Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri (2014-cü ilin materialları əsasında)- I Məqalə
Dağlıq Qarabağ (1988-1993)
Xankəndi (18.09.1988)
Əskəran (19.10.1991)
Hadrut (19.11.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
Azərbaycan tarixi romanı mərhələlər problemlər
Dağlıq Qarabağ (1988-1993)
Xankəndi (18.09.1988)
Əskəran (19.10.1991)
Hadrut (19.11.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
Azərbaycanda milli azadlıq hərəkatı XX əsrin əvvəllərində(1900-1907)
Müəllif: | Джаваншир Гусейнов |
Çap olunub: | 2001 |
Səhifələrin sayı: | 256 |
Dili: | rus |
Yüklənilib: | 17312 |
Yüklə (.pdf | 1.546 MB)
Hakimiyyət və insanlar – 1945-1953
Müəllif: | Эльдар Исмаилов |
Çap olunub: | 2003 |
Səhifələrin sayı: | 344 |
Dili: | rus |
Yüklənilib: | 9574 |
Yüklə (.pdf | 1.345 MB)
“Alban tarixi” Musa Kalankatulu mənbə kimi
Müəllif: | Маммедова,Ф. |
Çap olunub: | 1977 |
Səhifələrin sayı: | 198 |
Dili: | rus |
Yüklənilib: | 20572 |
Yüklə (.pdf | 1.274 MB)
1905-1906-cı illərdə erməni müsəlman davası
Müəllif: | Mir Möhsün Nəvvab |
Çap olunub: | 1993 |
Səhifələrin sayı: | 128 |
Dili: | azərbaycan |
Yüklənilib: | 10502 |
Yüklə (.pdf | 1.089 MB)
1918-ci il Şamaxı soyqırımı
Müəllif: | Seyfəddin Qəniyev |
Çap olunub: | 2003 |
Səhifələrin sayı: | 170 |
Dili: | azərbaycan |
Yüklənilib: | 9057 |
Yüklə (.pdf | 1.573 MB)
1918-ci il qırğınları
Müəllif: | Vaqif Arzumanlı |
Çap olunub: | 1995 |
Səhifələrin sayı: | 92 |
Dili: | azərbaycan |
Yüklənilib: | 5722 |
Yüklə (.pdf | 0.544 MB)
1918-ci il qırğınları. Tarixi araşdırmalar
Müəllif: | V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov |
Çap olunub: | 1995 |
Səhifələrin sayı: | 90 |
Dili: | azərbaycan |
Yüklənilib: | 6864 |
Yüklə (.pdf | 0.603 MB)
1918-ci ilin martı. Bakı
Müəllif: | С.Рустамова |
Çap olunub: | 2009 |
Səhifələrin sayı: | 864 |
Dili: | rus |
Yüklənilib: | 10360 |
Yüklə (.pdf | 3.941 MB)
1918. İstiqlal yürüşü
Müəllif: | Yusif Ağayev |
Çap olunub: | 2009 |
Səhifələrin sayı: | 416 |
Dili: | azərbaycan |
Yüklənilib: | 8916 |
Yüklə (.pdf | 4.888 MB)
1920-ci ildə Qarabağ döyüşləri
Müəllif: | Şəmistan Nəzirli |
Çap olunub: | 2009 |
Səhifələrin sayı: | 480 |
Dili: | azərbaycan |
Yüklənilib: | 7889 |
Yüklə (.pdf | 2.279 MB)
31 mart soyqırımı: 1918-1920-cı illər mətbuatında
Müəllif: | Akif Aşırlı |
Çap olunub: | 2011 |
Səhifələrin sayı: | 100 |
Dili: | azərbaycan |
Yüklənilib: | 5803 |
Yüklə (.pdf | 3.252 MB)
Abbas Mirzə və Azərbaycan
Müəllif: | Əminə Pakrəvan |
Çap olunub: | 2010 |
Səhifələrin sayı: | 336 |
Dili: | azərbaycan |
Yüklənilib: | 9629 |
Yüklə (.pdf | 1.436 MB)
Ağa Musa Nağıyev
Müəllif: | Manaf Süleymanov |
Çap olunub: | 1994 |
Səhifələrin sayı: | 40 |
Dili: | azərbaycan |
Yüklənilib: | 8531 |
Yüklə (.pdf | 0.567 MB)
Ağqoyunlu – Osmanlı müharibəsi (1472 – 1473-cü illər)
Müəllif: | Агаев Юсиф, Ахмедов Сабухи |
Çap olunub: | 2006 |
Səhifələrin sayı: | 127 стр |
Dili: | rus |
Yüklənilib: | 10603 |
Yüklə (.pdf | 1.113 MB)
Ağqoyunlu və Səfəvi Dövlətləri ilə Qərbi Avropa ölkələrinin əlaqələri
Müəllif: | Махмудов Я. М. |
Çap olunub: | 1991 |
Səhifələrin sayı: | 180 |
Dili: | rus |
Yüklənilib: | 18807 |
Yüklə (.pdf | 1.782 MB)
Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri (2014-cü ilin materialları əsasında)– I Məqalə
Şərifova Salidə Şəmməd qızı
filologiya elmləri doktoru,
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutu
Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri (2014-cü ilin materialları əsasında)
Məruzə 2014-cü ildə çap olunan 105 monoqrafiya və kitab əsasında hazırlanmışdır. 80-dən çox müəllifin elmi yaradıcılığı əhatə edilmişdir. Monoqrafiya və kitablar əsasən 15 elm və təhsil müəssisələri nəzdində aparılan elmi fəaliyyətin nəticələrini əks etdirir, o cümlədən: 39 əsər Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu, 1 əsər AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, 12 əsər Bakı Dövlət Universiteti, 7 əsər Bakı Slavyan Universiteti, 8 əsər Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, 7 əsər Azərbaycan Dövlət Pedaqoji Universiteti, 3 əsər Naxçıvan Dövlət Universiteti, 3 əsər Azərbaycan Müəllimlər İnstitutu, 2 əsər Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu, 2 əsər Bakı Qızlar Universiteti, 1 əsər Sumqayıt Dövlət Universiteti, 1 əsər Gəncə Dövlət Universiteti, 1 əsər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 1 əsər Azərbaycan Dövlət İqtisad Universiteti, 1 əsər Azərbaycan Texniki Universiteti, digər əsərlər isə müxtəlif müəssələrin əməkdaşlarına aiddir.
Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat və Folklor İnstitutlarının, Bakı Dövlət və Bakı Slavyan Universitetlərinin əməkdaşlarının 2014-cü ildə nəşr edilmiş əsərləri Azərbaycan ədəbiyyatşünaslığının inkişafına aparıcı təsir göstərmişdilər. AMEA Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2014-cü ildə çap edilmiş əsərləri ədəbi təhlil, Azərbaycan ədəbiyyatı filologiyası və folklorşünaslıq istiqamətlərini əhatə etmişdir. AMEA Folklor İnstitutunun əməkdaşları isə Türk xalqları ədəbiyyatı və folklorşünaslıq məsələlərinə üstünlük vermişlər. Bakı Dövlət Universitetinin müəllimlərinin kitablarında Azərbaycan ədəbiyyatı filologiyası və Dünya ədəbiyyatı filologiyası problemləri qaldırılmışdır. Bakı Slavyan Universitetinın müəllimləri isə əsərlərini folklorşünaslıq və tekstologiya (mətnşünaslıq) problemlərinə həsr etmişlər.
Mövzu baxımından 2014-cü ildə nəşr edilən əsərlər XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən əsərlərin, Azərbaycan ədəbiyyatının ümumtürk aspektlərinin, folklorşünaslıq ədəbi məsələlərinin, Cənubi Azərbaycan ədəbiyyatın və mühacirət ədəbiyyatın, sovet dövründə yazıb-yaratmış ədiblərin həyat və yaradıcılığının, Azərbaycan ədəbiyyatının, bədii metod və üsulların, ədəbi növ və janrların təhlilinə həsr olunmuşdur. Eyni zamanda müasir Azərbaycan əbəbiyyatına, sosrealizmə, ədəbiyyat nəzəriyyəsinə və tekstologiya sahəsinə kifayət qədər diqqət yetirilməmişdir. Təəssüf ki, müəlliflər nəşr edilmiş kitablarda opponentləri ilə polemikadan boyun qaçırırlar. Nadir hallarda nəşrlərin səhifələrində kəskin fikir mübadiləsinə rast gəlmək olar. Xarici ədəbiyyatın təhlilinə və müasir əcnəbi nəzəriyyəçilərin tədqiqatlarına, bədii tərcümənin elmi problemlərinə az diqqət yetirilmişdir.
XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən əsərlərin təhlilinə aid 2014-cü ildə 9 əsər çap edilmişdir, o cümlədən:
– Azərbaycan romantiziminin yaranması və inkişafına, romantizmin yeni tipli ədəbi qəhrəmanlarına, romantizmin təsvir sahələrinin əsas motivlər üzrə tipologiyasına həsr olunmuş Vəli Osmanlının iki cilddən ibarət “Azərbaycan romantikləri. Bədii-estetik problemlər” kitabının ikinci cildi (ölümündən sonra çap olunmuşdur);
– Əhməd bəy Ağaoğlunun bədii, elmi və publisist irsini tədqiq edən, ədibin ömür yolunu izləyən, 1892-ci ildə keçirilmiş Beynəlxalq Şərqşünaslar Konqresi haqqında ədibin təəssüratlarını açıqlayan Əziz Mirəhmədovun arxiv materialları əsasında bərpa olunan “Əhməd bəy Ağaoğlu” monoqrafiyası;
– Şair Bayraməli Abbaszadə-Hambalın timsalında mollanəsrəddinçi sənətinin xalqımızın tarixi gedişatındakı yeri və rolunu dolğun şəkildə aydınlaşdıran, yaradıcılığı həyatı fonunda işıqlandırılan və şairə məxsus olan gizli imzalara aydınlıq gətirilən Asif Rüstəmlinin “Bayraməli Abbaszadə: mühiti və mücadiləsi” əsəri;
– Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını açıqlayan, “Süsəni” müxəmməsi, Naci ilə müşairəsi, qəzəlləri, “Məktubun intizarında” poeması ilə yanaşı, şairin maarifçilik fəaliyyətini əhatə edən ədəbi-tarixi fakt və bədii materiallardan ibarət Abbas Səmədovun “Mirzə Şəfi Vazeh-200” əsəri;
– Almas Yıldırımın yaradıcılığında milli, azərbaycançılıq, hürriyyət və istiqlal ideallarının tərənnümünün əsas yer tutmasını açıqlayan Abbas Səmədovun “Almas Yıldırım yaradıcılığında azərbaycançılıq ideyasının tərənnümü” əsəri;
– Böyük satirik şair M.Ə. Sabirin tərcümeyi halı və yaradıcılığını əks etdirən Əbdülvahab Yurdsevərin “Sabirin Azərbaycan ədəbiyyatındakı yeri” monoqrafiyası;
– 1918-1919-cu illərdə Məmmədəli Sidqinin redaktorluğu ilə nəşr olunmuş “Şeypur” jurnalının ideya-bədii mükəmməlliyə malik poeziya və publisistik nümunələr nəşr olunmuş nömrələrinin transliterasiya olunmuş mətnindən ibarət Hüseyn Həşimlinin çapa hazırladığı «“Şeypur” jurnalı» kitabı;
– Məmmədəli Sidqinin maarifçi ziyalı kimi maarifçilik hərəkatında fəaliyyətinə həsr olunmuş və ötən yüzilin birinci yarısında Azərbaycan ədəbi-mədəni mühitini işıqlandıran Hüseyn Həşimlinin “Məmmədəli Sidqi və “Şeypur” jurnalı” əsəri;
– Milli məfkurəmizin “Əkinçi”dən başlayan mərhələlərini (“Əkinçi”, “Molla Nəsrəddin”, “Füyuzat, pedaqoji jurnalistika (“Dəbistan”, “Məktəb”, “Rəhbər”), “İrşad”, “Tərəqqi”, bolşevik jurnalistikası, mühacirət mətbuatı) izləyən, milli məfkurənin inkişafında rolu olan şəxsiyyətləri (H. Vəzirov, Ü. Hacıbəyov, Ə. Ağayev) təqdir edən, milli jurnalistika və müasir mətbuatda özünü göstərən ayrı-ayrı yaradıcılıq məktəblərinin xüsusiyyət və problemlərini tədqiq edən Alxan Bayramoğlunun “Azərbaycan jurnalistika məktəbləri” kitabı.
XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən əsərlərin təhlilinə dair Vəli Osmanlının iki cilddən ibarət olan “Azərbaycan romantizmi” kitabının ikinci cildini və Hüseyn Həşimlinin “Məmmədəli Sidqi və “Şeypur” jurnalı” monoqrafiyasını xüsusi vurğulamaq lazımdır. Vəli Osmanlının iki cilddən ibarət olan “Azərbaycan romantizmi” kitabının ikinci cildi “Azərbaycan romantikləri. Bədii-estetik problemlər” monoqrafiyası XX əsr romantizminin bədii təsvir sahələrini müəyyənləşdirməsinə həsr edilib. Monoqrafiyada romantizm metod və cərəyan kimi səciyyələndirilərək yaradıcılıq tipi kimi təqdim edilir və romantika (üsul, yaradıcılıq tipi) və romantizm (ədəbi hərəkat) arasındakı fərqlərə aydınlıq gətirilir. Hüseyn Həşimlinin “Məmmədəli Sidqi və “Şeypur” jurnalı” monoqrafiyasında Məmmədəli Sidqinin (1888-1956) həyat və yaradıcılıq yoluna ilk dəfə nəzər salınır, ədibin maarifçilik hərəkatında fəaliyyəti izlənilir. Məmmədəli Sidqinin “Şeypur” jurnalında dərc olunmuş məqalə və felyetonları təhlil edilərək dəyərləndirilir.
2014-cü ildə Azərbaycan ədəbiyyatının ümumtürk aspektlərinin təhlilinə aid 5 əsər çap edilmişdir, o cümlədən:
– İraq-türkman nağılları və Azərbaycan nağılları arasında oxşarlıq, obraz, süjet və məzmun baxımından bənzərliyin, bəzən isə eyniliyin göstərilməsi bu iki xalqın bir-birinə qan, kök baxımından yaxınlığı, bir kökə aid olmasını açıqlayan Qəzənfər Paşayevin “İraq-Türkman nağılları” kitabı;
– Aydın Abinin Türk ədəbiyyatında “Tənzimat ədəbiyyatı” və türkoloji araşdırmaları ümumtürk kontekstində tədqiq etməsini açıqlayan Əli Rza Xələflinin “Aydın Abi və Türkiyə ədəbiyyatı” monoqrafiyası;
– Türk xalqları ədəbiyyatının yaradıcılıq mərhələlərini izləyən, bu ədəbiyyata aid ədiblərin həyat və yaradıcılığını geniş tədqiq edən, türk dastanlarının islamiyyətdən öncə və islamiyyətdən sonrakı yaranma və formalaşması prosesini açıqlayan Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi;
– 1944-cü il sürgünündən sonra Axıska türklərinin yazılı ədəbiyyatı inkişaf etdirə bilməmələrini açıqlayan, Axıska folklor ədəbiyyatı və aşıq mühiti haqqında təsəvvür yaradan, 1937-ci ildə naməlum yerə sürgün edilmiş və haqqında heç bir səhih məlumat olmayan Axıskalı Aşıq Molla Məhəmməd Səfilinin həyat və yaradıcılığı haqqında məlumat verən Asif Hacılının “Axıskalı Aşıq Molla Məhəmməd Səfili” kitabı;
– “Dədə Qorqud kitabı” Drezden nüsxəsindəki yazılışına əsasən müxtəlif nəşrlərdə fərqli şəkildə transkripsiya edilmiş eposun mətn parçalarının əslinə uyğun açıqlayan, eposun müqəddimə hissəsinin əski yazılışını təqdim edən və həmin müqəddiməni transkripsiya edən Asif Hacıyevin “«Dədə Qorqud Kitabı”nın şərhli oxunuşu. I kitab (Müqəddimə üzrə)» kitabı.
Azərbaycan ədəbiyyatının ümumtürk aspektlərini əhatə edən əsərlərin təhlilinə dair Qəzənfər Paşayevin “İraq-Türkman nağılları” kitabını, Əli Rza Xələflinin “Aydın Abi və Türkiyə ədəbiyyatı” monoqrafiyasını, Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabını xüsusi vurğulamaq lazımdır. Qəzənfər Paşayevin “İraq-Türkman nağılları” kitabı nəzəri cəhətdən işlənərək tam halda çap olunur. Kitabda ilk dəfə olaraq İraq-türkman nağıllarının təsnifatı verilir. Q. Paşayev nağılları “Sehirli nağıllar”, “Qarışıq sehirli-məişət nağılları”, “Tarixi nağıllar”, “Ailə-məişət nağılları”, “Məişət nağıl-hekayələri”, “Uşaq nağılları” kimi qruplaşdırmışdır. Nağıllar dialektdə verildiyinə görə kitabın sonunda lüğət də verilmişdir. Əli Rza Xələflinin “Aydın Abi və Türkiyə ədəbiyyatı” monoqrafiyasında Azərbaycanın XX əsrin ikinci yarısından sonrakı şərqşünaslar nəslinə mənsub türkoloq-alim, tədqiqatçı Aydın Abinin elmi irsi və həyatı ümumiləşdirilir. Təkmilləşdirilərək təkrar nəşr olunan Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyində M. Kaşqarlı və D. Azadiyə ayrıca yer verilmiş, C. Rumi, N. Kamal, T. Fikrət, İ. Qaspıralı, Ö. Seyfəddin və digər ədiblərin həyat və yaradıcılıqları təhlil obyektinə çevrilmişdir.
2014-cü ildə Azərbaycan ədəbiyyatşünaslığında folklorşünaslıq ədəbi məsələlərinin təhlilinə aid 8 əsər çap edilmişdir, o cümlədən:
– Azərbaycan folklorşünaslığının yaranma tarixinin XIX əsrin sonları XX əsrin əvvəllərinə təsadüf etməsini qeyd edən, Azərbaycan folklorunun ümumtürk, ümumşərq və ümumdünya kontekstində onların tərkib hissəsi kimi tədqiq edən və folklor araşdırmaları bu istiqamətlərdə aparan, arxaik təsəvvürlər sisteminin, düşüncə tərzinin çağdaş Azərbaycan ədəbiyyatında əks etdirən Muxtar Kazımoğlunun “Folklor həm keçmiş, həm də bu gündür” məqalələr toplusu;
– XII əsrə qədərki Gürcüstan ədəbiyyatının yalnız gürcü xalqının deyil, həmçinin onlardan əvvəl Kür boyu yaşamış alban, iber, buntürk və xəzərlərin də ədəbiyyatı olmasını vurğulayan, Karaman dastanının mübahisəli məsələlərinə aydınlıq gətirən, “Bars dərisi geymiş koma” poemasının Aran folklorundan tərcümə olunmasını açıqlayan, Qorq Aslan dastanındakı Qorq Aslanın (Vaxtanqın) türk tayfasının başçısı olmasını qeyd edən, Şirin dastanın bədii əsərlərin yazılmasına təsiri və mübahisəli məqamlarına aydınlıq gətirən, Sulaq dastanının isə Qafqazdan Misirə, Romaya və Krıma qədər yayılmış Kam və Kuş mənşəli etnoslardan olan sulaqların olmasını iddia edən İlhami Cəfərsoyun “İber və Hay folklorunda türk mifik təfəkkürünün izləri” monoqrafiyası;
– Zəngin cəngavərlik ənənələrinin mövcud olmasını və geniş coğrafi məkanı əhatə etməsini izah edən, ənənələrin epikləşməsində peşəkar ozan və improvizator sənətkarların rolunu qeyd edən, Oğuz eposunu arxitektonik quruluşuna və sisteminə görə qruplaşdıran Ülkər Nəbiyevanın «Türk epik ənənəsində “Kitabi-Dədə Qorqud”» monoqrafiyası;
– XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış el şairi Nəbi Borçalının həyatını, yaşadığı ədəbi mühiti və aşığın yaradıcılığını geniş tədqiq edən Elxan Məmmədlinin “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” monoqrafiyası;
– Ağbaba aşıq mühitini xronoloji ardıcıllıqla müəyyən edən, ustad-şagird ənənələrini öyrənən, Ağbaba aşıq mühitinin özünəməxsus havacat və dastan üzərində araşdırma aparan, bu mühitin yaranmasında nanayların dörd və tırınqıların 3 əlamətini müəyyən edən Tacir Qurbanovun “Ağbaba aşıq mühiti” monoqrafiyası;
– «Koroğlu» eposunun dastançılıq ənənələrini tədqiq edən Əliağa Cəfərovun “Azərbaycan «Koroğlu» dastançılığı ənənələri” monoqrafiyası;
– Aşıq Aydın Çobanoğlunun aşıq yaradıcılığı və Aşıq Nəcəfə aid “Aşıq Nəcəfin həyat və yaradıcılığı” adlı diplom işi haqqında geniş məlumat verən Aydın Çobanoğlunun “Ömrün etməyəcək vəfa dedilər” kitabı;
– Qorqudla bağlı olan oğuz boylarının Azərbaycan və türk xalqının tarixi keçmişinin ədəbi-bədii formaya salınmış hekayətlər olmasını açıqlayan, Dədə Qorqudun yaşadığı dövrü müəyyənləşdirən, “Dədə Qorqud kitabı”nın Drezden nüsxəsinin qədim oğuz eposunun Azərbaycan variantı olmasını açıqlayan, Drezden nüsxəsinin katibinə məxsus nöqsanları üzə çıxaran və həmin katibin mətnə müdaxilə etməsinin təsnifatını aparan (altı boyun sonunda Dədə Qorquda aid yumların – xeyir-duaların buraxılması, əsərin üzü köçürüldüyü dövr üçün arxaikləşmiş bəzi söz və ifadələrin ya türk mənşəli, ya da ərəb-fars mənşəli müasir qarşılığı ilə əvəzlənməsi, izah məqsədilə bəzi arxaizmlərin qarşısında müasir qarşılığının yazılması, mənası aydın olmayan bəzi arxaizmlərin bilərəkdən buraxılması) Asif Hacıyevin «“Dədə Qorqud Kitabı”nın şərhli oxunuşu. I kitab (Müqəddimə üzrə)» kitabı.
Folklorşünaslıq ədəbi məsələlərini əhatə edən əsərlərin təhlilinə dair Asif Hacılının “Axıskalı Aşıq Molla Məhəmməd Səfili” kitabını və İlhami Cəfərsoyun “İber və Hay folklorunda türk mifik təfəkkürünün izləri” monoqrafiyasını xüsusi vurğulamaq lazımdır. Asif Hacılının “Axıskalı Aşıq Molla Məhəmməd Səfili” kitabında ilk dəfə olaraq oxuculara həyat və yaradıcılığı öyrənilməyən, əsərləri tam toplanıb dərc edilməyən Axıska mahalının Koblıyan (Altınqala) bölgəsinin (indiki Adıgün) Pulate kəndindən Aşıq Molla Məhəmməd Səfilinin həyat və yaradıcılığından bəhs olunur, əsərlərindən nümunələr toplu şəklində verilir. İlhami Cəfərsoyun “İber və Hay folklorunda türk mifik təfəkkürünün izləri” monoqrafiyasında İber və hay folkloruna təsir etmiş arxaik türk mifləri açıqlanır. Monoqrafiyada bir çox dastanların mənsub olma amillərinə cavab axtarılır, «Karaman» və «Sulaq» dastanlarının gürcü dilinə tərcümə edilməsi, Şota Rustavelinin qələmə almış olduğu poemanın mövzusunun aran folklorundan götürülməsinə toxunulur.
Azərbaycan ədəbiyyatşünaslığında Cənubi Azərbaycan ədəbiyyatı və mühacirət ədəbiyyatı mövzu-problematika baxımından bu gün də əhəmiyyət kəsb edir. Belə ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslığında Cənubi Azərbaycan ədəbiyyatı və mühacirət ədəbiyyatını əhatə edən problemlərin araşdırılması diqqətdən kənarda qalmamışdır. Cənubi Azərbaycan və mühacirət ədəbiyyatına aid 10 əsər nəşr edilmişdir, o cümlədən:
– Mühacirət poeziyasının təşəkkül dövrünün və 1920-ci illərdə Türkiyədə formalaşmış Azərbaycan mühacirət şeirinin mənzərəsini yaradan, M.S. Aran (Sənan), M. Zəyəm, A. Baycan və T. Atəşli yaradıcılıqlarını açıqlayan, A. İldırımın mühacir fəaliyyətinin B. Nəbiyevin “Didərgin şair (Almas İldırımın yaradıcılıq yolu)”, Ə. Arasın “Hazardan Hazara Elmas Yıldırım” əsərləri əsasında tədqiq edən Nikpur Cabbarlının “Azərbaycan mühacirət poeziyası. İcmallar və portretlər” məqalələr toplusu;
– Mühacirət folklorşünaslığına həsr olunmuş əsərlər (A. Hüseynova) və mülahizələrin (V. Sultanlı, A. Tahirli, N. Cabbarlı, və b.) mühacirət folklorşünaslığı ilə əlaqəli araşdırmaların iki istiqamətdə aparılmasını açıqlayan, mühacir ədiblərin folklorşünaslıqla bağlı elmi-nəzəri fikirləri (Ə. Ağaoğlu, M.Ə. Rəsulzadə, Ə. Cəfəroğlu, C. Hacıbəyli və b.) tədqiq edən Fəridə Hicranın (Vəliyeva) “Azərbaycan mühacirət folklorşünaslığı” monoqrafiyası;
– Cənubi Azərbaycan poeziyasının 1950 – 1980, 1990 və 2000 – ci illərini əhatə edən şeir sənətinin dil və üslubca yeni istiqamətdə inkişafını əks etdirən Vüqar Əhmədin “Cənubi Azərbaycan poeziyası” monoqrafiyası;
– Türkiyədə çap edilmiş “Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu Yurd”, “Bildiriş”, “Azərbaycan Yurd Bilgisi”, “Azərbaycan”, “Mücahid”, Almaniyada nəşr edilmiş “İstiqlal”, “Qurtuluş”, “Azərbaycan” və digər mətbu orqanlarını araşdıran, müstəqilliyimizlə bağlı məlumatları toplayan, milliyyətçi, radikal və demokratik “Yeni Qafqazya” qəzetinin mətbuat tarixində rolunu izah edən, “Yeni Qafqazya”dan sonra azərbaycanlıların nəşr etdirdiyi ikinci mətbuat orqanı “Azəri Türk” jurnalının mövqeyini açıqlayan, Türkiyədə 3 ilə yaxın müddətdə latın əlifbası ilə nəşr olunan “Odlu Yurd” jurnalının Azərbaycan istiqlalı uğrunda mübarizə aparan ilk jurnal olması haqqında Nəsiman Yaqublunun “Azərbaycan Mühacirət Mətbuatı” dərs vəsaiti;
– İran aşıqları və ədəbiyyatını tədqiq edən Şəhbazi Aşıq Səlcuqun “İran aşıqları və ədəbiyyatı” kitabı;
– Məşrutə dövründə Cənubi Azərbaycan ədəbiyyatını tədqiq edən, XX əsrin 20-40-cı illərində Cənubi Azərbaycan ədəbiyyatının problemlərini açıqlayan, Azərbaycan ədəbiyyatının tarixi problemlərinin dövr, mühit, mərhələ kontekstində öyrənən, Çağdaş Azərbaycan ədəbiyyatının fərdi yaradıcılıq kontekstində tədqiq edən İslam Qəriblinin “Sözün sehri” məqalələr toplusu;
– XX əsrdə yeni inkişaf mərhələsinə daxil olan Cənubi Azərbaycan ədəbiyyatının səciyyəvi cəhətlərini və ideya-məzmun xüsusiyyətlərini şərh edən, Cənublu qələm sahiblərinin taleyi və yaradıcılığından bəhs edən, XX əsrin əvvəllərindən başlayaraq əllinci illərə qədər Cənubi Azərbaycan ədəbi prosesin mənzərəsini yaradan İslam Qəriblinin “Ədəbiyyat sərhəd tanımır” məqalələr toplusu;
– Güney Azərbaycanın dramaturgiyasının xüsusiyyətlərini tədqiq edən Hüseyn Şərqidərəcəyin “Güney Azərbaycan Dramaturgiyası” əsəri;
– 1945-1946-cı illərdə on yeddi sayı işıq üzü görmüş “Azərbaycan” jurnalının milli tariximizdə mühüm rol oynadığını göstərən Pərvanə Məmmədlinin “Hər iki tayın gerçək aynası – “Azərbaycan” dərgisi” kitabı;
– “Varlıq” dərgisinın təsisçisi olmuş doktor Cavad Heyət haqqında xatirələri əks etdirən Pərvanə Hacı qızı və Baxşəli Zülfünün “Varlığımız” məqalələr toplusu.
Cənubi Azərbaycan ədəbiyyatı və mühacirət ədəbiyyatını əhatə edən əsərlərin təhlilinə dair Vüqar Əhmədin “Cənubi Azərbaycan poeziyası” monoqrafiyasını və Nikpur Cabbarlının “Azərbaycan mühacirət poeziyası. İcmallar və portretlər” məqalələr toplusunu xüsusi vurğulamaq lazımdır. Prof. Vüqar Əhməd “Cənubi Azərbaycan poeziyası” monoqrafiyasında 1950-1980-ci illər Cənubi Azərbaycan poeziyası və xalq adət-ənənələri, Adsızın (Ə.Ş. Dilcuyi), A. Barizin, İ. Cəfərpurun, H. Nitqinin, Aşıq Qəşəmin və digər ədiblərin həyat və yaradıcılğını, müasir Cənubi Azərbaycan şeirinin mövzu, ideya və janr xüsusiyyətlərini tədqiq etmişdir. Nikpur Cabbarlının “Azərbaycan mühacirət poeziyası. İcmallar və portretlər” məqalələr toplusundakı icmal – portretlərdə mühacirət poeziyasının nümayəndələri M.S. Aranın (Sənan), M. Zəyəmin, A. İldırımın, A. Baycanın, T. Atəşlinin yaradıcılıqları, mühacirət poeziyasının araşdırılma vəziyyəti, bu poeziyanın təşəkkül xüsusiyyətləri işıqlandırılır. Müəllif mühacirət ədəbiyyatının qaranlıq qalmış mühacirət poeziyası və onun H. Dönməz, Ə. Usta (Volkan), M. Bahadır, M.Ə. Rəsuloğlu (Rəsulzadə) və digər ədiblərin yaradıcılıqlarına aydınlıq gətirməyə cəhd edir. Məqalələr toplusunda həmçinin Ə. Cəfəroğlunun “Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri” və M.Ə. Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərləri mühacirət poeziyasının təşəkkül mərhələsini və 1930-cu illərdə keçdiyi yolun ümumi mənzərəsini əks etdirir.
2014-cü il Azərbaycan ədəbiyyatşünaslığında sovet dövründə yazıb-yaratmış ədiblərin həyat və yaradıcılığını əhatə edən 5 müəllif haqqında 6 kitab nəşr edilmişdir, o cümlədən:
– Mirzə İbrahimovun həyatını, ədəbi-ictimai fəaliyyətini, milli-ideoloji baxışlarının nəzəri və praktiki cəhətlərini, müxtəlif sənət növləri və sənət sahibləri haqqında söyləmiş olduğu fikirlər, ədəbiyyat haqqında görüşləri, görkəmli şəxsiyyətlərlə münasibətləri, görkəmli şəxsiyyətlərin ədib haqqında fikirləri, həmçinin ədibin ana dilimizin həm Şimali, həm də Cənubi Azərbaycanda dövlət statusu səviyyəsində görmək istəyini əks etdirən Teymur Əhmədovun “Azərbaycan xalq yazıçısı, ictimai-siyasi xadim Mirzə İbrahimov” kitab-albomu;
– Nəbi Xəzri əsərlərinin XX əsr poeziyasında yeni poetik mərhələ təşkil etməsini açıqlayan, yaradıcılığında (qoşma və gəraylı janrlarında yazılmış şeir və poemalarında) folklordan qaynaqlanan, əsərlərində lirizm və həzinlik kimi xüsusiyyətlərdən istifadə edən, şairin novatorluğunu üzə çıxaran, mənzum pyeslərin N. Xəzrinin yaradıcılığında xüsusi bir mərhələ təşkil etməsini tədqiq edən Əflatun Baxşəliyevin “Nəbi Xəzrinin yaradıcılıq yolu” monoqrafiyası;
– İlyas Əfəndiyev yaradıcılığının ədəbi tənqiddə və ədəbiyyatşünaslıqda dərki üçün ümumi təsəvvür yaradan Qurban Bayramov və Jalə Qurbanqızının (Rzayeva) “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” monoqrafiyası;
– Çağdaş Azərbaycan şeirində mühüm hadisə hesab olunan Vaqif Səmədoğlu poeziyası və bu poeziyanın mövzu, problematika, poetika məsələlərini araşdıran, Vaqif Səmədoğlu fenomenini açıqlayan, şairin lirik “mən”i ilə mühit arasındakı barışmazlığı göstərə bilən İradə Musayevanın “Vaqif Səmədoğlu” kitabı.
Sovet dövr əbəbiyyatını əhatə edən əsərlərin təhlilinə aid Qurban Bayramov və Jalə Qurbanqızının “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” monoqrafiyasını və Teymur Əhmədovun “Azərbaycan xalq yazıçısı, ictimai-siyasi xadim Mirzə İbrahimov” kitab-albomunu xüsusi vurğulamaq lazımdır. Qurban Bayramov və Jalə Qurbanqızının “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” monoqrafiyasında İlyas Əfəndiyevin yaradıcılığının ədəbi tənqiddə estetik dərki problemi ilk dəfə ədəbi tənqidin hüdüdlarında və sistemli şəkildə tədqiqata cəlb edilərək elmi-nəzəri şərhi verilir. Monoqrafiya İlyas Əfəndiyev yaradıcılığına həsr edilmiş əsərlərin ümumiləşdirilməsi kimi də maraq doğurur. Maraqlı süjet-kompozisiya əsasında tərtib edilmiş Teymur Əhmədovun “Azərbaycan xalq yazıçısı, ictimai-siyasi xadim Mirzə İbrahimov” kitab-albomu XX əsr Azərbaycan ədəbi-ictimai fikrinin ən böyük nümayəndələrindən olan, ədəbi-publisistik, elmi yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə tarixiləşən Mirzə İbrahimovun yaradıcılığına həsr edilmişdir.
Xüsusi qeyd etmək istərdim ki, 70 illik Azərbaycan ədəbiyyatının yaranması və inkişafında rol oynamış sosrealizmin bu günkü ədəbiyyata təsiri təhlil obyektindən uzaq düşüb. Bu dövrlə məşğul olan alim və tədqiqatçılar sosrealizmə toxunmadan yan keçirlər. Sosrealizmin 70 ildən artıq ədəbiyyatımızda aparıcı metod olması və ədəbi yaradıcılığa istiqamət verməsi unudulmaqdadır. 2014-cü il Azərbaycan ədəbiyyatşünaslığında sosrealizmin təhlil olunmaması və onun müasir ədəbiyyata təsirinin incələnməməsi kimi amilləri, ədəbiyyatşünaslığa mənfi təsir məqamları toxunulmamış qalır. Azərbaycan ədəbiyyatının sovet dövrü ədəbiyyatının formalaşmasında xidmətləri olan ədiblərin, xüsusi ilə də “Altmışıncılar”ın meydana gəlməsi, roman janrının təşəkkülü və bu janrda əsərlərin milli fakta çevrilməsi, Azərbaycan ədəbiyyatşünaslığının və şifahi xalq ədəbiyyatının tədqiq edilməsi, tərcümə məsələlərinə diqqətin artırılması kimi ədəbiyyata xas amillər Azərbaycan Sovet dövrü ədəbiyyatında geniş tədqiq olunurdu. Sadalanan amillərin bu dövr ədəbiyyatı ilə məşğul olan şöbələr tərəfindən nəzərdən keçirilməməsi təəssüf doğurur. Üzücü haldır ki, bu problemlə institutumuzda sovet dövrü ədəbiyyatını tədqiq edən şöbələr məşğul olmalıdır. Təəssüf ki, bu həmin şöbələrin fəaliyyətində özünü göstərmir, şöbə səviyyəsində işlənilməyir. İnstitutumuzun əməkdaşları tərəfindən müasir dövrdə qələmə alınan monoqrafiyalarda sosrealizmə qiymət verilmir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları tərəfindən sosrealizm metodunda yazıb yaratmış ədiblərin tədqiq olunması və sosrealizm dövrünü əhatə edən əsərlərin çoxluğu nəzərdən qaçmır. Azərbaycan sovet ədəbiyyatı nümunələrini təbliğ edən Təyyar Salamoğlunun “İsmayıl Şıxlının bədii nəsri” və Buludxan Xəlilovun “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri” monoqrafiyaları belə əsas yaradır ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində sosrealizm dövrü işlənilir. B. Xəlilovun “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri” və T. Salamoğlunun “İsmayıl Şıxlının bədii nəsri” monoqrafik tədqiqatları bunun göstəricisidir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda da sosrealizm dövrünü əhatə edən ədəbiyyata toxunulmuşdur. Məsələn, Bədirxan Əhmədovun Azərbaycan ədəbiyyatının zəngin irsini tədqiq edən, 2010 və 2011-ci illərdə nəşr edilmiş üçcildlik «XX əsr Azərbaycan ədəbiyyatı» dərsliyinin I və II cildləri, 2015-ci ildə işıq üzü görmüş altı fəsildən ibarət «XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər» monoqrafiyası XX əsrin ədəbi-elmi mühitini canlandırmış, Azərbaycan əbəbiyyatının müqayisəli təhlilinə həsr edilmişdir. Təəssüf ki, məruzədə Bədirxan Əhmədovun sosrealizm dövrünü geniş tədqiq edən bu sanballı əsərləri tədqiq etdiyimiz 2014-cü il ədəbiyyatşünaslığını əhatə etmədiyi üçün toxunulmamış qalır.
Vaqif Yusiflinin “Ədəbi həyat” kitabına, B. Xəlilovun “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri” və T. Salamoğlunun “İsmayıl Şıxlının bədii nəsri” monoqrafiyalarına da diqqət yetirilməlidir. Vaqif Yusiflinin “Ədəbi həyat” kitabında son 10 ildə qələmə alınmış və nəşr edilmiş seçmə ədəbi-tənqidi məqalələri toplanmışdır. V. Yusiflinin “Ədəbi həyat” məqalələr toplusundakı məqalələr 2014-cü ildən əvvəlki dövrlərdə qələmə alınmış və sosrealizmi təbliğ edən məqalələr kimi diqqəti cəlb edir. V. Yusiflinin qələmə almış olduğu məqalələrdə sosrealizm müəllifin işi kimi özünü büruzə verir. V. Yusifli sovet dövründə yaranmış metodologiyanı indiki dövrə uyğunlaşdırır. Müəllifin əsərlərini yenidən çap etdirməsi də bu məqsədi güdür. Vaqif müəllimin “Mir Cəlal həqiqətləri”, “Mehdi Hüseyn-nasir və dramaturq”, “Ənvər Məmmədxanlı-100”, “Uca şəxsiyyət”, “Unudulmayacaq” və s. məqalələri yaradıcılıqları Sovet dövrünə təsadüf etmiş ədiblər haqqındadır. B. Xəlilovun “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri” monoqrafiyasında İsmayıl Şıxlının ədəbi-nəzəri, publisistik yaradıcılığı araşdırılır. Müəllif İsmayıl Şıxlının tənqidə peşəkar səviyyədə yanaşmasını və tənqidin başlıca cəhətlərinə toxunur, tənqidin özündən gələn qüsurları, bu qüsurların yaranmasına səbəb ola bilən şəraiti açıqlayır, ədəbi proses haqqındakı fikirlərini, nəzm və nəsr əsərlərinin yazılmasının incəlikləri ilə yanaşı M. Şoloxov, V. Solouxin, Bayron yaradıcılıqları əsasında dünya ədəbiyyatı haqqında ədəbi-tənqidi görüşlərini açıqlayır. İ. Şıxlı tərəfindən tənqidçilərin elmi-nəzəri hazırlığı olan tənqidçilər, seyrçilər, yazıçı avtoriteti ilə maraqlananlar və ədəbi prosesdən təcrid edilmiş akademik tənqid kimi qruplara bölgüsü diqqətdən yayınmır. T. Salamoğlu İsmayıl Şıxlının 95 illik yubileyi münasibətilə nəşr etdirdiyi “İsmayıl Şıxlının bədii nəsri” monoqrafiyası yazıçının 90 illik münasibəti ilə qələmə aldığı «“Dəli Kür” romanı: tarixi mövzuya yeni münasibət» və «“Ölən dünyam”ın ölməz qəhrəmanları» adlandırdığı fəsillər altında tərtib edilmişdir. İ. Şıxlının “Dəli Kür” romanında tarixi mövzuya yeni münasibət kontekstində romanın sosrealist estetikasının prinsiplərindən imtina etməsi faktı və “Ölən dünyam” romanında milli, etnik, etnoqrafik xüsusiyyətlər təqdim edilir.
2014-cü il ədəbiyyatşünaslığında orta əsrlər Azərbaycan ədəbiyyatına da diqqət yetirilmişdir. 2014-cü ildə bu problemə həsr edilmiş 3 monoqrafiya nəşr edilmişdir, o cümlədən:
– XVI əsr ədəbi və fəlsəfi fikrinin mütəfəkkiri Məhəmməd Füzuli yaradıcılığında elm və sənəti üzvi şəkildə sintez edən, ana dilindən savayı fars və ərəbcə də mükəmməl bədii və elmi əsərlər yaradan Füzulinin özündən sonrakı türkdilli ədəbiyyatın inkişafına təsirini göstərən, qəzəl janrına gətirdiyi yeniliklər və qəzəl yaradıcılığına təsirini açıqlayan Rafael Hüseynovun “Yoxdan var” monoqrafiyası;
– Bütöv fəlsəfi sistem kimi yanaşılaraq «ilahi nur fədaisi» adlandırılan sufizmi bədii-fəlsəfi cərəyan kimi təqdim edən, «məxluqun (insanın) Xaliqə (Allaha) mistik (ilahi) məhəbbəti (ona qovuşması, onda əriyib itməsi) haqqında fəlsəfi təlim» kimi dəyərləndirilən sufizmin təşəkkülündə və yayılmasında bədii ədəbiyyatın rolunu açıqlayan, dərin köklərə malik türk sufizminin problemlərini göstərən, «Divani-Hikmət» əsərinin əfsanəvi şəxsiyyəti Xoca Əhməd Şeyx İbrahim oğlu Yəsəvi haqqında məlumat verən, Yəsəviliyin bir elm kimi formalaşmasını göstərən, türk sufi təriqəti olan Yəsəviliyin Mövlanə Cəlaləddin Rumidən tutmuş XIX əsr Azərbaycan şairləri Nəbati, Vazehə qədər ədəbiyyata güclü təsir etməsini tədqiq edən, Yəsəviliyin Azərbaycanda öyrənilməsi məsələlərini açıqlayan Gülşən Əliyeva-Kəngərlinin Azərbaycan və ingilis dillərində çap olunmuş “Sufizm” monoqrafiyası;
– Orta əsrlər Azərbaycan düşüncəsindəki romantikanın ideya və məzmun qaynaqlarını göstərən, romantik ədəbiyyatın gerçəklikdən uzaq olmamasını və dünya gerçəkliklərini özündə ehtiva etməsini açıqlayan, bir çox bədii əsərlərin ümümşərq kontekstində şərhini verən Sənan İbrahimovun “Orta əsrlər Azərbaycan romantik ədəbiyyatı” monoqrafiyası.
Orta əsrlər Azərbaycan ədəbiyyatı problemlərini əhatə edən əsərlərin təhlilinə dair Gülşən Əliyeva-Kəngərlinin “Sufizm” monoqrafiyasını xüsusi vurğulamaq lazımdır. Gülşən Əliyeva-Kəngərlinin “Sufizm” monoqrafiyasında çoxtəriqətli bədii-fəlsəfi sistemin təkamülündə mərhələ yaratmış sufizmin əsas ziddiyyətini həll etmiş Əbu Həmid Əl Qəzalinin (1058-1111), vəhdəti -vücudun əsasını qoymuş Məhəmməd İbn əl- Ərəbinin (1165-1240) və «Sufizmin açarı» sayılan «Gülşəni-Raz»ini qələmə almış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) fəlsəfi görüşləri – sufizm təlimləri, həmçinin Ə. Yəsəvi, C. Rumi, Y. İmrə, Ş. Təbrizi, M. Əvhədi, İ. Nəsimi, Ş.İ. Xətai, M. Füzulinin irsi analitik təhlil süzgəcindən keçirilərək şərh edilir.
Müasir Azərbaycan əbəbiyyatına dair kitabların azlığı təəssüf doğursa da, ədəbiyyatşünaslıq problemlərini əhatə etməsi baxımından maraq kəsb edir. Məsələn, İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı”, Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı”, həmçinin “Zəlimxan Yaqub”, Bahar Bərdəlinin “Müstəqillik dövrü Azərbaycan poeziyası”, Tofiq Əbdülhəsənlinin “Azərbaycan istiqlal poeziyası” və s. əsərlər Müasir Azərbaycan ədəbiyyatını əhatə edir.
2014-cü ildə ədəbiyyatın mahiyyətini, yaradıcılığın metod və üsullarını, ədəbi növ və janrlarını, bədii əsərin quruluşunu, dil və üslub xüsusiyyətlərini tədqiq edən ədəbiyyat nəzəriyyəsini əhatə edən monoqrafik tədqiqatların nəşr edilməməsi diqqəti cəlb edir. Bu sahəni əhatə edən 3 kitab nəşr edilmişdir, o cümlədən:
– Ədəbi dövrləşdirməyə aydınlıq gətirən, XX əsrin 20-30-cu illərinə təsadüf etmiş ədəbi-fəlsəfi cərəyanları öyrənən, XX əsr poeziyasının realizm və ya romantizm metodlarında izləyən, sosialist realizm yaradıcılıq metoduna yeni münasibət bildirən, heca və əruz vəznlərinə, sərbəst şeirə yeni yanaşma və qafiyə sisteminə yeni baxışı ehtiva edən Əlizadə Əsgərlinin “XX əsr Azərbaycan şeirinin poetikası” dərs vəsaiti;
– Aşıq sənətinin genezisini tədqiq edən, qopuz, yellətmə, saz sözlərinin etimologiyasını və aşiq, müğənni, ozan sözlərinin işlənmə məqamlarını izah edən, ozan-aşıq sənətinin təkmilləşmə mərhələlərini göstərən, Şirvanlı Molla Qasımı aşıq poeziyasının ilk nümayəndəsi kimi təsvir edən, Molla Qasımla Xəstə Qasımın eyni şəxsiyyət olmamasını vurğulayan, Anadilli ədəbiyyatımızın inkişafında heca vəzninin rolunu açıqlayan, təcnisin müxtəlif növ və formalarından istifadə məqamlarını izah edən, aşıq poeziyasında Xətai, Nəsimi, Əmani, Vidadi, Vaqif mərhələlərinin mövqeyi haqqında məlumat verən Nizami Xəlilovun “Heca vəzninin təşəkkülü və inkişafı tarixindən” kitabı;
– Ədəbi ictimaiyyətin diqqətini cəlb edərək ədəbiyyat nəzəriyyəçiləri, eləcə də tənqidçilərin müxtəlif baxış bucaqlarında mübahisə obyektinə çevrilmiş romanların nəzəri-metodoloji problemlərini araşdıran İradə Musayevanın “Çağdaş Azərbaycan romanının nəzəri-metodoloji problemləri” dərs vəsaiti.
Əlizadə Əsgərlinin “XX əsr Azərbaycan şeirinin poetikası” dərs vəsaitini və Nizami Xəlilovun “Heca vəzninin təşəkkülü və inkişafı tarixindən” monoqrafiyasını xüsusi vurğulamaq lazımdır. Əlizadə Əsgərlinin “XX əsr Azərbaycan şeirinin poetikası” dərs vəsaitində XX əsr Azərbaycan şeirinin – problem qoyuluşuna yanaşması, realizmin təşəkkül, təkamül və tənəzül mərhələlərinin araşdırılması, poetikanın ümumi ədəbi cərəyan və ədəbi məktəblərdə öyrənilməsi əksini tapmışdır. Nizami Xəlilovun “Heca vəzninin təşəkkülü və inkişafı tarixindən” monoqrafiyasında heca vəzni və aşıq sənətinin yaranması və inkişaf mərhələləri, XIX əsrə qədərki yazılı ədəbiyyata təsiri, qarşılıqlı əlaqə məsələləri mənbələrə istinadən araşdırılır. XIII-XVIII yüzilliklərdə heca vəzni və xalq poeziyası üslubunda yazılmış şeirlər də monoqrafiyada tədqiq edilir.
Ədəbiyyat nəzəriyyəsinin inkişafına müəyyən üslubla tərtib edilən və sözlərin mənasını izah edən sözlüklərin nəşrinin müsbət təsiri danılmazdır. Belə ki, elmin kateqoriya aparatının durumunu əks etdirən, elmi anlayışların mənasını izah edən və praktik xarakterə malik olan sözlüklərin 2014-cü ildə çap olunması kifayət sayda deyildir. 2014-cü ildə 2 sözlük nəşr edilmişdir, o cümlədən:
-Səkkiz yüz il ərzində ədəbi-bədii qaynaqlar əsasında araşdırılmış söz və istilahları sistemli şəkildə tərtib edən, sözləri, rəmzləri və istilahları açıqlayan Əlyar Səfərlinin “Divan ədəbiyyatı sözlüyü”. Əlyar Səfərlinin divan mətnlərini oxuyub öyrənən, divan ədəbiyyatındakı ifadələri aydınlaşdıran “Divan ədəbiyyatı sözlüyü” neçə illər ərzində təkmilləşərək dəfələrlə nəşr edilmişdir.
– Sözlərin mənşəyinə aydınlıq gətirən, leksik mənasını, terminoloji funksiyasını aydınlaşdıran Zaman Əsgərlinin “Poetika: izahlı sözlük” lüğəti. Bu lüğət yalnız poetikaya aid terminləri şərh edir, bu baxımdan kompleks xarakter daşımır.
Ə. Səfərlinin “Divan ədəbiyyatı sözlüyü” və Z. Əsgərlinin “Poetika: izahlı lüğət” sözlükləri nəzəri terminləri verməklə nəzəriyyənin bazasını yaratmağa addım atır. Bu lüğətlərdə nəzəriyyənin işlənilməsinə cəhdlər edilməsi özü təqdirəlayiqdir.
2014-cü ildə çap olunmuş tekstologiya (mətnşünaslıq) problemlərinə dair 2 kitab nəşr edilmişdir, o cümlədən:
– Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanındakı V-IX məqalələri şərh edən Siracəddin Hacının “Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanındakı V-IX məqalələrin şərhi” kitabı. Nizami Gəncəvini dərindən tədqiq etmək üçün Qurani-Kərimin dərindən öyrənilməsi Siracəddin Hacının “Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanındakı V-IX məqalələrin şərhi” kitabında özünü göstərir. Qeyd edilən kitabda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanının quruluşu, başlıca ideyaları, iyirmi məqalə və məzmun hekayənin qısa məzmunu təhlil edilir, bu məqalələrlə bağlı olan mənzum hekayələr isə beyt-beyt şərh edilir.
– Misirin Dərül-Kutub və bir sıra digər kitabxanalarında saxlanılan Azərbaycana dair əlyazmaların siyahısını verən Kamandar Şəriflinin kiçik həcmli «Misirin «Dərül-kutub vəl-vəsaiqül-qaumiyyə» kitabxanasındakı Azərbaycan əlyazmaları» kitabı. Siracəddin Hacının “Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanındakı V-IX məqalələrin şərhi” və Kamandar Şəriflinin «Misirin “Dərül-kutub vəl-vəsaiqül-qaumiyyə” kitabxanasındakı Azərbaycan əlyazmaları» kitabları klassik tekstologiya (mətnşünaslıq) ilə müasir tekstologiya (mətnşünaslıq) arasında keçid körpüsü funksiyası daşıyır.
2014-cü ildə nəşr edilmiş ədəbiyyatşünaslıq sahəsini əhatə edən kitab və monoqrafiyalarda mənfi amil kimi polemikaya az yer verilməsi və yaxud da heç bir polemikanın olmaması müşahidə edilir. Lakin bu amilin tendensiya halı almadığını müşahidə edirik. Xalq yazıçısı Elçinin tarixə “gecikmiş” milli elmi baxışın paradokslarını və XIX əsri daha dərindən dərk etmək üçün geniş elmi-metodoloji meydanın açılmasını əks etdirən «“Aqoniaya”, yoxsa təkamül? (XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)» silsilə məqalələrdən ibarət kitabı polemika əsasında tərtib edilmişdır. «“Aqoniaya”, yoxsa təkamül? (XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)» silsilə məqalələri toplu halında çap edilməmişdən əvvəl “525-ci qəzet” vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.
Xalq yazıçısı Elçin «“Aqoniaya”, yoxsa təkamül? (XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)» kitabında R. Kamalın Azərbaycan ədəbiyyatını “XIX əsri ədəbiyyatın aqoniyası” kimi qiymətləndirməyi yanlış və metodoloji cəhətdən əsassız olmasını isbatlayır. R. Kamalın “Osmanlı ədəbiyyatından fərqli olaraq, Azərbaycan ədəbiyyatında dialektik keçid yoxdur” fikrinin tamam yanlış müddəa olması kitabda açıqlanır. Zakiri “böyük şair hesab etməyən”, Vazehi “mənasız şair”, Axundovu “İran millətçisi” adlandıran R. Kamalın Azərbaycan şair və yazarlarına düzgün olmayan münasibəti faktlarla isbatlanır, Molla Pənah Vaqif bədii dilimizi milliləşdirən şair, Mirzə Fətəli Axundzadə XIX əsr Azərbaycan ədəbiyyatına yeni janr gətirən mütəfəkkir kimi dəyərləndirilir.
Azərbaycan ədəbiyyatşünaslığının formalaşmasında və inkişafında XIX əsr ədəbiyyatının müstəsna rolunu nəzərə alan Xalq yazıçısı, professor Elçin R. Kamalın “XIX əsr Azərbaycan ədəbiyyatının ən mənasız dövrüdür” fikrinə qarşı “ədəbiyyat tarixində “mənasız” dövr olmur, hansı bir zaman çərçivəsində möhtəşəm simalar və ədəbi hadisələr yoxdursa, deməli, hazırlıq, yetişdirmə prosesi gedir” və milli ədəbiyyat mövcuddursa, onun “itirilmiş dövrü”, “mənasız dövrü” yoxdur fikri təlqin etməsi yalnız monoqrafiyanın deyil, ədəbiyyatşünaslığın da ana xəttinə çevrilmişdir.
Muxtar Kazımoğlunun (İmanov) “Folklor həm keçmiş, həm də bu gündür” məqalələr toplusuna daxil edilmiş “Azərbaycan folklorşünaslığı: tarix və müasirlik” məqaləsində M.N. Təhmasibin öz yaradıcılığında dastanların ifa kontekstini nəzərə almamasını və dastan mətnini yazılı ədəbiyyat mətni kimi ayrıca təhlil etməsinə üstünlük verməsini, yazılı ədəbiyyat mətnindən fərqli olaraq, dastan mətninin ifa prosesində yenidən yaranmasının öyrənilməsini vacib olan məsələ səviyyəsinə qaldırılmaması alimin qüsuru kimi dəyərləndirilir.
2014-cü ili əhatə edən Azərbaycan ədəbiyyatşünaslığında xarici ədəbiyyat tarixinə, nəzəriyyəsinə, həmçinin tənqidinə çox az diqqət yetirilmişdir. Tədqiqatçılar tərəfindən xarici ədəbiyyatşünaslığa az istinad edilir və yaxud da əcnəbi alimlərə birbaşa müraciət etmələri özünü qismən göstərir. Xüsusi ilə də klassik xarici ədəbiyyatşünaslığa müraciət etmə üstünlük təşkil edir. Məsələn, Vaqif Yusifli və Rafiq Yusifoğlu Belinski və onun davamçılarına tez-tez müraciət edirlər. Təbii ki, Belinskinin seçilmiş əsərləri məktəb kimi bir çox tədqiqatçılara örnəkdir. Azərbaycan ədəbiyyatşünaslığında S.O. Lazutinə, V.Y. Proppa, V.M. Jirmunskiyə, A.N. Veselovskiyə, O.F. Millerə, A.V. Yesinə, N. Roşiyanuna, H.T. Zərifova, P.N. Boratova, M.F. Köprülüyə müraciət etmələr özünü göstərmişdir.
2014-cü il ədəbiyyatşünaslığında xarici ədəbiyyatın tədqiq edilməsinə kifayət qədər yer ayrılmamışdır. Xarici ədəbiyyatı və əbəbiyyatşünaslığı tədqiq edən 3 əsər nəşr edilmişdir, o cümlədən:
– Fransız ədəbiyyatında F. Rable gülüşünü açıqlayan, komediya janrının islahatçısı J.-B. Molyeri polifonik və ictimai-sosial məzmunlu komediya ustadı olduğunu göstərən, O. Balzakı cəmiyyətin mənəviyyat tarixçisi hesab edən, Q. Flober yaradıcılığında psixologizm amillərini açıqlayan, “Madam Bovari” əsərində Felisti Floberin avtoportreti olmasını göstərən, A. Dodenin provans yumorunu təsvir edən, Y. Vernin elmi-fantastik roman yaradıcısı olmasını izah edən Cəlil Nağıyevin “Klassik fransız ədəbiyyatından yeddi portret” monoqrafiyası;
– Dünya ədəbiyyatının inkişaf və tərəqqisində klassizm, romantizm, realizm və tənqidi realizm cərəyanlarının müstəsna rol oynadığını, cərəyanların XIX əsrin əsl simasını təyin edən estetik meyarlar olmasını açıqlayan və XIX əsr dünya (fransız, ingilis, alman, polyak, Amerika) ədəbiyyatının istiqamətlərini əhatə edən Əmirxan Xəlilovun “Dünya ədəbiyyatı. (Mühazirələr, ədəbi oçerk və portretlər) dərsliyi. Əmirxan Xəlilovun “Dünya ədəbiyyatı. (Mühazirələr, ədəbi oçerk və portretlər). III cild. (XIX əsr dünya ədəbiyyatı)” dərsliyində yığcam şəkildə XIX əsr dünya ədəbiyyatının istiqamətləri və mahiyyəti üzə çıxarılmış, Azərbaycan oxucularına tanış olan Hüqo, Balzak, Düma, Bayron, Dikkens, Skott, Mitskeviç və digər ədiblər tədqiq edilmişdir.
– Şərq ədəbiyyatının xüsusiyyətlərini araşdıran, Şərq ədəbiyyatı intibahının humanist ədəbiyyat xarakteri daşıdığını qeyd edən, didaktik-tərbiyəedici mahiyyətdə olduğunu vurğulayan, Şərq intibahının yayılma və təsiretmə gücünü göstərən, Türkiyə, İran və Çin İntibah ədəbiyyatlarına, Hindistan ədəbiyyatına nəzər salan, ərəb-ispan ədəbiyyatı haqqında, milli ədəbiyyatların bədii xüsusiyyətlərinə aydınlıq gətirən, milli ədəbiyyatların aparıcı ədəbi cərəyan və fəlsəfi təlimlərini izah edən Ramil Əliyevin “Orta əsrlər şərq intibah ədəbiyyatı tarixi” monoqrafiyası.
2014-cü il Azərbaycan ədəbiyyatşünaslığında bədii tərcümənin elmi problemləri az işlənilmiş sahələrdən biridir. 2014-cü ildə tərcümə sahəsini əhatə edən 2 əsər nəşr edilmişdir, o cümlədən:
– Sovet realist tərcümə məktəbinin əsas prinsiplərini tədqiq edən, V. Luqovski və S. Vurğunun redaktorluğu altında 1939-cu ildə nəşr edilmiş “Антология Азербайджанской поэзии” antologiyasının əhəmiyyətini, tərcüməçi qarşısında duran əsas vəzifələri (tərcüməyə yaradıcı münasibət, sərbəstlik və s.) tədqiq edən Fəridə Vəlixanovanın “Самед Вургун в первой антологии азербайджанской поэзии на русском языке (Səməd Vurğun və Azərbaycan poeziyasının antologiyası (rus dilində))” monoqrafiyası;
– V.Y. Lermontov Azərbaycan ədəbiyyatşünaslığında (A. Hacıyev, L. Vəkilova, M. Qocayev), tənqidində, Azərbaycan dilli tərcümələrdə və ədibin ”Aşıq Qərib” dastanı əsasında qələmə aldığı eyniadlı nağılın özəlliklərini tədqiq edən Telman Vəlixanlının (Cəfərov) “Рецепция прозы М.Ю. Лермонтова в Азербайджане” monoqrafiyası.
2014-cü ildə nəşr edilmiş əsərlərin məzmun yeniliyi probleminə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, nəşrlərin böyük hissəsi əvvəllər nəşr olunan əsərlərin təkrar və yaxud da təkmilləşdirilərək nəşr edilmiş variantlarıdır. Bir tərəfdən təkrar nəşrlərə ictimai tələbatın olmasını müşahidə edirik, digər tərəfdən isə bəzi hallarda yeni nəşrlərin sayının süni artırılımasına yer verilir. Ötən illərdə nəşr olunmuş əsərlərin fərdi və ya toplu şəkildə yenidən nəşri, dissertasiya işlərinin müdaifəsindən bir neçə il keşməsinə baxmayaraq monoqrafiya şəklində çapı, müxtəlif kütləvi vasitələrində çapa getmiş məqalələrin toplu formasında nəşri geniş yayılmışdır.
Alim və tədqiqatçıların əsərlərinin külliyyatı kimi bir yerə toplanaraq çap edilməsi faktları da məlumdur. 2014-cü ildə 7 əsər təkrar nəşr edilmişdir, o cümlədən:
– Аzərbaycan epik şeirinin mənşəyi və növ xüsusiyyətlərini geniş tədqiq edən, epik şeirin növ rəngarəngliyini göstərən, Firdovsininin «Şahnamə» əsərinin qəhrəmanlıq epopeyası olmasını və milli qəhrəmanlıq eposundan roman-epopeyaya keçid mərhələsini təşkil etməsini açıqlayan, aşiqanə-romantik dastanları povestlər kimi təqdim edən, XI əsrə aid əsərləri roman kimi izah edən, müstəqil aşiqanə roman nümunəsinə F. Görganinin «Veys və Ramin», Kövsərinin «Fərhad və Şirin» əsərlərini aid edən, Nizaminin ««Leyli və Məcnun», Füzulinin «Leyli və Məcnun» və Məsihinin «Vərqa və Gülşa» əsərlərini «psixoloji roman», Nizaminin «İsgəndərnamə» əsərini roman-epopeya hesab edən Azadə xanım Rüstəmovanın ikicildlik “Seçilmiş əsərlər”i. İki cilddən ibarət “Seçilmiş əsərləri”n I və II cildlərində “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Nizami Gəncəvi (həyatı və sənəti)”, “Nizami Gəncəvi”, “Fələki Şirvani”, “Klassik Azərbaycan poeziyasında qəzəl”, “Məhəmməd Füzuli”, “Mütəfəkkir mövlana Füzuli”, “Nizami və onun poeziya sələfləri”, “Mövlana Cəlaləddin Rumi” və digər əsərləri toplanılmışdır. Azadə xanım Orta əsrlər ədəbi mühitini, klassik şeirimizdə obraz və xarakterləri təhlil etmiş, poeziyada metod, janr, üslub xüsusiyyətləri, sələf, xələf, varis, irs problemlərini tədqiq etmişdir. Аzərbaycan epik şeirinin mənşəyi və növ xüsusiyyətlərini geniş tədqiqat obyektinə çevirmişdir. Azərbaycan ədəbiyyatının ən qədim dövrləri, Azərbaycan renessans ədəbiyyatı, milli bədii fikrimizin müxtəlif mərhələləri, orta əsrlər Şərq romantizmi, Orta Şərq və Azərbaycan poeziyasında qəzəl janrının mənşəyi və inkişaf mərhələləri A. Rüstəmovanın ikicildlik “Seçilmiş əsərləri”ndə əksini tapmışdır.
– Ustad Şəhriyarın həyatını, ədəbi mühitinı, bədii irsini tədqiq edən, şairin Cənubi Azərbaycan ədəbiyyatındakı mövqeyini açıqlayan, Yaxın Şərqə və bütün türk dünyasına ədəbi təsir dairəsini göstərən, şairin sənətkarlıq xüsusiyyətlərini və poetik qaynaqlarını açıqlayan Esmira Fuadın türk dilinə tərcümə edilərək nəşr edilmiş “Muhammed Hüseyn Şehriyar yaşamı, edebi çevresi ve eserleri” monoqrafiyası. Nəşrdə Azərbaycan xalqının milli psixologiyası, adət-ənənələri və bayram mərasimləri ilə yanaşı M. Şəhriyarın Azərbaycan ədəbiyyatındakı mövqeyinin öyrənilməsi özünəməxsus üslubda tədqiq olunur. Monoqrafiyada türk dünyasının ən sevilən şairlərindən biri, ustad şair Məhəmməd Şəhriyarın həyatı, ədəbi mühiti, bədii irsi əhatəli şəkildə araşdırılır.
– Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixi inkişafını izləyən, bir sıra Azərbaycan xalq dastanlarında hadisələrin Tiflisdə (Gürcüstanın başqa yerlərində) cərəyan etməsini göstərən, Azərbaycan ədiblərinin yaradıcılığının gürcü ədəbi mühitinə təsirini açıqlayan, Gürcüstanda yaşayan azərbaycanlıların yaradıcılığında tərcümələrin rolunu göstərən, ədəbi əlaqələr haqqında məlumat verən Müşfiq Çobanlının “Bu dostluğun yaşı çox” monoqrafiyası. Qeyd etmək lazımdır, ki Müşfiq Çobanlı “Bu dostluğun yaşı çox” adlı monoqrafiyasını 1996-cı ildə nəşr etdirmişdir.
– M.Ə. Rəsulzadənin Azərbaycan milli hərəkatını yeni istiqamətə yönəltməsini qeyd edən, Cənubi Azərbaycan, Türkiyə və Rusiyadakı fəaliyyətini göstərən, “Əsrimizin Səyavuşu” əsərində bədiiliyin müəyyən komponentlərini (süjet, kompozisiya, konflikt, obraz və s.) açıqlayan və janr baxımından ədəbiyyat tariximizdə əvəzi olmayan bir əsər kimi təqdim edən Almaz Əliqızı və Mehman Həsənin həmmüəllif olduqları «Əfsanədən həqiqətə» əsəri.
– M.Ə. Rəsulzadə yaradıcılığını Azərbaycan ədəbiyyatı kontekstində təqdim edən, ədibin mühacirət dövrünün elmi təhlilini verən Vaqif Sultanlının «İstiqlal şairi» monoqrafiyası.
– Xalqın etnik-mifoloji yaddaşının arxaik qatlarını əks etdirən yuxu və onun rəmzlərini izah edən, yuxu və onun rəmzlərinə sistemli yanaşan Fəridə Hicranın (Vəliyeva) «Ruhumuzun irmaqları» kitabı.
– Ənənəvi mədəniyyətin əsas tərkib hissəsi olan Azərbaycan xalqının poetik şifahi xalq yaradıcılığını tədqiq edən Ramil Əliyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərs vəsaiti.
Müdafiə edilmiş dissertasiya işlərinin nəşr edilərək ictimaiyyətə çatdırılması əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də bir ənənə halını almışdır. Dissertasiya işlərinin monoqrafiya şəklində çap edilərək oxuculara çatdırılması elmi nailiyyətlərin geniş yayılması baxımından əhəmiyyət kəsb edir. 2014-cü ildə 10 dissertasiya monoqrafiya kimi nəşr edilmişdir, o cümlədən:
– S.Vurğunun ədəbiyyat tarixinin dövrləşdirilməsi haqqındakı mülahizələrini açıqlayan, şairin klassik irsin müxtəlif tarixi dövrlərdəki durumunu izah edən, onu şərtləndirən ictimai, siyasi və milli-mədəni zəmin haqqındakı konseptual fikirləri dövriyyəyə gətirməsini tədqiq edən, S. Vurğunu ədəbiyyatşünas, nəzəriyyəçi kimi təqdim edən Aygün Bağırlının “Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi” monoqrafiyası;
– XX əsrin əvvəllərində formalaşmış Qərbçilik meyillərini müəyyənləşdirən, XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının üz tutduqları Qərb mədəniyyətinə əsaslanmış tənqidi realizm və romantizm cərəyanlarını açıqlayan, mətbu orqanlarını aydınlaşdıran, “Füyuzat” ədəbi məktəbində təzahür etmiş qərbçilik meyillərini göstərən, Ə. Ağaoğlu, Ə. Hüseynzadə. Y.V. Çəmənzəminli və digər ədiblərin yaradıcılığında Qərbçilik meyillərini müəyyənləşməsini tədqiq edən Təranə Abdullayevanın “Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri” monoqrafiyası;
– XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında formalaşmış poetik ənənələrdə psixologizmin poetik təzahürünü təsvir edən, psixologizm kontekstində lirik xarakter problemini açıqlayan, lirikada şair “mən”ini göstərə bilən, lirik qəhrəman və özünüifadə arasında psixoloji münasibətləri izah edən, Azərbaycan poeziyasında psixologizmin bədii təcəssümü baxımından sistemləşdirilərək təsnif edən, klassik poeziyanı varislik ənənələri ilə müəyyənləşdirən Fidan Abdurəhmanovanın “Lirikada psixologizm” monoqrafiyası;
– Folklorda, xüsusi ilə də nağıllarda ənənəvi formulları araşdıran, mənəvi formulları (epik təhkiyədə istifadə olunan qəliblənmiş söz, ifadə və ya sözlər qrupu) nağılların təhkiyəsinin tərkib hissəsi kimi verən, üslubi xarakter daşımasını açıqlayan, başlanğıc formulları zaman və məkan formulları kimi bölən, təhkiyə formullarını “Xarici təhkiyə formulları” və “Daxili təhkiyə formulları” kimi təqdim edən, nagılların sonunda işlənən “sonluq formulları”nı göstərə bilən, Azərbaycan və Türkiyə nağıllarının başlanğıc formullarını müqayisə edən, ortaq formulların aşkarlanması və aşkarlanmış təhkiyə formullarının oxşar və fərqli cəhətlərini müəyyənləşdirən, sonluq formulların oxşar və fərqli xüsusiyyətlərini aşkar edən, ortaq və fərqli formulları ümumiləşdirən Vəfa İsgəndərovanın “Ənənəvi nağıl formulları” monoqrafiyası;
– Mifoloji şüur və onun struktur səviyyələrini müəyyənləşdirən, əfsanələrin mifoloji struktur semantikasını açıqlayan, struktur-semantik xüsusiyyətləri göstərən, inisiasiya miflərinin nağıllara transformasiya etməsini göstərən, ekzoterik mif tiplərinin nağıl mətnlərində əksini tapmasına aydınlıq gətirən, kosmoqonik miflərin arxaik eposların transformasiyasına nəzər salan, dastan-rəvayətlərin janr tipologiyasının mifoloji semantikasını müəyyən edən Ramil Əliyevin “Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında)” monoqrafiyası;
– Postmodernizm və təsəvvüfün qarşılıqlı münasibətlərinə nəzər salan, elmi-nəzəri sintezdən doğan elmi nəticələr əldə edən Afaq Əsədovanın “Ədəbiyyatlaşan dünya” monoqrafiyası;
– Ağbaba mühitinə aid yetmişdən artıq aşıq və el şairlərin ədəbi irsini tədqiq edən, aşıq ədəbiyyatına aid örnəklərin sistemli şəkildə tədqiq edilməsini folklor örnəkləri və aşıq irsinin tipoloji-müqayisəli təsnifat prinsipi əsasında həyata keçirən, M.H. Təhmasib, P. Əfəndiyev, Q. Namazov, İ. Abbaslı, A. Nəbiyev, H. İsmayılov, E. Məmmədli, M. Qasımlı, M. Allahmanlı, V. Hacıyev, O. Əfəndiyev və digər tədqiqatçıların elmi-nəzəri təcrübəsinə istinad edən Tacir Qurbanovun “Ağbaba aşıq mühiti” monoqrafiyası;
-Azərbaycan koroğluşünaslığının tarixi təşəkkülünü və inkişaf istiqamətlərini müəyyənləşdirən, “Koroğlu” dastanının müxtəlif istiqamətlərdə araşdırılma təcrübəsini ümumiləşdirən, Azərbaycan koroğluşünas tədqiqatçıların araşdırmalarında tətbiq olunan elmi nəzəriyyə və metodları dəyərləndirən, ədəbi əlaqələr kontekstində “Koroğlu” eposu ilə bağlı tədqiqatları aydınlaşdıran, XVIII – XX əsrin I yarısı “Koroğlu” dastanının Azərbaycan variantının toplanma və nəşr tarixinə nəzər salma, 1920-1980-ci illər ərəfəsində “Koroğlu” eposunun tədqiq istiqamətləri və araşdırılma metodları izah edən, müasir dövr Azərbaycan koroğluşünaslığını tədqiq edən Aynur İbrahimovanın “Azərbaycan koroğluşünaslığı: tarixi və inkişaf mərhələləri” monoqrafiyası;
– Azərbaycan mühacirət folklorşünaslığının təşəkkülündə «Azərbaycan Yurd Bilgisi» jurnalının rolunu açıqlayan, «Azərbaycan Yurd Bilgisi» jurnalında türkdilli xalqların folklor materiallarının toplanılması və nəşr edilməsini göstərən, türkdilli xalqların folklorunu tədqiq edən, jurnalın səhifələrində işıq üzü görmüş folklor örnəklərinin elmi-tarixi dəyərlərini göstərən, jurnalda ozan-aşıq sənətinə və dastan yaradıcılığına aid araşdırmaları tədqiq edən Ülkər Əliyevanın «“Azərbaycan yurd bilgisi” dərgisində folklorşünaslıq məsələləri» monoqrafiyası;
– Anar dramaturgiyasında psixoloji-mənəvi keyfiyyətlərin sosial-fəlsəfi məcrada psixoloji əksetdirmə və özünütəhlili açıqlayan, milli və bəşəri keyfiyyətlərin yeni müstəvi üzərinə çıxaran, psixologizm keyfiyyətlərinin inkişafını açıqlayan, millilik və müasirlik keyfiyyətləri fərdin psixologiyasında sistemli şəkildə araşdıran Təranə Əzimovanın “Anar dramaturgiyasında psixologizm” monoqrafiyası.
(Davamı var)
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t .
Comments are closed, but trackbacks and pingbacks are open.