Press "Enter" to skip to content

Category: Caucasian Albania

Albania caucásica; Albańijo Kaukasko; Kaukázusi Albania; Kaukasiar Albania; Albania caucásica; قافقاز آلبانیاسی; Кавказ Албанияһы; Кавказы Албани; Каўказская Албанія; Աղվանք; Кавказка Албания; 캅카스 알바니아; Kafkaz Albanyası; قفقازی البانیا; Αλβανία του Καυκάσου; კავკასიის ალბანეთი; Kaukasiska Albanien; Caucasian Albania; Кавказька Албанія; Qawqaz Albaniäse; Албанияи Қафқозӣ; آلبانیای قفقاز; Albània del Caucas; Albania; Кавказ Албаниясы; Kaŭkaza Albanio; Albánie; Kavkaska Albanija; Albania caucasica; Albania Caucaziană; Albanie du Caucase; Qafqaz Albaniyası; Каўкаская Альбанія; Кавказри Албани; Алпан; Albania; Albānia , Greek; Kavkaska Albanija; Кавкаска Албанија; Albania Kavkaz; Кавкаска Албанија; Kaukāza Albānija; Albania Kaukasus; Kaukazo Albanija; Albanija, Kavkaz; 高加索阿尔巴尼亚王国; Albânia caucásica; Caucasian Albanie; Albania Kaukasia; Albania Kaukaska; Albania; Kaukasisch Albanië; אלבניה הקווקזית; Кавказская Албания; Albania; قفقازی البانیا; Albania caucásica; ألبانيا القوقازية; Albania caucàzega; カフカス・アルバニア王国; entidad desaparecida; ókori ország; Azərbaycan ərazisində mövcud olmuş qədim dövlət; гістарычная дзяржава; antico regno caucasico nell’odierno Azerbaijan; historisk kongerike i Kaukasus; historisch land; древнее государство, возникшее в конце II — середине I веков до н. э. в восточном Закавказье; מדינה היסטורית בקווקז; Antiker Staat im heutigen Aserbaidschan; historiallinen kuningaskunta Kaukasiassa; historical state in the Caucasus region; کشوری باستانی در منطقه قفقاز; antický stát na Kavkazu; Kafkaslar Bölgesinde tarihi bir ülke; Albania caucasica; Кавказаг Албани; Албани; Καυκάσια Αλβανία; 高加索·阿爾巴尼亞; 高加索阿爾巴尼亞; 高加索。阿爾巴尼亞; Kavkazská Albánie; Aghouanie

Azərbaycan tarixi/Qafqaz Albaniyası şəhərləri

Qarabağ dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının tunc və dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.

Qarabağın daş dövrünə aid olan maddi mədəniyyət nümunələri ondan sonra gələn Tunc dövrü (b.e.ə. IV-1I minilliklər) Kür-Araz mədəniyyəti nümunələrinin təkmilləşdiyi və daha geniş ərazidə yayıldığı izlənilir. İlk ocağı Azərbaycanın Qarabağ bölgəsi olan Kür-Araz mədəniyyətinin izlərinə bütün Cənubi Qafqazda, İranın şimal-şərqində, Şərqi Anadoluda, Dağıstanda, Çeçen-İnquşetiyada və b. yerlərdə təsadüf edilir. Qarabağ ərazisində aşkar edilmiş Kür-Araz mədəniyyətini səciyyələndirən maddi mədəniyyət qalıqları ilə zəngin olan Meynətəpə, Uzuntəpə, Şortəpə, Xaçbulaq, Xankəndi və Qaraköpəktəpə, Günəştəpə, Xantəpə, Şomulutəpə, Üzərliktəpə, Leylatəpə həmin mədəniyyətin Qarabağ ərazisində yaranması və yayılmasını təsdiq edir. Bu mədəniyyətə ətrafı qala divarı ilə möhkəmləndirilmiş şəhər tipli yaşayış yerləri və siklop tipli istehkamlar daxildir.
Qarabağın ən qədim dövrə aid bu abidələrindən boz, qara rəngli basma naxışlı qablar və az da olsa monoxrom boyalı qablar, həmçinin təsərrüfat, sənətkarlıq və məişət əşyaları, gildən düzəldilmiş kiçik fiqurlar tapılmışdır.
Tunc dövründə Qarabağ mis-mədən rayonunun yerli filizlərindən geniş istifadə və metal emalının inkişafı bu ərazidə müstəqil istehsalı qaydaya salmış, sənətkarlıq da inkişaf etmişdir.
Regionun tayfalarının təsərrüfat və mədəni inkişafı, onlarda izafi, artıq məhsulun meydana gəlməsi bu tayfaların Qafqaz tayfaları ilə və Ön Asiyanın şəhər sivilizasiyaları ilə mübadilə aparmalarını, ünsiyyət və qarşılıqlı əlaqələrinin inkişafını stimullaşdırırdı. Bütün bu deyilənlər mülki və sosial diferensiasiyanı dərinləşdirirdi və son nəticədə regionda sakin olmuş tayfaların sosial-iqtisadi, siyasi, mənəvi həyatında ciddi dəyişikliklərə gətirib çıxardı.
Orta Tunc dövründəki (b.e.ə. III-II minilliyin I yarısı) böyük inkişafın maddi sübutları o vaxtlar gur inkişaf etmiş metallurgiya və dulusçuluq peşəsi üzrə çoxlu miqdar və rəngarəng əşyalardan, xırdabuynuzlu mal-qaranın köçürmə maldarlığının qəti surətdə təşəkkül tapmasına gətirib çıxarmış artımından ibarətdir.
B.e.ə. II minilliyin ikinci yarısı – I minilliyin əvvəli- Qafqazın Son Tunc dövrü və Dəmir əsrinin başlanğıcında regionda metallurgiyanın inkişafı ilə səciyyələnir. Bu metallurgiya Qədim Şərqin mərkəzlərindəki metallurgiya ilə bir sırada dururdu. Bu, bizi maraqlandıran regionda ibtidai icma quruluşunun dağılması və tədricən erkən sinfi münasibətlərə keçilməsi dövrüdür.
Çoxlu miqdarda arxeoloji materiallar bu dövr cəmiyyətinin yüksək inkişaf səviyyəsinə malik olduğunu parlaq surətdə sübut edir. Son tunc və ilk dəmir dövrünə aid Xocalı-Gədəbəy mədəniyyəti arxeoloji abidələri cənub ölkələri ilə çox sıx əlaqələrin mövcud olduğunu təsdiq edir.
Çox nəhəng Xocalı qədim qəbiristanlığı təxminən b.e.ə. II-I minilliyin hüdudlarında yaranmağa başlamış, regionun tayfalarının dəfn ayinlərinin əsas cəhətlərini özündə əks etdirmişdir.
Qarabağ bölgəsinin Qızılburun, Üzərliktəpə və s. kimi abidələrindən aşkar edilmiş maddi mədəniyyət nümunələri göstərir ki, burada tunc dövrünə aid Yaxın Şərq, xüsusilə Göytəpə (İran), Təpəhisarda (Türkiyə) tapılmış boyalı qablar ilə bir səviyyədə duran həndəsi motivdə, heyvan və quş rəsmləri ilə naxışlanmış polixrom və monoxrom boyalı qablar istehsal edilmişdir.
B.e.ə.VII əsrdə Kürlə Araz arasında məskunlaşmış türk məşəli Saklar, e.ə IV əsrdə məskunlaşmış Qarqarlar Qarabağ ərazisində yaşamışlar. Strabon “Coğrafiya” əsərində Albaniyada yaşayan sakların Kürdən cənubda yerləşdiyini qeyd etmişdir. Türk mənşəli sakların yerləşdiyi Sakasena Zəyəmçaydan-Kürəkçaya qədər Kürdən cənubdakı düzən ərazini əhatə edirdi. Kür-Araz çayları arasında yaşamış Sakların türk olduğunu İran tarixçisi Məhəmməd Həsənxan təsdiq edir. Kürdən cənubdakı Azərbaycan torpaqlarında, yaşamış qədim əhalinin müəyyən hissəsi türk mənşəli saklar və albanlar idilər.
Dağlıq Qarabağ ərazisində bir dağın Qarqardağ (2300 m) adlanması da bu fikri təsdiq edir. Qədim gürcü mənbələrində Qarabağ ərazisində Qarqari adlı məntəqənin adı çəkilir. XIV əsr müəllifi Gəncəli Kirokos bildirir ki, Dağlıq Qarabağda Qarqar adlı qala vardır. Qədim mənbələrdə Qarabağ zonasında albanlardan və türk mənşəli tayfalardan başqa ellərin (tayfaların) yaşadığı haqqında məlumat yoxdur. Çünki hər hansı bir el (tayfa) müəyyən bir ərazidə daimi yaşayırsa, onun adı və dilinə mənsub sözlər toponimlərdə əksini tapır. Bu cəhətdən, Qarabağ ərazisində qədim Tərtərqet, Parkank, Aran-rot, Qoroz və müasir Dondarlı, Şuşa, Vərəndə, Tuq, Sotk və başqa terminlər diqqəri cəlb edir. Plutarx (II əsr) tərəfindən Qafqazda Tərtər tayfasının yaşaması haqqında məlumat verir. Musa Kalankatlı Arsakda bu tayfanın adı ilə bağlı Tertuakan (Tərtərəkən) adlı yaşayış məntəqəsinin olduğunu qeyd edir. Qıpçaqların Arsakda çox qədimdən yaşadığı Hadrut rayonundakı Tuğ kəndinin adı da göstərir. XIX əsr mənbələrində Şuşa qəzasında Tuğ dağı və Tuğ kəndi, Zəngəzur qəzasında Tuğyurd dağı toponimləri sadalanır. Bütün bunlar, şübhəsiz, Tuğ kəndinin Qarabağda yaşamış türk dilli Tuğ elinin məskunlaşması nəticəsində yarandığını göstərir. Burada sonralar (1828-ci ildən sonra) ermənilər məskunlaşmışlar.
Qarabağda Alban və Qarqarlarla yanaşı, Qıpçaq tayfası da yaşamışdır. Qıpçaqlar eramızın əvvəllərindən bəri Qarabağ ərazisində məskun idilər. Qıpçaqların bir qolu – Quc tayfasının adı ilə bağlı olan Gəmrə-Quc, Dərə-Qoç, Qoçbək kimi toponimlər məlumdur.
Deyilənlər göstərir ki, Kürdən cənubdakı ərazi türk mənşəli Sak, Part, Alban, Uti, Aran, Şəki, Qarqar, Kəngər, Tər-tər, Peçenek, Hun, Xəzər və başqa tayfalara mənsub ellərin yaşadığı ərazidir.
Qarabağ ərazisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri Qarabağın tarixi keçmişini əks etdirməklə bərabər, orada yaşamış, insan qruplarının, tarixi inkişafı prosesini izləməyə imkan verir. Bu inkişaf insan məskənlərinin forma və quruluşca dəyişməsində, habelə insan həyatının təkamülünü əks etdirən digər daha yeni, daha mükəmməl maddi mədəniyyət nümunələrinin meydana çıxmasında özünü göstərir.
Cəmiyyətin inkişafının mühüm göstəricilərindən biri şəhərlərin meydana gəlməsi ilə səciyyələnir. Şəhərlər cəmiyyətin sosial-iqtisadi və mədəni səviyyəsini göstərir. Məxsus olduğu xalqın tarixi mədəniyyətini əks etdirir. Təsadüfi deyil ki, yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 şəhərin və 5 çayın adını çəkmişdir.
Zəngin mədəniyyət ənənələri üzərində antik dövrdə meydana çıxmış Bərdə şəhəri, Qarabağ ərazisində – Kür çayı ilə Tərtər çayı arasında, indiki Bərdə şəhərinin yaxınlığında, təbii-coğrafi və strateji cəhətdən əlverişli olan bir ərazidə yerləşirdi.
B.e.ə.VII əsrdən tarixə məlum olan türk mənşəli part tayfasından olan sərkərdə Partatuanın adından götürülmüş bu ifadə antik dövrdə Parda şəhər adına çevrilmiş, ilk orta əsrlərdə Partav şəkilində işlədilmiş, sonralar (ərəblərin dövründə) “Bərdaa” və nəhayət Bərdə şəklinə düşmüşdür.
Bərdə ərazisinin təbii xüsusiyyətləri haqqında yunan, latın, alban, eləcə də ərəb, fars və türk dilində olan mənbələrdə dəyərli məlumatlar verilir.
Bərdənin tarixi-arxeoloji tədqiqi göstərir ki, şəhər b.e.ə. V-IV əsrlərdə yaranmış, antik dövrdə, ilk, inkişaf etmiş və son orta əsrlərdə intensif şəhər həyatı keçirmiş və bu gün də öz həyatını davam etdirir.
Albaniyanın digər əraziləri kimi Qarabağ bölgəsinin, o cümlədən Bərdə əhalisinin də etnik komponetlərindən biri türk tayfaları idi. Bu dövrdə Albaniyada yerli tayfalar arasında, gəlmə tayfalar arasında, gəlmələr və yerli tayfalar arasında assimiliyasiya prosesi də baş vermişdir. Aparıcı tayfalar türk mənşəli olmuşdur.
Mənbələrin verdiyi məlumata görə Albaniyada danışıq dili arran (çox güman ki, türk dili qrupuna aid olmuşdur), yazı isə 52 hərfdən ibarət alban əlifbası olmuşdur. Tədqiqatlar Albaniyada müxtəlif dil qrupuna mənsub olan etnik tayfaların mövcudluğu ilə əlaqədar olaraq müxtəlif dillərdə danışıldığını göstərirlər. Bu məqsədlə aparılmış tədqiqatlarda albanları türk dilləri ailəsinə və tamamilə bundan fərqli olan İber-Qafqaz dil qrupuna aid edirlər.
Mənbələrdə inkişaf etmiş orta əsrlərdə yazı dilinin ərəbcə, danışıq dilinin isə fars, həm də ərəb dili olduğu bildirilir. Bərdə əhalisinin tərkibi mürəkkəb olmuş, orada yerli əhali ilə bərabər farslar, ərəblər və digərləri yaşamışdır. Ərəb müəllifləri Bərdə əhalisinin «arran dilində danışdığını» bildirirlər. Arran dilinin türk dili olması şübhəsizdir.
Tarixi-arxeoloji tədqiqatlar Bərdədə müxtəlif maddi mədəniyyətlərin, eləcə də dini və ideoloji cəmiyyətlərin mövcud olduğu dövrlədə zəngin tarixi irs yaratdığını göstərir. Xristianlıqla müsəlmanlığın biri digərini əvəz etdiyi dövrdə bu tarixi dövrün xüsusiyyətlərini əks etdirən proseslər həm arxeoloji, həm də tarixi mənbələrdə öz izini saxlayır.
Beləliklə, yazılı mənbə məlumatları və Bərdədə aparılmış arxeoloji tədqiqat işləri ilə əlaqədar əldə edilmiş materialların tarixi-arxeoloji tədqiqinə əsasən deyə bilərik ki, Bərdənin yerləşdiyi ərazidə tunc və dəmir dövrlərində iri yaşayış məskənlər, b.e.ə. V-IV əsrdə şəhər yaranmışdır. Bərdə şəhəri inkişaf edərək erkən orta əsrlərdə (V əsrdə) Albaniyanın paytaxtına çevrilmiş, orta əsrlərdə Azərbaycanın, həmçinin Yaxın və Orta Şərqin məşhur şəhərlərindən biri olmuşdur. Beş min ildən artıq intensiv yaşayış məskəni və 2500 ildən artıq şəhər tarixinə malik olan Bərdə günümüzə qədər öz həyatını qismən yerdəyişmə ilə ilk yarandığı ərazidə davam etdirmiş, bu gün də yaşayır və inkişaf edir.

Category : Caucasian Albania

Albania caucásica; Albańijo Kaukasko; Kaukázusi Albania; Kaukasiar Albania; Albania caucásica; قافقاز آلبانیاسی; Кавказ Албанияһы; Кавказы Албани; Каўказская Албанія; Աղվանք; Кавказка Албания; 캅카스 알바니아; Kafkaz Albanyası; قفقازی البانیا; Αλβανία του Καυκάσου; კავკასიის ალბანეთი; Kaukasiska Albanien; Caucasian Albania; Кавказька Албанія; Qawqaz Albaniäse; Албанияи Қафқозӣ; آلبانیای قفقاز; Albània del Caucas; Albania; Кавказ Албаниясы; Kaŭkaza Albanio; Albánie; Kavkaska Albanija; Albania caucasica; Albania Caucaziană; Albanie du Caucase; Qafqaz Albaniyası; Каўкаская Альбанія; Кавказри Албани; Алпан; Albania; Albānia , Greek; Kavkaska Albanija; Кавкаска Албанија; Albania Kavkaz; Кавкаска Албанија; Kaukāza Albānija; Albania Kaukasus; Kaukazo Albanija; Albanija, Kavkaz; 高加索阿尔巴尼亚王国; Albânia caucásica; Caucasian Albanie; Albania Kaukasia; Albania Kaukaska; Albania; Kaukasisch Albanië; אלבניה הקווקזית; Кавказская Албания; Albania; قفقازی البانیا; Albania caucásica; ألبانيا القوقازية; Albania caucàzega; カフカス・アルバニア王国; entidad desaparecida; ókori ország; Azərbaycan ərazisində mövcud olmuş qədim dövlət; гістарычная дзяржава; antico regno caucasico nell’odierno Azerbaijan; historisk kongerike i Kaukasus; historisch land; древнее государство, возникшее в конце II — середине I веков до н. э. в восточном Закавказье; מדינה היסטורית בקווקז; Antiker Staat im heutigen Aserbaidschan; historiallinen kuningaskunta Kaukasiassa; historical state in the Caucasus region; کشوری باستانی در منطقه قفقاز; antický stát na Kavkazu; Kafkaslar Bölgesinde tarihi bir ülke; Albania caucasica; Кавказаг Албани; Албани; Καυκάσια Αλβανία; 高加索·阿爾巴尼亞; 高加索阿爾巴尼亞; 高加索。阿爾巴尼亞; Kavkazská Albánie; Aghouanie

historical state in the Caucasus region

  • historical country
  • satrapy
  • absolute monarchy
  • Caucasian Albanian
  • Classical Armenian
  • Parthian
  • Middle Persian

Q177076
VIAF ID: 153675747
GND ID: 4210019-7
Library of Congress authority ID: n85237705
NKCR AUT ID: ge959711
National Library of Israel J9U ID: 987007562321905171

Subcategories

This category has the following 10 subcategories, out of 10 total.

Qafqaz Albaniyası

Bildiyimiz kimi tarix fənni elə bir fəndir ki, keçmişdəki mənbələr üzrə insanların yaşadıqları şəraiti, inkişafı gələcək nəsillərə ötürür. Lakin bəzən hər hansı bir tarixi dövrün araşdırılması zamanı müəyyən çətinliklər yarana bilər. Mənim fikrimcə, bu daha çox mənbə azlığı olduğu zaman meydana çıxan problemlərdən biridir. Ölkəmizin qədim dövlətlərindən olan Albanya dövlətinin tarixi də belə problemlərə məruz qalmışdır. Məsələ isə o dövrdə mənbələrin hansı dildə yazılmış olması, müəlliflərin milliyəti, obyektiv yazılıb yazılmamasıdır. Məsələn, Alban tarixi ilə bağlı ən məşhur əsərlərdən biri Musa Kalankatlının “Alban tarixi” əsəridir. Lakin bəzi tarixçilər düşünür ki, əsər erməni müəllif tərəfindən qələmə alınıb. Lakin mənim fikrimcə bu, belə deyil. “Alban tarixi” əsərinin mövzumla bağlılığını və niyə erməni mənbəsi olmaması ilə bağlı sübutu bir azdan qeyd edəcəm. İndi isə Albaniyanın, demək olar ki, ən məşhur dövrünü əhatə edən Mehranilər sülaləsi haqqında məlumat vermək istəyirəm.

Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsinin olduqca maraqlı tarixi vardır. Məsələn, biz orta məktəbdə keçmişdik ki, Sasani şahı Xosrovla Mehranilərin əsasını qoyan Mehran arasında əvvəlcə düşmənçilik olub. Bunun səbəbi və niyə sonralar Xosrovun Mehrana qarşı yumşaq siyasət yeritməsi qeyd edilməmişdi. Bəs səbəb nə idi? Belə ki, İran Şahının qohumlarından olan Bistam və Bindoy adlı şəxslər Xosrovun atasına üsyan edib onu öldürür. Xosrov isə taxta keçdikdən sonra onları və onların nəslindən olan bir çox adamı qətlə yetirir. Bundan narahat olan Mehran isə Albaniyaya gedir. Xosrov əvvəlcə onu təqib etsə də, sonra narahat olmağa başlayır ki, Mehran Xəzərlərlə birləşib ona qarşı çıxa bilər. Və Mehrana məktub yazaraq qeyd edir ki, ” Əziz qardaşım, düşmən kimi məndən ayrılma. Əgər mənimlə birlikdə yaşamaq isdtəmirsənsə, onda orada özünə istədiyin qədər torpaq seç “. Beləliklə, Albaniyada Mehranilər sülaləsinin əsası bir-biri ilə zəncirvari bağlı olan bu tarixi hadisələr nəticəsində qoyulur. Mehran yerli alban knyazlarını məğlub edib öldürərək Albaniyada hakimiyyəti ələ alır. Albaniyada Mehranilərin hakimiyyəti 630-705-ci illəri əhatə edirdi. Əslində, bir qədər fikir versək görərik ki, Albaniyada Mehranilərin hakimiyyətə gəlməsi bir qədər strateji məqsəd də daşıyır. Biz tarixdə “Bufer dövlətlər” haqqında məlumatlar əldə etmişik. Bir dövlətin sərhəddinin hər hansı bir yerində yerləşən bu dövlətlər həmin dövləti xarici müdaxilələrə qarşı qoruyur. Albaniya da Sasanilər üçün məhz belə rol oynayırdı. Bizansla Sasanilər arasındakı ilk döyüşlərdən sonra Alban knyazları Sasanilərin güvənini itirmişdi, nəticədə Sasanilər onlarla dini bağlılığı olan Mehranilərə güvənirdi. Çünki Mehranilər əvvəlcə fars mədəniyyətini mənimsəmişdi. Lakin bu, cəmi iki nəsil davam etdi. Çünki fikrimcə bir dövlətin daxilində hansı etiqat üstündürsə gec-tez xalq da assimilyasiyaya uğrayaraq həmin etiqatı qəbul edir. Mehranilər də tezliklə xristianlığı qəbul etdi.

Albaniya Varaz Qriqorun hakimiyyəti dövründə

Mehranilərin ən görkəmli nümayəndələrindən biri, şübhəsiz, Cavanşirdən əvvəl Varaz Qriqor olmuşdur. Bildiyimiz kimi Varaz Qriqorun dövrü Sasani-Bizans müharibələri dövrünə təsadüf edirdi. Onun dövründə dövlət, demək olar ki, iki od arasında qalmışdı və onsuz da hansı tərəf qalib gəlsə Albaniya həmin tərəfə tabe olmalı idi. Döyüşlərin getdiyi bir vaxtda Alban əhali Sasanilərə qarşı üsyan qaldırdı. Lakin bu üsyan II Xosrov tərəfindən amansızlıqla yatırıldı. Alban knyazlarından təkcə Viro sağ qalmışdı. Onun həyatını xilas edən isə II Xosrovun həyat yoldaşı Şirin olmuşdur. Bir çox müəllif Şirinin N. Gəncəvinin məşhur “Xosrof və Şirin” poemasındakı Şirin olduğunu qeyd edir. 623-628 ci ildə baş verən döyüşlərdə Bizans qələbə çaldı və bidətçi şərq əyalətlərini geri qaytardı. Bu zaman Varaz Qriqor ölkəni qorumaq üçün Bizansın vassallığını qəbul edib diofizitliyi təbliğ etməyə başladı. Lakin bu hadisələr elə də uzun sürmədi. Sasanilərdə II Qubadın taxta çıxması ilə Albaniya yenidən Sasanilərin hakimiyyəti altına keçdi. Bu dəfə də yeni bir təhlükə – Xəzər təhlükəsi meydana çıxdı. 629-cu ildə Xəzərlərin başçısı Şat Albaniyaya tabe olmağı tələb etdi. Albaniya isə o dövrdə siyasi cəhətdən güclü deyildi və tələbi qəbul etməyə məcbur oldu. Amma VII əsrdə Xəzər dövlətindəki daxili çəkişmələr nəticəsində xəzərlər geri çəkildi. Sasani-Bizans müharibəsi iki dövlətin diqqətini Albaniyadan çəkdi. Bununla da ölkə yenidən müstəqil oldu. Varaz Qriqorun hakimiyyəti dövrü həm siyasi, həm də daxili hadisələrlə bağlı çətin bir dövr idi. Digər tərəfdən, bu dövrdə Qafqazda aclıq və ardından o dövrün dəhşətli xəstəliyi olan Taun meydana gəlmişdi. Bütün bunlara baxmayaraq Varaz Qriqor öz ölkəsinin taleyini qorumaq üçün əlindən gələni etdi.

Sasanilərin Ərəblərlə mübarizəsində Cavanşirin rolu.

Sasani-Bizans müharibələri bitdikdən və xəzərlər ölkəni yeni tərk etdikdən sonra bu dəfə də Qafqaz üçün yeni bir təhlükə-Ərəb təhlükəsi meydana çıxdı. Ərəblər bu dövrdə Məhəmməd Peyğəmbər tərəfindən dünyaya çatdırılan yeni dini – İslamı yaymaq üçün mübarizə aparırdı. Ərəblərin 633-cü ildə Sasani sərhədlərini pozması ilə tarixə yeni bir qəhrəman – Varaz Qriqorun oğlu Cavanşir çıxdı. Qafqaz Albaniyası üzrə məşhur araşdırmaçılardan biri olan Kamilla Treverin qeyd edirdi ki, o dövrdə ərəblər Albaniyaya xüsusi önəm verirdilər. Çünki Albaniya Bizans və Xəzərlər arasındakı ərazidə yerləşirdi. Bu əraziyə sahib olmaq Xəzərləri asılı salıb Bizansa qarşı durmaq demək idi. Həmçinin Albaniya zəngin yeraltı və yerüstü sərvətlərə malik olduğundan ərəblərin diqqətini daha çox cəlb edirdi. Bəzi müəlliflər Cavanşir və Babəki İslama qarşı mübarizə apardığı üçün qəhrəman hesab etmək istəmir. Amma mənim fikrimcə, bu, yanlışdır. Bir anlıq müasir dövrümüzü təsəvvür edək. Bizin dini etiqadımız yüz illərdir ki, İslamdır. Təsəvvür edin ki, hər hansı bir qüvvə bizə yeni bir din gətirir. Təbii ki, bizim bunu qəbul etməyimiz elə də asan olmaz. Cavanşir və Babək də əslində, öz torpaqlarını işğalçılara qarşı qoruyurdu. Yəni indiki Azərbaycanı. Məsələn, heç düşünürük niyə Məhəmməd Peyğəmbər “Mən Ərəbəm amma ərəblər məndən deyil,” – demişdir. Çünki ərəblər əvvəlcə mülayim siyasət yeritsə də sonralar İslamın bütün yaxşı prinsiplərini unudub ondan siyasət kimi istifadə etməyə başlamışdır. Adi bir misal – ərəblərin ilk şüarı “Güc İslamdadır” olsa da, sonrakı dövrlərdə bu şüar “Güc vergidədir” ilə əvəz edildi. Bu da xalqı müqavimətə sövq edirdi. Unutmayaq ki, tarixi qəhrəmanlarını tanımayan xalqın tarixi uçuruma məhkumdur. Ərəblərin Sasanilərə qarşı hücumlarının başlanmasından sonra V.Qriqor oğlu Cavanşiri kömək üçün Sasanilərə yolladı. Bu zaman Sasanilərin paytaxtı Ktesifonda keçirilən hərbi keçiddə Cavanşir öz adamları ilə birgə erməni sərkərdəsi və sünik knyazından öndə gəlmişdi. Fikrimcə, bu, onu sübut edir ki, xəlifə Albaniyaya daha çox etimad edirdi və ilk köməyi onlardan istəmişdi. Cavanşir “Ölü Sular” adlı yerdə düşərgə salıb ərəb ordusunu bir neçə dəfə məğlub etdi. Bu qələbədən sonra Xəlifə Cavanşirə qiymətli hədiyyələr və balıq dolu çaylar bağışladı, amma bu qələbələr uzun sürmədi. Ərəblər 636-cı ildə Kadissiyə, 638-ci ildə Ktesifon döyüşlərində qələbə çaldı. Bundan sonra vuruşmağın mənasız olduğunu anlayan Cavanşir geriyə – öz vətəninə qayıtdı. Əslində, Cavanşir yanılmamışdı. Çünki bir neçə il sonra 651-ci ildə Sasani imperyası süqut etdi. Atasından sonra taxta keçən Cavanşir siyasətdə də öz sözünü deməyi bacardı. O bilirdi ki, ərəblərə qarşı dövləti tək başına ayaqda saxlaya bilməz. Buna görə də o dövrün ən güclü dövlətlərindən olan Bizansla müttəfiq olmaq üçün hökmdar Konstantinlə əlaqələr saxladı. Musa Kalankatlının “Alban tarixi” əsərinin Azərbaycanca versiyasını araşdırarkən Cavanşir və Bizans hökmdarı Konstantinin bir-birlərinə yazdığı məktubların nüsxəsini tapdım. Həmin məktubda Cavanşir deyir: “Bizanslıların hər şeyə qalib gələn əzəmətli və mərhəmətli hökmdarı, dənizlərə və qurulara Allah tərəfindən bəxş edilən əzəmətli imperator Konstantin. Sənə, sənin vassalın Albaniya knyazı Cavanşir adından salam göndərirəm. Səndən uzaq olan bir xalqı öz himayənə alaraq öz şöhrətindən bizə də pay ver”. Bundan sonra Konstantin Cavanşirə cavab məktubu yazaraq qeyd edir ki, “Sənə, Girdiman sahibinə, Şərqin Hökmdarına, Hökmdar Cavanşirə Xilaskar Xaçın ilahi qüvvəsindən bir parça və öz şəxsimizdən salam yollayıram.” O həmçinin Cavanşirə çox qiymətli hədiyyələr yollayır. Gümüş taxt, qızıl və mirvalilərlə bəzədilmiş paltarlar, 1200 əsgər bunlardan sadəcə bir neçəsidir. Fikrimcə məktubda ən diqqətlayiq məqam Bizans hökmdarının Cavanşiri “Şərqin hökmdarı” adlandırmasıdır. Bundan sonra Konstantin hətta İsanın müqəddəs xaçının bir zərrəsini Cavanşirə verdi. Cavanşirin qələbəsini görüb həsəd aparan erməni və gürcü əyanları öz qızlarını ona vermək istəsələr də Cavanşir Sünik Knyazının qızı ilə evləndi. Cavanşir Konstantinin verdiyi xaç üçün Girdiman qalasında böyük bir məbəd tikdirdi. Amma 661-ci ildə Xilafətdə Əməvilər sülaləsi hakimiyyətə gəldi. Bu, Cavanşiri yeni müqaviləyə sövq etdi. Cavanşir düşünürdü ki, yeni sülalə köhnə məsələləri gündəmə gətirməz və bu, ərəblərlə yeni bir səhifə açmaq üçün fürsətdir. Artıq Bizans da ərəb hücumları nəticəsində zəifləmişdi. Nəticədə Cavanşir 2 dəfə 667 və 670-ci illərdə Dəməşqə gedib Xəlifə Müaviyə ilə görüşdü. Xəlifə Sünik Knyazlığının idarəsini Cavanşirə verdi və Albaniyada alınan vergilər 1/3 qədər azaldıldı. Bununla da Cavanşir atası kimi dövlətin müstəqilliyini qoruyub saxlaya bildi. Cavanşirin ölümü də tarixdə olduqca faciəli yadda qalmışdır. O Udi vilayətinin Bərdə şəhərində olarkən adı məlum olmayan bir şəxs tərəfindən 681-ci ildə sui-qəsd nəticəsində öldürüldü. Mövzumun əvvəlində qeyd etmişdim; bəzi müəlliflər Musa Kalankatlını erməni hesab edir. Lakin mənə görə bu səhv idi.Əsas sübut isə məhz Cavanşirin sui-qəsdidir. Belə ki, mənbələrə görə Cavanşir erməni əsilli bir şəxs tərəfindən qətlə yetirildi. Musa Kalankatlı öz əsərində onu “murdar və alçaq” adlandırırdı. Əgər müəllif qeyd edildiyi kimi erməni əsilli olsaydı öz əsərində Cavanşirin erməni tərəfindən qətlə yetirilməsini ya gizlədər, ya da əksinə tərifləyib şişirdərdi. Bu, onu sübuta yetirir ki, Kalankatlı və onun əsəri erməni və erməni mənbəsi deyil. Cavanşirin ölümündən sonra zəifləyən Albaniya dövləti Varaz Trdatın dövründə Bizansla yaxınlaşdığı üçün ərəblərin qəzəbini artırdı. Belə bir şəraitdə Albaniyanın daxilindəki feodallar ərəblərə vergi verməkdən boyun qaçırdı. Bununla da ərəblər 705-ci ildə Albaniyanın müstəqilliyinə tamamilə son qoydu. Cavanşirin ölümü ilə bağlı o dövrdən qalan ən məşhur mənbə Dəvdək tərəfindən yazılan mərsiyyədir. Bu mərsiyyənin bir misrası isə belə başlayır:

” Bu gündoğdu ölkəmizi tutan kədər çox böyükdür

Yer üzünü hərtərəfli hıçqırıqlar bürümüşdür. ”

Təkcə bu misralardan aydın olur ki, Cavanşirin ölümü Albaniyada olduqca kədərlə qarşılanmışdır. Yekun olaraq onu qeyd edim ki, Azərbaycan tarixinin qədimliyini sübut edən əsas dövlətlərdən biri olan Albaniya dövləti istər Mehranilər dövründə, istərsə də digər dövrlərdə ciddi şəkildə işğallara məruz qalmışdır. Belə ki, bu dövlətin tarixi elə bir dövrə təsadüf edirdi ki, bir tərəfdən Xəzərlər, digər tərəfdən Sasani, Bizans və ərəb hücumları baş verirdi. Lakin bütün bunlara baxmayaraq Varaz Qriqor və ondan sonra hakimiyyətə keçən oğlu Cavanşir müxtəlif siyasi gedişlərlə dövlətin müstəqilliyini uzun müddət qoruya bilmişdir. Hətta o dövrün böyük imperiyaları və imperatorlarının yanında nüfuz sahibi olmuşdur. Təbii ki, bir dövlətin ayaqda qalması güclü siyasətçidən və güclü siyasətdən asılıdır. Cavanşirin ölümündən sonra çox heyifki onun varisləri bu siyasəti düzgün qura bilməyərək ərəblərin qəzəbini qazandı. Nəticədə, bundan sonrakı dövrdə bütün Azərbaycanda yeni bir tarix – Ərəb ağalığı dövrü başlandı.

  • Musa Kalankatlı “Alban tarixi”. (Azərbaycan dilində nüsxəsi)
  • Voroşil “Qafqaz Albanyası” (Bakı, 1993)
  • Mehebbet Paşayeva “Azərbaycanın qədim dövlətləri (Bakı, 2018)
  • Rəşid Göyüşov “Qafqaz Albaniyasında Xristianlıq” (Bakı, 1983)
  • Trever “Alban Tarihi” (Moskva, 1959)
  • Heredot “Tarix” əsəri (Azərbaycan dili versiyası.)

YAZAR: Müşfiqə Quliyeva

Comments are closed, but trackbacks and pingbacks are open.