Orden və medal alan hərbçilər hansı imtiyazlara malikdirlər
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” Heydər Əliyev
Azərbaycanın orden medalları
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” Heydər Əliyev
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
- Müdafiə naziri
- Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
- Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
- Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
- Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
- Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
- Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
- Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
- Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
- “Azərbaycan Ordusu” qəzeti
- “Hərbi Bilik” jurnalı
- “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
- Hərbi And
- Qanunvericilik
- Nizamnamələr
- Bayraqlar
- Orden və medallar
- Emblemlər
- Azərbaycan Milli Qəhrəmanları
- Geyim qaydası
- Beynəlxalq hərbi əməkdaşlıq
- İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
- NATO ilə əməkdaşlıq
- Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
- BQXK ilə əməkdaşlıq
- Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
- CISM – Beynəlxalq Hərbi İdman Şurası
- Azərbaycandakı xarici hərbi nümayəndəliklər
- Beynəlxalq Ordu Oyunları
- Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
- Hərbi Elmi Tədqiqat İnstitutu
- Hərbi İdarəetmə İnstitutu
- Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
- Heydər Əliyev adına Hərbi İnstitut
- Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
- Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
- Dövlət rəmzləri
- Bayramlar
- Ermənistan-Azərbaycan münaqişəsi
- Vətən müharibəsi
- Qan yaddaşı
- Xəbərlər arxivi
- Cəbhə xəbərləri arxivi
- Foto arxiv
- Video arxiv
- “Azərbaycan Ordusu” qəzetinin arxivi
- “Azimut” Bülleteninin Arxivi
Orden və medallar
- Ana səhifə
- Orden və medallar
- Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Yüklə
- «Heydər Əliyev» ordeni Yüklə
- «Zəfər» ordeni Yüklə
- «Qarabağ» ordeni Yüklə
- «İstiqlal» ordeni Yüklə
- «Şah İsmayıl» ordeni Yüklə
- «Azərbaycan Bayrağı» ordeni Yüklə
- «Rəşadət» ordeni Yüklə
- «Şərəf» ordeni Yüklə
- «Şöhrət» ordeni Yüklə
- «Dostluq» ordeni Yüklə
- «Vətənə xidmətə görə» ordeni Yüklə
- «Vətən Müharibəsi Qəhrəmanı» Azərbaycan Respublikası medalı Yüklə
- «Qızıl Ulduz» medalı Yüklə
- «Vətən uğrunda» medalı Yüklə
- «İgidliyə görə» medalı Yüklə
- «Cəsur döyüşçü» medalı Yüklə
- «Döyüşdə fərqlənməyə görə» medalı Yüklə
- «Suqovuşanın azad olunmasına görə» medalı Yüklə
- «Cəbrayılın azad olunmasına görə» medalı Yüklə
- «Xocavəndin azad olunmasına görə» medalı Yüklə
- «Füzulinin azad olunmasına görə» medalı Yüklə
- «Zəngilanın azad olunmasına görə» medalı Yüklə
- «Qubadlının azad olunmasına görə» medalı Yüklə
- «Şuşanın azad olunmasına görə» medalı Yüklə
- «Laçının azad olunmasına görə» medalı Yüklə
- «Ağdamın azad olunmasına görə» medalı Yüklə
- «Kəlbəcərin azad olunmasına görə» medalı Yüklə
- «Vətən müharibəsi iştirakçısı» medalı Yüklə
- «Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə» medalı Yüklə
- «Tərəqqi» medalı Yüklə
- «Hərbi xidmətlərə görə» medalı Yüklə
- «Şücaətə görə» medalı Yüklə
- «Hərbi xidmətdə fərqlənməyə görə» medalı Yüklə
- «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı Yüklə
- «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubiley medalı Yüklə
- «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubiley medalı Yüklə
- «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)» yubiley medalı Yüklə
- «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı Yüklə
- «Qüsursuz xidmətə görə» medalı Yüklə
- «Dövlət qulluğunda fərqlənməyə görə» medalı Yüklə
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Azərbaycan Respublikası Milli Məclisi
Orden və medal alan hərbçilər hansı imtiyazlara malikdirlər?
Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşmasından 9 aya yaxın vaxt keçib. Bu müddət ərzində Prezident İlham Əliyevin imzaladığı müxtəlif sərəncamlarla müharibə iştirakçıları orden və medallara layiq görülüblər.
Dövlət başçısı iyunun 24-də imzaladığı sonuncu sərəncamlarla 76 mindən çox hərbi qulluqçunu təltif edib. Hazırda aidiyyəti qurumlar tərəfindən orden və medallar təltif olunmuş hərbi qulluqçulara təqdim edilməkdədir. Bu məsələ ətrafında narazılıqlar hələ də qalmaqdadır. Döyüşlərdə iştirak etmələrinə baxmayaraq, medalsız qaldıqlarını iddia edən bəzi müharibə iştirakçıları hesab edirlər ki, təltif olunma prosesində ədalətsizliyə yol verilib. Belə ki, hərbi hissənin qərargahında oturub prosesə nəzarət edən hərbi qulluqçu ilə döyüş prosesinin qaynar nöqtəsində olub, əməliyyatlarda birbaşa iştirak edənlərə eyni medalların verilməsi müəyyən narazılıq yaradıb. Hesab olunur ki, bu prosesdə medallar ön və arxa cəbhədə xidmətlərə görə təqdim olunmalı idi.
Maraqlıdır, görəsən, mütəxəssislərin bu məsələdə yanaşması necədir? Ümumiyyətlə, hərbi qulluqçulara təqdim olunan orden və medallar arasında ən üstün statusa malik olan hansıdır? Orden və medallar hərbi qulluqçulara hansısa imtiyazları verirmi?
Milli.Az bildirir ki, məsələni hafta.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanından başqa digər orden və medallar heç biri xüsusi ödəniş, imtiyaz təqdim etmir:
“Orden və medallar müəyyən əsgər və hərbçilərin müharibədə göstərdiyi xüsusi xidmətinə görə verilən fərqlənmə nişanlarıdır. Hər bir orden və medalın özünün statusu var. Ordenlərin bir qismi göstərilən xüsusi qəhrəmanlıqlar, şücaət üçün nəzərdə tutulubsa, bir qismi isə sadəcə ərazilərin azad edilməsinə görə keçirilən əməliyyatda iştirakı təsdiqləyir. Təbii ki, ordenlər daha üstün statusa malikdir. Dediyim kimi, ərazilərin azad olunmasına görə verilən medallar sadəcə keçirilən döyüş əməliyyatlarında iştirakı təsdiqləyir. Yalnız Vətən Müharibəsi Qəhrəmanı və Milli Qəhrəmanlara aylıq ödənişlər təyin olunur. Həmin ödənişlər də zaman-zaman artırılır. Digər orden və medallar üçünsə hansısa imtiyaz, aylıq pul ödənişi nəzərdə tutulmayıb”.
Orden və medalların təqdimatı zamanı ön və arxa cəbhə amilinin nəzərə alınmaması barədə səsləndirilən iddialara gəlincə, ekspert vurğulayır ki, əməliyyatı planlaşdıran beyin mərkəzi olmadan sahədə əsgər özbaşına olaraq plansız şəkildə hansısa nailiyyət əldə edə bilməz: “Buna görə də bu məsələlərə bir qədər ehtiyatla yanaşmalıyıq. Təbii ki, əməliyyatlarla əlaqəsi olmayanların əməliyyatla əlaqəsi olanlarla eyni qaydada mükafatlandırılmasının mən də əleyhinəyəm. Bu məsələlərə qəti olaraq fikir bildirməkdən ötrü konkret faktlara əsaslanmalıyıq. Bu faktlar olmadığı təqdirdə, kimin harada olduğunu söyləmək də çətindir. Düşünmürəm ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı narazılıq yaradacaq addımlara yol versinlər. Kimin nəyə görə mükafatlandırılmasını açıqlamaq da bəzi hallarda mümkün olmur. Elə əməliyyatlar var ki, məxfi əməliyyatlardır. Həmin əməliyyat dövlət sirri təşkil edirsə, məxfidirsə, onu açıqlamaq olmaz. Təbii ki, kimsə əməliyyatlarla əlaqəsi olmadan hansısa şəkildə mükafatlandırma siyahısına düşübsə, mən də bunun əleyhinəyəm. Əksinə, mükafatlandırılmayan insanlar varsa, bu problem aradan qaldırılmalıdır. Təbii ki, belə şəxslər var və problemin aradan qaldırılacağına ümidim çoxdur”.
Döyüşdə iştirak edən bəzi hərbi qulluqçuların orden və medalla təltif edilməməsi səbəblərinə də aydınlıq gətirən Ədalət Verdiyev bildirir ki, burada səbəblər müxtəlifdir:
“Tutaq ki, bir bölmə var. Bölmənin komandiri heyətini tanıyır və həmin heyətlə döyüşə girir. Məsələn, bölmə komandiri döyüşdə həlak olur və yerinə yeni bir komandir təyin olunur. Köhnə komandir həyatda yoxdursa, yeni gələn heyətdəkiləri tanıyırmı-tanımırmı məsələsi ortaya çıxır. Bilirsiniz, müharibədə çox şey baş verə bilər. 1945-ci ildə döyüşən babalarımız 80-90, hətta 2000-ci illərə kimi hələ də orden və medallarını alırdılar. Təbii ki, indi 1945-ci il deyil, texnologiya əsridir. Bir az proseslər fərqli gedə bilər. Nəzərə almaq lazımdır ki, bu, bir müharibə idi, həm də sürətli müharibə idi.Heç kim müharibəyə gedəndə orden, medal siyahısına adımı “yazım-yazdırım” kimi şeyləri düşünmürdü. Məqsədimiz Qarabağı azad etmək idi. Əgər biz 30 il Qarabağın azad olunmasına dözə bildiksə, 1-2 ay və yaxud da 6 ay medalımızın gəlməsini və ya siyahıların dəqiqləşməsini gözləyə bilərik. Bu məsələdə səbirli olmağımızda fayda var”.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.