Press "Enter" to skip to content

Texnologiya 8 Derslik 2017 Layout 1

kəmməlləşməsidir: məqsədə nail olmaq üçün siz müəyyən güc sərf edirsiniz, bu

Texnologiya və onun təDRİSİ metodikasi” fənni üzrə Sİllabus

3. FƏNNİN ƏSAS MƏQSƏDİ
Texnologiya fənninin əsas məqsədi yeni sosial iqtisadi şəraitdə tələbələrin müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümuməmək bacarıq və vərdişlərinə yiyələnmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir.

Gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsi, yüksək biliyə, savada, bacarığa, geniş dünyagörüşünə malik olması üçün “Texnologiya” fənninin düzgün və dərindən tədris edilməsini, bunu həyata keçirmək üçün gələcəyin müəllimlərinin fənnin özünü yaxşı mənimsəmələrini, həmçinin bu fənnin məktəblərdə tədris edilməsini, şagirdlərə düzgün çatdırılmasını bacarmalarını, “Texnologiya” fənninin tədrisi metodikasının nəzəri məsələlərini dərindən mənimsəmələrini, fənnin anlaşıqlı tədris olunması qaydalarını, prinsiplərini onlara aşılamaqdan ibarətdir.

  • “Texnologiya fənninin tədrisi metodikası” üzrə müasir istehsalatın ümumi elmi əsasları ilə tanış olur;
  • Ən geniş yayılmış alət və avadanlıqlarla rəftar etmək bacarığı əldə edir;
  • Əmək vərdişlərinin yaradılması üçün zəmin yaradır;
  • Tədris prosesində mənimsəmiş olduğu nəzəri bilikləri praktik fəaliyyətdə tətbiq edir;
  • Müxtəlif materialların emal texnologiyaları prosesində praktik bacarıqlara yiyələnir, məmulatları hazırlayarkən yaradıcı fəaliyyətini inkişaf etdirir.
  • Konstruksiyaetmə və modelləşdirmə qabiliyyətlərini üzə çıxarır;
  • Texnologiyaların öyrənilməsi prosesində yaradıcı təfəkkürü inkişaf etdirir, fantaziyaları formalaşdırır və estetik dünyagörüşünü genişləndirir;
  • Müasir təlim metodlarını texnologiyaların öyrədilməsinə tətbiq edir;
  • Nəzəri və praktik məşğələlərə aid bilik və bacarıqlara yiyələnir, məşğələləri düzgün təşkil edir, əyani vəsaitləri seçir;
  • Texnologiya fənni üzrə maddi texniki baza, onun planlaşdırılması, məzmunu haqqında dəqiq təsəvvürə malik olur;
  • Məktəbdə və məktəbdənxaric məşğələlərdə şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla onların ictimai faydalı və məhsuldar əməyini düzgün təşkil etməyi bacarır.

5. FƏNNİN XARAKTERİSTİKASI

İbtidai sinif müəllimliyi” ixtisası üçün

Fənnin öyrənilməsinin mövzu-təqvim planı

Ailə və ev təhsili” ixtisası üçün

Fənnin öyrənilməsinin mövzu-təqvim planı

6. FƏNN ÜZRƏ SƏRBƏST İŞLƏRİN MÖVZULARI
Fənn üzrə semestr ərzində 10 sərbəst iş verilir. Hər sərbəst iş 1 balla qiymətləndirilir.

Sərbəst işlərin mövzuları:

Sıra sayı Mövzuların adları
1 Vətənpərvərlik mövzusunda şəklin. Illustrasiyanın esgizinin fon üzərinə çəkilməsi və ya köçürülməsi
2 Kamva üzərində hazır satılan şəklin təsvirin müxtəlif bəzək tikişləri ilə hazırlanması
3 Kamva üzərinə çəkilmiş gül buketinin, çiçəkli budaqların və s. ulduz (krest, xaç) tikişi ilə işlənməsi
4 Mövzu üzrə parça tikələrindən quramaların işlənməsi
5 Həyat bilgisindən bir mövzuya aid maketin papye-maşe ilə hazırlanması
6 Kiçik ölçüdə milli paltarın bəzək vasitələrindən istifadə edərək bəzədilməsi
7 İbtidai sinif dərsliklərindən mövzuya aid əyani vəsaitin hazırlanması
8 Uşaq nağıllarına aid illüstrasiyaların parçadan işlənməsi
9 Xocalıya aid şəklin, təsvirin çəkilməsi və muncuqla işlənməsi
10 Metal məftil (sim) və muncuqdan gül buketinin hazırlanması

Verilmə tarixi: 1-ci həftə

Qurtarma tarixi: sonuncu həftə
Texnologiyadan sərbəst iş A2 formatda yumşaq və ya bərk əsas üzərində işlənilməlidir. Yumşaq əsas-parça üzərində işlərə daha çox üstünlük verilməlidir.

Kollecdə tələbələrin sərbəst işlərindən ibarət sərgi təşkil olunmalıdır (semestrin soninda)

Hər bir sərbəst iş tələbənin fərdi yaradıcılığıdır və başqa tələbə tərəfindən təkrarlana bilməz.

7. TƏLƏBƏNİN NAİLİYYƏTLƏRİNİN

CARİ VƏ ARALIQ QİYMƏTLƏNDİRİLMƏSİ

  • Fənn üzrə krediti toplamaq üçün lazımi balın toplanması aşağıdakı kimi olacaq
  • 50 bal- imtahana qədərki bal;
  • 10 bal dərslərə davamiyyətə görə; (fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır).
  • 10 bal tələbənin sərbəst işinə görə
  • 30 bal seminar dərslərinə görə (fənn üzrə kurs işi və laboratoriya dərsləri nəzərdə tutulmadığı halda);

8. TƏHSİLALMA PROSESİNƏ NƏZARƏT VƏ TƏLƏBƏLƏRİN BİLİYİNİN YEKUN QİYMƏTLƏNDİRİLMƏSİ

Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal və imtahana qədər 50 bal. Toplanan ballar cəmi 100 bala bərabərdir. Yekun bal aşağıdakı kimi qiymətləndirilir.

B – “çox yaxşı” – 81-90

E – “qənaətbəxş” – 51-60

F – “qeyri-kafi” – 51 baldan aşağı

Yekun qiymətləndirmədə 51 bal və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə, 51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.

9. İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

  1. Texnologiya üzrə fənn kurikulumu. 2007
  2. Z.N.Orucov, Y.T.Rzayeva “Texnologiya” 2006
  3. Gülnaz Alıyeva “Parça ilə işlərin texnologiyası”, 2012
  4. Şahrza Ağayev “İbtidai siniflərdə şagirdlərlə əməli işlərin təşkili texnologiyaları”, 2011
  5. Texnologiya dərslikləri 1-4 siniflər
  6. Kurikulum jurnalları
  7. “Texnologiya və onun tədrisi metodikası” üzrə icmallar

10. TƏLƏBƏNİN NİZAM – İNTİZAMINA

  • Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq
  • Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;
  • Auditoriyadaxili təlim məşğələlərində iştirak etmək, müvafiq tədris planlarında və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;
  • Kollecin otaqlarına, tədris-laboratoriya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, otaqlarda onların təmizliyə və səliqəyə riayət etmək.
  • Auditoriya dərslərinə (mühazirə, təcrübə, seminar, laboratoriya) hazırlıq məqsədilə müvafiq ev tapşırıqlarının yerinə yetirilməsi;
  • Tədris planlarına uyğun tədris olunan fənlərin ayrı-ayrı mövzuları üzrə sərbəst iş;
  • Təcrübələr üzrə fərdi tapşırıqların sərbəst yerinə yetirilməsi;
  • Kurs və yoxlama işlərinin (layihələrinin) yerinə yetirilməsi;
  • Semestr və buraxılış imtahanlarına hazırlıq;
  • Hesabatların hazırlanması;
  • Seminarlarda, dərnəklərdə iştirak;
  • Kollec tərəfindən təşkil olunmuş digər tədbirlərdə iştirak.

Tələbələrin müstəqil işinə rəhbərlik fənn birləşmə komissiyaları və müəllim tərəfindən həyata keçirilir. Fənn birləşmə komissiyalarının funksiyalarına aşağıdakılar daxildir:

  • Bütün fənlər üzrə müstəqil iş üçün zəruri materialların hazırlanması;
  • Tədris prosesinin dərslik və dərs vəsaitləri ilə təminatı;
  • Müstəqil işin yerinə yetirilməsi üçün fənlər üzrə tədris proqramlarının, dərslik, dərs vəsaitlərinin, metodik göstərişlərin hazırlanması və nəşri;
  • Tələbələri müstəqil işinin təşkili və həyata keçirilməsinin monitorinqi.

TƏŞƏKKÜR EDİRİK

Texnologiya 8 Derslik 2017+ Layout 1

zənginləşdirəcək, onların yeni və müasir növləri ilə tanış olacaqsınız.

Sizə məlum olduğu kimi, «Texnologiya»nın təlimində əsas anlayış

İnsan əməyi ətraf mühitin dəyişdirilməsi prosesi və insanın özünün mü ­

kəmməlləşməsidir: məqsədə nail olmaq üçün siz müəyyən güc sərf edirsiniz, bu

zaman planlaşdırdığınız nəticəni almaqla yanaşı, öz qabiliyyətlərinizi də inkişaf

etdirirsiniz. Әn əsası odur ki, əmək fəaliyyətinin mənəvi dəyərini başa düşüb,

əmək prosesindən və onun nəticəsindən yüksək əhvali­ruhiyyə əldə edə biləsən.

Bu dərsliklə iş prosesində siz elektrotexniki avadanlıqların, avtomat və

yarımavtomat qurğuların əsas quruluşunu və iş prinsipini, onları şəbəkəyə

qoşmağı, idarə etməyi və onlara qulluq göstərməyi öyrənəcəksiniz.

Büdcəyə qənaət üsulları ilə tanış olacaq və şəxsi büdcənin mahiyyətini

özü nüz üçün aydınlaşdıracaq, xidmət sahələrində davranış və ünsiyyət mə ­

də niyyəti qaydaları ilə tanış olacaqsınız.

Siz evdə və məktəbdə sadə təmir işlərini yerinə yetirmək üsullarını tək ­

milləşdirəcək, ev heyvanlarına qulluq və onların saxlanması texnologiyası ilə

tanış olacaqsınız. Oduncaq və metal məmulatları bəzəmək üzrə dekorativ işlərin

yerinə yetirilməsini öyrənəcək, oduncağın, metalın, qida məhsullarının və

parçanın emalı texnologiyası üzrə ümuməmək bacarıqlarını mənim sə yə cək siniz.

Texnoloji təhsilin məzmununun əsasında gələcək peşənizin şüurlu se çil ­

məsi və həyat karyeranızın layihələndirilməsi üçün lazım olan şəxsi key fiy ­

yətlərinizin inkişafı durur. VIII sinifdə siz bu keyfiyyətlərə yiyələnəcəksiniz.

Həyat üçün vacib təhsil sahələrindən biri olan «Texnologiya»nın

mənimsənilməsində sizə uğurlar!

Dərslikdə aşağıdakı şərti işarələr qəbul olunmuşdur:

Çap üçün deyil

Comments are closed, but trackbacks and pingbacks are open.