Press "Enter" to skip to content

Dövlət qulluğuna qəbul

Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları və müstəqil ekspertlər iştirak edib

VERGİLƏR

Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluqçularının əmək fəaliyyəti ilə bağlı bir sıra xüsusi şərtlər nəzərdə tutulub. Bunlardan biri də əlavə məzuniyyətin hesablanmasıdır. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.

Əmək Məcəlləsinin 112-ci maddəsinin a-bəndinə əsasən, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Əmək məzuniyyəti Məcəllənin 113-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq hər il müvafiq iş ili üçün verilir.

Əmək Məcəlləsinin 116-cı maddəsində isə əmək stajına görə əlavə məzuniyyətin müddətləri göstərilib.

Bununla yanaşı, Məcəllənin 135-ci maddəsinin 2-ci bəndində göstərilib ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi zamanı Məcəllənin 116-cı maddəsində qeyd edilən əmək stajına görə əlavə məzuniyyətlərə görə pul əvəzi verilmir.

Dövlət qulluqçuları üçün əsas məzuniyyət Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü bəndinin b-yarımbəndinə əsasən müəyyənləşdirilib. Bu maddəyə görə, qulluq keçən dövlət qulluqçularına 30 təqvim günü əsas məzuniyyət verilir.
“Dövlət qulluğu haqqında” Qanunun 30.3-cü maddəsində isə göstərilib ki, inzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət isə aşağıdakı qaydada verilir:

– 5 ildən 10 ilədək əmək stajına görə – 2 təqvim günü;

– 10 ildən 15 ilədək əmək stajına görə – 4 təqvim günü;

– 15 ildən çox əmək stajına görə – 6 təqvim günü;

Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər.

Misal: İşçi 1 mart 2020-ci ildə müsahibə əsasında dövlət qulluğuna işə qəbul olunub. Onun ümumi stajı 12 ildir. 1 aprel 2021-ci ildə 2020 (mart) -2021-ci (fevral) iş ilinə görə əmək məzuniyyətinin 20 günündən istifadə edib və 1 iyun 2021-ci il tarixində öz ərizəsi ilə işdən ayrılıb. Bu zaman işçiyə neçə gün istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzi ödənilməlidir?

Yuxarıda qeyd edilənləri nəzərə alaraq 2020 (mart) -2021 (fevral) iş ilinə görə istifadə olunmamış əsas məzuniyyətdən qalan 10 gün və əlavə olaraq əsas məzuniyyətdən 2021-ci ilin 3 ayı (mart, aprel, may) üçün qalan 7,5 gün istifadə olunmamış məzuniyyətə görə pul əvəzi ödənilməlidir.

Beləliklə, həmin işçiyə göstərilən şərtlər daxilində 17,5 gün üçün ödəniş hesablanmalıdır.

Dövlət qulluğuna qəbul

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. İnzibati vəzifələr dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin, yardımçı vəzifələr isə dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir.

İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin isə tam orta təhsili olmalıdır. Yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul bilavasitə dövlət orqanı tərəfindən həyata keçirilir.

Birinci-üçüncü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinin tutulması daxili müsahibə keçirilməklə həyata keçirilir. Ali təhsil üzrə ixtisası və iş stajı vəzifə təlimatında müəyyən edilmiş tələblərə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları həmin vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə iştirak edə bilərlər. Daxili müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada Mərkəzin internet portalı vasitəsilə qeydiyyatdan keçməklə həyata keçirilir.

Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, habelə mərkəzi icra hakimiyyəti orqanlarının Aparatlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələri istisna olmaqla)dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Mərkəz inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün test imtahanları təşkil edir və test imtahanından keçən şəxsə imtahandan keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin internet portalında, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

B növü – inzibati icraçı vəzifələr üzrə:

Test imtahanında istifadə ediləcək test tapşırıqlarının aşağıdakı növləri var:

  1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
  2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları;
  3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.

Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.

Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir.

İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.

İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

  1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
  2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;
  3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

  1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
  2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
  3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 – 30 balla, cavablandırılmaması 0 balla.

Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.

Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.

Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

18.03.2023 Dövlət qulluğu

18 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə altqrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib

18.03.2023 Dövlət qulluğu

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək

18.03.2023 Dövlət qulluğu

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək

16.03.2023 Dövlət qulluğu
14.03.2023 Dövlət qulluğu
28.02.2023 Dövlət qulluğu

Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları və müstəqil ekspertlər iştirak edib

28.02.2023 Dövlət qulluğu

Müsahibələrin 2023-ci il martın 6-dan – 2023-cü il aprelin 5-nə qədər olan dövrdə keçirilməsi planlaşdırılır

22.02.2023 Dövlət qulluğu

Müsahibələrin 2023-cü ilin martın 1-dən iyunun 5-dək olan dövrdə keçirilməsi planlaşdırılır

20.02.2023 Dövlət qulluğu
17.02.2023 Dövlət qulluğu
15.04.2021 Digər sənədlər Baxılıb: 1271
18.04.2018 Baxılıb: 1777
23.01.2018 Baxılıb: 1186
23.01.2018 Baxılıb: 860
23.01.2018 Baxılıb: 4335
18.12.2017 Baxılıb: 3342
27.11.2017 Baxılıb: 2964
Digər sənədlər 130.8 Кб Baxılıb: 122
Baxılıb: 331
Digər sənədlər 114.2 Кб Baxılıb: 1711
E-xidmətlər
Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat
Elektron sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat

Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat

Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirləri

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (BB vəzifə altqrupu)
16.01.2023 AR Prezidentinin sərəncamları Baxılıb: 134
03.02.2022 AR Prezidentinin sərəncamları Baxılıb: 944
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 1359
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 322
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 64
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 66
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 71
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 86
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 55
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 59
03.02.2022 AR Prezidentinin fərmanları Baxılıb: 83
03.02.2022 AR qanunları Baxılıb: 314
03.02.2022 AR qanunları Baxılıb: 219
03.02.2022 AR qanunları Baxılıb: 348
03.02.2022 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 387
03.02.2022 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 353
03.02.2022 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 527
03.02.2022 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 103
03.02.2022 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 42
03.02.2022 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 63
27.11.2005 AR qanunları Baxılıb: 3168
Status Keçiriləcək Başlanğıc tarixi: 30.04.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 14.05.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 14.05.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 18.06.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 30.07.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 13.08.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 03.09.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 03.09.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 08.10.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 12.11.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 12.11.2023 İmtahan Dövlət qulluğu
Status Keçiriləcək Başlanğıc tarixi: 17.12.2023 İmtahan Dövlət qulluğu
Status Keçirilib Başlanğıc tarixi: 07.11.2017 Bitmə tarixi: 06.12.2017 Qeydiyyat Dövlət qulluğu
Status Keçirilib Başlanğıc tarixi: 07.11.2017 Bitmə tarixi: 17.11.2017 Qeydiyyat Dövlət qulluğu
Status Keçirilib Başlanğıc tarixi: 15.11.2017 Sınaq imtahanı Dövlət qulluğu
Status Keçirilib Başlanğıc tarixi: 18.11.2017 İmtahan Dövlət qulluğu
Status Keçirilib Başlanğıc tarixi: 15.12.2017 Bitmə tarixi: 04.01.2018 Ərizə qəbulu Dövlət qulluğu
Status Keçirilib Başlanğıc tarixi: 17.12.2017 İmtahan Dövlət qulluğu
Status Keçirilib Başlanğıc tarixi: 18.12.2017 Bitmə tarixi: 29.12.2017 Qeydiyyat Dövlət qulluğu
Status Keçirilib Başlanğıc tarixi: 27.12.2017 Bitmə tarixi: 13.01.2018 Qeydiyyat Dövlət qulluğu

Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsində BA vəzifə qrupu üzrə sertifikat əldə etmişəm. BB vəzifə qrupuna aid vakant inzibati vəzifələr üzrə müsahibədə iştirak edə bilərəm?

Xeyr, vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.

Xarici ölkədə təhsil almışam. Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün sənədlərimi hansı qaydada təqdim etməliyəm?

Əgər Siz Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almışsınızsa, bu zaman barənizdə dövlət qulluğuna qəbulla bağlı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsi (müsabiqə və müsahibə) tətbiq edilmir. Bu şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxslər 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri tərəfindən həmin şəxslər stajçı kimi qulluğa qəbul olunmalı və vakant dövlət qulluğu vəzifəsinə təyin edilməlidir. Qeyd olunan proqram çərçivəsində deyil digər əsaslarla xaricdə təhsil almış şəxslər müsabiqə əsasında dövlət qulluğuna qəbul edilə bilərlər.

Bir ildə bir neçə dəfə sertifikat almaq mümkündürmü?

Bəli, mümkündür. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Müsahibədən keçib vəzifəyə təyin edilmədiyim halda müsahibənin nəticəsi neçə il qüvvədə qalır?

Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, Dövlət İmtahan Mərkəzi tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır.

Mən 15.05.2015-ci il tarixində dövlət qulluğuna qəbul edilmişəm. Ümumi müsahibə və ya daxili müsahibələrdə iştirak edə bilərəm?

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir.

Özəl sektorda 10 ildən artıq iş stajım var. Dövlət qulluğu stajım yoxdur. Mədəniyyət Nazirliyinin Aparatında şöbə müdiri vəzifəsinin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə iştirak edə bilərəm?

Qanunvericiliyin tələblərinə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrin, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə həmin vəzifənin tutulma şərtlərinin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsahibəyə gələrkən hansı sənədi özümlə gətirməliyəm?

Dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsahibələrdə namizədliyi qeydə alınmış şəxslər müsahibə binasına gələrkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.

Dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə təşkil olunan müsahibələrin keçirilmə tarixi, yeri və müsahibələrin nəticələri barədə necə məlumat əldə edə bilərəm?

Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.gov.az) “Dövlət qulluğu” bölməsinin “Müsahibə qrafiki və nəticələri” alt bölməsinə daxil olmaqla müsahibələrin keçirilmə tarixi, yeri və müsahibələrin nəticələri barədə məlumat əldə edə bilərsiniz.

2015-ci ildə dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanında müvəffəqiyyət qazanmışam. Həmin imtahanın nəticələri əsasında müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərəmmi?

Xeyr, iştirak edə bilməzsiniz. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Dövlət qulluğunun xüsusi növündə çalışmış şəxs ümumi müsahibələrdə iştirak edə bilərmi?

Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi və ya diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər ümumi müsahibədə iştirak hüququna malikdirlər.

10.11.2019-cu ildə BB4 vəzifə altqrupuna uyğun inzibati vəzifəyə təyin olunmuşam və hazırda həmin vəzifədə qulluq keçirəm. Qulluq keçdiyim dövlət orqanında BA4 vəzifə altqrupuna uyğun inzibati vəzifə üzrə keçirilən daxili müsahibədə iştirak edə bilərəm?

Bəli. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.5-ci maddəsinə əsasən, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər. Qeyd edilənlərə əsasən, yeddinci təsnifatda qulluq keçən dövlət qulluqçuları inzibati vəzifələrin yeddinci, altıncı, beşinci təsnifatlarına uyğun olan vəzifələr üzrə keçirilən daxili (və ya ümumi ) müsahibələrdə iştirak edə bilərlər.

Hazırda dövlət qulluğunda çalışan və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər yenidən imtahan verib sertifikat almalıdırmı?

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.
Həmin müddəa “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 31 may 2016-ci il tarixli 267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (10 avqust 2016-cı il) dövlət qulluğuna qəbul edilən şəxslərə şamil edilmir. Beləliklə, həmin şəxslərin dövlət qulluğunda fəaliyyətlərini davam etdirmələri üçün (daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdikləri hal istisna olmaqla) sertifikat almalarına zərurət yoxdur. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdikləri halda və onların inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajları olduqda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar.

Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə aldığım ixtisaslar fərqlidir. Belə olan halda mən magistratura səviyyəsi üzrə ixtisasıma uyğun dövlət qulluğu vəzifəsini tutmaq məqsədi ilə müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilərəm?

Bəli, hər iki səviyyə üzrə və istədiyiniz diplomla təhsil aldığınız ixtisasa uyğun olaraq müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.

Ali təhsil müəssisəsini bitirmişəm, lakin hələ diplom almamışam. Universitetdən arayış alıb dövlət qulluğuna qəbul üzrə müsabiqədə iştirak edə bilərəmmi?

Xeyr, iştirak edə bilməzsiniz. Müsabiqədə iştirak üçün qeydiyyat zamanı ali təhsil barədə diplom məlumatları tələb olunur. Eyni zamanda test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurur və bu formaya ali təhsil haqqında sənədin (diplomun) skan edilmiş surəti əlavə edilir.

Xaricdə təhsil almışam, xarici diplomla dövlət qulluğunda iştirak edə bilərəm?

1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir. Ali təhsil haqqında sənədi müvafiq qaydada təsdiq edilmiş şəxslər dövlət qulluğuna qəbul üzrə keçirilən imtahanlarda iştirak edə bilər.

Ali təhsil üzrə ixtisasım tarix müəllimidir. Mədəniyyət Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə keçirilən müsahibələrdə iştirak edə bilərəm?

İxtisas tələbləri vəzifənin tutulması şərtlərindən biri olmaqla dövlət orqanı üzrə deyil, hər vəzifə üzrə vəzifənin qulluq funksiyaları nəzərə alınaraq müəyyən edilir. Vətəndaş Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalının müsabiqə elanları və vakant vəzifələr üzrə axtarış bölməsinə daxil olmaqla ali təhsil üzrə ixtisasına uyğun vakant vəzifələr və onların aid olduğu dövlət orqanları barədə məlumatlar əldə edə bilər.

Müxtəlif elmi adlar almış şəxslərə dövlət qulluğuna qəbul zamanı qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulurmu?

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər müsabiqənin müsahibə mərhələsində və ümumi müsahibədə iştirak hüququna malikdirlər.

Mən dövlət qulluqçusuyam və barəmdə intizam tənbehi tətbiq edilib. Mən müsabiqə və müsahibələrdə iştirak edə bilərəm?

Xeyr. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

Mən dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyirəm. Sənədləri Dövlət İmtahan Mərkəzinə necə təqdim etməliyəm?

Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyat, habelə müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanlarına sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Siz Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yaratdığınız şəxsi kabinetdən istifadə etməklə sənədlərinizi elektron formada təqdim edə bilərsiniz.

Hərbi xidmətdə olmamışam, dövlət qulluğuna qəbul ola bilərəm?

Vətəndaşların dövlət qulluğuna qəbul edilə bilmədiyi hallar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə vətəndaşın həqiqi hərbi xidmət keçməməsi dövlət qulluğuna qəbulda məhdudiyyət olaraq müəyyən edilməmişdir.

Dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilmişəm. Dövlət orqanlarına təqdim edilən anket məlumatımı necə yeniləyə bilərəm?

“Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”nə aşağıdakı linkdən daxil olmaqla anket məlumatınızda düzəliş və əlavələr edə bilərsiniz:

Dövlət qulluğunda ehtiyat kadrlar siyahısında olmağım haqqında arayış haradan əldə edə bilərəm?

Dövlət İmtahan Mərkəzinin internet portalında aşağıdakı linkə daxil olmaqla ehtiyat kadrlar siyahısında olma barədə arayış əldə edə bilərsiniz:

Müsahibənin nəticəsindən narazı olduğum halda nə etməliyəm?

Namizədlər mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən həmin orqanlarda yaradılmış apelyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına, habelə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə şikayət verə bilərlər.

Comments are closed, but trackbacks and pingbacks are open.