Patrik Zuskind – Wikipedia
Patrick Süskind Parfümer (Ətriyyatçı) PDF
Patrick Süskind Parfümer (Ətriyyatçı) PDF
Bu əsər Avropada səs salmış əsərdi. Həm filmi həm də kitabı var və kifayət qədər maraqlı və fərqli ideyası var. Əsərin baş qəhrəmanı Jan-Batist Qrenuy xüsusi istedada sahibdir. Belə ki, o anadangəlmə bütün qoxuları hiss edə bilir və adi insandan fərqlənir. Baş qəhrəmanın psixoloji portreti xüsusi marağıma səbəb oldu. Belə ki, İstedad + Əxlaqi zədələnmə + Yüksək intelekt bizə əsərin baş qəhrəmanını izah edir. Əsərdə insan ətrinin üzərində xüsusiylə dayanılır. Diqqət edək. Biz daha çox gül – çiçək, ot, meyvə və ya bənzəri qoxulara meyl edirik. İnsanlar öz qoxularını bunlarla maskalamağa çalışırlar. Amma hər bir insanın özünəməxsus ətri var. Bu onun sağlamlığından, qidalanmasından, cinsindən, yaşından, boyundan, çəkisindən, tənəffüs etdiyi havadan, təmizliyə meyilliliyindən aslıdır. Filmdə insan qoxusunun və xüsusiylə qadın qoxusunun qabardılması məncə diqqəti cəlb edən ən vacib və digər epizodların hamsının ətrafında toplayan başlıca elementdir. Filmi izləyib və ya əsəri oxuyub bitirdikddən sonra özümə sual verdim: ətir nədir? Metr Baltinin Qrenuyu öyrətdiyi zaman “ yaxşı ətir dörd akorddan ibarət olur” deməsini çox bəyəndim (mənə prestij filmini xatırlatdı). Romanı da dörd akordda təhlil edə bilərik: Birinci akkord: Baş akkord – hansı ki, beyinə birinci zərbəni vurur və ilkin təəsüratı yaradır. Romanın birinci akkordu Qrinoyun qəddar və baxımsız uşaqlığıdır. Ikinci akkord – ürək adlanır, hansı ki, insanın daxilinə keçir. Romanın müvafiq akkordu elə filmin süjet xəttidir. Üçüncü akkord – dəstək akkrodudur. Hansı ki, ətrin əsasını təşkil edir. Filmin sona yaxın 17 dəqqiqəsi, adi oğlandan dramatik personaja çevrilmə prosesi buna uyğun gəlir. Dördüncü akkord son akkorddur. Yəni həzz almaqdır. Romanın dördüncü akkrodu həm Qrenuyun məqsədinə çatıb, yaratdığı ətirlə insanları özünə ram etməsindən aldığı ləzzət və bir də oxucunun (ya da film izləyicisinin) romandan aldığı ləzzət, zövqdür.
Nəticə: Əlbəttə nəticə etibarıyla heç bir öyrədici, tərbiyələndirici, düşündürücü əsər olmasada, faydalı hesab etməsəm də maraqlı ideyası olduğuna görə müəyən qədər bəyəndim. Amma tam olaraq yox. 6/10 qiymətini vermək olar.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Patrick Süskind Parfümer (Ətriyyatçı) PDF
Patrik Zuskind – Wikipedia
Patrik Züskind (alm. Patrick Süskind ) – Müasir alman yazıçısı, dramaturqu və ssenaristi.
Patrik Züskind 26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında doğulub. Holtshausendə böyüyüb və ilk təhsilini orada alıb. Məktəbi bitirib və orduda xidməti başa vurduqdan sonra bir il “Aix-En-Provonce” leksiyalarında iştirak edib, öz biliklərini fransız dili və mədəniyyətinin öyrənilməsinə sərf edib.
Züskind sonralar ssenarilər yazmaqla pul qazanmağa başlayıb. O, rejissor Helmut Ditl ilə məşhur “Kir Royal”, “Monako Frans” və “Rossini və ya kim kim ilə yatdı” adlı televiziya filimlərinə ssenari yazıb.
Azərbaycanda çapdan çıxmış “Ətriyatçı” romanının üz qabığı
Teatr səhnəsində Züskind ilk nailiyyətini “Kontrabas”ı yazmaqla qazanıb. Sonra ona dünya şöhrəti gətirən “Ətriyyatçı” (1985) romanı, “Göyərçin” (1987) və “Cənab Zommerin tarixi” (1991) novellalarını yazıb.
Hal-hazırda gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada əsasən də Mansardanda yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə saldığına görə alman mətbuatı onu “əyləncəli alman ədəbiyyatının kabusu” adlandırır.
2006-cı ildə “Ətriyyatçı” romanı ekranlaşdırılıb.
Mündəricat
- 1 Roman və povestləri
- 2 Pyesləri
- 3 Ssenariləri
- 4 Xarici keçidlər
Roman və povestləri
- Ətriyyatçı. Bir qatilin hekayəsi (Das Parfum), 1985
- Göyərçin (Die Taube), 1987
- Cənab Zommerin hekayəsi (Die Geschichte von Herrn Sommer), 1991
- Kontrabas (Der Kontrabass), 1981
Ssenariləri
- Kir Royal (Kir Royal), 1986
- Monako Frans (Monaco Franze), 1982
- Rozini və ya kim kim ilə yatdı (Rossini – oder die mörderische Frage, wer mit wem schlief), 1997
Xarici keçidlər
- Ətriyyatçı (Bir qatilin tarixçəsi). Patrik Züskind (yüklə)
- ↑ 12Focus Online (alm.) . 1996.
Comments are closed, but trackbacks and pingbacks are open.