Postsovet olkələrinin iqtisadiyyatı
1. Diana Markosyan yerlə tarix arasında əlaqələri öyrənən erməni əsilli fotoqrafdır. Bu şəkildə isə Şimali Qafqazın Beslan şəhərində məktəb məzunları 2004-cü ildə terror aktı nəticəsində öldürülmüş 385 nəfərin xatirəsinə şarları havaya buraxmağa hazırlaşır.
Postsovet olkələrinin iqtisadiyyatı
Keçmiş sovet ölkələrinin həyatını göstərən ən yaxşı fotoqrafların işləri
Ölkə.Az xəbər verir ki, tarixdə silinməz iz qoymuş böyük SSRİ imperiyasının qalıqları olan ölkələrdə həyat müxtəlif cür davam edib.
Qeyd: Bildiyimiz kimi, “Aşkarlıq” siyasəti bir çox zidiyyətləri üzə çıxarmışdı. Regionlarda etnik münaqişələr Sovetlərin vəziyyətini gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı “Böyük dağılmanın” başlanğıcı oldu. 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.
İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun “səhhəti ağır olduğu üçün” onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. “Avqust qiyamı” puç oldu. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı.
1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı.
Həyatı ən yaxşı və dolğun əks etdirənlər isə, sözsüz ki, rəssam və fotoqraflardır. “The Calvert Journal” postsovet ölkələrinin həyatını ən yaxşı işıqlandıran və dünyanın işləri ilə dolaşan fotoqrafları üzə çıxarıb.
Həmin işləri və onların müəlliflərini sizə təqdim edirik:
1. Diana Markosyan yerlə tarix arasında əlaqələri öyrənən erməni əsilli fotoqrafdır. Bu şəkildə isə Şimali Qafqazın Beslan şəhərində məktəb məzunları 2004-cü ildə terror aktı nəticəsində öldürülmüş 385 nəfərin xatirəsinə şarları havaya buraxmağa hazırlaşır.
2. Moskvada yaşayan fotoqraf Sonya Kideyevanı daha çox müasir Rusiyada olan gənclik və submədəniyyətlər valeh edir. O, tez-tez postsovet ölkələrində olan gəncləri çəkir.
3. Sankt-Peterburqlu Jana Romanovanın siyasi hadisələrə fərdi yanaşması onu dünyada tanıdıb. Rusiyanın qonşularla problemlər yaşadığı vaxtsa onun gələcək valideynlərlə bağlı fotosu rekord qırırdı.
4. Rus əsilli Bruklin sakini Nadia Sablin ölkəsinin bir çox yerlərini gəzərək, kənd, qəsəbə və şəhərlərin fotolarını çəkib. Onun ən məşhur fotoları “Sonsuz yay” seriyasında toplanıb.
5.Yevgeniya Arbuqayeva Şimal Buzlu okeanın yaxınlığında yerləşən Tiksi şəhərində doğulub. Bu şəkil isə meteoroloqun Barens dənizindəki zolaqda keçirdiyi həyatından bəhs edən seriyadan götürülüb.
6. Liliya Limiyan Türkmənistanda doğulsa da, Moskvada yaşayır. Onun “Ağalar və xidmətçilər” seriyasında Rusiyada yüksək təbəqə nümayəndələri ilə onlara xidmət edən insanlar göstərilib.
7. Cənubi Sibirdə dünyaya gəlmiş Yelena Anosova hazırda Moskvada Rodçenko adına Rəsm məktəbində təhsil alır. Onun ən diqqətçəkən işi “Bölüm” seriyası olub. Seriyada cəzaçəkmə koloniyalarında olan qadınların portretləri yer alıb.
8. Mila Teşayeva şəkil, mətn və videolar vasitəsilə siyasətin insan həyatına təsirini araşdırır. 4 il müddətində “Ümidverici sular” adlı fotolar seriyası ərsəyə gəlib. Burada maraqlı fotolardan biri də ofisində olan regional siyasətçilərdən birinin şəklidir.
9. Olqa İnqurazova 2011-ci ilə fotoqraf kimi fəaliyyətə başlayıb və Qafqazda separatçı hərəkatın fotolarını çəkib. Onun “Müstəqillik çapıqları” seriyası Gürcüstanda Abxaziya hadisələrini özündə ehtiva edir.
10. Tallinli fotoqraf Birgit Püve Etoniyanın milli kimlik məsələləri ilə bağlı işlər ərsəyə gətirir. O, “Estoniya sənədləri” seriyasında müxtəlif vətəndaşların portretlərini çəkməklə estonların əslində kim olduqlarını üzə çıxarmağa çalışır.
Əlbəttə, postsovet ölkələri var olduqca yeni-yeni geosiyasi proseslər də yaranacaq və onlar tarixə qovuşaraq şəkillər vasitəsilə bizə çatdırılacaq. Ümid edək ki, onların arasında bu dəfə münaqişə təsvirləri az olacaq.
Rəşid Mustafazadə
Ölkə.Az
Postsovet olkələrinin iqtisadiyyatı
Azərbaycan mobil operatorları iki ayda nə qədər gəlir əldə edib?
ABŞ banklarının iflası neftin qiymətinə təsir edə bilərmi?
“Ağıllı” qaz sayğacları niyə ancaq yeni tikililərdə quraşdırılır? – “Azəriqaz” rəsmisi açıqladı + FOTO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb – FOTO/VİDEO
Türkiyədə qaz qovşağının yaradılması üzrə işlər sürətləndirilib
Müharibə Ukrayna banklarının “sərvətini” 35 dəfə artırıb
Füzuli şəhəri necə inşa ediləcək? – AÇIQLAMA + FOTO
Qərbi Azərbaycan İcması çağırış etdi – Xəbərlərin 17:00 buraxılışı
Suqovuşanda görülən yenidənqurma və bərpa işləri – FOTOREPORTAJ
Azərbaycanda polad boruların istehsalı iki dəfə artdı
Abdulbari Gözalın qızı ASB-dəki payını satdı
Azərbaycanda geniş pul kütləsi neçə faiz artıb?
Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb
Bakı-Qəbələ sürət qatarında sərnişinləri narahat edən əsas məsələ nədir? – VİDEO
Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək
“Azərbaycan Dəmir Yolları”nın sədri Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub – FOTO
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin sayı artırılıb
Füzuli şəhərinin Baş planı təsdiq edildi
Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? – REPORTAJ + FOTO
İstehlakçılara nə qədər ƏDV məbləği geri qaytarılıb?
MTK-larla vətəndaşlar arasında illərdir çözülməyən problem: Düzgün hesablama niyə aparılmır? – FOTO
“Azeri Light” ucuzlaşıb
Әvvəlki xəbərlər yüklənir
© Oxu.az, 2013—2023 Məlumatdan istifadə etdikdə istinad mütləqdir. [email protected] , [email protected]
Comments are closed, but trackbacks and pingbacks are open.