Pul vəsaitləri
«Azərbaycan üçün şirkətin idarə edilməsi» konfiqurasiyası, kiçik müəssisədə idarəetmənin və uçotun əsas məsələlərini əhatə edən kompleks həlldir, onun fəaliyyətinin müxtəlif aspektlərinin idarə edilməsi üçün vahid məlumat sistemini təşkil etməyə imkan verir. Həmin aspektlər aşağıdakılardır:
Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası
Pul vəsaitləri və onların ekvivalentləri inventarizasiya olunarkən komissiya onlara baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir.
Pul vəsaitləri və onların ekvivalentlərinin, o cümlədən milli və xarici valyutada olan pul vəsaitlərinin, qiymətli kağızların və digər ciddi hesabat blanklarının sənədlərinin inventarizasiyası onların saxlanma yerləri və maddi-məsul şəxslər üzrə həyata keçirilir.
Yolda olan pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası kredit təşkilatları və rabitə şöbələrinin çıxarışlarının (qəbzlərinin) bank inkassatorları tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin təhvil verilməsinə dair müşayiət cədvəllərinin məlumatlarının mühasibat uçotu hesablarındakı məlumatlarla üzləşdirilməsi yolu ilə həyata keçirilir.
Bank və xəzinə hesablarında və tələblərə əsasən verilən digər bank hesablarında olan pul vəsaitlərinin inventarizasiyası bank və xəzinə çıxarışlarının təşkilatın mühasibat uçotunun müvafiq hesablarındakı qalıq məbləğləri ilə üzləşdirilməklə həyata keçirilir.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
- qiymətli kağızların düzgün sənədləşdirilməsi;
- balansda uçota alınmış qiymətli kağızların real vəziyyəti;
- qiymətli kağızların saxlanılması (faktiki mövcud qalıqların mühasibat uçotu məlumatları ilə tutuşdurulması);
- qiymətli kağızlar üzrə daxil olmuş gəlirlərin mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsi.
Qiymətli kağızların inventarizasiyası mühasibat uçotu subyektinin kassasında pul vəsaitinin inventarizasiyası ilə eyni vaxtda aparılır.
Qiymətli kağızların inventarizasiyası aktında onların adı, seriyası, nömrəsi, nominal və faktiki dəyəri, ödəniş müddəti və ümumi məbləği göstərilməklə hər bir emitent üzrə ayrıca aparılır.
Mühasibat uçotu subyektinin mühasibatlığında saxlanılan hər bir qiymətli kağızın faktiki rekvizitləri uçot kitablarına məlumatları ilə tutuşdurulur və ayrıca rəsmiləşdirilir.
Depozit qaydada banklara və ixtisaslaşdırılmış təşkilatlara saxlanılmağa verilmiş qiymətli kağızların mühasibat uçotunun müvafiq hesablarında göstərilən qalıqları saxlanılmağa verilmiş müəssisələrin çıxarış məlumatları ilə tutuşdurularaq ayrıca rəsmiləşdirilir.
Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır.
Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.
Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən pul vəsaitləri və onların ekvivalentləri, komissiya tərəfindən onların xüsusi göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir.
Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitlərinin ekvivalentləri bazar qiymətlərinə uyğun qiymətləndirilir.
Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitləri və onların ekvivalentləri mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.
Pul vəsaitləri
«Azərbaycan üçün şirkətin idarə edilməsi» konfiqurasiyası, kiçik müəssisədə idarəetmənin və uçotun əsas məsələlərini əhatə edən kompleks həlldir, onun fəaliyyətinin müxtəlif aspektlərinin idarə edilməsi üçün vahid məlumat sistemini təşkil etməyə imkan verir. Həmin aspektlər aşağıdakılardır:
- satışlar, pərakəndə satışlar daxil olmaqla;
- alışlar;
- xidmət;
- istehsal;
- pul vəsaitləri;
- əmək haqqı və personal;
- maliyyə vəsaitləri, əmlak daxil olmaqla.
Birneçə fiziki şəxsdənvə yafərdisahibkarlardan (təşkilatlardan) ibarətmüəssisələr üçün idarəetmə uçotunun aparılmasının əyarlaması ya bütün təşkilatlar (şirkət) üzrə, yada hər bir təşkilat üçün ayrılıqda mümkündür.
İdarəetmə uçotu sənədlərdəki məlumatlar əsasında aparılır. Əməliyyatlarınbaş vermə faktı birdəfə daxil edilirvə bundan sonar idarəetmə balansı formalaşdırmaqla müxtəlif idarəetmə bölmələrində əks olunur.
Beləliklə, «Azərbaycan üçün şirkətinidarə edilməsi» konfiqurasiyasıaşağıdakı imkanlartəqdimedir:
- müəssisə rəhbərinə və biznesin inkişafına cavabdeh olan idarəedicilərə – müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə onun resurslarının analizi, planlaşdırılması və elastik idarə edilməsi imkanları ;
- bölmələrin rəhbərlərinə, menecerlərə və istehsal prosesinin təmin edilməsi üzrə istehsal, satış, təchizetmə və digər fəaliyyətlə bilavasitə məşğul olan işçilərə – öz sahələri üzrə gündəlik iş effektivliyini artırmağa imkan verən alətlər.
- podrat (layihə) işləri,
- xidmətlərin göstərilməsi,
- məhsul istehsalı,
- ticarət.
- personalın sayının birdən bir neçə onluğa qədər olması;
- xətti təşkilati quruluş;
- çətin olmayan idarəetmə prosesləri;
- bir işçinin bir neçə rolda çıxış etməsi;
- avtomatlaşdırmaya tələbat – birdən on beşə qədər işçi yeri.
Funksional imkanlar
«Azərbaycan üçün şirkətin idarə edilməsi» konfiqurasiyasının kompleks həll olmasına baxməyaraq, o, adətən kiçik müəssisələrdə artıq olan çətin funksionalla yüklənməib.
Sistem, müəssisənin təsərrüfat fəaliyyətinin ilkin sənədlərinin: ticarət – alış, maliyyə, anbar, istehsal sənədlərinin qeydə alınması və formalaşdırması imkanına malikdir. Kağız sənədlərin elektron analoqları təsərrüfat əməliyyatlarını aydın şəkildə sistemdə qeydə almağa imkan verir.
Müəssisələr üçün şirkətə daxil olan bütün təşkilatlar və ya ayrılıqda hər bir təşkilat üçün ötəri idarəetmə uçotu aparıla bilər.
Tətbiqi həlldə olan analitik hesabatlar isifadəçilərə uçotun hər bir kəsiyində məlumat almağa imkan verir.
İstifadəçi sərbəst olaraq hesabatlarda detallaşma səviyyəsini, qruplaşma parametrlərini və verilənlərin seçim kriteriyalarını həll edilən məsələnin xüsusiyyətinə uyğun olaraq əyarlaya bilər, həmçinin hesabatların şəxsi variant və əyarlamalarını formalaşdıra bilər.
Aşağıda «1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» proqram məhsulunun hər bir bölməsi üzrə xüsusiyyətlərə baxılacaq.
Satışlar
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» müəssisənin məhsul çeşidinin, qiymətlərin və güzəştlərin, satışın planlaşdırılmasının tətbiqini, həmçinin alıcılar və sifarişçilərlə işi dəstəkləyir.
Proqramda məhsul çeşidi ilə əməliyyatlar avtomatlaşdırılıb:
- müəssisənin nomenklaturasının (mal və xidmətlərin) qeydə alınması və saxlanılması;
- nomenklaturanın müxtəlif növlərinin qeydə alınması və saxlanılması, qiymət cadvəlinin çapı;
- güzəşt və əlavələrin növlərinin qeydə alınması;
- qiymətin müəyyən olunması və dəyişdirilməsi, qiymətin baza qiymət növünə, nomenklatura qiymətlərinə və ya kontragent qiymətlərinə görə hesablanması, yuvarlaqlaşdırma.
- qiymət hesablama üsulunun saxlanması (qiymətlərin baza növü və əlavənin faizi), dinamik və hesab qiymətlərinin dəstəklənməsi;
- qiymətlərin qiymət cədvəlinə çıxarılması zamanı istifadə olunan nomenklatura qiymət növü üçün formatın saxlanması;
- nomenklatura qiymətini dəyişən istifadəçi haqqında məlumatın saxlanması.
Satışların effektivliyinin analizi üçün ayrılıqda bölmələr, nomenklatura qrupları və mallar üzrə satışların plan – fakt analizi formalaşır.
- müştərilərin əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;
- kontragentlərin əlaqəli şəxslərinin siyahısının və onların əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;
- alıcılar və sifarişçilərlə qarşılıqlı əlaqəyə girərkən hadisələrin qeydiyyatı – daxil olan və çıxan zənglər, məktublar, görüşlər və s.;
- alıcılarla müqavilələrin qeydiyyatı;
- alıcı sifarişlərinin qeydiyyatı (sifariş faktiki olaraq müqaviləyə spesifikasiya hesab olunur ki, burada malların, işlərin növü, çatdırılma/yerinə yetirilmə müddətləri, həmçinin dəyər əks olunur);
- sifariş – naryadların qeydiyyatı (sifariş – naryad eyni zamanda işlərin görülməsi və xidmətlərin göstərilməsinin planlaşdırma sənədidir, həmçinin işlərin görülməsi, xidmətin göstərilməsi, malın satışı faktını, material və əmək sərfiyyatı uçotunu təsdiq edən faktiki sənəddir);
- alıcı sifarişlərinin layihəyəbirləşdirilməsi;
- malların göndərilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi qrafikinin formalaşması;
- anbarlarda malların sərbəst qalıqlarının rezerv olunması, təchizatçıya sifarişlərin və/və ya istehsala sifarişlərin yerləşdirilməsi yolu ilə məhsula, işlərə, xidmətlərə yaranan tələbatın təmin edilməsi;
- alıcı sifarişinin mallarla, məhsullarla, iş və xidmətlərlə təmin olunmasının izlənməsi.
- anbardan və sifariş əsasında satışlar;
- kredit və ya ilkin ödəniş əsasında göndərilmə;
- komissiyaya qəbul edilmiş malların realizasiyası;
- malların realizasiya üçün komissionerə verilməsi.
Pərakəndə ticarət
Topdan ticarət şirkətləri adətən avtomatlaşdırılmış və avtomatlaşdırılmamış pərakəndə ticarət nöqtələrinə malik olurlar. Pərakəndə nöqtələr uzaqda yerləşə bilər (bazarın, ticarət kompleksinin ərazisində və s.) və ya bilavasitə şirkət ofisinin ərazisində ola bilər.
Ticarət nöqtələrində miqdar – məbləğ və ya məbləğ uçotu aparıla bilər. Miqdar – məbləğ uçotu üçün aşağıdakılar istifadə olunur:
- mərkəzi ofisin uçot sistemləri (mağazanın şirkət ərazisində yerləşdiyi və ya Online rejimdə uzaqdan daxil olma imkanına malik olduğu hallarda);
- satıcıların mütəmadi olaraq satışlar haqqında qeydləri daxil etdiyi dəftər.
Altsistem, ticarət nöqtələrində aşağıdakı növlərin işini avtomatlaşdırmağa imkan verir:
- fiskal qeydiyyatlı (Online NKA) topdan şirkətin ofisində pərakəndə satış nöqtələri;
- avtonom NKA – lı ticarət nöqtələri («dəftərdə» uçot, mütəmadi inventarizasiya ilə uçot);
- məbləğ uçotlu ticarət nöqtələri.
- daxil olma/yerdəyişmə sənədləri üzrə – pərakəndə qiymətlərlə fakturalar;
- pərakəndə qiymətlərlə malların hərəkəti və qalıqları üzrə hesabat;
- pərakəndə qiymətlərlə satışlar üzrə hesabat;
- etiket və qiymətliklərin çapı.
Alışlar
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» müəssisənin ehtiyatlarının idarə edilməsi prosesinin dəstəklənməsini təmin edir.
Təchizat xidmətinə mal və xidmətlərə olan daxili və xarici tələbin müəyyən edilməsi və təmin edilməsi üçün operativ məlumat təqdim olunur. Xidmət, əsasən mal – material ehtiyatlarına, iş və xidmətlərə; faktiki alışlara;təchizatçılara açıq sifarişlər və istehsala sifarişlərə olan təmin edilməmiş tələbatın mövcudluğu haqqında məlumatlandırılır.
Tələbin təmin edilməsi malların saxlandığı yerdə sərbəst qalıqda rezerv edilməsi, həmçinin təchizatçılara sifarişlər və istehsala sifarişlərdə yerləşdirmə ilə həyata keçirilir..
Malların alış prosesinin, təchizatçılarla iş və xidmətlərin təmin edilməsi üçün aşağıdakı əməliyyatlar avtomatlaşdırılib:
- təchizatçıların və əlaqə məlumatlarının qeydiyyatı;
- təchizatçıların və rəqibərin qiymətlərinin saxlanması, kontragentin qiymət cədvəlinin çapı;
- qiymət növünün, müqavilə üzrə kontragentin qiymət növünün saxlanması;
- kontragentin nomenklatura qiymətini dyişən istifadəçi haqqında məlumatın saxlanması;
- kontragentlərin əlaqəli şəxslərinin siyahısının və onların əlaqə məlumatlarının qeydiyyatı və saxlanması;
- təchizatçılar və podratçılarla qarşılıqlı əlaqə zamanı hadisələrin qeydiyyatı – daxil olan və çıxan zənglər, mıktublar, görüşlər və s.;
- təchizatçıya sifarişin tərtib olunması və onların icrasına nəzarət;
- tədarük qrafikin formalaşması;
- ehtiyatlara tələbatın hesablanması, ehtiyat kəsirlərinin müəyyən olunması, istehsala sifarişlər və təchizatçılara sifarişlərin formalaşdırılması yolu ilə ehtiyatların doldurulması tövsiyələrinin formalaşdırılması.
- kontragentdən ödənişin daxil olması,
- təhtəlhesab şəxsdən əldə edilmə,
- realizasiya üçün komissionerdən qəbul,
- sifarişçi mal və materiallarının alınması.
Müəssisə ehtiyatlarınınbir çoxanbarlardauçotunuaparmaq üçünaşağıdakı imkanlarnızırdı tutulub:
- ehtiyatların fərdi uçotu – şəxsi malların, materialların, məhsulların, həmçinin komissiyaya verilmiş və qəbul edilmiş malların və emala verilmiş və qəbul edilmiş materialların;
- istənilən xüsusiyyətli nomenklaturanın (rəng, ölçü və s.), həmçinin ehtiyat partiyalarının uçotu;
- saxlama yerlərinin (zonalar, stellajlar, rəflər və s.) oyular çərçivəsində uçotu;
- ehtiyatların yerdəyişməsi (saxlama yerləri arasında, istismara verilmə və istismardan qaytarılma, daxili ehtiyaclar üçün silinmə);
- ehtiyatların rezerv olunması (ehtiyatların və alıcı sifarişləri kəsiyində xərclərin uçotu);
- YGB kəsiyində ehtiyatların uçotu;
- ehtiyatların uçotunun order sxemindən istifadə (anbar mədaxil orderləri, anbar məxaric orderləri);
- etiket və qiymətliklərin çapı.
Xidmət
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» materialların silinməsini nəzərdə tutan işlərin satışı imkanlarını və əməyin ödənilməsi xərclərinin uçotunu dəstəkləyir. Xidmət göstərilməsi faktı sifariş – naryad sənədinin köməyilə qeydə alınır ki, bu sənəd eyni zamanda işlərin görülməsi və xidmət göstərilməsinin planlaşdırma sənədi hesab olunur, həmçinin işlərin görülməsi, xidmətlərin göstərilməsi, malların satışı, material və əmək məsrəfləri faktını, material və əmək məsrəfləri uçotunu təsdiqləyən sənəddir.
Sifariş – naryad müəssisənin resurslarının planlaşdırılmasını mümkün edir, bunu da «Planlaşdırıcı» AİY – nin köməyilə həyata keçirmək mümkündür.
İstehsal
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» məhsul istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi proseslərinin idarə edilməsini dəstəkləyir.
Görülən işlərin və istehsal olunan məhsulun tərkibi və texnologiyası haqqında verilənlərin idarə edilməsi spesifikasiyaların köməyilə həyata keçirilir.
Məhsul istehsalı plan – qrafiki istehsala sifarişlər əsasında; işlərin görülməsi, xidmətlərin göstərilməsi plan – qrafiki istehsala sifarişlər və sifariş – naryadlar əsasında formalaşır.
Müəssisənin resusrlarının yüklənməsinin planlaşdırılması istehsala sifarişlər və sifariş – naryadlarla həyata keçirilir.
- alıcı sifarişi əsasında tələbin təmin edilməsi mənbəyi ola bilər;
- istehsala sifarişlər əsasında material və komplektləşdiricilərə tələb hesablanır;
- istehsala açıq sifarişlərdə yeni alıcı sifarişləri ilə yaranan tələblər yerləşdirilə bilər.
Işin görülmə (xidmət göstərilmə) faktı və onun sifarişçiyə təhvili görülmüş işlərin aktında, həmçinin bilavasitə sifariş – naryadlarda əks olunur.
- işəmuzd naryadlar – əməyin işəmuzd ödənişi ilə istehsal tsiklinin texnoloji əməliyyatların yerinə yetirilməsinə tapşırıqların verilməsi üçün istifadə olunur; naryadlar fərdi və briqada ola bilər;
- iş tapşırıqları – daxili və xarici layihələr çərçivəsində işçilərin yüklənməsinin planlaşdırılması üçün istifadə olunur.
Müəssisənin xərclərinin uçotu və faktiki maya dəyərinin hesablanması üçün aşağıdakı funksiyalar mövcuddur:
- faktiki xərclərin uçotu – lazımi kəsiklərdə dəyər və natural ölçüdə aparılır;
- mal buraxılışı üçün sərf olunmuş maddi və qeyri – maddi xərclərin bölüşdürülməsi – həm qeyd edilən dövrə görə, həm də konkret mal buraxılış sənədi əsasında həyata keçirilə bilər;
- dövrün bağlanması zamanı mal buraxılışının faktiki maya dəyərinin reqlamentli hesablanması;
- buraxılmış məhsulun və görülmüş işlərin maya dəyəri haqqında hesabat.
Pul vəsaitləri
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» pul vəsaitlərinin uçotunu aparmağa, həmçinin operativ ödəniş təqvimini tərtib etməyə imkan verir.
Pul vəsaitlərinin idarə edilməsinə daxildir:
- pul vəsaitlərinin kassada və bank hesablarında hərəkətinin uçotu;
- bank və kassa üzrə ilkin sənədlərin tərtib olunması;
- təhtəlhesab şəxslərlə hesablaşmalar;
- ödəniş təqviminin tərtib olunması;
- «Bank müştərisi» sistemi ilə inteqrasiya.
Əmək haqqı
Bu bölmənin imkanlarına personalın, həmçinin əvəzçiliklə işləyən işçilərin kadr uçotu, iş vaxtının uçotu (tabel) müəssisənin işçilərinin əmək haqqının avtomatik hesablama nəticələrinin qeydiyyatı daxildir.
Kadr uçotuna aşağıdakı funksiyalar daxildir:
- işə qəbulun rəsmiləşdirilməsi,
- kadr yerdəyişməsi,
- personalın işdən azad edilməsi.
- əmək haqqının hesablanması ilə əlaqədar imkanlar:
- əmək haqqının hesablanması əlavələr və tutulmalar nəzərə alınmaqla həyata keçirilir;
- işçilərə əmək haqqının və avansın ödənilməsini göstərən ödəmə cədvəllərinin tərtib olunması;
- iş vaxtının uçotu – iş vaxtının uçotunu həm günlərlə, həm də ümumi, dövrlərə görə aparmağa imkan verən tabel istifadə edilir
Müəssisə
Bu bölmə bütövlükdə müəssisəyə aid olan əməliyyatların uçotu üçün nəzərdə tutulub: bu bölmədə idarəetmə uçotu hesablar planının redaktəsi, əmlakın uçotu həyata keçirilir. Bölmədə həmçinin vergilərin hesablanması, digər xərclərin daxil edilməsi və bölüşdürülməsi, maliyyə nəticəsinin avtomatik tərtib olunması üçün təqvim ayının bağlanma prosedurunun çağırılması vasitələri nəzərdə tutulub.
Əmlak
Konfiqurasiya əmlakının – şirkətin əsas vəsaitlərinin və qeyri – maddi aktivlərinin uçotunun aparılmasını dəstəkləyir.
Əmlakla işləmə mexanizmi aşağıdakılara imkan verir:
- əmlakın uçotunu aparmaq və amortizasiyanın hesablanması,
- əmlakı uçota almaq və onun parametrlərini dəyişdirmək,
- əmlakı satmaq və silmək.
Təhlil
«1C:Azərbaycan üçün şirkətin idarə edilməsi» tətbiqi həlldə idarəetmə uçotunu aparmaq, idarəetmə balansını tərtib etmək, maliyyə nəticəsini tərtib və analiz etmək imkanları reallaşır.
Bu məqsədlər üçün sistemdə idarəetmə hesablar planı və sənədlərin idarəetmə müxabirləşmələrinin tərtib edilmə mexanizmi nəzərdə tutulub.
Dövriyyə – qalıq cədvəli kimi hesabatların mövcudluğu hesabına tətbiqi həll istənilən vaxt kəsiyi üçün maliyyə hesabatını əldə etməyə imkan verir.
Gəlir və xərclərin uçotu üçün köçürmə metodu və ya köçürmə və kassa metodu istifadə edilə bilər.
Köçürmə metodu ilə gəlir və xərclərin analitik uçotu fəaliyyət istiqaməti, bölmələr, alıcı sifarişləri, gəlir və xərc maddələri (hesablar) üzrə aparılır.
İdarəetmə uçotu məlumatlarına əsasən istifadəçi əsas maliyyə hesabatlarını tərtib etmək imkanına malikdir:
- idarəetmə balansı,
- mənfəət və zərər hesabatı,
- pul vəsaitlərinin hərəkəti hesabatı.
- proqnoz balans,
- mənfəət və zərərlər büdcəsi,
- pul vəsaitlərinin hərəkət büdcəsi.
Fəaliyyət göstəriciləri
- müəssisənin hesablarında və kassalarda pul vəsaitləri qalıqları;
- satış dinamikası;
- debitor borcu – ümumi, gecikdirilmiş;
- kreditor borcu – ümumi, gecikdirilmiş;
- mənfəət və zərərlər;
- malların göndərilməsi və xidmətlərin göstərilməsi üzrə alıcı və sifarişçilər qarşısında yerinə yetirilməmiş öhdəliklər;
- malların göndərilməsi və xidmətlərin göstərilməsi üzrə təchizatçılar və podratçılara olan yerinə yetirilməmiş öhdəliklər.
- ümumi göstəricilər: satışlar, gəlirlər və xərclər, dövriyyə vəsaitlərinin (pul vəsaitlərinin, ehtiyatların və debitor borclarının) vəziyyəti;
- pul vəsaitləri: dövr üzrə, maddələr daxilində qalıqlar və pul vəsaitlərinin hərəkəti;
- debitor borcu: dövr üzrə, borc müddətinə görə qalıqlar və dinamika;
- kreditor borcu: dövr üzrə, borc müddətinə görə qalıqlar və dinamika.
Proqramın tövsiyyə olunmuş pərakəndə qiyməti, AZN, ƏDV-siz – 408 AZN
Tövsiyyə olunan iş yerlərin sayı – birdən iyirmiyə kimi.
« Azərbaycan üçün şirkətin idarə edilməsi »-ni bir neçə kompüterdə istifadə etmək istəyirsinizsə, əlavə lisenziyalar alınmalıdır.
Müştəri lisenziyasının qiyməti(AZN)
1 iş yeri – 138 AZN
5 iş yeri – 477 AZN
10 iş yeri – 917 AZN
20 iş yeri – 1 742 AZN
Pul vəsaitlərinin təhlili
Mühasibat uçotu hər bir müəssisənin ən əs vacib biznes-proseslərindən biridir, və müəssisənin uğurlu olması o müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.
Mühasibat uçotunun əsas məqsədləri: effektiv sənəd dövriyyəsinin təşkili, təsərrüfat əməliyyatlarının mühasibat uçotunda davamlı və əlaqəli əks olunması, müəssisənin bütün bölmələrinin aktual məlumatlar ilə təmin edilməsi, vergi uçotunun aparılması, təsisçilərin və investorların müəssisənin maliyyə vəziyyəri barədə məlumat ilə təmin edilməsi.
Müəssisələrdə mühasibat uçotunun düzgün və effektiv təşkil edilməsi üçün mühasib mütəxəssislərinin mühasibat uçotunun normativ-hüquqi bazası üzrə, bundan başqa, hər bir təsərüfat fəaliyyəti növünün uçotunun metodikası və qaydaları üzrə dərin biliklərinin olmasını zəruridir. Burada ilk öncə AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Əmək Məcəlləsi, AR Gömrük Məcəlləsi, AR İnzibati Xətalar Məcəllələri, Mühasibat uçotunun tənzimləyən AR Qanunları, AR Nazirlər Kabinetinin müvafiq Qərarları və s. qanunvericilik aktlarını misal gətirmək olar. Eyni zamanda, mühasib çalışdığı müəssisənin fəaliyyət sahəsinə aid istehsal prosesinin metodika və qaydalarını da yaxşı bilməlidir.
Sizə təqdim edilən bu elektron vəsaitdə məlumatların rahat mənimsənilməsi üçün bütün materiallar mühasibat uçotunun əsas bölmələri üzrə qruplaşdırılmış, hər bir materialda əsas normativ-hüquqi sənədlər, metodiki tövsiyyələr, normativ-hüquqi sənədlərdən çıxarışlar, misallar, nümunəvi müxabirləşmələr və ilkin sənədlərin formaları verilibdir.
Normativ-hüquqi aktlar:
- MÜHASIBAT UÇOTU
- QEYRİ-MADDİ AKTİVLƏR
- Qeyri-maddi aktivlərin tərifi
- Qeyri-maddi aktivlərin qiymətləndirilməsi
- Qeyri-maddi aktivlərin daxil olması
- Qeyri-maddi aktivlərin ayrıca əldə edilməsi
- Qeyri-maddi aktivlərin daxili imkanlar hesabına yaradılması
- Qeyri-maddi aktivlərin təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olması
- Qeyri-maddi aktivlərin hökumət subsidiyası hesabına əldə edilməsi
- Qeyri-maddi aktivlərin əvəzsiz alınması
- Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi hesabına alınması
- Qeyri-maddi aktivlərdən istifadə hüququnun alınması
- Qeyri-maddi aktivlərin amortizasiyası
- Qeyri-maddi aktivlərin istifadə müddətinin təyin edilməsi
- Qeyri-maddi aktivlərin xaric olması
- Qeyri-maddi aktivlərin satılması
- Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi ilə təqdim edilməsi
- Qeyri-maddi aktivlərin əvəzsiz verilməsi
- Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması
- Qeyri-maddi aktivlərə istifadə hüququnun verilməsi
- Qeyri-maddi aktivlərin silinməsi
- Torpaq, tikili və avadanlıqlar – tərifi
- Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
- Torpaq, tikili və avadanlıqların daxil olması
- Torpaq, tikili və avadanlıqların daxil olması
- Təsisçilərdən pay qoyuluşu şəklində qəbul edilmə
- Digər müəssisə və şəxslərdən pulla alınma
- Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşası (istehsalı)
- Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olma
- Hökümət subsidiyaları hesabına alınma
- Uzumüddətli icarəyə götürülmə
- Digər aktiv və ya xidmət ilə mübadilə edilmə
- Torpaq, tikili və avadanlıqların xaric olması
- Ləğv edilib silinmə
- Satılma
- Əvəzsiz olaraq verilmə
- Digər müəssisələrə pay qoyuluşu şəklində verilmə
- Maliyyə icarəsinə verilmə (lizinq)
- Digər aktiv və ya xidmət ilə mübadilə
- Təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəlmə
- Torpaq, tikili və avadanlıqların icarəsi
- Maliyyə icarəsi
- Əməliyyat icarəsi
- İcarəyə götürülmüş tikili və avadanlıqların təmiri
- Material ehtiyatları
- Mallar
- Hazır məhsul
- Ehtiyatların inventarizasiyası
- Əmək haqqı və onun ödənilməsi uçotunun təşkili
- İşçinin işə qəbul edilməsi
- İş vaxtının uçotu
- Əmək haqqının hesablanması
- Əmək haqqından tutulmalar
- Əmək haqqı və onun ödənilməsi
- Məzuniyyət
- Müavinətlər
- Təhtəlhesab şəxslər
- İşçinin işdən azad edilməsi
- Məsrəflər və xərclər
- Məsrəflər, xərclər və maya dəyəri
- Məsrəflərin və xərclərin təsnifatı
- İstehsalat məsrəfləri
- Əsas istehsalat məsrəflərinin mühasibat uçotu
- Birbaşa məsrəflər
- Dolayı məsrəflər
- İstehsalın idarəetmə məsrəfləri
- Köməkçi istehsalat məsrəfləri
- Xidmətedici istehsalat və təsərrüfatlar
- İstehsalat məsrəflərinin vergi uçotu
- Maya dəyərinin kalkulyasiyası metodları
- Mərhələ metodu
- Satışdan olan gəlirlər
- Satışdan olan gəlirlərlərin uçotu
- Barter əməliyyatında gəlirlərlərin uçotu
- Kreditlə satış
- Malların qaytarılması
- Verilmiş güzəştlər (endirim)
- Kassa əməliyyatları
- Kassa əməliyyatlarının aparılma qaydaları
- Nəğd vəsaitlərin kassaya mədaxili
- Nəğd vəsaitlərin kassada saxlanılması
- Nəğd vəsaitlərin kassadan verilməsi
- Pul vəsaitlərinin ekvivalentləri
- Kassanın inventarizasiyası
- NKA alınması və qeydiyyatı
- NKA istifadəsi ilə nəğd hesablaşmalar
- Mədaxil qəbzləri ilə nəğd hesablaşmalar
- Ödəmə kartların istifadəsi ilə hesablaşmalar
- Bankda hesabın açılması
- Hesablaşma hesabı ilə əməliyyatlar
- Korporativ kartlar
- Хarici valyuta əməliyyatları
- Akkreditiv nədir?
- Akkreditiv üzrə əməliyyatlar
- Maliyyə nəticələri
- Maliyyə nəticələri
- Gəlirlərin və xərclərin təsnifatı
- Əsas əməliyyat gəlirləri və xərcləri
- Satışdan gəlirlərin uçotu
- Satışdan vergilərin hesablanması
- Tikinti müqavilələri üzrə gəlirlər və xərclər
- Royalti gəliri
- Əməliyyat icarəsi üzrə gəlir
- Sair əməliyyat gəlirləri və xərcləri
- Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışı
- Yenidən qiymətləndirilmədən gəlirlər və zərərlər
- Qiymətdən düşmə üzrə xərclər
- Əvəzsiz olaraq alınmış aktivlər
- Cərimələr və digər oxşar ödənişlər
- Keçmiş illər üzrə gəlirlər və xərclər
- Ümidsiz borclar üzrə gəlirlər və xərclər
- Silinmiş ehtiyatların bərpası
- Məzənnə fərqləri üzrə gəlirlər və xərclər
- Qiymətdən düşmə üzrə xərclər
- Sair gəlirlər və xərclər
- Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər və xərclər
- Maliyyə gəlirləri və xərcləri
- Fövqəladə gəlirlər və xərclər
- Xalis mənfəətin (zərərin) formalaşması
- Vergi cərimələri
- Mənfəət vergisi
- Hesabat ilinin sonuna əməliyyatlar
- Xalis mənfəətin (zərərin) istifadəsi
- Dividentlərin ödənilməsi
- Ehtiyat kapitalının formalaşması
- Keçmiş illərin zərərlərinin bağlanması
- Bölüşdürülməmiş mənfəət
- Nizamnamə kapitalının artırılması
- Zərərin bağlanması
- Ümumi tələblər
- Prinsiplər
- Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri
- Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi
- Mühаsibat balansı
- Mənfəət və zərər haqqında hesabat
- Kаpitalda dəyişikliklər hаqqındа hеsаbаt
- Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt
- Uçоt siyаsəti və izаhlı qеydlər
- Uçot siyasəti
- İlkin sənədlər
- Hesablar Planı
- Milli Mühasibat Uçotu Standartları
- Kommersiya təşkilatları üçün MMUS
- Büdcə təşkilatları üçün MMUS
- QHT üçün MMUS
- Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS)
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS)
- BMHŞK və Standartların Şərhlər Komitəsi (IFRIC & SIC)
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün BMHS (IFRS for SMEs)
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
- İnventarizasiya haqqında anlayış və ona hazırlıq
- Aktiv və öhdəliklərin inventarizasiyası
- İnventarizasiya cədvəllərinin tərtib edilməsi
- İnventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsi
- İnventarizasiya nəticələrinin uçotda əks etdirilməsi
- Vergi orqanları tərəfindən keçirilən inventarizasiya
- Məsuliyyət növləri
- Cinayət məsuliyyəti
- İnzibati məsuliyyət
- Vergi Məsuliyyəti
- Maddi məsuliyyət
- Əmək intizamı məsuliyyəti
- Mülki-hüquq məsuliyyəti
- Hüquqi şəxsin qeydiyyatı
MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.
Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı
Comments are closed, but trackbacks and pingbacks are open.