Press "Enter" to skip to content

Pərinuş Sənii Mənim payım

Abbas əmi də hündürdən gülərək:

Pərinuş Sənii ~ Mənim Payım

İlk yazım olaraq bunu yazmaq istədim. Çünki oxuduğum kitablar arasında təsir edənlərdən biri bu oldu . Sadəcə 2-3 günə bitirib təsiri uzun müddət qalacaq bir kitab oldu mənim üçün.

Qadın hər yaşda anada ola bilər , həyat yoldaşıda lakin buna hec bir səbəb olmamalıdır . Çünki bir qadın hər zaman ataya ,anaya əzizlənmək istəyər. Böyüdüyündə isə həyat yoldaşına yeri gələndə arxa dayaq, yeri gələndə isə uşaq ola bilər. Bu kitabda isə 15-16 yaşlarında yaşanan əl çatmaz sevgi sonrasında isə qarışıq və çətin həyat var. Bir çoxumuzun uşaq vaxtı düşünə bilmədiyi xəyal edəndə bele qorxduğu həyatı balaca qız yaşayır.Düzdü İranda qadınlar üçün çətin bir həyat var ya onlar bununla yaşamağa alışıb ya da buna məcbur belə bir həyatı yaşayırlar. Düşünün 16 yaşınız var və birinə aşiq olmusunuz Həmin dövrün qanunlarına görə başınızı qaldırıb ona baxsanız valdeyinlər və cəmiyyət arasında yaxşı qarşılanmayacaq və şiddətə məruz qalacaqsınız. Ürəyinizdə heç vaxt bitməyən ali təhsil almaq arzusu və bunun qarşısını alan valdeyinləriniz. Bir gün ondan sənə gələn sevgi məktubu ürəyinin ilk dəfə yerindən çıxacaq kimi əsməsi . Necə də əvəz olunmaz duyğulardır insanın yazanda, oxuyanda belə ürəyində bir şeylərin titrəməsinə səbəb olan sözlər.Lakin bunu öyrənən valdeyinlər bunu normal qarşılamır və sən zorla ərə gedilməyə məcbursan . Artıq “nümayişə” çıxarılan 16 yaşında qız və ardı arsı kəsilmədən gələn elçilər . Çıxış yolunu harda tapmaq olar? Bəlkə də özünü öldürmək də. Amma bu kəsinliklə çıxış yolu deyil. İnsanlar sənin üçün 1-2 gün ağlayıb “hələ uşaq idi” deyib baş sağlığı verib gedəcəklər . Sən artıq unudulmağa məhkumsan. Başqa çıxış yolun olmadığına və sevdiyin insana qovuşa bilmədiyinə görə artıq həyat yoldaşın kim olsa sənin üçün fərq etməz. Budur yeni həyat yoldaşın . hər iki tərəfin razılığı alınmış və sən artıq yeni bir evin gəlini ,qızı olursan . 16 yaşında nəyi nece edəceyini bilmədən yeni ailəyə düşmək həqiqətəndə bizim üçün qəribə səslənir . Lakin yeni həyat yoldaşın sənin üçün sərhəd tanımır . Səni ali təhsil üçün almağa məcbur edir . “Qadın azadlığıda var ” deyib hər zaman fikirlərinə dəstək olur. Çünki həyat yoldaşın ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Hər şey bununla bitmir əsas çətinlik bəlkə də evlənəndən sonra başlayır . Yeni həyatında yoldaşı üçün hər zaman narahat olmağa davam edir . Onları tutmağa çalışan dövlət işçiləri və hər zaman qaçan onun yoldaşı ,usaqalarının atası . Bir qadın hər zaman uşaqlarını ailəsi üçün “Ümid işığı ” olaraq görür . Ailədə problemlərin həlli ailənin daha bağlı olması üçün uşaqlar bir dayaqdır ona . Məsumə üçündə elə idi .Onun fikrincə uşaqları olsa yoldaşı işlərindən əl çəkər və uşaqlarına ata olmağa başlayar. Həyat bəzən bizə düşündüklərimizi verməz Məsumə üçündə tam olaraq elə oldu. Nə sona kimi yoldaşını görə bildi nə də onun sevgisinə sığına bildi. Onun bu həyatdan qazandığı sadəcə ali təhsil və 2 uşağı olur . Hər kəsin oxumalı olduğu kitablar arsında yer almalıdır. Mütləq ki oxumağa çalışın inanın ki kitabı yaşayaraq oxuyacaqsınız ��

Bunu paylaş:

  • Facebook’ta paylaşmak için tıklayın (Yeni pencerede açılır)
  • Twitter üzerinde paylaşmak için tıklayın (Yeni pencerede açılır)
  • Linkedln üzerinden paylaşmak için tıklayın (Yeni pencerede açılır)
  • WhatsApp’ta paylaşmak için tıklayın (Yeni pencerede açılır)
  • Daha fazla

Pərinuş Sənii Mənim payım

Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür.

Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.

Biz Qumdan Tehrana köçəndə atam məktəbə getməyimə icazə verdi. Hətta ona deyəndə ki, Tehran məktəblərində heç kəs çadra örtmür, başıma çadra yerinə yaylıq bağlamağa icazə verdi.

Amma bir şərt qoydu ki, onun ləyaqətinə xələl gətirməyim.

Abbas əmimə qurban olum. Bir dəfə eşitdim ki, atama – deyir:

– Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabda-zadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər.

Abbas əmim çox düşüncəli adam idi. Belə də olmalı idi. ıo ilə yaxın idi ki, Tehranda yaşayırdı. Quma ancaq orada kimsə

öləndə gələrdi. Atamın anası, rəhmətlik nənəm hər dəfə Abbas əmi gələndə deyirdi:

– Abbas, niyə mənə belə gec-gec baş çəkirsən?

Abbas əmi də hündürdən gülərək:

– Nənə, neynəyim, qohumlara de ki, tez-tez ölsünlər, mən də Quma tez-tez gəlim, – deyirdi.

Nənəm əlini üzünə elə bərk çırpırdı ki, izi uzun müddət getmirdi.

Abbas əminin həyat yoldaşı tehranlı idi. Həmişə Quma gələndə çadra örtərdi. Hamı bilirdi ki, o, Tehranda hicab örtmür. Heç qızları da belə şeylərə əməl eləmirdilər. Məktəbə də hicabsız gedirdilər.

Nənəm öləndən sonra atam onun biz yaşadığımız evini satıb hamının payını verdi.

Pərinuş Səni “Mənim Payım” ( Leyla Eyvazova )

İran qadınlarının həyatı,məişətdə rolu,cəmiyyətdə mövqeyi daim mənim diqqətimdə olmuşdur.Buna görə də,bu kitabı gördüyüm zaman diqqətimi çəkdi..Kitab avtobioqrafik səciyyə daşıyır..Və Şəhla Lahicinin kitab haqqında olan bir ifadəsi məni dərin düşüncələrə apardı.”Daha qurban olmaq istəməyən bütün İran qadınlarının hayqırtısı…”
Kitabda əsas obraz 16 yaşlı Məsumə adlı bir qızdır. Kitab ailənin təsviri ile başlayır.Çox ciddi ailədə böyüyən Məsumənin həyatı Qum şəhərindən Tehrana köçdükdən sonra başlayır. Qardaşlarının narazılığına baxmayaraq,atasının razılığını alan bu balaca qız tək istəyi olan məktəbə gedir.Daha sonra isə yenə atasının ona olan sevgisindən istifadə edərək,razılıq alır və çarşabdan imtina edərək,yaylığa keçir.Və bu müddətdir Səid adlı birinə könül verir.Hadisələr bundan sonra daha da mürəkkəbləşir və qardaşları bundan xəbər tutur Məsuməyə işgəncələr verib,məktəbdən çıxarırlar.

Onu əxlaqsızlıqda ittiham edib,inqilabçı,ateist bir oğlanla məcburi kəbinini kəsirlər..Məsumənin ən böyuğük arzusu ali təhsil almaq olsa da,öz gözlərini açdıqda özünü evli və 3 uşaq sahibi görür..Həyat Yoldaşina daim dəstək olur və Xalq Düşməninin Xanımı adlanır.
Həqiqətən mənim üçün maraqlı olan odur ki,qadınların oxumasını namussuzluq sayan ailə üzvləri bu qənaətə nəcə gəlmişdilər?Qadının ayaq üstə sərbəst durması,çalışması nə zamandan əxlaqsızlıqdır? Məhz Məsumənin qardaşları onu varlı bir qoca insana ərə vermək istədiyi zaman xatirladım. Əxlaqsızlıq ali təhsil almaqlamı olur yoxsa pul xatirinə doğma bacını satmaqlamı olur?!
Əsərin sonuncu hissələrində isə Məsumə ilk sevgisi Səid ilə yenideğən qarşılaşır. Üstündən illər keçmiş, hər ikisi həyatın çətinlik girdabına girmişdi..Həyatlarında çox şey dəyişmişdi.. Bəs Məsumənin seçiimi necə olacaqdı? İllər öncə pak məhəbbətlə sevdiyi Səidmi, yoxsa onu illərdir həyatda tutan övladları, ailəsimi? Cəmiyyətin qınağını bu dəfə dəf edib,xoşbəxt olacaq yoxsa digər qadınlar karvanına qoşulacaq?!
Həqiqətən də bezmədən oxuyacağınız,zövq alacağınıiz bəzən də göz yaşlarınıza sahib ola bilməyəcəyiniz bir əsərdir..Qadınlar da cəmiyyətin bir üzvüdür.Onları çürükk meyvə bilib kənara atmayın. Qadın ən əvvəl Anadır..Cənnət isə Anaların ayaqları altındadır..
Xoş Mütaliələr.

Comments are closed, but trackbacks and pingbacks are open.