Press "Enter" to skip to content

Psixologiya 1

[1] Хьелл А., Зиглер Д. 1997.

Литература

1. Алиев Б.Г. Методология социально-психологического исследования. Баку, «Ренессанс», 1999.

2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı , 2002, s.128-138; 209-235.

3. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı , 2003, s.51-70.

4. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı , 1989.

5. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı , 1991.

6. Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. Bakı , 2000.

7. Сеидов С.И. Психология менеджмента. Баку , 2000 , с.102-126;168-200.

8. Ковалев А.Г. Психология личности. М. , 1970 , с .5-22.

9. Немов Р.С. Психология. М. , 1998.

10. Маяерс Д. Психология . Минск , 2001 , с.564-611.

11. Психология личности. Тексты. М . ,1982 , с.11-41.

12. Мамедова Г.К. Проблемы типологии личности в психологии и художественной литературе. Баку , 2003.

13. Ананьев Б.Г. Избранные психологические труды: В 2-х т. Т.1. / Под. ред. А.А.Бодалева, Б.Ф.Ломова. М.: Педагогика, 1980 (Труды для членов и членов-корреспондентов.АПИ СССР).

14. Ананьев Б.Г. Человек как предмет познания. Л.: Изд-во ЛГУ, 1968.

15. Психология. Учебник для экономических вузов / Под. общ. ред. В.Н.Дружинина. СПб.: Питер, 2002.

Поступила в редакцию 15.04.2009 г.

[1] Хьелл А., Зиглер Д. 1997.

[2] Мясищев В.И. 1969 с.38.

Psixologiya 1

Adamların hamısında təfəkkür eyni Ģəkildə inkiĢaf etmir.

Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda

müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaĢı olaraq

adamlar ağlın keyfiyyətləri nə görə bir-birlərindən daha çox

fərqlənirlər. Buraya ağlın dərinliyi, çevikliyi, müstəqilliyi,

tənqidiliyi və s. Aid etmək olar.

Ağlın dərinliyi cisim larda. və hadisələr arasındakı və

onların daxilindəki Ən əsas, baĢlıca əlamətləri tapmaq

bacarığından ibarətdir. Dərin ağla malik olan Adam zəruri

sualları qoymaqla hadisənin mahiyyətini aça bilir, cisim və

hadisələri dərindən və hərtərəfli öyrənir. Bu cür adamlar əsas

cəhətləri ikinci dərəcəli cəhətlərdən ayıra bilirlər. Lakin ağıl

dayaz olduqda belə adam öyrəndiyi faktlarda Ən zəruri, əsas

cəhəti aĢkara çıxara bilmir, formal, zahiri cəhətlərə istinad

etdiyinə görə onun fikirlərində dərinlik olmur.

Ağlın çevikliyi də insan üçün zəruri olan müsbət

keyfiyyətlərdəndir. Bu keyfiyyət xüsusilə insandan Ani bir

vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur. Ona

görə də həmin keyfiyyətə malik olan adam düĢdüyü vəziy-

yətdən baĢ çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın

çevikliyi və dərinliyi birləĢdikdə insanda ağlın itiliyi keyfiy-

yətinin meydana gəlməsinə səbəb olur.

Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə

bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi ba-

carmaqdan ibarətdir. Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz

bu cür müstəqillikdə öz əksini tapır. Həmin keyfiyyətə malik

olan adamlar baĢqalarından asılı olmur, onların öz düĢüncə, fi-

kir tərzləri mövcud olur.

Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz

idrak obyektlərinə tənqidi yanaĢmaq bacarığında ifadə olunur.

Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub

qavradıqları cisim və hadisələr arasındakı yğunsuzluğu asan-

lıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini

Özünü yoxlamaq üçün sual və tapĢırıqlar

1.Təfəkkür nəyə deyilir?

2.Təfəkkürlə hissi idrak arasında əlaqəni Ģərh edin.

3.Hissi idrakla məntiqi idrak arasındakı fərqlər nədədir?

4.Təfəkkürün ümumi xarakteristikasını Ģərh edin.

5.Fikri proseslər hansılardır? Onları Ģərh edin.

6.Təfəkkürün formaları hansılardır? Onlar haqqında ayrı-

7.Təfəkkürün növlərini Ģərh edin.

8.Ağlın keyfiyyətləri dedikdə nəyi baĢa düĢürsünüz?

Onları ayrı-ayrılıqda Ģərh edin.

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Təfəkkür və məsələ həlli.

2. Yaradıcı təfəkkürün psixologiyası.

3. Ağlın keyfiyyətləri və onların inkiĢafı vasitələri.

4. Təfəkkür proseslərinin qarĢılıqlı əlaqəsi.

5. Dil və təfəkkürün qarĢılıqlı əlaqəsi.

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, 2-ci nəĢri –

Bakı, 2002 səh.326-357

Bayramov Ə.S. ġagirdlərdə əqli keyfiyyətlərin inkiĢaf

xüsusiyyətləri. – Bakı, 1987

Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji

problemləri. – Bakı, 2004 səh 37-90

Qədirov Ə.Ə. UĢaqlarda idrak proseslərinin inkiĢafı. –

Vozrastnıe i individualğnıe osobennosti obaznoqo

mıĢleniə. – M, 1989

Qalğperin P.Ə. , Kotin N.R. K psixoloqii tvorçeskoqo

mıĢleniə// Voprosı psixoloqii. – 1982. – №5,

Qleytman Q. , Fridlund A., Raysberq D. Osnovı

psixoloqii. – Sankt-Peterburq, 2001. s.349-

Luriə A.R. Əzık i mıĢleniə. – M., 1979

Mayers D. Psixoloqiə. – Minsk. 2001. s. 28-67; 412-

Ġssledovaniə reçevoqo mıĢleniə v psixolinqvistike. –

Slobin D., Qrin Dj. Psixolinqvistika. – M., 1976

Xomski Noam. Dil və təfəkkür. – Bakı, 2006

Davıdov V.V. Vidı obobheniə v obuçenii. – M., 1972

Tixomirov O.K. Psixoloqiə mıĢleniə. – M., 1984. s.6-

33; 87-100; 107-210

Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə mıĢleniə. /

Pod red. Ö.B.Qippenreyter, V.V.Petuxov. –

RubinĢteyn S.L. Osnovı obhey psixoloqii. T.1. – M.,

RubinĢteyn S.L. O mıĢlenii i putə eqo issledovanii. –

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Презентация на тему: Память и ее виды

Mövzu: B2001 Psixologiya elmi, onun predmeti, metod və vəzifələri. Məşğələ: B200101 Psixologiya elminin mahiyyəti və onun tarixi Mövzunun məqsədi: Psixologiya elminin mahiyyəti və onun tarixi haqqında məlumat vermək. Tədris sualları: 1. Psixologiyanın obyekti və predmeti 2. Psixologiya elminin vəzifələri, tədqiqat üsulları və sahələri 3. Psixologiyanın istiqamətləri və məktəbləri 4. Psixologiya və orqanizm nə deməkdir? Davranışın mahiyyəti Ədəbiyyat: A.V.Petrovski Petrovski Ümumi psixologiya Bakı-1982 5-21; Ə.S. Bayramov Ə.Ə. Əlizadə Psixologiya Bakı-2009 57-72; 108-118

№ слайда 2
Описание слайда:

Psixologiya elmi, onun predmeti, metod və vəzifələri.

№ слайда 3
Описание слайда:

Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm) — “psixika haqqında elm” deməkdir. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya

№ слайда 4
Описание слайда:

Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) “Ruh haqqında” traktatında şərh olunmuşdur. Traktat psixologiya yox, “ruh haqqında” adlanır. Bu da təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub “psixi olan” deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma – yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə “Emprik psixologiya” və 1734-cü ildə “Rasional psixologiya” kitabları nəşr olunandan sonra məlum olmuşdur. Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır. Psixologiyaya tarixi baxış

№ слайда 5
Описание слайда:

Müasir dövrdə 200-dən artıq elm sahəsi insanı öyrənir. Bu elmlər öz- özlüyündə təbiət, humanitar və sosial elmlər olmaqla üç əsas qrupa ayrılır. İnsan adlı ali, biososilal varlıq qeyd olunan qruplara daxil edilən bir çox elmlərin tədqiqat obyektidir. Lakin insanı öyrənən elmlər özlərinin predmetinə görə, yəni insanı hansı cəhətdən öyrənmələrinə görə bir-birindən fərqlənirlər. Psixologiya sözü iki yunan sözünün – “psyuxe” – ruh, ruhi aləm, “loqos” – bilik, öyrənmək, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir, “psixika haqqında elm” deməkdir. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiyanın obyekti və predmeti

№ слайда 6
Описание слайда:

Psixologiyanın müstəqil bir elm kimi öyrənillməsi formalaşdıqca onun predmeti də dəyişir.İlk dövlərdə psixologiyanın predmeti ruh,sonra dərketmə,davranış, şüursuzluq və s. olmuşdur. Müasir dövrdə isə psixologiyanın predmeti iki istiqamətdə araşdırılır: -birinci, psixi proseslər,psixi xassələr və psixi hallara görə; – ikinci, insanın psixi həyatının faktlarına,psixoloji qanunlara və psixi fəaliyyətin mexanizmlərinə görə . Psixologiya elminin predmeti

№ слайда 7
Описание слайда:

Psixika obyektiv aləmin subyektiv inikasıdır (surətidir). Bunu sadə bir misalla aydınlaşdıraq.Tutaq ki, bir insan saçını düzəltmək üçün güzgüyə baxmalıdır. Güzgü qarşısında dayananda güzgüdə onun əksi alınır. Bu, mexaniki inikasdır, lakin buna baxmayaraq inikas üçün səciyyəvi olan ən ümumi xüsusiyyətlər bu misalda aydın görünür. 1.Əgər insan olmasaydı onun güzgü qarşısında əksi alınardımı? Əks olunan, yəni insan-birincidir, əks edən, yəni güzgüdəki şəkil-ikincidir. 2.Əks edənlə əks olunan arasında səbəb asılılığı mövcuddur. Məsələn, insan sağa dönəndə şəkil də dəyişir. 3. Güzgüdəki şəkil həmin insana oxşayırmı? Bəli, oxşayır. Bu, o deməkdir ki, əks edənlə əks olunan arasında oxşarlıq mövcuddur. Onlardan biri digərinin surətidir, şəklidir, obrazıdır. Görəsən, obyektiv aləm insanın da beynində güzgüdə olduğu kimi əks olunurmu? Nəzərdən keçirdiyimiz xüsusiyyətlər inikasın bütün formaları üçün səciyyəvidir. Lakin cansız təbiətdə, bitkilər aləmində, heyvanlarda və nəhayət, insanlarda inikas keyfiyyətcə müxtəlif formalarda özünü göstərir. PSİXİKA NƏDİR?

№ слайда 8
Описание слайда:

Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir

№ слайда 9
Описание слайда:

Ümumi psixologiya Psixologiya elminin ən fundamental sahəsini ümumi psixologiya təşkil edir. Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaşı ümumi psixologiya psixi proseslər, psixi hallar və xassələrlə bağlı konkret məsələlərin öyrənilməsi ilə də məşgul olur. Psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə ümumi psixologiya birinci növbədə insanın şəxsiyyəti, fəaliyyəti, ünsiyyəti idrak prosesləri ilə, hissləri və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də eksperimental planda öyrənir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır. Psixi hadisələrin təsnifi və onun strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi xassələr

№ слайда 10
Описание слайда:

Psixi proseslər Psixi hallar Psixi xassə və xüsusiyyətlər Psixologiyanın öyrəndiyi hadisələri şərti olaraq 3 əsas qrupa ayırmaq olar:

№ слайда 11
Описание слайда:

Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər.

№ слайда 12
Описание слайда:

Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.

№ слайда 13
Описание слайда:

Psixi xassələr də psixologiya elmini kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər

№ слайда 14
Описание слайда:

Psixologiyanın öyrəndiyi hadisələr sırasında fəaliyyət, iradə, sosial qruplar, ünsiyyət, kütləvi psixi hadisələr (azarkeş və tamaşaçıların, mitinq iştirakçilarının hərəkətləri və s) də mühüm yer tutur.

№ слайда 15
Описание слайда:

Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan biri adətən o birisinin sasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər.

№ слайда 16
Описание слайда:

Nə üçün duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar, Halbuki şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir. Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi və inkişafı mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr – istər psixi xassələr, istərsə də psixi hal və xassələr prosesual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna ilk dəfə diqqəti rus alimi İ.M.Seçenov cəlb etmişdir. “Proses”, “hal” və “xassə” nə deməkdir?

№ слайда 17
Описание слайда:

Psixologiyanın tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı olmaqla təsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment metodlarını aid edirlər Psixologiya elminin vəzifələri, tədqiqat üsulları və sahələri

№ слайда 18
Описание слайда:

Psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə həyata keçirilir. Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərinə müşahidə aparılan bundan xəbər tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.) aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər. Müşahidə –

№ слайда 19
Описание слайда:

Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövrü müşahidəyə gəldikdə bu müəy yən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və ümumiləşdirmə əsasında müvafiq nəticələrçıxarılır. Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistematik ola bilir.

№ слайда 20
Описание слайда:

Müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır. Eksperiment-

№ слайда 21
Описание слайда:

Təbii- Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874-1917) tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun şəraitində) həyata keçirilir. Laborator- Laborator eksperimentə gəldikdə bu laboratoriya şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi nəticələr əldə etmək mümkündür. Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd edirlər Eksperimentin növləri:

№ слайда 22
Описание слайда:

Psixologiya çoxsahəli bir elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Məhz buna görə də «psixologiya elmi» deyil «psixologiya elmləri» termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq. Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün müxtəlif prinsiplərdən istifadə olunur. Hər şeydən əvvəl psixoloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi olmaqla təsnif etmək mümkündür. Psixologiya elminin əsas sahələri

№ слайда 23
Описание слайда:

Konkret fəaliyyət sahələrinə görə; İnkişafın psixoloji aspektlərinə görə; İnsanın cəmiyyətə münasibətinə görə. Müasir psixoloji fənnləri təsnif etmək üçün mövcud ədəbiyyatda aşağıdakı üç prinsipdən də istifadə olunur:

№ слайда 24
Описание слайда:

Klinik psixologiya (ing. Clinical psychology) Sosial psixologiya (ing. Social psychology) Təcrübi psixologiya (ing. Experimental psychology) Fizioloji psixologiya (ing. Physiological psychology) İnkişaf psixologiyası (ing. developmental psychology) Sənaye və Təşkilat psixologiyası (ing. Industrial & Organizational psychology, aka IO psychology) Təhsil psixologiyası (ing. Educational psychology) Psixologiyanın sahələri

№ слайда 25
Описание слайда:

XIX əsrin sonu, XX əsrin əvvələrində psixologiyada bir neçə istiqamət və məktəblər meydana çıxdı. Bura psixoanaliz, biheviorizm, qeştalt psixologiya, marksist psixologiya istiqamətləri və mək təblərini aid etmək olar.Onların hər birinin öz predmeti və tədqiqat metodları da formalaşmışdı. Psixoloji istiqamət və məktəblər.

№ слайда 26
Описание слайда:

Biheviorizm ingiliscə “behavior” davranış deməkdir. Biheviorizmin tarixi XIX əsrin sonu-XX əsrin əvvəllərində Edvard Torndaykın (1874-1949) heyvanlar üzərində apardığı tədqiqatlarla başlayır. Lakin buna baxmayaraq həmin cərəyanın nəzəri lideri Con Uotson (1878-1958) hesab olunur. Bihevioristlərə görə davranış ancaq xarici stimullarla şərtlənən sekretor və əzələ reaksiyalarından təşkil olunmuşdur. Onların fikricə davranışın təhlili ciddi surətdə obyektiv xarakter daşımalıdır. Bihevioristləri vərdişlərin öyrədilməsi və formalaşması maraqlandırır. Onların fikrincə psixoloq məhz davranışı öyrənməlidir, belə ki, davranış bizim bilavasitə müşahidə edə biləcəyimiz yeganə amildir Biheviorizm

№ слайда 27
Описание слайда:

Uotson yazırdı: “ Biheviorist şüurun olmasına heç bir sübut tapmır, Cemsin nəzəriyyələrinə baxmayaraq, o yalnız daim genişlənən davranışı sübut olunmuş hesab edir”. Uotsona görə, davranış – reaksiyalar sistemidir. Reaksiya – biheviorizmin inkişafı ilə əlaqədar olaraq psixologiyaya daxil edilmiş yeni bir anlamdır. Uotson belə hesab edirdi ki, insanın davranışı hər hansı bir təsir nəticəsində mümkündür. Ona görə, elə bir fəaliyyət yoxdur ki, onun arxasında insanı bu və ya digər hərəkətə təhrik edən stimul (xarici qıcıqlandırıcı) olmasın.

№ слайда 28
Описание слайда:

XIX əsrin sonu, XX əsrin əvvəllərində bəşəriyyət ictimai – sosial mü hit də baş verən qlobal çevrilişlərin yeni dalğası ilə üz-üzə gəldi. Ka pi ta lizm cə miyyətini xarakterizə edən sənaye çevrilişləri, dünya xəritəsini iki də fə kök lü surətdə dəyişən iri miqyaslı dünya müharibələri və onlardan son ra mey dana çıxan “müharibə sindromu”, psixi travmalar Psixologiya və psi xi at riya elmini yenidən və tamamilə fərqli bir məzmunda diqqət mərkəzinə gə tirdi. Bir tərəfdən, tibbin bu yeni sahəsi Psixologiyadan ayrılıb özünün kli nik sahələrini yaratmalı oldu, digər tərəfdən isə, Psixologiyanın ictimai dü şüncə sahələri ilə kontaktları, elmi – nəzəri tədqiqatlara yeni bir istiqamət ver di. Psixiatriya, Psixologiya sosiallaşdıqca, incəsənət, hüquq, din və digər ic timai şüur sahələrinin məzmununda açıq-aydın deformasiyalar gö rü nür dü. Ar tıq psixoanalizin meydana çıxması üçün tarixi şərait yaranmışdı. Karl Yas persin tarixi periodizasiya ilə ictimai – sosial hadisələri əlaqələndirən xü susi mühitin mövcudluğu haqqındakı fikirləri özünü doğruldurdu, onun za man müstəvisində müvəqqəti dayanıqlıq kimi xarakterizə etdiyi “məh sul dar dövr”, (“osoboye vremya”) gəlib çatmışdı. Uzun müddətli təkamülün nə ticələrini ümumiləşdirmək üçün ərəfə yetişmişdi. Məhz buna görə Ziqmund Freyd (1856-1939) Psixologiyanın tibbin çərçivəsindən qopub ictimai həyat sahələrinə tətbiqində peripetik çevriliş edə bildi. Psixoanaliz.

№ слайда 29
Описание слайда:

XX əsrin 60-cı illərində bir qrup amerikan psixoloqu, tanınmış amerikan psixoloqu Abraham Maslounun rəhbərliyi ilə, psixoanaliz və biheviorizmə alternativ olan həyataqabil bir nəzəriyyə yaratmağı qarşısına məqsəd qoydu. Müəyyən mənada ekzissensial fəlsəfəyə əsaslanan bu yeni cərəyan, adı çəkilən hər iki psixoloji cərəyandan fərqli olaraq, insanın taleyinin hansısa irrasional həvəslərdən və ya ətraf dünyanın dəyişkənliklərindən asılı olmayıb, tam şəkildə insanın öz ağlı və düşüncəsindən asılı olduğunu iddia edirdi. Humanist psixologiya

№ слайда 30
Описание слайда:

Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον – alət) – canlı orqanizm, canlı varlıq biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir[1]. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz)[2]. Biologiyanın əsas predmetidir.

№ слайда 31
Описание слайда:

Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir. Yüksək orqanizmlərdə hər bir orqanda qan damarları və sinirlər vardır. Quruluşuna, vəzifəsinə və inkişafına görə bir-birinə oxşar orqanların məcmusuna orqanlar sistemi deyilir. Ümumi funksiyanı birgə yerinə yetirən müxtəlif quruluşa və inkişafa malik ayrı-ayrı orqanların və ya orqanlar sisteminin məcmusu aparat adlanır. İnsan orqanizmi aşağıdakı sistem və aparatlardan ibarətdir: istinad-hərəkət aparatı, qan sistemi, ürək-damar sistemi, tənəffüs sistemi, həzm sistemi, sidik-cinsiyyət sistemi, daxili sekresiya vəziləri (endokrin sistemi), duyğu orqanları sistemi, sinir sistemi.

№ слайда 32
Описание слайда:

İnsanın psixikasının meydana gəlməsi və inkişafı təbiətin qanunlarını öyrənib dərk etməyə çalışan tətgiqatçıların qarşısına çəxan ən mürəkkəb problemlərdən biri olmuşdur.Materialist məsləkli alimlərpsixikanın meydana gəlməsini materiyanın uzunmüddətli inkişafı ilə izah edirlər. Materiyanın mahiyyətini tədqiq edərkən onlar materiyanın müxtəlif hərəkət formalarını öyrənirlər, çünki hərəkət materiyanın valıq forması, onun ayrılmaz daxili xassəsidir, hərəkətsiz, daimi sükünətdə olan materiya, ümumiyyətlə, mövcüt deyil. Aləmdəki bütün materiyalar, bütün qeyri-üzvi və üzvi təbiət hərəkət, dəyişilmə və inkişaf vəziyyətdədir.

№ слайда 33
Описание слайда:

Cansız, qeyri-üzvi materiyadan başlanmış ən ali, mürəkkəb materiya olan insan beyninə qədər hər cür materiya maddi aləmin ümumi keyfiyyəti olan inikas, təsirə cavab vermə qabiliyyətinə malikdir. Cansız təbiətətdə hərəkət, dəyişilmə cismi və ya maddələrin mexaniki, fiziki və ya kimyavi şəkildə qarşılıqlı təsiri kimi meydana çıxa bilər. Canlı materiyaya keçid zamanı onun hərəkət formaları da keyfiyyətcə dəyişir. Canlı materiya biolojı inikas formaları xasdır, canlı materiyanın müəyyən inkişaf mərhələsində isə keyfiyyətcə yeni inikas forması olan psixika meydana gəlir.

№ слайда 34
Описание слайда:

Ən geniş mənasıyla fərdin hər hansı bir situasiya qarşısındakı total reaksiyası. Müəyyən bir davranış forması mühit və ya fərdlə mühit arasındakı əlaqə üzərində bəzi təsirlər yaradaraq situasiya dəyişdirər. Psixologiya artıq bir davranış elmi olaraq təyin olunmaqdadır. Bu düşüncə J.B. Watson tərəfindən ortaya atılmışdır. Watson , psixologiyanın obyektiv bir elm ola bilməsi üçün , yalnız birbaşa müşahidə və ölçülə bilən fenomenlərin ələ alınması lazım olduğunu irəli sürmüşdür , Watsona görə davranış , şərtli refleks törəyən və doğuşdan gələn bəzi mühərrik və guddesel reaksiya formalarına görə ibarət olan inteqrasiya xasiyyət sistemlərindən ibarətdir. Danışılan dillə bağlı xasiyyətlər , ” emalı ” bir xüsusiyyət daşıyabilmələrindən ötəri , xüsusilə vacibdir. Hələ ki, davranışçı ənənə və xüsusilə laboratoriya təcrübələrinin üzərində qurulub; lakin müasir eksperimenter psixoloqlar davranış daha Ümumi təsvirlər meylində olub öyrənmə və motivasiya kimi proçeslerle əlaqədar nəzəri şərhlərini hipotetik , üzəri örtülü dəyişkənlərlə dilə gətirərlər. Davranış —

Comments are closed, but trackbacks and pingbacks are open.