Press "Enter" to skip to content

Orfoqrafiya lugeti yeni

uzunillik (yəni bir əsrdən də, bir ildən də uzun?),

Orfoqrafiya lugeti yeni

Adam bir sözün düzgün yazılışını axtaranda hara baxar? Orfoqrafiya lüğətinə. Bəs əgər yüz ölçülüb (oxunub) bir biçilməli (çap edilməli) lüğətin özü səhvlə doludursa, onda neyləyəsən?

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni 6-cı nəşri barədə “Kaspi” qəzetində dərc olunan məqaləsində Eldar Məmmədov yazır ki, lüğətdə orfoqrafik səhvlərlə yazılmış çoxlu söz var.

Onlardan bəziləri (mötərizədə düzgün yazılışı ilə):

fələkzadə, fəlakətzadə, fəlakətzadəlik (son 3 sözün ikinci hissələrindəki “zadə” sözləri “zədə” yazılmalıdır),

uzunsümbül (bu, “Orfoqrafiya qaydaları”nın 5-ci bəndinin tələbinə xilafdır, həm də lüğətdə onun əsasında yaradılmış 22 mürəkkəb və düzəltmə sözdə “sünbül“ şəklində işlədilmişdir),

fransızdillik (fransızdillilik) və s.

“Qaynaqçı” və “qaynaqçılıq” sözləri nədənsə, onların əvvəlinə “qaz” sözü əlavə edilən kimi ilkin formalarını dəyişmişdir: qazqaynağıçı vəqazqaynağıçılıq (əslində “qazqaynaqçısı” və “qazqaynaqçılığı” olmalıdır).

“Çıldaq” və daha 6 sözün ikinci hissəsindəki “-daq” sözü “dağ” şəklində yazılmalıdır, çünki o “dağlamaq” sözündəndir. ​

Bəzi sözlər ayrılıqda dəqiq orfoqrafik şəklə malikdir.

Lakin lüğətdə başqa bir sözlə birləşən kimi nədənsə onun yazılışında dəyişiklik baş verir:

dozator/hopper-dazator və s. ​

LÜĞƏTDƏ ÇOX QƏRİBƏ SÖZLƏRƏ RAST GƏLMƏK OLUR:

unüyütmə (unu üyütməzlər, taxılı, dəni üyüdərlər),

eksskiperlik (görəsən, bu son iki “vəzifənin” səlahiyyət müddətini kim müəyyənləşdirir?), atletikaçı (lüğətdə “atlet” sözü vardır və ona heç bir ehtiyac yoxdur),

roman-qəzet (heç “Rus dilinin orfoqrafiya lüğəti”ndə də belə söz yoxdur),

yulafsöz (sözün yulafla nə əlaqəsi ola bilər?), qarannı (lüğətdə dilimizə yad olan “-nı” şəkilçisi qoşulmuş başqa bir söz yoxdur və onun nə demək olduğunu aydınlaşdıra bilmədik), pedtexnikumbitirmə,

pedinstitutbitirmə (nədənsə, birini bitirir, o birilərini isə qurtarırlar),

ağqılçıq düyü (düyünün qılçığı olmur, çəltiyin qılçığı olur),

tənəkdolması (!) (“yarpaqdolması” ilə müqayisədə çox mənasız sözdür),

nasir-nasir (?) (niyə “şair-şair” yaddan çıxarılıb?),

uzunillik (yəni bir əsrdən də, bir ildən də uzun?),

tutqurusu-çörək (nədənsə, “əncirqurusu”, “ərikqurusu” sözləri lüğətə salınmayıb),

cinkimilik, və s.

Bütün bunlar yeni orfoqrafiya lüğətinin “məziyyətləri”nin tam siyahısı deyil.

Xankəndi

AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq ötən illər ərzində Azərbaycan dilinin dövlət dili kimi qorunması və təkmilləşdirilməsi məqsədilə müxtəlif qanun, fərman və sərəncamların verildiyini deyib. Qeyd edib ki, bu istiqamətdə fəaliyyəti davam etdirmək və Azərbaycan dilinin işlənmə imkanlarını daha da genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

İclasda AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin yekunları haqqında danışıb. Bildirib ki, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 23-25 oktyabr 2017-ci il tarixlərində AMEA-nın magistrant və doktorantları arasında müsabiqə keçirilib.

Akademik T.Kərimli müsabiqə qaliblərinin adlarını açıqlayıb. Qaliblərə diplom, müsabiqə iştirakçılarına isə sertifikat təqdim olunub. Sonra AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Akademik dilimizin keçdiyi tarixi mərhələlərdən söz açıb. Dilimizin saflığının qorunması, ədəbi dilin daha da zənginləşdirilməsi və tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, sözügedən Sərəncamı zamanında imzalanmış vacib bir sənəd olmaq etibarı ilə Azərbaycan dilinin qorunması və milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirmək olar.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları haqqında danışıb. Akademik bildirib ki, adıçəkilən Sərəncamla bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur ki, onlardan biri də müasir elmi tələblər səviyyəsində Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni akademik nəşrinin hazırlanmasıdır.

Qeyd edib ki, Dövlət dili haqqında Azərbaycan Respublikasının qanununda yer alan orfoqrafiya lüğətinin beş ildən bir nəşr olunması haqqında maddəyə uyğun olaraq Dilçilik İnstitutunun əməkdaşları orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması üzərində çalışırlar. Bu məqsədlə institutda işçi qrupu yaradıldığını söyləyən M.Nağısoylu Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin qaydalarının layihə şəklində hazırlandığını vurğulayıb və burada yer alan yenilikləri diqqətə çatdırıb.

Daha sonra iclasda dövlət dili siyasəti və qarşıda duran vəzifələrə dair müakirə aparılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.