Press "Enter" to skip to content

Qafiyə elmi

2. скрестный. спорт. Çarpaz vəziyyət скрестное положение, çarpaz yapışma скрестный захват, çarpaz addım скрестный шаг

Heca vəzni haqqında

Azərbaycan şeirində əsasən iki cür vəzn vardır: əruz vəzni, heca vəzni. Heca vəzni yalnız türkdilli xalqların deyil, fransız, italyan, ispan, polyak, yapon, monqol və s. xalqların da ədəbiyyatı üçün orta əsrlərdən başlamış indiyədək ən işlək əbədi vəzndir. Heca vəzni təkcə yazılı ədəbiyyatın yox, şifahi ədəbiyyatın da yaradıcılıq təcrübəsində sınaqdan çıxmışdır. Heca vəzni haqqında Ə.Abid, M.Cəfər, A.Axundov, M.Əliyev, Ə.Cəfər, M.Xamrayev, İ.Stebleva, T.Kovalski və b. alimlər dərin tədqiqatlar aparmışlar. Məxəzlərdə belə hesab edilir ki, əruz vəzninin geniş yayılmasına baxmayaraq, heca vəzni turkdilli poeziyada hələ Ə.Yaləvi, Y.Əmrə, Xətai, M.Əmani və b. sənətkarların yaradıcılığında çox, özü də ustalıqla istifadə edilmişdir. Akademik H.Arella, professor M.Təhmasib heca vəzninin xüsusilə M.P.Vaqif, Q.Zakir və xalq şeiri üslubunda yazan şairlərin yaradıcılığında kamil hal aldığını, S.Ə.Şirvani, Ə.Nəbati, M.Ə.Sabir, M.Hadi və b. məharətlə işlətdiyi vəzn olduğunu yazmışlar. Heca vəzni Azərbaycan şeirinin də əsas vəznidir.
Azərbaycan şeirində heca vəzninin 3-4 hecalıqdan tutmuş 15-16 hecalığa qədər müxtəlif formaları işlənmişdir ki, bunlarda 60-a yaxın durğu (bölgü) növü özünü göstərir. Əruz vəznindəki təqtilərdən və vəzndə fərqli olaraq, bu vəzndə durğular sözləri müxtəlif parçalara ayırmır, bir durğuda bir və ya bir neçə durğu növü, variantı var. Məsələn, 11 hecalığın 4+4+3, 3+4+4, 7+4 (4+7), 6+5 və s. durğu növləri, variantları mövcuddur.
Doqquz yüz il bundan qabaq Mahmud Kaşğari tərəfindən yazılmış «Divani-lüğət it-türk» kitabında heca vəznində yazılmış əski türk şeirlərindən nümunələr vardır. Bunlardan Alp Artunqa (Əfrasiyab) mərsiyəsi üçün söylənilmiş matəm şeiri (sağu) çox maraqlıdır. Bu sağu miladdan 700 il əvvəl yaşamış türklərin tarixi qəhrəmanı Əfrasiyab üçün xalq şairləri tərəfindən qoşulmuş və əsrlər boyu dildən-dilə, ağızdan-ağıza keçərək yaşamışdır. Bu sağudan bir parçanı nümunə üçün nəzərdən keçirək:
Alp Artunqa öldimi?
İssiz acun qaldimi?
Ödlən öcin aldimi?
İmdi ürək yırtılur
Ödlək yarıq gözətti
Oğri tuzaq uzatdı
Biglər bigin azıtdi qurtulur.
Bu mənzumə bayatılar kimi yeddi hecalı vəzndə söylənmiş əski türk şeiri şəklindədir, yəni dördlüklər məcmuəsindən (bəndlərdən) əmələ gəlmişdir.
Bu dördlüklərdə qafiyə belə olmuşdur: birinci bənddə I və III misralarda qafiyə azaddır, II və IV misralar bir-birilə həmqafiyədir. O biri bəndlərin hamısında ilk üç misra öz aralarında həmqafiyədir, dördüncü misra ilk bəndin ikinci-dördüncü misralarıyla həmqafiyədir.
XX əsrin əvvəllərində heca vəzninin inkişafı, təkmilləşməsində Hüseyn Cavidin çox böyük rolu olmuşdur. Bu rol ondan ibarətdir ki, Cavidə qədər şeirdə hecanın on iki, on dörd, on beş, on altılıq kimi şəkilləri çox az işlənmişdir. Cavid bu şəkillərdə gözəl sənət əsərləri yaratmaqla on ikilik, on dördlük, on beşlik, on altılıq kimi şəkilləri də başqa şəkillər kimi qanuniləşdirmişdi. İkinci tərəfdən, heca vəznində yalnız aşiqanə, lirik şeirlər, şərqilər yaratmaqla kifayətlənməyib, bu
vəznin müxtəlif şəkillərində mənzum dramlar, fəlsəfi və ictimai məzmun daşıyan lirik, epik əsərlər yaratdı. Azərbaycan heca vəzninin bu şəkillərini o dövrün gənc şairləri daha təkmilləşdirib, büllurlaşdırdılar. H.Cavidin heca vəznində müxtəlif şəkillərdə yazdığı bir neçə parçanı nəzərdən keçirək:
(yeddi hecalı bölgü)
Yeni zindanlar yuvamız, Fəlakət aşinamız.
Ordular udan qurşun Olmuş bizim qidamız.
(səkkiz hecalı bölgü)
Dün bir quş gördüm yaralı
Uçmuş yurdundan aralı.
Dişlərdi köksünü çala,
Söylədi sanki hər hala vəhşi qartal qıydı bana,
Vətən, ah sevgili ana!
Mənim könlüm hər qulbəyə
Nəşə səpən atəş deyil
Mənim eşqim hər kölgəyə
Gülümsəyən günəş deyil.
Ağ yelkənlər qanad açar
Süzülüb naz ilə uçar.
(on bir hecalı bölgülər)
Mən səndən öyrəndim qəhrəmanlığı
Yenilsəm də yoxdur peşmançılığı
Xalq şairi Səməd Vurğunun yaradıcılığında heca vəzni daha yüksək mövqe tutmuş, yeni keyfiyyətlər qazanmışdır. Bütün lirik əsərlərində xəlqilik, el üslubu, oynaq və axıcı ifadə tərzi olan heca vəznində yazdığı bütün əsərləri olduqca musiqili bir şəkildə, ritmi, avazı ilə seçilir. Şairin poeziyasında Azərbaycan şeirinin demək olar ki, bütün poetik şəkilləri var. S.Vurğunun 11 hecalı şeirindən bir parçanı nəzərdən keçirək:
Şair, bu yerləri yaxından tanı!
Təbiət quranda Azərbaycanı!
Onu sığallamış qüdrətin əli,
Bir böyük ürəkli qüvvətin əli.
İstər Hüseyn Cavidin, istər Səməd Vurğunun, istərsə də başqa şairlərimizin heca vəznində olan bütün əsrlərinə diqqət yetirsək görərik ki, hamı bir nəfər kimi şeir ölçüsünə ancaq qrafik (yazı) cəhətdən deyil, tələffüz nöqteyi-nəzərindən yanaşmışlar. Say etibarilə bəzən misranın birində heca əskik də ola bilər. Lakin tələffüzdə həmin əskiklik qətiyyən duyulmur. Onu da qeyd etmək lazımdır ki, heca vəznində yazılmış şeirdə ancaq 1-2 heca fərqli ola bilər. Məsələn:
Şeir yazmaq şərəf oldu, Şeir inci, sədəf oldu,
Durna kimi səf-səf oldu Sinəmizin söz qatarı.
(S.Vurğun)
Bu parçanın iki əvvəlinci misrasının hər birində 7, qalan iki misrasında 5 heca var. Lakin əvvəlki misraları da tələffüz edərkən 8 heca alınır.
Heca vəzninin ikinci əsas tələbi bölgü prinsipi ilə əlaqədardır. Yuxarıda qeyd olunan kimi bölgü şeirin ahəngini tənzimləyən amildir. Lakin ayrı-ayrı vəznlərdə bölgü prinsipi bir-birindən fərqlənir. Heca vəznində bölgü söz prinsipinə əsaslanır. Bu o deməkdir ki, misra daxilində fasilə verilərkən bir söz ayrı-ayrı hissələrə parçalana bilməz. Söz bütövlükdə bu və ya digər bölümə daxl olmalıdır. Məsələn:
Ömrüm həlak etdim / dəhrin peşində
Yüz min acu vardır / hər bir işində.
Hicran ocağında, / eşq atəşində
Cigər kabab oldum, / gör necə yandım.
Bu 11 hecalı dördlükdə bölgü 6+5-dir.
Xalq ədəbiyyatımızda bayatılar 7 hecalı, gəraylılar 8 və qoşmalar 11 hecalıdır.
Heca vəzninin əsas prinsiplərindən biri budur ki, misralarda hecaların sayı bərabər olduğu kimi, ayrı-ayrı misralardakı bölümlər də hecaların sayı etibarilə bir-birinə bərabər olmalıdır:
Nədəndir sözümə cavab vermədən
Həm camal gizləyib üz göstərmədən,
Gecələr gözlərim görməmək
Ol siyah nərgisi məstanədəndir.
(M.P.Vaqif)
Bu şeirdə bütün misralarda birinci bölüm (fasilənin birinci tərəfi) 6 hecadan, ikinci bölüm (fasilənin ikinci tərəfi) 5 hecadan ibarətdir. Yuxarıdakı qoşmada isə hər misra fasilə nəticəsində dörd hissəyə bölünür, hər bölümə 4 heca düşür ki, bu da şeirin ahəngini nizama salır. Müasir şeirşünaslıq öz nəzəriyyəsini daha çox şeirin təbiəti, dil və şeir dili problemləri əsasında yaradır. Şeirşünaslardan K.Paustovski vəznin mənşəyindən danışarkən Homeri xüsusi qiymətləndirir. Guya Homer ilk dəfə «İliada» əsərində vəzndən istifadə etmişdir. Onun fikrincə, bu vəzn, başqa sözlə, «İliada»nın ölçüsü hekzimetrdir.
Hekzimetrlə misralar doqquz qısa, beş uzun hecaların birlşməsi əsasında yaranır. K.Paustovskinin iddiasına görə, Homer dəniz kənarında oturaraq şeir qoşmuş və onun ölçülərini sahilə çırpan dalğaların səsinə tabe etmişdir. Homer guya dalğanın fasiləsi arxasınca gedərək özünün şeir ölçüsünü yaratmışdır. Paustovskinin fikrincə, Homer hekzimetri dənizdən götürür. V.A.Nikopov özünün
«Şeir və dil» məqaləsində (Problemı Vostoçnoqo stixoslojeniə, 1973) K.Paustovskinin bu fikrini əfsanə adlandıraraq yazır ki, «İliada»nın hekzimetri qoşulanda şeir artıq uzun bir inkişaf yolu keçmişdi. Ona görə də həmin şeir ölçüsünün yaranması dəniz dalğalarına təqlidlə əlaqədar deyil, şeirin uzun əsrlərdən bəri inkişafının nəticəsidir. V.A.Nikopova görə, Paustovski daktili (bir uzun, iki qısa hecalı təqti) hekzimetrlə qarışdırmışdır. Ümumiyyətlə, şeirşünaslar vəzn sistemlərini iki mühüm qrupa ayırırlar.1 Birincisi, kəmiyyt üzrə təyin olunan vəznlər; ikincisi, keyfiyyət üzrə təyin olunan vəznlər. Kəmiyyət üzrə təyin olunan vəznlərdə misranın ölçüsünü təşkil edən amil hecaların sayı və onların uzun və qısa tələffüzüdür. Keyfiyyət üzrə təyin olunan vəzndə ölçü vurğulu hecaların növbələşməsinə əsaslanır. Bu bölgülər adətən üç şeir sistemində təmsil olunur. Birinci şeir sistemi sillabik şeir sistemi adlanır. Adından göründüyü kimi, bu sistemdə vəzn hecaların sayına əsaslanır. İkincisi, sillabik-tonik şeir sistemidir. Bu sistemdə vəzn sillabik və tonik xüsusiyyətləri özündə birləşdirir. Burada hecaların sayından əlavə tonik keyfiyyətlər də mühüm rol oynayır. Başqa sözlə, heca və vurğu vəznin ölçüsünü təşkil edir. Üçüncüsü, tonik şeir sistemidir. Bu sistemdə toniklik- -vurğuluq vəznin başlıca xüsusiyyətidir. Burada ölçü vurğulu hecaların növbələşməsinə əsaslanır.
Göründüyü kimi, hər üç sistem kəmiyyət və keyfiyyətinə görə təyin olunan vəznlərlə bilavasitə bağlıdır. Bu daha çox son iki sistemə aiddir. Məsələn, vaxtilə «məktəb» və yaxud «barmaq» vəzni adlanan heca vəzni sillabik şeir sisteminin modeli ilə «səsləşirdi». Lakin bu uyğunluq zahiri xarakter daşıyır. Məsələn, məlumdur ki, Azərbaycan dili iltisaqi dillər qrupuna aiddir. Bu dilin xüsusiyyəti söz vurğusu ilə bağlıdır. Başqa sözlə, bu tipli dillərdə vurğu bir qayda olaraq sözün son hecasına düşür. Lakin şeir dilində, o cümlədən, Azərbaycan şeirində ritmik imkan bir sıra xüsusiyətlərlə zənginləşdirilir. Əvvəla, milli dil və daxili imkanlar hesabına zənginləşdirilir, eyni zamanda dildə yeni sözlər yaradılır. İkincisi, filektiv dillərdən bir çox sözlər dilimizə daxil olur ki, onlar şeirin ahəngində keyfiyyət dəyişmələri əmələ gətirir. Bir çox sözlərdə, məsələn, alim, asudə, mənsumə və s. vurğu yerləri müxtəlifdir. Halbuki bu tipli sözlər dilimizdə çoxdur və onlar şeirdə işləndikdə vurğu imkanlarını artırırlar və vəzndə tonik xüsusiyyətə yüksəlir. Şeir təcrübəsi göstərir ki, heca vəzninin aşağı ölçülərində (beş, altı, yeddi, səkkiz, on hecalı) tonik xüsusiyyət daha qabarıq şəkildə olur. Akademik M.Cəfərin fikrincə, hələ lap qədimlərdə də heca vəzninin müəyyən formaları tonik xüsusiyyətə malik olmuşdur. Məsələn, Avestanın tədqiqatçıları heca vəzninin müxtəlifliyini və tonik xüsusiyyətlərini nəzərə almadıqlarına görə Zərdüştün bəzi şeirlərinin heca vəznində deyil, əruz vəznində, başqa sözlə, ölçülü (metrik) vəzndə yazıldığını qeyd etmişlər. Yəni Zərdüşt həm əruzun təqarub bəhrində (fəul, fəulin, fəul, fəulin), eləcə də heca vəzninin beş və altı hecalı bölgüsündə şeirlər yazmışdır. Bu baxımdan aşağıdakı şeir diqqəti cəlb edir:
Güli-bahari,
Buti-tatari,
Nəbizi-dari,
Şerri-nəyari.
Fars dilində olan bu şeiri təbiidir ki, təqarubün fəul, fəulin təfiləsində tələffüz etmək tələb olunur. Diqqətlə yanaşdıqda bu bizim beşlik ölçümüzə də uyğundur. Burada təqtilər 2+3 şəklində bölünmüşdür. Lakin üçüncü misrada təqti xüsusiyyəti dəyişilmişdir. İlk baxışda bunu əruzun tələbi kimi də qiymətləndirmək olar. Bu «qeyri- sabitliyi janr xüsusiyyəti kimi qiymətləndirmək olar. Xüsusilə bayatı formasında yazılan şeirlərdə üçüncü misrada heca sayının az olması şifahi xalq ədəbiyyatı tərzi ilə əlaqələndirilir. Azərbaycan şeirində heca vəzninin imkanları daha geniş olmuşdur. Bu vəzndə bizim milli şeirimizin mühüm bir tarixi dövrü təmsil olunmuşdur.
Heca vəznində xalqımızın şair oğulları öz bədii düşüncələrini çox ilhamla sənət dilinə çevirə bilmişlər. Bu vəzn xalqımızın hiss və fikrinin poetik şəkildə ifadəsi üçün çox münasibdir. Xalqımızın poetik duyğuları hecalı və qafiyəli vəznə həddən artıq yaxın olmuşdur.1
Müasir poeziyada beş hecalı, altı hecalı, yeddi hecalı, səkkiz hecalı, doqquz hecalı, on hecalı və on bir hecalı şeirdə hər daxili bölgünün ənənə və təcrübəsi qorunub saxlanılır, həm də onları bədiilik və estetikliyin tələbləri ilə yanaşılır. Çünki misralararası bölgü heca vəznində ölçü qədər önəmli şərtdir, türkdilli poeziyada ifadəlilikdir, ölçü ilə bərabər ahəngi, avazı və daxili ritmi yaratmaq üçün işlədilən üsuldur. Təqti, yaxud bölgü misraların daxilində aparılır:
Yenə yüksəlirik / uca göylərə eləyirik / anamız yerə
Hələ uzaqdadır / bulud dağları Görünür sevimli / Bakı bağları.
(M.Rahim)
Bu parçada bölgü sistemi 6+5-dir. Bölgü – fasilə həm şeirin texniki üsullarına, həm də bədiiliyin tələblərinə görə aparılır.
Vəzn, ümumiyyətlə şeir ritm anlayışı ilə bağlıdır. Ritm şeirin keyfiyyət ölçüsüdür. O, söz, kəlmə, durğu və nitqin başqa ünsürlərinin düzgün əvəzlənməsi kimi emosionallığı yüksəldir və şeirə xüsusi ifadəlilik verir.
Ritm yunan sözü olub, tarazlıq, uyğunluq bildirir. O, müqayisə edilən hadisələrin zaman və məkan daxilində ardıcıl əvəzlənməsi və «təkrarıdır».
Şeirin əsl ritmik vahidi misradır. Şeir dilində ritm müxtəlif vasitələrlə əldə edilir. Məntiqi vurğu cümlənin və ya onun müəyyən bir hissəsinin qurtardığını bildirirsə, misra vurğusu ritm-intonasiya mənası daşıyaraq bir misranı digərindən ritmə görə ayırır. Əgər ritm vurğusu məntiqi vurğu ilə eyni yerə düşmürsə və ritm bir misranı o birisindən ayırırsa, məntiqi baxımdan onları ayırmaq olmaz.
Ritmdən əlavə qafiyə də şeirin mühüm əlamətidir. Qafiyə misranın sonundakı axırıncı heca vurğusundan başlayan səs təkrarına deyilir. Qafiyə ritmik mənaya malikdir. Qafiyənin həm də məna əhəmiyyəti vardır. Vurğu altına düşən və misranın sonunda olan (qafiyələnən) söz özünə diqqəti xüsusilə cəlb edir. Qafiyə həm səs və intonasiya ilə, həm vəznlə, həm leksika və sintaksislə, həm də şeirin bəndləri ilə bağlıdır. Bəzi hallarda şeirin misralarındakı ilk sözlər də həmqafiyə olur.
Şərq şeirində qafiyə problemi ilə bir çox şeirşünas alimlər məşğul olmuşlar. Bu barədə Xətib Təbrizi, Nəsirəddin Tusi, Şəmsi Fəxri, Vəhid Təbrizi, Əbdürrəhman Cami və başqalarının əsərləri məlumdur. Onlar «qafiyə elmi» (elmi-qafiyə) deyilən xüsusi bir elm yaratmışlar. Həmin elm qafiyənin mahiyyəti, şeir yaradıcılığında əhəmiyyəti, növləri, vəzn, intonasiya, leksika, fonetika və sintaksislə münasibətləri kimi çox müxtəlif poetika məsələlərinin elmi izahını vermişdir. Qafiyəşünaslıqda qafiyənin son hərfinə «rəvi» deyilir. «Əql ilə qələm bil ki, əkizdir bu cahanda. Əqlin yanılırsa, gedəcək ahu fəğan da» beytində misraların axırındakı «a» səsi rəvidir.
Şərq poetikasında qafiyə ilə əlaqədar təcil, rədif, dəxil, qeyd və s. terminlər vardır. Səslənmə dərəcəsinə, səciyyəsinə və işlənmə məqamına görə qafiyə bir neçə cür olur: qüvvətli və zəif, dürüst və təxmin, göz qafiyəsi, qulaq qafiyəsi, daxili qafiyə, tam və yarım qafiyə. Böyük söz ustadları adətən şeirlərində qüvvətli, tam, kamil qafiyələr yaratmağa müvəffəq olmuşlar. Bununla bərabər, qafiyə yaratmaqda sərbəstlik tərəfdarı olan şairlər də az deyil. Hərfləri bir-birinin ya tam eyni, ya da əsas etibarilə eyni olan göz qafiyəsi kimi, səslənmə zamanı sözləri, hərfləri həmahəng qulaq qafiyəsi də şeir üçün məqbul sayılır. Misal üçün məşhur türk klassik şairi Mahmud Əkrəm Rəcinzadəyə görə, «qafiyə göz üçün deyil, qulaq üçündür», yəni misraların sonundakı sözlər eyni ahəngdə səslənirsə, deməli, bu sözlər həmqafiyədir.
Azərbaycan şeirində rəngarəng, tam qüvvətli qafiyə yaratmaqda məharət göstərmiş sənətkarlar çoxdur. Bu siyahını klassiklərimizdən tutmuş ta indiki dövrə qədər bir çox şairlərə şamil etmək olar. Lakin vəzni, ölçüləri, ritmi, eyni zamanda qafiyəsi olduqca gözəl qurulmuş dahi H.Cavidin «Azər» əsərindən bir parçanı nəzərdən keçirək:
Hər günəşə vardım, ləkəli gördüm,
Hər vicdana girdim, kölgəli gördüm.
Parlaq imanları şübhəli gördüm
Məgərsə hər cilvə bir xülya imiş.
Hər günəşə vardım çiçəklər güldü,
Sevdalı bülbüllər salama gəldi.
Hər bəzmə uğradım, meylər töküldü,
Qədəhlər öpüşüb xurama gəldi.
Bu parçanın birinci bəndində ləkəli, kölgəli, şübhəli; ikinci bəndində isə güldü, gəldi, töküldü, eyni zamanda salama, xurama sözləri qafiyədir.

Müəllif: VÜQAR ƏHMƏD
Mənbə: ƏDƏBİYYATŞÜNASLIQ, filologiya fakültəsinin tələbələri üçün dərslik,2007

  • Teqlər:
  • ədəbiyyat nəzəriyyəsi
  • , ədəbiyyatşünas
  • , heca vəzni
  • , Azərbaycan ədəbiyyatı

qafiyə

1. перекрёстный, пересекающий что-л., расположенный под углом, накрест. Çarpaz birləşmə перекрёстное соединение, çarpaz yerdəyişmə перекрёстное перемещение, эл.-тех. çarpaz sxemlər перекрёстные схемы, çarpaz yol строит. перекрёстная дорога

2. скрестный. спорт. Çarpaz vəziyyət скрестное положение, çarpaz yapışma скрестный захват, çarpaz addım скрестный шаг

3. скрещённый, скрещивающийся, перекрещивающийся. Çarpaz prizmalar скрещённые призмы, çarpaz düz xətlər скрещивающиеся прямые

1. застёжка (петля, пряжка и т.п. для застёгивания); молния (вид быстро задёргивающейся застёжки). Çarpaz qoymaq (tikmək) поставить (вшить) молнию

2. диал. крючок на женском поясе
3. крестовина:

1) два бруса, соединённые в виде креста. Ventilyatorun çarpazı крестовина вентилятора, kardan çarpazı крестовина кардана, təkər çarpazı крестовина колеса, ox çarpazı крестовина оси

2) ж.-д. приспособление на месте пересечения рельсовых путей для перевода поезда на другой путь. Döndərmə çarpazı крестовина поворота

4. мед. перекрест (взаимный обмен участками гомологических, т. е. парных хромосом)
5. строит. раскос (косо, наклонно поставленная распорка)
6. спорт. подножка (удар ногой или подставка ноги под ногу идущего, бегущего с целью повалить его)
1. крест-накрест, крестообразно. Yaylığı çarpaz bağlamaq повязать платок крест-накрест
2. перекрёстно. Çarpaz səpmək засеять перекрёстно
3. спорт. скрёстно

мат. çarpaz bucaqlar углы накрестлежащие; çarpaz qafiyə лит. перекрестная рифма (рифма через строку, когда рифмуются первая строка с третьей, вторая с четвёртой и т.д.); çarpaz tozlandırma, çarpaz tozlanma бот. перекрёстное опыление (перенос пыльцы с тычинок одного цветка на рыльце пестика другого цветка); çarpaz dindirmə юрид. перекрёстный допрос (опрос одного и того же лица двумя сторонами: прокурором и защитником); çarpaz vurmaq см. badalaq vurmaq; подставлять, подставить ножку, дать подножку кому

прил. парный. Qoşa yarpaqlar парные листья, qoşa qafiyə лит. парная рифма
2. смежный. Qoşa (qonşu) bucaqlar геом. смежные углы

3. двойной. Qoşa ad двойное имя, qoşa çapıq горн. двойной вруб, qoşa damar анат. двойная жила, qoşa fokus məsafəsi физ. двойное фокусное расстояние, астр. qoşa ulduzlar двойные звёзды, qoşa dolanma двойное обращение, qoşa böyrək мед. двойная почка, qoşa nəşr библ. двойное издание, qoşa nöqtə: 1. муз. двойная точка; 2. лингв. двоеточие, qoşa not муз. двойная нота; qoşa soyad двойная фамилия, qoşa addım спорт. двойной шаг, qoşa qovşaq двойной узел; 3. спаренный, сдвоенный. Qoşa lavalar горн. сдвоенные лавы, qoşa şinlər тех. сдвоенные шины, qoşa qəbul связь. сдвоенный приём

нареч. вдвоём, вместе. Qoşa getmək идти вместе, qoşa gəzmək гулять вдвоём
числ. два, двое. Qoşa qardaş два брата

См. также в других словарях:

  • qafiyəli — sif. Qafiyəsi olan. Qafiyəli beyt. Qafiyəli şeir. – Ünvanına tək tək qafiyəli hərzə də yağdırdılar. R. R … Azərbaycan dilinin izahlı lüğəti
  • qafiyəsənc — ə. və f. «qafiyə ölçən» 1) qafiyələrin düzgünlüyünü qiymətləndirə bilən, qafiyələri tənqid edə bilən; 2) m. şair … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • qafiyə — is. <ər.> ədəb. Şeirdə: beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Bu şerin qafiyələri düz gəlmir. – Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzni var, qafiyə var, qaliba yox can, Yusif! S. Ə. Ş … Azərbaycan dilinin izahlı lüğəti
  • qafiyəpərdaz — sif. və is. <ər. qafiyə və fars. pərdaz> Qafiyə düzəldən, qafiyə uyduran (şair). Şövqü vəsli çəmənində sənin, ey mayeyi naz; Təbimin bülbülüdür qafıyəpərdaz bu gecə. Şəhriyar … Azərbaycan dilinin izahlı lüğəti
  • qafiyəbaz — is. <ər. qafiyə və fars. . . . baz> Şerin məzmununa fikir verməyib, ancaq qafiyələri güdən, qafiyələrin düz gəlməsinə çox fikir verən şair … Azərbaycan dilinin izahlı lüğəti
  • qafiyəpərdazlıq — is. Qafiyə düzəltmə, qafiyə uydurma. Nəhayət, Sabiri «Sabir» edən «Molla Nəsrəddin» oldu. Təb Sabirin idi, qafıyəpərdazlıq Sabirin idi, istedadı şeriyyə Sabirin idi, fəqət mövzu verən «Molla Nəsrəddin» və Mirzə Cəlil idi. Ə. H … Azərbaycan dilinin izahlı lüğəti
  • qafiyəsiz — sif. Qafiyəsi olmayan, qafiyəsi pozğun olan. Nə qədər çalışdın «ağ» alınmadı; Köhnə qafiyəsiz darıxdı şerim. . . M. Araz … Azərbaycan dilinin izahlı lüğəti
  • qafiyəsizlik — is. Qafiyə nöqsanı, qafiyədə uyğunsuzluq; ahəngsizlik, pozğunluq. // Şeirdə sərbəstlik, qafiyə olmama … Azərbaycan dilinin izahlı lüğəti
  • qafiyəpərdaz — ə. və f. 1) qafiyə düzəldən, qafiyə uyduran; 2) m. pis şair … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • qafiyəbaz — ə. və f. 1) şerin məzmununa deyil, əsasən qafiyələrin düzülüşünə fikir verən adam; 2) m. pis şair … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • qafiyəbazlıq — is. Yalnız qafiyə güdüb, şerin mənasına fikir verməmə … Azərbaycan dilinin izahlı lüğəti

Qafiyə Necə Tapılır?

Qafiyə poetik bir misrada sözlərin samitidir. Bir qayda olaraq, sətrin son hecaları ilə müəyyən edilir və mütləq bir stresli heca daxildir. Əlavə stresli hecalar mümkündür. Təcrübəli bir şair asanlıqla hər hansı bir söz üçün qafiyə tapa bilər və ya sözləri elə bir sıraya salır ki, onu tapmaq asandır. Təcrübəsiz şairlər üçün bir neçə fənd bilmək faydalıdır. Qafiyə necə tapılır?

Təlimat

Addım 1

Şairlər üçün bir çox saytın qafiyə deyilən bir sözü var. Xüsusi bir sahəyə bir söz daxil etdikdən sonra, resurs avtomatik olaraq bir neçə düzbucaqlı seçim təklif edir. Lakin bu cür lüğətlərin seçimi həmişə aydın olmur: bəzi hallarda verdiyi sözlər orijinal ilə heç bir şəkildə uyğun gəlmir, məsələn: kədər – melankoli. Buna görə də bu cür lüğətlərdən istifadənin az faydası var.

Addım 2

İkinci seçim daha çətindir və çox zehni iş tələb edir. Sətrin son hecalarını seçin (son şokdan sona qədər), məsələn: “Çöldə duman çökdü”. Ana hecaları ilə maraqlanırsınız.

Addım 3

Vərəqdəki bütün samitləri əlifba sırası ilə “b” dən “w” ə qədər yazın. Eyni zamanda “d” hərfini də əlavə edin – elm adamları yarı sait və ya yarı samit olub olmadığını mübahisə edirlər, ancaq sizə kömək edə bilər. Bir söz və ya bir söz sonu alana qədər hər birinə vurgulanan sətir sonlarını əlavə edin. Sizin vəziyyətinizdə bir anda bir neçə seçim əldə edəcəksiniz, hamısını xatırlayın. Zamanla samitlərin sırasını əzbərləyəcəksiniz və bu əməliyyatı başınızda edə biləcəksiniz. Hər şey məhsuldarlığınızdan asılıdır.

Addım 4

Bir sətir yazmağa başlayın. Kontekstindən, nəticədə ortaya çıxan sözlərdən hansının istifadə ediləcəyini və əlaqəli bir cüt sətir almaq üçün sözlərin necə düzəldiləcəyini başa düşəcəksiniz.

Addım 5

Bir xətt qurarkən bir sıra sözlərin (sevgi, dost, ehtiyaclı, sakit) məhdud sayda qafiyə olduğunu və ya ümumiyyətlə olmadığını unutma. Vaxt keçdikcə bu cür sözlərin tam siyahısını tapa bilərsiniz. Onları öz yaddaşınızda və ya “əlverişsiz” qafiyələr üçün xüsusi bir dəftərdə saxlayın. Məsələn, “sevgi” kimi bir söz vəziyyətində bütün qafiyələr yuxarıdan aşağıya bilinir, bu səbəbdən bunlardan istifadə etmək təhlükəlidir (diqqətsizlik, qrafomaniya təəssüratı verə bilər): qan, yenə. Başqa sözlə, rus dilində dəqiq bir qafiyə olmayan təqribən bir qafiyədən tez-tez istifadə edilir, lakin sonu uzaqdan oxşar sözlərin sayı da məhduddur. Belə hallar üçün sətirdəki sözlərin sırasını dəyişdirin, sonunda sonunda uyğun bir qafiyə olsun.

Comments are closed, but trackbacks and pingbacks are open.