Press "Enter" to skip to content

Qırmızı kitab ın üçüncü nəşrinə salınacaq bəzi növlər müəyyənləşdirilib

Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilir. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycanın bütün ərazisində, o cümlədən, Xəzər dənizinin (gölünün) ölkəyə mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

“Qırmızı Kitab”ın yeni nəşri üzərində işlər yekunlaşır

Bu nəşrin həyata keçirilməsi Prezidentin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planına salınıb.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın sözlərinə görə, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın I nəşrinə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 140 ali bitki növü daxil edilib. I nəşrdə olan 33 nadir növ müxtəlif səbəblərdən II nəşrə daxil edilməyib. Onlardan 15 növün III nəşrə yenidən daxil edilməsi məqsədəuyğun hesab edilib: “Qırmızı Kitab”ın II nəşri 330 növü, o cümlədən, 266 ali (1 növ mamır) və 20 ibtidai bitkini, 14 göbələk növünü əhatə edir. “Qırmızı Kitab”ın II nəşrində olan 23 növün III nəşrə daxil edilməsi tövsiyə edilməyib. İşçi qrupu tərəfindən “Qırmızı Kitab”a daxil edilməsi tövsiyə olunan yeni növlərin sayı 122-yə bərabərdir. “Qırmızı Kitab”ın III nəşrinə daxil edilmək üçün 450-dən çox növ qiymətləndirilib. Bunlardan 400-dən çoxu ali, 6-sı ali sporlu, 7-si ibtidai bitkilərə (2-si şibyə, 5-i yosun), 37-si göbələk növlərinə aiddir”.

İ.Hüseynova “Qırmızı Kitab”ın I nəşrinə 108 növ heyvan adı daxil edildiyini vurğulayıb: “Onların 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq və 40 növü həşəratlar sinfinə aiddir. “Qırmızı Kitab”ın II nəşrinə nadir, nəsli kəsilmək təhlükəsində olmaqla, qorunmasına ehtiyac yaranan 223 növ heyvan daxıl edilib. II nəşrə həşəratlar sinifinə aid 77 növ daxil edilib. III nəşrdə 25 növün siyahıdan çıxarılması, 30 növün isə əlavə edilməsi təklif edilir. II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Ötən dövr ərzində bu növlərin bir çoxunun təsnifatında dəyişikliklər edilib. Bu fakt, eləcə də son illərdə aparılan molekulyar-genetik tədqiqatlar nəticəsində bəzi növlərin iki və daha çox müstəqil növə ayrılması III nəşrdə nəzərə alınacaqdır. “Qırmızı Kitab”ın II nəşrinə quşların 72 növü daxil edilmişdi. Bunlardan 10 növün yaşıl siyahıya salınması və qırmızı siyahıya isə 16 yeni növün daxil edilməsi təklif edilir. II nəşrə düşmüş məməli heyvanlardan 5 növün qırmızı siyahıdan çıxarılması və 2 yeni növün daxil edilməsi planlaşdırılır. Ümumilikdə, III nəşrə 242 fauna növünün salınması qərara alınıb. Bunlardan su onurğasızlarının 7, həşəratların 82, balıqların 12, suda-quruda yaşayanların 6, sürünənlərin 18, quşların 78, məməlilərin 39 növü üzrə qiymətləndirmələr aparılıb, onların sayı, nəsilvermə göstəricisi, biotopla trofik əlaqəsi, limit amilləri haqqında məlumat toplanıb, oçerklər yayılma xəritələri və növün xarakterik şəkilləri ilə birgə tam hazırlanıb, növlərin Kitabdakı sıralanması müəyyənləşdirilib”.

İ.Hüseynovanın dediyinə görə, Ermənistan tərəfindən işğal müddətində təbiətə, torpaq və su resurslarına qarşı törədilən ekoloji fəsadlar fauna və floranın nadir növlərindən də yan keçməyib: “Qırmızı Kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qalıb. Qarabağ torpaqlarının işğaldan azad edilməsi nəticəsində bu regionda da ekspedisiya tədqiqatlarına imkan yaranıb və “Qırmızı Kitab”ın II nəşrindən fərqli olaraq III nəşrdə regionun nadir və itmək təhlükəsində olan növlərinin real monitorinqlərinin həyata keçirilməsi mümkün olub. İşğaldan azad edilmiş ərazilərdə alimlərimiz “Qırmızı Kitab”la bağlı tədqiqatlar aparıblar. Bu tədqiqatların nəticələri də III nəşrdə öz əksini tapacaqdır”.

Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilir. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycanın bütün ərazisində, o cümlədən, Xəzər dənizinin (gölünün) ölkəyə mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Ölkədə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilib. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilib.

“Qırmızı Kitab”ın son nəşrində (2013-cü il) mütəxəssislər tərəfindən ölkəmizin müxtəlif təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş 300 bitki və 223 heyvan növünü əhatə edən Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşri yenidən işlənilib.

Nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər keçirilib, onların beynəlxalq səviyyədə müasir qorunma meyarları müəyyənləşdirilib. Bu nəşrdə ilk dəfə olaraq təbiəti mühafizə baxımından təsvir edilmiş nadir və nəsli kəsilmiş növlərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlara görə (IUCN, 2001) qiymətləndirilməsi həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hazırlanması və dövri nəşri ilə bağlı işlərin maliyyələşdirilməsi Dövlət büdcəsi hesabına həyata keçirilir və hər 10 ildən bir nəşri nəzərdə tuutlub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, “Qırmızı Kitab”ın III nəşri ilə bağlı tədqiqat işləri, demək olar ki, yekunlaşıb: “2023-cü ildə “Qırmızı Kitab”ın III nəşrinin çap olunması nəzərdə tutulub. Bununla bağlı komissiyalar yaradılıb, lazımi çöl-tədqiqat işləri də yekunlaşmaq üzrədir”.

Vüqar Kərimovun sözlərinə görə, “Qırmızı Kitab”ın III nəşrində işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqat işlərinin də nəticəsi öz əksini tapacaq: “Qırmızı Kitab”ın III nəşrinin kitabın əvvəlki nəşrlərlə müqayisədə fərqlidir. Əsas fərq işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqat işlərinin də nəticəsinin “Qırmızı Kitab”ın III nəşrində öz əksini tapacağı ilə bağlıdır. 10 ildən bir beynəlxalq təcrübəyə əsaslanaraq “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nda verilən siyahılar mütəmadi olaraq dəqiqləşdirilməli və yenidən nəşr edilməlidir. Kiçik Qafqazın böyük ərazisinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalması səbəbindən isə bir çox nadir və təsərrüfat əhəmiyyətli növlərin yaşadığı bu unikal regionun faunası nəzarətsiz qalıb. Oradakı vəziyyət naməlumdur. Biz 30 il idi ki, bu torpaqlarda tədqiqat işi aparmaqdan məhrum idik. Artıq 2 ildir minalardan təmizlənmiş ərazilərdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunan nadir və nəsli kəsilməkdə olan heyvan, eyni zamanda, bitki aləmi kitabda öz əksini tapacaq”.

Nazir müavini bildirib ki, birinci “Qırmızı Kitab”da 140 flora, 108 fauna növü təmsil olunub. O qeyd edib ki, bu rəqəm ikinci “Qırmızı Kitab”da iki dəfə artıqdır. Eyni zamanda, ikinci Kitabda 300 flora və 226 fauna növü əksini tapıb. Üçüncü Kitabda isə 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq.

Qeyd edək ki, “Qırmızı Kitab”ın III nəşrinin nadir və nəsli kəsilməkdə olan fauna növlərinin tədqiqi üzrə Zoologiya İnstitutunun və İşçi qrupun mütəxəssisləri tərəfindən intensiv monitorinqlər aparılıb. Monitorinqlər nəticəsində Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə rast gəlinib, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib. Növ mənsubiyyətinin dəqiqləşdirilməsi əvvəllər Azərbaycanda qeydə alındığı barədə məlumat verilib. Son illərdə İnstitutda aparılan tədqiqat işlərinin nəticələrinə görə sədəf ilbizi – Unio mingrelicus və tibb zəlisi – Hirudo orientalis növlərinin saylarının azalması qeydə alınır. II nəşrə daxil edilmiş 3 növ su onurğasızı və 9 növ balığın monitorinqi ilə yanaşı, adıçəkilən növlərin və 2 sümüklü balıq növünün də Qırmızı Kitabın III nəşrinə daxil edilməsi məsələsinə aydınlıq gətiriləcək. II nəşrə Həşəratlar sinfinə aid 77 növ daxil edilib. III nəşrdə 14 növün siyahıdan çıxarılması, 55 növün isə əlavə edilməsi ilə yenilənmiş siyahıda olan növlərin sayının 118-ə çatdırılması təklif edilir. Digər tərəfdən II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Lakin 2013-cu ildən bu günə qədər növlərin bir çoxunun təsnifatında dəyişikliklər edildiyi üçün bu növlərin monitorinqi aparıldıqdan sonra yeni təsnifat statusu ilə “Qırmızı Kitab”ın III nəşrinə daxil edilməsinə zərurət yaranıb.

Hidrobioloqlar tərəfindən Xəzər dənizinə, Lənkəran təbii vilayəti su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiyalar təşkil olunub. Ekspedisiyalar Xəzərin Azərbaycan sektorunu, Lənkəran təbii vilayətinin su hövzələrini və Kiçik Qızılağac körfəzini əhatə edib. Xəzər dənizində, o cümlədən, daxili su hövzələrində molyusklar, xərçənglər və balıqlar üzərində monitorinqlər həyata keçirilib.

Aparılan müşahidələr, bu məqsədlə toplanan materialların analizi və Naxçıvan Muxtar Respublikasından toplanılan materiallara əsaslanaraq “Qırmızı Kitab”ın II nəşrində yer alan çay qızılxallısının (Salmo fario Linneus, 1758) və qızılı şirbitin (Zərdəpər) geniş yayıldığını və çoxsaylı olmasını nəzərə alaraq onun “Qırmızı Kitab”ın növbəti nəşrinə tövsiyə edilib.

Sevinc QARAYEVA

“Qırmızı kitab”ın üçüncü nəşrinə salınacaq bəzi növlər müəyyənləşdirilib

Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA Zoologiya institutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədov məlumat verib.

Onun sözlərinə görə, kitaba salınacaq və oradan çıxarılacaq bəzi növlər artıq müəyyənləşdirilib və monitorinqlər aparılır:

“Son illərdə İnstitutda aparılan tədqiqat işlərinin nəticələrinə görə sədəf ilbizi – Unio mingrelicus və tibb zəlisi – Hirudo orientalis növlərinin saylarının azalması qeydə alınır. II nəşrə daxil edilmiş 3 növ su onurğasızı və 9 növ balığın monitorinqi ilə yanaşı, adıçəkilən növlərin və 2 sümüklü balıq növünün də Qırmızı Kitabın III nəşrinə daxil edilməsi məsələsinə aydınlıq gətiriləcək. II nəşrə Həşəratlar sinifinə aid 77 növ daxil edilib. III nəşrdə 14 növün siyahıdan çıxarılması, 55 növün isə əlavə edilməsi ilə yenilənmiş siyahıda olan növlərin sayının 118-ə çatdırılması təklif edilir. Digər tərəfdən II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Lakin 2013-cu ildən bu günə qədər növlərin bir çoxunun təsnifatında dəyişikliklər edildiyi üçün bu növlərin monitorinqi aparıldıqdan sonra yeni təsnifat statusu ilə Qırmızı Kitabın III nəşrinə daxil edilməsinə zərurət yaranıb”.

E.Əhmədov bildirib ki, həmçinin, Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) siyahısına yüksək mühafizə statusu ilə daxil edilən 3 növün (Darevskia rostombekowi, Eremias pleskei, Natrix megalocephala), Qırmızı Kitabın III nəşrinə daxil edilməsi məsələsinə baxılması planlaşdırılır:

“Bundan başqa Qırmızı Kitabın II nəşrinə quşların 72 növü daxil edilib. Son illər ərzində növlərin bir çoxunun təsnifatında dəyişikliklər edildiyindən, faunaya anpropogen faktorların təsiri gücləndiyindən, Qırmızı Kitabın III nəşrində siyahıdan 4 növün çıxarılaraq yaşıl siyahıya salınması və əvvəlki siyahıya 15 yeni növün daxil edilməsi təklif edilir. Azərbaycan respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin məməli heyvanların yenilənmiş siyahısına, Quru onurğalıları labotatoriyasında aparılan tədqiqat işlərinin nəticələrinə əsasən Qırmızı Kitabın II nəşr məməli heyvan növləri siyahısından 8 növ məməlinin çıxarılması və 1 növünün daxil edilməsi planlaşdırılır. Ümumiyyətlə, Azərbaycanın “Qırmızı Kitabı”nın III nəşrinə, nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi nəzərdə tutulur: Oligochaeta – 1 növ, Hirudinea – 1 növ, Mollusca – 3 növ, Crustacea – 1 növ, İnsecta – 118 növ, Pieces – 11 növ, Amhpibia – 6 növ, Reptilia – 20 növ, Aves – 83 növ, Mammalia – 35 növ”.

Alim onu da qeyd edib ki, AMEA Zoologiya İnstitutunun entomoloqları tərəfindən aparılan monitorinqlər nəticəsində Azərbaycanın “Qırmızı kitabı”nın 3-cü nəşrinə daxil edilməsi planlaşdırılan növlərdən bəzilərinə (Anax imperator, Calosoma sycophanta, Rhaesus serricolli), Bubopsis andromache, Utetheisa pulchella, Saga ephippigera) rast gəlinib, onların Azərbaycanda yayılma xəritələrinə yeni qeydiyyat nöqtələri əlavə edilib:

“Hidrobioloqlar tərəfindən cari ildə Xəzər dənizinə, Lənkəran Təbii vilayətinin su hövzələrinə, eləcə də Kiçik Qızılağac körfəzinə yaz və yay aylarında ekspedisiya təşkil olunub. Göstərilən bölgənin su hövzələrindən toplanmış materiallar (əsasən onurğasız heyvanlar və balıqlar) hazırda təhlil olunmaqdadır. Herpetoloqlar qrupu tərəfindən cari ildə Abşeron yarımadası, Lerik, Yardımlı, Lənkəran, Şamaxı, Qobustan, İsmayıllı, Tovuz, Qax, Şəki, Naxçıvan MR, Şahbuz, Culfa və Ordubad rayonlarına ekspedisiyalar təşkil edilib və tədqiqat ərazisindən “Qırmızı Kitab” növlərinə aid material toplanılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, 2021-ci ildə Lerik rayonu ərazisində Zolaqlı çılpaqgöz (Ablepharus bivittatus) və Xarabalıq aqaması (Trapelus ruderatus) növlərinin yeni yayılma sahələri aşkar edilib. Rast gəlinən növlərin ekoloji xüsusiyyətləri tədqiq olunub və biotopları təsvir edilib.

Qırmızı Kitab növlərinin öyrənilməsinə dair ornitoloqlar Quba, Şabran, Xızı, Şamaxı rayonlarında iyul, avqust və sentyabr aylarında həyata keçirdikləri tədqiqat işləri nəticəsində 6 növün (imperator qartalı – Aegypius monachus, çöl muymulu – Falco naumanni, şahin qızılquş – Falco peregrinus, adi arıyeyən – Pernis apivorus, qaragöz qızılquş – Falco subbuteo, cırtdan qartal – Hieraetus pennatus), Qusar, Ağdaş, Göyçay, Qəbələ, Qobustan, Yardımlı, Daşkəsən rayonları ərazilərinə təşkil olunan ekspedisiyalar nəticəsində 4 növün (leşyeyən ağkərkəs – Neophron percnopterus, keçəl qarakərkəs – Aegypius monachus, saqqallı kərkəs – Gypaetus barbatus, ağbaş kərkəs – Gyps fulvus) sutkalıq fəallıqlarına, biotopla trofik əlaqələrinə, saylarına, limit amillərinə dair materiallar toplanıb.

Terioloqlar tərəfindən tədqiqatlar Böyük Qafqaz ərazisində aparılıb, “Qırmızı Kitab”a daxil ediləcək Cırtdan ağdiş (Suncus etruscus), Kiçik köstəbək (Talpa levantis), Talpa talyschensi (Hirkan köstəbəyi), Hind tirəndazı (Hystrix indica), Cırtdan siçan, (Micromys minitus), Qafqaz qar siçanı (Chionomys gud), Kiçik Asiya qar siçanı (Chionomys roberti), bəbir (Panthera pardus), vaşaq (Lynx lynx), Bezoar keçisi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis) növləri haqqında materiallar toplanıb.

Azərbaycan Respublikası Qırmızı Kitabının 3-cü nəşrinin hazırlanması üçün Yarasalar dəstəsindən (Chiroptera) olan növlər üzrə məlumatlar toplamaq üçün Azərbaycanın müxtəlif Təbii Vilayətlərinə ekspedisiyalar təşkil edilib. “Qırmızı Kitab”ın 2-ci nəşrinə daxil olan 12 yarasa növündən 8-i üzrə (Rhinolophus hipposideros – kiçik nalburun, Rh. mehelyi – eynəkli nalburun, Rh. ferrumequinum – böyük nalburun, Myotis blythii – itiqulaq gecə şəbpərəsi, M.emarginatus – üçrəng gecə şəbpərəsi, Barbastella caspica – Asiya enliqulağı, Eptesicus ognevi – səhra gönlücəsi, Miniopterus schreibersii – adi uzunqanadlı yarasa) materiallar toplanıb, original fotoşəkilləri çəkilib, məlumat bazası üçün səs qeydiyyatlıarı xüsusi olaraq yazılmış, spektoqramları əldə edilib”.

E.Əhmədovun sözlərinə görə, 10 ildən bir beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan Respublikasının Qırmızı Kitabında verilən siyahılar mütəmadi olaraq dəqiqləşdirilməli və yenidən nəşr edilməlidir. Kiçik Qafqazın böyük ərazisinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalması səbəbindən isə bir çox nadir və təsərrüfat əhəmiyyətli növlərin yaşadığı bu unikal regionun faunası nəzarətsiz qalıb. Oradakı vəziyyət naməlumdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qırmızı Kitabının III nəşri 2023-cü ildə hazır olacaq.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.