Press "Enter" to skip to content

Yeni orfoqrafiya lüğəti: Baş Nazir böyük hərflə, nazir kiçik hərflə yazılacaq

(+994 12) 493 30 77

Orfoqrafiya lüğti 2014

(+994 12) 493 30 77

  • Философия
  • История
  • История Азербайджана
  • Социология
  • Этнография
  • Экономика
  • Государство и право
  • Политика. Политические науки
  • Наука и образование
  • Культура
  • Библиотечное дело
  • Психология
  • Языкознание
  • Литературоведение
  • Фольклор
  • Художественная литература
  • Искусство
  • Средства массовой информации
  • Информатика
  • Религия
  • Естественные науки
  • Нефть
  • Связь
  • Технология. Технические науки
  • Архитектура
  • Сельское и лесное хозяйство
  • Туризм
  • Таможенное дело
  • Медицина и здравоохранение
  • Военное дело
  • Спорт
  • Статистика
  • Экология
  • Справочные издания

Azərbaycan dilinin orfoqrafiya lüğəti

Подписка

В локальной сети в пользование читателей предоставляется “Законодательная база Российской Федерации”..

В локальной сети в пользование читателей предоставляется Электронно Библиотечная Система IPR Books – электронная библиотека по всем отраслям знаний, содержащая более 5 000 э-книг.

Polpred.com Обзор СМИ. Ежедневно тысяча новостей, полный текст на русском языке, миллион лучших сюжетов информагентств и деловой прессы за 15 лет.

Yeni orfoqrafiya lüğəti: “Baş Nazir böyük hərflə, nazir kiçik hərflə yazılacaq”

Dəyişikliklərlə bağlı BBC News Azərbaycancaya məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevinc Əliyeva bildirib ki, Azərbaycan Dilinin Orfoqrafiya lüğətinə cüzi dəyişikliklər edilib.

“Təklif edilən bəzi dəyişikliklər qəbul edilmədi. Məsələn, “əsgər” sözünün “əskər” sözü ilə əvəz edilməsi, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılması təklifi qəbul edilmədi”, Sevinc Əliyeva deyib.

  • Türk dili, yoxsa Azərbaycan dili – azərbaycanlıların danışdığı dil necə adlanmalıdır?
  • Dövlət məktəblərində təhsil dili: Azərbaycan, rus, bəlkə həm də ingilis?
  • Türk dili, yoxsa azərbaycan dili?

O əlavə edib ki, yazılışda qoşa “y” hərfinin bir “y” ilə əvəzlənməsi təklifi də rədd edilib.

Lakin o, təsdiq edilən dəyişikliklərlə bağlı qeyd edib ki, bundan sonra Azərbaycan Respublikasının Baş naziri sözündə “nazir” böyük hərflə yazılacaq. Eyni qayda ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri sözündəki “sədr” sözü də.

“Çünki bu vəzifələrdə bir nəfər təmsil olunur, yəni Baş nazir və ya Milli Məclisin sədri bir nəfər ola bilər. Lakin digər nazirlər və ya komitə sədrləri çox olduğuna görə, misal üçün, Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri sözündəki “nazir” kiçik hərflə yazılacaq”, şöbə müdiri əlavə edib.

Mütəxəssis son günlər bu dəyişikliklərlə bağlı gedən müzakirələrə və fikir ayrılığına da toxunaraq bildirib ki, dilin dəyişməsi normal hadisədir. O qeyd edib ki, bir neçə illər bundan əvvəl azərbaycan dilindəki apostrof işarəsinin ləğvi “azərbaycan dilinə müsbət təsir edib və əlifbamızı asanlaşdırıb”.

Sevinc Əliyeva həmçinin başqa dillərin azərbaycan dilinə təsiri mövzusuna da toxunub və bildirib ki, son vaxtlar azərbaycan dilinə türk dilinin təsiri müşahidə edilir və o, bir türkoloq kimi”buna görə təəssüf hissi keçirdiyini” deyib.

Lakin o bildirib ki, bu təsir subyektivdir və hesab edir ki, “türk dili azərbaycan dilinə təhlükə ola bilməz”.

“Dilimizdə süni dəyişikliklərə ehtiyac yoxdur və bu təsir daimi olmayacaq”, o vurğulayıb.

Sevinc Əliyeva bu cür süni təsirlərin qarşısının inzibati yollarla alınacağını bildirərək əlavə edib ki, bununla bağlı Dövlət Dil Komissiyasının nəzdində yeni Monitorinq Mərkəzi yaradılıb.

“Dil qaydalarının pozulmasına görə hüquqi şəxslərə qarşı cərimələr nəzərdə tutulub”, Sevinc Əliyeva deyib.

Comments are closed, but trackbacks and pingbacks are open.