Press "Enter" to skip to content

Azərbaycan Respublikasımn Prezidenti yanında Ali Attestasiya Komissiyası

proyeksiyalar. Konus proyeksiyaları. Polikonus və çoxüzlü proyeksiyalar. Şərti

Kartoqrafik Proyeksiyalar – Wikipedia

Kartoqrafik proyeksiyalar — Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr.

Kartoqrafik proyeksiyalar seçilərkən müəyyən həndəsi fiqurlardan istifadə edilir və proyeksiyalar həmin fiqurların adı ilə adlandırılır. Kartoqrafik proyeksiyanın aşağıdakı növləri vardır:

  1. Silindirik proyeksiya
  2. Konus proyeksiya
  3. Çoxüzlü proyeksiya
  4. Azimutal proyeksiya

Mündəricat

  • 1 Silindrik proyeksiya
  • 2 Konus proyeksiya
  • 3 Azimutal proyeksiya
  • 4 Çoxüzlü proyeksiya
  • 5 Təhriflər

Silindrik proyeksiya

Qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Silindrik proyeksiyalarda, əsasən, dünya xəritələri, həmçinin evkatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişir.

Konus proyeksiya

Konus proyeksiyalarda xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi ilə ya bir paraleldə – 60° ş.e., ya da iki paraleldə – 47° şm.e. və 62° şm.e.-ləri arasında kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarda qütbətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.

Azimutal proyeksiya

Azimutal proyeksiyalar üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin kürəyə toxunma nöqtəsində təhrif olmur. Antarktida və Şimal Buzlu okeanının bu proyeksiyada tərtib edilən xəritələrdə paralellər çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib edilir.

Çoxüzlü proyeksiya

Çoxüzlü proyeksiyada Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni, əsasən, topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin miqyası böyük və orta, təhriflər isə çox az olur.

Seçilmiş proyeksiyadan asılı olmayaraq kürəni müstəvi üzərində təsvir edərkən müəyyən səhvlər yaranır ki, buna təhriflər deyilir. Xəritədə 4 təhrif yaranır:

  1. Sahə təhrifi
  2. Forma təhrifi
  3. Uzunluq təhrifi
  4. Bucaq təhrifi

Təhriflər kəmiyyəti ilk növbədə miqyasdan asılıdır. Xəritə nə qədər kiçik miqyaslı olarsa təhrif bir o qədər çox olar. Bundan başqa təhriflər coğrafi obyektlərin ekvatora yaxınlığından da asılıdır. Ekvator ətrafında olan ərazilərdə təhriflər az müşahidə edilir. Ekvatordan qütblərə doğru uzaqlaşdıqca təhriflərin kəmiyyəti çoxalır. Buna görədir ki, xüsusən açıq dünya xəritəsində Qrenlandiya adası Avstraliyadan, Antarktida materiki isə Afrikadan böyük görünür. Halbuki, Qrenlandiya Avstraliyadan sahəcə 3.5, Antarktida isə Afrikadan 2 dəfə kiçikdir. Xəritədə qeyd edilən təhriflərin baş verməsinin səbəbi Afrika və Avstraliyanın ekvatora yaxın yerləşmələrinə görə bunlarda təhrifin az, Antarktida Qrenladiya isə qütbdə yerləşdiyinə görə təhrifin çox olmasıdır. Heç bir xəritədə ərazidə olan bütün coğrafi obyektləri göstərmək mümkün deyil. Buna görə də plan və ya xəritə tərtib edərkən məqsəddən asılı olaraq əsas obyekt göstərilir, 2-ci dərəcəli obyekt atılır. Buna kartoqrafik ümumiləşdirmə və ya generalizasiya deyilir. Generalizasiyanın kəmiyyəti xəritənin miqyasından asılıdır. Xəritə nə qədər böyük miqyaslı olursa, generalizasiya bir o qədər az müşahidə edilir. Təhrifin növünə görə kartoqrafik proyeksiyalar 3 cür olur:

  1. Bərabərsahəli – bunlarda sahə təhrifi olmur, digər təhriflər çox olur. Bu xəritələrdən əsasən sahələrin hesablanmasında istifadə edilir.
  2. Bərabərbucaqlı – bunlarda bucaq təhrifi olmur, digər təhriflər çox olur. Belə xəritələrdən naviqasiyada yəni nəqliyyatda istifadə edilir.
  3. İxtiyari və ya konform – bunlarda bütün təhrif növləri olur lakin az miqdarda. Belə xəritələrdən tədrisdə istifadə olunur.

Azərbaycan Respublikasımn Prezidenti yanında Ali Attestasiya Komissiyası

səthində təsviri. Coğrafiya qlobusunun miqyası və əsas xüsusiyyətləri.

2. Kartoqrafiyanın inkişaf tarixi

İbtidai çəmiyyətdə kartoqrafik təsvirlər. Antik dövrdə kartoqrafiya. Ptolomeyin

əsərləri. Roma yol xəritələri. Orta əsrlərdə kartoqrafiya. Əl-Xarəzmi və Əl-Biruninin

kartoqrafiya və geodeziya sahəsində gördüyü işlər barədə məlumatlar. İntibah

M.V.Lomonosovun kartoqrafiyanın inkişafinda rolu. Azərbaycanda kartoqrafiyanın

Kartoqrafik proyeksiyalar. Xəritələrin miqyası: baş və xüsusi miqyaslar.

Proyeksiyalarda təhriflərin yaranması, uzunluq, buçaq və sahə təhrifləri, onların

hesablanması, təhrif xüsusiyyətinə (xarakterinə) görə kartoqrafik proyeksiyaların

təsnifatı. Köməkçi azimutal (perspektiv, qeyri-perspektiv) proyeksiyalar. Silindrik

proyeksiyalar. Konus proyeksiyaları. Polikonus və çoxüzlü proyeksiyalar. Şərti

proyeksiyalar. Dünya, yarımkürələr, materiklər və ayrı-ayrı dövlətlərin xəritələrinin

tərtibində istifadə edilən proyeksiyalar.

4. Topoqrafık xəritələrin tərtibində istifadə edilən proyeksiyalar

Qaussun bərabərbuçaqlı (konform) köndələn silindrik proyeksiyası. Merkatorun

bərabər-bucaqlı düz silindrik proyeksiyası. Solovyovun orta məktəb xəritələrini

(şimal yarımkürəsi timsalında) tərtib etmək üçün təklif etdiyi çəp silindrik

proyeksiyası. Proyeksiyaların seçilməsi və təyin edilməsi. Xəritələrin komponovkası.

Əlavə və kəsik xəritələr haqqında ümumi məlumat.

Coğrafiya xəritələri və atlasların tipləri və təsnifatı

Miqyasa görə təsnifat. Əhatə etdiyi əraziyə görə təsnifat. Məzmuna görə təsnifat.

Kartoqrafik proyeksiyaların növünə görə təsnifat. Xəritələrin məqsəd və vəzifələrinə

görə təsnifat. Coğrafiya atlasları və onların təsnifatı.

Ümumcoğrafi xəritələrin məzmunu

Kartoqrafık şərti işarələr. Hidroqrafik obyektlərin təsviri.

7. Relyefin təsvir edilməsi üsulları, perspektiv, ştrixlər, yuma, horizontallar

və hipsometrik üsulları

Bitki örtüyü və qruntun təsviri. İçtimai-iqtisadi obyekt və hadisələrin təsviri.

8. Xüsusi və tematik xəritələrdə obyekt və hadisələrin təsvir edilməsi

Şərti işarələr üsulu, izoxətlər üsulu, areallar üsulu, keyfiyyət fonu üsulu, hərəkət

xətləri üsulu, nöqtələr üsulu. Statistik kartoqram və kartodiaqram üsulları. Lokal

diaqram üsulu. Coğrafiya xəritələrinin yazısı. Coğrafi adların göstəricisi.

9. Kartoqrafik generalizasiya

Kartoqrafik generalizasiyanın mahiyyəti, məqsəd və vəzifəsi. Generalizasiyaya

təsir edən amillər. Generalizasiyanın əsas növləri.

Generalizasiyada obyektlərin seçilməsi və əsas ümumiləşdirilmə xüsusiyyətləri.

Məntəqələr üzrə yerləşən obyekt və hadisələrin generalizasiya edilməsi. Xətt üzrə

yerləşən obyekt və hadisələrin generalizasiya edilməsi. Fasiləsiz yayılan və müəyyən

sahə üzrə yerləşən obyekt və hadisələrin generalizasiya edilməsi. Ərazi üzrə

səpələnmiş obyekt və hadisələrin generalizasiya edilməsi. Hərəkət və əlaqə

göstəriçilərinin generalizasiya edilməsi.

10. Xüsusi xəritə və atlasların təsnifatı

Xüsusi xəritə və atlaslar. Onların təhlil və qiymətləndirilməsi üsulları. Fiziki-

coğrafi xəritə və atlaslar. Qurunun topoqrafik öyrənilməsi. Dəniz xəritələri.

Kompleks xəritələrin tərtib edilməsi. Kompleks atlaslar. Kartoqrafik biblioqrafiya.

11. Coğrafiya xəritələrinin hazırlanması

Redaktə hazırhq işləri və xəritə orijinalının hazırlanması. Koordinatoqraf.

Mütənasib pərgar, pantoqraf, fotomexaniki üsul. Xüsusi xəritə və atlasların tərtib

edilməsi. Xəritənin yoxlanması və redaktə edilməsi.

Xəritəbrin tərtibində tətbiq edilən müxtəlif proqram təminatları haqqında

Xəritənin nəşrə hazırlanması və nəşri

Xəritələrin nəşrə hazırlanma prosesinin avtomatlaşdırılması. Coğrafi informasiya

sistemlərinin tədbiqi ilə xəritəbrin tərtibi, kartoqrafik məlumatların toplanması,

saxlanması və istifadəsi. Rəqəmli xəritələrin tərtibi haqqında məlumat.

Coğrafiya xəritələrindən istifadə

Kartometrik işlər haqqında ümumi məlumatlar. Xəritə üzrə xətti və sahəvi

obyektlərin ölçülmə üsulla. Xəritə üzrə aparılan ölçü işlərinin dəqiqliyi.

Xəritə üzrə əyri xətlərin, məsafələrin və sahələrin ölçülməsi üsulları və alətləri.

Xəritə üzrə horizontallara görə həll edilən məsələlər.

Morfometrik göstəricilər haqqında ümumi məlumat

Xəritə üzrə morfometrik göstəricilərin təyin olunma üsulları: orta yüksəkliyin

hesablanması, hipsoqrafik əyrinin qurulması, həçmlərin hesablanması.Yer səthinin

faktiki və orta meylliyinin müxtəlif üsullarla (qrafiki, analitik, qrafoanalitik və s.)

Xəritələr üzrə obyekt və hadisələrin yerləşməsinin qanunauyğunluqlarının

öyrənilməsi. Xəritələr üzrə obyekt və hadisələrin qarşılıqlı əlaqə və asılılıqlarının

öyrənilməsi. Xəritələr üzrə obyekt və hadisələrin inkişafının öyrənilməsi.

Xəritələrdən proqnoz məqsədi ilə istifadə.

Kartoqrafiya istehsalının təşkili və iqtisadiyyatı

Kartoqrafiya istehsalatın strukturu və idarə edilməsinin özünəməxsus xüsusiyyətləri.

Istehsalın avtomatlaşdırılması imkanları və perspektivləri. GİS-texnologiyasının

tətbiqi. İşçi qüvvəsindən səmərəli və elmi istifadə. Təhlükəsizlik texnikası və əməyin

mühafizəsi. İstehsalatı təşkilinin iqtisadi məsələləri.

l. Piriyev R.X. – Kartoqrafiya. Maarif nəşr. Bakı, 1975, 1 nəşri. 1964.

Салищев К.А. – Картография. -M., 1982.

Volkov N.M. Составление и редактирование карт. Геодезиздат, М., 1962.

4. Гараевская А.С. – Картография. Изд-во геодезич. и картограф. литерату-

Васмут А.С. Моделирование и картографирование с применением ЭВМ.

Москва, Недра, 1983 r.

Bayramov R.V. Cuvarov R.P. Geodeziyanın əsasları və kartoqrafiya,

Metodik vəsait. Bakı-2010.

7.Байрамов Р.В. Учебно-методическое пособие по геодезии и картографии.

8. Məmmədov Q.Ş, İ.H.Əhmədov. Hərbi topoqrafiyanın və geodeziyanın

əsasları. «Nafta-Press» nəşriyyatı. Bakı-2004.

Aeronaviqasiyada kartoqrafik profeksiyalar. «Nafta-press» nəşriyyatı, Bakı-

2529.01 – “Xəritəçilik”ixtisası üzrə doktoranturaya

qəbul imtahanının sualları

1. Kartoqrafıya elminin məqsəd və vəzifələri

2. Coğrafiya xəritələrinin məzmunu, əhəmiyyəti və əsas xüsusiyyətləri.

3. Digər kartoqrafik təsvirlər (relyef xəritəsi). Ay və Günəş sistemi

planetlərinin xəritələri, ulduz xəritələri.

4. Çoğrafıya xəritəsinin elementləri. Qlobuslar.

5. Yer Kürəsinin qlobus səthində təsviri.

6. Coğrafiya qlobusunun miqyası və əsas xüsusiyyətləri.

7. Kartoqrafiyanın inkişaf tarixi

8. İbtidai çəmiyyətdə kartoqrafik təsvirlər. Antik dövrdə kartoqrafiya

9. Roma yol xəritələri. Orta əsrlərdə kartoqrafiya

10. Əl-Xarəzmi və Əl-Biruninin kartoqrafiya və geodeziya sahəsində gördüyü

işlər barədə məlumatlar

11. İntibah dövründə kartoqrafiya

12. Rus dövlətində kartoqrafiya

13. Böyük çertyoj. M.V.Lomonosovun kartoqrafiyanın inkişafinda rolu. 14.

Azərbaycanda kartoqrafiyanın inkişaf tarixi.

15. Kürə səthinin müstəvi üzərində təsviri

17. Xəritələrin miqyası: baş və xüsusi miqyaslar

18. Proyeksiyalarda təhriflərin yaranması, uzunluq, buçaq və sahə təhrifləri, 19.

Təhrif xüsusiyyətinə (xarakterinə) görə kartoqrafik proyeksiyaların təsnifatı

20. Köməkçi azimutal (perspektiv, qeyri-perspektiv) proyeksiyalar

21. Silindrik proyeksiyalar

22. Konus proyeksiyaları. Polikonus və çoxüzlü proyeksiyalar

23. Şərti proyeksiyalar

24. Dünya, yarımkürələr, materiklər və ayrı-ayrı dövlətlərin xəritələrinin

tərtibində istifadə edilən proyeksiyalar.

25. Topoqrafık xəritələrin tərtibində istifadə edilən proyeksiyalar

26. Qaussun bərabərbuçaqlı (konform) köndələn silindrik proyeksiyası.

Merkatorun bərabər-bucaqlı düz silindrik proyeksiyası

28. Proyeksiyaların seçilməsi və təyin edilməsi

29. Xəritələrin komponovkası

30. Əlavə və kəsik xəritələr haqqında ümumi məlumat.

Coğrafiya xəritələri və atlasların tipləri və təsnifatı

Əhatə etdiyi əraziyə görə təsnifat

Məzmuna görə təsnifat

Kartoqrafik proyeksiyaların növünə görə təsnifat

Xəritələrin məqsəd və vəzifələrinə görə təsnifat

Coğrafiya atlasları və onların təsnifatı.

Ümumcoğrafi xəritələrin məzmunu

39.Kartoqrafık şərti işarələr

40.Hidroqrafik obyektlərin təsviri.

41. Relyefin təsvir edilməsi üsulları, perspektiv, ştrixlər, yuma, horizontallar

və hipsometrik üsulları

42. Bitki örtüyü və qruntun təsviri

43. İçtimai-iqtisadi obyekt və hadisələrin təsviri.

44. Xüsusi və tematik xəritələrdə obyekt və hadisələrin təsvir edilməsi üsulları

45. Şərti işarələr üsulu

46. İzoxətlər üsulu

47. Areallar üsulu

48. Keyfiyyət fonu üsulu

49. Hərəkət xətləri üsulu

50. Nöqtələr üsulu

51. Statistik kartoqram və kartodiaqram üsulları

52. Lokal diaqram üsulu

53. Coğrafiya xəritələrinin yazısı

54. Coğrafi adların göstəricisi.

55. Kartoqrafik generalizasiya

Kartoqrafik generalizasiyanın mahiyyəti, məqsəd və vəzifəsi.

57.Generalizasiyaya təsir edən amillər. Generalizasiyanın əsas növləri.

58. Generalizasiyada obyektlərin seçilməsi və əsas ümumiləşdirilmə

59. Məntəqələr üzrə yerləşən obyekt və hadisələrin generalizasiya edilməsi. 60.

Xətt üzrə yerləşən obyekt və hadisələrin generalizasiya edilməsi.

61. Fasiləsiz yayılan və müəyyən sahə üzrə yerləşən obyekt və hadisələrin

62. Ərazi üzrə səpələnmiş obyekt və hadisələrin generalizasiya edilməsi. 63.

Hərəkət və əlaqə göstəriçilərinin generalizasiya edilməsi.

64. Xüsusi xəritə və atlasların təsnifatı

65. Fiziki-coğrafi xəritə və atlaslar. Qurunun topoqrafik öyrənilməsi

66. Dəniz xəritələri

67. Kompleks xəritələrin tərtib edilməsi

68. Kompleks atlaslar

69. Kartoqrafik biblioqrafiya.

70. Coğrafiya xəritələrinin hazırlanması

71. Redaktə hazırhq işləri və xəritə orijinalının hazırlanması

73. Mütənasib pərgar, pantoqraf

74. fotomexaniki üsul

75. Xüsusi xəritə və atlasların tərtib edilməsi

76. Xəritənin yoxlanması

77. Redaktə edilməsi

78. Xəritəbrin tərtibində tətbiq edilən müxtəlif proqram təminatları haqqında

79. Xəritənin nəşrə hazırlanması və nəşri

80. Xəritələrin nəşrə hazırlanma prosesinin avtomatlaşdırılması

81. Coğrafi informasiya sistemlərinin tədbiqi ilə xəritəbrin tərtibi

82. Kartoqrafik məlumatların toplanması, saxlanması və istifadəsi

83. Rəqəmli xəritələrin tərtibi haqqında məlumat.

85. Kartometrik işlər haqqında ümumi məlumatlar

86. Xəritə üzrə xətti və sahəvi obyektlərin ölçülmə üsulla

87. Xəritə üzrə aparılan ölçü işlərinin dəqiqliyi.

88. Xəritə üzrə əyri xətlərin, məsafələrin və sahələrin ölçülməsi üsulları və

89. Xəritə üzrə horizontallara görə həll edilən məsələlər.

90. Morfometrik göstəricibr haqqında ümumi məlumat

91. Xəritə üzrə morfometrik göstəriçilərin təyin olunma üsulları

92. Orta yüksəkliyin hesablanması

93. Hipsoqrafik əyrinin qurulması

94. Həçmlərin hesablanması

95.Yer səthinin faktiki və orta meylliyinin müxtəlif üsullarla təyini.

96.Xəritələr üzrə obyekt və hadisələrin yerləşməsinin qanunauyğunluqlarının

97. Gis-texnologiyasının tətbiqi

98. Istehsalın avtomatlaşdırılması imkanları və perspektivləri

99. Xəritələrdən proqnoz məqsədi ilə istifadə.

Kartoqrafiya istehsalının təşkili və iqtisadiyyatı

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.