Press "Enter" to skip to content

Proqramlaşdırma dillri

və s. bu kimi əməliyyatları sıralamamız lazım olacaq, bu əməliyyatlar qolu hərəkət etmə əmrinin alt əmrləridir. Bu əmirlərə prosedur da deyilir. Əmrli programlaşdırmada önəmli olan hesablamanın “necə?” aparılacağıdır. Ona görə də maşın dilinə ən yaxın olan paradigma “İmperativ” likdir. Məsələn siz tez-tez programlaşdırma öyrənməyə “C” dən başla kimi bir ifadə eşitmiş olarsınız. Bunun səbəbi də C nin imperativ bir dil olmasındadır. Bu xüsusiyyət C ni olduqca çətin mənimsənilən bir dil halına gətirir. C də yazan bir programçı funksionallıqdan istifadə etmədiyi üçün, bütün programı əmrlərlə yazdığı üçün programın ən çətin hissəsini yazmış olur. Və ona görə də C developerlərin başqa dili öyrənmələri asanlaşır.

Programlaşdırma dillərinin paradigmaları.

Əvvəla “Paradigma” nın nə olduğu haqqında məlumat verək. Bəlkə də çoxumuz programlaşdırma öyrənməyə başladığımızda, bizdən daha təcrübəli programçıların bizə ilk verdiyi məsləhət bu olur ki: “Ayəə 1 dili öyrən, sonrası asan olacaq” əslində bu yanaşma paradigma əsasında formalaşıb.

Programlaşdırma paradigmasının bir başqa müqayisəsini də “İnsan Dilləri” ilə apara bilərik.

Yuxarıda gördüyünüz qrafikdə 3 ayrı dildə “Mən” sözünün hərfi tərcüməsi verilmişdir. Sloven, Türk və Yapon dillərində, ilk baxdığımızda “Jaz və Watashi” nin nə anlama gəldiyini bilməsək də “Ben” in nə olduğunu bir çoxumuz bildi. Bunun səbəbi isə Azərbaycan və Türk dillərinin eyni dil qrupuna aid olmasıdır. Programlaşdırma dillərində də bu belədir. Eyni paradigmalara sahib olan dillərin sintaksisi oxşardır.

Yuxarıdakı şəkildə 3 ayrı dildə “Hello World” cümləsinin programı yazılmışdır. Gördüyünüz kimi Java və C# da yazılan kodlar çox oxşardı. Bunun səbəbi 2-nin də “obyekt yönümlü programlaşdırma(OOP)” dili olmasıdır. Clojure də yazılan kod isə tamamilə fərqlidir, çünki Clojure “Funksional” dildir.

Aşağıdakı şəkildə 2 ayrı dilin paradigmaları verilib:

Beləliklə programçının bir dildən digərinə keçib kod yaza bilməsi üçün ilk edəcəyi iş, onun paradigmalarını araşdırmaqdır. Paradigmaların eyniliyi programçıya yeni dilə daha tez adabtasiya olmasına imkan verir.

Göründüyü kimi Paradigma 2 əsas hissəyə bölünüb: “İmperativ” lik və “Deklarativ” lik. Bunlara bizim kod yazarkən istifadə etdiyimiz metodlar da demək olar.

  1. İmperativ(əmrli) programlaşdırma, bir programlaşdırma dilindəki əmrlərin sətir-bə-sətir verilməsidir. Məsələn bir robota əmrlər versəydik:

qolu 10 dərəcə sağa döndər

2 metr irəli hərəkət et

qolu 20 dərəcə sola qaldır

və s. bu kimi əməliyyatları sıralamamız lazım olacaq, bu əməliyyatlar qolu hərəkət etmə əmrinin alt əmrləridir. Bu əmirlərə prosedur da deyilir. Əmrli programlaşdırmada önəmli olan hesablamanın “necə?” aparılacağıdır. Ona görə də maşın dilinə ən yaxın olan paradigma “İmperativ” likdir. Məsələn siz tez-tez programlaşdırma öyrənməyə “C” dən başla kimi bir ifadə eşitmiş olarsınız. Bunun səbəbi də C nin imperativ bir dil olmasındadır. Bu xüsusiyyət C ni olduqca çətin mənimsənilən bir dil halına gətirir. C də yazan bir programçı funksionallıqdan istifadə etmədiyi üçün, bütün programı əmrlərlə yazdığı üçün programın ən çətin hissəsini yazmış olur. Və ona görə də C developerlərin başqa dili öyrənmələri asanlaşır.

2. Object Oriented Programming(Obyekt Yönümlü Programlaşdırma). OOP 1960- cı illərdən bu günə qədər programlaşdırma dünyasında öz töhvəsini vermiş bir paradigmadır. Belə ki 1970 lərdən bu günədək qurulan programlaşdırma dillərindən bir çoxunda OOP məntiqi istifadə olunur. Məsələn hal-hazırda ən məşhur olan “Python,Java,C#” kimi dillərdə istifadə olunur. OOP qurulduğu andan özündən əvvəlki programlaşdırma məntiqini tamamilə,kökdən dəyişdirmişdir. OOP dən əvvəlki metodologiya “Prosedural Programlaşdırma” adlanırdı. Bu metodologiya uzun zaman aktiv olsa da bir çox mənfi cəhəti var idi. Məsələn yazılan programları parçalamaq mümkün deyildi, programlar tam halda olurdu ki, bu da programa hər hansı dəyişiklik edilməsini çətinləşdirirdi. Beləliklə çox kiçik səhvlər belə böyük bir problemin yaranmasına gətirib çıxarırdı. Məhz bu problemi aradan qaldırmaq üçün OOP məntiqi yaradıldı. Bu məntiqi ilk dəfə ortaya atan Alan Kay bunu belə izah edir:

Program, obyektlər və onların sərhədləri çərçivəsində müəyyən bir işi yerinə yetirmək üçün yazılmalıdır. Hər obyektin bir sinifi(class) olmalıdır və bu siniflər obyektlərin eyni tərzli davranışlarını ifadə etməlidir. Obyektlər bir-biri ilə əlaqəli ola bilməlidirlər.

Bu paradigmanın ən müsbət tərəfi yazacağımız sinifləri bir-birindən asılı olmadan genişləndirə bilməyimizdi. Bunun sayəsində program “Böl,Parçala və Fəth Et” məntiqi çərçivəsində kiçik hissələrə parçalanaraq, ayrı-ayrı hissələrlə ifadə oluna bilir. OOP məntiqində real dünyadakı obyektlər nümunə alındığı üçün kodda daha rahat şəkildə başa düşülür.

3. Functional Programming(Funksional programlaşdırma) hal-hazırda mövcud olan programlaşdırma dillərinin çoxunda istifadə olunan yanaşmadır. Funksionallıq sadə dillə desək:

Kod təkrarının qarşısını alır və eyni kodun fərqli şərtlərdə təkrar istifadəsini

— Kodun oxuna bilinməsini artırır və kodun analizini sadələşdirir.

— Programın hazırlanma mərhələsində programçıya modullarla işləməsini təmin edir.

Bir dilin funksional olması bu dildə funksiya və ya prosedur tipli xüsusiyyətlərin olması ilə xarakterizə olunur. Aşağıdakı kod nümunəsi ilə funksionlığı daha yaxşı başa düşəcəksiniz:

int topla ( int a, int b)return a + b;
>

Bu kodda a və b funksiyaya verilən parametrlərdir, dönüş dəyəri olaraq tam ədəd(integer) istifadə olunub və bu hal return əmri ilə ifadə olunub, “a+b” əməliyyatı isə bir alt programdır. Yəni topla funksiyası çağırıldığında icra olunur.

İmperativ və Funksional Programlaşdırmanın Əsas Fərqi

İmperativ dillər işi Necə(How?) icra etməli, Funksional dillər isə Nə(What?) etməli olduğu ilə maraqlanır. Kiçik bir nümunə ilə bunu daha yaxşı anlayacaqsınız. Siz birindən sizin üçün “Meyvəli tort” bişirməsini istəyirsiniz, bu məsələyə imperativ baxsaq:

“Soyuducunu aç -> məhsulları çıxart-> meyvələri doğra -> tort qabını hazırla -> sobanı yandır-> südü aç ve qaba doldur….. bu formada hər addımı bildirməliyik”

Funksional yanaşmada isə: “Səndən bir ədəd Meyvəli tort bişirməyini xahiş edirəm. Bunu mənim üçün edə bilərsənmi? (Mən çox şeyə qarışmayacağam, təbii ki bəzi addımları bildirməliyik, lakin imperativ yanaşmaya görə çox kiçik formada)”

Bu məqalədə yanlız paradigmanın nə olduğu haqqında və bəzi növləri haqqında qısa məlumat verildi, növbəti məqaləmizdə isə paradigmaların növlərinin xüsusiyyətləri haqqında ətraflı izahat olacaq…

Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompyuterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.

İstənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası.

Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına “göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.
Beləliklə, hər hansı verilənlərin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır.

Translyator və kompilyatorlar

Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. Proqramçının başa düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompyuterdə translyatorlar və kompilyatorlar olur.

Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan). Proqramlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan simvol işarəmələrinin köməyilə ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerin köməyilə çox səmərəli və kompakt proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların, kompyuterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən yüksək səviyyəli peşəkar proqramçılar istifadə edir. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra olunurlar. Yüksək səviyyəli proqramlaşdırma dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın başa düşüləndir. Çox yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat verək

Proqramlaşdırma dilləri iki hissəyə bölünür:

Aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.),
Yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basic, Pascal, Ci və s.).
Aşağı səviyyəli proqramlaşdırma dillərində hər operatora bir maşın əmri uyğun gəlir. Bu dildə yazılan proqram az yer tutur və tez yerinə yetirilir. Aşağı səviyyəli dillərdən sistem proqramçılar istifadə edir. Yuxarı səviyyəli proqramlaşdırma dillərində hər operator bir neçə maşın əmri ilə əvəz edilə bilər, bu isə yaddaşda çox yer tutur. Yüksək səviyyəli dillərdən isə tətbiqi proqramçılar istifadə edir.

Proqramlaşdırma dilləri

Ada-Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974-1980-ci illərə təsadüf edir.
Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompyuterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.
Basic – Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.
C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.
C++ – 1980-cı ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.
C# – C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.
Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.
JAL – Wouter Van Ooijen tərəfindən 16F84 ,16C84,16F877 , Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri proqramlaşdırmaq üçün yaradılmış dildir.
Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır. Java С++ proqram dili əsasında əlavələrin işlənməsini sadələşdirir.
LISP – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. 1958-ci ildə yaradılmışdır
Lua – 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.
Objective-C – yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.
Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
Perl – 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
PHP – (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
Prolog – Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır.
Python – 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Dilinin sintaksisi çox aydın və anlaşıqlıdır.
Ruby – Yukihiro Matsumoto tərəfindən Perl, Smalltalk və Eiffel dillərindən yararlanaraq yaradılmışdır.
Scheme – Funksional proqramlaşdırma dili olub. 1975-1980-cı illər ərzində MİT süni intellekt laboratoriyasında yaradılmışdır.
Delphi – Pascal dilinin əsasında yaradılmış dildir.
Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.
SQL (Structured Qquery Language) – sorğuların strukturlaşdırılmış dili olub, güclü riyazi nəzəriyyəyə əsaslanır və yazılar qrupunu idarə etməklə VB-nın effektiv işlənməsini yerinə yetirir. Praktiki olaraq SQL dilindən başqa hər bir VBİS -də, özünün unikal dili mövcuddur. VBİS-nin unikal dilini digər sistemlərə tətbiq etmək mümkün deyil.
İndi dünyada 5 VBİS istehsal edən kompaniya vardır: Microsoft SQL Server, IBM (DB2), Oracle Software AG (Adabas), Informix və Sybase.

Internetdə proqramlaşma dilləri
Perl – 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
HTML – web-səhifələrin hazırlanmasında istifadə edilən populyar dildir.
XML – Həm insanlar həm informasiya əməliyyat sistemləri tərəfindən asanca oxuna biləcək sənədlər yaratmağa yarayan dildir.
PHP – (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
Java – 1995-ci ildə Sun Microsystems şirkəti tərəfindən yaradılmışdır.

Перевод “proqramlaşdırma dilləri” на русский

язык программирования, язык программирования — самые популярные переводы слова «proqramlaşdırma dilləri» на русский.

proqramlaşdırma dilləri
+ Добавить перевод Добавить proqramlaşdırma dilləri

“proqramlaşdırma dilləri” в словаре азербайджанский – русский

язык программирования

noun masculine
Dbnary: Wiktionary as Linguistic Linked Open Data
Показать алгоритмически созданные переводы

Автоматический перевод ” proqramlaşdırma dilləri ” в русский

Glosbe Translate
Google Translate

Переводы с альтернативным написанием

Proqramlaşdırma dilləri
+ Добавить перевод Добавить Proqramlaşdırma dilləri

“Proqramlaşdırma dilləri” в словаре азербайджанский – русский

язык программирования

язык для записи и хранения компьютерных программ

Фразы, похожие на «proqramlaşdırma dilləri» с переводом на русский

Database engine

Переводы «proqramlaşdırma dilləri» на русский в контексте, память переводов

Совпадение слов
все точно любой

Примеры не найдены, вы можете добавить новый.

Вы можете попробовать более гибкий поиск, чтобы получить некоторые результаты. Включить

Comments are closed, but trackbacks and pingbacks are open.