Press "Enter" to skip to content

Çərpələng uçuran

DİQQƏT. Əziz izləyicilər və xüsusilə valideynlər. Günümüzdə çox təəssüfki hazırlanan filmlərin böyük bir qismi qeyri-müsəlmanlar tərəfindən hazırlanaraq bir çox hallarda daxilində əxlaqa zidd xarakterli məlumatlar daşıyır. Lütfən DİQQƏTLİ OLUN.

Çərpələng uçuran. Xalid Hüseyni (PDF yüklə)

Bu əhvalat 2012-ci ilin əvvəlindəki qışında uzun-uzadı qarlı günlərindən birində baş vermişdi. Evdə çoxlu kitab olmasına baxmayaraq, elə bil oxumağa kitab seçə bilmirdim. Twitter -də yazdım ki, oxumağa kitab məsləhət görün. Follower-lərimdən biri mention etdi ki, “ Çərpələng uçuran ”ı oxu. Bir neçə gündən sonra Kitab Klubundan həmin kitabı aldım. “Çərpələng uçuran” Xalid Hüseyni .

Bu kitab həyatımda üç günə oxuyub bitirdiyim ilk kitab oldu. Bundan əvvəl oxuduqlarımı hər gün oxuyur, sonra qaldığım səhifəyə nişan qoyub növbəti gün oxuyurdum. Hətta, elə olurdu ki, bir gün heç oxumurdum. Beləcə, bir həftə çəkirdi. Amma “Çərpələng uçuran”ın Azərbaycan dilinə tərcüməsinin arxasında yazıldığı kimi “Hüseyni oxucunu səhifəni səhifə ardınca çevirməyə sövq etmək üçün necə yazmaq olduğunu nümayiş etdirir – sadə və gözəl” (The Philadelphia Inquirer). Deməli, bacarıram. Sadəcə, kitab oxucuda elə maraq yaratmalıdır ki, digər vacib olmayan məşğuliyyətlərdən əl çəkib özünü əsərdəki həyata verə biləsən.

Romanı orijinaldan yox, ana dilimizdə tərcüməsindən oxuduğum üçün burada tərcüməçiyə də – tanınmış jurnalist Xədicə İsmayıl – təşəkkür etmək lazımdır.

Virtual oldu deyə, Əfqanıstanda və ABŞ-da yaşamaq xoşuma gəldi. Bilmirəm, tərcüməçi yoxsa müəllifdi günahkar, Əmir Amerikada olanda kolleci bitirməyi qeyd edir, sonra növbəti il yenidən kollecin hazırlıq şöbəsinə daxil olub bitirir. Təkcə, buranı anlamadım. Bu boş şeydi, əsas odu ki, əsər ümumilikdə əladı. Hamıya haqqında danışdığım romanı oxumağı tövsiyyə edirəm.

Çərpələng uçuran

(The Kite Runner)

Audio Kitab olan ÇƏRPƏLƏNG UÇURAN(The Kite Runner) video materialı Cirtdan.TV portalında 2016.09.28 tarixində dərc olunmuş və onu 4606 istifadəçi online izləmişdir.

Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Audio Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının reallaşdırdığı “Danışan Kitablar” layihəsi məhsuludur

Ölkə: Əfqanıstan, ABŞ

ÇƏRPƏLƏNG UÇURAN videosunu online ləngiməsiz yaxşı keyfiyyətdə izləmək üçün (avtomatik yüklənir), sizin internetin sürəti 1Mbit/s-dən artıq olmalıdır. Videonun yüksək keyfiyyətdə izlənməsi üçün internetin sürəti 2Mbit/s-dən artıq olmalıdır.

DİQQƏT. Əziz izləyicilər və xüsusilə valideynlər. Günümüzdə çox təəssüfki hazırlanan filmlərin böyük bir qismi qeyri-müsəlmanlar tərəfindən hazırlanaraq bir çox hallarda daxilində əxlaqa zidd xarakterli məlumatlar daşıyır. Lütfən DİQQƏTLİ OLUN.

Azərbaycan dilində AUDIO KITABLAR

of your page –>

Əgər sizin internetin sürəti ÇƏRPƏLƏNG UÇURAN videosuna bir başa baxmağa imkan vermirsə, pauza düyməsinə basaraq bir neçə dəqiqə gözləyin. Daha rahat izləmə üçün biz sizə Mozilla,Opera və ya Google Chrome-u yükləməyi məsləhət görürük.

Saytda yerləşdirilən online baxış üçün nəzərdə tutulan bütün videolar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.ComVK.com portallarının açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Videoların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.

Əgər “ÇƏRPƏLƏNG UÇURAN” video materialının yayımına çıxış dayanıbsa və ya adı çəkilən video materialın saytdan silinməsini istəyirsinizsə bizimlə əlaqə saxlayın

Comments are closed, but trackbacks and pingbacks are open.