Azərbaycanda bir neçə publik hüquqi şəxs yaradılıb – FƏRMAN
3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur. [4]
Publik hüquqi şəxs nədir? – Dövlət büdcəsi yükdən azad olur
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən mexanizmlə bağlı qanun da qüvvəyə mindikdən sonra bir sıra dövlət qurumları bu statusa keçib. Belə ki, Dövlət İmtahan Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Müəllif Hüquqları Agentliyi, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”, “Dənizkənarı Bulvar İdarəsi”, Bakı Nəqliyyat Agentliyi, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tərcümə Mərkəzi, Dövlət Feldyeger Xidməti, “ABAD”, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, “Patent və Əmtəə Nişanları Mərkəzi , Dövlət Reklam Agentliyi, təhsil ocaqlarından Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxslərə çevrilib.
Xatırladaq ki, Publik hüquqi şəxs anlayışının tarixi 200 il bundan əvvəl təsadüf edir. XIX əsrin axırlarından başlayaraq bir çox Avropa ölkələrində bu mexanizm tətbiq olunmağa başlayıb. Baltik ölkələrində, Gürcüstanda, Ukrayna və Moldova da hüququn yeni doktrinasından istifadə edilir.
Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu (Qanun) ilə tənzimlənir.
Belə ki, qanuna əsasən publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. Publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.
Ölkəmizdə Publik hüquqi şəxsə çevrilmənin geniş vüsət aldığı vaxtda bu yeni hüquq fenomeninin üstünlüyü nədən ibarətdir? Dövlət büdcəsinin maliyyələşmə yükündən azad olmasının xeyirləri nədən ibarətdir?
Qeyd olunan suallarla bağlı “Qafqazinfo” ya açıqlama verən millət vəkili Zahid Oruc qeyd edib ki, Azərbaycanda son iki ildə formalaşaqda olan bu yeni hüquq fenomeni müsbət hadisədir: “Bu mexanizm neft bumunun və idarəetmə sistemində islahatların dərinləşdiyi dövlətin bir sıra sahələrin fəaliyyətinə daha realist nəzərlərlə yanaşmağının nəticəsində meydana çıxıb. Söhbət onlara yalnız maliyyə müstəqilliyi vermək, xalq qarşısında fəalyyətlərinin müqabilində yaşarlığını təmin etməkdən ibarətdirmi? Doğrudur, bu amillər var. Ancaq hesab edirəm ki, hazırkı dövrdə hər bir hökumət, dövlət qurumunun fəaliyyəti əsasında o Publik hüquqi şəxsə necə çevrilə bilər? Parlamentdə bu məsələlər ətrafında hələ qanun layihəsi müzakirə olunan zaman daha çox vurğulanırdı ki, Sovet dövründən sonra bir sıra qurumlar yalnız dövlət büdcə vəsaitləri hesabına yaşamağa üstünlük verirlər. Bu isə rəqabət mühitini əngəlləyir. O bir yandan isə şəffaflığa mənfi təsir göstərir. Belə olan təqdirdə cəmiyyətin o quruma ehtiyacının olub-olmamağından asılı olmayaraq zərurəti, ictimai missiyası bəlli olmadan tam təyin olunmamış halda yalnız dövlət strukturları iyerarxiyasında mövcuddursa fəaliyyəti qalmaqda davam edirdi. Bir sıra qurumların dövlət hakimiyyəti orqanları təsnifatında hansı yer almağı bu günə qədər də bəlli deyil. Məsələn, Mərkəzi Bank kimi mühüm bir qurum sizcə, hakimiyyət qolları təsnifatında hansı yerdədir? Hazırkı üç qolun heç birinə aid deyil.
Təhsil müəssisələrinin mühüm bir hissəsi hamısı dövlət sifarişi ilə fəaliyyət göstərdiyi halda pullu xidmətlər həyata keçirirdi. Ancaq onu kommersiya təşkilatı hesab etmək olmaz. Amma gəlir əldə edirlər. Mərkəzi Bank halında kredit verən, artıq maliyyə bazarları sistemində oyunçu olan bir qurum həm də şərtləri müəyyənləşdirirsə, deməli, onun statusu başqalarından fərqlənir”.
Onun sözlərinə görə, Publik hüquqi şəxsə çevrilmə dövlət büdcəsindən maliyyələşmənin tam aradan qalxması anlamına gəlmir: “Ancaq proses buna gedir. Həqiqətən biz illər ərzində dövlət üzərində daşınan bu yükün gələcək dönəmdə tamamilə fərqli bir təsərrüfat fəaliyyəti və işin menecmenti, xarici əlaqələri, maliyyə siyasətinin üstünlüyü prosesində nəhayət ki görməliyik.
Təhsil müəssisələrinin böyük əksəriyyəti Publik hüquqi şəxsə çevrilməlidir. Məlum dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər. Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət İmtahan Mərkəzi qeyd olunan sistemlə bir ilə yaxındır ki, fəaliyyət göstərir. Düzdür, Dövlət İmtahan Mərkəzi birinci ilə sənəd verən abituriyentlərdən heç bir rüsum götürmür. Yerdə qalan şəxslərdən əldə olunan vəsaitlər büdcədən onlara yönləndirilən vəsaitdən qətiyyən az olmur. Bu isə avtomatik olaraq o deməkdir ki, həmin qurumlar yaşarlıqlarını sübut edirlər. Bu qurumlarda çalışanlar isə qətiyyən dövlət qulluqçusu sayılmayacaq vəziyyətdə də deyillər. Mülki hüquq sistemindən fərqli olaraq, Publik hüquq sistemində səlahiyyətlərin çərçivəsi həddindən artıq genişdir.
Düşünürəm ki, bu proses bir sıra dövlət qurumlarına da tətbiq olunmalıdır. Bu 100 milyonlarla vəsait pula büdcədə qənaət etməyə imkan yaradacaq. Dövlət büdcəsini uzun illər sırf himayəçilik mühitində hazır vəsaitlərə sərəncam verən qurumlardan xilas edəcək. Eyni zamanda istedadlı, Qərb menecmentini bilən şəxslər həmin qurumların büdcəsinin formalaşdırılmasına yardımçı olacaqlar. Yəqin ki bir müddətdən sonra bu səhiyyə, dövlət standartlaşdırma sisteminə də şamil olunacaq. Bir çox qurumlar var ki onlar əhalidən gəlir əldə edirlər, belə olan halda biz onları niyə dövlət təşkilatı kimi saxlamalıyıq? Bunlar aydın deyil.
Hər birində çoxlu bina resursu, torpaq resursu texnika, avadanlıqlar mövcuddur. Onlar bəzən hansısa torpaq, bina resursunu icarəyə verəndə dərhal buna əks reaksiyalar olur ki, bu dövlət satışını aşmaqdır, özünün təşkilatı modelindən kənara çıxmaqdır. Belə olmasın deyə publik hüquqi şəxs ən yaxşı formatdır.
Həm də belə olan halda şişirdilmiş xərclərə, həmçinin dövlət qurumlarına ödənişlərin illərlə verilməməsi hallarına, borc yükünün milyonlarla manat səviyyəsinə qalxmasında da ehtiyac olmur.
Publik hüquqi şəxs pulları özü əldə edir, belə olan halda xərclərini niyə şişirtsin ki ?”.
Milli.Az
Azərbaycanda bir neçə publik hüquqi şəxs yaradılıb – FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Day.Az Azərtac-a istinadən xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) işçilərinin say həddi cəmi 4394 ştat vahidi (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla), o cümlədən Nazirliyin Aparatının işçilərinin say həddi 409 ştat vahidi, strukturuna daxil olan Çağrı Mərkəzinin işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 86 ştat vahidi, Nazirlik yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidi, Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 376 ştat vahidi, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilsin.
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan Çağrı Mərkəzi Nazirliyin strukturuna daxil edilir.
Nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında Nazirliyin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs yaradılır.
Nazirliyin tabeliyindəki Təsərrüfat Müəssisəsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Nazirliyin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – Dövlət Komitəsi) təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.
Dövlət Komitəsinin tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyinə verilir.
Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ləğv edilir və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilir.
Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılır:
– Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi”;
– Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;
– Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”.
Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilir.
Dövlət Komitəsinin tabeliyindəki Təlim-Tədris Mərkəzinin əsasında bu Fərmanın 3-cü hissəsi ilə yaradılan publik hüquqi şəxsin tabeliyində “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxs yaradılır.
Nazirliyin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslər Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilir.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Nazirliyin təklifləri əsasında altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparatlarında inzibati vəzifələrin adlarının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarındakı inzibati vəzifələrin adlarına uyğun müəyyən edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikasının vergi orqanlarında xidmətin dövlət qulluğunun xüsusi növünə aid olduğu nəzərə alınaraq, Nazirlik yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmanın 3-cü, 9-cu hissələrində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulmuş qurumların istifadəsində olan dövlət əmlakının, müvafiq olaraq, həmin bəndlərə əsasən yaradılan publik hüquqi şəxslərin nizamnamə fondunda nəzərə alınması üçün zəruri tədbirlər görsün; bu Fərmanın 3-cü, 9-cu hissələrində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulmuş qurumların əsasında yaradılan publik hüquqi şəxslərin 2021-ci ildə saxlanılması xərclərinin həmin qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Müəyyən edilir ki, bu Fərmanın 3-cü hissəsində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Nazirliyə həvalə edilir; bu Fərmanın 9-cu hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsi Nazirliyə həvalə edilir; bu Fərmanın 3-cü, 9-cu hissələrində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulmuş publik hüquqi şəxslər dövlət qeydiyyatına alınanadək həmin hissələrdə və bəndlərdə göstərilən qurumların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır;
Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparatlarında inzibati vəzifələrin 5-ci və 6-cı təsnifatlarına aid vəzifələri tutan işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bu Fərmana Əlavədə nəzərdə tutulan məbləğdə vəzifə maaşına aylıq əlavə ödənilir.
Nazirliyə tapşırılır ki, Nazirliyin və Nazirlik yanında yaradılan dövlət xidmətlərinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə etdikləri vəsait hesabına Nazirliyin maddi-texniki bazasının yaxşılaşdırılması və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görsün; “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə bu Fərmanın 3-cü, 10-cu hissələrində və 7.1 – 7.3-cü bəndlərində nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələri təsdiq edildiyi gündən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada onların dövlət qeydiyyatına alınmasını təmin etsin; bu Fərmanla bağlı müvafiq təhvil-təslim işlərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 428; 2014, № 2, maddə 124; 2015, № 5, maddə 522) 2-ci hissəsi ləğv edilir.
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340; 2018, № 10, maddə 2010, № 11, maddə 2287, № 12 (I kitab), maddə 2603; 2019, № 4, maddə 644, № 6, maddə 1031, № 12, maddə 1954) 3-cü hissəsi ləğv edilir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838; 2019, № 2, maddə 218, № 3, maddə 410, № 4, maddə 618, № 6, maddə 1037; 2020-ci il, № 5, maddə 542) 8-ci hissəsi ləğv edilir.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 693; 2017, № 1, maddə 47; 2018, № 4, maddə 658; 2020, № 5, maddə 542) 2-ci və 3-cü hissələri ləğv edilir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2019, № 10, maddə 1590) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda aşağıdakı dəyişikliklər edilir:
18.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Çağrı Mərkəzi.”;
18.2. 2-ci hissəyə “Xidməti” sözündən sonra “və tabeliyindəki vergi orqanları” sözləri əlavə edilsin;
18.3. 3-cü və 4-cü hissələrə “Xidməti” sözündən sonra “və onun yerli bölmələri” sözləri əlavə edilsin.
Bu Fərmanın 12.3-cü bəndi nəzərə alınmaqla, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni strukturu və ştat cədvəli, həmçinin İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin əsasnaməsi, strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilənədək həmin dövlət xidmətlərinin strukturuna daxil olan qurumlar fəaliyyətini davam etdirəcəcklər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparatlarında inzibati vəzifələrin 5-ci və 6-cı təsnifatlarına aid vəzifələri tutan işçilərə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq əlavənin məbləği “Təminedici bölmə müdiri” vəzifəsi üzrə vəzifə maaşının 40 faizi həcmində, “Təminedici bölmə müdirinin müavini”, “yardımçı bölmə müdiri” və “yardımçı bölmə müdirinin müavini” vəzifələri üzrə vəzifə maaşının 35 faizi həcmində, digər inzibati vəzifələr üzrə vəzifə maaşının 25 faizi həcmində müəyyənləşdirilir.
Publik hüquqi şəxslər haqqında azərbaycan respublikasının qanunu
Respublika Qəzeti (Dərc olunma tarixi: 04-02-2016, Nəşr nömrəsi: 25), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2016, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 203)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201512290097
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Publik hüquqi şəxslər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Bu Qanunun tətbiq dairəsi
1.1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən edir.
1.2. Bu Qanun dövlətə məxsus müəssisələrə şamil edilmir. [1]
Maddə 2. Bu Qanunda istifadə edilən anlayışlar
2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.
2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. [2]
Maddə 3. Publik hüquqi şəxsin fəaliyyəti
3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
3.2. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulduğu halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. [3]
3.3. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.
3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur. [4]
Maddə 4. Publik hüquqi şəxsin yaradılması
4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) , bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. [5]
4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. [6]
4.3. Bu Qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
4.4. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. [7]
Maddə 5. Publik hüquqi şəxsin hüquq qabiliyyəti
5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
5.2. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət ilə məşğul ola bilər.
5.3. Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər.
5.4. Publik hüquqi şəxs müflis elan oluna bilməz. [8]
Maddə 6. Publik hüquqi şəxsin nizamnaməsi
6.1. Müxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər.
6.2. Publik hüquqi şəxsin nizamnaməsində aşağıdakılar göstərilir:
6.2.1. adı, olduğu yer və publik hüquqi şəxs olduğu;
6.2.2. nizamnamənin qəbulu və ona dəyişikliklərin edilməsi qaydası;
6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri; [9]
6.2.4. idarə olunma qaydası;
6.2.5. publik hüquqi şəxsin üzərində nəzarətin forması və əhatə dairəsi;
6.2.6. nizamnamə fondu;
6.2.7. əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları , publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması ; [10]
6.2.8. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda); [11]
6.2.8-1. bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müddəa; [12]
6.2.9. publik hüquqi şəxsin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması qaydası;
6.2.10. ləğvi və yenidən təşkili qaydası.
6.3. Dövlətin adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilir. [13]
6.4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar. [14]
Maddə 7. Publik hüquqi şəxsin əmlakı
7.1. Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.
7.2. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.
7.3. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.
7.4. Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir.
7.5. Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün publik hüquqi şəxsə verdiyi əmlakın dəyəri həddində risk daşıyır. [15]
7.6. Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir.
Maddə 8. İdarəçilik
8.1. Publik hüquqi şəxsin idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.
8.2. Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; [16]
8.2.2. idarəetmə orqanlarının yaradılması; [17]
8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi; [18]
8.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
8.2.4. strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi; [19]
8.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi; [20]
8.2.6. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;
8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi; [21]
8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.
8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər. [22]
8.4. Bu Qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, idarəetmə orqanlarının rəhbərləri (üzvləri) Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş tələblərə cavab verməlidirlər . [23]
8.5. Publik hüquqi şəxsin əmlakı üzərində rəhbərin sərəncam vermək hüququnun müəyyən şərtlərlə məhdudlaşdırılması nizamnamədə nəzərdə tutula bilər. [24]
Maddə 9. Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi
Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
2. 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269)
3. 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 )
4. 6 oktyabr 2020-ci il tarixli 187-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1337 )
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 4 mart 2016-cı il tarixli 138-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 13 mart 2016-cı il, № 57 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 404) ilə 1.2-ci, 5.3-cü və 7.6-cı maddələr ləğv edilmişdir.
[2] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 2.2-ci maddədə “və ictimai” sözləri “və (və ya) ictimai” sözləri ilə əvəz edilmişdir.
12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 2.2-ci maddədən “və ya publik hüquqi şəxs tərəfindən” sözləri çıxarılmışdır.
[3] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 3.2-ci maddədə “tutulmuş” sözü “tutulduğu” sözü ilə əvəz edilmişdir.
[4] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 3.4-cü maddə əlavə edilmişdir.
[5] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 4.1-ci və 6.3-cü maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.
[6] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 4.2-ci maddə ləğv edilmişdir.
[7] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 4.4-cü maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[8] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 5.4-cü maddə əlavə edilmişdir.
[9] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 6.2.3-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.2.3. fəaliyyətin məqsədi və istiqamətləri;
[10] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 6.2.7-ci maddəyə “əsasları” sözündən sonra “, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması” sözləri əlavə edilmişdir.
[11] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 6.2.8-ci maddəyə “təsərrüfat” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilmişdir.
[12] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 6.2.8-1-ci maddə əlavə edilmişdir.
[13] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 6.3-cü maddədən hər iki halda “və onun törəmə publik hüquqi şəxsin” sözləri çıxarılmışdır.
[14] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 6.4-cü maddə əlavə edilmişdir.
[15] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 7.5-ci maddə ləğv edilmişdir.
[16] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 8.2.1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.2.1. nizamnamənin və strukturunun təsdiqi;
[17] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 8.2.2-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
[18] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə yeni məzmunda 8.2.2-1-ci maddə əlavə edilmişdir.
[19] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 8.2.4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.2.4. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
6 oktyabr 2020-ci il tarixli 187-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1337 ) ilə 8.2.4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.2.4. strukturun, işçilərin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
[20] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 8.2.5-ci maddədə “yaradılması, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə” sözləri “yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına” sözləri ilə əvəz edilmişdir.
[21] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 8.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 8.2.7-ci və 8.2.8-ci maddələr əlavə edilmişdir.
[22] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 8.3-cü maddədən “həmin orqanın təyin etdiyi” sözləri çıxarılmışdır.
12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 8.3-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.3. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxs həmin orqanın təyin etdiyi rəhbər və ya kollegial icra orqanı (bundan sonra – rəhbər) tərəfindən idarə olunur.
[23] 31 may 2017-ci il tarixli 708-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 23 iyul 2017-ci il, № 157 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1269) ilə 8.4-cü maddədə “Rəhbər” sözü “Bu Qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, rəhbər” sözləri ilə əvəz edilmişdir.
12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 8.4-cü maddədə “rəhbər” sözü “idarəetmə orqanlarının rəhbərləri (üzvləri)” sözləri ilə, “verməlidir” sözü “verməlidirlər” sözü ilə əvəz edilmişdir.
[24] 12 iyul 2019-cu il tarixli 1655-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1377 ) ilə 8.5-ci maddədən “rəhbərin” sözü çıxarılmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.