiya bir elm kimi təşəkkül tapa bilməmişdir. Elmi zoologiya qədim Yunanıstanda yaradılmışdır ki, bunun da banisi eramızdan əvvəl 384 — 322-ci illərdə yaşamış qədim Yunan alimi Aristotel (Ərəstu) olmuşdur. Ərəstu ensiklopedik təhsilli, hərtərəfli məlumatlı şəxs olmuşdur. Maldarlıq, quşçuluq və balıqçılığın inkişafı ilə əlaqədar olaraq qədim Romada da zoologiya elmi yaxşı inkişaf etmişdi.
Görkəmli bioloq, Roma təbiətşünası Böyük Pliniy (23 — 79 b. era) 37 kitabdan ibarət «Təbii tarix» əsərini yazır və o zaman məlum olan bütün heyvanları təsvir edir. Lakin Ərəstunun təsnifatından 400 il keçməsinə baxmayaraq, o da heyvanların təsnifatında heç bir düzəliş apara bilmir.
Heyvanlar aləmi haqqında insanların topladıqları ilk məlumatlar daş dövrünə (paleolit dövr) aiddir. Heyvanlar ovçuluğun, balıqçılığın və s. obyekti olmuşdur. Heyvanlar haqqında yazılar Qədim Çin və Hindistanda məlum idi. Lakin elmi zoologiya öz başlanğıcını Qədim Yunanıstanın böyük mütəfəkkiri və alimi Aristoteldən (bizim eradan əvvəl IV əsrdə) götürmüşdür. Aristotel ona məlum olan bütün heyvanları (onlar 500-ə yaxın olmuşlar) iki qrupa ayırmışdır: 1) qanlı heyvanlar, 2) qansız heyvanlar. Birinci qrupa ali heyvanları, ikinci qrupa isə qalan heyvanları daxil etmişdir. Bu ilk zooloji sistem uzun müddət istifadə olunmuşdur. Aristotelin işlərində bir sıra ümumiləşdirmələr, orqanizmin hissələri arasında əlaqələr haqqında təlim də vardır.
Orta əsr feodalizmi və kilsələrin, dinin hökmranlığı elmi fikirləri tamamilə sıxışdırırdı. Ona görə də zoologiya elminin inkişafı yalnız XV əsrdən İntibah dövründən başlanır. XVI — XVII əsrlərdə heyvanların quruluşu, həyat tərzi və müxtəlifliyinə dair ilkin məlumatlar toplanmağa başlanır. İsveçrədə K.Hesnerin, Fransada H.Rondelinin və P.Belonun əsərləri buna misaldır.
XVI və XVII əsrlərin hüdudlarında mikroskopun i xtira edilməsi zoologiyanın inkişafına böyük təkan verdi. Mikroskop ən kiçik canlı varlıqların, orqanizmlərin incə quruluşunun və onların rüşeymlərinin inkişafının tədqiq edilməsinin başlanğıcını qoydu (Hollandiyada A.Levenhuk, İtaliyada M.Malpigi, İngiltərədə U.Harvey və b.).
Heyvanlar aləmi sisteminin əsası XVII əsrin sonu XVIII əsrin birinci yarısında qoyulmuşdur. C.Reynin (İngiltərə) və xüsusilə görkəmli İsveç təbiətşünası K.Linneyin bu istiqamətdəki işləri xüsusilə əhəmiyyətlidir. K.Linney ilk dəfə olaraq bitki və heyvan sistematikası üçün nomenklaturanı tətbiq etdi. Onun 1735-ci ildə çap etdirdyi «Təbiətin sistemi» əsərinin onuncu nəşrində (1758) binar nomenklaturanın əsas prinsipləri ardıcıl olaraq verildi. Bitki və heyvanların süni sistematikasını verən K.Linney növlərin dəyişilməzliyi təlimi mövqeyində dururdu.
XVIII əsrin sonu XIX əsrin əvvəllərində fransız zooloqu J.Küvye heyvanların müqayisəli anatomiyasının əsasını, o cümlədən korelyasiya haqqında təlimi işləyib hazırladı. Onun tələbəsi Blenvil 1825-ci ildə ali taksonomik vahid kimi tip anlayışını sistemə daxil etdi. J.Küvye də K.Linney kimi növləri dəyişməz hesab edirdi.
XIX əsrin birinci yarısında zoologiyada heyvanlar aləminin tarixi inkişafı ideyası meydana çıxdı. Fransız zooloqu E.Joffrua Sent İler mühit amillərinin birbaşa təsiri nəticəsində növlərin dəyişilməsi ideyasını inkişaf etdirmişdir. Həmin dövrdə J.B. Lamark üzvi aləmin təkamülünün ilk elmi nəzəriyyəsini izah edən «Zoologiyanın fəlsəfəsi» (1809) kitabını çap etdirdi. O, ilk dəfə onurğasızlar terminini işlətmiş və onurğasız heyvanların sistemini işləməyə səy göstərmişdir. XIX əsrin ortalarında heyvanların embriologiyası sahəsində görkəmli tədqiqatların müəllifi, rüşeym vərəqləri haqqında nəzəriyyənin banisi Rusiya Elmlər Akademiyasının akademiki K.M. Bernin zoologiyanın inkişafında böyük rolu olmuşdur.
M.Şleyden və T.Şvannın tədqiqatları əsasında yaranmış və XIX əsrin 30-cu illərində formalaşmış hüceyrə nəzəriyyəsi zoologiyanın inkişafına da müsbət təsir göstərdi. O, bitki və heyvanların mikroskopik quruluşunun eyni olmasını inandırıcı surətdə sübut etdi.
XIX əsrin birinci yarısında Ç.Darvinin işlərindən sonra zoologiyanın və bütövlükdə biologiya elmlərinin inkişafında yeni dövr başlandı. Ç.Darvin təkamül nəzəriyyəsini «Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşamaq uğrunda mübarizədə əlverişli cinslərin saxlanması» əsərində (1859) üzvi aləmin təkamülündə təbii seçmənin əsas amil olduğunu sübut edərək göstərdi. Təkamül təlimi əsasında zoologiyanın yeni sahələri inkişafa başladı.
Biogenetik qanunu işləyən alman alimi E.Hekkel də Ç.Darvin nəzəriyyəsindən istifadə etmişdir. Ontogenezlə filogenez arasındakı qarşılıqlı əlaqənin qanunauyğunluqlarını görkəmli zooloq və embrioloq F.Müller vermişdir. Beləliklə, müqayisəli anatomiya və embriologiyanın təkamülü meydana çıxır. Sonuncunun yaranmasında əsas rolu rus alimləri İ. İ. Meçnikov və A.O. Kovalevski oynamışlar. Həmin dövrdə V.O. Kovalevski qazıntı halında tapılan dırnaqları tədqiq edərək paleozoologiyanın inkişafının əsasını qoymuşdur. Heyvanların zoocoğrafiyası və sistematikası da böyük sürətlə inkişaf edirdi. Bu dövrdə təsvir olunan yeni növlərin sayı bunu bir daha təsdiq edir. Belə ki, K.Linneyə məlum olan 4208 növün sayı XIX əsrin birinci yarısında artıq 48000-ə çatmışdı. Əsrin axırında isə artıq 400 minə yaxın heyvan növü qeydə alınmışdı. Bu dövrdə heyvanların ekologiyası elmi zoologiyanın müstəqil sahəsi kimi ayrıldı.
Zoologiya elmi, eləcə də bütün təbiət elmləri XV əsrdən sürətlə inkişaf etməyə başlamışdır. Tarixə oyanma dövrü adı ilə daxil olmuşdur. Oyanma dövrü feodalizm cəmiyyəti içərisində kapitalizmin yaranması prosesi ilə eyni vaxta təsadüf edir. Feodaldan fərqli olaraq kapitalist daha çox gəlir əldə etməyə çalışdığı üçün fabrik, zavodlar yarandı. Fabrik və zavodları xammalla təchiz etmək üçün yeni koloniyalar tapmaq, yeni bitki çeşidləri və heyvan cinsləri yetişdlirmək lazım gəlirdi. Bu da biologiya elminin, o cümlədən zoologiyanın inkişafına bir təkan verirdi.
K. Linneyin təsnifatında onurğalı heyvanlar 4 sinifdə, onurğasızlar isə 2 sinifdə cəmləşdirilmişdir.
Linneyin təsnifatı elmi təsnifat olsa da süni idi. Çünki burada heyvanın xarici görünüşü əsas götürülmüşdür. Elə buna görədir ki, qurdabənzər bədən formasını əsas götürərək bir-birindən uzaq olan hidroidləri, başayaqlı molyuskları, ilanquyruqluları və s. bir sinfə daxil etmişdir.
XVIII əsrin axırı XIX əsrin əvvəllərində fransız alimi J.Küvye (1769 — 1832) özünün möhtəşəm əsərləri ilə böyük şöhrət qazanmışdır. Küvye qazıntı halında tapılan qədim və müasir heyvanların quruluşunu öyrənərək, korrelyasiya prinsipini müəyyən etmiş və göstərmişdir ki, orqanizmin ayrı-ayrı orqanları bu prinsip əsasında qurulmuşdur. O, həmçinin göstərmişdir ki, Yer qabığının layları qədimdə yaşamış və hazırda tələf olmuş müxtəlif heyvanların qalığı ilə zəngindir. Həmin heyvanlar müxtəlif katastroflar nəticəsində tələf olmuşlar. Küvyenin katastroflar nəzəriyyəsində tələf olmanın səbəbləri elmi şəkildə izah olunmadığından səhv nəzəriyyə kimi ciddi tənqid edilmişdir. O, heyvanların sistematikası üzərində də işləmişdir. Heyvanat aləmini 4 böyük qrupa (daimi tipə) bölmüşdür: onurğalılar, buğumlular, molyusklar və şüalılar.
XVII — XVIII əsrlərdə «Orqanizmlərin pilləli inkişafı» təlimi geniş yayılmışdır. Həmin təlimə görə bitki və heyvanlar qrupu da tədricən mürəkkəbləşən və təkmilləşən, arasıkəsilməz pillələrdən ibarətdir. Bu nəzəriyyənin görkəmli nümayəndəsi Şarl Bonne (1720 1793) olmuşdur. Pilləli inkişaf nəzəriyyəsinə görə ən aşağı pillədə od, hava, su və torpaq; ən yuxarı pillədə dördayaqlı heyvanlar, insan, məleykələr və allah dururdu. XVIII əsrin axırı və XIX əsrin əvvəllərinə kimi mövcudatın pilləli inkişaf nəzəriyyəsi naturfəlsəfəçilər və təkamülçülər tərəfindən müdafiə edilirdi.
Təkamül ideyasının inkişaf etdirilməsində fransız təbiətşünası K. Lamarkın (1744 — 1829) xidməti böyükdür. Lamark heyvanların, xüsusilə onurğasız heyvanların təsnifatı üzərində çalışmış və onu inkişaf etdirmişdir. O, 1809-cu ildə «Zoologiyanın fəlsəfəsi» əsərini nəşr etdirərək bir çox bioloqların qəbul etdiyi növlərin dəyişməzliyi nəzəriyyəsinə zidd çıxaraq ilk dəfə canlı təbiətin təkamülü ideyasını irəli sürür. Lamarkın xidmətlərindən birisi də ondan ibarətdir ki, o, heyvanat aləmini onurğasızlar və onurğalılar qrupuna bölür.
Lamark bütün canlı orqanizmlərin (bitki və heyvanların) xarici mühitin təsiri və hər hansı bir orqanizmdə təkmilləşməyə dair daxili meylin olduğunu göstərmişdir.
Görkəmli ingilis alimi Ç. Darvin şah əsəri olan «Növlərin mənşəyi» əsərini çap etdirmişdir. Həmin əsərdə o nəinki növlərin dəyişkən olduğunu və bütün orqanizmlərin təkamül yolu ilə inkişaf etdiyini sübut etmiş, həmçinin bu prosesin səbəblərini göstərmişdir. O, dəlillər əsasında sübut etmişdir ki, növlər təbii seçmə yolu ilə inkişaf edir və yaşayış uğrunda mübarizə sayəsində öz cinsini saxlayır.
Təkamül təlimi
Canlı təbiətin tarixi inkişafı haqqında elm olub, onun əsasını təkamül nəzəriyyəsi təşkil edir. Həyatın mənşəyi və insanın mənşəyi konsepsiyaları da bu təlimə daxildir.
Təkamülün də mikro və makro təkamül deyə iki formasını ayırd edirlər. Mikrotəkamül növün daxilində baş verib növəmələgəlmə ilə nəticələnən inkişafdır.
Makrotəkamül növdən yüksək orqanizm qruplarının tarixi inkişafıdır. Biogenetik qanunda göstərilir ki, orqanizm fərdi inkişafında özünün mənsub olduğu sistematik qrupun tarixi inkişafının əsas mərhələlərini qısa şəkildə təkrar edir.
Təkamül təliminin mənası hesab edilən təkamül nəzəriyyəsi müasir biologiyanın metodoloji əsaslarından biridir. Ç.Darvinin təkamül təliminin meydana gəlməsi digər bioloji elmlərin inkişafına, bioloji qanunauyğunluqların düzgün şərhinə imkan vermişdir.
Sonralar filogenetik inkişaf qanunları zooloqlar tərəfindən qəbul edildi. Onun əsas qanunlarına aşağıdakılar aid edildi:
1. Təkamül dəyişiklikləri həmişə dəyişmiş mühit şəraitinə uyğunlaşmadır. Onlar təbii seçmə nəticəsində meydana gəlir və inkişaf edir. Bu faktları XIX əsrin ortalarında Ç.Darvin (1809 — 1882) özünün «Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi, yaxud yaşamaq uğrunda mübarizədə əlverişli cinslərin saxlanması» (1859) adlı klassik əsərində parlaq şəkildə açıb göstərmişdir. Mühitə uyğunlaşmanın aromorfoz və xüsusi uyğunlaşma idioadaptasiyalarını A.N. Seversov izah etmişdir.
2. Təkamül — əsasən monofiletik prosesdir, yəni inkişaf bir ümumi kökdən başlayır. Ç.Darvin (1859) orqanizmlərin təbii qruplarının (növ, cins və s.) bir ümumi gövdədən əlamətlərin aralanması və ya divergensiya etməsi yolu ilə və zəif uyğunlaşan aralıq formaların ölüb getməsi nəticəsində əmələ gəlməsini göstərmişdir. Çox vaxt divergensiya nəticəsində çoxdan ayrılmış və bir-birinə qohum olmayan formaların quruluşunda ikinci dəfə oxşarlıq müşahidə edilir. Bu oxşarlıq əlamətlərin yaxınlaşması, yaxud konvergensiya — eyni mühit şəraitində uyğunlaşma əlaməti kimi inkişaf edir.
3. Heyvan orqanizmi tam bir vahiddir ki, orada bütün hissələr və orqanlar qarşılıqlı əlaqədədir. Təkamül prosesində bir orqanın quruluş və funksiyasının dəyişməsi, həmin orqanla fizioloji, morfoloji irsi və s. əlaqəsi olan digər orqanların da müvafiq və ya korelyativ dəyişmələrinə səbəb olur. Korrelyasiya qanunu və ya orqanların əlaqəli inkişafı qanunu J.Küvye (1812) tərəfindən kəşf edilmişdir. Bu qanuna əsasən qazıntı halında tapılan heyvan hissələrindən heyvanı tam bərpa etmək mümkündür.
4. Təkamül — ümumiyyətlə hər cür inkişaf kimi dönməz prosesdir. Təkamülün dönməzliyi qanunu Belçika paleontoloqu Dollo (1893) tərəfindən ifadə edilmişdir. Orqan reduksiya edib itmişsə, o heç vaxt yenidən əmələ gəlmir. İtirilmiş orqanın yerində analoji funksiyanı yerinə yetirən onun əvəzləyicisi meydana gələ bilər. Lakin bu orqan mənşəcə itmiş orqanla heç bir əlaqəsi olmayan tamamilə başqa orqan olacaqdır.
5. Orqanizmlərin təkamülü həmişə onların hissələrinin və orqanlarının diferensiasiyası ilə müşayiət olunur (Mili-Edvarde 1851). Diferensiasiya, orqanizmin ilk oxşar hissələrinin həm formalarına və həm də funksiyalarına görə tədricən bir-birindən daha çox fərqlənməsi və ya funksiyalarına görə müxtəlif hissələrə ayrılmasından ibarətdir. Müəyyən funksiyanı yerinə yetirmək üçün ixtisaslaşaraq onlar eyni zamanda digər funksiyaları ifadə etmək qabiliyyətini itirmiş olur və beləliklə də orqanizmin digər hissələrindən daha çox asılı olur.
6.Heyvanların təkamülündə homoloji (ümumi mənşəyə malik olan orqanlar) orqanların oliqomerizasiyası (sayının azalması) baş verir (V.A.
Dogel. 1936, 1954). O, çoxhüceyrəli heyvanların bütün əsas filogenetik budaqlarının təkamülündə reallaşır.Orqanların sayının azalması onların proqressiv morfoloji və funksional diferensiasiyası ilə müşaiyət olunur. Təkamül prosesində iri heyvan qruplarının meydana çıxması zamanı orqanizm quruluşunun çox hissəsində yeni orqanların əmələ gəlməsinə doğru aparan mühüm dəyişikliklər baş verir. Yeni orqanların əmələ gəlməsinə, xüsusilə heyvanın həyat tərzinin dəyişilməsi (oturaq həyatdan hərəkətli həyat tərzinə keçməsi, su mühitindən quru mühitinə keçmə) səbəb olmuşdur. Yeni orqanlar adətən çox sayda əmələ gəlir və diferensiasiya etdikcə onlar azalır, həmin heyvan qrupu üçün daimi orqana çevrilir. Çoxhüceyrəlilərdən fərqli olaraq birhüceyrəlilərin təkamülündə oliqomerizasiya deyil, hüceyrə hissələrinin (orqanoidlərin) polimeraziyası (sayının artması) üstünlük təşkil edir.
7.Müxtəlif heyvan qrupları arasında qohumluq münasibətlərinin aydınlaşdırılmasında ontogenez (fərdi inkişaf) və filogenez arasındakı qarşılıqlı əlaqə haqqında olan qanun — biogenetik qanun (F.Müller.1864, E. Hekkel. 1866, A.N. Seversov. 1939) mühüm rol oynayır.
Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası
Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA
- Teqlər:
- zoologiya
- , heyvanlar
- , təkamül nəzəriyyəsi
Canlılar aləmi
Canlilar aləmi Məmmədova Xəyalə Seyfəddin qizi.Lənkəran Dövlət Universitetinin Təbiyyat fakultəsinin Biologiya İxtisasini bitirib.16 ildi Bakı şəhərində orta məktəbdə Biologiya fənninin tədris edir. Profilimin tamamını görüntüle
Video.edu.az
Video dərslər
Elektron dərslik
Elektron Dərs Resursları
Elektron dersler
Dərslərə bizimlə hazırlaş!
Elektron Təhsil Müsabiqəsi
Sizin işininizdə uğur qazanmağınıza səbəb nədir?
Faydalı linklər
Toplam Sayfa Görüntüleme Sayısı
Popüler Yayınlar
Qarabağı unutma
Animasiyalar
Biologiya
DNT nin qurluşu
Bu Blogda Ara
Təhsil Nazirliyi
Biologiyaya aid saytlar
Milli Kitabxanamiz
Azərbaycan Gənclər Fondu
İTE
Wikipedia
Arama sonuçları
Translate
Maraqlı bloqlar
Blog Arşivi
Məqsədim
Abuturiyentlərin və səhifə izləyicilərinin canlılar aləmi haqqında məlumatlarla tanış etmək!
Harikalar Tic. teması. Tema resimleri sndrk tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.
Onurğalılar zoologiyası
Mexanika-riyaziyyat fakültəsi
Bakalavriat
Riyaziyyat müəllimliyi Riyaziyyat
Magistratura
Cəbr və topologiya
Riyaziyyatın tədrisi metodologiyası və metodikası
Optimal proseslərin riyazi nəzəriyyəsi
Deformasiya olunan bərk cisim mexanikası
Maye, qaz və plazma mexanikası
Doktorantura (fəlsəfə doktoru, elmlər doktoru)
Həndəsə və topologiya
Deformasiya olunan bərk cismin mexanikası
Maye, qaz və plazma mexanikası
Riyazi məntiq, cəbr və ədədlər nəzəriyyəsi
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
Bakalavriat
Magistratura
Ehtimal nəzəriyyəsi və riyazi statistika
Əməliyyatlar tədqiqi və sistemli təhlil
Optimallaşdırma və optimal idarəetmə
İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı
Hesblama şəbəkələrinin proqram təminatı
Optimal idarəetmənin riyazi iqtisadi üsulları
Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili
Doktorantura
Fizika fakültəsi
Bakalavriat
Magistratura
Nəzəri və riyazi fizika
Bərk cisimlər fizikası
İstilik fizikası və molekulyar fizika
Atom və molekul fizikası
Bioloji sistemlər fizikası
Bərk cisim elektronikası
Qaz və plazma elektronikası
Yarımkeçirici cihazlar və mikroelektronika
Doktorantura (fəlsəfə doktoru, elmlər doktoru)
Kondensə olunmuş hal fizikası
İstilik fizikası və molekulyar fizika
Nüvə və elementar zərrəciklər fizikası
Yüksək enerji fizikası
Yarımkeçiricilər və dielektriklər fizikası
Kimya fakültəsi
Bakalavriat
Magistratura
Yüksəkmolekullu birləşmələr kimyası
Kimyanın tədrisi metodikası
Təbii və fizioloji fəal maddələr kimyası
Bərk cisimlər kimyası
Kimyəvi kinetika və kataliz
Kompozisiya materialları kimyası
Nano materiallarının fiziki kimyası
Doktorantura (fəlsəfə doktoru, elmlər doktoru)
Kimyəvi kinetika və kataliz
Kimyanın tədrisi metodikası
Biologiya fakültəsi
Bakalavriat
Magistratura
İnsan və heyvan fiziologiyası
Doktorantura
Ekologiya və torpaqşünaslıq fakültəsi
Bakalavriat
Torpaqşünaslıq və aqrokimya
Yer quruluşu, şəhər və torpaq kadastrı
Magistratura
Ətraf mühit kimyası
Yerquruluşu və torpaq müfəttişliyi
Ətraf mühitin mühafizəsi və bərpası
Coğrafiya fakültəsi
Bakalavriat
Turizm və otelçilik
Geodeziya və xəritəçilik mühəndisliyi
Magistratura
Turizm və sosial mədəni servis xidməti
Azərbaycan və onunla qonşu olan ölkələrin iqtisadi-sosial coğrafiyası
Azərbaycanın fiziki coğrafiyası
Ölkəşünaslıq və beynəlxalq turizm
Dünyanın iqtisadi və siyasi coğrafiyası
İqtisadi və sosial coğrafiya
Doktorantura
Geologiya fakültəsi
Bakalavriat
Magistratura
Faydalı qazıntı yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı
Dəniz və okean dibi yataqlarının geologiyası, axtarışı və qiymətləndirilməsi
Yataqların ekspertizası və qiymətləndirilməsi
Faydalı qazıntıların proqnozlaşdırılmasının geoloji əsasları
Geologiyanın ekoloji problemləri
Tətbiqi geokimya, mineralogiya, petrologiya
Seysmologiya və seysmometriya
Doktorantura (fəlsəfə doktoru, elmlər doktoru)
Ümumi və regional geologiya
Paleontologiya və stratiqrafiya
Mühəndis geologiyası və süxurşünaslıq
Geotektonika və geodinamika
Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları
Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı; minerageniya
Filologiya fakültəsi
Bakalavriat
Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Xarici dil müəllimliyi (Alman dili)
Xarici dil müəllimliyi (Fransız dili)
Dil və ədəbiyyat müəllimliyi (Rus dili və ədəbiyyatı)
Magistratura
Folklorşünaslıq və mifologiya
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası
Xarici ölkə xalqları ədəbiyyatı (Dünya ədəbiyyatı)
Xarici ölkə xalqları ədəbiyyatı (Rus ədəbiyyatı)
Xarici ölkə xalqları ədəbiyyatı (Türk xalqları ədəbiyyatı)
Ədəbi tənqidin nəzəriyyəsi və tarixi
Xarici dil (Rus dili)
Xarici dil (Alman dili)
Doktorantura
Tarix fakültəsi
Bakalavriat
Magistratura
Arxeologiya və etnoqrafiya
Türk dünyası tarixi
Azərbaycanın qədim və orta əsrlər tarixi
Yaxın və Orta Şərqin tarixi
Azərbaycanın yeni və müasir tarixi
Beynəlxalq əlaqlərin tarixi və nəzəriyyəsi
Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
Tarixin tədrisi metodikası və metodologiyası
Avropa və Amerikanın yeni və müasir tarixi
Asiya və Afrika ölkələri tarixi
Qədim dünya tarixi
Orta əsrlər tarixi
Şərqi Avropa xalqları tarixi
Doktorantura
Beynəlxalq münasibətlər fakültəsi
Bakalavriat
Magistratura
Yaxın və orta Şərq dövlətlərinin xarici siyasəti
Gömrük işinin təşkili və idarəetmə
Doktorantura
Hüquq fakültəsi
Bakalavriat
Magistratura
Dövlət hüququ nəzəriyyəsi və tarixi
Mülki və təsərrüfat hüququ
Cinayət hüququ, cinayət prosesi, kriminalisika və məhkəmə ekspertizası
Doktorantura
Jurnalistikafakültəsi
Bakalavriat
Magistratura
Doktorantura
Kitabxanaçıliq-informasiya fakültəsi
Bakalavriat
Kitabxanaçılıq və informasiya
Magistratura
Kitabxana fondunun formalaşması və istifadəsi
Nəşriyyat işi və redaktəetmə
Doktorantura
Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq; Kitabşünaslıq
Şərqşünasliq fakültəsi
Bakalavriat
Ərəb ölkələri üzrə
Magistratura
ərəb dili ixtisaslaşması üzrə
fars dili ixtisaslaşması üzrə
türk dili ixtisaslaşması üzrə
ibri dili ixtisaslaşması üzrə
yapon dili ixtisaslaşması üzrə
çin dili ixtisaslaşması üzrə
ərəb ədəbiyyatı ixtisaslaşması üzrə
fars ədəbiyyatı ixtisaslaşması üzrə
türk ədəbiyyatı ixtisaslaşması üzrə
Doktorantura
Türk xalqları ədəbiyyatı:
Sosial elmlər və psixologiyafakültəsi
Bakalavriat
Təhsildə sosial psixologiya xidmətləri
Magistratura
Uşaq və yaş psixologiyası
Həyat fəaliyyətinin müxtəlif dairələrində sosial iş
Milli təhlükəsizlik və siyasi strategiya
Azərbaycanda siyasi proseslər
Doktorantura (fəlsəfə doktoru, elmlər doktoru)
Ümumi psixologiya, şəxsiyyət psixologiyası, psixologiya tarixi
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
Ontologiya və idrak nəzəriyyəsi
Sosial struktur, sosial institutlar və proseslər
Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi
Siyasətin nəzəriyyəsi: siyasi elmin tarixi və metodologiyası
Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi
Elm və texnikanın fəlsəfəsi
İlahiyyat fakültəsi
Bakalavriat
Tərcüməçilik (ərəb dili üzrə)
Doktorantura
Dinşünaslıq, mədəniyyətin fəlsəfəsi
Comments are closed, but trackbacks and pingbacks are open.