Press "Enter" to skip to content

Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər

qanunları əsasında təşkil olunur və inkişaf etdirilir. Ən əvvəl Azərbaycan

aysen qasimova pedaqogika

1) TAİM 2023 TEST BANKI. 1.1.1 və 1.1.2. Kurikulum nədir? və Təhsil Qanunu (60 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 10.975 views 9 months ago

2) TAİM 2023 TEST BANKI. 1.1.3. Kurikuluma aid terminlərin təsviri (60 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 7.777 views 9 months ago

KİTABLARIM HAQQINDA: İZAHLI #KURİKULUM VƏ #PEDAQOGİKA & #MİQ ÜZRƏ TEST BANKI

Ayşən Müəllim Qasımova Mustafayeva 870 views 2 years ago

4) TAİM 2023 TEST BANKI. 1.1.5. Müəllimlərin etik davranış qaydaları (38 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 5.234 views 9 months ago

5) TAİM 2023 TEST BANKI. 2.1.1 Təfəkkürün növləri (60 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 5.826 views 9 months ago

#Kurikulum və #Pedaqogika üzrə #PRİNSİPLƏR

Ayşən Müəllim Qasımova Mustafayeva 2.753 views 2 years ago

7) TAİM 2023 TEST BANKI. 2.1.3. Taksanomiya 1. (1-50 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 10.820 views 8 months ago

23) TAİM 2023 TEST BANKI. 3.1.3. Lev Viqotski. “Sosial inkişaf nəz.” YİZ. (50 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 1.800 views 8 months ago

MİQ 2022. KURİKULUM QƏBUL SUALLARI 1-Cİ HİSSƏ. Ayşən müəllim Qasımova Mustafayeva 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 6.012 views 8 months ago

MİQ 2022. KURİKULUM QƏBUL SUALLARI 2-Cİ HİSSƏ. Ayşən müəllim Qasımova Mustafayeva 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 3.685 views 8 months ago

MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU – KURİKULUM, PEDAQOGİKA VƏ MÜSAHİBƏ ÜZRƏ QƏBUL SUALLARI VƏ İZAHLI CAVABLARI

Ayşən Müəllim Qasımova Mustafayeva 3.814 views 4 years ago

3) TAİM 2023 TEST BANKI. 1.1.4. Ümumi təhsilin dövlət standartları (80 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 4.997 views 9 months ago

MÖVZU 11. TƏLİM ÜSULLARI 1-Cİ HİSSƏ

Ayşən Müəllim Qasımova Mustafayeva 10.004 views 3 years ago

22) TAİM 2023 TEST BANKI. 3.1.2. Jan Piaje. “Zehni inkişafın mərhələləri” (50 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 2.121 views 8 months ago

8) TAİM 2023 TEST BANKI. 2.1.3. Taksanomiya 2. (50-180 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 8.257 views 8 months ago

17) TAİM 2023 TEST BANKI. 2.2.8. İş Formaları (40 sual) 055 468 89 24

Ayşən Müəllim Qasımova Mustafayeva 1.628 views 8 months ago

MÖVZU 1. KURİKULUM 1-ci hissə

Ayşən Müəllim Qasımova Mustafayeva 20.192 views 3 years ago

KURİKULUM: Təfəkkür Yeni və fərqli izah (Ayşən Müəllimə Qasımova Mustafayeva 055 468 89 24 whatsapp

Ayşən Müəllim Qasımova Mustafayeva 14.911 views 4 years ago

İzahlı Kurikulum və Pedaqogika kitabımdan TEST 27 VƏ İZAHI

Ayşən Müəllim Qasımova Mustafayeva 1.070 views 3 years ago

Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər

3. Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri.

4. Pedaqoji tədqiqatların texnologiyası (və ya tədqiqatın metodoloji

1. Pedaqoji elmin mənbələri

Pedaqoji elmin mənbələri və tədqiqat metodları bir-biri ilə əlaqədardır.

Pedaqoji tədqiqat metodları pedaqoji metodologiyaya dayanaraq pedaqoji elmin

mənbələrinə uyğun olaraq seçilir. Odur ki, öncə pedaqoji elmin mənbələri barədə

fikirlərimizi bölüşək, sonra pedaqoji texnologiya və tədqiqat metodları

anlayışlarına elmi şərh verməyə çalışaq.

Pedaqoji elmin mənbələri müxtəlifdir: pedaqoji proses, pedaqoji sənədlər,

pedaqoji mövzuda yazılar, klassiklərin əsərləri və pedaqoji fikirləri, şagirdlərin (və

digər tərbiyə olunanların) fərdiyyəti, şifahi xalq yaradıcılığı nümunələri, dövlət

sənədləri, canlı söz, müqəddəs kitabımız “Qurani-Kərim” və s. Xüsusi qeyd

olunmalıdır ki, tədris və tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji proses

pedaqoji elmin və pedaqoji biliklərin əsas mənbəyidir. Sadalanan mənbələri iki

qrupa ayırmaq olar: 1) geniş mənada pedaqoji prosesinin özü; 2) şifahi və yazılı

mənbələr. Birinciyə praktika, ikinciyə təlim-tərbiyə haqqında əsaslandırılmış

fikirlər, mülahizələr, dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji

ideyaları və s. daxildir.

Dövlət sənədləri. Respublikamızda təhsil Azərbaycan dövlətinin müvafiq

qanunları əsasında təşkil olunur və inkişaf etdirilir. Ən əvvəl Azərbaycan

Respublikası Konstitusiyası (Əsas Qanunu), sonra təhsil sahəsində dövlət

qanunvericiliyinin əsasları, təhsillə əlaqədar qəbul olunan qanunlar və digər rəsmi

sənədlər nəzərdə tutulur. Bu cür sənədlərin tələblərini, təlim və tərbiyə qarşısında

qoyduğu vəzifələri pedaqoji proseslə məşğul olan, pedaqoji problemləri tədqiq

edən şəxslər öyrənməlidirlər.

Pedaqoji sənədlər. Hər bir tədris və ya tərbiyə müəssisəsinin özünəməxsus

sənədləri vardır. Bu sənədlər həmin tədris və ya tərbiyə müəssisəsində aparılan işin

xüsusiyyətlərini əks etdirir. Məktəbin necə işlədiyini öyrənməkdə həmin sənədlər

tədqiqatçıya zəngin məlumat verir.

Pedaqoji mövzuda yazılar. Pedaqoji biliklər müvafiq kitablarda, jurnal və

qəzetlərdə şərh edilir. Bu cür mənbələr keçmişdə tədris müəssisələrinin

vəziyyətindən, oradakı təlim və tərbiyə işinin məzmunundan, üsulları və təşkili

formalarından, pedaqoji fikrin tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin,

habelə inkişafın müasir problemlərini, qabaqcıl məktəb və müəllimlərin iş təcrübə-

sini, mövcud olan nöqsanları və onların aradan qaldırılması yollarını təhlil edən

kitablar və məqalələr vardır.

Tərbiyə olunanların fəaliyyət məhsulları. Pedaqoji bilik mənbəyi olan uşaq

fəaliyyəti məhsulları müxtəlifdir. Fənlər üzrə uşaqların icra etdikləri işlər,

sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı onların yerinə yetirdikləri

tapşırıqlar buraya daxildir. Məsələn, dil üzrə uşaqların yazdıqları imla, inşa və ya

rəy mətnləri, ayrı-ayrı fənlərdən həll etdikləri məsələ və misallar, tərtib etdikləri

planlar və xəritələr, quraşdırdıqları modellər, düzəltdikləri əyani vasitələr,

becərdikləri bitkilər, hazırladıqları fotomontaj və fotostendlər, çıxardıqları divar

qəzetləri və bülletenlər, muzey üçün topladıqları eksponatlar, tikdikləri paltarlar,

hörmələr, çəkdikləri şəkillər, onların istehsal etdikləri müxtəlif məhsullar və s.

şagirdlərin bacarıqları və qabiliyyətləri barədə, təlim və tərbiyənin necəliyi haq-

qında fikir söyləməyə əsas verir.

Şifahi xalq yaradıcılığı nümunələri. Xalq təlim və tərbiyə haqqında, elm və

bilik haqqında öz fikirlərini, istək və arzularını atalar sözlərində və zərb

məsəllərdə, nağıl və dastanlarda, bayatı və tapmacalarda ifadə etmişdir. Bunların

hamısı tərbiyəçilər üçün, xüsusən valideynlər üçün zəngin pedaqoji bilik

mənbəyidir. Hər kəs ondan bəhrələnə bilər.

Canlı söz. Təlim, tərbiyə və təhsil iştirakçılarının söylədikləri fikirlər də

pedaqoji bilik mənbələrindən biridir. Burada müəllimlərin və digər tərbiyəçilərin,

şagirdlərin və valideynlərin, habelə pedaqoji prosesin digər iştirakçılarının dedikləri

fikirlər nəzərdə tutulur .

2. Pedaqogikanın metodologiyası

Elmin digər sahələrində olduğu kimi, pedaqogika üzrə tədqiqatlar da

metodoloji əsasa istinad edir, ondan istiqamət alır. Bunsuz pedaqogikanı

müvəffəqiyyətlə inkişaf etdirmək olmaz. Hər bir didaktik, metodik axtarışlar

metodoloji əsasla idarə olunur. Bir sözlə, metodologiyaya əsaslanmadan həqiqi

elmi tədqiqat aparmaq mümkün deyil.

“Metodologiya” yunan dilində “metodlar haqqında elm” deməkdir. Meto-

dologiya anlayışının hamı tərəfindən qəbul olunmuş tərifi yoxdur. Pedaqoji

ədəbiyyatda metodologiya bəzən tədqiqatın metodik priyomlarının məcmusu,

bəzən xarici aləm haqqında biliklərin əldə edilmə qaydaları, aləmin dərk olunması

və yeniləşdirilməsi metodları haqqında nəzəriyyə hesab olunur. Əslində çox geniş

məzmuna malik olan metodologiya rəhbər prinsiplərə istinad edən elmi tədqi-

qatların silahı, elmi təhlilin və sintezin tələblərinin yerinə yetirilməsinin konkret

vasitəsi rolunu oynayan nəzəri biliklər sistemidir. Pedaqoji metodologiya elmi-

Comments are closed, but trackbacks and pingbacks are open.