Press "Enter" to skip to content

Xəstənin şəfa tapması üçün dua

“Bismillahir-rəhmanir-rəhim. Ya munəzziləş-şifa və yəzhəbud-da. Səlli əla Muhəmmədin və alih. Və ənzil əla vəchiş-şifa.”

Oğuzlara aid dastani mahiyytd srlr faruq sümr

ŞİFAHİ XALQ ӘDӘBİYYATI İNCİLӘRİ
  • Ana maral (әfsanә)
  • Xalq öz vәtәnini necә tapdı (Şimali Amerika әfsanәsi)
  • Yetim İbrahimin nağılı
  • Üç qardaş (özbәk nağılı)
YURD SEVGİSİ, ANA MӘHӘBBӘTİ
  • Әhmәd Cavad. Azәrbaycan! Azәrbaycan!
  • Әli Tudә. Yaşayanlar görәcәkdir
  • Hüseyn Arif. Analar
MӘNӘVİ DӘYӘRLӘR, HӘMİŞӘYAŞAR HİKMӘTLӘR
  • Әnvәr Әlibәyli. İlan vә Qurbağa
  • Cek London. Kiş haqqında hekayәt
MÜHARİBӘ VӘ İNSAN HAQQI
  • Xәlil Rza Ulutürk. Oğul hәsrәti
  • Maqsud İbrahimbәyov. Püstә ağacı
  • Elçin Hüseynbәyli. Firuzә qaşlı xәncәr
UŞAQ DÜNYASI, UŞAQ TALEYİ
  • Әhmәd Cәmil. Can nәnә, bir nağıl de
  • Mark Tven. Fәrasәtli oğlan
ӘMӘYӘ MӘHӘBBӘT, ZӘHMӘTӘ ÇAĞIRIŞ
  • Nizami Gәncәvi. Kәrpickәsәn kişinin dastanı
  • Süleyman Rәhimov. Qara torpaq vә sarı qızıl
TӘBİӘTİN GÖZӘLLİYİ, TӘBİӘTӘ QAYĞI
  • Abdulla Şaiq. Köç
  • Sәmәd Vurğun. Çinarin şikayәti
  • Fikrәt Qoca. Şuşa
  • Layihәlәr
  • İfadәli oxuda istifadә edilәn şәrti işarәlәr
  • Lüğәt
  • Dәrslikdәki bәzi terminlәrin izahı
  • Oxumağı mәslәhәt görürük

Seçilənlər Seçilənlərə əlavə et

Xəstənin şəfa tapması üçün dua.

İmam Cəfər Sadiqdən (ə) nəql olunmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurub:

Xəstə olan hər şəxs sübh namazından sonra 40 dəfə (bu sözü) deyərək əlini xəstə olan yerə sürtərsə, o xəstəlikdən şəfa tapar:
“Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və niməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim.”

Bu duanı xəstə üçün oxuduqda İnşAllah şəfa tapar

“Zubhədətul-dəvat” kitabında rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbər (s), Fatimeyi Zəhra (s.ə)-nın evinə gəib, İmam Həsən (ə) xəstə halında gördükdə narahat oldu.

Cəbrail (ə) nazil olaraq dedi:
Ya Muhəmməd! Övladının xəstəikdən qurtarması üçün sənə bir dua öyrədimmi? Desin:
“Əllahummə la ilahə illa əntəl-əliyyul-əzim. Zus-sultanil-qədim. Vəl-mənnil-əzim. Vəl-vəchil-kərim. La ilahə illa əntəl-əliyyul-əzim. Vəliyyul-kəlimatit-tammat. Vəd-dəəvatil-mustəcabat. Xəlli ma əsbəhə (bi filan.)”

Daha sonra Həzrət Peyğəmər (s) bu duanı oxuyub əlini İmam Həsənin (ə) alnına sürtdü və beləliklədə o Həzrət şəfa tapdı.

Xəstənin şəfa tapması üçün İmam Məhəmməd Təqi (ə) aid əməl.

Hər bir xəstənin şəfa tapması üçün iki rukət İmam Cəvad (ə)-a təvəssül və hacət namazı qılıb 146 dəfə
“Maşaəllahu la həvlə və la qyvvətə illa billah” sözünü desin.

Bu əməlin o Həzrətə aid olan saatda həyata keçməsi daha faydalıdır. O həzrətə aid olan zaman isə əsr namazından iki saat sonraya qədər müəyyənləşdirilmişdir ki, o vaxtda hacət qəbul olur.

Xəstələndikdə oxunan dua

“Cəvahirul-Quran” kitabında yazılmışdır ki, xəstə olan şəxs bu duanı xəstəliyi halında qırx dəfə oxusun:
“La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin.”

Belə bir şəxs o xəstəliyi ilə ölərsə şəhid savabına nail olar, sağaldıqda isə günahları bağışlanar.

Xəstəlik zamanında oxunan ayrı bir dua

Huseyn ibni Nəsim İmam Rza (ə)-dan nəql etmişdir ki, o Həzrətin övladarından biri xəstələndikdə ona buyurdu: (Oğlum)! De:
“Əllahumməşfini bişifaikə və davəni bidəvaikə və afəni min bəlaikə fəinni əbdukə vəbnu əbdik.”

Xəstə yanına getdikdə oxunan dua.

“Zubdətul-dəəvat” kitabında yazılmışdır ki, xəstə yanına getdikdə (bu duanı) yeddi dəfə oxuyun. Belə ki, onun əcəli çatmadıqda tezliklə şəfa tapacaqdır:
“Əsəlullahəl əzim. Rəbbəl ərşil əzim. Ən yəşfik.”

Bu dua dəfələrlə təcrübə olunmuşdur.

Xəstənin şəfa tapması üçün dua.

“Bismillahir-rəhmanir-rəhim. Ya munəzziləş-şifa və yəzhəbud-da. Səlli əla Muhəmmədin və alih. Və ənzil əla vəchiş-şifa.”

Bu duanı həmişə oxusun.

Xəstəlikdən şəfa tapmaq üçün ayrı bir dua.

Xəstələnmiş şəxs ardıcıl olaraq bu sözü desin:
“Ya Huvə. Ya mən ləysə illa huvə. Səlli əla Muhəmmədin və alih.

Xəstənin ağrı və narahatçılığı zaman oxunan dua.

Hər kəs xəstənin ağrı və narahatçılıq çəkdiyi zaman əlini onun gicgahına qoyub:
“Və nunəzzilu minəl-Qurani ma huvə şifaun və rəhmətun lil-muminin. Və la yəziduz-zaliminə illa xəsara.” cümlələrini oxuyarsa, Allah təala o xəstəyə şəfa verər.

Comments are closed, but trackbacks and pingbacks are open.