Oxuyaq və yazaq hədəf
Quranın qiraətinə salavatla başlamaq, sonra şeytanın şərindən Allaha sığınmaq, yəni bu sözləri söyləmək müstəhəbdir: “Əuzü billahi minəş-şeytanir-rəcim”. (Qovulmuş şeytandan Allaha sığınıram). Bundan sonra da “Bismillahir-Rəhmanir-Rəhim” deyib tilavətə başlamaq lazımdır. Hər surəni oxuyub qurtarandan sonra, eləcə də Quran oxunuşunu bitirəndən sonra “Sədəqallahül-Əliyyül-Əzim” deyilir (Uca və əzəmətli Allah doğru buyurub). Quranı xətm edəndən (tam oxuyub bitirəndən) sonra oxunması müstəhəb olan dualar var ki, bunları ya müvafiq dua kitablarından, ya da Quranın ərəbcə bəzi nəşrlərinin son səhifəsindən əldə edə bilərsiniz.
Qurani-Kərimi belə oxumaq gərəkdir – QAYDALAR
Bir gün Peyğəmbər buyurdu: “Ürəklər də dəmir kimi paslanır”. Səhabələr soruşdular: “Bəs qəlbin pasını nə ilə təmizləmək olar?” Peyğəmbər buyurdu: “Quran oxumaqla”.
Yenə Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində buyurulur ki, gözünüzün haqqını verin. Soruşdular ki, gözün haqqı nədir? Buyurdu: “Quran oxumaq”. Quran oxuyan insanın əxlaqı gözəlləşər (əgər oxuduqlarını həyata tətbiq edərsə), sağlamlığı möhkəmlənər, gözü itiləşər, həm Allahın, həm də insanların yanında hörmət-izzət qazanar. Quran oxunan evin ruzi-bərəkəti bol olar. Peyğəmbər buyururdu ki, evinizi Quran qiraəti ilə nurlandırın; içində Quran oxunan evin bərəkəti çoxalar, ev əhlinin nemətləri aşıb-daşar.
Milli.Az İslam.az-a istinadən bildirir ki, Qurani-Kərimi oxumağa başlamazdan əvvəl bəzi şərtlərə riayət etmək lazımdır. Əvvəla, Quran oxuyan adamın cənabətdən pak olması məsləhətdir; boynunda qüsl olan şəxsin Quran oxuması məkruhdur (bəyənilməzdir). Amma Quranda vacib səcdə edilməsi lazım olan ayələrin yer aldığı dörd surəni oxumaq cənabətli şəxsə qəti surətdə haramdır. Bunlar Səcdə (32-ci), Fussilət (41-ci), Nəcm (53-cü) və Ələq (96-cı) surələridir; bu surələrin istənilən ayəsini oxumaq günahdır. Amma Quranın bunlardan savayı ayələrinin 7-dən çoxunu oxumaq cünüb şəxsə məkruhdur.
Qurani-Kərimin yazısına qüslsüz və dəstəmazsız toxunmaq günahdır. Ümumilikdə Qurani-Kərimin cildinə, vərəqlərinə, sətirlər arasındakı yerə qüslsüz və dəstəmazsız əl vurmaq məkruh (bəyənilməz) sayılır.
Quran tilavətindən qabaq ağzı yumaq və dişləri misvakla təmizləmək də bəyənilir. Peyğəmbər tövsiyə edirdi ki, Quranın yollarını pak edin. Soruşdular: “Quranın yolları nədir?” Həzrət cavab verdi: “Ağız”. Yenə soruşdular: “Ağzımızı nə ilə təmizləyək?” Peyğəmbər buyurdu: “Misvakla”.
Qurani-Kərimi oxuyarkən sakit bir yerə, diqqətin yayınmadığı bir mühitə çəkilmək, yerdə üzü qibləyə oturmaq, Qurani-Kərimi dizdən yuxarı müstəvidə qoymaq məsləhətdir. Müqəddəs Kitabı rəhilin üzərinə qoyub oxumaq daha yaxşıdır. Yeri gəlmişkən qeyd edək ki, Quranı gəzdirərkən də beldən yuxarı səviyyədə tutmaq müstəhəb sayılıb.
Quranın qiraətinə salavatla başlamaq, sonra şeytanın şərindən Allaha sığınmaq, yəni bu sözləri söyləmək müstəhəbdir: “Əuzü billahi minəş-şeytanir-rəcim”. (Qovulmuş şeytandan Allaha sığınıram). Bundan sonra da “Bismillahir-Rəhmanir-Rəhim” deyib tilavətə başlamaq lazımdır. Hər surəni oxuyub qurtarandan sonra, eləcə də Quran oxunuşunu bitirəndən sonra “Sədəqallahül-Əliyyül-Əzim” deyilir (Uca və əzəmətli Allah doğru buyurub). Quranı xətm edəndən (tam oxuyub bitirəndən) sonra oxunması müstəhəb olan dualar var ki, bunları ya müvafiq dua kitablarından, ya da Quranın ərəbcə bəzi nəşrlərinin son səhifəsindən əldə edə bilərsiniz.
Quranı gözəl səslə oxumaq çox bəyənilir. Hədisdə buyurulduğu kimi, hər şeyin bəzəyi var, Quranın bəzəyi də gözəl səsdir. Bu zaman hərfləri düzgün tələffüz etməyə çalışmaq, harada durub nəfəs almağı bilmək, sətirlərin yuxarı qismindəki təcvid işarələrinə riayət etmək lazımdır. Quranı məlum və məşhur qiraət avazlarından biri ilə oxumaq müstəhəbdir. Quran qiraətini musiqiyə çevirmək, yersiz zəngulələr vurmaq günahdır. Quranı düzgün oxuya bilmək üçün təcvid elmindən xəbərdar olmaq lazımdır. Qurani-Kərimin vacib səcdə ayələrinə çatanda səcdə etmək lazımdır.
Qurani-Kərimi oxuyarkən tələsmək bəyənilmir. Hətta Peyğəmbər zamanında bəzi səhabələr çox qısa müddət ərzində Quranı oxuyub bitirdiklərini söyləyəndə, o həzrət etiraz edir və həmin adamları tələsməməyə, oxuduqları barədə düşünməyə çağırırdı. Ayələri tilavət edərkən mənalarını düşünmək, Quranı “yaşamaq” böyük savaba malikdir. İnsan Quran oxuyarkən ruhunu buna uyğun kökləməyi bacarmalıdır. Yəni Allahın mükafatlarından bəhs edən ayələri oxuyanda gərək bunlara görə şükr etsin və onları Allahdan istəsin. Cəhənnəm və əzab ayələrini oxuyanda öz günahlarını yada salsın, Allahın mərhəmətinə sığınsın, tövbə etsin. Keçmiş peyğəmbərlərin əhvalatını oxuyanda onlardan ibrət götürsün. Əxlaqi gözəlliklər barədə tövsiyləri əhatə edən ayələrlə qarşılaşanda, onları yadda saxlasın və gələcək həyatında bunlara riayət etməyə çalışsın və s.
Qurani-Kərimi evdə oxumadan saxlamaq bəyənilməz işdir. Adam ərəb hərflərini bilirsə, mütəmadi olaraq Quranı açıb oxumalıdır. Əgər ailə üzvləri içində bunu bacaran yoxdursa, onda heç olmazsa Quranı hərdən-bir oxuya bilən adamlara verib oxutdurmaq lazımdır. Hədislərdə deyilir ki, evin bir küncündə istifadəsiz qalıb toz basmış Quran qiyamətdə öz sahibindən Allaha şikayət edəcək.
Burada yazılan şərtləri Qurani-Kərimin tərcümə nüsxələrinə də tətbiq etmək müstəhəbdir. Ərəb əlifbasını bilməyən və Quranı orijinaldan oxumağı bacarmayan adam bunu öyrənməyə çalışmalıdır. Amma imkan yoxdursa, heç olmazsa, Quranın azərbaycan dilinə tərcüməsini oxuyub mənasını anlasa da savab qazanar.
Qurani-kərimin oxunuşunu dinləyən adam sakitliyə riayət etməli, Müqəddəs Kəlamın ehtiramını saxlamalı, ayələrin mənasını anlamağa çalışmalıdır.
Nağıllar
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.
«Dana, keçi və qoyun» nağılı
20/04/2022 Nağıllar Комментарии к записи «Dana, keçi və qoyun» nağılı отключены
Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi. Bu dəkkədə bir canavar …
«Xırdabuynuz və döğma evi» nağılı
23/09/2021 Nağıllar Комментарии к записи «Xırdabuynuz və döğma evi» nağılı отключены
Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə kötük idi. Ancaq o qədər doğma, rahat, hər tərəfində yumşaq yosun vardı. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən uzaqa gedməmişdi. Amma o gün belə olmadı. …
«Balaca dovşan və Yaz» nağılı
22/09/2021 Nağıllar Комментарии к записи «Balaca dovşan və Yaz» nağılı отключены
Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi. — Yox! Yox və yox! — dedi dovşan anama. «Yayın bir yerə qaçmasını istəmirəm. Qoy bizimlə qalsın. Yay isti, yaşıl ot, günəşli bir …
GÜNƏŞİN NAĞILI
18/11/2020 Nağıllar Комментарии к записи GÜNƏŞİN NAĞILI отключены
Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri — adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər: — Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx …
«Tülkü, tülkü, tünbəki» nağılı
Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …
ÇİRKİN ÖRDƏK BALASI
28/04/2020 Nağıllar Комментарии к записи ÇİRKİN ÖRDƏK BALASI отключены
Şəhərkənarı çox gözəldi! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi. Göl və çəmənliklərdən о yana meşələr uzanırdı. Burada dərin göllər də vardı. Şəhərkənarı, doğrudan da, çox gözəldi. Bir tərəfi güney, …
QAR KRALİÇASI
28/04/2020 Nağıllar Комментарии к записи QAR KRALİÇASI отключены
BİRİNCİ НЕКАҮӘ Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha …
Vəhşi Qu Quşları
28/04/2020 Nağıllar Комментарии к записи Vəhşi Qu Quşları отключены
Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.
«Yarasa» nağılı
Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə …
«Tənbəl Əhmədin» nağılı
18/09/2019 Nağıllar Комментарии к записи «Tənbəl Əhmədin» nağılı отключены
Keçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi. Padşah dedi: — Evi kişi saxlar! Arvad razılaşmadı: — Yox, evi arvad saxlar! Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi …
Comments are closed, but trackbacks and pingbacks are open.